Şimal-şərq tərəfi
Kül tigin koy yılka yiti yegirmikə uçdı, tokuzınç ay yiti
otuzka yoğ ertürtimiz. Barkın, bədizin, bitig taş/m/ biçin yılka
yitinç ay yiti otuzka kop alkadı/mız/. Kül tigin (ölip) kırk artukı
(yı)ti yaşın, boltı (S.Y.Malov: bulıt). Taş .... Bunta bədizçig
Toyğım Eltəbər kəlürti.
Cənub-şərq tərəfi
Bunça bitig bitigmə Kül tigin atısı Yolığ tigin bitidim.
Yigirmi kün olurıp bu taşka bu tamka kop Yolığ tigin bitidim.
Iğar oğlanıqızda, tayğuniQizda, kegidə igidür ertigiz, uça
bardiQiz. TeQri tirig edkiçə
286
Cətıüb-qərb tərəfi
Kül tiginin altumn, kümüşin, ağışm, barımın türk çığay
karanm ayığma toyğut bu ... bəgim tigin yögərü terj/ri/ ... taş
bitidim Yollığ tigin.
Qərb tərəfi
1. Kurıdan uğ ... inim Kül tigin elti ... isig, küçig birtük
üçün türk bilgə kağan ayukıka inim Kül tiginig közədü olurt...
2. Inançu apa Yarğan Tarkan atığ ...
TƏRCÜMƏ
Cənub tərəfi
1. Tanrı tək göylərdə doğulmuş türk müdrik xaqanı bu
vaxt taxta oturdum. Sözümü bitənə qədər eşit: məndən sonra
duran kiçik qardaş və qohumlarım, oğlanım, birləşmiş qəbiləm,
xalqım, sağdakı şad və apa bəylər, soldakı tarkanlar və buyuruq
bəylər, otuz ...
2. ... doqquz oğuz bəyləri, xalqı, bu sözümü yaxşıca
eşidin, möhkəmcə dinləyin. Şərqə - gündoğana, cənuba - gün
ortasına, qərbə - günbatana, şimala - gecə ortasına - bu qədər
yerin içindəki xalq bütünlüklə mənə tabedir. O qədər xalqı...
3. ... tam təşkil etdim. İndi eldə (dövlətdə) iğtişaş yoxdur.
Türk xaqanı ötükən ormanında otursa, eldə kədər yoxdur. Şərqə
Şandun düzünə təki qoşun çəkdim, dənizə azacıq dəymədim
(çatmadım). Cənuba Doqquz Ərsəngə təki qoşun çəkdim, Tibetə
azacıq çatmadım (dəymədim). Qərbə İnci (Zərəfşan) çayım
4. keçərək Dəmir Qapıya (Alma-Ata və Daşkənd
şəhərləri arasındakı Buzqala keçidi) təki qoşun çəkdim. Şimala
Yer Bayırku yerinə təki qoşun çəkdim. Bu qədər yerlərə qoşun
yürütdüm, ötükən ormanında yaxşı sahib ox imiş. El tutmalı
(dövlət yaratmalı) yer ötükən ormanı imiş. Bu yerdə oturub
Tabğaç xalqı ile
287
5. düzəlişdim. Qızıl, gömüş, taxıl, ipək bol-bol o qədər
çox verən Tabğaç xalqının sözü (dili, nitqi) şirin, hədiyyəsi
yumşaq imiş. Şirin sözü (dili) ilə, yumşaq hədiyyəsi ilə aldadıb
uzaqda yaşayan xalqı yaxınlaşdırır imiş. Yaxın yerləşdikdən
sonra pis əməlləri eləcə öyrədir imiş.
6. Yaxşı, müdrik adamları, yaxşı, cəsur adamları
yürütməz imiş. Bir adam yanılsa, qəbiləsi, xalqı son nəfərinə
tək doğranmaz imiş. Şirin sözünə (dilinə), yumşaq hədiyyəsinə
aldanıb, türk xalqı, çoxluca öldün. Türk xalqı, bir hissən cənuba
Çuğay ormanına deyil, Tün
7. düzündə yerləşək desə, türk xalqı, bir hissəni orada pis
adamlar eləcə öyrədir imiş: uzaq isə, pis hədiyyə verir, yaxm isə
yaxşı hədiyyə verir, - deyib eləcə öyrədir imiş. Sadəlövh (bilig
bilməz) adam, o sözə aldanıb, yaxın gedib, çoxlu adam öldün.
8. O yerə doğru getsən, türk xalqı, öləsisən, ötükən
yerində oturub karvanlar göndərsən, heç bir dərdin yox (olmaz),
ötükən ormanında otursan əbədi cl (dövlət) düzəldərək
oturasısan, türk xalqı, tox. Arıq oxsan, aclıq, toxluq bilməzsən,
bir doysan, aclıq bilməzsən. Elə olduğun
9. üçün səni yüksəltmiş xaqanının sözünə qulaq asmadan
yer boyu getdin, oralarda tamamilə zəiflədin, seyrəldin (məhv
oldun). Orada qalmışın tamamilə əldən-dildən düşərək yüyürür
idin. Tanrının iradəsi olduğu (tanrı fərman verdiyi) üçün,
özümün bəxtim olduğu üçün xaqan oturdum. Xaqan oturub
10.
yoxsul, kasıb xalqı bütünlüklə topladım, yoxsul
xalqı varlı etdim, az xalqı çox etdim. Məgər bu sözlərimdə
şişirtmə var? Türk bəyləri, xalqı eşidin: turk (xalqının) dirçəlib
el tutacağım (dövlət düzəldəciyini) burada həkk etdim, yanılıb
parçalanacağını da
11.
burada həkk etdim. Nə qədər sözüm varsa, əbədi
daşa həkk etdim. Ona baxaraq bilin: indiki türk xalqı, bəyləri,
taxt-taca tabe bəylər, axı yanılasısınız. Mən (əbədi daş ...
Tabğa)ç
xaqanından
naxışçı
gətirdim.
Mənim sözümü
sındırmadı.
12.
Tabğaç
(Çin)
xaqanının
saray
naxışçıllarım
göndərdi. Ona adma layiq sərdabə yaratdırdım, içinə, bayırına
adma layiq naxış vurdurdum. Daş hördürdüm. Ürəyimdəki
288
sözümü ... on ox oğullarına, tatlara (yad dildə danışanlara -
Ə.R.) təki bunu görərək bilin: əbədi daş
13.
hördürdüm. Bu yaşamalı isə indiki yaşamalı yerdə
isə, elə yaşamalı yerdə əbədi daş hördürdüm, yazdırdım. Onu
görüb eləcə bilin: o daş..... dim. Bu yazını yazan nəvəsi (qardaşı
oğlu) Yolığ tigin.
Şəqr tərəfi
1. Üstdə mavi göylər, altda qonur yerlər yarandıqda
ikisinin arasında insan oğlu yaranmış insan oğlunun üzərində
əcdadım Bumın xaqan, İstəmi xaqan taxta oturmuş. Oturub türk
xalqının elini (dövlətini), qanununu yaratmış, tərtib etmiş.
2. Dörd tərəf tam yağı imiş. Qoşun çəkib dörd tərəfdəki
xalqı bütünlüklə almış, bütünlüklə tabe etmiş, başlını səcdə
etdirmiş, dizlini diz çökdürmüş. Şərqə Kadırkan ormanına təki,
qərbə Dəmir qapıya təki yerləşdirmiş. İkisinin arasında
3. sahib bölgüsüz göytürk xalqı eləcə oturur imiş. Müdrik
xaqan imiş, cəsur xaqan imiş. Əyanları (buyuruqları) da müdrik
imiş, cəsur imiş. Bəyləri də, xalqı da düz imiş. Onun üçün eli
eləcə yaratmış. El (dövlət) yaradıb qanun qoymuş. Özü eləcə
4. həlak olmuş. Basdıranlar, sıtqıyanlar şərqdə gün
doğanda Böklü çöllük eldən (Koreyadan), Tabğaç, Tibet, avar,
Apa Urum, qırğız, üç kurıkan, otuz tatar, kıtay, tatabı - bunca
xalq gəlib sıtqımış, dəfn etmiş. O cür məhşur xaqan imiş. Ondan
sonra kiçik qardaşı xaqan
5. olmuş, oğlu da xaqan olmuş. Ondan sonra kiçik qardaşı
böyük qardaş tək olmadığından, oğlu atası tək olmadığından
biliksiz xaqan taxta oturmuş, pis xaqan taxta oturmuş. Əyanları
(buyuruqları) da biliksiz imiş, pis imiş.
6. Bəyləri, xalqı düz olmadığı üçün, Tabğaç xalqının
təhriki hiyləgər olduğu üçün, cəzbedici olduğu üçün kiçik
qardaşlarla böyük qardaşları bir-birinin üstünə saldığı üçün,
bəyləri xalqı bir-birinin üstünə qaldırdığı üçün türk xalqı
yaratdığı elini (dövlətini) dağıtmış,
7. xaqan qoyduğu xaqanım sona yetirmiş. Tabğaç xalqına
bəylik nəsli davam etdirməli oğulların qul oldu, bakirə
289
xanımlığa layiq qızların kəniz oldu. Türk bəyləri türk adım
ataraq, Tabğaçdakı bəylər Tabğaç adı götürüb Tabğaç xaqanma
8. tabe olmuş. Əlli il işini, gücünü vermiş. Şərqə - gün
doğana Böklü (Koreya) xaqanma təki qoşun çəkmiş, qərbə
Dəmir Qapıya (Almatı və Daşkənd şəhərləri arasındakı Buzqala
keçidi) təki qoşun çəkmiş, Tabğaç (Çin) xaqanına elini, qanunu
alaraq vermiş. Bütün qara türk
9. xalqı elə demiş: elli (müstəqil dövlətli olan) xalq idim,
elim indi hanı? Kimə el qazanıram? - deyir imiş. Xaqanlı (öz
xaqanı olan) xalq idim, xaqanım hanı? Hansı xaqana iş, güc
verirəm? - deyir imiş. Elə deyib Tabğaç (Çin) xaqanma yağı
olmuş.
10. Yağı
olub
dövlət
təşkil
etməyi,
yaratmaq,
bacarmadığından yenə tabe olmuş. Bunca işini, gücünü
(zəhmətinin bəhrəsini) verdiyinə hcyfslənmədi. Türk xalqı,
ölək, nəslimizi kəsək, - deyir imiş, yox (məhv) olub gedir imiş.
Üstdə türk tanrısı, türk müqəddəs yeri,
11. suyu elə demiş: Türk xalqı yox (məhv) olmasın deyə,
xalq olsun deyə atam İltəris xaqanı, anam llbilgə xatunu tanrı
təpəsində tutub yuxarı qaldırmış. Atam xaqan on yeddi igidlə
sərhədi aşmış (yəni üsyan qaldırıb Çin dövlətindən kənara -
çölə getmiş). Sərhəddən kənarda
12. yürüyür deyə xəbər eşidib şəhərdəkilər dağa qalxmış,
dağdakılar arana enmiş, toplaşıb yetmiş igid olmuş. Tanrı güc
verdiyi üçün atam xaqanın qoşunu qurd (canavar) tək imiş,
yağısı qoyun tək imiş. Şərqə, qərbə qoşun çəkib toplamış,
yüksəltmiş, hamısı
13. yeddi yüz igid olmuş. Yeddi yüz igid olub elsizləşmiş
(elini, dövlətini itirmiş), xaqansızlaşmış (xaqanını, yəni
dövlətçiliyini itirmiş) xalqı, kəniz olmuş, qul olmuş xalqı, türk
qanununu pozmuş xalqı əcdadlarımın qanununca (qanununa
görə) təşkil etmiş, öyrətmiş. Tölis, tarduş xalqım onda təşkil
etmiş,
14. yabğu, şad onda vermiş. Cənubda Tabğaç (Çin) xalqı
yağı imiş. Qərbdə Baz xaqanın doqquz oğuz xalqı yağı imiş,
qırğız, kurıkan, otuz tatar, kıtay, tatabı - hamısı yağı imiş. Atam
xaqan bunca...
290
15. qırx bir yol qoşun çəkmiş, iyirmi döyüş döyüşmüş.
Tanrı yar olduğu (fərman verdiyi) üçün ellini elsizləşdirmiş
(müstəqil dövləti olanların dövlətini məhv edib əlindən almış),
xaqanimi xaqansızlaşdırmış (yəni, xaqanı olan xalqları özünə
tabe etmiş), yağını tabe etmiş, dizlini diz çökdürmüş, başlını
səcdə etdirmiş. Atam xaqan ...
16. qanun yaradıb vəfat etmiş. Atam xaqana başda Baz
xaqanı balbal qoymuş. yaşında qaldım>. O, qanunun üstündə əmim xaqan oturdu.
Əmim xaqan oturub türk xalqmı tənzim etdi, yüksəltdi, kasıbı
varlı etdi, azı çox etdi.
17. Əmim xaqan oturduqda özüm <
> tarduş xalqı üzərində şad idim. Əmim xaqan ilə şərqə
Yaşıl çay Şandun düzünə tək qoşun çəkdik, qərbə Dəmir
Qapıya tək qoşun çəkdik, Kögmən dağlarını aşaraq qırğız yerinə
tək qoşun çəkdik.
18. Cəmi iyirmi beşə dəfə qoşun çəkdik, on üç dəfə
döyüşdük. Ellini elsizləşdırdik, xaqanimi xaqansızlaşdırdıq,
dizlini diz çökdürdük, başlım səcdə etdirdik. Türgiş xaqanı
türkümüz, xalqımız idi. Bilmədiyi (başa düşmədiyi)
19. üçün, bizə qarşı yanıldığı, xəyanət etdiyi üçün xalqı
öldü, əyanları (buyuruqlan), bəyləri də öldü. On ox xalqı
əziyyət gördü. Əcdadlarımızın tütdüğü yer, su sahibsiz olmasın
deyo az xalqı təşkil edib, yar ...
20. Bars bəy idi, xaqan adı burada biz verdik, kiçik
bacımı ona xanım verdik. Özü yanıldı, xaqanı öldü, xalqı kəniz,
qul oldu. Kögmən yeri, suyu sahibsiz qalamsın deyə, azsaylı
qırğız xalqını təşkil edib gəldik. Döyüşdük...
21. yenə verdik. Şərkə Kadırkan ormanını aşaraq xalqı
elə yerləşdirdik, elə təşkil etdik. Qərbə Kənü Tarmana təki türk
xalqını elə yerləşdirdik, elə təşkil etdik. O vaxt qul qullu, kəniz
kənizli idi. Kiçik qardaşı böyük qardaşını tanımaz idi, oğul
atasını tanımaz idi.
22. O qədər qazanmış, düzəltmiş elimiz, qanunumuz idi.
Türk oğuz bəyləri, xalq eşidin: üstdən tanrı basmasa, altdan yer
291
dəlinməsə, türk xalqı, elini (dövlətini), qanununu kim dağıtmağı
bacarası idi? Türk xalqı
23. ayıl. İtaət etdiyin üçün səni yüksəltmiş müdrik
xaqanma, axar-baxarlı yaxşı elinə özün yanıldın, pislik gətirdin.
Yaraqlılar haradan gəlib səni yaydı? Süngülülər haradan gəlib
səni sürüb apardı? Müqəddəs Ötükən ormanı xalq getdi. Şərqə
24. ... getdin. Qərbə gedənlərin getdin. Getdiyin
yerlərdə yaxşı olanı o idi: qanın su kimi axdı, sümüyün dağ kimi
yatdı. Bəylik nəsli davam etdirməli oğulların qul oldu, xanımlıq
bakirə qızların kəniz oldu. Qanmadığın üçün, piç olduğun üçün
əmim xaqan vəfat etdi,
25. başda qırğız xaqanını balbal qoydum. Türk xalqının
adı, şöhrəti yox (məhv) olmasın deyə, atam xaqanı anam xatunu
yüksəltmiş tanrı, el verən tanrı, türk xalqının adı, şöhrəti yox
(məhv) olmasın deyə, özümü o tanrı
26. xaqan oturtdu. Elə bir varlı xalqa xaqan oturmadım.
Qamı (içi) aşsız (yəni: ac), üstü (bayırı) donsuz (yəni: lüt,
çılpaq) qorxaq və zavallı xalqın üzərində xaqan oturdum. Kiçik
qardaşım Kül tigin ilə məsləhətləşdik. Atamızın, əmimizin
qazandığı xalqın adı, şöhrəti yox (məhv) olmasın
27. deyə türk xalqı üçün gecə uyumadım ((yatmadım),
gündüz oturmadım (istirahət etmədim), kiçik qardaşım Kül tigin
ilə, iki şad ilə əldən düşüncəyədək (ölərək, yetərək) qazandım.
Elə qazanıb birləşən xalqı oddan, sudan keçirmədim
(cəzalandırmadım). Mən özüm xaqan oturduğuma görə... yer
boyu
28. getmiş (səpələnmiş) xalq əldən düşmüş halda
(ölərək, yetərək) piyada, yalın yenə gəldi. Xalqı yüksəldək deyə
şimala oğuz xalqına qarşı, şərqə kıtay, tatabı xalqına qarşı,
cənuba Tabğaça (Çinə) qarşı böyük qoşunla on iki dəfə qoşun
çəkdim... döyüşdüm. (Ondan)
29. sonra tanrı buyurduğu (fərman vqrdiyi), bəxtim
olduğu üçün, qismətim olduğu üçün öləsi- xalqı diriliyə
yüksəltdim, yalm xalqı donlu, kasıb xalqı varlı etdim, az xalqı
çox etdim. Sədaqətli eldə (?), sədaqətli (?) xaqanlıqda yaxşılıq
etdim. Dörd tərəfdəki
292
30. xalqı bütünlüklə tabe etdim, yağısız etdim, bütünlüklə
mənə tabe oldu. İşini, gücünü verərək bu qədər qanun qazanıb
kiçik qardaşım Kül tigin özü elə vəfat etdi. Atam xaqan vəfat
etdikdə kiçik qardaşım Kül tigin yeddi yaşda qaldı. (On yaşda)
31. Umay tək anam xatunun bəxtinə kiçik qardaşım Kül
tigin igid adı qazandı. On yeddi yaşında əmim xaqanın elini
(dövlətini), qanununu eləcə qazandı. Altı bağlı (tayfalı, qəbiləli,
xalqlı) Soğdaya qarşı qoşun çəkdik, tabe etdik. Tabğaç (Çin)
Onq tutuk əlli (minlik qoşunla gəldi... döyüşdük).
32. Kül tigin piyada hücum etdi. Onq tutukun yorçununu
yaraqlı halda əli ilə tutdu, yaraqlı da xaqana təslim etdi. O
qoşunu orada məhv etdik. İyirmi bir yaşında Çaça səninlə
döyüşdük. Ən ilk dəfə Tadıkın Çorun boz (atını minib hücum
etdi, o at orada ...)
33. öldü. İkinci dəfə Işbara Yamtarın boz atmı minib
hücum etdi. O at orada öldü. Üçüncü dəfə Yəgin Siiig bəyin
geyimli (yəhərli-yüyənli?) kəhər atını minib hücum etdi. O at
orada öldü. Yarağına, zirehinə yüzdən artıq ox dəymişdi; üzünə,
başına biri də dəymədi.
34. ... hücum etdiyini, türk bəyləri, hamısını bilirsiniz. O
qoşunu orada yox (məhv) etdik. Ondan sonra Yer Bayırku
sərkərdəsi Ulu İrkin yağı oklu. Onu dağıdıb Türki Yarğun
gölündə məğlub etdik. Ulu İrkin azacıq döyüşçü ilə qaçıb getdi.
Kül tigin (iyirmi a ltı...)
35. yaşmda olanda qırğızlara qarşı qoşun çəkdik. Süngü
batımı qədər qalınlığı olan qarı söküb (dağıdıb) Kögntən
ormanını üzüyuxarı yürüyüb qırğız xalqını yuxuda ikən basdıq.
Xaqanı ilə Sona ormanında döyüşdük. Kül tigin Bayıkunun (ağ
ayğırını)
36. minib hücum etdi. Bir döyüşçünü oxla vurdu, iki
döyüşçünü təqib edərək sancdı (nizədən keçirdi). O döyüşdə
Bayırkunun ağ ayğırının budu smdı. Qırğız xaqanını öldürdük,
elini aldıq. O ili türgişlərə (qarşı Altun ormanı)
37. üzüyuxarı qalxaraq, İrtış çayını keçərək yürüdük.
Türgiş xalqını yuxuda ikən basdıq. Türgiş xaqanının qoşunu
Bolçuda od kimi, şərab kimi gəldi. Döyüşdük. Kül tigin Başqu
b o z ...
293
38. ... tutdurdu. İkisini özü aldırdı. Onda yenə qoşuna
girib türgiş xaqanının buyuruğu Az tutuku əli ilə tutdu, xaqanını
orada öldürdük, elini (dövlətini) aldıq. Qara türkiş xalqı
tamamilə tabe oldu. O xalqı Tabarda (yerləşdirdik. Yenə
yürüyüb...)
39. Soğdak xalqını tənzim edək deyə İnci (Zərəfşan)
çayım keçərək Dəmir Qapıya təki qoşun çəkdik. Ondan sonra
türgiş xalqı yağı olmuş kənərəslərə tərəf getdi. Bizim qoşunun
atları arıq, azuqəsi yox idi. Pis adamlar i ...
40. İgid döyüşçülər bizə hücum etmiş idi. Belə bir vaxtda
peşman olub Kül tigini azacıq döyüşçü ilə ayırıb göndərdik. Ulu
döyüş döyüşmüş. Alp Şalçımn ağ atını minib hücum etmiş, qara
türgiş xalqını orada öldürmüş. Yenə yürüyüb...
Şim al tərəfi
1. ... ilə, Kuşu tutuk ilə döyüşmüş, əsgərlərini bütünlüklə
öldürmüş, evini, dövlətini ... bütünlüklə gətirmiş. Kül tiginin
iyirmi yeddi yaşında karluk xalqı azad, sərbəst ikən yağı oldu.
Müqəddəs Tamağ başında döyüşdük.
2. Kül tigin o döyışdə otuz yaşında idi. Alp Şalçımn ağ
atını minib hücum etdi. İki döyüşçünü təqib edərək sancdı
(nizədən keçirdi). Karluku öldürdük, aldıq. Az xalqı yağı oldu.
Qara göldə döyüşdük. Kül tigin otuz bir yaşında idi. Alp
Şalçımn ağını
3. minib hücum etdi, az eltəbərini tutdu. Az xalqı orada
yox (məhv) oldu. Əmim xaqanın eli qarışıq (iğtişaş) olduqda,
xalqın eli asi olduqda (yəni, qəbilələr mərkəzi dövlətə qarşı
üsyan qaldırdıqda) izgil xalqı ilə döyüşdük. Kül tigin Alp
Şalçımn ağmı minib
4. hücum etdi. O at orada düşdü (öldü). İzgil xalqı öldü.
Doqquz oğuz xalqı öz xalqım idi. Göylər, yerlər qarışdığı üçün
yağı oldu. Bir ildə beş yol döyüşdük. Ən ilk Toğu şəhərində
döyüşdük.
5. Kül tigin Azmanın ağını minib hücum etdi, altı
döyüşçünü sancdı (nizədən keçirdi). Qoşun toqquşmasında
(döyüşündə) yeddinci döyüşçünü qılıncladı. İkinci dəfə
294
Kuşlağakda ediz ilə döyüşdük. Kül tigin Az kəhərini minib,
hücum edib bir döyüşçünü sancdı (nizədən keçirdi),
6. doqquz döyüşçünü mühasirədə nizədən keçirdi. Ediz
xalqı orada öldü. Üçüncü dəfə Bol...nda oğuz ilə döyüşdük. Kül
tigin Azmanın ağmı minib hücum etdi, sancdı. Qoşununu qırdıq,
elini aldıq. Dördüncü dəfə Çuş başında döyüşdük. Türk
7. xalqı ayağını boşaltdı (ayağını qaçaraq qoydu), xain
olası idi. Qabaq (əvvəl) gəlmiş qoşununu (avanqardmı) Kül tigin
qovub Tonralardan bir qəbilə, alpağulardan on döyüşçünü Tona
tiginin dəfnində mühasirə edib öldürdük. Beşinci dəfə Əzgənti
Kadazda oğuz ilə döyüşdük. Kül tigin
8. Az kəhərini minib hücum etdi, iki döyüşçünü sancdı
(nizədən keçirdi), şəhərə girmədi. O, qoşunu orada öldürdük.
Mağa kurqanda qışlaytb yazda-oğuzlara qarşı qoşunla sərhədi
keçdik. Kül tigini evi müdafiə etməyə təyin etdik. Oğuz yağı
ordanı basdı. Kül tigin
9. Yetim at minib doqquz döyüşçünü sancdı (nizədən
keçirdi), ordanı vermədi. Anam xatun, başqa analarım, böyük
bacılarım, gəlinlərim, xanımlarım - bunca diriləriniz kəniz olası
idi, ölüləriniz yurdda, yolda yataraq qalası idi.
10. Kül tigin olmasa idi, hamınız öləsi idiniz. Kiçik
qardaşım Kül tigin həlak oldu, özüm düşündüm. Görür gözüm
görməz tək, bilər biliyim bilməz tək oldu, özüm düşündüm.
Baxtı (taleyi) tanrı yazar, insan oğlu hamısı ölümlü törəmiş.
11. Eləcə düşündüm. Gözdən yaş gəlsə, könüldən güclü
sıtqı gəlsə, yanaraq düşündüm, möhkəmcə düşündüm. İki şad,
digər kiçik qohumlarım, oğlanlarım, bəylərim, xalqımın gözü
qaşı pis olası deyib düşündüm. Dəfn edən, mərsiyə (sıtqı) deyən
kıtay, tatabı xalqından başda
12. Udar sənün gəldi. Tabğaç (Çin) xaqanından İsyi
Likən gəldi, on min pul, qızıl, gümüş nəhayətsiz gətirdi. Tibet
xaqanından Bölön gəldi. Qərbdə günbatandakı Soğd, Bərçəkər,
Buxara ulusu xalqından Nən sənün oğul Tarkan gəldi.
13. On ox oğlum türgiş xaqanından Makraç möhürdar,
Oğuz Bilgə möhürdar gəldi. Qırğız xaqanından Tarduş Inançu
295
çor gəldi. Sərdabə tikən, naxış yaradan, yazılı daş düzəldən
Tabğaç (Çin) xaqanının qohumu1 Çan sənün gəldi.
Şimal-şərq tərəfi
Kül tigin qoyun ili on yeddisində vəfat etdi, doqquzuncu
ayın iyirmi yeddisində dəfn etdik. Sərdabəsini, naxışını, yazılı
daşım meymun ili yeddinci ayın iyirmi yeddisində (27 avqust
732-ci il) bütünlüklə tamamladıq. Kül tigin öləndə qırx yeddi
yaşı oldu. D aş... bunca naxışçı Toyğun Eltəbər gətirdi.
Cənub-şərq tərəfi
Bunca yazı yazan Kül tiginin qardaşı oğlu Yolığ tigin
yazdım. İyirmi gün oturub bu daşa bu damğanı bütünlüklə Yolığ
tigin yazdım. Sadiq oğlanınızdan, övladınızdan, ... yüksəldir
idiniz, vəfat etdiniz. Göylərdə diri edilənəcən...
Cənüb-qərb tərəfi
Kül tiginin qızılını, gümüşünü, pulunu, dövlətini türk
yoxsul qara camaatının ... toyğunlar bu ... bəyim tigin yuxarı
göylərə ... daş yazdım Yollığ tigin
Qərb tərəfi
1. Şimaldan uğ ... kiçik qardaşım Kül tigin öldü. ... işini,
gücünü verdiyi üçün türk müdrik xaqanı ... kiçik qardaşım Kül
tigini gözətləyərək oturdu ...
2. Inançu Apa Yarğan Tarkan adı ...
1 Çıkan qayının, yaxud baldızın oğlu.
296
KÜL TİGİN ABİDƏSİNİN ÇİN MƏTNİ
Kül tigin abidəsinin qərb tərəfi Çin dilində yazılmışdır.
A.Heygelin rəhbərlik etdiyi ün ekspedisiyası abidənin, o
cümlədən çincə mətnin foto-surətini çıxarmışdır. Bu foto
surətlər üzərində ilk dəfə N.Popov tədqiqat işi aparmış, 1890-cı
ildə isə Gcorq fon Qabelents mətni almancaya tərcümə etmişdir.
Məlum olmuşdur ki, kitabə 732-ci ildə Çin imperatoru Hiycn-
tsinq tərəfindən yazılmışdır. Çin mətninin fransız dilinə ən yaxşı
tərcüməsini 1892-ci ildə Q.Şlcgel vermişdir. Bu mətn
V.V.Radlovun çıxardığı surət əsasında 1895-ci ildə V.Vasilyev
tərəfindən alman dilinə tərcümə edilmişdir. Parker onu ingilis
dilinə çevirmiş, Çin mətninin türk dilinə tərcüməsinin müəllifi
isə Hadiyə Erturkan olmuşdur.
Yazının yuxansındakı heroqliflərin mənası belədir:
- Mərhum Kül tigin abidəsi
297
■v
*<Г
^
'V
■
5-
V"
'+*
Ч
^
V
*
K ül tığ ın a b id ə sin in Çin m ə tn i
& tfl
x t M
& f tir
M
İL
A
*4.
'A
/i
?■
}'
JL
A
A
f
i i .
Dostları ilə paylaş: |