228
«Uzaq olarsa, pis hədiyyə verir, yaxın olursa, yaxşı hədiyyə
verir, - deyib elə öyrədirmiş». Eki şad, ulayu iniyüginim,
oğlanım, bəglərim, bodunım közi, kaşı yablak boltaçı tip
sakıntım (KT şm 11) «İki şad, diger kiçik qohumlarım,
oğlanlarım, bəylərim, xalqımın gözü, qaşı pis olacaq deyib
düşündüm».
b) Tip «deyib» bağlayıcı sözü tabeli mürəkkəb cümlənin
komponentləri arasında səbəbiyyət əlaqəsi yaradır; məsələn:
Yadağ yabız boltı tip alğalı kəlti (BK ş 32) «Piyadalar pis oldu
deyib almağa gəldi».
2.
Tip «deyib» bağlayıcı sözü felin əmr və arzu şəkilləri
ilə ifadə olunan xəbərdən sonra işləndikdə tabeli mürəkkəb
cümlənin komponentləri arasında məqsəd əlaqəsi əmələ gətirir;
məsələn: Biriyə karluk bodun tapa sülə tip Tudun Yamtanğ ıtım
(BK ş 40) «Cənuba karluk xalqına qarşı qoşun çək deyib Tudun
Yamtarı göndərdim». Anı ayıtayın tip sülədim (BK ş 41) «Onu
cəzalandırım deyib qoşun çəkdim».
III. Komponentləri felin şərt şəklində işlənən ti
«demək» feli ilə bağlanan tabeli mürəkkəb cümlələr. Belə
tabeli mürəkkəb cümlələrin komponentləri arasında şərt əlaqəsi
olmur, daha dəqiqi deyilsə, bu tabeli mürəkkəb cümlələrdə baş
cümlə və şərt budaq cümləsi olmur; tisər «desə» feli budaq
cümlənin xəbəri kimi işlənmir, ümumiyyətlə cümlənin xəbəri
kimi işlənmir, iki sadə cümləni bağlayan qrammatik vasitə kimi
işlənir. Buna görə də tisər «desə» felinin işləndiyi tabeli
mürəkkəb cümlələri şərt budaq cümləli tabeli mürəkkəb cümlə
hesab etmək olmaz. Belə tabeli mürəkkəb cümlələrdə tisər
«desə» sözü artıq irəlidə nəzərdən keçirilmiş tiyin «deyə» və tip
«deyib» sözləri ilə eyni qrammatik vəzifə yerinə yetirir. Qədim
türk yazısı abidələrinin dilində tisər «desə» bağlayıcı vasitəsi,
adətən, tabeli mürəkkəb cümlənin birinci komponentinin felin
arzu şəkli ilə ifadə olunan xəbərindən sonra işlənir və birinci
komponenti ikinci komponentə bağlayır; məsələn: Türk bodun,
üləsikin biriyə Çuğay yış tügiil, Tün yazı konayın tisər, türk
bodun, üləsikig anta ayığ kişi ança boşğurur ermiş (KT ç 6-7)
«Türk xalqı, bir hissən cənuba Çuğay meşəli dağlarında deyil,
229
Tün düzündə yerləşək deyə, türk xalqı, bir hissəni orada pis
adamlar elə öyrədirmiş». Sü yor alım tisər, unaman (T 35)
«Qoşun yürüdək, desə, razı olma».
IV. Çərçivə tipli tabeli mürəkkəb cümlələr. Bu termini
ilk dəfə məşhur türkoloq A.N.Kononov işlətmişdir. Bu əsərdə
həmin termin fərqli mənada işlədilir: iki eyni və ya yaxm
mənalı sözlə haşiyələnən, çərçivəyə alınan tabeli mürəkkəb
cümlə çərçivəli tabeli mürəkkəb cümlə adlanır. Belə tabeli
mürəkkəb cümlələr, adətən, nitq və hissi qavrama felləri ilə
haşiyələnir. Qeyd etmək lazımdır ki, baş cümləsinin xəbəri nitq
və qavrama felləri ilə ifadə edilən, lakin budaq cümlələri
tamamlıq və ya zərflik budaq cümlələri olan tabeli mürəkkəb
cümlələr çərçivə tipli tabeli mürəkkəb cümlələrə daxil edilmir.
Qedim türk yazısı abidələrinin dilində çərçivə tipli tabeli
mürəkkəb cümlələrin aşağdakı şəkilləri işlənir:
1. sakın «düşünmək»... sakın «düşünmək» çərçivəli: özim
sakmtım: körür közim körməz təg, bilir bıligim bilməz təg boltı,
özüm sakmtım (KT şm 10) « Özüm düşündüm: görən görüm
görməz kimi, bilən biliyim bilməz kimi oldu, özüm düşündüm».
2. ötün «müraciət etmək» ... ötün «müraciət etmək»
çərçivəsi: Ança ötüntim: ... ÖQrə Kıtayda,bəriyə Tabğaçda,
kurıya Kurdanta, у traya Oğuzda eki-üç biQ sümiz, kəltəçimiz,
bar mu nə - ança ötüntim (T 12-14) «Elə müraciət etdim:
Şərqdə Kıtayda, cənubda Tabğaçda, qərbdə Kurdanda, şimalda
Oğuzda iki-üç minlik qoşunuq, gələsiyik, buna sözün varmı? -
elə müraciət etdim».
3. ötlə «nəsihət vermək» ... ötlə «nəsihət vermək»
çərçivəsi: Ebkə təgdükim игщ kılıp, təgip inimə, oğlıma anta
ötlədim: kalyurup Eltəris kağanka adırılmaduk, yatjılmaduk,
teljri bilgə kağanta adınlmalım, azmalım tiyin ança ötlədim (O
10-11) «Evə çatdıqda vuruşub, hücum edib kiçik qardaşdlarana,
oğullarıma elə nəsihət verdim: qəzəblənib Eltəris xaqandan
ayrılmadıq, (ona qarşı) yanılmadıq, müqəddəs müdrik xaqandan
ayrılmayaq, (ona qarşı) səhv etməyək deyə elə nəsihət verdim».
4. ögləş «məsləhətləşmək» ... ögləş «məsləhətləşmək»
çərçivəsi: Ol üç kağan ögləşib Altun yış üzə kabısalım, - timis,
230
ança ögləşmiş (T 20) «O üç xaqan məsləhətləşib Altun meşəli
dağları üzərinə hücum edək, - demiş, elə məsləhətləşmiş».
5. sakın «düşünmmək» ... ötün «müraciət etmək»
çərçivəsi: Sakmtım: kağanıma ötüntim (T 24-25) «Düşündüm,
xaqanıma müraciət etdim».
6. sakın «düşünmək»... ti «demək» çərçivəsi: Ança
sakmtım,.. süləlim, - tidim (T 22-23) «Elə düşündüm, ... qoşun
çəkək, - dedim».
7. ögləş «məsləhətləşmək» ... ti «demək» çərçivəsi: Ança
ögləşmiş: örjrə türk kağanğaru süləlim, - timis (T 20) «Elə
məsləhətləşmiş: əvvəlcə türk xaqanına qarşı qoşun çəkək, -
demiş».
8. timis «demiş» ... tir ermis «deyirmiş» çərçivəsi: Türk
kara kamığ bodun ança
timis:
illig bodun
ertim,
ilim amtı kam,
kimkə ilig kazğanır mən, - tir ermis, kağanlığ bodun ertim.
kağanm kanı, nə kağanka isig, küçig birür mən, - tir ermis (KT
ş 8-9) «Bütün türk qara xalqı elə demiş: elli xalq idim, elim indi
hanı, kimə eli qazanıram, - deyirmiş, xaqanlı xalq idim, xaqanım
hanı, hansı xaqana işimi, gücümü verirəm, - deyirmiş?»
9. timis «demiş»... timis «demiş» çərçivəsi: Türgis kağan
ança timis: henitj bodunım anta etiir, - timis (T 21) «Türgiş
xaqanı elə demiş: mənim xalqım oradadır, - demiş».
10. boşğurur etmiş «öyrədirmiş» ... boşğurur ermiş
«öyrədirmiş» çərçivəsi: Türk bodun, üləsi/tin Çuğay yış tügjül,
Tün yazı konaym tisər, türk bodun, üləsigig anta ayığ kişi ança
boşğurur ermiş: ırak ersər, yablak ağı birür, yağuk er sər, edgü
ağı birür, - tip ança boşğurur ermiş (KT c 6-7) «Türk xalqı, bir
hissən cənuba Çuğay meşəli dağlarına deyil, Tün düzünə
yerləşək desə, türk xalqı, bir hissəni orada pis adamlar elə
öyrədirmiş: uzaq olsan, pis hədiyyə verir, yaxın olsan, yaxşı
hədiyyə verir, - deyib elə öyrədirmiş».
QARIŞIQ TİPLİ MÜRƏKKƏB CÜMLƏLƏR
Dildə ideal şəkildə iki komponentli tabesiz mürəkkəb
cümlə və iki komponentli tabeli mürəkkəb cümlə az işlənir. Dil
231
mürəkkəb sistem olduğu üçün onda ən sadə ünsürlürlə yanaşı,
ən mürəkkəb ünsürlərin də işlənməsinə rast gəlmək olur. Bu
baxımdan qədim türk yazısı abidələrinin dili istisna təşkil etmir:
bu dildə təktərkibli və cüttərkibli sadə cümlələr, sadə tərkibli
tabesiz və tabeli mürəkkəb cümlələrlə yanaşı, mürəkkəb
(qarışıq) tərkibli mürəkkəb cümlələr də işlənir. Abidələrin
dilində
tez-tez
çoxkomponentli
mürəkkəb
cümlələrin
işləndiyinə rast gəlmək olur. Bir sadə və bir tabeli mürəkkəb
cümlə və ya iki tabeli mürəkkəb cümlə birləşib tabesiz
mürəkkəb cümlə əmələ gətirə bildiyi kimi, tabesiz mürəkkəb
cümlə (və ya cümlələr) də tabeli mürəkkəb cümlənin
komponenti kimi çıxış edə bilir. Belə cümlələrə qarışıq tipli
mürəkkəb cümlələr deyilir. Qədim türk yazısı abidələrinin
dilində qarışıq tipli mürəkkəb cümlələrin iki tipi işlənir:
1. Qarışıq tipli tabesiz mürəkkəb cümlələr.
2. Qarışıq tipli tabeli mürəkkəb cümlələr.
QARIŞIQ TİPLİ TABESİZ
MÜRƏKKƏB CÜMLƏLƏR
Müasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də ən çox işlənən tabesiz mürəkkəb cümlə
iki komponentli tabesiz mürəkkəb cümlədir, lakin üç və daha
çox komponentli tabesiz mürəkkəb cümlələrin işlənməsi də
abidələrin dili üçün adi haldır. Tabesiz mürəkkəb cümlənin iki,
üç, dörd və daha artıq komponentli tabesiz mürəkkəb cümlələr
haqqında məlumat verilmişdir. Lakin abidələrin dilində sadə
quruluşlu tabesiz mürəkkəb cümlələrlə yanaşı, qarışıq tərkibli
tabesiz mürəkkəb cümlələr də işlənir. Qarışıq tipli tabesiz
mürəkkəb cümlələr adlanan bu cümlələrin abidələrin dilində
aşağıdakı dörd növü işlənir:
1. Sadə və tabeli mürəkkəb cümlədən ibarət tabesiz
mürəkkəb cümlələr: Edgü bilgə kisig, edgü alp kisig yorıtmaz
ermis, bir kisi yatjılsar, oğuşı bodunı bisüginə təgi kıdmaz ermis
(КТ c 6) «Yaxşı müdrik adamları, yaxşı igid adamları
yürütməzmiş, bir adam yanılsa, qəbiləsi, xalqı son nəfərinə kimi
232
doğranmazmış». Üç körüg kisi kəlti, sabı bir: kağam sü tasıkdı
(T 33) «Üç kəşfiyyatçı gəldi, sözləri bir: xaqanı qoşunla sərhədi
keçdi».
2. Tabeli mürəkkəb cümlə və sadə cümlədən ibarət
tabesiz mürəkkəb cümlələr: Te/Jrikənkə isig birtig tiyin
yarlıkamıs, sad atığ anta birmis (O 6) «Tannsifətə zəhmətini
verdin deyə fərman vermiş, şad adını onda vermiş».
3. İki tabeli mürəkkəb cümlədən ibarət olan tabesiz
mürəkkəb cümlələr: Irak ersər, yablak ağı birür, yağuk ersər,
edgü ağı birür (КТ c 7) «Uzaq olsan, pis hədiyyə verir, yaxın
olsan, yaxşı hədiyyə verir». Kəlir ersər, kü ər ükülür, kəlməz
ersər, tılığ sabığ alı olur (T 32) «Gələn olsa, səs-küydən
adamlar çoxalır, kəlməz olsalar, dil, xəbər tutaraq otur».
4. Tabesiz və tabeli mürəkkəb cümlələrdən ibarət olan
tabesiz mürəkkəb cümlələr: Arı к ок sən. açsık, tosık öməzsən,
bir todsar, açsık öməzsən (KT c 8) «Arıq oxsan, aclıq,
bilməzsən, bir doysan, aclıq bilməzsən». Tabğaçğaru Kum
sətjünig ıdmıs, Kılayğarıı Totjra Səlig ıdmıs, sab ança ıdmıs:
azkıya türk bodun yorıyur ermis (T 9-10) «Tabğaça Kum sənüni
göndərmiş, Kıtaya Toma Səmi göndərmiş, xəbəri elə
göndərmiş: azacıq türk xalqı yürüyür imiş».
QARIŞIQ TİPLİ TABELİ
MÜRƏKKƏB CÜMLƏLƏR
Qədim türk yazısı abidələrinin dilində təkcə ikikompo-
nentli - baş və budaq cümlələrdən ibarət tabeli mürəkkəb
cümlələr deyil, çoxkomponentli - iki baş cümləsi, bir budaq
cümləsi; bir baş cümləsi iki və daha artıq budaq cümləsi olan
tabeli mürəkkəb cümlələr də işlənir. Lakin qarışıq tipli tabeli
mürəkkəb cümlə dedikdə tabeli mürəkkəb cümlənin tərtibində
iştirak edən baş və budaq cümlələrin sayı deyil, onların qarışıq
tipli olması, yəni tabeli mürəkkəb cümlənin tərkibində sadə,
tabeli və tabesiz mürəkkəb cümlələrin iştirakı nəzərdə tutulur.
Tərkibində müxtəlif tipli cümlələrin iştirakına görə qədim türk
yazısı abidələrinin dilində işlənən qarışıq tipli tabeli mürəkkəb
cümlələri belə qruplaşdırmaq olar:
233
1. Birinci komponenti sadə cümlə, ikinci komponenti
tabesiz mürəkkəb cümlədən ibarət olan qarışıq tipli tabeli
mürəkkəb cümlələr: Barduk yirdə edgüg ol erinç: kanır) subça
yügürti, sü/JüniQ tağça yatdı, bəglik un oğlı/J kul boltı, silik kız
oğlılj küy boltı (KT ş 24) «Getdiyin yerdə yaxşısı o idi: qanın su
kimi axdı, sümüyün dağ kimi yatdı, bəylik nəsli davam etdirməli
oğulların qul oldu, bakirə qızların kəniz oldu».
2. Birinci komponenti tabesiz mürəkkəb cümlə, ikinci
komponenti sadə cümlədən
ibarət olan qarışıq
tipli tabeli
mürəkkəb cümlələr: Yabız bat biz, azığ üküsig körtig irti,
sülətim, - tir ermis (O 7) «Biz pis və yazığıq, azı çox gördük,
qoşun çəkdim, - deyirmiş». Irak ersər, yablak ağı birür, yağuk
ersər, edgü ağı birür, - tip ança başğurur ermiş (КТ c 7) «Uzaq
olsan, pis hədiyyə verir, yaxın olsan, yaxşı hədiyyə verir, -
deyib elə öyrədirmiş».
3. Birinci komponenti sadə cümlə, ikinci komponenti
tabeli mürəkkəb cümlədən
ibarət olan qarışıq
tipli tabeli
mürəkkəb cümlələr: Üzə türk tetjrisi, türk ıduk yivi, subı ança
timis: türk bodun yok bolmazun tiyin, bodun bolçun tiyin ka/Jım
İltəris kağanığ, ögim İlbilgə katunığ teQri töpəsintə tutıpyögorü
kötürmis erinç (KT ş 10-11) «Üstdə türk tanrısı, türk müqəddəs
yeri, suyu elə demiş: türk xalqı məhv olmasın deyə, xalq olsun
deyə atam İltəris xaqanı, anam İlbilgə xatunu tanrı təpəsində
tutub yuxarı götürmüş».
4. Birinci komponenti
tabeli mürəkkəb cümlə, ikinci
komponenti sadə cümlədən
ibarət olan qarışıq
tipli tabeli
mürəkkəb cümlələr: Ança ögləşmiş: öf)rə türk kağanğaru
süləlim, • timiş (T 20) «Elə məsləhətləşmiş: əvvəlcə türk
xaqanma qarşı qoşun çəkək, - demiş». Türgis kağanta körüg
kəlti, sabı antağ: ötjdən kağanğaru sü yoralım, - timis (T 29)
«Türgiş xaqanından kəşfiyyatçı gəldi, sözü elə: şərqdən xaqana
qarşı qoşun yürüdək, - demiş».
234
VASİTƏSİZ VƏ VASİTƏLİ NİTQ
İstər şifahi nitqdə, istərsə yazılı mətndə özgəsinin
fikrindən istifadə edərkən ona iki cür yanaşılır: ya özgənin
nitqinin quruluş və məzmununda heç bir dəyişiklik edilmədən
olduğu kimi təqdim edilir, ya da özgənin nitqinin əsas məzmunu
saxlanılmaqla onun quruluşu (forması) dəyişdirilib təqdim edilir.
Birinci üsula vasitəsiz nitq, ikinci üsula vasitəli nitq deyilir.
Müasir dillərdə, o cümlədən türk dillərində yazıda vasitəsiz və
vasitəli nitqi ayırd etmək üçün bir sıra vasitələr - durğu işarələri
və bağlayıcılar mövcuddur. Durğu işarələrinin mövcud olmadığı
və bağlayıcılarm zəif inkişaf etdiyi qədim türk yazısı
abidələrinin mətnlərində nəinki vasitəli, hətta vasitəsiz nitqi
müəyyənləşdirmək qeyri-mümkündür. Qədim türk yazısı
abidələrinin mətnlərində vasitəsiz nitqi müəyyənləşdirmək üçün
əsasən intuasiyadan və qrammatik vasitə kimi nitq fellərindən
çıxış etmək lazımdır. Belə nitq fellərinə ay «demək», ti
«demək», boşğur «öyrətmək», salan «düşünmək», ötün
«müraciət etmə», ötlok «məsləhət etmək», «nəsihət vermək»,
«vəsiyyət etmək», Ögləş «məsləhətləşmək» sözlərini nümunə
göstərmək olar.
Qədim türk yazısı abidələrinin mətnlərində vasitəsiz nitq
aşağıda göstərilən qəliblər şəklində təzahür edir:
1. Əvvəlcə vasitəsiz nitq, sonra tip «deyib» feli bağlaması,
ondan sonra müəllifin sözləri işlənir; məsələn: Eki şad, ulayu
iniyigüşim, oğlanım, bəglərim, bodunım közü, kişi yablak
boltaçı, - tip sakıntım (KT şm 11) «İki şad, digər kiçik
qohumlarım, oğlanlarım, bəylərim, xalqımın gözü, qaşı pis
olasıdır, - deyib düşündüm». Anı ayıtayın, - tip sülədim (BK ş
41) «Onu cəzalandırım, - deyib qoşun çəkdim».
2. Əvvəlcə müəllifin sözləri, sonra vasitəsiz nitq, sonra tip
«deyib» feli bağlaması, sonra yenə də müəllifin sözləri işlənir;
məsələn: ... türk bodun, üləsikig anta ayığ kişi ança boşğurur
ermiş: ırak ersər, yablak ağı birür,yağuk ersər, edgü ağı birür, -
tip ança boşğurur ermiş (KT c 7) «...türk xalqı, bir hissəni orada
pis adamlar elə öyrədirmiş: uzaq olsan, pis hədiyyə verir, yaxın
olsan, yaxşı hədiyyə verir, - deyib elə öyrədirmiş».
235
3. Əvvəlcə müəllifin sözləri, sonra vasitəsiz nitq, daha
sonra təsriflənən ti «demək» feli işlənir; məsələn: Türk kara
kamuğ bodurı arıça timis: İllig bodun ertim, ilim amtı kanı?
Kimkə ilig kazğanur mən? - tir ermiş (KT ş 8-9) «Türk bütün
qara xalqı elə demiş: Elli xalq idim, elim indi ham? Kimə eli
qazanıram? - deyirmiş». Ança ögləşmiş: Ötjrə türk kağanğaru
süləlim, - timis (T 20) «Elə məsləhətləşmiş: Əvvəlcə türk
xaqanma qarşı qoşun çəkək, - demiş». Ança sakıntım: Süləlim, -
tidim (T 23) «Elə düşündüm: Qoşun yürüdək, - dedim».
4. Əvvəlcə vasitəsiz nitq, sonra ti «demək» felinin
təsriflənmiş forması işlənir: məsələn: KöQlünçə udız, - tidi (T
15) «Könlünçə (istədiyin kimi) apar, - dedi». Üçəgün kabısıp
süləlim, anı yokkısalım, - timis (T 21) «Üçümüz birləşib qoşun
çəkək, onü məhv edək, - demiş». On ok bodunı kalısız tasıkmıs,
- tir (T 30) «On ox qoşunu qalıqsız sərhədi aşmış, - deyir».
5. Əvvəlcə vasitəsiz nitq, sonra müəllifin sözü, sonra yenə
vasitəsiz nitq, nəhayət sonda yenə də müəllifin sözü işlənir;
məsələn: В il gə Tonyukuk, - ba Qa aydı, - bu süg elt, - tidi (T 31-
32) «Müdrik Tonyukuk, - mənə dedi, - bu qoşunu apar, - dedi».
6. Əvvəlcə müəllifin sözləri, sonra vasitəsiz nitq, sonra
tiyin «deyə» feli bağlaması, sonda ti «demək» felinin
təsriflənmiş şəkilləri işlənir; məsələn: Sabığ yana sab ... kəlti:
olurun, - tiyin timis (T 33-34) «Sözü yenə söz ... gəldi:
oturun, - deyə demiş».
7. Əvvəlcə müəllifin sözü, sonra vasitəsiz nitq, sonra yenə
müəllifin sözləri işlənir; məsələn: Anta ötrü kağanıma ötüntim,
ança ötüntim: Tabğaç, Oğuz, Kıtay - bu üçəgü kabısar, kaltaçı
biz öz için, tasın tutmıs təg biz. Yuyka eriklig toplağalu uçuz
ermis, yinçgə eriklig üzgəli ucuz. Yuyka kalın bolsar, toplağaluk
alp ermis, yinçgə yoğun bolsar, üzgəlik alp ermis. ÖQrə Kıtayda.
bəriyə Tabğaçda, kurıya Kurdanta, yıraya Oğuzda eki-üç biQ
sümk, kəltəçimiz, bar mu kə, - ança ötüntim (T 12-14) «Ondan
ötrü xaqanıma müraciət etdim, elə müraciət etdim: Tabğaç,
Oğuz, Kıtay - bu üçlük birləşsə, biz öz içini, bayırını tutmuş
kimi qalacağıq. Nazik ikən toplamaq asan imiş, incə ikən üzmək
asandır. Nazik qalın olsa, toplamaq igidlikdir, incə yoğun olsa.
236
üzmək igidlikdir. Şərqdə Kıtayda, cənubda Tabğaçda, qərbdə
Kurdanta, şimalda Oğuzda iki-üç min qoşunuq, gələsiyik, buna
sözün varmı, - elə müraciət etdim».
8. Birinci müəllifin sözü gəlir, ikinci vasitəli nitq işlənir;
məsələn: Ben ança tirmən: Ben - Bilgə Tonyukuk - Altun yısıq
aşa keltimiz, Ertis ügüzik keçə kəltimiz (T 37-38) «Mən elə
deyirəm: mən
Müdrik Tonyukuk - Altun meşəli dağlarını
aşaraq gəldik, İrtış çayını keçərək gəldik». Bögü kağan baQaru
ança ayıdmıs: Apa tarkanğaru içrə sab ıdmıs. Bilgə Tonyukuk
ajlığ ol, öz ol, aQlar... Sü yor alım, tisər, unaman (T 34-35)
«Bögü xaqan mənə elə xəbər göndərmiş: Apa tarkana gizli
xəbər göndərmiş. Müdrik Tonyukuk ayıqdır, ağıllıdır, anlayar...
Qoşun göndərək desə, razı olma».
9. Vasitəsiz nitq müəllifin sözlərini parçalayıb onun
arasına girir; məsələn: O! üç kağan ögləşip: - Altun yış üzə
kabısalım, - timis (T 20) «O üç xaqan məsləhətləşib: - Altun
meşəli dağlan üzərinə yürüş edək, - demiş». O! sabığ esidip
kağanım: - Ben ebgərii tüsəyin, - tidi (T 30) «O xəbəri eşidib
xaqanım: - Mən evə qayıdım, - dedi». Ol sabığ esidip həglər
корт: - Yanalım, anğ obutı yog, - tidi (T 36-37) «O xəbəri
eşidib bəylər hamılıqla: - Qayıdaq, təmiz abır yaxşıdır, - dedi».
10. Qədim türk yazısı abidələrinin dilində çox vaxt silsilə
tipli vasitəsiz nitq işlənməsinə də təsadüf edilir: ardıcıl şəkildə
bir neçə cümlə vasitəsiz nitqlə başlanır və ti «demək» felinin
təsriflənmiş şəkilləri ilə bitir; məsələn: Azkıya türk bodun
yorıyur ermis. Kağanı alp ermis, ayğuçısı bilgə ermis. Ol iki Idsi
bar ersər, sini
Tabğaçı ölürtəçi. - tirmən, örjrə Kıtayığ
ölürtəçi. - tirmən, bini - Oğuzığ ölürtəçi ök, - tirmən. Tabğaç,
bəridənyən təg! Kıtay, öQdənyən təg! Ben yırdantayan təgəyim.
Türk sir bodun yirintə idi yorımazun. Usar, idi yokkısalun, -
tirmən (T 9-12) «Azacıq türk xalqı yürüyür imiş. Xaqanı igid
imiş, məsləhətçisi müdrik imiş. O iki adam sağdırsa, səni -
Tabğaçı öldürəsidir, - deyirəm, şərqdə Kıtayı öldürəsidir, -
deyirəm, məni - Oğuzu da öldürəsidir, - deyirəm. Tabğaç,
cənubdan hücum ct! Kıtay, şərqdən hücum et! Mən şimaldan
237
hücum edim. Türk sir xalqı yerində sahib yurüməsin. Bacarsaq,
sahibi məhv edək, deyirəm».
Qədim türk yazısı abidələrinin dilində vasitəsiz nitqin
ifadəsinin daha bir sıra qəliblərinə təsadüf edilir. Lakin burada
onların hamısını göstərməyə ehtiyac yoxdur.
Müasir türk dillərində vasitəsiz nitqi vasitəli nitqə
çevirməyin müxtəlif üsulları, vasitəli nitqin müxtəlif ifadə
vasitələri mövcuddur. Ancaq bunların hamısı bağlayıcı və durğu
işarələri ilə əlaqədardır. Məlum olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində durğu işarələri yoxdur, bağlayıcılar isə zəif
inkişaf etmişdir. Buna görə>də qədim türk yazısı abidələrinin
dilində vasitəli nitqin olub-olmamasını müəyyənləşdirmək
çətindir, demək olar ki, qeyri-mümkündür.
238
MƏTNLƏR. LÜĞƏT
ONGİN ABİDƏSİ
Bu abidə göytürk (Orxon-Yenisey) abidələrindən ən az
öyrənilmişi və ən mübahisəlisidir. Abidə 1891-ci ildə Ongin
çayı hövzəsində Taramel çayı yaxınlığında К okşin-Orxondan
cənubda Koşo-Saydam gölündən 160 km cənubda Manitu
dağının yaxınlığında N.M.Yadrintsev tərəfindən tapılmışdır.
Abidəni ilk dəfə 1895-ci ildə V.V.Radlov nəşr etdirmişdir.
Sonralar onu H.N.Orkun, S.Y.Malov, T.Təkin, C.Klauson,
Y.Triyarski nəşr etmişlər. Azərbaycan dilində ilk dəfə
Ə.Ə.Rəcəbov
tərəfindən
nəşr
edilmişdir.
Bu
nəşrdə
S.Y.Malovun və H.N.Orkunun nəşrlərindən istifadə edilmişdir.
Transkripsiya göytürk (Orxon-Yenisey) əlifbası ilə yazılmış əsl
mətndən edilmişdir. Tərcüməyə gəlincə, demək lazımdır ki,
istər H.N.Orkunun, istərsə də S.Y.Malovun tərcümələri
həddindən artıq qüsurludur. Məhz buna görədir ki, bu abidənin
kimin şərəfmə və nə vaxt qoyulduğu hələ də mübahisəlidir.
Abidənin kimin şərəfinə qoyulması haqqında müxtəlif
fikirlər mövcuddur: bəziləri onun İkinci Turk xaqanlığının ilk
xaqanı lltəris xaqanın, digərləri İltəris xaqan və onun arvadı
İlbilgə xatunun, üçüncüləri lltəris xaqan və ondan sonra taxta
çıxmış Kapağan xaqanın, dördüncülər tarixdən bizə məlum
olmayan Tacam adlı bir xaqanın, beşincilər Kapağan xaqan və
Bilgə xaqanın sərkərdələrindən biri olmuş Alp Eletmişin
şərəfinə qoyulduğu haqda fikir söyləmişlər. Bu fikirlərdən
bəzilərini nəzərdən keçirək.
Ongin abidəsi haqqında ilk fikri məşhur rus türkoloqu
V.V.Radlov söyləmişdir. O yazır ki, «abidə ən erkən türk
xaqanlarından birinin - Mogilyanın atası, çinlilər tərəfindən
Kutulu xan /Kutluğ xaqan/ adlandırılan /xanın/ ölümü ili
qoyulmuşdur. Bu da Cahan şahm hakimiyyətinin birinci ilində
Dostları ilə paylaş: |