329
22. əmimizin qazandığı xalqın adı, şöhrəti yox olmasın
deyə, türk xalqı üçün gecə uyumadım (yatmadım), gündüz
oturmadım (dincəlmədim). Kiçik qardaşım Kül tigin ilə, iki şad
ilə əldən düşüncəyədək çalışaraq (ölərək, yetərək) qazandım.
Belə qazanıb birləşən xalqı cəzalandırmadım (oddan, sudan
keçirmədim). Mən özüm xaqan oturduğum üçün yer boyu
səpələnmiş xalq piyada, yalın əldən düşmüş halda (ölərək,
yetərək) yenə
23. gəldi. Xalqı yüksəldim deyə şimala oğuz xalqına qarşı,
şərqə kıtay, tatabı xalqına qarşı, cənuba Tabğaça (Çinə) qarşı on
iki dəfə qoşun çəkdim........... döyüşdüm. Ondan sonra tanrı
buyurduğu (fərman verdiyi) üçün, bəxtim, payım olduğu üçün
öləsi xalqı dirildərək yüksəltdim. Yalın xalqı donlu (paltarlı)
etdim, yoxsul xalqı varlı etdim,
24. az xalqı çox (saylı) etdim. Başqa ölkədə (eldə), başqa
xaqanlıqda yaxşılıq etdim. Dörd tərəfdəki xalqı hamılıqla tabe
etdim, yağısız etdim, hamısı mənə labc oldu. On yeddi yaşımda
tanqutlara qarşı qoşun çəkdim. Tanqut xalqını pozdum1, oğlunu,
qız-gəlinini, ilxısını, varını (dövlətini) ondan aldım. On səkkiz
yaşımda altı bağlı (vilayətli, qəbiləli) soğdaklara
25. qarşı qoşun çəkdim, xalqı onda pozdum. Tabğaçlı Onq
tutuk əlli minlik qoşunla gəldi. Iduk (Müqəddəs) başqa
döyüşdüm. O qoşunu orada məhv eldim. İyirmi yaşımda
basmıllar, ıdıkut qəbiləm mənim xalqım idi. Karvanlar (xərac
karvanları) göndərməz deyə qoşun çəkdim..... tabe etdim, çoxlu
... hərbi qənimət evə gətirdim. İyirmi iki yaşımda Tabğaça
(Çinə)
26. qarşı qoşun çəkdim, xalqı onda pozdum. Çaça sənünün
səksən minlik qoşunu ilə döyüşdüm. Qoşununu orada öldürdüm.
İyirmi altı yaşımda çik xalqı qırğızlar ilə (birlikdə) yağı oldu.
Kcm (Yenisey) çayını keçərək çiklərə qarşı qoşun çəkdim.
Örpəndə döyüşdüm. Qoşununu sancdım (nizədən keçirdim). Az
xalqını öldürdüm, aldım, tabe etdim. İyirmi yeddi yaşımda
1 Boz «pozmaq» abidələrin dilində pozmaq feli «dağıtmaq», «qalib gəlmək»
menalarında işlənir.
330
qırğızlara qarşı qoşun çəkdim. Süngü batımı (süngü boyu qədər
qalınlığı olan)
27. qarı söküb Kögmən meşəli dağlarını üzüyuxarı
yürüyüb qırğız xalqını yuxuda pozdum. Xaqanı ilə Sona
ormanında döyüşdüm. Xaqanını öldürdüm, elini (dövlətini) onda
aldım. O ili türgişlərə qarşı Altun (Altay dağlarmı) ormanını
aşaraq, İrtış çayını keçərək yürüdüm. Türgiş xalqım yuxuda
basdım. Türgiş xaqanının qoşunu odca (od kimi), suca (sel kimi)
gəldi.
28. Bolçuda döyüşdüm. Xaqanını, yabğusunu, şadını orada
öldürdüm, elini (dövlətini) onda aldım. Otuz yaşımda Beşbalıka
qarşı qoşun çəkdim. Altı yol döyüşdüm............ Qoşununu
bütünlüklə öldürdüm. Bcşbalık şəhərinin içində nə qodur adam
vardısa.... şəhərə hücum etmədiyim üçün şəhərdəki adamlar
mənə tabe olmağa gəldi. Beşbalık şəhəri onun üçün xilas oldu.
Otuz
29. bir yaşımda karluk xalqı qayğısız, azad və sərbəst
olduğu halda yağı oldu. Tamak Iduk başda döyüşdüm. Karluk
xalqını öldürdüm, orada aldım.......basmıl, karluk düd......karluk
xalqı toplanıb gəldi, qoşununu sancdım (nizədən keçirdim),
öldürdüm...... doqquz oğuz mənim xalqım İdi. Göylər, yerlər
qarışdığı üçün, həsəd hissi
30. güc gəldiyi üçün yağı oldu. Bir ildə dörd yol
döyüşdüm. Ən ilk Toğu balıkda döyüşdüm. Toğla çayını üzərək
keçib qoşununu (öldürdüm). İkinci dəfə Antarğuda döyüşdüm.
Qoşununu sancdım (nizədən keçirdim), (elini aldım). Üçüncü
dəfə (Çuğay başında) döyüşdüm. Türk xalqı ayağını zəiflətdi,
pis
31. olası (xəyanət edəsi) idi. (Bizi) mühasirə etməyə,
dağıtmağa gələn qoşununu qovdum (axıtdım). Çoxlu öləsi adam
onda dirildi. Onda Tonra Ydpağutun bir qəbiləsini Tona tiginin
dəfnində mühasirə edib qırdım. Dördüncü dəfə Əzgənti
Kadazda döyüşdüm.
Qoşununu onda sancdım (nizədən
keçirdim), zəiflətdim. ... var-dövlətini ... (qırx yaşı)mda Mağı
Kurqanda qışladıqda yut (heyvan xəstəliyindən mal-qaranın
kütləvi tələfatı) oldu. Yazda
331
32. oğuzlara qarşı qoşun çəkdim. İlk qoşun hissələri
səfərə çıxmış idi, ikinci qoşun hissələri evdə idi. Üç oğuz
qoşunu basa-basa gəldi. Piyadalar zəif oldu, - deyib bizi tutmağa
gəldi. Qoşunun yarısı evi, sarayı dağıtmağa getdi. Qoşunun
yarısı döyüşməyə gəldi. Biz az idik, pis təchiz edilmişdik. Oğuz
....t yağı ... (tanrı) güc verdiyi üçün orada sancdım (nizədən
keçirdim),
33. dağıtdım. Tanrı yar olduğu üçün, mən qazandığım
üçün türk xalqı qazanmış. Mən bu cür səylə başlayaraq
qazanmasa idim, türk xalqı öləsi idi, yox olası idi. (Türk)
bəyləri, (türk) xalqı düşünün, eləcə bilin. ... Oğuz xal(qı).......
göndərməyim, - deyə qoşun çəkdim,
34. evini, sarayını pozdum. Oğuz xalqı doqquz tatar ilə
birləşib gəldi. Ağuda iki ulu döyüş döyüşdük. Qoşununu.
pozdum, dini (dövlətini) onda aldım. Eləcə qazanıb.......tanrı
yar olduğu üçün., özüm otuz üç yaşım da...... uk idi. Keçici,
ötücü gücün..........
35. yüksəltdiyi xaqanı bizə xəyanət etdi (yanıldı). Üstdə
tanrı, müqəddəs yer, s u .... xaqan bəxtinə yar olmadı. Doqquz
oğuz xalqı yerini, suyunu (vətənini) buraxıb Tabğaça (Çinə)
tərəf getdi, Tabğaç (Ç in)...... x alq ......geri öz ölkəsinə qayıdıb
gəldi. Yüksəldim, - deyə .... düşünüb xalqı......
36. cinayətə sövq etdi. ... cənubda Tabğaçda (Çində) adı,
şöhrəti yox oldu. Bu yerdə mən yüksək ləyaqət qazandım. Mən
özüm xaqan oturduğum üçün türk xalqını..... cəzalandırmadım.
Elini (dövlətini), qanununu qaydaya saldım.......... göndər........
toplanıb....
37. (orada dö)yüşdüm. Qoşununu sancdım (nizədən
keçirdim). Tabe olan tabe oldu, xalq oldu, ölən öldü. Selenqa
boyu yürüyüb bərk sıxışdırıb evini, sarayını onda pozdum. ...
meşəli dağa qalxdı. Uyğur eltəbər yüzcə döyüşçü ilə şərqə qaçıb
getdi.........
38...........türk xalqı ac idi. O ilxım alıb yüksəltdim. Otuz
dörd yaşımda oğuzlar qaçıb Tabğaça (Çinə) girdi. Təəssüflənib
(onların üstünə) qoşun çəkdim.........oğlunu, qız-gəlinini orada
(əsir) aldım. İki eltəbərli xalqı.....
332
39 ..........tatabı xalqı Tabğaç (Çin) xaqanma tabe oldu.
Elçisi, yaxşı sözü, xəbəri gəlməz, - deyə yayda qoşun çəkdim.
Xalqmı orada pozdum, ilxısını ...... qoşunu toplanıb gəldi.
Kadırkan ormanında yeıfləşdirdim)....
40 ....yerinə, suyuna (vətəninə) yerləşdi. Cənuba karluk
xalqına qarşı qoşun çək,- deyib Tudun Yam tarı göndərdim.
Getdi.......(Eltəbər) yox (həlak) olmuş, kiçik qardaşı b ir........
41 ......karvanı gəlmədi. Onu cəzalandırım, • deyə qoşun
çəkdim. Qorxaraq iki-üç adamla qaçıb getdi. Qara camaat:
xaqanım gəldi, - deyib sevindi........... ad verdim. Kiçik atlı
(süvari).......
Cənub-şərq tərəfi
.... Önük yuxan qoşun yürüdüb gecəli-gündüzlü yeddi
sutka susuz keçdim. Çoraka dəyib (çatıb) Yolığça .... Beş
Keçənə tə k i......
Cənub tərəfi
1 ......... Tabğaç (Çin) atlı (süvari) qoşununu on yeddi min
qoşunu (əsgəri) birinci gün öldürdüm. Piyada qoşununu ikinci
gün bütünlüklə (öldürdüm, top)laşıb getdi.............
2 ..........yol qoşun çəkdim. Otuz səkkiz yaşımda qışda
Kıtaya qarşı qoşun çəkdim...... (otuz doqquz yaşım)da yazda
tatabıiara qarşı qoşun çəkdim.........
3. Mən .... öldürdüm. Oğlunu, qız-gəlmini, ilxısını, var-
dövlətini.....
4. xalqm ı..... qız-gəlinini məhv etdim.........
5 ............. yürü.........
6 .........döy(üşdüm)........... üçün
7 ............. verdim, cəsur igidlərini öldürüb balbal edərək
verdim (qoydurdum). Əlli yaşımda tatabı xalqı Kıtayda ayağını
....... к........ Tüngər dağında......
333
8. Kuğ sənün başda olmaqla qırx min qoşun gəldi. Tüngər
dağında hücum edib qırdım. Otuz min qoşunu öldürdüm, on min
........Tatabı.......
9. öldürdü. Böyük oğlum xəstələnib öləndə Kuğ sənünü
balbal qoydurdum. Mən on doqquz il şad oturdum, on doqquz il
xaqan oturdum, el tutdum. Otuz bir yaşımda........
10............türkümə, xalqıma ucalığı elə qazandım. Bunca
qazanıb atam xaqan it ili onuncu aym iyirmi altısında (25 noyabr
734-cü il) vəfat etdi. Donuz ili beşinci ayın iyirmi yeddisində
(22 iyun 735-ci il) dəfn etdirdim. Buğa tutuk....
11. Mənə Lisün Tay. sənün başda olmaqla beş yüz ərən
(ən cəsur) gəldi. Yaxşı qorxulu ....... qızıl, gümüş saysız-
hesabsız qədər gətirdi. Dəfn şamları gətirib qoydu. Səndəl ağacı
gətirib ö z ......
12. Bunca xalq saçım (yoldu), qulağını, yanağını (üz-
gözünü) cırdı. Yaxşı cins atını, qara samurunu, göy dələsini
saysız gətirib hamısını (dəfn mərasimi üçün) qoydu.
13. Tanrı tək Tanrı yaratmış türk müdrik xaqanı sözüm
(budur): atam türk müdrik xaqanı taxta oturduqda türkün indiki
bəyləri ........ sonra tarduş bəyləri, Kül çor başda olmaqla,
ardınca gələn şad-apıt bəylər, öndəki tölis bəyləri, apa tarkan 1
4
1
5
14. başda olmaqla digər şad-apıt bəylər ...... Taman
Tarkan, Tonyukuk Boyla Bağa Tarkan, başqa buyuruq (bəylər),
....... daxili (saray) buyuruğu bəy Kül İrkin başda olmaqla
buyuruklar - bunca indiki bəylər atam xaqana adətimizcə........
15. adətimizcə lazımınca dua ....... türk bəyləri, xalqı
lazımınca dua etdi, təriflədi...... (atam) xaqan ........ ağır daşa
sitayiş etmiş türk bəyləri, xalqı..... idi. Özüm bunca.......
Şim al tərəfi
1. Tanrı tək tanrıdan (yaxud: tanrıda) olmuş türk müdrik
xaqanı taxta oturdum. Nitqimi bitənədək (tükənənədək) eşit.
Arxamca gələn kiçik qohumlarım, oğlanlarım, birləşmiş
qəbiləm, xalqım, sağımdakı (cənubdakı) şad-apıt bəylər,
solumdakı (şimaldakı) tarkan buyuruq bəyləri, otuz ta ta r......
334
doqquz oğuz bəyləri, xalqı bu nitqimi yaxşıca eşit, möhkəmcə
dinlə İrəli (şərqə) gün
2. doğana, sağa (cənuba) gün ortasına, qərbə gün batana,
şimala gecə ortasına - bu qədər yerin içindəki xalq hamılıqla
mənə tabedir. Bu qədər xalqı tamamilə təşkil etdim. İndi eldə
iğtişaş (pis əməl) yoxdur. Türk xaqanı ötükən meşəli dağlarında
otursa, eldə dərd olmaz (yox). Şərqə Şandun düzünə təki qoşun
çəkdim, dənizə azacıq çatmadım (dəymədim). Cənuba doqquz
3. Ərsənə təki qoşun çəkdim, Tibetə azacıq çatmadım
(kiçik dəymədim). Qərbə İnci (Zərəfşan) çayını keçərək Dəmir
qapıya (Almatı və Daşkənd şəhərləri arasındakı Buzqala
keçilinə) təki qoşun çəkdim. Şimala Yir Bayırku yerinə təki
qoşun çəkdim. Bu qədər yerlərə təki qoşun yürütdüm. Ötükən
meşəli dağlarında yaxşı sahib yox imiş. El tutmalı (dövlət
düzəltməli) yer Ötükən meşəli dağları imiş. Bu yerdə oturub
Tabğaç (Çin) xalqı ilə düzəlişdim (razılığa gəldim). Qızıl,
gümüş, taxıl,
4. ipək dərdsiz elə verən (yaxud: saysız-hesabsız verən)
Tabğaç (Çin) xalqının nitqi (dili) şirin, hədiyyəsi yumşaq imiş.
Şirin dilinə (nitqinə), yumşaq hədiyyəsinə tamahsılandırıb uzaq
(uzaqda yaşayan) xalqı elə yaxınlaşdırır imiş.
Yaxın
yerləşdikdən sonra pis əməlləri (bilikləri) onda öyrədir imiş.
Yaxşı müdrik adamlan, yaxşı igid adamları yürütməz imiş. Bir
kişi yanılsa (səhv etsə, xəyanət etsə) idi, qəbiləsini, xalqını son
nəfərinə təki qırmaz (doğramaz)
5. imiş. Şirin dilinə (nitqinə), yumşaq hədiyyəsinə
tamahsılanıb (aldanıb) çoxluca, türk xalqı, öldün. Türk xalqı, bir
hissən cənuba Çuğay meşəli dağlarında deyil, Tün düzündə
yerləşək desə, türk xalqı, öləsisən. Orada xain adamlar belə
öyrədir imiş: Uzaq (iraq) isə, pis hədiyyə verir, yaxın isə, yaxşı
hədiyyə verir, - deyib belə öyrədir imiş. Bilik
6. bilməz (sadəlöv) adamlar o dilə (nitqə) aldanıb, yaxm
gedib çoxlu adam öldün. O yerlərə getsən, türk xalqı, öləsisən.
Ötükən yerində oturub karvanlar göndərsən, heç bir dərd yoxdur
(dərdin olmaz). Ötükən meşəli dağlarında otursan, əbədi el
(dövlət) yaradaraq (tutaraq) oturasısan, türk xalqı, tox. Arıq
oxsan (ox kimi arıqsan), aclıq, toxluq bilməzsən, bir dəfə
335
doysan, aclıq bilməzsən. Elə olduğun üçun səni yüksəltmiş
xaqanının
7. sözünə baxmadan (nitqini almadan) yer boyu getdin.
Oralarda tamamilə məhv oldun, zəiflədin. Onda sağ qalmışın
yer boyu tamamilə əldən düşmüş halda (duraraq, ölərək)
yürüyür idin. Tanrı buyurduğu (fərman verdiyi) üçün, özümün
bəxtim olduğu üçün xaqan oturdum. Xaqan oturub yoxa çıxan,
yoxsul xalqı tamamilə topladım. Yoxsul xalqı varlı etdim, az
xalqı çox (saylı) etdim. Məgər bu
8. nitqimdə (sözlərimdə) yalan (şişirtmə) varmı? Türk
bəyləri, xalqı, bunu eşidin. Türk xalqının toplanıb el (dövlət)
tutacağmı burada həkk etdim (daşa vurdum), yanılıb öləcəyini
də burada həkk etdim (daşa vurdum), nə qədər sözüm (nitqim)
vardısa, hamısını əbədi daşa həkk etdim (vurdum). Onu görərək
(yaxud: ona baxaraq) bilin. İndiki türk xalqı, bəyləri, taxta baxan
bəylər, axı, yanılasısınız.
9. Xaqan əmim xaqan oturduqda dörd tərəfdəki xalqı
bunca təşkil etmiş......... tanrı buyurduğu üçün özüm xaqan
oturduqda dörd tərəfdəki xalqı təşkil etdim, yaratdım..........
varlandırdım. Mən türgiş xaqanına qızım ı.......adətimizcə, ulu
qanunlarımızla verdim. Türgiş xaqımnm
10. qızını adətimizcə, ulu qanunlarımızla oğluma aldım.
Y........ etdirdim, ........ başlını səcdə etdirdim, dizlini diz
çökdürdüm. Üstdə tanrı, altda yer yar olduğu üçün........
11. gözü görməyən, qulağı eşitməyən xalqımı şərqə gün
do(ğana), cənuba (Tabğaça - Çinə), qərbə ...... (gün batana,
şimala gecə ortasına......sarı qızılım), parlaq gümüşünü, qıraqlı
(kəsilməmiş) ipəyini, əkinlik taxılım, cins at və ayqınnı, qara
samunmu,
12. göy dələsini türkümə, xalqıma qazandım, tədarük
etdim.......... dərdsiz etdim. Üstdə tanrının varlığı....... az xalq
..... on min oğlu.......bəyləri b u .......
13. yenə yüksəlin! Sıxışdırmayın! İncitməyin, - (mən
taxta) oturdum. Türk bəyləri, türk x alq ı........verdim ... İndiki
d a şı........qazanmış sərvəti türk xalq ı......... Bu xaqanından, bu
bəylərin(dən, yerindən, suyundan ayrılmasan, tüık xalqı,)
336
14. özün yaxşılıq görəsisən, evinə girəsisən, dərdsiz
olasısan......... sonra Tabğaç xaqanından çoxlu naxış açan
gətirdim......... mənim sözümü sındırmadı.......... Saray naxış
açanlarım göndərdi. Ona adma layiq sərdabə yaratdırdım. İçinə,
bayırına adma layiq naxış vur(dum, daş toxutdurdum,
könlümdəki sözümü i)........
15. on ox oğluna, tatına təki bunu görərək bilin. Əbədi
daş hördurdum....... y e rd ə ........ hördürdüm, yazdım. B u ..........
daş sərdabənin....
Qərb tərəfi
1............ ü std ə.........
2. müdrik xaqan vəfat etdi.
3. yay olsa, üstdə (tanrı)......
4. körpüsü .........
5. dağda sığın qaçsa,..........
6. kədərlənirəm. Atam xaqan ....
7. daşını özüm xaqan.....
8..................
Cənub-qərb tərəfi
.......... (müdrik) xaqan ya(zısmı) Yolığ tigin yazdım.
Bunca sərdabəni, naxışı, heykəli (türk müdrik) xaqanının kiçik
qohumu (qardaşı oğlu) Yolığ tigin bir ay dörd gün oturub
yazdım, naxışladım........
Qeydlər
1) Bilgə xaqan abidəsinin orfoqrafiyası Kül tigin
abidəsinin orfoqrafiyasmdan fərqlənmir.
2) Hər iki abidədə antroponim (şəxs adlan), toponim (yer
adlan) və etnonimlər (tayfa, qəbilə və xalq adları), demək olar
ki, eynidir.
3) Ş.4. Oksız. Hakimiyyət rəmzi olaraq, Çin imperatoru
türk qəbilələrinə ox verirdi. Oxu olan qəbilə müstəqil dövlət
hesab edilirdi.
337
4) Ş. 25. Basmıl. Basmıllar Çin mənbələrində Pa-si-mi
kimi qeyd edilir. Çin tarixçiləri 649-cu ildə basmıllarm Çinə
səfir göndərdiklərini yazırlar. Mahmud Kaşğari də basmıllar
haqqında yazır.
5) Ş. 26. Çik. Çik bodun «çik xalqı», güman ki, indiki
tuvalılardır.
6) Ş. 27. Altun yış çinlilərin Kin-şan adlandırdıqları və
mənaca türklərin Altun yış sözünə bərabər olan yerdir.
Tədqiqatçılar indiki Altay dağları ilə eyniləşdirirlər.
7) Ş. 28. Beşbalık. Uyqurıstamn (Qərbi Çin) Urumçi
şəhərinin yerində olmuş şəhərin adıdır.
8) Ş. 29. Karluk. Çin mənbələri karlukları Ko-lo-lu
adlandırır. Çin tarixçiləri karluklarm göy türklərdən olduğunu,
Kin-şan (Altun-yış) dağlarından qərbdə Pu-ku-çik adlanan çayın
sahillərində Tho-ta dağları ilə əhatə edilən ərazidə yaşadıqlarını
yazırlar. Çin mənbələrinin, habelə göytürk Orxon-Ycnisey
abidələrinin verdiyi məlumata görə, karluklar üç qəbilədən (üç
karluk) ibarət olmuşdur.
9) Ş. 30. Toğla ügüz. Monqolustanın şimalında Orxon
çayının qolu Tola çayının qədim türk adıdır.
10) Ş. 31. Yut. Bəzi türk dillərində bu söz indi də işlənir.
Qışda havaların sərt keçməsi və ot olmaması üzündən mal-
qaranın kütləvi qırılmasını ifadə edən termindir.
338
MÜDRİK TONYUKUK
Tonyukuk türk dünyasının görkəmli şəxsiyyətlərindəndir.
O, üç xaqanın - İltəris xaqanın, Kapağan xaqanın və Bilgə
xaqanın baş vəziri, məsləhətçisi olmuşdur. O, ağıllı, tədbirli
vəzir olmaqla yanaşı, həm də igid və cəsur sərkərdə olmuş, bir
sıra ağır və çətin hərbi səfərlərdə türk ordusuna şəxsən başçılıq
etmiş, diqqətəlayiq qələbələrə nail olmuşdur. İstər hərbi, istərsə
siyasi məsələlərdə ağıllı yol tapdığı, qiymətli təkliflər etdiyi
üçün ona Müdrik Tonyukuk deyirdilər.
Türklərin
Çin
əsarətinə
qarşı
bir-birinin ardınca
qaldırdıqları üsyanlar çinlilər tərəfindən qan gölündə boğulurdu.
Nəhayət, 682-ci ildə Kutluğ xan Çinə qarşı qaldırılan üsyana
rəhbərlik edir. Xalq kütlələrini qırğına verən əvvəlki üsyan
başçılarından fərqli olaraq, Kutluğ xan təlim görmüş nizami
ordu yaradır. Eyni zamanda o, Çində təhsil (o cümlədən hərbi
təhsil) almış türk gənclərini öz ordusuna cəlb edir. Çində
mükəmməl hərbi və mülki təhsil almış türk gənclərindən biri də
Aşidə qəbiləsindən çıxmış Tonyukuk idi. Toyukuk özü yazır ki,
«müdrik Tonyukuk mən özüm tərbiyə üçün Çin elinə verildim».
Tonyukuk üsyançılara qoşulan ilk savadlı türk gənclərindən idi.
Məhz belə gənclərin sayəsində üsyançı türk ordusu kütlədən
nizami orduya çevrilirdi. Tonyukuk Kutluğ xanın (İltəris
xaqanın) üsyançı ordusuna qoşulmasını belə təsvir edir: «Türk
xalqı öldü, məhv oldu, yox oldu. Türk sir xalqı yerində adam
qalmadı. Kolda, daşda qalmışı toplanıb yeddi yüz oldu. İki
hissəsi atlı, bir hissəsi piyada idi. Yeddi yüz adamı aparan
sərkərdə şad idi. - Qoşul, - dedi. Qoşulanı mən idim, müdrik
Tonyukuk.
Bunu xaqan seçim, - dedim. Düşündüm: arıq
buğanı, kök buğanı arxadan tanıya bilsə, kök buğaya arıq buğa
deyə bilməz,- deyə düşündüm. Ondan sonra tanrı bilik verdiyi
üçün məhz özüm onu xaqan seçdim. Müdrik Tonyukuk Boyla
Bağa Tarkan ilə, İltəris, xaqan olaq».
Bütün 682-ci il kütləni ordu şəklinə salmağa sərf edildi.
Türklər Qara Qumda yaşayır, böyük məhrumiyyətlərə
dözürdülər. Tonyukuk yazır: «Çuğay kuzda, Qara Qumda
otururduq. Maral yeyərək, dovşan yeyərək otururduq. Xalqın
339
boğazı tox idi. Düşmənimiz ətrafda yırtıcı quş tək idi, biz sayıq
idik». 682-ci ildə türk üsyançıları fəal hərəkətə keçir, tez-tez
Çin sərhədlərini aşıb Çinin şimal əyalətlərini talan edir. Buna
görə də 686-cı ildə Çin imperatoru türklərə qarşı böyük bir ordu
göndərir. İlk qoşunu türklər darmadağın edir, lakin 687-ci ildə
göndərilən ordu türkləri şimal çöllərinə sıxışdırır. Bu zaman
düşmənlər hər tərəfdən türkləri əhatə etmişdi. Bu düşmənlər
dən üçü - doqquz oğuzlar, kıtaylar və çinlilər ittifaq bağlayıb
türkləri məhv etmək istəyir. Türk xalqının başının üstünü almış
bu təhlükəni təsvir edən Tonyukuk onun aradan qaldırılmasını
və türk dövlətinin ötükəndə yerləşdirilməsini də öz xidməti
hesab edir: «... oğuzlardan casus gəldi. Casus xəbər gətirdi.
Doqquz oğuz xalqı üzərində xaqan oturdu. O, çinlilərin yanma
Kunı sənünü göndərmiş, kıtayların yanma Tonra Səmi göndər
miş. Belə xəbər göndərmiş: türk xalqı azdır, amma xaqanı
igiddir, vəziri müdrikdir. Nə qədər ki, o iki adam sağdır, səni -
Çini öldürəcək, şərqdə Kıtayı öldürəcək, məni - Oğuzu da
öldürəcək. Çin, sən cənub tərəfdən hücum ct. Kıtay, sən
şərqdən hücum ct. Mən şimaldan hücum edim. Türk sir xalqı
yerində sahib qalmasın. Bacarsaq, hökmdarı məhv edək. 6
xəbəri eşidib gecə yuxum gəlmədi, gündüz rahatlığım gəlmədi.
Xaqanıma müraciət edib dedim: - Çin, Oğuz, Kıtay - bu üçü
birləşsə, mühasirədə qalacağıq. Naziyi toplamaq asan işdir,
incəni üzmək asandır. Nazik qalın olsa, toplamaq igid işidir,
incə yoğun olsa, sındırmaq igid işidir. Düşmənlərimiz
birləşməmişdən onlara bir-bir hücum etmək lazımdır. Xaqanım
mənim - Müdrik Tonyukukun sözünü eşitdi. Qoşunu könlüncə
apar - dedi. Qoşunu göy önük boyu yuxarı Ötükən ormanına
apardım. İnək və yük heyvanları ilə Toğlada oğuzlar gəldi.
Qoşunu altı min idi, biz iki min idik. Döyüşdük. Tanrı yar
olduğu üçün dağıtdıq, çaya tökdük. Səpələndikləri yollarda da,
güman ki, öldülər. Ona görə də oğuzlar hamısı tabe olmağa
gəldi. Türk xalqını ötükən yerinə mən özüm - müdrik Tonyu
kuk gətirdim. Xaqan ötükən yerində yerləşir deyə xəbər eşidib
cənubdakı xalq, qerbdəki, şərqdəki xalq gəldi».
Tonyukukun Toğla (indiki Tola) çayı sahilindəki qələbə
sindən sonra türk elinin ordası Ötükəndə yerləşir. Tola döyüşü
340
688-ci ildə baş vermişdi. 689-cu ildə İltəris xaqan Çindən asılı
olmayan müstəqil türk dövlətini - İkinci Türk xaqanlığını
yaradır.
693-cü ildə İltəris xaqan vəfat edir. Taxta onun kiçik
qardaşı Kapağan xaqan çıxır. Tonyukuk vəzirliyində qalır, yenə
də ağıllı məsləhətləri, hərbi şücaətləri ilə türk dövlətinin
qüdrətinin yüksəlməsinə xidmət edir.
698-ci ildə türk ordusu iki dəstə halında Çinin şərq
əyalətlərinə - Mancuriyaya hücum edir. Dəstələrdən birinə
Tonyukuk sərkərdəlik edirdi. Tonyukuk bu yürüşü belə təsvir
edir: «İki min idik, biz iki ordu olduq. Türk xalqı oturalı, türk
xaqanı oturalı Şandun şəhərinə, Dəniz çayına çatdığı yox idi.
Xaqanıma müraciət edib qoşun çəkdim. Şandun şəhərinə, Dəniz
çayına çatdım. İyirmi üç şəhər sındı (məğlum oldu)». Şandun
şəhəri deyəndə, güman ki, Tonyukuk Şandun düzünü nəzərdə
tutur, çünki digər qədim türk abidələrində Şandun b a 1 ı к
(şəhər) yox, yazı (düz) adlanır: Yaşıl ügüz Şandun yazı «Yaşıl
(Xuanxe) çay Şandun düzü». Taluy ügüz «Dəniz çayı» deyəndə,
güman ki, Sarı dəniz nəzərdə tutulur. Tonyukuk bir məsələdə
öyünməkdə haqlıdır: ona qədər və ondan sonra türk dövlətçiliyi
tarixində türk ordularının Çinin bu qədər şərqinə - San dəni»)
qədər gedib çıxdıqları olmamışdı.
706-cı ildə türk orduları Çinin şimalına hücum edib Minşa
yaxınlığında Çin ordusunu darmadağın etdikdən sonra Çin
dövləti başa düşür ki, hərbi qüvvə ilə, həm də təkbaşına
türklərə qalib gələ bilməyəcəkdir. Buna görə də türklərin
qonşuları olan köçəri qəbilələri türklərin əleyhinə qaldırmağa
çalışır. 708-ci ildə Kapağan xaqan yenidən Çinin şimalına
hücum etdikdən sonra Çin diplomatiyası bütün vasitələri işə
salıb türklər əleyhinə hərbi ittifaq yarada bilir. Türk
xaqanlığının 709-cu ildəki hərbi və siyasi vəziyyətini Tonyukuk
belə təsvir edir: «Çin xaqanı düşmənimiz idi. On ox xaqanı
düşmənimiz idi. Hamıdan çox güclü qırğız xaqanı düşmənimiz
idi. O üç xaqan məsləhətləşib: - Altun ormanı üzərinə hücum
edək, - demiş. Elə məsləhətləşmiş: - Şərqə türk xaqanına qarşı
qoşun çəkək, - demiş, - ona qarşı qoşun çəkməsək, hər necə
olsa, o bizi, xaqanı cəsurdur, məsləhətçisi müdrikdir, hər necə
341
olsa, bizi öldürəcək. Üçlükdə birləşib qoşun çəkək, onu məhv
edək, - demiş. Türgiş xaqanma belə demiş: - Mənim xalqım
orada olacaq. Türk xalqına da: - daxildə ixtişaş sal, - demişlər;
oğuzlara da: - üsyan qaldır, - demişlər. O xəbəri eşidib gecə də
uyumağım gəlməz oldu, oturmağım gəlməz oldu».
Tonyukuk bu çıxılmaz vəziyyətdən çıxış yolu tapır. Onun
təklifi ilə hərbi şura düşmənləri qəfildən, həm də tək-tək aradan
götürməyi qərara alır. Tonyukuk ilk zərbəni qırğızlara vurmaq
qərarına gəlir. Hadisə qışda baş verdiyi üçün, hər yanı qar
basdığı, Sayan dağlarından şimala, qırğız öləksinə gedən yeganə
Gögmən keçidini düşmən*ciddi surətdə qoruduğu üçün və
düşmənə qəfil basqın etmək üçün Tonyukuk keçilməz yol seçir.
Qırğız səfərini Tonyukuk belə təsvir edir: «.... düşünüb ... -
qoşun çəkək, - dedim. Gögmən yolu bir imiş, onu da düşmən
tutmuş, deyə eşidib «bu yolla getmək yaramaz», - dedim ...
bələdçi dilədim. Çöllü azlardan bir adam tapdım ... Anı çayı ilə
getsən, orada gecələsən, getməyə bir atlıq yol qalır, - deyə, - o
yol ilə yürüsək, (tez çatmaq) mümkündür,- dedim. ... Qoşun
yürütdüm. - Atlanın, - dedim. Ağ Tərməl çayını keçərək
düşərgə saldırdım. Atlara mindirərək qarı dağıtdım. Yuxarı,
atları yedəkdə tutaraq, piyada ağac tuta-tuta qaldırdım. Öndəki
döyüşçülər qarı tapdalayıb yol açdı. Kolluq olan təpəni aşdıq,
yombalamb endik. On gecə yandakı qar uçğunlarını dolanıb
getdik. Bələdçi yeri səhv saldığı üçün öldürüldü. Məhrumiyyət
lər başlananda xaqan: - sürətlə getməyə çalış, - dedi. Anı çayı
ilə gedək. O çay boyu ilə getdik. Saymaq üçün adamları atlardan
düşürdük. Atları ağaclara bağladıq. Gecə də, gündüz də getdik.
Qırğızları yuxuda basdıq. ... süngü ilə açdıq. Xanın qoşunu top
laşmış. Döyüşdük. Sancdıq. Xanını öldürdük. Qırğız xalqı xaqa
na tabe oldu, səcdə etdi. Qayıtdıq. Kögmən ormanını dolanıb
gəldik. Qırğızdan qayıtdıq». Beləliklə, Tonyukukun uzaqgörən
liyi və şəxsi şücaəti sayəsində üçlər ittifaqının bir üzvü sıradan
çıxarılır. İndi növbə türgişlərin idi. 710-cu ildə türklər türgişləro
qarşı hərbi yürüşə çıxırlar. Türk ordusuna rəhbərlik etmək Ka-
pağan xaqanın oğlu İnəl xaqana və qardaşı oğlu Bilgə xaqana
tapşırılır, Tonyukuk isə baş məsləhətçi təyin edilir. Lakin
əslində hərbi əməliyyatlara Tonyukuk rəhbərlik edirdi.
342
Tonyukuk əvvəlcə kəşfiyyat aparır: «Türgiş xaqanından
casus gəldi, xəbəri bu cür: şərqdən xaqana qarşı qoşun yürüdək,
- demiş, - yürütməsək, bizi, xaqanı cəsur imiş, məsləhətçisi
müdrik imiş, hər necə olsa, bizi öldürəcək, - demiş. - Türgiş
xaqanı sərhədi keçmiş, - deyir. Aralarında Çin qoşunu da
varmış». Kapağan xaqan ordaya qayıdır, oğlu İnəl xaqana isə
gizli göstəriş verir ki, türgişlərlə döyüşə girməkdən çəkinsin,
Tonyukuk «qoşun yürüdək» desə, razı olmasın. Lakin Tonyukuk
öz bildiyi kimi hərəkət edir. O yazır: «... qoşun yürütdüm. Altun
ormanını yolsuz aşdıq, İrtış çayını bərəsiz keçdik, gündüzü
gecəyə qatdıq. Bolçuya dan söküləndə çatdıq. Kəşfiyyat dil
gətirdi. Xəbəri bu cür: Yarış yazıda yüz min qoşun toplanmışdır.
Bu xəbəri eşidən bəylər hamısı dedi:
- Qayıdaq. Təmiz abır yaxşı şeydir.
Mən isə dedim:
- Mən müdrik Tonyukuk Altun ormanını aşaraq gəldim,
İrtış çayını keçərək gəldim. Gətirdiyim adamlar cəsurdur.
Düşmən də gəldiyimizi duymamışdır. Tanrı, Umay, müqəddəs
yer, su bizə qələbə verdi. Onlar çoxdur deyə niyə qaçaq?! Biz
azığ deyə niyə qorxaq?! Niyə basılaq? Hücum edək.
Hücum etdik. Düşməni dağıtdıq. İkinci gün gəldi. Düşmən
alov kimi qızıb gəldi. Döyüşdük. Düşmənin iki qanadı bizdən
yarıbayarı artıq idi. Tanrı yar olduğu üçün düşmən çoxdur dəyə
qorxmadıq. Döyüşdük. Tarduş şadı düşməni mühasirə etdi.
Dağıtdıq. Xaqanını tutduq, yabğusunu, şadını döyüşdə öldürdük.
Əlli döyüşçünü əsir tutduq. Gccə on ox xaqanına xəbər
göndərdi. O xəbəri eşidib on ox bəyləri, xalqı hamılıqla gəldi,
səcdə eldi. Gələn bəylərini, xalqını təşkil etdik».
Bu hərbi səfər sayəsində Türk xaqanlığının qərb
sərhədləri Dəmir qapıyadək (Almatı və Daşkənd şəhərləri
arasındakı Buzqala keçidinədək) çatır. Tonyukuk yazır: «Dəmir
qapıya təki çatdıq, oradan qayıtdıq».
Tonyukukun
yazdığına
görə,
türgişlər
üzərindəki
qələbədən sonra Soğda hökmdarı Suk başda olmaqla soğdak
xalqı hamılıqla türk xaqanma tabe olur. Bu səfər zamanı başda
343
Tonyukuk olmaqla türk qoşunlarının ərəblər və taxarlarla da
döyüşdüyündən danışılır.
Qaynaqlarda Çinə qarşı
712-ci
il müharibəsində
Tonyukukun iştirak etdiyi göstərilmir, lakin Tonyukuk həmin
müharibədə də iştirak etdiyini yazır: Türk xalqı «Tinəsi oğlu
(yəni, Çin imperatoru) yatan dağa çatmış.......o yerə mən -
müdrik Tonyukuk hücum etdiyi üçün saysız-hesabsız san qızıl,
parlaq gümüş, qız-gəlin, xalça, pul gətirdi».
716-cı ildə Kapağan xaqan bir hərbi səfərdən qayıdarkən
pusquya düşüb öldürülür. Kapağan xaqan türk törüsünü
(qanununu) pozaraq hələ sağlığında böyük oğlu Bögünü kiçik
xaqan qoymuşdu. Türk törüsünə görə, böyük qardaşın böyük
oğlu xaqan taxtına çıxırdı. Bu törüyə görə, Kapağan xaqandan
sonra taxta İltəris xaqanın böyük oğlu Bilgə xaqan çıxmalı idi.
Ancaq Kapağan xaqan Bögünü kiçik xaqan qoyduğu üçün
Kapağan xaqan öldürülən kimi əyanlar yığışıb onu ulu xaqan
elan edir. İltəris xaqanın kiçik oğlu Kül tigin türk törüsünü bərpa
etmək üçün ordaya hücum edir, əmisinin bütün uşaqlarını (əmisi
oğlu Bəg tigin Çinə qaçır) və yaxm adamlarını qırır, təkcə vəzir
Tonyukuku bağışlayır (Tonyukuk Bilgə xaqanın qayınatası idi),
lakin onu siyasi fəaliyyətdən uzaqlaşdırır.
Kül tigin böyük qardaşı Bilgə xaqanı türk taxtına oturdur.
Ölkəni qiyam və üsyanlar sarsıdırdı. Yeni xaqanın ağıllı vəzirə
böyük ehtiyacı vardı. Görünür, buna görədir ki, 718 yaxud 719-
cu ildə Tonyukuk yenə də baş vəzir vəzifəsinə qaytarılır. O,
yenə ağıllı məsləhətləri ilə türk dövlətinin qüdrətinin
yüksəlməsinə xidmət edir.
Bilgə xaqan istəyir ki, Budda dinini qəbul etsin və onu
dövlət dini elan etsin. Tonyukuk bunu məsləhət görmür. O
deyir:
- Budda dininin ehkamları türklərin cəngavərlik ruhunu
öldürər, çünki bu ehkamlar itaət təbliğ edir, Budda dini insanları
zəiflədir və insanpərvərlik ruhunda tərbiyə edir. Biz Budda
dinini qəbul etsək, türk dövləti zəifləyər və Çindən asılı
vəziyyətə düşər.
344
Bilgə xaqan Çin tipində özünə paytaxt şəhəri salmaq
istəyir. Tonyukuk bu fikirdən də onu daşındınr.
- Türkün ruhu azaddır. Türk istədiyi yerdə özünə məskən
salmağı xoşlayır. Türk hər tərəfdən hasarlarla əhatə edilən
şəhərdə yaşasa, onun azadlıq sevən ruhu qandala salınar, qula
çevrilər. Bu da türkün cəngavərliyini öldürər.
- Tonyukuk qocalsa da hərbi sahədə də səriştəsini
itirməmişdi.
720-ci ildə Çin türk dövləti əleyhinə qəsd düzəldir. Çin
planına görə, kıtay, tatabı və basmıl qəbilələri üç tərəfdən
türklərin ordasına hücum etməli, Bilgə xaqanı tutmalı idi. 300
minlik Çin ordusu da onlara yardım edəcəkdi. Tonyukuk başa
düşürdü ki, bu qədər müxtəlif olan qüvvələrin hərəkətlərini
əlaqələndirmək çətindir. Buna görə də o, Bilgə xaqana narahat
olmamağı və düşmənlər gəlməzdən üç gün əvvəl şimala
çəkilməyi məsləhət görür. O, Bilgə xaqana deyir:
* Q°y
Çinlilər gəlsinlər. Biz gözləyərik. Onların azuqəsi
qurtardıqdan sonra hücum edərik.
Ancaq iş elə gətirir ki, türk ordasına birinci basmıllar çatır.
Öz müttəfiqlərini burada görməyən basmıllar geri qayıdır. Bilgə
xaqan onlara hücum etmək istəyir. Tonyukuk mane olub deyir:
- Düşmən tox olduqda yaxşı vuruşur. Ona hücum etmək
təhlükəlidir.
Türk ordusu sürətli yürüşlə irəli gedib basmılları
qabaqlayır və onlar gələnədək Beşbalık şəhəıini alır. Yorğun və
ac basmıllar istirahət etmək arzusu ilə şəhərə gəldikdə gümrah
türk ordusu onları mühasirə edir. Bütün basmıl ordusu əsir
düşür.
Bilgə xaqan və Tonyukuk bununla kifayətlənmir. Ordu
Cunqariyadan Çinin Qansu əyalətinə keçir və Çin ordusunun
arxasındakı bütün vilayətləri talan edib Çin ordusunu ərzaqsız
qoyur. Beləliklə, Çin imperiyasının türk dövlətini məhv etmək
planı boşa çıxır.
Türk
dövlətinin
yaranmasında
və
inkişaf
edib
yüksəlməsində Tonyukukun xidmətləri böyükdür. Buna görə də
Tonyukuk belə deməkdə haqlıdır:
345
- İltəris xaqan, ardınca müdrik Tonyukuk qazandığı üçün
... türk sir xalqı yaşamaqdadır.
TONYUKUK ABİDƏSİ
Tonyukuk uç türk xaqanınm - İltəris xaqan, Kapağan
xaqan və Bilgə xaqanın vəziri olmuşdur. Tədqiqatçıların b ir
qismi abidənin, təxminən 716-cı ildə qoyulduğunu söyləyir,
V.Tomsen isə yazır ki, bu abidə 725-ci ildə qoyulmuşdur.
Tonyukuk abidəsini 1879-cu ildə Y.N.Klements k ə ş f
etmişdir. 1898-ci ildə abidənin estampajı və foto-surəti
çıxarılmışdır. Bunların əsasında onu ilk dəfə V.V.Radlov
oxumuş, tərcümə və nəşr etmişdir. Sonralar Q.Ramstedt (1909),
B.Y.Vladimirsev (1925), P.Aalto (1957), Y.İ.Ubryatova və
V.M.Nadelyayev
Tonyukuk
abidəsini
tədqiq
etmişlər.
Q.Ramstedt vasitəsilə Tonyukuk abidəsinin mükəmməl foto
surətini əldə edən V.Tomsen onu tərcümə etmişdir. Daha sonra
H.N.Orkun, S.Y.Malov və Mühərrəm Ergin də bu abidəni
tərcümə və nəşr etmişlər. 1957-ci ildə monqollar abidənin daxil
olduğu kompleksdə arxeoloji tədqiqatlar aparmışlar.
Tonyukuk abidəsi Ulan-Batorun 66 km cənub-şərqində
Nalayxa adlanan yaşayış məntəqəsi ilə Tola çayının sağ sahili
arasında Baym-Sokto adlanan yerdə qoyulmuşdur.
Abidə məqbərə kompleksinə daxil olan iki daşdan
ibarətdir. Daşlar məbədin şərq divarına paralel şəkildə bir-
birindən bir neçə metr aralı yerə basdırılmışdır. Cənubdakı daşın
hündürlüyü 1 m 70 sm-dir. Mətnin 35 sətri bu daşdadır.
Şimaldakı daş nisbətən alçaqdır - onun hündürlüyü 1 m 60 sm-
dir və sonrakı 27 sətri (36-62) əhatə edir. V.V.Radlov 17-ci
sətirdən sonra bir 18-ci sətir də göstərib onu nöqtələrlə işarə
edir. Lakin digər tədqiqatçılar bu sətri göstərmirlər. H.N.Orkun
yazır ki, Tonyukuk abidəsinin 18-ci sətrinə qədər İltəris
xaqandan, oradan 48-ci sətrə qədər Kapağan xaqandan, sonrakı
sətirlərdə Tonyukukun özündən danışılır.
Koşo-Saydam abidələrinin (Kül tigin və Bilgə xaqan
abidələri) mətnlərinə nisbətən Tonyukuk abidəsi bəzi qrafik və
346
dil xüsusiyyətlərinə malikdir. Tonyukuk abidəsinin üslubu daha
az dəbdəbəlidir. Tonyukuk daha sadə dildə, xalq dilində
danışmağa çalışır, mükalimədən, atalar sözü, zərb-məsəllərdən
istifadə edir.
Oxuculara təqdim etdiyimiz bu nəşrdə Tonyukuk abidəsi
nin göytürk Orxon-Yenisey əlifbası ilə olan mətni Mühərrəm
Erginin «Orxon abidələri» adlı əsərindən götürülmüş foto
surətdir. Foto-surətə müraciət etməyimizin səbəbi budur ki,
respublikamızda göytürk Orxon-Yenisey əlifbasının şrifti
yoxdur.
347
MƏTN
Birinci daş
Qərb tə rə fi
л т н н : *©
y n
: i m
m
* : >►
w
* :
<
d
rh T T T N B : ы т
г : m
у л : r© 4)H: r m # : m
m
: i m ^ w o n : ) ш
ч т <2>
t a w
: m w * :
p h i
» : и о л т о :
m n t : п>ш
:«И«
Mi: и ч ш г * : т ь : tCANixw *. чхч
аг
:
m i
:
ih w
о
m : ж м т п : ч т с г м ш о : rorfjıwf»:
т я г
JM *
: rnwHıWW:
т лп
:
п ш
:
:
т м т
w
: sn rc ; Hiwrw: г и т » ; rçrf*rr*:
гы т :кгт
у г * : w w A r o v D :
гхгклуо
: г к г # ¥ : т > : w b # > (5)
«и:
м
4>4
ач
>$ : *©ич: (txhıPiwMwrıi : и ь ш
m i T J N A W b
я и м ч м р г ш г г * : 1 м м ч и ч > * :
п>ш
\ : т т <«)
4hOYrf:
т
& : м в т е у г А : т ь : i r i m © : »©
м ч ъ т и 1 м :
ш п н т
: >н*
т ь и ч м г * : ¥
a y
«>* : . r m ' ) « u w : )
ун
1Т
ьуг
: т у т а>
t w
* : г о л : п
т : r m ı * : e w : v w o x w t b :
y i
*
w h it
: н>н4>
: m w w u : м
3^18
т
. r w a :
; 4,*fhnrH>HJ>; r w m s :
тчт
(8)
>п
. 4*Mtr: f г : ч»г*: r h r m
a
> : m
й
: 4
i
»
yd
: гь
гку
=
к
№ : )o»v/>: т гт ч ч л
: mrwj'':
уы
: i*wo#>чи1>? : у о м ч т ч w
r
. ^1-гчч> $ : > ч у т н : ж*г: fHtNir»
ı
: >
hyav
^
s
>»>«m
: iM»b:
тпн
ч :
m
r=u>: ı * T m r s :
мга
>
уо
: ı » r t ı :
пун
:
1
*тчогчи> <ı«)
гтчг»: н ч т :
гайтмг
» : у л у ч и л : птчл : n n
: Y w r m ; « н » т :
гайтур
: v m *
Yıfxsf»: m « : f h ı m x r s : л т : гР*тгн
чгайтуг
»
od
: ifo**m: ) # > « * п н т : ı w m : )и©#чт‘* : chrP
: »4чг«тхгчч>: этчю гхг
j
> :
w m
; r x m : »нп#>»т: i x i : >ля4> :
нчтгй
<п)
ч п
: iMiMH-r*: »
йн
'
й
Р4*>
уи
: prhPi©: гхт*н<ч
нч<ы: PfA>a:
ш
< :
wo
:
a
>u
: mriHD>o : чнчк м»$> s : )
ча
: rA«w: ^
агамн
оз
>
лт
: 4*
hd
>
d
: »
йа
>
гу
^
г
* : е
уэт
-
гс
>?:
i ş t m n v j i
i f
и
: 1Ф ти : 4
j
>
vji
>« : чи>
t
: i m : i« # sr< : xrsr<: ^
t u b y w
: чча><»у^ (м>
:
u n m
:
г ш
>; 4WD: т©*и>н: iH>H; iBAvo
: ♦hrf*hf>i): i» m w :
чч
^
айу
^ : *b^w
: ^^hfBhrHhx : U 9 > ^ ifY « : * w a : ^
vh
os
)
>4¥4rw4hK: >4V>o:
: гхн*ш: iA4Y4f<^: гн
: rhY44ıV>:
n m t :
г^^ун^^г:
+иы>:
o m it:
4
i
^
xhi
«
i
: ^ ь т : ч м п :
wn:
ı>mı\>ANnM (»<>)
ув: i» 9 : iM>DA«ıo : rxıp*b:
:
Чхшъ
: г^н
4
н
MıY4: ım4ıY>: f*rhr»io; ннгь
*т
:
: т а с :
у
)
в
>
ятг
»
и
:()
н
»
йтг
<
у
^
т
:тл:
n m ::ıxi: ^?ью>4:
*гтм
*:
: i
:
гйу
^>«> : пт-ш : гночг?:
гнрч
>4.
349
m
: HY
4
j> : jH>rtrr*h: rtı> w m u x : ъ + и п п н
Yti: ı t r v v + c h :
t :
s u w c v n y w
: >v*n
J
♦xkYM: ı^hf<:
t+y
; r m : «4
o w a b
: * h r w h : 4W f 4« : r<4os n 9)
t
^
vd
: )
vhayo
$-: rhT4MH>«o:
: >$©>«ш>
: MtTHı^yo:
dyha
» ; гь
Yfi*: )YbANj/:
гм
>
оч
»*
уо
:
w bcyar
:
мчн: ı гн
(2о>
: г г т т ч г * : ı*iY£i¥.r>; ı>Hı»4!<>rf:
: ıı
; r^4lbÄj>:
titshiäh
; т т в и ч : ı»b*Yvw :
>
ч у у ч
: RBrAhrYf*: m w Y H : i*Ymr*nrA>YD
: ı+runvh
ш
>
; >
yh
: if^r^h:
m
:
+
4чг<ц?п :
+ym:
1
чзн:
г
^^^
аг
*
ı+ h: rt*T f o w w # * :
ı«кл
444
>:
1»Ь4>ЫЧ$ : 4W4»Y>l*HJ>>Y4>44,*,M>Wr2> Dostları ilə paylaş: |