66
qədim türk yazısı abidələrinin dilində üçüncü növ təyini söz
birləşmələri aşağıdakı məna variantlarını da ifadə edir:
1. Birinci tərəf sahib şəxsi, ikinci tərəf mənsub əşyanı
bildirir. Burada sahiblik, mənsubluq qrammatik mənada deyil,
həqiqi mənada işlənir; məsələn: Kül tiginiQ altunı (KT c q)
«Kül tiginin qızılı», Kül tiginiQ kümüşi (KT c q) «Kül tiginin
gümüşü», Kül tiginin barımı (KT c q) «Kül tiginin dövləti»,
elimin beQgüsi (Y 24) «elimin əbədi daşı», karlukığ taban (MÇ
29) «karlukun malı», karlukığ ebi (MÇ 29) «karlukun evi».
2. Birinci tərəf sahib şəxsi, ikinci tərəf əşyanın sahib
şəxsə qohumluq münasibətini ifadə edir; məsələn: türgis
kağanıQ kızı (BK şm 9-10) «türgiş xaqanının qızı», Tadıkın
çonn oğlı (KÇ 26) «Tadıkın çorun oğlu», özüniQ inirjiz (Y 26)
«özünüzün kiçik qardaşınız».
3. Birinci tərəf mənsub əşyanı, ikinci tərəf sahib şəxsi
bildirir. Üçüncü növ təyini söz birləşməsinin bu tipindəki
tərəflər arasındakı
münasibət birinci tipindəkinin tamamilə
əksinədir; məsələn: (türk) bodumQili (KT ş 1) «(türk) xalqının
eli».
4. Tərəflər hissənin bütövə münasibətini bildirir: birinci
tərəf bütövü, ikinci tərəf hissəni ifadə edir; məsələn: (ak)
adğırığ udlıkı (KT ş 36) «(ağ) ayğırın budu», adığıQ kamı (IB
10) «ayının qamı», toQuzıQ azığı (IB 10) «donuzun qılınc dişi»,
taşıQ subı (Turfan) «çölün suyu», yağın başı (MÇ 18) «yağının
başı».
5. Birinci tərəf hasili, ikinci tərəf məhsulu ifadə edir;
məsələn: kağanıQ sabı (KT c 9) «xaqanın nitqi», məniQ sabım
(KT c 11) «mənim sözüm», kağanıQ bitigi (III Orxon abidəsi)
«xaqanın yazısı», beniQ bitigim (Y 57) «mənim yazım».
6. Birinci tərəf əvəzliklə ifadə edilir və isimlə ifadə edilən
ikinci tərəfin rəhbərliyini bildirir; məsələn: məniQ bodunım
(BK ş 29) «mənim xalqım», beniQ bodunım (T 21) «mənim
xalqım», k&ntü bodunım (KT ş 24) «özümin xalqım», məniQ
süm (MÇ 33) «mənim qoşnum», biziQ sü (KT ş 33) «bizim
qoşun», məniQ ər QAÇ 24) «mənim döyüşçülərim».
67
7.
Tərəflər keyfiyyət və əlamətin əşyaya
olan
münasibətini bildirir; məsələn: bodunıl) törüsi (KT ş 1) «xalqın
qanunu», türk bodunığ atı (KT ş 25) «türk xalqının adı», türk
bodunığ küsi (KT ş 25) «türk xalqının şöhrəti», sizirj ə r a t (Y
26) «sizin igid adınız».
Göründüyü kimi, qədim türk yazısı abidələrinin dilində
üçüncü növ təyini söz birləşmələrinin yeddi məna tipi
işlənmişdir. Bu, müasir türk dillərinin bəzilərində olduğundan
xeyli çoxdur. Əlbəttə, belə zəngin məna çalarları bir neçə
yüzilliyə yarana bilməzdi. Düzdür, üçüncü növ təyini söz
birləşmələri türk dillərində birinci və ikinci növ təyini söz
birləşmələrindən xeyli sonra yaranmışdır, lakin onun zəngin
məna çalarlarma malik olması göstərir ki, türk dillərində üçüncü
növ təyini söz birləşmələri belə miladdan sonra V-VIII
yüzilliklərədək min illik, bəlkə də daha çox vaxt - uzun
təşəkkül və inkişaf prosesi keçirmişdir.
MÜRƏKKƏB TƏYİNİ SÖZ BİRLƏŞMƏLƏRİ
Həm məna, həm də formaca bir-birinə bağlanan, tərkibin
də iştirak edən sözlərin hamısını birlikdə bir cümlə üzvü kimi
işlənə bilən ikidən artıq sözün əmələ gətirdiyi təyini söz birləş
mələri mürəkkəb təyini söz birləşmələri adlanır. Təyini söz
birləşmələrinin görkəmli tədqiqatçısı M.H.Hüseynzadə mürək
kəb təyini söz birləşmələrinin xüsusiyyətlərini belə müəyyən
ləşdirir:
«a) Sözlərin biri digərini təyin etməsi və ya tamamlaması
mürəkkəb birləşmənin xaricində deyil, təyini söz birləşməsinin
öz daxilində icra olunur;
b) Buna görə də bu təyinlik və tamamlamaq cümlənin
ayrı-ayrı müstəqil üzvlərinə deyil, yalnız mürəkkəb təyini söz
birləşməsinin tərkibinə daxil olan sözlərə (üzvlərə) aid olur;
c) Bunların hər ikisinə görə də mürəkkəb təyini söz
birləşməsinin tərkibinə daxil olan sözlər ayrı-ayrı cümlə üzvii
deyil, birləşib bütünlüklə cümlənin mürəkkəb bir üzvü olur».1
1 M üasir A zərbaycan dili. Sintaksis. I, Bakı, 1959, s.152-153.
6 8
Dilçilik ədəbiyyatmd mürəkkəb təyini söz birləşmələrinin
iki tipinin mövcud olduğu göstərilir: 1) üç və ya dörd sözdən
ibarət olan, lakin silsilə təşkil etməyən mürəkkəb təyini söz
birləşmələri; 2) üç və daha artıq sözdən ibarət olan və silsilə
təşkil edən mürəkkəb təyini söz söz birləşmələri. Burada üç və
dörd sözdən ibarət olan və silsilə təşkil etməyən təyini söz
birləşmələri nəzərdən keçiriləcəkdir.
Üçsözlü mürəkkəb təyini söz birləşmələri. Üçsözlü
mürəkkəb təyini söz birləşmələrinə elə birləşmələn daxil edilir
ki, onların tərkibində yalnız üç söz iştirak edir, bunlar vazid
sintaktik birləşmələr əmələ gətirir və cümlənin bir üzvü kimi
çıxış edir. Adətən, belə birləşmələr iki strukturda olur: ya birinci
tərəf iki sözdən, ikinci tərəf bir sözdən, ya da birinci tərəf bir
sözdən, ikinci tərəf iki sözdən ibarət olur. Adlıq halda olan üç
sözün yan-yana işlənib mürəkkəb təyini söz yaratması mümkün
olmadığı üçün, üç sözdən ibarət olan mürəkkəb təyini söz bir
ləşmələrinin yaranmasında da, ikisözlü sadə təyini söz birləşmə
lərində olduğu kimi, ismin yiyəlik hal şəkilçisi və mənsubiyyət
şəkilçisinin işlənməsi vacibdir. Buna görə də, sadə təyini söz
birləşmələrində olduğu kimi, üçsözlü mürəkkəb təyini söz
birləşmələrinin də üç növü vardır: 1) birinci növ üçsözlü mü
rəkkəb təyini söz birləşmələri (türk bodun atı «türk xalqının
adı» tipli); 2) ikinci növ üçsözlü mürəkkəb təyini söz birləş
mələri (ər başı sal)un «qoşun başçısı general» tipli); 3) üçüncü
növ üçsözlü mürəkkəb təyini söz birləşmələri (uyğur kağanır)
bitigi «uyğur xaqanının yazısı» tipli). Göründüyü kimi, sadə və
mürəkkəb təyini söz birləşmələrinin quruluş strukturu eynidir.
Fərq yalnız bundadır ki, birinci növ sadə təyini söz birləş
mələrinin ikinci tərəfi heç bir şəkilçi qəbul etmədiyi halda,
üçsözlü birinci növ təyini söz birləşmələrinin ikinci tərəfi
mənsubiyyət şəkilçisi qəbul edir. Məsələ burasındadır ki, birinci
növ sadə təyini söz birləşmələrində heç bir şəkilçi qəbul
etməyən iki söz müəyyən semantik (məna) və yanaşma əlaqəsi
ilə bağlanıb sintaktik birləşmə - birinci növ təyini söz
birləşməsi yarada bilir. Halbuki, heç bir şəkilçi qəbul etməyən
üç sözü istər semantik (məna) əlaqə, istərsə sintaktik əlaqə ilə
69
birləşdirmək mümkün deyildir. Lakin qeyd etmək lazımdır ki,
müasir türk dilləri baxımından heç bir istisnaya dözməyən bu
qanun qədim türk yazısı abidələrinin dilində anomaliyalara yol
verir. Məsələn, Türk oğuz bəgləri, bodun, esiditj (KT ş 22)
«Türk oğuz bəyləri, xalqı, eşidin» cümləsində türk oğuz bəgləri
üçsözlü mürəkkəb təyini söz birləşməsi dil qanunları baxımın
dan tam qanuni birləşmədir, çünki üçüncü söz (bəgləri) mən
subiyyət şəkilçisi qəbul etmişdir; ikinci üçsözlü mürəkkəb təyini
söz birləşməsi isə (türk oğuz bodun) müasir dil baxımından istis
na təşkil edir, çünki birləşmənin üçüncü sözü (bodun) mənsubiy
yət şəkilçisi qəbul etməmişdir. Lakin bu, qədim türk yazısı
abidələrinin dili üçün normal haldır, belə ki, abidələrin dilində
xalqın adını bildirən sözlə bodun «xalq» sözü birləşdikdə bodun
sözü mənsubiyyət şəkilçisi qəbul etmir.
Qədim türk yazısı abidələrinin dilində üçsözlü mürəkkəb
təyini söz birləşmələrinin üç növünü göstərmək olar:
1. Birinci növ üçsözlü mürəkkəb təyini söz birləşmələri.
2. İkinci növ üçsözlü mürəkkəb təyini söz birləşmələri.
3. Üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşmələri.
L Birinci növ üçsözlü mürəkkəb təyini söz birləşmələri.
Yuxanda göstərildiyi kimi, miiasir türk dillərində üçsözlü
mürəkkəb təyini söz birləşmələrinin üçüncü sözü mütləq şəkilçi
qəbul etməlidir, qədim türk yazısı abidələrinin dilində isə
üçsözlü mürəkkəb təyini söz birləşməsinin üçüncü sözü
mənsubiyyət şəkilçisi qəbul edə də, etməyə də bilər. Buna görə
də abaidələrin dilində işlənən birinci növ üçsözlü mürəkkəb
təyini söz birləşmələrini iki qrupa ayırmaq olar: a) üçüncü
komponenti mənsubiyyət şəkilçisi qəbul etməyən birinci növ
üçsözlü mürəkkəb təyini söz birləşmələri; b) üçüncü
komponenti mənsubiyyət şəkilçisi qəbul edən birinci növ
üçsözlü mürəkkəb təyini söz birləşmələri.
a) Üçüncü komponenti mənsubiyyət şəkilçisi qəbul
etməyən birinci növ üçsözlü mürəkkəb təyini söz birləşmələri.
Üçsözlü mürəkkəb təyini söz birləşmələrinin bu tipində
tərəflərin quruluşu belədir: söz + birinci növ sadə təyini söz
birləşməsi. Qədim türk yazısı abidələrinin dilində birinci növ
70
üçsözlü mürəkkəb təyini söz birləşmələrinin ikinci tərəfini
təşkil edən birinci növ sadə təyini söz birləşməsi müasir türk
dillərində ikinci növ sadə təyini söz birləşməsi kimi işlənir:
(tokuz) oğuz bodun (KT ş 14) «(doqquz) oğuz xalqı», (kara)
türgiş bodun (KT ş 38) «(qara) türgiş xalqı» və s. Qədim türk
yazısı abidələrinin dilində birinci növ üçsözlü mürəkkəb təyini
söz birləşmələrinin bu tipi geniş işlənir; məsələn: Ötükən yış
bodun (KT ş 23) «ötükən meşəli dağlarının xalqı», kırhz küçlig
kağan (T 20) «qırğız güclü xaqanı», Bökli çölig el (KT ş 4)
«Böklü çöllük eli», Başqu boz at (KT ş 37) «Başqunun boz atı»,
türk oğuz bodun (KT ş 22) «türk oğuz xalqı», iç sü başı (Y 39)
«daxili qoşunların başçısı» və s.
b) Üçüncü komponenti mənsubiyyət şəkilçisi qəbul edən
birinci növ üçsözlü mürəkkəb təyini söz birləşmələri. Struktur
və məna quruluşuna görə üçüncü komponenti mənsubiyyət
şəkilçisi qəbul etmiş birinci növ üçsözlü mürəkkəb təyini söz
birləşmələrini belə qruplaşdırmaq olar: 1) birinci sözü təkcə
ikinci sözlə birləşmə yaradan üçsözlü birinci növ mürəkkəb
təyini söz birləşmələri; 2) birinci sözü həm ikinci, həm də
üçüncü sözlə birləşmə yaradan üçsözlü birinci növ mürəkkəb
təyini söz birləşmələri; c) birinci sözü ikinci və üçüncü sözün
birləşməsi ilə əlaqə yaradan üçsözlü birinci növ mürəkkəb
təyini söz birləşmələri.
1) Birinci sözü təkcə ikinci sözlə birləşmə yaradan üçsözlü
birinci növ mürəkkəb təyini
söz birləşmələrinin birinci və
ikinci tərəfləri birinci növ sadə təyini söz birləşməsi təşkil edir,
üçüncü söz isə bu birinci növ təyini söz birləşməsəi ilə əlaqəyə
girir, yəni birinci iki sözdən ibarət olan birinci növ sadə təyini
söz birləşməsi bütövlükdə üçüncü sözü təyin edir. Bu tip
üçsözlü mürəkkəb təyini söz birləşmələrinin sxemi belədir:
1 + 2 —►
3
Tabğaç bodun təbliği (KT ş 6) «tabğaç xalqının təhriki»,
Torp tigin yoğı (KT şm 7) «Tona şahzadənin dəfni», Kül tigin
atısı (KT c ş) «Kül şahzadənin kiçik qohumu», Yarğan tarkan
atı (KT q) «Yarğan tarkanın atı», Türgiş kağan süsi (BK ş 27)
«Türgiş xaqanının qoşunu», üç oğuz süsi (BK ş 32) «üç
71
oğuzların qoşunu», İltəris kağan ili (KÇ 3) «İltəris xaqanın eli»,
türk karı balbalı (Y 32) «türk xanının balbalı», tokuz oğuz
bəgləri (КТ c 2) «doqquz oğuz bəyləri» və s.
2) Birinci sözü həm ikinci, həm də üçüncü sözlə sadə
təyini söz birləşməsi yaradan birinci növ üçsözlü mürəkkəb
təyini söz birləşmələrində birinci söz həm ikinci, həm də
üçüncü sözlə sadə təyini söz birləşməsi yarada bilir. Bunu
sxemlə belə göstərmək olar:
1 —» 2 —> 3
Türk oğuz bəgləri (KT ş 22) «türk oğuz bəyləri», eçim
kağan eli (KT şm 3) «əmim xaqanın eli», çığay ər oğlı (IB 45)
«fağır adamın oğlu» və s.
c)
Birinci sözü ikinci və üçüncü sözlərin birləşməsi ilə
əlaqə yaradan birinci növ üçsözlü mürəkkəb təyini söz
birləşmələrində ikinci və üçüncü söz sadə təyini söz birləşməsi
əmələ gətirir, birinci söz isə bütövlükdə sadə təyini söz
birləşməsini təyin edir. Bu təyini söz birləşməsinin sxemi
belədir:
1 -> 2 + 3
Silik kız oğlı (KT ş 7) «bakirə qızları», türk ıdukyeri (KT
ş 10) «türk müqəddəs yeri», türk ıduk subı (KT ş 10-11) «türk
müqəddəs suyu», katjım kağan süsi (KT ş 12) «atam xaqanın
qoşunu», katjım kağan yağısı (KT ş 12) «atam xaqanın yağısı»,
tabğaç atlığsüsi (BK c 1) «tabğaç süvari qoşunu», türgis kağan
buyurukı (KT ş 38) «türgiş xaqanın buyurukı», türgis el içi (Y
37) «türgiş elinin içi» və s.
2.
ikinci növ üçsözlü mürəkkəb təyini söz birləşmələri.
Qədim türk yazısı abidələrinin dilində ikinci növ üçsözlü
mürəkkəb təyini söz birləşmələri ikinci növ sadə təyini söz
birləşmələrinə ya əvvəldən, ya da sonda yeni söz əlavə edilməsi
ilə əmələ gəlir. Onun quruluş düsturunu belə göstərmək olar:
a) söz + ikinci növ sadə təyini söz birləşməsi;
b) ikinci növ sadə təyini söz birləşməsi + söz.
Onu da qeyd etmək lazımdır ki, bu mürəkkəb təyini söz
birləşməsinin birinci tipində iştirak edən söz heç bir şəkilçi
72
qəbul etmədiyi halda, ikinci tipində iştirak edən söz (sonda
gəldiyi üçün) mütləq mənsubiyyət şəkilçisi qəbul etməlidir.
1. «Sadə birləşmə birinci üzvdən sonra işlənir və həmin
birinci üzv özündən sonra gələn sadə birləşmənin ayn-ayn
tərəflərini deyil, onu (sadə birləşməni) bütövlükdə təyin edir».1
Qədim türk yazısı abidələrinin dilində türgis kağan
buyurukı (KT ş 38) «türgiş xaqanın buyruğu», tabğaç kağan
çıkanı (KT şm 13) «tabğaç xaqanının qaynı», tabğaç OtJ tutuk
(BK ş 25) «tabğaç xaqanının On tutuku» mürəkkəb təyini söz
birləşmələrini güzəştlə birinci tərəfi söz, ikinci tərəfi ikinci növ
sadə təyini söz birləşməsi ilə ifadə edilmiş ikinci növ üçsözlü
mürəkkəb təyini söz birləşməsi hesab etmək olar.
2. «İkinci növ mürəkkəb təyini söz birləşməsinin
tərkibindəki birinci üzvlə ikinci üzv bir sadə birləşmədən ibarət
olun və özündən sonra gələn üçüncü üzvü təyin edir».1
2
Qədim türk yazısı abidələrinin dilində ikinci növ üçsözlü
mürəkkəb təyini söz birləşməsinin bu tipinin işlənməsinə
təsadüf edilmir. Güzəştlə ər başı satjun (Y 48) «qoşun başçısı
general» təyini söz birləşməsini bu tip üçsözlü mürəkkəb təyini
söz birləşmələrinə aid etmək olar. Bundan başqa, müasir dil
baxımından yanaşsaq, ikinci sözü bodan «xalq» sözündən ibarət
olan ikinci növ üçsözlü mürəkkəb təyini söz birləşmələrini də
ikinci növ təyini söz birləşmələrinin ikinci tipinə aid etmək olar:
tabğaç bodun təbliği (KT ş 6) «tabğaç xalqının təhriki», türk
bodun eli (KT ş 6) «türk xalqının eli», türk sir bodun yeri (T 60)
«türk sir xalqının yeri».
3. Üçüncü növ üçsözlü mürəkkəb ləyini söz birləşmələri.
Ya birinci, ya da ikinci sözü yiyəlik hal şəkilçisi qəbul etmiş
üçsözlü təyini söz birləşmələri üçüncü növ üçsözlü mürəkkəb
təyini söz birləşmələrinə daxil edilir. Birinci və ikinci növ
üçsözlü mürəkkəb təyini söz birləşməsində iştirak edən sözlərin
heç biri yiyəlik hal şəkilçisi qəbul etmir, təkcə sonuncu sözə
artırılan mənsubiyyət şəkilçisi sözləri bir-birinə bağlayıb təyini
1 Müasir Azərbaycan dili. Sintaksiç. I, Bakı, 1959, s. 159.
2 Yenə orada.
73
söz birləşməsi əmələ gətirir. Üçsözlü mürəkkəb təyini söz
birləşmələrinin üçüncü növündə isə sonuncu sözün qəbul etdiyi
mənsubiyyət şəkilçisindən əlavə əvvəldə işlənən sözlərdən biri
də yiyəlik hal şəkilçisi qəbul edir. Üçsözlü mürəkkəb təyini söz
birləşmələrinin üçüncü növü ya birinci, ya da ikinci növ sadə
təyini söz birləşmələrinin iştirakı ilə əmələ gəlir. Tərkibində
birinci, yaxud ikinci növ sadə təyini söz birləşməsinin
iştirakından asılı olaraq üçüncü növ üçsözlü mürəkkəb təyini
möz birləşmələrini hərəsində iki yanmtip olmaqla iki tipə
ayırmaq olar:
1. Tərkibində birinci növ sadə təyini söz birləşməsi iştirak
edən üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsi:
a) birinci komponenti birinci növ təyini söz birləşməsi
olan üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsi;
b) ikinci komponenti birinci növ təyini söz birləşməsi olan
üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsi.
2. Tərkibində ikinci növ sadə təyini söz birləşməsi iştirak
edən üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsi:
a) birinci komponenti ikinci növ sadə təyini söz birləşməsi
olan üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsi;
b) ikinci komponenti ikinci növ sadə təyini söz birləşməsi
olan üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsi.
Üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşməsinin
birinci tipində, yəni tərkibində birinci növ sadə təyini söz
birləşməsi işlənən üçsözlü mürəkkəb təyini söz birləşmələrində
sadə təyini söz birləşməsinin birinci, yaxud ikinci komponent
kimi çıxış etməsindən asılı olaraq mürəkkəb birləşmənin həm
semantik, həm də struktur quruluşunda müəyyən fərqlər özünü
göstərir: a) üçüncü növ üçsözlü mürəkkəb təyini söz
birləşməsinin birinci komponenti birinci növ sadə təyini söz
birləşməsi ilə ifadə edilərsə, onda birinci söz yalnız ikinci sözü
təyin edir və struktur baxımından mürəkkəb təyini söz
birləşməsinin təkcə ikinci sözü yiyəlik hal şəkilçisi qəbul edir,
birinci söz heç bir şəkilçi qəbul etmir (hər iki tipdə mürəkkəb
təyini söz birləşməsinin üçüncü sözü mənsubiyyət şəkilçisi
qəbul edir; məsələn: uyğun kağanırj bitigi (III Orxon abidəsi)
74
«uyğur xaqanının yazısı», türk bodunıl) ili (KT ş 1) «türk
xalqının eli», türk bodunığ törüsii (KT ş 1) «türk xalqının
qanunu», toğan kuşuQ tırnakı (16 66) «şahinin (doğan quşunun)
caynağı (dırnağı)»; b) üçüncü növ üçsözlü mürəkkəb təyini söz
birləşməsinin ikinci komponenti birinci növ sadə təyini söz
birləşməsi ilə ifadə edilərsə, onda birinci söz İkinci sözü yox,
üçüncü sözü təyin edir və struktur baxımdan mürəkkəb söz
birləşməsinin təkcə birinci sözü yiyəlik hal şəkilçisi qəbul edir;
məsələn: BayırkunufJ ak adğırı (KT ş 36) «Bayırkunun ağ
ayğırı», bizirj sü atı (KT ş 25) «bizim qoşunun atları», bizirj sü
azukt (KT ş 25) «bizim qoşunun ərzağı».
Qədim türk yazısı abidələrinin dilində üçüncü növ üçsözlü
mürəkkəb təyini söz birləşmələrinin yaranmasında bu ümumi
qayda ilə yanaşı, bəzi fərqli xüsusiyyətlərə də təsadüf edilir.
1. Adətən, üçüncü növ üçsözlü mürəkkəb təyini söz
birləşməsinin üçüncü sözü mənsubiyyət şəkilçisi qəbul edir.
Yuxarıda verilmiş nümunələrdən göründüyü kimi,bu qayda
qədim türk yazısı abidələrinin dilində də, əsasən, gözlənilir.
Lakin bir sıra hallarda mürəkkəb təyini söz birləşməsinin
üçüncü sözü abidələrin dilində mənsubiyyət şəkilçisiz işlənir;
məsələn: tabğaç kağanırj (içrəki) bədizçi (KT c 12) «tabğaç
xaqanının (saray) naxışçısı», Tabıkıt) çarın boz at (KT ş 32)
«Tadıkın çorun boz atı», çit yabanı rjyer (Y 34) «sərhəd yabanın
yeri», sizin ər at (Y 26) «sizin ər adınız».
2. Müasir türk əbədi dillərində, o cümlədən müasir
Azərbaycan dilində ismin yiyəlik halı -m şəkilçisi ilə əmələ
gəlir. Qədim türk yazısı abidələrinin dilində də ismin yiyəlik
halı, əsasən -ıQ şəkilçisi ilə əmələ gəlir. Lakin bir sıra hallarda
abidələrin dilində ismin yiyəlik halı -ığ, -ig şəkilçisi ilə də
yaradılır. Buna görə də abidələrin dilində üçüncü növ üçsözlü
mürəkkəb təyini söz birləşmələrinin ikinci sözünün -ıtj, -iQ
şəkilçisi əvəzinə -ığ, -ig şəkilçisi ilə formalaşan tipinin
işləndiyinə də təsadüf edilir; məsələn: türk bodunığ atı (KT ş
25) «türk xalqının adı», türk bodunığ küsi (KT ş 25) «türk
xalqının şöhrəti».
75
Müasir türk dillərində, məsələn, müasir Azərbaycan
dilində, üçüncü növ üçsözlü mürəkkəb təyini söz birləşmələri
ən çox ikinci növ sadə təyini söz birləşmələrinin iştirakı ilə
əmələ gəlir. Üçüncü növ üçsözlü mürəkkəb təyini söz
birləşmələrinin
qədim
türk yazısı
abidələrinin
dilində
işlənməsinə təsadüf edilmir.
Dördsözlü mürəkkəb təyini söz birləşmələri. Qədim
türk yazısı abidələrinin dilində dördsözlü mürəkkəb təyini söz
birləşmələrinin işlənməsinə az təsadüf edilir. Dördsözlü
mürəkkəb təyini söz birləşməsi dedikdə elə birləşmələr nəzərdə
tutulur ki, onların tərkibində iki müstəqil sadə təyini söz
birləşməsi iştirak etsin, bu birləşmələr mənsubiyyət şəkilçisi ilə
bir-birinə bağlansın. Təbii ki, iki sadə mürəkkəb təyini söz
birləşməsi yan-yana işlənməklə formalaşmış mürəkkəb təyini
söz birləşməsi əmələ gətirdiyi bilmədiyi üçün birinci sadə təyini
söz birləşməsi (daha doğrusu, onun ikinci sözü) yiyəlik hal
şəkilçisi qəbul etməlidir. Dördsözlü mürəkkəb təyini söz
birləşmələrinin ümumi struktur sxemi belədir. Lakin qədim türk
yazısı abidələrinin dilində bu struktur sxem hələ qəti şəkildə
formalaşmamışdır. Abidələrin dilində birinci komponenti
(komponent dedikdə sadə təyini söz birləşmələri nəzərdə
tutulur) yiyəlik hal şəkilçisi qəbul edən, lakin ikinci komponenti
mənsubiyyət şəkilçisi qəbul etməyən; hər iki komponenti
şəkilçi qəbul etməyən, yalnız mənaca bir-birinə bağlanan;
birinci komponenti yiyəlik hal şəkilçisi qəbul etməyən, ancaq
ikinci komponenti mənsubiyyət şəkilçisi qəbul edən dördsözlü
mürəkkəb təyini söz birləşmələrinin işləndiyinə rast gəlinmir.
Bir sözlə, qədim türk yazısı abidələrinin dilində dördsözlü
mürəkkəb təyini söz birləşmələrinin formalaşdığından danışmaq
hələ tezdir.
Lakin abidələrin dilində, müasir dilçilik
baxımından, az da olsa; dördsözlü mürəkkəb təyini söz
birləşmələrinin tələblərinə cavab verən söz birləşmələrinin
işlənməsinə təsadüf edildiyi üçün bu haqda danışmaq lazımdır.
Tərkibində iştirak edən sadə təyini söz birləşmələrinin
növlərinə görə dördsözlü mürəkkəb təyini söz birləşmələrini
dörd tipə bölürlər: 1) hər iki tərəfi birinci növ sadə təyini söz
birləşməsi ilə ifadə olunanlar; 2) birinci tərəfi birinci növ, ikinci
Dostları ilə paylaş: |