T ə s ir li tə sr iflə n m ə y ə n form alar:
bum körü (КТ c 12) «bunu görərək»
Kem keçə (BK ş 26) «Kem çayını keçərək»
kanğsökipon (B K ş2 7 ) «qan dağıdıb»
keyikyiyü (T 8) «keyik yeyərək»
sabığesidip (T 12) «nitqi eşidib»
ilig tutıp (KT ş 3) «el tutub»
türk atın ıtı (KT ş 7) «türk adını itirərək»
tabğaç atın tutıpan (K T ş 7) «tabğaç adını tutub»
tefjri təg terpi yaratmış (BK ş 1) «tanrı tək tanrı yaratmış» və s.
T ə sir siz tə sr iflə n m ə y ə n form alar:
yağru kontukda (KT c 5) «yaxın yerləşdikdə»
kağamma ötiinip (T 18) «xaqanıma müraciət edib»
anta kalmışı (KT c 9) «orada qalmışı»
kantan kəlip (KT ş 23) «haradan gəlib»
eki şad birlə ölü, yitü (KT ş 27) «iki şadla əldən düşərək»
ka
Qım
kağan uçdukda (KT ş 30) «atam xaqan uçduqda»
anta yana kirip (KT ş 38) «onda yenə girib»
anta ödkə öginip (KT ş 40) «o vaxt təəssüflənib»
33
az ərin irtörü (K T ş 40) «az döyüşçü ilə ayırıb»
bödkə özim olunp (BK ş 2) «taxta özüm oturub»
Müasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də təsirli təsriflənməyən fellər qeyri-
müstəqim obyekti də idarə edir:
bödkə körigmə (K Tc 11) «taxta baxan»
atjar körü (K T c 11) «ona baxaraq»
ağısı Qa arturıp (КТ c 6) «hədiyyəsinə aldanıb»
at üzə bintürə (T 25) «atlara mindirərək»
Müasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də təsriflənməyən təsirli fellər müstəqim
obyekti idarə etdikdən sonra qeyri-müstəqim obyekti də idarə
edir; bu zaman müstəqim obyekt bilavasitə felin yanında durur,
qeyri-müstəqim obyekti bildirən söz isə bir qədər aralı yerləşir;
məsələn: 01 yılka türgis tapa Altun yışığ aşa (BK ş 27) «həmin
ili türkişlərə qarşı Altun meşəli dağlarını aşaraq», Önük yoğaru
süyorıp (BK eş) «Önük yuxarı qoşun yürüdüb».
ADLARLA İDARƏ ƏLAQƏSİ
Adlarla idarə dedikdə fel olmayan bütün nitq hissələri ilə
idarə nəzərdə tutulur. Müasir türk dillərində isim, sifət, say,
əvəzlik, qismən də zərf idarə əlaqəsində tabccdici üzv kimi
çıxış edir. Müasir türk dillərində, fellərlə idarə əlaqəsində
olduğu kimi, 1) predikativ söz birləşmələrində, 2) qeyri-
predikativ söz birləşmələrində adlarla idarə əlaqəsindən
danışılır, lakin göstərilir ki, türk dillərində predikativ söz
birləşmələrində adlarla idarə çox zəif inkişaf etmişdir.
Qədim türk yazısı abidələrinin dilində predikativ söz
birləşmələrində adlarla idarə əlaqəsinə, demək olar ki, təsadüf
edilmir.
Qeyri-predikativ söz birləşmələrində idarə əlaqəsindən
bəhs edən tədqiqatçılar göstərirlər ki, türk dillərində adlar və
qismən, zərflər ismin yiyəlik, yönlük, yerlik və çıxışlıq hallarını
idarə edir; yiyəlik halı idarə etməkdə bu nitq hissələri daha
fəaldır.
34
Qədim türk yazısı abidələrinin dilində də oxşar mənzə
rəyə rast gəlinir. İsmi söz birləşmələrində, xüsusən ikinci və
üçüncü növ təyini söz birləşmələrində ikinci komponent
müəyyən və qeyri-müəyyən yiyəlik halda işlənən ismi idarə
edir: tabğaç bodun sabı (КТ c 5) «tabğaç xalqının sözü», türk
töriisü (KT ş 13) «türk qanunu», kisi oğlı (KT ş 1) «insan oğlu»,
kağan kutı (BK ş 35) «xaqan bəxti», Kögmən yolı (T 23)
«Kögmən yolu», el ebi (MÇ 34) «el evi», adığıQ kamı (IB 10)
«ayının qamı», çorıQ oğlı (KÇ 26) «çorun oğlu», toQuzun azığı
(Ш 10) «donuzun köpək dişi», bilgə kağanıQ bodunı (O 11)
«müdrik xaqanın xalqı», Kül tiginiQaltum (KT cq) «Kül tiginin
qızılı» və s.
Qədim türk yazısı abidələrinin dilində bəzən idarə edilən
yiyəlik hal -ıQ, -iQ şəkilçisi ilə deyil, -ığ. -ig şəkilçisi ilə düzəlir;
məsələn: bodunığ atı (KT ş 35) «xalqın adı», karlukığ tabarı
(MÇ 29) «karlukun malı», karluhğ ebi (MÇ 29) «karhıkun evi»,
adğırığ udlıkı (KT ş 36) «ayğınn budu».
Qədim türk yazısı abidələrinin dilində adların yönlük,
istiqamət və yerlik-çıxışlıq hallarda duran sözləri idarə etməsi
hallarına da təsadüf edilir. Düzdür, müasir türk dillərində olduğu
kimi, qədim türk yazısı abidələrinin dilində də bu hallarda duran
sözlərin adlarla idarəsi zəif inkişaf etmişdir.
Yönlük hal: Üzə teQri кап lui yılka yetinç ay küçlik alp
kanağımda adıralu bardıQız (0 12) «Üstdə tanrı xan əjdaha ili
yeddinci ayda güclü alp xaqanımdan ayrılaraq getdiniz». Üzə
kök teQri, asra yağız yir kılıntukda ekin ara kisi oğlı kılınmıs
(KT ş 1) «Üstdə mavi göy, altda qonur yer yarandıqda ikisinin
arasında insan oğlu yaranmış». ... yabız yablak bodunka üzə
olurtım (KT ş 26) «...qorxaq və zavallı xalqın üzərində
oturdum».
İstiqamət halı: İçrə aşsız, taşri tonsız, yabız, yablak
bodunka üzə olurtım (KT ş 26) «Qamı ac, üstü donuz, qorxaq və
zavallı xalqın üzərində oturdum». ... asra yağız yir kılıntukda
...(KT ş 1) «... aşağıda qonur yer yarandıqda...» Üzə teQri asra
yir yarlıkadukm üçün ... (BK şm 10) «Üstdə tanrı, aşağıda yer
buyurduğu üçün...».
35
Yerlik-çıxışlıq hal: Bu tabğaçda yıraya bəg oğuz ara yiti
ərən yağı bolmıs (O 5) «Bu tabğaçdan şimala bəy oğuzlar
arasında yeddi ərən yağı olmuş».
UZLAŞMA ƏLAQƏSİ
Tabe tərəf tabe edən tərəfin qrammatik əlamətlərini qəbul
edərsə, bu, uzlaşma əlaqəsi adlanır. Uzlaşma əlaqəsi türk
dillərində şəxsə və kəmiyyətə görə olur: tabe edən tərəf hansı
şəxs və kəmiyyətdirsə, tabe tərəf də həmin şəxs və kəmiyyətin
qrammatik əlamətlərini (şəkilçilərini) qəbul edir. Turk
dillərində, o cümlədən qədim türk qəbilələrinin dilləmdə
uzlaşma əlaqəsi həm predikativ əlaqəli birləşmələrin, həm də
atributiv əlaqəli birləşmələrin komponentləri arasında olur.
Predikativ əlaqəli birləşmələrdə uzlaşma əlaqəsi özünü
mübtəda ilə xəbər arasında göstərir və feli xəbərlərdə şəxs
şəkilçiləri (sonluqları), ismi xəbərlərdə isə xəbərlik şəkilçiləri
ilə təzahür edir.
Qədim türk yazısı abidələrinin dilində mübtəda ilə
xəbərin şəxsə və kəmiyyətə görə uzlaşması müasir türk dil
lərində (məsələn, Azərbaycan dilində) olduğundan fərqlənmir.
1.
Cümlənin mübtədası birinci şəxs əvəzliyinin təkində
işləndikdə xəbər də birinci şəxsin təkində olur. Qədim türk
yazısı abidələrinin mətnlərinin əksəriyyəti birinci şəxsin
dilindən yazıldığı üçün birinci şəxsin təkində mübtəda və
xəbərin uzlaşmasına kifayət qədər nümunə göstərmək olar;
məsələn: Mən ... tabğaç kağanta bədizçi kəlürtim (КТ c 11)
«Mən ... tabğaç xaqanından naxışçı gətirdim». Mən tokuz
yigirmi yıl şad olurtım (BK c 9) «Mən on doqquz il şad otur
dum». Mən ər ərdəmin üçün yokladım (Y 32) «Mən igid
cəsurluğum üçün həlak oldum». Esin mən Altun kaparka kirtim
(Y 29) «Mən - Esin Altun Kapara girdim». Mən oğlıma, ...
bodunımka hökmədim (Y 29) «Mən oğlumdan, .. xalqımdan
doymadım». İlimdə ərdəm üçün mən yerlədim (Y 28) «İgid
olduğum üçün mən elimdə yerləşdim». Ben öltüm (Y 37) «Mən
öldüm». Ben ança tirmən (T 37) «Mən belə deyirəm». Ben
yıradantayan t&gəyin (T 11) «Mən şimaldan hücum edim». Ben
36
Sələ Qə keçə udı yorıdım (MÇ 16) «Mən Sələnəni keçərək
arxalannda yürüdüm». İçrə ben bulğayın (MÇ 28) «Daxildə mən
iğtişaş qaldırım» və s.
2. Qədim türk yazısı abidələrinin dilində ikinci şəxs
əvəzliyinin (sən şəklində) ismin adhq halında işləndiyinə
təsadüf edilmir. Təbii ki, ikinci şəxsin təkində abidələrin dilində
mübtəda ilə xəbərin uzlaşmasından danışmaq olmaz. Lakin qeyd
etmək lazımdır ki, qədim türk yazısı abidələrinin dilində feli
xəbərin ikinci şəxsin təkində işlənməsinə sıx-sıx təsadüf edilir.
3. Mübtəda üçüncü şəxsin təki şəxs əvəzliyi, işarə
əvəzliyi (ol «o», bu «bu»), sual əvəzlikləri, isim, söz
birləşmələri ilə ifadə edildikdə xəbər üçüncü şəxsin təkində
işlənir; məsələn: Türk bodun, iliQin, törüQün kim artatı udaçı
erti? (KT ş 22) «Türk xalqı, (sənin) elini, qanununu kim dağıda
bilərdi?». Öd teQıi yasar (KT şm 10) «Taleyi tanrı yazar». Kül
tigin yadağın oplayu təgdi (KT ş 32) «Kül tigin piyada hücum
etdi». Türk bodun atı, küsi yok bolmazun tiyin özümin ol teQri
kağan olum (KT ş 25-26) «Türk xalqının adı, şöhrəti yox
olmasın deyə, özümü o tanrı xaqan oturdu». Türgis kağan süsi
Bolçuda otça, borça kəlti (KT ş 37) «Türgiş xaqanmın qoşunu
Bolçuda od kimi, şərab kimi gəldi». Kara türgiş bodun кор
içikdi (KT ş 38) «Qara türgiş xalqı tamamilə tabe oldu». KaQım
kağan uçdukda inim Kül tigin yiti yaşda kaltı (KT ş 30) «Atam
xaqan vəfat etdikdə kiçik qardaşım Kül tigin yeddi yaşında
qaldı» və s.
4. Cümlənin mübtədası şəxs əvəzliyinin birinci şəxs
cəmində olduqda xəbər də birinci şəxsin cəmində olur;
məsələn: Kağan at bunta biz birtimiz (KT ş 20) «Xaqan adım bu
vaxt biz verdik». Biz yəmə sülədimiz (T 44) «Biz yenə qoşun
çəkdik». ...bu üçəgü kabısar, koltaçı biz öz için, tasın tütmıs təg
biz (T 12-13) «... bu üçlük birləşsə, biz öz içini, bayırını tutmuş
təki qalasıyıq».
5. Cümlənin mübtədası şəxs əvəzliyinin ikinci şəxsinin
cəmində olduqda xəbər də ikinci şəxsin cəmində olur; məsələn:
Siz taşıkın, çikig taşığırın (MÇ 22) «Siz qiyam qaldırın, çikləri
37
qiyama qaldırın». ...yıta, siz adınldıfjız (Y 26) «... əfsus, siz
ayrıldınız».
6. Qədim türk yazısı abaidələrinin dilində mübtəda üçüncü
şəxsin cəmində olduqda xəbərin üçüncü şəxsin cəmində
işlənməsinə təsadüf edilmir; məsələn: Ol sabığ esidip on ok
bəgləri, bodunı kop kəlti (T 42-43) «O sözü eşidib on ox bəyləri
xalqı bütünlüklə gəldi».
7. Öz qayıdış şəxs əvəzliyi hər üç şəxsdə (özüm, özün,
özü/özi) cümlənin mübtədası vəzifəsini icra etdikdə xəbər uyğun
olaraq hər üç şəxsdə mübtəda ilə üzlaşır; məsələn: Katjım
kağan uçdukda özüm səkiz yaşda kaltım (KT ş 16) «Atam xaqan
vəfat etdikdə özüm səkkiz yaşında qaldım». ... bu bəglərigdə,
yeriQdə, subıfjda adırılmasar, türk bodun, özin edgü körtəçi sən,
ebifjə kirtəçi sən, butjsız boltaçı sən (BK şm 13-14) «... bu
bəylərindən, yerindən, suyundan ayrılmasan, türk xalqı, özün
yaxşılıq görəsisən, evinə girəsisən, dərdsiz olasısan». Yağıka
yalrjus oplayu təgip opulu fcirip özi kısğa kərgək boltı (KÇ 23)
«Yağıya yalqız sürətlə hücum edib, arasına girib özü qısa (qəfil)
həlak oldu».
Qədim türk yazısı abidələrinin dilində bir sıra hallarda
şəxs və qayıdış şəxs əvəzlikləri yan-yana işlənir, bir-biri ilə
uzlaşır. Bu zaman cümlənin feli xəbəri şəxs və qayıdış şəxs
əvəzliklərinin qoşalaşmış forması ilə ifadə edilən mübtəda ilə
uzlaşır; məsələn: Ben özüm uzun yəlməg ıtım (T 52) «Mən özüm
uzun süvari dəstələri göndərdim». Mən özüm kağan olurtukıma
(KT ş 2 7 )«... Mən özüm xaqan oturduğum üçün...»
Qoşalaşmış əvəzliklərlə yanaşı isim də işlənərkən, ismin
də mübtəda olmasına baxmayaraq, xəbər onunla yox, şəxs və
qayıdış-şəxs əvəzliyindən ibarət qoşalaşmış mübtəda ilə uzlaşır;
məsələn: Bilgə Toyukuk ben özüm Tabğaç ilitp kılıntım (T 1)
«Müdrik Tonyukuk mən özüm Tabğaç elində tərbiyə aldım».
Kəlürtim ök türk bodunığ Ötükən yerkə ben özüm Bilgə Toyukuk
(T 17) «Müdrik Tonyukuk mən özüm türk xalqım Ötükən yerinə
gətirdim».
8. Qədim türk yazısı abidələrinin dilində ir/er naqis feli də
istər felin şəkil və zamanları, istərsə adlara qoşulub xəbər kimi
38
işləndikdə şəxs və kəmiyyətə görə mübtəda ilə uzlaşır;
məsələn: Anta ayğuçı yəmə ben ök ertim (T 49-50) «Onda
məsləhətçi də, əlbəttə, mən idim». Biz şəg ertimiz (T 8) «Biz
sayıq idik». Ben beş kırk ər yaş ertim (Y 25) «Mən otuz beş il
igid ömrü yaşadım». Bars bəg erti (KT ş 20) «Bars bəy idi». Biz
az ertimiz, yabız ertimiz (BK ş 32) «Biz az idik, pis təchiz
edilmişdik». Biz eki bat] ertimiz (T 16) «Biz iki min idik».
9. Tabe edən tərəf -- mübtəda bir neçə sözdən ibarət olarsa
və mübtədalar ikinci, üçüncü şəxs əvəzlikləri və ya isimlərlə
ifadə edilərsə, onlarla yanaşı birinci şəxs tək, yaxud cəm
əvəzliyi də mübtəda olarsa, onda xəbər birinci şəxsin cəmində
işlənir; məsələn: Siz taşıkın, çikig taşığırm,
- timis. Mən
taşıykayın, - timis, - kör bod kalıda kabışalım, - timis (MÇ 22-
23) «Siz üsyan edin, çikləri üsyana qaldırın,
- demiş. Mən
qiyam edim, - demiş, - gör sərbəst qal, meşədə toplaşaq, -
demiş».
10. Qədim türk yazısı abidələrinin dilində ismi xəbərli
cümlələr az işlənir. Laikn birə qədər gəlib çatan nümunələrə
əsasən iddia etmək olar ki, müasir türk dillərində olduğu kimi,
qədim türk qəbilələrinin dilində də mübtəda və ismi xəbər şəxs
və kəmiyyətə görə uzlaşmışdır; məsələn: Ər atım - Yaş Ak Baş
ben (Y 24) «Ər adım - Yaş Ağ Başam». Atıfjız - Un bəg siz (Y
26) «Adınız - Un bəysiniz». Bu, atm ız - Umay bəg biz (Y 28)
«Bu adımız - biz Umay bəyik». Sizin ər at Un (Y 26) «Sizin ər
adınız Undır».
Qədim türk yazısı abidələrinin dilində iki məqamda
mübtəda ilə xəbər arasında uzlaşma əlaqəsi pozulur:
1.
Qədim türk yazısı abidələrinin dilində felin xəbər
şəklinin nəqli keçmiş zamanı zaman şəkilçisindən başqa heç bir
şəkilçi, o cümlədən şəxs şəkilçiləri də qəbul etmir. Buna görə
də mübtədanın istər şəxs əvəzlikləri, istərsə isim və ya
substantivləşmiş başqa nitq hissələri, istərsə də söz birləşmələri
ilə ifadə edilməsindən asılı olmayaraq cümlənin nəqli keçmiş
zamanla ifadə edilən xəbəri zaman şəkilçisindən sonra dəyişmir
və mübtəda ilə uzlaşmır; məsələn: Eçümiz-apamız Bumın kağan
tort bulurjığ kısmıs, yığmış, yaymış, basmıs. Ol kan yok boltukda
39
kisrə el yetmiş, ıçdınmıs, kaçışmıs (0 1) «Əcdadımız Bumın
xaqan dörd tərəfi sıxışdırmış, yığmış, yaymış, basmış. O xan
yox olduqdan sonra el sona yetmiş, dağılmış, qaçışmış».
Boltukda tokuz oğuz bəg yağı ermiş, bödük ermiş (O 6)
«Olduqda doqquz oğuz bəyi yağı imiş, böyük imiş». ... sançdım.
Anta ötrü türgis, karlukığ tabarın ahp, ebin yohp barmıs, ebinə
tüsmis (MÇ 29) «...sancdım. Ona görə türgiş və karlukların
malını alıb, evini dağıdıb getmiş, evimə qayıtmışam».
2.
Qədim türk abidələrinin dilində felin şərt şəkli ilə ifadə
edilən xəbər mübtəda ilə uzlaşmır, çünki qədim türk
qəbilələrinin dilində fel şərt şəklinin şəkilçisindən sonra heç bir
şəkilçi, o cümlədən şəxs şəkilçisi qəbul etmir; məsələn: İltəris
kağan kazğanmasar, udu ben özüm kazğanmasar, il yemə, bodun
yəmə yok ertəçi erti (T 54-55) «İltəris xaqan qazanmasa idi,
ardınca mən özüm qazanmasa idim, cl də, xalq da yox olası
\d,\» Jltəris kağan kazğanmasar, yok erti ersər, ben özüm Bilgə
Topukuk kazğanmasar,ben yok ertim ersər, Kapağan kağan türk
sir bodun yerintə bod yəmə, bodun yəmə, kisi yəmə idi yok
ertəçi erti (T 59-60) «İltəris xaqan qazanmasa idi, o olmasaydı,
mən özüm Müdrik Tonyukuk qazanmasa idim, mən olmasa
idim, Kapağan xaqanın türk sir xalqı yerində'bir nəfər də, xalq
da, adam da sahib qalmayacaqdı». Mən inilügi bunça başlayu
kazğanmasar, türk bodun öltəçi erti, yok boltaçı erti (BK ş 33)
«Mən kiçikliyi bu cür səylə başlayaraq qazanmasaydım, türk
xalqı öləsi idi, yox olası idi».
Qədim türk yazısı abidələrinin dilində xəbər şəklinin nəqli
keçmiş zamanı və şərt şəkli cümlənin xəbəri olduğu məqamda
mübtəda və xəbər arasında uzlaşma əlaqəsinin pozulması
normalaşdırılmış hadisədir. Norma səciyyəsi daşıyan bu iki
hadisədən başqa qədim türk yazısı abidələrinin dilində daha iki
təsadüfdə mübtəda və xəbər arasında uzlaşma əlaqəsinin
pozulduğu müşahidə edilir: Biz iki sü botı (T 18) «Biz iki qoşun
olduq». Ben Bilgə Toyukuk Altun yısığ asa koltimiz, Ertis ügüzig
keçə kəltimiz (T 37-38) «Mən Müdrik Tonyukuk Altun meşəli
dağlarını aşaraq gəldik, İrtış çayını keçərək gəldik».
40
Birinci cümlədə mübtəda birinci şəxsin cəmində, xəbər
üçüncü şəxsin təkində, ikinci cümlədə mübtəda birinci şəxsin
təkində, xəbər isə birinci şəxsin cəmində işlənir.
X X X
Qədim türk yazısı abidələrinin dilində atributiv birləş
mələrdə uzlaşma əlaqəsi mənsubiyyət şəkilçiləri ilə yaranır.
Üçüncü növ təyini söz birləşmələrində uzlaşma əlaqəsi müt
ləqdir: söz birləşməsinin komponentləri arasında həm şəxsə,
həm də kəmiyyətə görə uzlaşma olur; məsələn: məniıjbodumm
(BK ş 29) «mənim xalqım», benit) bodunım (T 21) «mənim
xalqım», yağıfjbaşı (MÇ 28) «yağının başı», çon/joğlı (KÇ 26)
«çorun oğlu», özüni /J ininiz (Y 26) «özünüzün kiçiyiniz».
Qəribə vəziyyətdir ki, qədim türk yazısı abidələrinin
dilində
birinci və ikinci şəxsin cəmində və birinci şəxsin
təkində mənsub əşyam ifadə edən söz - üçüncü növ təyini söz
birləşməsinin ikinci komponenti mənsubiyyət şəkilçisi qəbul
etmədən də işlənir; məsələn: bizi/7 sü atı (KT ş 39) «bizim
qoşunumuzun atlan», sizi!) ər at (Y 13, 26) «sizin ər adınız»,
məni/] ər (MÇ 24) «mənim döyüşçüm». Bu xüsusiyyətə biz
müasir Azərbaycan dilində təkcə birinci və ikinci şəxsin
cəmində rast gəlirik: bizim ev, sizin kənd.
Я FƏSİL
s ö z
birləşm ələr
!
Türk xalqlarının qədim yazısı abidələrinin dili göstərir ki,
hələ Orxon-Yenisey abidələrinin yazıldığı VII-VIII yüzil
liklərdə türk dilləri yetkin qrammatik quruluşa malik olmuşdur.
Bu yetkinlik özünü türk qəbilə dillərinin morfologiyasında
olduğu kimi, sintaksisində də göstərir. Qədim türk yazısı
abidələrinin dili qeyri-predikativ söz birləşmələrinin sintaktik
41
çatarlarına görə müasir türk dillərindən nəinki geri qalmır, hətta
onların bir çoxundan daha zəngindir.
Qədim türk yazısı abidələrinin dilində qeyri-predikativ söz
birləşmələrinin yaranmasında sintaktik əlaqələrin hər üç
növündən - yanaşma, idarə və uzlaşma əlaqələrindən istifadə
edilir. Sintaktik xüsusiyyətlərinə görə söz birləşmələri sözlə
cümlə arasında aralıq bir mövqe tutur: bir tərəfdən, söz
birləşmələri nominasiya, adlandırma bildirdiyi üçün adlara (yəni
sözlərə) yaxınlaşır, söz birləşmələri də əşyalar, əşyalarla
əlamətlər, əşyalarla hərəkət arasında müxtəlif münasibətləri
ifadə etdiyi üçnü cümləyə bənzəyir. Lakin bunlara baxmayaraq,
söz birləşmələri söz də deyildir, cümlə də deyildir. Söz
birləşmələri ona görə söz deyildir ki, o, ən azı iki leksik mənalı
sözdən ibarətdir və bu sözlər arasında yanaşma, idarə və
uzlaşma sintaktik əlaqələrdən biri mövcuddur. Söz birləşmələri
ona görə cümlə deyildir ki, cümlədə mövcud olan və cümlə
üçün zəruri olan predikativlik, fikir bitkinliyi, intonasiya və
modallıq söz birləşməsində yoxdur. Cümlədə sözlər dinamik,
hərəki olur, söz birləşməsində sözlərin yeri sabitdir, söz
birləşmələri sözlər arasındakı münasibətləri,- bir növ, donmuş
vəziyyətdə təsbit edir.
Sözlər kimi,qeyri-predikativ söz birləşmələri də cümləni
təşkil etmək üçiin materialdır: birinci növ ismi (təyini) söz
birləşmələrini istisna etsək, qeyri-predikativ söz birləşmələrinin
bütün növləri cümlənin vahid, tərkib hissələrinə bölünməyən
bir üzvü kimi çıxış edir, cümlənin bir üzvü olur.
Dilçilikdə qeyri-predikativ söz birləşmələrini iki qrupa
bölürlər: sərbəst söz birləşmələri və sabit söz birləşmələri.
Qədim türk yazısı abidələrinin dilində söz birləşmələrinin bu
hər iki növü işlənir. Sərbəst söz birləşmələri sintaktik
(qrammatik) vahidlərdir. Onu əmələ gətirən sözlər öz lcksik-
semantik mənalarında işlənir və məcazlaşmır. Sərbəst söz
birləşmələrini hissələrinə ayırmaq, təhlil etmək olur və bu
proses istər bütövlükdə sərbəst söz birləşməsinin, istərsə onu
təşkil edən sözlərin məna və qrammatik xüsusiyyətlərinə təsir
göstərmir. Sərbəst söz birləşmələri leksik-semantik yox, leksik-
qrammatik birləşmələrdir: əlig yıl (KT ş 8) «əlli il», öltəçi
42
bodun (KT ş 29) «öləsi xadq», ak adğır (KT ş 36) «ağ ayğır»,
türk tetjrisi (KT ş 10) «türk tanrısı», türk atı (K.T ş 7) «türk adı»,
məni/7 bodunım (BK ş 29) «mənim xalqım», bodumğ atı (KT ş
25) «xalqın adı» və s.
Belə
söz
birləşmələrində
komponentlərdən
birini
dəyişdikdə ümumi sintaktik mənaya xələl gəlmir; məsələn: türk
atı, tabğaç atı, kırkız atı, yaxud mənir) bodunım, sənil) bodunın,
bizi/7 bodummız v s. Sərbəst söz birləşmələri sintaktik vahidlər
olduğu üçün dilçilikdə sintaksis bəhsisndə öyrənilir. Sabit söz
birləşmələrində sözlərin sərbəstliyinə yol verilmir. Belə
birləşmələr tarixən yaranır və onlardakı sözlər daşlaşmış
vəziyyətdə olur: bu birləşmələri hissələrə ayırmaq və sintaktik
baxımdan qrammatik təhlilə cəlb etmək olmaz. Sabit
söz
birləşmələrini əmələ gətirən sözlərin ya hamısı, ya da bir qismi
öz leksik mənasından uzaqlaşır, məcazlaşır və leksik mənasını
itirir, birləşmənin leksik-semantik ünsürünə çevrilir. Sabit söz
birləşməsi bütövlükdə bir leksik-semantik məna ifadə edir: süçig
sab (KT c 5) «şirin söz», yımşak ağı (KT c 5) «yumşaq
hədiyyə», kün toğsık (KT c 2) «gündoğan», gün batsık (KT c 2)
«günbatan», arık ok (KT c 8) «arıq ox», kızıl кап (T 52) «qızıl
qan», ot-sub kil (KT ş 27) «cəzalandırmaq» və s. Sabit söz
birləşmələrinə daxil olan komponentlərdən birini dəyişdikdə
birləşmənin ümumi ruhu pozulur, o, bir sabit söz birləşməsi
kimi dağılır. Sabit söz birləşmələri leksik birləşmələrdir. Buna
görə də onlar dilçiliyin sintaksis bəhsində yox, leksika
(leksikologiya) bəhsində öyrənilir. Son zamanlar, bu söz
birləşmələrini öyrənmək üçün dilçiliyin yeni bir bəhsi -
frazeologiya bəhsi fopmalaşmaqdadır.
Söz birləşmələri sözlərinin birinin digərinə tabeliliyi
əlaqəsi ilə yaranır. Birləşmədəki tabe edən sözün hansı nitq
hissəsinə mənsub olmasından asılı olaraq, dilçilik ədəbiyyatında
sərbəst söz birləşmələrinin üç növü göstərilir: ismi söz
birləşmələri, feli söz birləşmələri və zərf birləşmələri. Aparıcı,
tabeedici üzvü adlarla ifadə edilən söz birləşmələri ismi, aparıcı,
tabecbici üzvü fellərlə ifadə edilən söz birləşmələri feli,
tabcebici üzvü zərflə ifadə edilən söz birləşmələri zərf
43
birləşmələri adlanır. Zərf birləşmələri müasir türk dillərində
zəif inkişaf etmişdir; qədim türk yazısı abidələrinin dilində isə
belə birləşmələrə o qədər az rast gəlinir ki, onlardan ayrıca bəhs
etməyə dəyməz. Çox vaxt türkoloji ədəbiyyatda zərf birləşmə
lərindən ismi birləşmələrin sonunda qısa şəkildə danışılır. Qalan
iki (ismi və feli) söz birləşməsinə gəlincə, bunlar müasir türk
dillərində olduğu kimi, qədim türk yazısı abidələrinin dilində də
geniş şəkildə inkişaf etmiş, rəngarəng məna və qrammatik
xüsusiyyətlərə malikdir.
Dostları ilə paylaş: |