9
sayının yarıdan çoxu; ikincisi, verilən səslərin ümumi sayının yarıdan çoxu;
üçüncüsü, verilmiş və etibarlı sayılan səslərin yarıdan çoxu deməkdir.
Mütləq
majoritar seçki sistemində seçkilərdə iştirakının minimum faizi müəyyənləşdirilir
və bu faizdən aşağı əhali iştirak edərsə, seçki baş tutmamış hesab olunur.
Mütləq majoritar sistemində, adətən, bir dəfəyə seçicilərin yarıdan
çoxunun səsini almaq çox çətin olduğundan bir çox hallarda bu mümkün olmur
və yenidən ikinci tur adlanan seçkilər keçirilir. İkinci turda artıq birinci turdan ən
çox səs qazanan iki namizəd iştirak edir və bu dəfə seçki nisbi majoritar sistem
üzrə həyata keçirilir.
Nisbi səs çoxluğu majoritar seçki sisteminə
uyğun olaraq ölkə ərazisi
parlamentə seçilən deputatların sayına bərabər birmandatlı seçki dairələrinə
bölünür. Hər bir seçki dairəsindən yalnız bir deputat seçilə bilər. Səsvermə yalnız
bu dövrədə keçirilir. Namizədliyi irəli sürülmüş şəxslər sırasından
daha çox səs
toplayanı parlamentə deputat seçilir. Bu zaman seçicilərin yarısından çoxunun
səsinin toplanması, yəni (50% + 1) səs çoxluğu tələb olunmur. Belə seçki sistemi
ABŞ, İngiltərə, Kanada, Hindistan və digər dövlətlərdə mövcuddur.
Bu seçki
müəyyən mənada seçicilərin iradəsinin təhrif olunmasına səbəb olur. Bunun üçün
aşağıdakı misalı göstərmək kifayətdir.
Belə güman edək ki, seçicilərin sayı 100.000 olan birmandatlı seçki dairəsi
üzrə dörd siyasi partiyanın nümayəndəsi iştirak edir. A partiyasından olan
namizəd 40.000, B partiyasından olan namizəd 25.000, C partiyasından olan
namizəd 20.000, Ç partiyasından olan namizəd isə 15.000 səs toplamışdır. Ona
baxmayaraq ki, seçicilərin əksəriyyəti (60.000 seçki)
digər namizədlərə, daha
doğrusu, onun əleyhinə səs vermişlər. A partiyasından olan namizəd çox səs
topladığından seçkilərdə qalib hesab edilir. Belə seçki sistemində digər
Dostları ilə paylaş: