11
deputat yerlərinin sayına müvafiq olaraq). Ona görə də bu sistem də majoritar
sistemin bir növüdür.
Proporsional seçki sistemi.
Konstitusiyalı quruluşun təşəkkül tapdığı dövrdə siyasi birliklərin
proporsional nümayəndəliyi ideyası irəli sürülmüşdür. Burada belə birliklərin
aldıqları mandatların sayı onların namizədlərinə verilmiş səslərin sayına müvafiq
olur. Bu ideyanı ilk dəfə 1793-cü ildə Böyük Fransa inqilabının görkəmli xadimi
Lui Sent Cust irəli sürmüşdür.
XIX əsrin 40-cı illərində proporsional seçkilərin layihələrini amerikalı
Tomas Cilpin və İsveçrəli Viktor Konsideran təklif etmişdir. Təcrübi olaraq
proporsional seçki sistemi ilk dəfə 1889-cu ildə Belçikada tətbiq olunmuşdur.
XIX əsrin əvvəlində bu seçki sisteminin 152 növü var idi.
Bu sistemdə seçicilər ayrı-ayrı şəxslərə deyil, partiyalara onların müəyyən
etdiyi siyahılar vasitəsilə səs verir. Burada hər bir partiya ona verilmiş səslərin
sayına proporsional olaraq parlamentdə yer götürür, partiyaların topladığı səs
mühüm rol oynayır, lakin bundan da əhəmiyyətlisi seçki kvotasıdır. Seçki kvotası
Dostları ilə paylaş: