26
N Ə T İ C Ə
Konstitusiyanın 56-cı maddəsinə əsasən Azərbaycan Respublikası
vətəndaşlarının dövlət orqanlarına
seçmək və seçilmək, habelə referendumda
iştirak etmək hüququ vardır.
Seçki hüququna əsasən vətəndaşlar dövlət orqanlarına
nümayəndə seçmək
və dövlət orqanlarına seçilmək hüququndan istifadə edir. Seçki hüququ aktiv və
passiv seçki hüquqları ilə səciyyələnir.
Aktiv seçki hüququna əsasən vətəndaşlar seçkili dövlət orqanlarının
üzvlərini seçir və yaxud onların geri çağırılmasında
iştirak etmək hüququ
qazanırlar.
Passiv seçki hüququna əsasən isə vətəndaşlar keçirilən seçkidə dövlət
orqanlarına seçilmək hüququ qazanırlar.
Xalqın iradəsinin bilavasitə və ən yüksək ifadəsi dövlət hakimiyyəti və yerli
özünüidarə orqanlarına azad, demokratik
seçkilərin keçirilməsi, habelə dövlət
həyatının ən mühüm məsələlərinə dair öz rəyini referendum yolu ilə bildirməsidir.
Seçkilər
və referendum demək olar ki, bütün dünyada vətəndaşların cəmiyyətin
ictimai həyatında və dövlət işlərində iştirakının ən kütləvi formasıdır.
Vətəndaşların seçki hüququ 2003-cü il 27 may tarixli «Azərbaycan
Respublikasının Seçki Məcəlləsi» ilə tənzimlənir.
Seçki Məcəlləsinə əsasən
Azərbaycan Respublikasının vətəndaşları üçün aktiv seçki hüququ 18 yaş
müəyyən edilmişdir. Məcəlləyə uyğun olaraq seçkilər günü 18 yaşı tamam olan
vətəndaşların seçmək və referendumda səs vermək hüququ vardır.