21
təşəbbüs qrupuna daxil olan vətəndaşların say tərkibinə məhdudiyyət qoyulmur.
Onların öz səlahiyyətli qrupları və müşahidəçiləri olur və bu şəxslər onları
seçkilərdə təmsil edirlər. Namizədlərin irəli sürülməsi ilə bağlı
ərazi seçki
komissiyasına bildiriş təqdim edilir. Prezident seçkilərində isə bütün sənədlər
birbaşa MSK-ya təqdim edilir. Namizədlər irəli sürülərkən qanunvericiliklə
qoyulan senzlər nəzərə alınmalıdır. Məsələn,
ali təhsili olmayan şəxsin
prezidentliyə namizədliyinin irəli sürülməsi yol verilməzdir. Müvafiq yaşa
çatmayan şəxsin deputatlığa namizədliyi irəli sürülə bilməz. Bu senzlər
pozulduqda, namizədlik ümumiyyətlə heç bir halda qeydə alına bilməz. Əksinə,
seçki qanunvericiliyinin
qoyduğu tələblər pozularsa, onlar vaxtında düzəldilə
bildiyi təqdirdə namizədlər qeydə alınır (lazımi qədər imza toplanmaması zamanı,
sənədlərdən birinin təqdim olunmaması zamanı). Namizədlərin irəli sürülməsi
üçün müəyyən sayda seçici imzası tələb olunur. Müvafiq komissiyaya namizədlə
bağlı xəbər verdikdən sonra seçici imzalarının toplanması prosesi başlayır.
Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 450 imza,
prezident
seçkilərində 45.000-dən az olmayan sayda imza toplanmalıdır. Prezident seçkiləri
zamanı 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza
toplanmalıdır. Bələdiyyə seçkilərində isə toplanılan imzalar yaşayış yerindəki
əhalinin sayından asılıdır. Belə ki, 99.999-dan çox əhalisi olan ərazidə 150,
49.999-dan çox əhalisi olan ərazidə 100, 19.999-dan çox əhalisi olan ərazidə 75,
9.999-dan çox əhalisi olan ərazidə 50, 4.999-dan çox əhalisi olan ərazidə 30,
4.999-dan az əhalisi olan ərazidə 15 seçici imzası tələb olunur. Bir şəxsin bir neçə
namizəd üçün imza atmasına yol verilir. Seçicinin imzasını almaq məqsədilə onun
ələ alınması, ona təzyiq edilməsi yolverilməzdir. Toplanılan imzalar tələb olunan
sənədlərlə birlikdə müvafiq komissiyaya təqdim edilir. Daha sonra isə komissiya
bu sənədləri yoxlayır və onların qanunvericiliyə uyğun gəlməsini müəyyən edərsə,
təklif edilən namizəd qeydə alınır. Prezident və parlament seçkilərində namizədin
qeydiyyatı üçün təqdim edilən sənədlərin yoxlanılması üçün MSK ekspert xidməti
də daxil olmaqla bir çox vasitələrdən istifadə edir. Namizədlər bütün hüquq və
vəzifələrdə bərabərdirlər. Seçkilər ərzində namizədlər öz xidməti vəzifələrini icra
22
etməkdən azad edilir və öz vəzifə imkanlarından seçkilər
üçün istifadə etməyə
haqqı yoxdur. Namizədlər təbliğat apara bilərlər. Vəzifəli şəxslər, kütləvi
informasiya vasitələri redaksiyalarında işləyən curnalistlər və yaradıcı
işçilər
qeydə alınmış namizədlərdirsə, yaxud qeydə alınmış namizədlərin, siyasi
Dostları ilə paylaş: