partiyaya mənsub olmayan və onların namizədliklərini təqdim edən deputatları, 6
üzvü isə deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini
təqdim edən siyasi partiyaları təmsil edirlər). MSK üzvləri Milli Məclis tərəfindən
seçilir. MSK-nın 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları
Milli Məclisə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi
partiyanın, 3 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli
Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi
partiyaların, 3 üzvü birmandatlı seçki dairələri üzrə seçilmiş çoxmandatlı seçki
dairəsi üzrə seçkilər nəticəsində Milli Məclisdə təmsil olunmayan siyasi partiyaları
təmsil edən və ya müstəqil qaydada seçilən və onların namizədliklərini təqdim
edən deputatları, 2 üzvü isə vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilərdə iştirak
edən və onların namizədliklərini təqdim edən, Milli Məclisdə təmsil olunmayan və
17
vahid çoxmandatlı seçki dairəsi üzrə seçkilər zamanı ən çox səs qazanmış 4 siyasi
partiyanı təmsil edirlər. Göründüyü kimi, Mərkəzi Seçki Komissiyasının indiki
tərkibi və təşkili qaydası ilə yeni çağırış Milli Məclis öz işinə başladıqdan sonra
yaradılacaq Mərkəzi Seçki Komissiyasının tərkibi və təşkili qaydası arasında
müvafiq fərqlər mövcuddur.
Seçki dairələri və məntəqələri seçkilərin keçirildiyi ərazi vahidləridir. Bəzən
seçkilər ərazi prinsipi üzrə deyil, istehsalat prinsipi üzrə təşkilatlanır. Bu zaman
seçicilər işlədikləri yerdə səs verirlər. Seçki ərazisi ilə inzibati ərazi vahidləri üst-
üstə düşməyə də bilər. Qanunvericiliyə görə, aralarında sərhəd olmayan inzibati
ərazi vahidləri üzrə birmandatlı seçki dairələrinin yaradılmasına yol verilmir.
MSK Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 29.1-ci maddəsinə müvafiq
olaraq 125 birmandatlı seçki dairəsi yaradır. Azərbaycan Respublikasının
hüdudlarından kənarda yaşayan seçicilər birmandatlı dairələr üzrə siyahıya
alınmırlar. Çünki onlar Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin
seçkiləri üzrə səsvermədə iştirak etmirlər.
Seçki dairələri aşağıdakı tələblər çərçivəsində yaradılır:
- Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları çərçivəsində
təmsilçilik normasından 5 %, yolu çətin və ucqar yerlərdə isə 10%-dən çox (az)
olmamaq şərti ilə onların ərazisində qeydə alınmış seçicilərin sayı birmandatlı
seçki dairələrində təqribən bərabər olmalıdır;
- aralarında sərhəd olmayan inzibati ərazi vahidləri üzrə seçki dairəsinin
yaradılmasına yol verilmir.
Seçki dairələri seçki məntəqələrinə bölünür. Seçki məntəqələrində ən azı 50,
ən çoxu isə 1500 nəfər seçici ola bilər. Seçki məntəqələri bələdiyyə qurumlarının
ərazilərində səsvermənin keçirilməsi və səsvermənin hesablanmasını təmin etmək
məqsədilə yaradılır. Seçki məntəqələri bilavasitə seçkilərdən əvvəl yaradılarsa,
onlar səsvermə gününə ən azı 50 gün qalmış təşkil edilir. Seçicilərin sayı 50-dən
az olduqda müstəsna hal kimi ərazi seçki komissiyasının qərarı ilə seçki məntəqəsi
təşkil edilə bilər.
18
Seçki əraziləri təşkil edildikdən sonra bu ərazilərdə seçkilərin keçirilməsi
prosesinə nəzarət edən orqanlar yaradılır. Müvafiq olaraq dairə seçki komissiyaları
təşkil olunur. Dairə seçki komissiyaları məntəqə seçki komissiyalarını MSK ilə
əlaqələndirən həlqədir və bir çox məsələlərdə məntəqə seçki komissiyaları dairə
seçki komissiyalarına tabedirlər. Məntəqə seçki komissiyalarının təşkili ilə dairə
seçki komissiyaları məşğul olur. Dairə seçki komissiyaları Prezident seçkiləri
zamanı ərazi seçki komissiyaları adlandırılsa da, mahiyyətcə digər seçkilərdə
mövcud dairə komissiyalarından heç nə ilə fərqlənmir. Dairə seçki komissiyaları
bilavasitə seçkilərdən əvvəl yaradılarsa, onlar səsvermə gününə ən azı 90 gün
qalmış təşkil edilməlidir. Dairə seçki komissiyaları 9 üzvdən ibarət tərkibdə təşkil
olunur. Məntəqə seçki komissiyaları bilavasitə seçkilərdən əvvəl yaradılarsa, onlar
səsvermə gününə ən azı 40 gün qalmış təşkil edilməlidir. Məntəqə seçki
komissiyaları müvafiq dairə seçki komissiyaları tərəfindən 6 üzvdən ibarət
tərkibdə təşkil edilir. Dairə seçki komissiyası MSK tərəfindən, məntəqə seçki
komissiyası isə dairə seçki komissiyası tərəfindən formalaşdırılır. Dairə və
məntəqə seçki komissiyalarının tərkibi Mərkəzi Seçki Komissiyasının tərkibinə
müvafiq olaraq müəyyən edilir. MSK-da qeydə alınmış siyasi qüvvələr dairə və
məntəqə seçki komissiyalarına məşvərətçi hüquqlu üzv təyin edə bilərlər.
Hakimlər, prokurorlar, dövlət və bələdiyyə orqanlarının seçkili və vəzifəli
şəxsləri, deputatlığa namizədlər, məşvərətçi hüquqlu üzvlər və s. parlament
seçkilərində dairə və məntəqə seçki komissiyasının üzvü ola bilməzlər. Prezident
və parlament seçkilərində namizədlərin qohumları, onların vəkilləri,
müşahidəçiləri, namizədin birbaşa tabeçiliyində olan şəxslər və s. komissiya üzvü
ola bilməzlər. Onlar komissiyaların sənədləri ilə tanış olmaq, ondan çıxarışlar
almaq, iclas zamanı sual vermək və mahiyyəti üzrə cavab almaq hüququna
malikdirlər. Seçkilərin hazırlanması zamanı əsas işindən azad edilmiş üzvün əmək
haqqı dövlət hesabına ödənilir. Seçkilərin keçirilməsi dövründə onlar ölkə
ərazisində pulsuz gediş-gəliş hüququndan istifadə edir, ərazi prokurorunun razılığı
olmadan məsuliyyətə cəlb edilə bilməz, işəgötürənin təşəbbüsü ilə öz vəzifəsindən
azad edilə və ya başqa işə keçirilə bilməz. Seçki komissiyasının üzvü öz
19
səlahiyyətlərindən yazılı surətdə imtina etdikdə, Azərbaycan Respublikasının
vətəndaşlığını itirdikdə, haqqında qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda,
vəfat etdikdə, məhkəmə hökmü ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan
edildikdə və s. hallarda komissiya üzvlülüyündən azad edilir. Seçki
komissiyalarının hərəkətlərindən verilən şikayətlərə MSK baxır. Seçicinin birbaşa
məhkəməyə şikayət etmək hüququ da var. Komissiyaların səlahiyyətləri, əsasən,
oxşardır. Ümumiyyətlə, onlar seçkiqabağı təşviqat üçün şərait yaradır, seçki
bülletenlərini aşağı komissiyalara çatdırır, səsvermə otaqlarının və qutularının
hazırlanmasını təmin edir, seçkilərin gedişinə nəzarət edir və səsləri hesablayır,
aşağı komissiyaların göndərdiyi protokolları ümumiləşdirir (dairə seçki
komissiyaları) və s. Hər üç növ orqana keçirilən seçkiləri idarə edən
komissiyaların səlahiyyətləri bir sıra xüsusiyyətlər nəzərə alınmaqla üst-üstə
düşür. Aydındır ki, MSK ən çox səlahiyyətə malik orqandır və əsas səlahiyyətlər
də ona məxsusdur (seçkilərin yekun nəticələrinin müəyyənləşdirilməsi və elanı,
onların etibarsız elan edilməsi, təkrar və əlavə seçkilər və s.).
Seçicilərin seçki hüquqlarının təmin olunması üçün onlar qeydiyyata alınır və
seçici siyahısına daxil edilirlər. Vahid seçicilər siyahısı Mərkəzi Seçki
Komissiyası tərəfindən aparılır. Hər il seçicilər siyahısının dəqiqləşdirilməsi ilə
bağlı məlumatları Seçki Məcəlləsinin 46.12-ci maddəsinə müvafiq olaraq məntəqə
seçki komissiyaları vasitəsilə Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Vahid
seçicilər siyahısı seçki məntəqələri, seçki dairələri bütövlükdə Azərbaycan
Respublikası üzrə aparılır. Vahid seçicilər siyahısına Azərbaycan Respublikasının
hüdudlarından kənarda yaradılan məntəqə seçki komissiyalarının təsdiq etdikləri
seçici siyahılarının məlumatları daxil edilmirlər. Seçicilərin daimi siyahısı hər bir
seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən Mərkəzi Seçki
Komissiyasının müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir və
səsvermə gününə azı 35 gün qalmış dəqiqləşdirilir. Bu müddətdən sonra səsvermə
gününədək seçici siyahısına seçici yalnız məhkəmənin qərarı əsasında əlavə edilə
bilər. Daimi seçici siyahılarına müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyə
qurumu başçılarının, hərbi hissə komandirlərinin aktiv seçki hüququna malik olan
20
seçicilər haqqında təqdim etdikləri məlumatlar daxil edilir. Məntəqə üzrə tərtib
olunmuş ilkin seçici siyahılarının birinci nüsxəsi müvafiq akt tərtib edilməklə
məntəqə seçki komissiyasında saxlanılır, ikinci nüsxəsi isə hər il fevralın 5-dən
gec olmayaraq, lakin səsvermə gününə azı 25 gün qalmış dairə seçki
komissiyasına verilir. Seçki dairəsi üzrə ilkin seçici siyahıları hər il martın 5-dən
gec olmayaraq iki nüsxədə tərtib edilir, dairə seçki komissiyasının sədri və
katibləri tərəfindən imzalanır, seçki komissiyasının möhürü ilə təsdiq edilir və hər
il aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Mərkəzi Seçki
Komissiyası seçici siyahılarında uyğunsuzluq tapdıqda, onlar düzəldilir və
sonradan mayın 25-dək məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq
edilir. Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün
həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın
müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması
(seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki
məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.
Seçici bir məntəqə üzrə siyahıya daxil edilir. Seçkilər günü müvafiq seçki
məntəqəsinin ərazisindəki xəstəxana, sanatoriya və prafilaktoriyalarda yerləşən
şəxslər olduqları yer üzrə seçici siyahısına daxil edilirlər. Daha sonra siyahı
vətəndaşların tanış olması üçün əlverişli yerdən asılır. Seçici siyahıları əlifba
qaydasında 2 nüsxə tərtib edilir. Azərbaycan Respublikasından xaricdə olan
şəxslərin siyahısı müvafiq konsulluq və ya səfirliyin məlumatları əsasında tərtib
edilir. Qeydə alınan seçicilər hüquqi elektoratı təşkil edir.
Namizədlərin irəli sürülməsi hüququ vətəndaşlara, seçicilərin təşəbbüs
qruplarına, siyasi partiyalara və siyasi partiyaların bloklarına məxsusdur. Siyasi
Dostları ilə paylaş: |