Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Ritorikanın tədris fənni kimi meydana gəlməsinin qanuna­



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə15/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Ritorikanın tədris fənni kimi meydana gəlməsinin qanuna­
uyğunluqları. 
Ritorik idealın qaynaqlarını öyrənmək arzusu çox 
təbiidir. Biz ritorik intibah dövründə yaşayınq və bu dövrün ən 
əhəmiyyətli xüsusiyyəti ilkin mənbələrə, klassik antik ritorikanın 
meydana gəlməsi, formalaşması və çiçəklənməsi dövrünə müraciət 
edilməsidir.
M üasir söz mədəniyyətinin kökləri antik ritorik klassikaya ge­
dib çıxır. Lakin klassik ritorika o qədər çoxşəkilli, m üxtəlif növlü- 
dir, antik dövrdə ritorik ideyalann həyatiliyi o qədər dərin və zəngin 
məzmuna malikdir ki, bütün bu müxtəlifliklər və zənginliklər ara­
sında öz mədəniyyətimiz tərəfindən daha dolğun qəbul edilən, 
doğma nitq ənənələrinə qüvvətli təsir göstərmiş nümunələri tap­
maq çətinlik törədir.
Sokratın, Platonun dialoqlarında əks olunmuş və Platonun şa­
girdi, bu ideyalan «Ritorika» traktatında inkişaf etdirmiş Aristotel
32


tərəfindən yaradılmış ritorik ideyalar və hərtərəfli fəaliyyət ritorika­
nın bir fənn kimi təşəkkülünə və gecikmiş Avropa mədəniyyətində 
onun sonrakı inkişafına həlledici təsir göstərmişdir.
Ötüb keçmiş zamanlara nəzər salarkən, qeyd etməmək olmaz 
ki, XIX əsrdə Avropada bütövlükdə nitq mədəniyyətinin səviyyəsi, 
sözə münasibət indikindən, yüz ildən artıq vaxt keçməsinə baxma­
yaraq, daha yüksək idi. Bu niyə baş vermişdir?
Bu, heç də sadə məsələ deyil və bunun dərin sosial-tarixi 
kökləri vardır:
XX əsrdə olduqca tez-tez həqiqətin yalançı örtüyü, yalan aləti, 
insanları idarəetmə vasitəsi kimi istifadə edilən söz özünün ilkin 
dəyərini, müqəddəs (mərasimi) mənasının böyük bir hissəsini iti­
rib, hiperinflyasiya zamanı pul vahidi kimi devalvasiyaya uğra­
yıb (qiymətdən düşüb). Çox məşhur misallarla bu həqiqəti isba­
ta yetirmək olar. Məs., Sovet hakimiyyəti qurulan kimi özündən 
əvvəlki siyasi cərəyanlar haqqında (deyək ki, Azərbaycanda M üsa­
vat partiyası haqqında) olmazın iftiralar, keçmiş haqqında cürbəcür 
hədyanlar, sosializm və gələcək haqqında rəngarəng təriflər, xülya­
lar uyduruldu, Stalin “millətlərin atası”, Lenin “dahi rəhbər”, “əziz 
baba” kimi təqdim olundu, ’’Kommunizm qalib gələcək”, ” Sov. 
IKP-yə eşq olsun” kimi şüarlar insanların beyninə “pərçim edildi” . 
Bu təbliğatın təsiri altında insanlar 2-ci Dünya müharibəsi illərində 
“ Stalin uğrunda” deyib güllə qabağına atıldı, 1953-cü ildə Stali­
nin vəfatını ən böyük faciə kimi yaşadı. Ancaq bir neçə il sonra 
xalq Stalini vətən xaini kimi tanıdı, heykəlləri uçuruldu, Xruşşovu 
sevməyə dəvət olundu. Sonra məlum oldu ki, Xruşşov da yaxşı 
adam deyilmiş, Brejnevə şüarlar deyildi, axırda məlum oldu ki, 
ümumiyyətlə 70 il gedilən yol, deyilən sözlər səhv imiş, Leninin 
də heykəlləri və şüarları götürüldü, yenə fərqli fikirlər səsləndirildi. 
Beləliklə, insanların sözə inamı sarsıldı...
Qeyd etmək lazımdır ki, məsələn, amerikalılar, avropalılar 
və yaponlar inanırlar ki, 
nitq ünsiyyətinin saflaşm ası cəm iyyətin
təkm illəşdirilm əsi və inkişafının mühüm vasitəsidir.
Sosioloqlar müəyyən etmişlər ki, müasir insan iş vaxtının 65 
%-ni şifahi ünsiyyətdə keçirir. Amerikalı alimlərin məlumatlarına
33


görə, Yer kürəsinin orta statistik vətəndaşının ömrünün 2, 5 ili 
söhbətə sərf edilir. Bu o deməkdir ki, 
hom o-sapiens -
şüurlu insan 
hom o eloquens
- danışan insan olmuş və bu cür də qalmaqdadır. 
Bir çox hallarda insan həmsöhbətinə təkcə informasiya vermək 
üçün yox, həm də məqsədli - ona təsir göstərmək, onu inandır­
maq, öz tərəfinə çəkmək, sevindirmək, onun fikrini dəyişdirmək, 
dediklərini təkzib etdirmək məqsədilə danışır.
34



Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin