Bu təsnifat bütövlükdə düzgündür və müasir natiqlik sənətini
kifayət qədər geniş
əks etdirir, lakin natiqlik sənətinin bütün növ
lərini əhatə etmir. Xüsusən, bu təsnifatda diskussiya və polemi
ka natiqlikləri, natiqin nitqinin replika, mətbuat konfranslarında
suallara verdiyi cavablar, «dəyirmi masa» arxasındakı söhbətlər,
həmçinin radio və televiziyada istifadə edilən natiqlik növləri kimi
səmərəli formaları qeyd olunmur.
Sosial-məişət, sosial-siyasi, aka
demik, məhkəmə, məscid-dini natiqliyi ilə yanaşı aşağıdakı növlər
də qeyd edilir:
• parlament natiqliyi sosial-siyasi natiqliyin bir növü kimi;
• diplomatik natiqlik (beynəlxalq konfransda nitq və diploma
tik akt prosesində natiqlik);
• hərbi natiqlik (əmr-nitq, təlimat-nitq, hərbi-siyasi mövzuda
çıxış, ruhlandırıcı nitq, çağırış);
• ticarət nitqi (reklam);
• mühazirə-təbliğat nitqi(elmi-nəzəri
mühazirə, elmi-kütləvi
mühazirə, elmi-metodik mühazirə, kino-mühazirə,
mühazirə-
ekskursiya, mühazirə-konsert, mühazirə-məlumat, söhbət, repor
taj, xatirələr, təlimat, nümayiş, silsilə mühazirələr);
• dialoji natiqlik (tətbiq formaları: mübahisə, diskussiya, dis-
put, söhbət, işgüzar müşavirə, intervyu, mətbuat konfransı, işgüzar
oyun, «dəyirmi masa», sual-cavab gecəsi və s.).
Akademik natiqliyə üç əsas növ aid edilir: bilavasitə akade
mik natiqlik özü (alimlər arasında- elmi məruzə, referat, icmal), ali
məktəb natiqliyi (mühazirə, silsilə mühazirələr) və məktəb natiqli
yi (müəllimin nəqli, məktəb mühazirəsi və b ).
1.3. R itorika:
fəaliyyət, fənn, dünyagörüşü
Dostları ilə paylaş: