1.
Natiqlik sənəti bütün elmlərin nailiyyətlərindən və
kəşflərindən
istifadə edir, eyni zamanda onları geniş təbliğ edib
populyarlaşdınr.
2.
B ir çox ideya və fərziyyələr
ilkin olaraq şifahi şəkildə,
ictimaiyyət
qarşısındakı
nitqlərdə,
mühazirələrdə,
elmi
məruzələrdə, məlumat və söhbətlərdə şərh edilir.
3.
Natiqlik sənəti müvafiq elmlərin kateqoriyalar sisteminə
əsaslanır, bu da onları əsaslandırmanın,
təhlil və mühakimələrin,
sübut və ümumiləşdirmələrin mexanizmini təyin edir.
Beləliklə, nitq mədəniyyətində incəsənət və elmilik insanlara
göstərilən müstəqil təsir üsullarının
mürəkkəb qovuşuğunu təşkil
edir. Ritorika ictimai nitqlərin mürəkkəb intellektual-emosional
birliyidir.
Bir çox müasir tədqiqatçılar natiqlik sənətini insan fəaliyyətinin
xüsusi növlərindən biri hesab edirlər.
Natiqlik sənəti yalnız şərti olaraq incəsənət adlanır, lakin o,
əhəmiyyətli dərəcədə daha çox elə bir fəaliyyətdir ki, ona yiyələnən
insanın heç bir xüsusi bacarığı olmaya da bilər. H ər bir savadlı in
san gərgin zəhmət nəticəsində
natiqlik sənətinin əsaslanna, yəni
auditoriya qarşısında anlaşıqlı, maraqlı və inandırıcı nitq söyləmək
bacarığına yiyələnə bilər.
Dostları ilə paylaş: