və s. Mətnlərin tərtibi ilə əlaqədar olan işgüzar nitq də diqqətdən
kənarda qalmayıb.
Aristotel elmi ritorikanın əsas kateqoriyaları olan etos,
loqos
və pafos haqqında təlimin yaradıcısıdır.
E tos
- nitqin münasibliyi, onun bu nitqi qəbul, yaxud rədd
edəcək dinləyicilərin mənəvi tələblərinə müvafıqliyidir. Bu tezisdə
dinləyicilərə, müraciət olunana hörmət nəzərdə tutulur.
P afos -
nitqin yaradıcısının dinləyicilər qarşısında inkişaf
etdirilən niyyəti, ideyasıdır. Bu tezisdə danışanın mövqeyi, onun
əqidəsi mərkəzləşir.
Loqos
- söz,
dil vasitəsi, həmçinin məntiqdir; natiq onlardan
məqsədinə çatmaq, dinləyicisini inandırmaq üçün istifadə edir.
Onun fikrincə, istənilən nitq növü ( məhkəmə, məşvərətçi,
epideytik) etos, pafos və loqosun qaçılmaz vəhdətindən ibarətdir.
Nitqin hər üç növü birgə, qarşılıqlı əlaqədədir.
Qeyd edək ki, Aristotel özü də parlaq nitqə malik söz ustası idi.
O, «Məntiq» və «Metafizika» əsərlərində cümlə quruluşunda fikrin
və
nitqin o qədər incə, güclə hiss edilən çalarlannı işlətməyə nail
olmuşdu ki, bunlar istənilən müasir mütəfəkkirə şöhrət gətirərdi.
Onun «Ritorika - dialektikaya müvafiq olan incəsənətdir» aforiz
mi də təsadüfi yaranmayıb.
Gözəl danışmaq sənəti kimi ritorikanın inkişaf yolu çox da asan
olmayıb. Onun fövqündə şöhrət əsirləri və unudulmuş yüzilliklər,
heyranlıq mədhiyyələri və soyuq istehzalar bir-birini əvəz edib.
Əvvəllər də, indi də bir çoxlan belə hesab edir ki, tarixdə bu qəribə
dəyişikliklər silahın gücü ilə müəyyən edilir. Toplar və mauzerlər
«dillənəndə» ən yaxşı natiqlər belə susmalı olurlar. Əksinə, hər
dəfə demokratiyanın çiçəklənməsi ilə birlikdə sözün inandırma
gücünə diqqət yenidən oyamrdı. Lakin məsələ yalnız bunda olsay
dı, ritorika elmi həmişə natiqlik sənətinin taleyini yaşamış olardı. O
özünün varisliyini itirməz və inkişafın hər yeni mərhələsində, hər
dəfə irəliyə doğru hərəkət edərdi. Aydındır ki, ritorikanın yüksəliş
və tənəzzüllərinin başqa səbəbləri də vardır.
A n tik ritorikanın əsas nəzəri nailiyyətləri aşağıdakı müddəa
larda üm um iləşdirilə bilər.
13
1. Platon «Qorgi» və «Fedr» (e.ə. 380-370-ci illər) dialoqların
da ritorikanın
inandırm a vasitəsi
kimi dərk olunmasının
ənənəvi
və dəyişməz mənasını müəyyənləşdirir. Burada ritorikanın mey
dana gəlməsi vəziyyətinin dərk olunması xüsusilə vacibdir:
həmsöhbətlərin bir-birini dinləməyə razılaşması zamanı ünsiyyət
qaydalarının qarşılaşdınlması yaranırdı. Digər hallarda qarşı
durma olmurdu. Bu vəziyyət ritorun nitqini filosofun nitqindən
əhəmiyyətli dərəcədə fərqləndirir. Ritor qarşısındakını inandırmaq
dan çox, fikrindən daşındırmaq istəyir. Xarici məqsəd onun üçün
əsas yerdə durur. Ondan fərqli olaraq,
aktyor özünü ifadə etməyə
can atır, filosof təkcə inandırmaq yox, həm də özü inanmaq istəyir.
Bu səbəbdən Platon ritorikam həqiqət axtarmaq vasitəsi olan di-
alektikayla qarşılaşdırırdı. Lakin bu halda da ritorikanın əxlaqi
əsaslan şübhə altına düşürdü.
2. Aristotel özünün «Ritorika» əsərində (təxm. eramızdan 330
il əvvəl) bu ziddiyyətləri aradan qaldıraraq göstərmişdi ki, ritorika
yalnız qəbul edilmiş inandırma üsullarından istifadə edir. Başqa
sözlə desək, nəzərdə tutulurdu ki, ritorika özünün əxlaqi əsaslannı
qoruyub saxlayır, çünki natiq auditoriya qarşısında özünün həqiqi
düşüncələrini, öncəgörmələrini, müşahidə
və niyyətlərini şərh
edir, çünki o, yalan söyləmir və hərəkətə keçmədən, yalnız nitq
vasitəsilə inandırır; auditoriya isə onun nitqi ilə tanış olduqdan
sonra öz seçiminə uyğun hərəkət etməkdə azaddır.
Ritorikanın əxlaqla birləşdirilməsi davamlı əhəmiyyətə malik
idi. Bu anlayış Romada hakim idi və Siseronun nüfuzu ilə daha da
möhkəmlənmişdi. O, özünün «Natiq haqqında» traktaünda ( e.ə.
55-ci il) deyirdi ki, bəlağətli nitq insanın
mənəvi qüvvəsinin ən
yüksək təzahürlərindəndir.
3. Təkcə məntiqi dəlil və sübutlardan yox, həm də psixoloji
proseslərdən, mənəvi qüvvələrin, məsələn, qorxu, qəzəb, rəhm və
s. oyanmasından bəhs edən, inandırma mənbələrinin və üsullarının
belə təhlili ilk dəfə Aristotel tərəfindən «Ritorika» əsərində, qismən
«Poetika»nın bəzi fəsillərində və «Orqanon» toplusunda verilmiş
dir. Bu təhlilin fundamental əhəmiyyəti belədir: ritorikanı
məntiq
və psixologiyaya yaxınlaşdırmaqla biz həm də inandırma prosesini
14
bu elmlərin heç biri ilə, o cümlədən etika ilə eyniləşdirmirik, lakin
insanın bütün psixi fəaliyyət sahələrini vahid məqsəd baxımından
əhatə etməyə can atınq.
4.
Dostları ilə paylaş: