Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə3/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

{qanun, qayda)
çıxış etm əyə 
hazırlıqla bağlı h ər b ir m ərhələsində (k ə şf etm ə, yerləşdirm ə, 
ifadə etmə, yadda saxlam a və cəm iyyət qarşısında nitq söy­
ləm ə) bacarıqlarını təm in edən peşəkar ustalığın form alaşdı­
rılm ası.
Beləliklə, «Ritorika» fənninin ən mühüm vəzifəsi tələbələrin 
nitq ünsiyyəti prosesinin əsas ünsürlərini dərk etmələri və 
istənilən nitq şəraitində effektiv nitq nümayiş etdirmələri üçün 
zəruri olan bacanq və vərdişlərin formalaşdırılmasını təmin 
etməkdən ibarətdir.
Bu dərs vəsaitinin məqsədi - tələbələrə klassik ritorik nəzə­
riyyənin əsaslarını öyrətmək, onlan dünya ritorika mədəniyyəti 
ilə tanış etmək, antik məsəl olan : «İnsanın həyatı necədirsə, nit­
qi də elədir» ifadəsini və Roma filosofu Senekanın: «Ziyafətlərin 
və geyimlərin dəbdəbəli olması dövlət idarəçiliyinin xəstəliyə tu­
tulmasının əlaməti olduğu kimi, tez-tez təsadüf edilən nitq ida- 
rəolunmazlığı da, söz danışanların ruhunun məhv olmasının 
göstəricisidir.» - kimi ədalətli fikrini yadda saxlayaraq, real nitq 
ünsiyyətinin bilavasitə iştirakçıları olmalarına kömək etməkdir.
Bu kitab ritorika haqqında dünya praktikasında öz təsdiqini 
tapmış nəzəri tədqiqatlar, monoqrafiyalar, dərslik və dərs vəsaitləri 
əsasında tərtib olunmuşdur. Bu kitabda təcrübi fəaliyyət üçün əhə­
miyyətli, lakin bir qayda olaraq, bu sahəyə aid digər nəşrlərdə ki­
fayət qədər şərh edilməmiş üç prinsipi həyata keçirməyə təşəbbüs 
göstərilmişdir:
• Qısa şəkildə «müasir insanın ritorik mədəniyyəti» kimi gös­
tərilə biləcək bu fənni mümkün qədər geniş şərh etmək;
• Şərhlərin təklif xarakteri daşıması (qanunauyğunluqlar, qay­
dalar, üsullar, alqoritmlər və s.);
• Şərhin mümkün qədər qısa, konkret, lakonik olması.
7


Ümid edirik ki, bu vəsait sizə gözəl danışmağın nəzəriyyə və 
ustalığına yiyələnməkdə kömək edəcək. Əminik ki, bu təkcə xü­
susi qabiliyyətlərdən - vergi və istedaddan yox, həm də insanın 
əməksevərliyindən, məqsədyönlülüyündən asılıdır və deməli, hər 
bir öyrənmək istəyən üçün tamamilə əlçatandır.
8



Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin