Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev
H um anist ritorika İntibah dövrü ilə bağlıdır. Saray akademi
yası onun mərkəzi olur, Kral III Henrix üçün Fransız ritorikası
tərtib olunur, kral nitq mədəniyyəti (fransız dilində) tətbiq olun
mağa başlayır. Ritorika qrammatika və dilin ədəbi normalarının,
ümumiyyətlə, bu gün nitq mədəniyyəti adlandırdığımız bütün
məsələlərin işlənməsinə təkan verir. «Nitqin səhnələşdirilməsi»
16
tətbiq olunur, intonasiyaya, tələffüzə, nitqin aydınlığına diqqət
artır. Ədəbiyyat nümunələrindən istifadə olunur, tərcümə ustalığı
inkişaf edir.
Reform ist ritorika humanitar elmin daha əhəmiyyətli sahəsinə
çevrilir. Onun təsiri ilə hamı tərəfindən geniş istifadə olunan kitab
lar, məsələn, Şabanelin «Fransız nitq mədəniyyətinin mənbələri»,
«Yüksək səviyyəli xanımın təlimi üçün gözəl danışıq» nəşr olunur.
Avropa ənənələri barədə danışarkən Qoca Şərqin böyük natiqlik
ənənələri barədə heç nə deməmək günah olar. Şərq fəlsəfəsində dil və
söz xüsusi çəkiyə malik olmuş, Füzulinin təbirincə desək, söz ölkələri,
saraylan fəth edən fatehlərdən daha qüdrətli sərkərdə olmuşdur.Qeyd
etmək lazımdır ki, hələ eramızdan əvvəl I əsrdə- yəni təxminən Yunan-
Roma sivilizasiyası dövründə qələmə alınmış Hind ədəbi nümunəsi
olan “Kəlilə və Dimnə” əsərində söz haqqında yazılır:
A talar deyiblər ki, dilini saxla, başın salam at olar, yersiz danışm ağın nəticəsi peşm ançılıqdır. N əql edirlər ki, bir padşah m əsləhət üçün yanm a dörd alim çağırıb deyir: “ H ərəniz elə bir hikm ətli söz deyin ki, o, gö zəl bir tərbiyənin əsası olsun ”. B irinci deyir: - A ğıllı adam ların həyatında ən layiqli cəhəti danışm amaq- dır! İkinci deyir: - D ünyada ən fa yd a lı şey odur ki, insan öz əqli ilə m əsləhətləşm əm iş sözə başlamasın. Üçüncü deyir: -İn sa n üçün ən xeyirli iş odur ki, fikirləşm əm iş dinməsin. D ördüncü deyir: - İnsan üçün ən rahatı odur ki, özünü taleyin ixtiyarına versin. Deyirlər, bir gün Çin, Hind, İran və Rum padşahları bir yerə toplaşıb şərt qoyurlar: onlardan hər biri elə bir söz desin ki, dün y a durduqca dursun. Çin şahı deyir: - M ən dem ədiyim sözü geri qaytarmağa, dediyim sözü geri qaytarmaqdan daha artıq qadirəm. H ind şahı deyir: -M ən o adam a təəccüb edirəm ki, dediyi söz özü nün xeyrinə olduqda ona fa yd a verməsin, zərərinə olduqda onu m əhv etsin. İran şahı deyir: - Sözü nə qədər ki deməmişəm, o mənim qulumdur, elə ki dedim, oldu, ağam. Rum şahı deyir: - M ən dem ədiyim sözdən heç vaxt peşm an olmamışam, dediyim dən isə çox tez-tez peşm ançılıq çəkmişəm. İnsanların susm ası fa yd a verməyən boş söhbətlərdən daha yaxşıdır. İnsan hər şeydən çax ttihndən bətaya düşür.
Maraqlıdır ki, Şərqdə Qərbdə olduğu kimi ritorika sahəsində
qəliblənmiş, strateji tədqiqatlar apanlm asa da, yazılan kitablarda
nitq mədəniyyətinin bütün vacib nəzəri çalarlan öz əksini tapmış
dır. Misal üçün Fars ədəbiyyatının böyük nümunələrindən biri olan
və 1082-ci ildə Ziyarilər xanədanının son hökmdarı Qabus ibn
Vəşmgir tərəfindən yazılmış
“Q abusnam ə” əsərində söz haqqında
yazılanları göstərmək olar:
E y oğul, insan söz anlam ağı və söz dem əyi bacarmalı, p is adamlardan isə dilini saxlamalıdır. Ey oğul, sən doğru danışan ol, özünü doğru danışan tanıt ki, işdir, bir gün zərurət üzündən y a lan dem əli olsan, doğru qəbul etsinlər. Lakin yalana oxşar doğru danışma. D oğruya oxşar yalan, yalana oxşar doğrudan yaxşıdır, çünki o yalana inanarlar, bu doğruya yox. Q əbul edilm əyən doğ- rulardan qaç. Onu da bilm əlisən ki, söz dörd cürdür: birini nə bilərlər, nə deyərlər, birini həm bilərlər, həm də deyərlər, birini deyərlər, lakin bilməzlər, birini bilərlər, lakin deməzlər. Bilinm əyən və deyilm əyən sözlər dinə ziyanı olanlardır; bilm ək lazım olm ayıb deyiləsi sözlər: H aqq-təalanın kitabında, peyğəm bərin hədislərində, elm i kitab larda, üləmanın əsərlərində olan sözlərdir, çünki belə sözlərin şərhi yalnız təqliddən ibarət olar, onlardakı ziddiyyət, ix tila f və çətinlikləri açıb göstərm ək vəhydən xəbər verm ək və ona bənzər bir şeydir. Həm bilməli, həm dem əli sözlərə gəldikdə, onlar həm dinə, həm dünyaya lazım olan, yən i hər iki dünyada işə yarayan sözlərdir. Belə sözlərin həm danışana, həm də dinləyənə fa yd a sı olar. B ilib deyilm əyəsi sözə m isal onu göstərm ək olar ki, böyük bir adam ın və y a bir dostun sənin yanında bir eybi ola, y a ehtim al üzündən və y a işin gedişindən elə güm an edəsən ki, o, şəriətə düz gəlmir, desən y a həm in böyük adam ın qəzəbinə səbəb olarsan, ya o dostuna ziyan vurarsan, y a qara cam aatın tənəsinə m əruz qalar san. Belə bir söz, bilib deyiləsi mümkün olm ayan sözdür. D ediyim bu dörd növ sözün ən ya xşısı odur ki, onu həm bilm ək olar, həm də demək. Lakin bu dörd növ sözün hərəsinin iki üzü vardır: biri gözəl, biri çirkin. Camaat arasında danışarkən gözəllərini danış ki, xal qın xoşuna gəlsin və qabiliyyətinin dərəcəsi məlum olsun. Böyük 18
və ağıllı adam ları sözlərinə görə tanıyarlar, sözləri adam lar görə yox. H ər adam öz sözünün altında gizlənmişdir. Əli əm irəlm öm inin belə dem işdir: “ H ər kəs öz dilinin altında gizlənm işdir ”. Söz var bir cürə deyərsən, insanın ruhu təzələnər, başqa cürə deyərsən adam ın qəlbi kədərlənər. HEKAYƏT.