qəbul edir və onlara 21 yaşınadək təlim keçirdilər.
Burada fəlsəfə,
məntiq, ədəbiyyat, dil, riyaziyyat öyrədilirdi. Amma aparıcı fənn
ritorika idi və heç də təəccüblü deyil ki, ritorikaya aid ilk traktatlar
bu məktəblərə rəhbərlik edən natiqlər tərəfindən yazılmışdı.
Adətən onların sırasında birinci filosof- sofıst Qorginin (e.ə.
493-376) adı çəkilir. Onun əsərləri bizim günümüzə tam halda gəlib
çatmamışdır. M üasir dövrdə Platonun «Qorgi» dialoqu bəllidir.
Həmin dialoqda onun əsas elmi mövqeyi şərh olunur. Qorgi ritori
kanı tədris edərkən çox səyahətlər etmiş və bu zaman Olimpiya
və Delfıya bayramları üçün nitqlər də hazırlamışdır. Aşağıdakı fi
kir də ona məxsusdur:
söz çox böyük hökmdardır. O, çox kiçik və
tamamilə gözəgörünm əz bir bədənə m alik olsa da, m öcüzəli işlər
görür. Belə ki, o həm qorxunu qova bilər, həm kədəri m əhv edər,
həm sevinc gətirər, həm rəhm oyadar... Sözə m əxsus olan inandır
m a qüvvəsi həm də ruhu istədiyi kim i form alaşdırır. B iz burda İnci
lin ilk cüm ləsini
-
“Öncə söz olmuşdur, söz A llahın olmuşdur, söz
A llah olm uşdur ” xatırlatm aya bilmərik. ”
Ellinlər (yunanlar) ənənəvi ritorikanı sözlə inandırma, nitq us
talığı kimi qiymətləndirirdilər. Ellin ritorlannın
fikrincə, ritorika
nın üç ayrılmaz əsası var: mənəviyyat, müdriklik (həqiqət) və akt
yorluq bacarığı; eyni zamanda, onlar savadlılıq,
mədəniyyət və
natiqlik istedadına da böyük dəyər verirdilər. Düzdür, sonralar Sise-
ron deyəcəkdi: «Şair doğulurlar, natiq olurlar» - lakin heç şübhəsiz,
onun özünə də Yupiter tərəfindən böyük istedad bəxş olunmuşdu.
Köhnə, yaxud kanonik ( nümunəvi) ritorika beş hissəyə bölü
nürdü:
1. İnvensiya
- tərcümədə mənası «fikrin kəşf edilməsi», yaxud
nitqin məzmununun hazırlanması;
2. D ispozisiya
(mövqe tutma), yaxud kompozisiya- rus ritorika
larında-yerləşmə (adətən nitqin janrı ilə əlaqələndirilirdi);
3. Elokusiya
(bəlağət)
və ornament - ifadə və bəzəmə; bu so
nuncu və ən geniş hissə sonralar aparıcı mövqeyə yüksəldi (dil
vasitələrinin, üslubun, nitq mədəniyyətinin seçilməsi, poetika);
Dostları ilə paylaş: