yan, daşlaşmış bədən və üzlə müqayisə edilirdi. Əksinə, hərəkətlər,
yaxud jestlər öz hisslərini ifadə edə bilmək və danışmaq bacanğı
ilə əlaqələndirilirdi.
Ritorika elm olmaq üçün özünün xüsusi vasitələrini tapmalı
idi. Bu baxımdan ən mühümü o idi ki, Aristotel «sxem» terminini
sadəcə ritorika ilə deyil, hətta qrammatika ilə əlaqələndirmişdir.
8. Antik ritorikada fikir fiquru və söz fiquru bölgülərinin təqdim
edilməsi böyük əhəmiyyətə malik idi, bunun ardınca Kvintilianın
«Ritorik nəsihətlərin on iki kitabı» adlı fundamental əsərinin 8 və
9-cu kitablarında dəqiq, demək olar ki, tam təsnifat verilmişdi.
9. Antik ritorika fikir fiquru anlayışını kifayət qədər aydın
müəyyənləşdirməyi, onun sərhədlərini cızmağı, xüsusi struktur-
semantik təşkil edilmə ilə səciyyələnməyən təsvir üsullarından
ayrılmağı bacarmamışdı. Lakin qarşıya başqa- fiqur və troplann
(məcazların) fərqləndirilməsi kimi mühüm məsələ qoyulmuş və bu
məsələnin həlli yollan müəyyənləşdirilmişdi. Siseron bu fərqləri
məcazi- söz və fiquru söz birləşməsi kimi qarşılaşdırmaqda görür,
Kvintilian isə belə hesab edirdi ki, adi nitq parçasını məcazla əvəz
etmək ona yeni məna verir, fiqurla əvəz etmək isə - yox. Lakin bu
müəlliflər də m əcazlann tam təsnifatını verməmişlər. Belə təsnifatı
ilk dəfə m əcazlann 37 variantını və 14 əsas çoxnövlüyünü sadala
yan Trifonda görürük.
Qeyd etmək lazımdır ki, ritorika XV əsrədək əsasən sxolastik,
XVI əsrdən humanist, XVII əsrdə isə reformist olmuşdur.
Bunlan
sxolastik dövrün
əlamətləri hesab etmək mümkündür:
üslub qanun səviyyəsinə yüksəlir- burada həm geyim tərzi, həm
nitq etiketi var; təlimin əsasında yüksək, orta və aşağı üslublar du
rur. Ritorik qaydalann bu mərhələsinin təsiri XVIII əsrin ünsiyyət
təcrübəsində aydın şəkildə əks olunur.
Dostları ilə paylaş: