Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Eşitmişəm, bir dəfə Harun ər-Rəşid yuxuda



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə9/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Eşitmişəm, bir dəfə Harun ər-Rəşid yuxuda
görür ki, bütün dişləri tökülübdür. Səhəri yuxuyozam çağı­
rıb soruşur: “Bu yuxunun mənası nədir?” Yuxuyozan deyir:
“Əmirəlmömininin ömrü uzun olsun, bütün qohum-əqrəba
səndən qabaq öləcək, belə ki heç kəsin qalmayacaqdır”. Harun
ər-Rəşid deyir: “Bu yuxuyozana yüz çubuq vurun, o belə bir
ağır xəbəri nə üçün mənim üzümə dedi, bütün qohum-qardaşım
məndən əvvəl öləcəksə, onda mən kimə lazımam ?! ”
Əmr etdi, başqa yuxuyozan çağırdılar, yuxunu ona danışdı.
Yuxuyozan dedi: “ Əmirəlmömininin gördüyü bu yuxu göstərir
ki, əmirəlmöminin bütün qohum - əqrəbasından çox yaşayacaq­
dır. ” Harun ər-Rəşid dedi: “ Ağlın hökmü eynidir, təbir haman
təbirdir, lakin ibarələrdə böyük fərq vardır”. Əmr etdi haman
kişiyə yüz dinar versinlər.
Deməli, sözün dalına-qabağına fik ir verm ək lazımdır, dediyin
sözü ən gözəl tərzdə dem ək lazımdır ki, həm söz anladan olasan, həm
söz anlayan. Əgər dediyin sözü anlamasan, səninlə tutuquşunun nə
fərq i var? O da söz deyə bilir, lakin söz anlayan deyil. Söz anlayan
ona deyərlər ki, onun da sözünü başqaları anlasın, belələri ağıllı
adamlar hesab edilər, əks halda insan deyil, heyvan zümrəsindən
sayılarlar. Sözü böyük hesab et, söz göydən enmişdir, onun qədrini
bil, yerində deyilməli sözü saxlama, de, lakin yersiz danışmaqla da
onu qiymətdən salm a ki, hikmətə zülm etm iş olmayasan!
Nə desən düzünü de, m ənasız iddialarda olma. H ər iddia
üçün isə çox da sübuta can atma. Bilm ədiyin elm dən dəm vur­
ma, o elmdən çörək gözləmə, çünki sən elə elmdən, elə minbərdən
m əqsədinə çata bilməzsən, yalnız bildiyin elmdən məqsədə çata
bilərsən. Bilm ədiyin şeydən heç şey əldə edə bilməzsən.
Söz ustaları yanında doğru adam kim i tanınsan da, özünü
hörm ətdən salm aq istəmirsənsə, heç bir şey haqqında şahid olm a­
19


ğa razılıq vermə. Əgər versən, canfəşanlıq göstərm ə və könüllü
olaraq şahidlik etmə. H ər deyilən sözə qulaq as, lakin əm əl etməyə
tələsmə, fik irləş danış. D ediyindən peşm an olm am aq üçün əvvəl
düşün, sonra sözü ağzından çıxar. Əvvəlcədən düşünə bilm ək ba­
carığa bərabərdir.
İşinə yarasa da, yaram asa da, heç bir sözü dinləm əkdən da­
rıxma, beləliklə, qoyma söz qapıları sənin üzünə bağlansın, sözün
faydasından məhrum olasan. H eç vaxt soyuq danışma, soyuq da­
nışm aq elə toxumdur ki, onun m eyvəsi düşm ənlik olar.
Alim olsan, özünü nadan hesab et ki, bilik qapıları sənin
üzünə açılsın. Nə qədər ki, sözün eybini və hüsnünü anlam ayıb­
san, heç vaxt onu kəsm ə və y a tərifləmə. İstər böyük olsun, istər
kiçik, hər kəslə öz dili ilə danış ki, hikm ətdən xaricə çıxmayasan
və dinləyicini darıxdırm ayasan. Lakin danışarkən səndən d əlil sü­
but tələb edilərsə, belə yerdə elə danışm alısan ki, onları razı sala
biləsən və onların arasından ccmını salam at qurtara biləsən.
Əgər sən söz ustadı olsan, özünü bildiyindən az göstərm əyə
çalış ki, söhbət vaxtı piyada olduğun m eydana çıxmasın. Çox
bilən, lakin az danışan ol, az bilib çox danışan olma. D eyiblər ki,
susm aq salam atlığa, çox danışm aq isə ağılsızlığa bərabərdir. Çox
danışan adam ağıllı olsan da, onu ağılsız hesab edərlər, az danışan
ağılsız olsa da, az danışdığı üçün cam aat onu ağıllı hesab edər. Nə
qədər düz, təm iz və mömin adam olsan da özünü öymə, çünki sənin
özün haqqındakı şahidliyini heç kəs qəbul etməz, çalış səni xalq
tərifləsin, nəinki özün özünü. Çox bilirsənsə, yalnız kara gələnini,
işə yarayanını de.
Ey oğul, söz danışan ol, söz güləşdirən olma. Söz güləşdirm ək
divanəlik kim i bir şeydir. H ər kim lə danışsan, diqqət et, gör, o sənin
sözlərinin müştərisidir, y a yox. Əgər yağlı m üştəri tapsan əl çəkmə,
sözlərini sat, yox, m üştəri deyilsə, o sözü saxla, onun xoşuna gələn
başqa şeylər danış, qoy dönüb sənin m üştərin olsun. Lakin çalış
adam la adam ol, insanla insan, çünki adam başqadır, insan başqa.
Q əflət yuxusundan ayılanlar xalqla m ən dediyim kim i rəftar edər.
Bacardıqca söz deyib, söz eşitməkdən çəkinmə, çünki insanlar
söz eşitm əkvasitəsi ilə söz dem əyi bacaran olarlar. Sübut: əgər uşa­
20


ğ ı anasından ayırıb zirzəm iyə salsalar, orada sü d verib böyütsələr,
anası və dayəsi onunla danışmasalar, ona nəvaziş etməsələr, o heç
kəsin səsini eşitməsə, böyüdükdə la l olar, lakin belə adam uzun
m üddət eşidib öyrəndikdən sonra yenə dilə gəlib danışar. Başqa
bir sübut: anadan kar doğulan lal olar. Görmürsənmi, lalların ha­
m ısı kardırlar?
Deməli, sözlərə qulaq as və yadında saxla, xüsusilə, hökmdar­
ların və alim lərin dedikləri hikm ətli sözləri. D em işlər ki, alimlərin,
hökm darların nəsihətlərinə qulaq asm aq ağlın gözünü işıqlandı­
rar, çünki ağıl gözünün tutiya və sürm əsi hikmətdir. Bu dediyim
sözlərə canla-başla qulaq asıb onlara etiqad etm ək lazımdır.
Azərbaycanda ritorika haqqında bilgilər sistemli elm şəklində 
az öyrənilmişdir. Əgər ayn-ayn müəlliflərin epizodik yazılarını 
nəzərə almasaq, nəinki bu barədə Avropa mühitində olan ardıcıl 
tədqiqatlara, hətta tədris mexanizminə də rast gəlinmir. Elmlərin 
universitetlərdə tədrisi ilə xarakterizə olunan, belə desək, “ Sovet 
dövründə” də nə üçünsə ən qədim elmlərdən biri olan ritorika “yad­
dan çıxmışdır” . Klassik filologiya fakültələrində belə, bu fənnə 
ikinci dərəcəli fakültativ predmet kimi yanaşılmış, ünsiyyətin 
m üxtəlif səviyyələrində nitq bacarıqlarının aşağı düşməsi 
əhəmiyyətli dərəcədə hiss olunmuşdur. M üstəqillik illərinin ya­
ratdığı imkanlar, m üxtəlif mitinqlərin mövcudluğu, teledebatlann, 
parlament iclaslarının canlı yayımı, açıq söz azadlığı bir tərəfdən 
kimin kim olduğuna aydınlıq gətirdiyi kimi, digər tərəfdən, bəzən 
layiq olmasalar da, nitq qabiliyyətinə malik insanlara müəyyən 
üstünlüklər verdi. M əhz populist çıxışların öhdəsindən gəlməyi 
bacaran, bununla da bir çox ziyalılan üstələyən “dil qəhrəmanlan” 
80-ci illərin sonlannda xalq arasında nüfuz qazandılar, hətta son- 
ralar hakimiyyətə gələ bildilər. Bu həqiqətlərin özü ritorikanın 
bir elm kimi öyrənilməsinə, nitq mədəniyyətinin vacib bacanq 
keyfiyyətləri kimi aşılanmasına zərurət, bununla birlikdə bir neçə 
sual yaratdı:
• Nə üçün ali təhsilli adamlar belə fikirlərini aydın və təsirli 
ifadə edə bilmir?
21


• Xüsusi hazırlaşmasa, niyə heç kəs rahat danışa bilmir?
• Niyə küçədə intervyu görürülən insanlar danışarkən belə 
əzab çəkirlər?
• Nə üçün başqa xalqların nümayəndələri sərbəst danışmağı 
bacardığı halda, bizimkilər belə dolaşığa düşür?, və s.
Yuxanda qeyd edilənlər, üstəlik də, təxminən 3 min il yaşı 
olan bir həqiqət hamıya məlum olduqdan sonra (“natiq doğulmur­
lar, ağıl, savad, təcrübə insanı natiq edir”) ümid artır ki, ritorika­
ya son dövrlərdə artan məhəbbət onu əsl elm kimi öyrənməklə 
nəticələnəcəkdir.
1.2. N atiqlik sənəti sosial hadisə kimi

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin