Natiqlik sənətinin meydana gəlməsinin sosial əsası
Natiqlik
sənətinin sosial hadisə kimi meydana gəlməsinin obyektiv səbəbi ic
timai əhəmiyyətə malik olan məsələlərin müzakirə və həll edilməsi
zərurəti oldu. Bu və ya digər nəzər nöqtəsini əsaslandırmaq, irəli
sürülmüş ideyaların və müddəaların düzgünlüyünü sübut etmək,
öz mövqeyini müdafiə etmək, dinləyiciləri inandırmaq və onların
seçiminə təsir etmək üçün söz sənətinə yaxşı yiyələnmək lazım idi.
Tarix göstərir ki, natiqlik sənətinin meydana gəlməsi və inki
şafının, həyati əhəmiyyətli problemlərlə bağlı fikir mübadiləsinin,
mütərəqqi ideyaların, tənqidi fikrin təkanverici qüvvəsinin mühüm
şərti idarəetmənin demokratik formaları, vətəndaşların ölkənin
siyasi həyatında fəal iştirakıdır. Heç təsadüfi deyil ki, natiqlik
sənətini «demokratiyanın mənəvi övladı» adlandırırlar.
23
Ritorikanın bu xüsusiyyəti hələ Qədim Yunanıstanda meydana
çıxmışdır. Məsələn, Afinada mövcud azad demokratik quruluşda
vətəndaşlar tez-tez məhkəmədə, yaxud xalq yığıncağında çıxış
etməli, polisin işlərində fəal iştirak etməli olurdular.
Xalq yığıncağında partiyalar arasında keçirilən müzakirələr
zamanı qarşı tərəflər arasında məhkəmədə tez- tez sərt mübahisələr
yaranırdı. Məhkəmədə işləri uğurla aparmaq, yaxud xalq yığın
cağında yaxşı çıxış etmək üçün səlis və inandırıcı danışmağı, öz
mövqelərini müdafiə etməyi, qarşı tərəfin fikrini puça çıxarmağı
bacarmaq lazım gəlirdi ki, bu zaman afinalılar üçün natiqlik ustalı
ğına malik olmaq və mübahisə etmək bacarığına yiyələnmək tələb
olunurdu.
Tarixçilər söyləyir ki, hərbi Sparta dövləti özündən sonra
varislərinə heç bir ləyaqətli miras qoymamışdır, halbuki Afina özü
nün meydanlardakı, məhkəmələrdəki, xalq yığıncaqlanndakı de
mokratik mübahisələri ilə qısa zaman ərzində dünyaya çox böyük
mütəfəkkirlər, alimlər, şairlər verdi, ölməz mədəniyyət nümunələri
yaratdı.
Tədqiqatçıların qeyd etdiyi kimi, cəmiyyətin həyatında baş
verən keçid dövrlərində natiqlik sənəti daha fəal şəkildə inki
şaf etmişdir. O, xalq kütlələrinin mühüm dövlət məsələlərinin
həllində iştirakına tarixi ehtiyac yarandıqda daha geniş tətbiq
olunur. Natiqlik sənəti insanları inandıraraq, ilhamlandıraraq və
istiqamətləndirərək ümumi iş ətrafında birləşdirməyə kömək edir.
Nitq mədəniyyətinin İntibah dövründə, sosial inqilablar zamanı,
ictimai hərəkata milyonlarla zəhmətkeş kütlələrin cəlb olunduğu
zamanlarda çiçəklənməsi də bu fikri təsdiq edir.
Bu da təsadüfi deyil ki, ritorikanın dirçəlişi XX əsrin orta
larından Qərbdə və Şərqdə (Yaponiyada), vahid, ümumiləşdirici
nəzəriyyəyə, humanitar dərketmənin xüsusi məntiqinə ehtiyacı
olan informasiya nəzəriyyəsinin sürətlə inkişaf etdiyi bir zamana
təsadüf edir.
Yeni dövr cəmiyyətin kapitallaşması və kütlələrin demokra
tikləşmə uğrunda mübarizəsi ilə əlamətdardır. Bu amillər siyasi və
məhkəmə natiqliyinin dirçəlməsinə səbəb olur.
24
Siyasi nitqin təşəkkülü ilk növbədə parlament debatlan
prosesində baş verirdi. Məhkəmə natiqliyi isə burjuaziya cəmiy
yətinin demokratikləşməsi prosesləri ilə şərtlənirdi. Bunlar isə hü
quqi bazanın formalaşdırılması olmadan obyektiv şəkildə müm
kün deyildi, bu da, öz növbəsində, hüquqşünaslann fəaliyyətinin
artması ilə bağlı idi.
Ritorikanın tarixi təsdiq edir ki, «heç nə demokratiyanın qüv
vəsini və onu hədələyən təhlükələri ictimaiyyət qarşısında söylənən
nitq kimi ifadə etmir». Natiqlik sənəti üzrə tədris vəsaiti yaratmış
məşhur amerikalı alim P.L.Soperin bu sözlərində natiqlik sənətinin
ictimai əhəmiyyəti və ona olan ictimai tələbat qabardılır.
N atiqlik sənəti və siyasət İnkişafının çoxəsrlik tarixi boyu
natiqlik sənəti cəmiyyətin həyatının mənəvi, ideoloji, sosial-siyasi
sahələrində istifadə edilmişdir. Lakin siyasi fəaliyyət sahəsində o,
daha geniş tətbiq olunmuşdur.
Antik dövrdən başlayaraq, natiqlik və siyasət sıx əlaqədə olmuş
dur. Belə ki, Qədim Yunanıstanın bütün məşhur natiqləri böyük siyasi
xadimlər idi. Məsələn, 15 il boyunca Afinanı idarə edən Perikl haq
qında söylənirdi ki, «onun dodaqları arasında inandırma ilahəsi yurd
salmışdın) və «o öz dinləyicilərinin qəlbinə ildınm oxları atırmış».
Qədim Yunanıstanın ən gözəl natiqi olan Demosfen də bö
yük siyasi xadim idi. Qədim yunan tarixçisi Plutarx yazırdı ki,
Demosfen əvvəlcə şəxsi işlərini qaydaya salmaqdan ötrü nitq
mədəniyyətinə üz tutmuş, ustalıq və qüvvəyə yiyələndikdən sonra
isə dövlət səviyyəsində yarışmalarda birincilik əldə edərək, bütün
həmvətənlərindən üstün olmuş, natiqliyin zirvəsinə yüksəlmişdir.
Demosfen Afina quldarlıq demokratiyasının müdafiəçisi idi.
30 il ərzində o, qəzəb və heyrətamiz inadkarlıqla Afinanın əsas
düşməni olan Makedoniya çan Filippin əleyhinə nitqlər söyləyir,
vətəndaşlan aralanndakı bütün narazılıqlan bir kənara qoya
raq Filippin əleyhinə birləşməyə səsləyirdi. Demosfenin nitqləri
dinləyicilərə qüvvətli təsir bağışlayırdı. Belə rəvayət edirlər ki,
Demosfenin nitqinin məzmununu Filippə çatdıranda, bu nitqlə ta
nış olan Filipp söyləmişdi ki, əgər o, bu nitqi dinləmiş olsaydı,
yəqin ki, özü özünə qarşı müharibəyə səs verərdi.
25
İnadlı zəhməti hesabına (tərcümeyi-halından məlumdur ki,
onun çoxlu fiziki qüsurları var imiş) özünü kütlə qarşısında çıxış
lara hazırlayan və bütün natiqlik ustalığını vətənə xidmətə həsr
etmiş Demosfen natiqin nitqinin sosial təbiətini düzgün müəyyən
etməyi bacarmışdı. Esxinin Makedoniya yönümlü partiyasına qar
şı söylədiyi «Çələng haqqında» adlı məşhur nitqində Demosfen
natiqlik sənətinin siyasətlə əlaqəsini göstərmişdi: «Esxin, natiqin
şöhrətini söz yox, səsin avazı yox, onun siyasətinin istiqaməti
təşkil edir».
Natiqlik sənəti qədim Romada da böyük siyasi qüvvə idi.
Siyasi karyeraya hazırlaşan və özlərini gələcəkdə dövlət
rəhbəri görmək istəyən insanlar da auditoriyanı inandırmaq baca
rığını yüksək dəyərləndirirdilər. Heç də təsadüfi deyil ki, e.ə. II
əsrin ortalarında Romada yunan ritorlan meydana çıxdı və orada
ritor məktəbləri açıldı. Gənclər bu məktəblərə axın etdilər.
Lakin yunan ritorika məktəblərində təhsil almaq heç də hamı
ya nəsib olmurdu: ritorlann dərsləri ucuz deyildi və orada yalnız
yunan dilini mükəmməl bilənlər təhsil ala bilirdi. Əslində, yunan
məktəblərinə yalnız sonralar dövlətin başında duracaq zadəgan
uşaqları gedə bilirdilər. Buna görə də hakimiyyət yunan ritorlanna
maneçilik törətmir, onların açdıqları məktəblərə müsbət münasibət
bəsləyirdi.
Lakin e.ə. I əsrdə ritorikanın latın dilində tədris edildiyi
məktəb açılanda senat həyəcanlandı. Qədim Romada natiqlik həm
hörmətli, həm də gəlirli sahə idi. Zadəganlar indiyədək yalnız öz
oğlanlarının istifadə edə bildiyi bu kəskin silahın başqa silklərin
nümayəndələrinin əlinə keçməsinə yol verə bilməzdilər. Nəticədə
92-ci ildə «Latın ritor məktəblərinin qadağan edilməsi haqqında»
edikt (fərman) verildi.
Qədim Yunanıstanda olduğu kimi, Qədim Romanın məşhur
natiqləri də tamnmış siyasi xadimlər idi. Belə ki, ilk Roma
natiqlərindən biri Romanın e.ə.III- II əsrlərdə yaşamış dövlət xadimi
Böyük Mark Katon olmuşdur. Karfagenin barışmaz düşməni olan
Katon özünün Senatdakı hər bir nitqini sonralar çox məşhurlaşmış
aşağıdakı sözlərlə bitirirdi: «Hər halda, mən düşünürəm ki, Kar-
26
fagen dağıdılmalıdır». Bu ifadədən bu gün də düşmənlərə, yaxud
hansısa bir maneəyə qarşı inadlı mübarizəyə çağırış kimi istifadə
edilir.
Daha sonrakı dövrlərin tanınmış natiqləri məşhur dövlət
xadimləri və aqrar islahatın həyata keçirilməsinin tərəfdarları -
Tiberiy və Kay Qrakx olmuşlar. M əşhur Roma natiqləri arasında
Romanın siyasi xadimi və sərkərdəsi M ark Antoni də görkəmli yer
tutur. Lakin o dövrün ən görkəmli siyasi xadimi M ark Tuliy Sise-
ron olmuşdur.
Siseron yazırdı:
Dostları ilə paylaş: |