Ömrün şəhidlik zirvəsi



Yüklə 8,4 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix22.04.2017
ölçüsü8,4 Kb.
#15262
1   2   3   4   5   6   7   8   9

Məşədi Qasım oğlu 1905-ci ildə Göyçə mahalınının Basar-
keçər  rayonunun  Daşkənd  kəndində  doğulmuşdur.  Sayad 
Kərimov  yaxşı  atıcı  olduğuna  görə  1920-ci  illərdə  yaran-
maqda  olan  Ağdam  milis  idarəsinə  işə  qəbul  edilmişdir. 
Məşədi  Qasımın  vəfatından  sonra  onun  uşaqlarını  qardaşı 
Kərbəlayi  Əmrah  Qarabağa  gələrək  dоğma  ata-baba  yurd-
ları olan Göyçəyə aparmışdır. 
1941-ci ildə Sayad Kərimov Basarkeçər RHK-dan or-
duya çağırılmışdır. Müharibədən sonra ordudan tərxis olun-
muş,  1953-cü  ildə  ermənilərin  deportasiya  siyasəti  nəti-
cəsində  qardaş-bacıları,  yaxın  qohumları  və  həmkəndliləri 
ilə birlikdə Bərdə rayonuna köçürülmüşdür.  
Sayad  Kərimov  1955-ci  ildə  Göyçəyə  qohumlarının 
yas  mərasiminə  gedərkən  Kəlbəcər  rayonunda  avtomobil 
qəzasında  həlak  olmuş  və  doğulduğu  Basarkeçər  rayonu-
nun Daşkənd kəndində dəfn olunmuşdur. 
Fəzi Kərimovun bibisi Baharın oğlu və həm də bacısı 
Narının  həyat  yoldaşı  Kazımov  İsrafil  Kərbəlayi  Zeynal 
oğlu  1896-cı  ildə  Göyçə  mahalının  Basarkeçər  rayonunun 
Daşkənd kəndində doğulmuşdur. Basarkeçər RHK-dan Bö-
yük  Vətən  Müharibəsinə  çağırılmışdır.  60-cı  atıcı  briqada-
nın atıcısı olan qızıl əsgər İsrafil Kazımov 1943-cü ilin 30 
aprelində  döyüşdə  həlak  olmuşdur.  O,  Krasnodar  vilayəti 
Krım  rayonu  Neberdjayev  stansiyasının  4,5  km  şərqində 
dəfn edilmişdir. 
 Allah  Vətən  uğrunda  canını  fəda  edənlərə  rəhmət 
eləsin! 
 

Ömrün şəhidlik zirvəsi 
 
 
104 
ŞƏHİD YASİF KƏRİMOVUN BABASI  
İGİD EL QƏHRƏMANI  
MƏŞƏDİ QASIM HAQQINDA 
 
 
KİMƏ DEYİM FƏRYADIMI 
 
Dədə  Ələsgər,  Aşıq  Nəcəf,  Aşıq  Əsəd,  Növrəs  İman, 
Usta  Abdulla  kimi  misilsiz  saz  və  söz  ustadlarının  vətəni 
Göyçə mahalı olmuşdur. Bu səfalı yerə inqilabdan əvvəl və 
sonra  ermənilər  köçmüş,  elə  həmin  vaxtlardan  da  hərc-
mərclik, münaqişə yaratmağa çalışmışlar.  
Bilərəkdən  təxribatçılıq  edən  mənfur  erməni  millətçi-
ləri  burada  yerli  azərbaycanlılara  göz  verib  işıq  verməmiş, 
onları təqiblərə məruz qoymuşlar. Erməni quldurları Göyçə 
mahalına sahib olmaq həsrətini çəkirdilər.  
Hələ 1918–1919-cu illərdə milli ixtilaf dövründə Ana 
torpağı qorumaq məqsədi ilə Göyçə mahalının igid oğulları 
silaha  sarılaraq  düşmən  təcavüzlərinə  əzmlə  müqavimət 
göstəriblər.  
Bu  döyüşlərdə  igidlik  göstərən  xalqımızın  qeyrətli 
oğullarından  biri  Daşkəndli  Məşədi  Qasım  Hacı  Kərim 
oğlu  olmuşdur.  (Bax:  Azərbaycan  SSR  ЕA  хəbərləri,  №4, 
1989. s.87,91) 
Məşədi Qasım dəfələrlə Bakıya, N.Nərimanova teleq-
ram vurub erməni quldur dəstələrinin Azərbaycan kəndləri-
ni yandırıb, sakinləri olmazın əzab-əziyyətlərə düçar etmə-
si, dəhşətli qırğınlar törətməsi barədə  məlumat vermiş,  on-
dan kömək istəmişdir.  

Ömrün şəhidlik zirvəsi 
 
 
105 
Göyçə  münaqişəsində  ingilislərə  arxalanan  erməni 
daşnakları  dinc  əhaliyə  divan  tutmuş,  çoxlu  insan  tələfat-
larına  səbəb  olmuşlar.  Belə  bir  çətin  məqamda  ölümü 
Vətən ayrılığından üstün tutan Məşədi Qasım qan düşməni 
olan  Daşkəndli  həmkəndlisi  İdris  Kalvayı  Rüstəm  oğlunu 
Vətənin, torpağın köməyinə, müdafiəsinə çağırmışdır. 
Erməni cəlladlarının Daşkənd kəndinə olan hücumları 
zamanı Məşədi Qasım bir neçə igidlə birlikdə günlərcə ac-
susuz müqavimət göstərmişdir. 
Daşnaq Selikovun quldur dəstəsi kəndi talamış, Məşə-
di  Qasımın  Daşkənddəki  var-dövlətini  də  dağıtmış,  hətta 
onun tutulması məqsədi ilə çoxlu qızıl mükafatı ayırmışdı.  
Belə  ağır  məqamda  Məşədi  Qasım  Şuşalı  Axund 
Məmmədqulu  tərəfindən  Laçınlı  Sultan  bəyin  məktubunu 
almışdır. Bu məktubda onu Qarabağa, azərbaycanlıların kö-
məyinə  dəvət  edirdilər.  Beləliklə,  Məşədi  Qasım  öz  yaxın 
qohumu Ziyadla Əsgərana – Malıbəyli kəndinin köməyinə 
gəlmiş, 14 gün mühasirədə olmasına baxmayaraq, igidliklə 
atışmışdır.  Həmin  döyüşün  şahidi  olan  yaşlı  adamların 
söylədiklərinə görə, onun bir gülləsi belə boşa çıxmamış, 7 
nəfər patron daşıyanı olmuşdur. 
Sonralar  Məşədi  Qasım  Ağdam  rayonunun  Əhmə-
dəvar  kəndində  Hacı  Zeynalın  evində  qalmışdır.  Həmin 
müddətdə  Xocalı  kəndi  ona  bağışlanmışdır.  O,  bu  təklifə 
razı olmamış, xidmətə görə dəvət olunduğu Ağdam rayonu 
milis  şöbəsində  dəvət  olunduğu  vəzifəyə  igidlikdə  ad  qa-
zanmış böyük oğlu Sayadı məsləhət bilmişdir. 
Aranın ağır təbiətinə, böyüyüb boya-başa çatdığı doğ-
ma  torpağın  ayrılığına  tap  gətirə  bilməyən  Məşədi  Qasım 
Əhmədəvar  kəndində  ömrünün  son  günlərini  yaşamış,  öz 
vəsiyyəti ilə Şuşalı olan köhnə dostu Axund Məmmədqulu-
nun evində axirət dünyasına köçmüşdür. 

Ömrün şəhidlik zirvəsi 
 
 
106 
Hazırda  həmin  kənddə  kənd  camaatının  dərin  hör-
mətini  qazanmış  böyük  qızı  mərhum  Məleykənin  çoxlu 
nəvə-nəticəsi yaşayır. 
Atası  barədə  eşitdiklərini,  o  vaxtkı  hadisələri  güclə 
xatırlayan yeganə oğlu, el ağsaqqalı, hazırda Bərdə rayonu 
Yeni  Daşkənd  kəndində  yaşayan  çoxlu  övlad,  nəvə-nəticə 
tərbiyə  edən,  böyüdüb  boya-başa  çatdıran,  Böyük  Vətən 
müharibəsi  əlili  Kərimov  Fəzi  Qasım  oğlu,  qəddar  erməni 
quldurlarının  Göyçə  mahalının  camaatına  qarşı  etdikləri 
vəhşiliklərdən  birini  belə  xatırlayır:  Göyçə  toy  mərasim-
lərinin birində silahlı erməni quldurları tərəfindən əsir tutu-
lan sevimli el aşığı Aşıq Nəcəf onların təkidi ilə 2 gün ac-
susuz  çalıb-oxumuş,  ələ  salınmışdır.  Buna  dözməyən  pol-
kovnik Selikovun arvadı məclislərin birində irəli çıxıb aşığı 
müdafiə  etmiş,  qudurğan  daşnak  zabitlərinin  hərəkətlərinə 
etirazını  bildirmiş,  hətta  aşığı  yıxıb  təpikləyən,  yekəpər 
daşnak  kapitanını  sillə  ilə  vurmuş,  üstünə  qışqırmışdır. 
Arvadının  bu  hərəkətinə  dözməyən  Selikov  ordaca  onu 
güllə ilə öldürmüşdür. Bu əhvalatdan sonra Aşıq Nəcəf Ça-
xırlı  kəndi  ilə  Basarkeçər  (hazırkı  Vardenis  rayonu)  ara-
sında olan Kül təpəsinin üstündə kürəyinə qaynayan samo-
var bağlanaraq ağır işgəncə ilə qətlə yetirilmişdir. 
Əsir  düşərkən  heç  bir  köməyə  gümanı  olmayan  Aşıq 
Nəcəfin  son  məqamda  söylədiyi  “Bir  xəbər  gətir”  şeirində 
Məşədi  Qasımı  haraya  çağırması  onun  igidliyinə  bir  daha 
sübutdur: 
 
Könül quşu uç get ana Vətənə, 
Mənə o yerlərdən bir xəbər gətir. 
Əhvalımı yetir nər igidlərə, 
Qasımı, Ziyadı bir təhər gətir. 

Ömrün şəhidlik zirvəsi 
 
 
107 
 
Görən nələr çəkir çarəsiz ana, 
Deginən ömrü getdi bəd fəna, 
Qoy düşmən gülləsi dəyməsin mana, 
Daşkənddən içməyə tez zəhər gərir. 
 
Samovarı bağladılar belimə,  
Məşədi Qasım, nəriskardır elimə, 
Bari ilahi əlin yetir əlimə, 
Qohumdan, qardaşdan bir xəbər gətir. 
 
Mən bilmədim polkovnikin adını, 
Güllə ilə vurdu öz arvadını, 
Kimə deyim fəryadımı, dadımı, 
Qardaşdan, sirdaşdan bir xəbər gətir. 
 
Nəcəf deyər, harda qaldı Gülüstan, 
Şəmsəddin, Şəmistan, Mikayıl, Asdan, 
İsmayıl körpədi çıxmadı yasdan, 
İlahi üzünə xoş səhər gətir. 
 
Vaxt gələcək xalqımızın haqq işi qalib gələcəkdir. 
Qoy  həmvətənlərimiz,  igid  babaların  adlarını  daşıyan 
balalar, doğma torpağın qorunması üçün vətənə vurğunluq, 
yurda bağlılıq ruhunda böyüsünlər. 
Babalardan  yadigar  müqəddəs  ana  torpağın  hər  bir 
qarışını düşməndən qorusunlar. 
 
Azər Kərimov 
“Vətən səsi” qəzeti,  
№11(47). 14 mart 1991-ci il. 

Ömrün şəhidlik zirvəsi 
 
 
108 
GÖYÇƏ MAHALINDA 
1917-1920-Cİ İLLƏRİN HADİSƏLƏRİ 
  
Böyük  Ermənistan  dövləti  yaratmaq  xülyasında  olan, 
1893-cü ildə yaranmış, millətçi “daşnak” (“Daşnaksutyun”) 
partiyasının  başçılığı  altında  erməni  cəlladları,  XX  əsrin 
əvvəllərində  1905,  1914-1915,  1917-1919,  1918-1920-ci 
illərdə Zəngəzur, Zəngibasar və Göyçə  mahallarına hücum 
etmiş,  qanlı  faciələr  törətmişlər.  I  Dünya  Müharibəsi  illə-
rindəki  (1914-1918)  vəziyyətdən  istifadə  edən  erməni  cəl-
ladı,  qaniçən  Andronik  Uzunyanın  şəxsi  heyəti  daşnak-
lardan və  müsəlman, türk, azərbaycanlılara düşmən xaçpə-
rəst ermənilərdən ibarət nizami ordusu məkrli siyasətə xid-
mət  edən  bir  neçə  polkovnikin  rəhbərliyi  ilə  Göyçə  ma-
halına  hücum  edir.  Ordunun  bir  hissəsi  Göyçə  gölünün  şi-
mal,  digər  hissəsi  isə  cənub  sahili  ilə  qərbdən  şərqə  doğru 
hərəkət  edir.  Kəndlərdə  bir  neçə  dəfə  güclü  müqavimətə 
rast gəlir və bir neçə ay Göyçə mahalının Basarkeçər rayo-
nuna ayaq basa bilmir.  
Yaşlı ağsaqqalların eşitdiklərinə və söylədiklərinə gö-
rə  Göyçə  gölünün  cənubunda  yerləşən  Ağzıbir  (Hacı  Mu-
ğan) və Ağqala kənd sakinləri Kəvər rayonunda Mir Məcid 
ağanın köməyi ilə Ağqalalı Vəli, Musa və İsa qardaşlarının 
təşkil etdiyi döyüşçü dəstələri düşmənin irəliyə doğru hərə-
kətinin qarşısını almış və məğlubiyyətə uğratmışdılar. 
1919-cu  ilin  əvvəllərində  öz  çirkin  niyyətlərini  həyata 
keçirmək  üçün  daşnak  ordusu  güclü  silahlarla  silahlanaraq, 
Göyçə gölünün cənub sahillərini işğal edib, Qaranlıq (Mar-
tuni)  rayonu  ərazisində,  Gözəldərə  ətrafında  güclü  müqa-
vimətə rast gəlirlər.  Gözəldərə (Vartenik)  və Çamırlı  kənd-
ləri  ətrafındakı  vuruşmalara  Basarkeçər  rayonunun  böyük 
kəndlərindən Zod, Nərimanlı, Şişqaya, Daşkənd və s. könül-

Ömrün şəhidlik zirvəsi 
 
 
109 
lü dəstələr təşkil olunub göndərilir. Daşkənddən təşkil olun-
muş könüllü dəstələr, ana babam Məşədi Qasım Hacı Kərim 
oğlunun və İdris Süleymanovun başçılığı ilə köməyə gedir.  
Bu bir həqiqətdir ki, Çamırlı döyüşlərində xeyli  yara-
lananlar olur. Daşkəndin Qızıl Hacılı tayfasından olan Sü-
leymanov Əliş Sevdalı Hüseyn oğlu həlak olur. Onu gətirib 
Daşkəndin qəbristanlığında dəfn edirlər. 
1919-cu  ilin  əvvəlində  gölün  şimal  tərəfi  ilə  Basar-
sakeçərə  tərəf  hərəkət  edən  erməni  ordusu  Toğluca,  Cil, 
Ardanış  kəndlərində  ağır  itkilərə  məruz  qalır.  Ardanışdan 
igid  və  cəsur  Məşədi  Hümbətin,  Toğlucadan  Cığal  Həsən 
və  Topal  Orucun  könüllü  dəstələri  daşnak  ordusuna  ağır 
zərbələr  endirir,  lakin,  təpədən  dırnağa  qədər  silahlanmış 
ermənilər  Göyçə  gölünün  hər  iki  sahilində  yaşayan  azər-
baycanlılara  divan  tutur,  varını,  sərvətini  talan  edir,  kənd-
ləri talayıb Basarkeçər rayonu ərazisinə daxil olurlar. 
Şişqaya  kəndində  daşnak  cəlladları  qarşılarına  çıxan 
azərbaycanlıları Kor Tanrıverdi adlı varlı bir şəxsin mal töv-
ləsinə doldurub, od vurub yandırmaq, tüstü ilə boğmaq kimi 
işgəncələrlə məhv etmək istəyirlər. Ermənilər tövlənin ətra-
fında  gözətçilər  qoyurlar.  Deyilənlərə  görə  Daşkənd  sakin-
lərindən  Molla  Abuzəri,  onun  əmisi  oğlu  Hasanqulunu  və 
mahir saz və söz ustası, aşıq sənətinin görkəmli dahilərindən 
biri,  oxuyanda 20-30-luq çıraqları  məlahətli səsi ilə söndür-
məyə qadir olan Aşıq Ələsgərin sevimli şəyirdi Aşıq Nəcəfi 
də  Şişqayada  həmin  tövləyə  salırlar.  Hasanqulu  kişi  bu 
hiyləni başa düşüb, fürsət tapıb tövlənin qaranlıq bir yerində 
pərdiləri  sındırıb  deşik  açır  və  Molla  Abuzəri  də  çıxarıb 
qaçır.  Hasanqulu  kişi  qoçaq  imiş,  həm  də  qaçaq  olubmuş. 
Bu  zaman  gözətçilər  onları  görüb  tutmaq  istəyəndə  Hasan-
qulu kişi cibindən qızıl pulları çıxarıb səpir, gözətçilər ton-

Ömrün şəhidlik zirvəsi 
 
 
110 
qalın  işığında  pulları  görüb  yığanda  onlar  qaçıb  canlarını 
qurtarırlar. Bunlar qaçanda Aşıq Nəcəfə əlləri çatmır. 
Tövlə qaranlıq olduğundan və onlar qaçanda Aşıq Nə-
cəf yanıqlı-yanıqlı oxuduğundan çıxıb qaçmasına imkan ol-
mur. Aşıq Nəcəfin yaxşı oxumağını görəndə tövləyə od ve-
rən  daşnaklar  onu  oradan  çıxarıb  Qızılbulaq  (Çaxırlı)  kən-
dinə  aparırlar.  Orada  onu  bir  neçə  gün  oxutduqdan  sonra 
öldürməyi  qərara  alırlar.  Tövləyə  od  verib  yüzlərlə  azər-
baycanlını  işgəncələrlə  məhv  edirlər.  Bu  faciənin  həqiqət 
olduğunu Molla Abuzər və eşidənlər dəfələrlə söyləmişlər. 
Molla Abuzər 1956-cı ildə Bərdə rayonunun Yeni Daşkənd 
kəndində vəfat etmişdir. 
Bu  hadisələri  Hatəm  səxalı,  el-oba  qədri  bilən  Zod 
kəndinin  adlı-sanlı  sakini  Səməd  ağa  eşidir.  Göyçə  maha-
lının  böyük  kəndlərindən  olan  cəsur,  təmkinli,  müdrik  ağ-
saqqalları Zod kəndinə çağırtdıraraq daşnaklara qarşı tədbir 
görmək və məsləhətləşib mübarizə aparmağı qərara alır. 
Daşnaklar  isə  işğal  etdikləri  kəndləri  talan  edir,  öz 
köhlən  atlarına  arpa  toplayaraq  Zoda  doğru  irəliləyir. 
Səməd ağanın çağırışına cavab olaraq Zodlu Məşədi Məcid, 
Qaraimandan Məşədi İsə, Daşkənddən Məşədi Qasım, Hacı 
Rəhim,  Tağının  oğlu  Məhərrəm,  Kərbəlayi  Zeynal,  Nəri-
manlıdan  Məşədi  Mehdinin  başçılığı  ilə  nümayəndələr,  ta-
nınmış  şəxsiyyətlər  Zod  kəndinə  yığılıb  məsləhətləşirlər. 
Bu  zaman  daşnak  ordusunun  bir  komandiri,  Andronik 
Uzunyanın silahdaşı polkovnik Sulikov öz dəstəsi ilə Zoda 
daxil olmaq istədikdə güclü müqavimətə məruz qalır. Suli-
kovu Yusif adlı bir Zodlu vurub yaralayır. Sulikovda iki ta-
pança varmış, onun biri əlindən düşüb irəli atılır. İkinci ta-
pança  ilə  o  da  iki  Zodlunu  vurur.  Həmin  anda  Daşkəndli 
Hacı Rəhim Sulikovun başını kəsir. 

Ömrün şəhidlik zirvəsi 
 
 
111 
Sulikov öldürüldükdən sonra daşnak dəstələri Zoddan 
qaçıb  Qızılbulaq  (Çaxırlı)  kəndində  başqa  bir  polkovnikin 
yanında  toplaşırlar.  Deyilənlərə  görə  Daşkəndli  Aşıq 
Nəcəfi  Şişqayadan  Qızılbulağa  gətirib,  həmin  kənd  sakini 
Böyük  Ağanın  tikdirdiyi  böyük  bir  otaqda  bir  neçə  gün 
oxutduqdan  sonra  daşnaklar  tarixdə  görünməyən  amansız-
lıqla, işgəncə verməklə, yəni belinə qaynar samovar bağla-
yıb  öldürmüşlər.  Bu  hadisələrin  həqiqət  olduğunu  dillərdə 
əzbər  olan  Aşıq  Nəcəfin  bir  neçə  şeiri,  o  cümlədən  onun 
“Bir  xəbər  gətir”  adlı  qoşması  da  təsdiq  edir.  Həmin  qoş-
manı olduğu kimi Sizə təqdim edirəm. 
  
Könül quşu, uç get Ana Vətənə, 
Elimdən, obamdan bir xəbər gətir! 
Əhvalımı yetir nər igidlərə 
Qohumdan, qardaşdan bir xəbər gətir! 
  
Əzizinəm hər aylar, 
Hər həftələr, hər aylar. 
Başım cəllad əlində 
Dilim sizi haraylar. 
  
Kimə qılım, fəryadımın dadını, 
Mən bilmədim polkovnikin adını. 
Bu insafsız vurdu öz arvadını 
Yoldaşdan, sirdaşdan bir xəbər gətir! 
  
Əzizinəm ələ bax, 
Əmələ bax, ələ bax, 
Zülm edən, qanlar tökən 
O insafsız ələ bax. 

Ömrün şəhidlik zirvəsi 
 
 
112 
  
Qaynar samovar bağladılar belimə, 
Məşədi Qasım pəliskardı elimə, 
Barilahim əlin yetir əlimə 
İdrisdən, Ziyaddan bir xəbər gətir. 
 
Yox aşıq minən gələ, 
Düşmüşəm min əngələ. 
Dərdimin bu vaxtında 
Düldülü minən gələ. 
 
Görsən nalə çəkir uğursuz ana, 
Deginənki, ömrüm gedir bəd fəna. 
Düşmənin gülləsi dəyməsin mənə, 
Daşkənddən içməyə bir zəhər gətir. 
 
Mən aşıq ay azaldı, 
Gün keçdi, ay azaldı. 
Qəddar əlinə düşdüm 
Ömrüm də ay azaldı. 
 
Nəcəf deyər, harda qaldı Gülüstan, 
Şəmiddin, Şəmistan, Mikayıl, Astan, 
İsmayıl körpəydi, çıxmadı yasdan 
İlahi, mənə bir xoş xəbər gətir. 
 
Əzizinəm gəmi gəldi, 
Dəryadan gəmi gəldi. 
Üzündən öpəmmədim 
Ayrılıq dəmi gəldi. 
 

Ömrün şəhidlik zirvəsi 
 
 
113 
Gülüstan  Aşıq  Nəcəfin  ömür-gün  yoldaşı,  Şəmiddin, 
Şəmistan, Mikayıl, Aslan və İsmayıl isə oğlanları imiş. 
Qızılbulaqda  erməni  ordusuna  Andronikin  əmri  ilə 
yeni  güclü  qüvvələr  göndərilir,  həm  də  zəmanəyə  görə 
güclü  silah  olan  top  əldə  edirlər.  Daşnaklar  Daşkənd  kən-
dini hədəfə tuturlar. Bu zaman Məşədi Qasımın başçılığı ilə 
Süleymanov  İdris  Kərbəlayi  Rüstəm  oğlu,  Babayev  Ziyad 
və  Koralların  Vəlisi  Daşkənd  sakinlərini  qorumaq  üçün 
təsəvvür  edilməz  dərəcədə  şücaət  göstərirlər.  Kəndin  qər-
bində  Oyuqlu  təpəsində  və  Dəmyədə  səngər  qazıb  kəndi 
müdafiə edirlər. 
Bunları  gözü  ilə  görən  yaşlı  kişilərin  dediyinə  görə 
Oyuqlu təpəsində topun gülləsi Məşədi Qasımın atını öldü-
rür. Məsafə qismən uzaq olduğundan bunların atdığı güllə-
lər  topla  silahlanmış  erməni  ordusuna  çatmır.  Ermənilər 
topla fasiləsiz həmlələr endirirlər. Səngərin torpağı bunların 
üstünə  uçur.  Fürsətdən  istifadə  edib  Məşədi  Qasım  İdrisin 
atına minib oradan qaçaraq kəndin şərqində “Səngər təpəsi” 
və  “Uzun  güneydə”  səngər  qazıb  ermənilərə  cavab  atəşi 
açırlar  və  kəndin  camaatını  xilas  edirlər.  Bir  müddətdən 
sonra  Daşkəndin  sakinləri  həmin  dağılmış  səngərlərdən 
“Beşatılan” tüfəngin patronlarını, gilizlərini, daraqlarını və 
top güllələrini tapmışdılar. Bunlara baxmayaraq Göyçə ma-
halı güclü, nizamlı daşnak ordusu tərəfindən işğal edilir. 
 1919-cu ilin aprel ayının 15–20-də pis hava şəraitində 
Daşkəndlilər  “Tərsə”,  “Keyti”  dağlarından  aşıb  Kəlbəcər 
rayonunun  kəndlərində  pənahlanırlar.  Bu  hadisələr  zamanı 
onlarla qoca, qadın və uşaq həlak olur. Göyçə mahalı işğal 
olandan sonra Məşədi Qasım eşidir ki, Andronik öz ordusu 
ilə  Qarabağa  hücum  edir.  Bu  hücuma  qarşı  Laçınlı  Sultan 
bəy  mübarizə  aparır.  Məşədi  Qasım  Kəlbəcərdən  Sultan 

Ömrün şəhidlik zirvəsi 
 
 
114 
bəyin  yanına  gedir.  Göyçədə  baş  verən  faciəli  hadisələri 
Sultan  bəyə  söyləyir.  Sultan  bəy  Məşədi  Qasımın  ağıl  və 
şücaətini görüb, özü ilə daşnaklara qarşı vuruşmağını məs-
ləhət  bilir.  Qarabağda  daşnak  ordusu  məğlubiyyətə  uğra-
yaraq  Andronik  oradan  qaçandan  sonra  Sultan  bəy  quber-
nator  vəzifəsində  işləyən  qardaşı  Xosrov  bəylə  məsləhət-
ləşib  Ağdam  rayonunda,  Xocalı  ətrafında  bir  kənddə  Mə-
şədi Qasıma yer verir və o kəndin idarə olunmasını ona tap-
şırır.  Məşədi  Qasım  burada  yaşamalı  olur.  Onun  qızı 
Məleykə  xanım  orada  Əşrəf  bəy  adlı  bir  şəxslə  evlənir. 
Onun  iki  oğlu  Knyaz  və  Sahib,  iki  qızı  Dilşad  və  Hamar 
adlı övladları olur. Məleykə xanımın Hamardan olan nəvə-
ləri indi də yaşayırlar. 1993-cü ildə məcburi qaçqın düşərək 
Mingəçevir  şəhərində  məskunlaşırlar.  Onlar  son  vaxtlar 
Ağdamın  Əhmədavar  kəndində  yaşayırmışlar.  Məşədi  Qa-
sım  və  həyat  yoldaşı  Ceyran  xanım  deyilənə  görə  1920-ci 
ildə  orada  dünyasını  dəyişirlər.  Ondan  sonra  Məşədi  Qası-
mın iki oğlu Sayad və Qəmgin Fəzi və bir qızı orada qalır. 
1921-ci ildə Göyçəlilər və o cümlədən Daşkəndlilər öz doğ-
ma  yurdlarına, Göyçəyə qayıdırlar. Məşədi Qasımın  yetim 
qalmış  uşaqlarını  qardaşı  Kərbəlayi  Əmrah  və  kürəkəni 
Kərbəlayi Zeynal Qarabağdan Göyçəyə gətirir. Onların ata-
larının  doğma  ocağında  böyüməsinə  və  yaşamasına  şərait 
yaradırlar. 
 İndi  Məşədi  Qasımın  kiçik  oğlu  Fəzinin  övladları 
Bərdə rayonunun Yeni Daşkənd kəndində və Bakı şəhərin-
də yaşayırlar. 
Xasay Zeynalov 
“Göyçəsiz günlərim” kitabı,  
Bakı, “Nurlan”, 2006 

Ömrün şəhidlik zirvəsi 
 
 
115 
AY BABA 
XX əsrin əvvəllərində daşnaklara qarşı məharətlə 
vuruşan babam Məşədi Qasımın xatirəsinə 
Haqq səni yaratdı cəsur bir insan 
Gecəni gündüzə qatdın, ay baba. 
Elinə, obana hey həyan olub 
Nə qədər səngərdə yatdın, ay baba. 
 
Şahiddi “Oyuqlu”, “Səngər  təpəsi”, 
İdris, Ziyad, Koralların Vəlisi, 
Atını öldürüb topun gülləsi 
Dizədək torpağa batdın, ay baba. 
 
Gecə-gündüz köhlən atınla getdin, 
Şəhri Xorasana bir səhər yetdin, 
İmami Rzanı ziyarət etdin 
Arzu, amalına çatdın, ay baba. 
 
Vüqarlı dağlardan ilhamın aldın, 
Şücaət göstərdin, eldə ucaldın, 
Şərəflə Məşədi adını aldın 
Parlaq günəşiydin, batdın, ay baba. 
 
Xasayam, yaxşını pisdən seylədin, 
Daşnakları dağa-daşa teylədin, 
Sultan bəylə sadiq dostluq eylədin. 
Dəyişdin dünyanı, getdin, ay baba. 
 
Xasay Zeynalov 
“Göyçəsiz günlərim” kitabı,  
Bakı, “Nurlan”, 2006 

Ömrün şəhidlik zirvəsi 
 
 
116 
GÖYÇƏLİ SƏRKƏRDƏ MƏŞƏDİ 
QASIMIN ƏSGƏRAN DÖYÜŞÜ 
 
Təkcə  tarixi  ərazi  kimi  deyil,  qədim  oğuz  yurdunun 
həyata  bəxş  etdiyi  Allah  vergisi  qədər  müqəddəs  olan  ulu 
Göyçənin  ürəyi  sayılan,  zamanın  sərt  sınaqlarına  sinə  gə-
rən,  öz  igidləri,  ərənləri,  qeyrətli  oğulları  ilə  diqqəti  daha 
çox cəlb edən, tarixi ensiklopediya qədər  geniş olan, Əmir 
Teymur  kimi  məşhur  bir  fatehin  nəzərindən  yayınmayıb, 
onun  tərəfindən  adı  tarixə  həkk  olunan  ulu  Daşkənd  əsrlər 
boyu mahalda, eldə sayılıb seçilən bir cənnətməkan olmuş-
dur.  Bununla  bahəm  o,  tarix  qarşısında  heç  də  borclu  qal-
mayıb. Ona dağ vüqarlı, pəhləvan cüssəli, Savalan duruşlu, 
Qoşqar  əzəmətli  Məşədi  Qasım,  Hacı  Rəhim,  Qaçaq  İdris, 
Nağı  bəy,  Koroğlu  Məhəmməd,  Vəli,  Ziyad  kimi  ərənlər, 
igidlər bəxş etmişdir. 
Günəş qədər möhtəşəm, ocaq kimi müqəddəs olan bu 
kənd Məşədi Qasım kimi bir azmanı bəxş etməklə ürəklərə 
istilik,  damardakı  qanlara  qeyrət,  iradələrə  bir  möhkəmlik 
gətirmişdir.  Haqqında  söhbət  açacağımız  qeyri-adi  insan, 
mərd,  cəsur,  qorxmaz,  qeyrət  və  namus  təcəssümü  olan 
Məşədi  Qasım  bu  kəndin,  bu  məkanın  ərsəyə  gətirdiyi 
əvəzolunmaz tarixi bir şəxsiyyəti olubdur.  
Rəsilli nəslindən olan Məşədi Qasım Hacı Kərim oğlu 
1860-cı ildə Daşkənd kəndində dindar ailədə həyata göz aç-
mışdır.  Hələ  uşaqlıq  illərində  onun  davranışında,  hərəkət-
lərində  xüsusi  əlamətlər  duyulurdu.  Həyata  açıq  gözlə  ba-
xan,  uşaq  ikən  cəldliyi,  at  minməyi,  öz  tay-tuşları  ilə  gü-
ləşməyi,  qılınc  oynatmağı,  quşu  göydə  güllə  ilə  gözündən 
vurmağı onun qeyri-adi olmağının xüsusi təzahürləri idi.  

Ömrün şəhidlik zirvəsi 
 
 
117 
İllər  bir-birini  əvəz  etdikcə  Məşədi  Qasım  daha  da 
püxtələşirdi, həqiqi mənada həyatda bişirdi. O, xalqın doğ-
masına, istəklisinə çevrilir, ürəklərdə yurd-yuva salırdı.  
Həyatda baş verən olaylar  onun  maraq dairəsini daha 
da  genişləndirirdi.  Az  keçmir  ki,  müqəddəs  sandığımız 
Allah  evinə  ziyarət  onun  qəlbinə,  duyğusuna  siraət  edir. 
Çox güman ki, imkanlı dindar bir ailədə onun ziyarətə get-
məməsi  mümkün  deyildi.  Ona  görə  də  böyük  bir  həvəslə 
İranın Məşhəd şəhərinə gedərək oranı ziyarət edib hörmətli, 
kamallı  bir  məşədi  kimi  doğma  Daşkəndinə  qayıdır  və 
Məşədi  kimi  sorağı  bütün  mahallara  yayılır.  Kasıblara, 
əlsiz-ayaqsızlara  Hatəm  səxavətilə  kimliyindən  asılı  olma-
yaraq hamıya kömək durur. Həm məşədi kimi, həm böyük 
yenilməz bir igid kimi Məşədi Qasımın adı ətraf mahallara, 
kəndlərə  ildırım  sürətilə  yayılır.  Ulu  Göyçənin  ən  qeyrətli, 
ən yenilməz, mərd, mübariz oğullarından biri və birincisinə 
çevrilir.  Az  müddət  ərzində  hamı  ondan  məsləhət  almağa, 
nicat diləməyə pənah  gətirir,  görməyənlər  onun nurlu çöh-
rəsini görməyə can atırlar.  
Həm  də  bu  o  vaxta  təsadüf  edir  ki,  qan  içən  erməni 
daşnakları  Azərbaycanın hər  yerində – Qubada, Şamaxıda, 
Bakıda,  Şəkidə,  Ağsuda  olduğu  kimi  Qərbi  Azərbaycan 
torpağında  da  ölüm-dirim  savaşına  başlamışdılar.  Erməni 
daşnaklarına layiqli cavab vermək üçün bütövlükdə Göyçə 
mahalının sayılıb-seçilən oğulları Qaranlıq (Martuni) rayo-
nunun  Alçalı-Çamırlı  kəndlərinə  toplaşaraq  Türk  dövlət-
çiliyi tərəfindən göndərilmiş türk paşasından döyüş taktika-
sının  sirlərinə  yaxından  bələd  olur  və  erməni  daşnaklarına 
bu  istiqamətdən  lazımınca  cavab  verirlər.  Bu  ölüm-dirim 
savaşında  özünün  xüsusi  çəkisi  və  ayrıca  yeri  olan  daş-
kəndli  Məşədi  Qasım  da  öz  ciyərparası  olan  böyük  oğlu 

Ömrün şəhidlik zirvəsi 
 
 
118 
Hüsənlə  birlikdə  çiyin-çiyinə  ata-bala  birlikdə  səngərdə 
yüksək  peşəkarlıqla  erməni  daşnaklarına  yetərincə  cavab 
verirdilər.  Məşədi  Qasımın  atdığı  güllənin  birinin  də 
hədəfdən  yayınmadığını  görən  hərbi  təlimi  keçən  türk  pa-
şası Məşədi Qasıma sərkərdə adı verərək onu 300 nəfərlik 
bir döyüşçü ordusuna komandir təyin etmişdir. Ölüm-dirim 
savaşının gün-gündən alovlandığını görən türk paşası silah-
sursat  gətirmək  üçün  sərkərdə  Məşədi  Qasıma  onunla 
Türkiyəyə getməyi təklif edir və bu təklifi sərkərdə Məşədi 
Qasım  qəbul  edir.  Türkiyəyə  getmək  Məşədi  Qasımın 
maraq  dairəsində  idi.  Çünki  sərkərdə  Məşədi  Qasımın  ulu 
babası  XIV  əsrdə  Türkiyənin  Sulduz  vilayətindən  Qazax 
rayonuna gəlmiş, oradan isə Göyçə mahalına səpələnmişlər. 
Sərkərdə  Məşədi  Qasım,  oğlu  Hüsən  və  bir  neçə  döyüşçü 
türk paşası ilə birlikdə Türkiyəyə gedirlər. Türkiyədə Nuru 
Paşa  sərkərdə  Məşədi  Qasımın  və  şir  biləkli  oğlu  Hüsənin 
hərəsinə  bir  dəst  türk  döyüşçüsünün  paltarını  hədiyyə  et-
mişdir.  Az  müddət  ərzində  Türkiyədən  sərkərdə  Məşədi 
Qasım  kifayət  qədər  silah-sursat  və  Göyçə  mahalına  bir 
uzaqvuran  top  gətirir.  Qaranlıq,  Çamırlı,  Alçalı  istiqamə-
tində gedən şiddətli döyüşlərin birində sərkərdə Məşədi Qa-
sımın  ciyərparası,  şir  südü  əmmiş  oğlu  Hüsən  və  həm-
kəndlisi  olan  Sevdalı  Hüseynin  oğlu  Əliş  həlak  olmuşlar. 
Hər ikisi sərkərdə Məşədi Qasımın köməkliyi ilə öz doğma 
kəndlərində torpağa tapşırılmışdır.  
Sərkərdə Məşədi Qasımın Türkiyədən gətirdiyi topun 
səsi-sorağı  ətraf  mahallara  yayıldığı  kimi  Basakeçərdə 
erməni Avetis ağaya da çatmışdır.  
Göyçədəki  azərbaycanlı  kəndlərini  bir-bir  qılıncdan 
keçirmək  erməni  daşnaklarının  çoxdankı  arzuları  idi.  Hər 
halda bu aqibət başqa kəndlər kimi Daşkəndi də gözləyirdi.  

Ömrün şəhidlik zirvəsi 
 
 
119 
Daşnaklar ələlxüsus Məşədi Qasım kimi igidləri olan, 
qeyrətli  say-seçmə  oğulları  olan  Daşkəndi  yerindən  tərpət-
məyə birinci üstünlük verirlər. Amma bu yolda Məşədi Qa-
sım böyük bir maneə kimi onların canına vəlvələ salmışdı. 
Əlbəttə,  onlara  məlum  idi  ki,  məqsədə  nail  olmaq  üçün 
birinci  növbədə  nəyin  bahasına  olursa-olsun  Məşədi  Qası-
mı aradan götürmək lazımdır.  
Basarkeçərdə  Avetis  ağa  barışıqlıq  pərdəsi  altında 
qonaqlıq düzəltdirir və Məşədi Qasıma xəbər göndərib onu 
qonaqlığa  dəvət  edir.  Təklifi  qəbul  edən  Məşədi  Qasım 
Avetis  ağanın  evinə  gəlir.  Atdan  düşərkən  həyətdə  kim-
sənin olmadığını bilən bir erməni qadını məsələnin nə yer-
də  olduğundan  Məşədi  Qasımı  hali  edir  və  deyir  ki,  «səni 
aradan  götürmək  üçün  buraya  çağırtdırıblar.  Qaç  buradan, 
canını  qurtar».  Son  dərəcə  ölümün  fövqünə  enməyən, 
qorxmaz  və  məğrur  olan  Məşədi  Qasım  erməni  qadınına, 
«Kafərin  gülləsi  mənə  dəyə  bilməz»  –  deyib  qonaqlıq  adı 
ilə  düzəldilmiş  məclisə  daxil  olanda  görür  ki,  Avetis  ağa 
başının dəstəsilə onu gözləyir və hamısı silahlıdır.  
Avetis ağa kinayə ilə Məşədi Qasıma deyir ki, «Bu nə 
cür  qonaqlığa  gəlməkdir?»  Məşədi  Qasım  məsələdən  hali 
olaraq  şəstlə  cavab  verir  ki,  «Bu  cür  qonaqlığa  bu  cür  də 
gələrlər». 
Avetis  ağa  başının  dəstəsinə  him-cim  edərkən  dərhal 
Məşədi Qasım məsələnin nə yerdə olduğunu anlayır və cəld 
çuxasının  altından  onatılan  silahını  çıxararaq  ermənilərə 
sarı  tuşlayıb  onların  üstünə  qışqıraraq  deyir:  «Yerinizdən 
tərpənməyin, yoxsa hamınızı qıraram». 
Sərkərdə  Məşədi  Qasımın  məğrur  görkəmindən,  qə-
zəbli  zəhmindən  qorxuya  düşən  və  Məşədi  Qasımın  sərrast 

Ömrün şəhidlik zirvəsi 
 
 
120 
güllə atması ilə  yaxından tanış olan Avetis ağa, nə də onun 
başının dəstəsi Məşədi Qasıma güllə atmağa cəsarət etmirlər.  
Məşədi  Qasım  bayıra  çıxıb  atını  minərkən  erməni 
qadını  ona  yalvarır  ki,  «Məşədi,  səni  and  verirəm  sizin 
Seyid  Bayram  ağaya  ki,  bizə  dəymə.  Özü  də  kəndinizə 
Daşkənd  yolu  ilə  getmə.  Erməni  daşnakları  Basarkeçərlə 
Daşkənd arasındakı Qaraburun deyilən yerdə pusqu qurub-
lar. Səni öldürərlər. Kəndinizə Qoşabulaq istiqamətilə get». 
Məşədi Qasım erməni qadının sözünə məhəl qoymayıb Ba-
sarkeçərdən  Daşkəndə  uzanan  yolla  kəndlərinə  yola  düşür. 
Qaraburun  adlanan  yerdən  gəlib  keçərkən  pusquda  dayan-
mış ermənilər qəfildən Məşədi Qasımı güllə yağışına tutur-
lar.  Düşmən  gülləsi  onun  atını  yaralayır.  Atdan  tullanan 
Məşədi  Qasım  cəld  bir  qayanın  arxasına  çəkilərək  ermə-
nilərlə  atışmağa  başlayır.  Xeyli  tələfatdan  sonra  ermənilər 
atışmanın mənasız olduğunu görüb qaçmağa öz tuturlar.  
Həmin  məqamda  Qırxbulaq  kəndindən  bir  erməni 
Daşkəndə  Məşədi  Qasıma  xəbər  göndərir  ki,  erməni  daş-
nakları ingilislərdən top alıblar, həmin toplarla ermənilər bu 
gün  Daşkəndə  basqın  edib  yerli  əhaliyə  divan  tutacaqlar. 
Ona görə də kəndi gecə ikən tərk etməyiniz məsləhətdir.  
Lakin  doğma  ata-baba  yurdunu  tərk  etməyi  mənliyə 
sığışdırmayan  Məşədi  Qasım  öz  doğma  kəndinin  igid  oğ-
lanlarından Qaçaq İdris, Hacı Rəhim, Kalvayı Zeynal,  Ko-
rallar tayfasından Vəli, Babakişilər tayfasından Ziyadla bir-
likdə  Basarkeçərdən  başlanacaq  hücumun  qarşısını  almaq 
üçün Daşkəndin girəcəyindəki səngərdə mövqe tuturlar.  
Məşədi  Qasım  ən  etibarlı,  yaxın  silahdaşı  kimi  Kal-
vayı  Zeynala  patron  daşımağı  tapşırmışdı.  Basarkeçərdən 
Daşkəndə  uzanan  yolu  durbinlə  müşahidə  edən  sərkərdə 
Məşədi  Qasım  görür  ki,  bir  dəstə  yaraqlı  erməni  topla  bir-

Ömrün şəhidlik zirvəsi 
 
 
121 
likdə  artıq  Daşkəndə  yaxınlaşırlar.  Məşədi  Qasım  yaxın-
laşan dəstə başçısını hədəfə alıb yerə sərir. Dəstə başçısının 
ölümünü  görən  dəstə  üzvləri  bir  yanda  mövqe  tutur,  topa-
tanlar  topu  işə  salırlar.  Birinci  və  ikinci  mərmi  hədəfdən 
yayınır.  Üçüncü  mərmi  topdan  açılan  kimi  səngərin  kə-
narında  torpağı  Məşədi  Qasımın  üstünə  tökür.  Bunu  görən 
Qaçaq İdris bir əli ilə erməniyə güllə atır, o biri əli ilə tor-
pağı təmizləyir.  
Keçmişdən aralarında qatı düşmənçilik ədavətləri olan 
Məşədi  Qasımla  Qaçaq  İdris  kəndin  müdafiəsini  bir 
damarda  axan  qan  kimi,  bir  bədəndə  bölünməz  ürək  kimi 
bir  səngərdə  öz  doğma  kəndlərinin  müdafiəsində  daya-
nırlar.  Döyüşün  daha  da  şiddətləndiyini,  özünün  yaralan-
dığını  görən  Məşədi  Qasım  Qaçaq  İdrisə  deyir  ki,  «İdris, 
qaç, səni öldürərlər». İdris isə cavab verir ki, «bu gün vətə-
ni faciədən, fəlakətdən qurtarmalıyıq və sənin kimi qeyrətli 
bir  sərkərdəni  tək  qoyub  gedə  bilmərəm.  Burada  ölsək  də 
bir yerdə öləcəyik, qalsaq da».  
Qaçaq İdrislə Kalvayı Zeynal yaralanan sərkərdə Mə-
şədi  Qasımı  ata  mindirib  hadisə  yerindən  uzaqlaşdırırlar. 
Bu  hadisədən  sonra  Məşədi  Qasım  yaralı  halda  Kəlbəcər 
rayonunun  Bəzirxana  kəndində  dostunun  evində  sığınacaq 
tapır.  
Göyçə  qaçqınlığı  zamanı  Məşədi  Qasımın  həyat  yol-
daşı  Ceyran  və  kiçik  oğlu  Dağbəyi  Kəlbəcər  rayonunda 
dünyalarını  dəyişir  və  Başlıbelin  Ağcaqız  qəbirstanlığında 
dəfn olunurlar.  
Göyçədə  baş  verən  bu  hadisələr  eyni  vaxtda  Azər-
baycanın müxtəlif yerlərində, ələlxüsus Qarabağda, Şuşada, 
Əsgəranda  daha  qızğın  şəkildə  baş  alıb  gedirdi.  Həmin 
döyüşə  Məşədi  Qasımın  yaxın  dostu,  əslən  şuşalı  olan, 

Ömrün şəhidlik zirvəsi 
 
 
122 
varlı-hallı  tacirlər  taciri  Dəmirçi  Məmmədqulu  və  tarixdən 
tarixin  daş  yaddaşına  çevrilmiş  laçınlı  Sultan  bəy  başçılıq 
edirdi.  Göyçə  mahalının  dağılmasını  ürək  ağrısı  ilə  eşidən 
sərkərdə  Məşədi  Qasımın  sadiq  və  ən  yaxın  dostu  olan 
şuşalı Dəmirçi Məmmədqulu bu hadisədən çox təsirlənir və 
mütəəsir  olur.  Eşidilir  ki,  sərkərdə  Məşədi  Qasım  Kəlbə-
cərin  Bəzirxana  kəndindədir.  Dəmirçi  Məmmədqulu  dostu 
sərkərdə Məşədi Qasımla görüşmək üçün Kəlbəcərin Bəzir-
xana kəndinə gəlir və bu yenilməz sərkərdənin yüngül yara-
landığını  görüb  sevinir.  Hal-əhvaldan  sonra  o,  Qarabağda 
da  bu  hadisələrin  geniş  qaydada  vüsət  almasını,  dərinləş-
məsini sərkərdə Məşədi Qasıma bildirir. Qarabağda Məşədi 
Qasım kimi dəyanətli, cəsur, mətin bir sərkərdənin hava və 
su  kimi  lazım  olduğunu  dostu  Məşədi  Qasıma  bildirir  və 
ondan  mənəvi  dayaq,  taktiki  gedişdə  dünyagörüşlü,  baca-
rıqlı bir sərkərdə kimi kömək əlini uzatmağı xahiş edir. Hə-
min gündən etibarən Məşədi Qasım dostu Məmmədqulu ilə 
Qarabağda, əsasən, Əsgəranda cərəyan edən şiddətli döyüşə 
qoşulur.  Az  bir  müddət  ərzində  misli  görünməyən,  böyük 
bir şücaətlə ad-san qazanıb ermənilərin canına vəlvələ salır 
və  özünün  yenilməz,  mübariz  sərkərdəlik  bacarığı  ilə  elin 
qəlbində  sönməz  bir  məşələ  çevrilir.  Əsgəran  döyüşündə 
sərkərdə Məşədi Qasımın qoçaqlığı bütün mahallara, ellərə 
yayılır. Onun sədası öz maddi və mənəvi köməyini xalqına, 
vətəninə əsirgəməyən,  özünün topxanası, cəbhəxanası olan 
laçınlı igid Sultan bəyə çatır. Ermənilərin bu geniş miqyaslı 
hücumu  doğma  qardaş  ölkələrə  də  çatmışdı.  Ona  görə  də 
Qarabağda,  əsasən  Əsgəranda  baş  verən  qırğınların  qarışı-
sını almaq üçün, oraya xüsusi qüvvə göndərilməsi haqqında 
Nuru  Paşa  dərhal  əmr  vermişdir.  Bu  əməliyyata  Bakı  qar-
nizonunda  olan  və  əməliyyatı  həyata  keçirəcək  I  Azər-

Ömrün şəhidlik zirvəsi 
 
 
123 
baycan  diviziyasının  komandanı  polkovnik  Cəmil  Cihad 
bəy başçılıq edirdi. Əməliyyat ildırım sürətilə elə bir geniş 
vüsət  aldı  ki,  bir  yandan  sərkərdə  Məşədi  Qasım,  bir  yan-
dan Dəmirçi Məmmədqulu tərəfindən endirilən zərbə, digər 
tərəfdən aparılan uğurlu əməliyyatlar nəticəsində ermənilər 
təslimçilik əlaməti olaraq ağ bayraq qaldırmışlar. 
Göyçə mahalının dağılması ilə əlaqədar olaraq Məşə-
di  Qasım,  Azərbaycan  xalqının  qeyrətli  oğlu,  SSRİ  Xalq 
Komissarları  Sovetinin  sədri  Nəriman  Nərimanova,  Gəncə 
quberniyasına və İrəvana buradakı vəziyyət haqqında teleq-
ram vurur. Hər halda bu, Azərbaycan Elmlər Akademiyası-
nın 1989-cu ildə çap olunmuş «Xəbərlər» jurnalının 4 saylı 
fəlsəfə  və  hüquq  seriyasında  87-ci  səhifəsində  jurnalın  baş 
redaktoru  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  aka-
demiki Ziya Bünyadov tərəfindən öz təsdiqini tapmışdır.  
Ən başlıcası budur ki, əməliyyatın gedişində sərkərdə 
Məşədi  Qasımın  ifadə  olunmaz  dərəcədə  şücaəti,  misli 
görünməmiş qəhrəmanlığı Cəmil Cihad bəyi riqqətə gətirir 
və  onda  bu  igidə  qarşı  çox  böyük  etibar,  məhəbbət  hissi 
oyanır.  Əməliyyatın  uğurla  başa  çatmasının  Cəmil  Cihad 
bəydə  yaratdığı  sevinc  və  xoş  təəssüratlar,  bir  yanda  sər-
kərdə Məşədi Qasımın bu bənzərsiz qoçaqlığı Cəmil Cihad 
bəyin  ovqatına  bir  şirinlik,  sərinlik  gətirdi.  Cəmil  Cihad 
bəy sərkərdə Məşədi Qasıma yaxınlaşıb ona öz təşəkkürünü 
bildirir  və  ondan  artıq  dərəcədə  xahiş  edir  ki,  Məşədi 
Qasım  onunla  birlikdə  Türkiyəyə  getsin  və  orada  hərbi 
komandanlıq  tərəfindən  ən  böyük  hərbi  rütbəyə  sahib 
olsun. Ancaq sərkərdə Məşədi Qasım bu torpaqdan kənarda 
bir  anda  olsun  ayrı  yaşamayacağını  Cəmil  Cihad  bəyə 
birdirir.  Məsələni  bu  cür  görən  Cəmil  Cihad  bəy  əfəndim 
deyə  belindəki  türk  tüfəngini  hədiyyə  olaraq  sərkərdə 

Ömrün şəhidlik zirvəsi 
 
 
124 
Məşədi  Qasıma  bağışlayır.  Bu  mənzərəni  kənardan  böyük 
diqqətlə  müşayət  edən  sərkərdə  Məşədi  Qasımın  yaxın 
dostu Dəmirçi Məmmədqulu və Laçının Qırxqız dağı qədər 
əzəmətli  oğlu  Sultan  bəy  də  eşidir.  Məşədi  Qasıma 
yaxınlaşan  Sultan  bəy  deyir:  –  «Bir  halda  ki,  sən  Cəmil 
Cihad  bəyin  təklifi  ilə  razı  deyilsən,  onda  səndən  xahiş 
edirəm  gəl  mənim  böyük  hərbi  sursata  malik  olan  topxa-
nama,  cəbhəxanama  böyük  bir  sərkərdə  kimi  ağsaqqallıq, 
başçılıq et». Sərkərdə  Məşədi Qasım cavab  əlaməti olaraq 
Sultan  bəyin  təklifinə  öz  minnətdarlığını  bildirir  və  ona 
deyir  ki,  «Sultan  bəy  təklifinizə  görə  çox  sağ  olun,  amma 
məlumunuz  olsun  ki,  mənim  dostlarım  çox  olduğu  kimi 
düşmənlərim  də  çoxdur.  Əgər  mən  sizin  təklifinizlə  razı-
laşıb cəbhəxananıza, böyük topxananıza başçılıq etsəm, de-
yəcəklər  ki,  Məşədi  Qasım  qorxusundan  Sultan  bəyin 
himayəsinə sığınıb». Bu məqamı görən yaxın dostu Dəmir-
çi  Məmmədqulu  və  Sultan  bəy  belə  bir  qərara  gəlirlər  ki, 
kəndlərdən birini hədiyyə kimi (hərgah bu, Ağdamın kənd-
lərindən  biri  olub,  hal-hazırda  da  Qasımlı  adını  daşıyır) 
Məşədi Qasıma bəxş etsinlər və bu kəndin bütün baratı Mə-
şədi  Qasımın  özünə  məxsus  olsun.  Amma  buna  baxmaya-
raq  Məşədi  Qasım  bir  müddət  ona  bəxş  olunan  Qasımlı 
kəndində  yaşadıqdan  sonra  ailəsi  ilə  birlikdə  Ağdam 
rayonunun  ərazisində  Qarqar  çayının  kənarında  yerləşən 
Əhmədavar kəndində Hacı Zeynalın karvansarasında qalır. 
Yeri gəlmişkən deyək ki, Məşədi Qasımın 4 oğlu – Hüsən, 
Sayad,  Fəzi,  Dağbəyi,  3  qızı  –  Zeynəb,  Məleykə,  Narın 
olmuşdur. Hacı Zeynalın karvansarasında qalarkən Məşədi 
Qasımın  yaxın  dostu  Dəmirçi  Məmmədqulunun  razılığıy-
nan  Hacı  Zeynalın  oğlu  Əşrəf  bəylə  sərkərdə  Məşədi 
Qasımın qızı Məleykə xanım ailə qurmuşdular. 

Ömrün şəhidlik zirvəsi 
 
 
125 
Artıq o vaxt gəlir ki, Azərbaycanda Sovet hakimiyyəti 
qurulur. Həmin vaxt Məşədi Qasımı Ağdam rayonuna milis 
rəisi  vəzifəsinə  qoymaq  istəyirlər.  Amma  o  buna  razılıq 
vermir  və  böyük  oğlu  Sayadı  o  vəzifəyə  məsləhət  görür. 
Oğlu  Sayad  3  ay  Ağdamda  milis  rəisi  vəzifəsində  işlə-
dikdən sonra o vaxtın milisinin qanunsuzluğunu başlıca şərt 
kimi  əsas  gətirərək  oğlu  Sayadı  həmin  vəzifədən  azad  et-
dirir və az müddətdən sonra sərkərdə Məşədi Qasım ermə-
nilərlə döyüşdə aldığı ağır yaradan sonra Şuşada dünyasını 
dəyişir  və  Şuşa  qəbirstanlığında  dəfn  olunur.  Milyonlar 
kimi  sərkərdə  Məşədi  Qasımın  da  ruhu  müqəddəs  göylərə 
pənah gətirib əbədiyyətə qovuşur.  
Sərkərdə Məşədi Qasımın oğlu, el şairi Fəzi Kərimov 
yaxın illərə qədər Bərdə rayonununYeni Daşkənd kəndində 
yaşamışdır.  Hal-hazırda  Məşədi  Qasımın  100-dən  artıq 
nəvə-nəticəsi  var.  Onlardan  Xuraman  Kərimova,  Sabir 
Kərimov,  Savalan  Kərimov,  Zakir  Kərimov,  Azər  Kə-
rimov,  Novruz  Qasımov,  Dilqəm  Kərimov,  nəticələri 
Naqif,  Aqif,  Qasım,  Vurğun  və  Zaur,  qız  nəvələri  Xasay 
Zeynalov, Səməd Babayev, Pərişan xanım Məşədi Qasımın 
davamçılarıdır.  
Əlbəttə,  böyük  sərkərdə,  xalqımızın  qədirbilən,  igid, 
cəsarətli oğlu Məşədi Qasım haqqında tədqiqata hələ bundan 
sonra  böyük  ehtiyac  var.  Ümidvaram  ki,  böyük  tədqiqat-
çılarımız, ədəbiyyatçılarımız, tarixçilərimiz bu böyük şəxsiy-
yət  haqqında  daha  dərinliklərə  baş  vuracaqlar,  onu  bütün 
Türk dünyasına olduğu kimi daha dəqiq tanıtdıracaqlar.  
Yüklə 8,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin