14
TOPLUMLAR VӘ XİLASLARI
«Allah Adәmi, Nuhu, İbrahim ailәsini vә İmran ailәsini
seçәrәk alәmlәrә üstün qıldı» (Ali – İmran 33)
Bu ayәdә seçildiyi bildirilәnlәr içәrisindә Adәm (ә), Nuh (ә)
vә İbrahim (ә) kimi peyğәmbәrlәr olduğu kimi, İmran vә zövcәsi
Hannә kimi peyğәmbәr olmayanlar da var. Bununla seçimin sırf
nәbilәr üçün deyil, toplumun qurtuluş prosesindә rol oynayacaq
bütün öndәr şәxsiyyәtlәrin yetişәcәyi mühüt üçün dә keçәrli
olduğuna, ola bilәcәyinә diqqәt çәkilmәkdәdir.
Allahın bu seçimi tәsadüfi bir seçimdirmi? Yoxsa bu seçimin
hәr hansı bir ölçüsü vә ya özәlliyi varmı? Yәni bu namizәdlәrdә
hәr hansı bir keyfiyyәt axtarılırdımı? Sözügedәn bu seçimdә
namizәdlәrә üstünlük verә bilәcәk hәr hansı bir keyfiyyәtdәn söz
edilә bilәrdimi?
Sәbәblәr alәmindә yaşadığımız bir gerçәk. Kainatda hәr şeyin
sәbәb - nәticә әlaqәsi daxilindә cәrәyan etmәsi Allahın sünnәti vә
hikmәtinin bir gәrәyidir. Bu baxımdan әn fövqәladә hadisәlәrin
belә, bir izahı, sәbәb – nәticә әlaqәsi içәrisindә bir «hikmәt»i var.
Quran buna sünnәtullah deyir. Sünnәtullah çәrçivәsindә
gerçәklәşәn bәzi hadisәlәrin mahiyyәtini, nәdәnsәnliliyini, sәbәbini
anlamaqda insan zehni aciz qala bilir. Belә bir vәziyyәtdә onun
insan ağlından daha üstün vә kamil bir ağıl tәrәfindәn qavranıla
bilәn bir açıqlaması vә sәbәbinin var olduğuna hökm edilir. Bunun
belә olması yenә dә Rәbbimizin bir «hikmәt»idir.
Bәli, Allahın seçdiyi fәrd vә ailәlәrdә hansı xüsusiyyәtlәr
vardır ki, namizәdlәr namizәdlәri arasından seçildilәr? Varsa, bu
xüsusiyyәtlәrdәn bizlәrә bildirilәnlәr olmuşdurmu?
Bu suala Quranın verdiyi cavab «bәli»dir.
Әlinizdәki kitabda hekayәsini xırdalıqları ilә әlә alacağımız
«adayış qissә»sini bizә özündә heç bir şәkk - şübhә olmayan bir
Kitab anlatmaqdadır. Bu elә bir Kitabdır ki, daşıdığı mesaj nә
zaman vә mәkanla, nә dә müәyyәn vә qeyri müәyyәn adlarla
sәrhәdlәndirilmir. Belә ki, sözügedәn Kitab bu cahanşümül vә
zamanüstü mesajını bәzәn zaman vә mәkanla әlaqәli müәyyәn
ADAYIŞ RİSALӘSİ
15
hadisәlәr vә şәxslәr әtrafında dilә gәtirir. Bu sәbәblә Quranda
seçilәn adlar, hadisәlәr, faktlar, qissәlәr vә mәkanlar öz daxil-
lәrindә nә qәdәr yer, zaman vә şәxslәrlә әlaqәli olsa da mesaj
olaraq bu üslub onun zaman, mәkan vә şәxs ümumiliyinә bir xәlәl
gәtirmәz. Qurandakı örnәklәr, yaratdığı insanın vә insanlığın
keçmiş vә gәlәcәk problemlәrini bilәn Allahın xüsusi olaraq
seçdiyi örnәklәrdir. Nә üçün minlәrlә peyğәmbәrlәrdәn sadәcә bir
hissәsi Qurana alınmış, onların hekayәlәri bildirilmişdir?
Quran verdiyi nümunәlәrlә bir problemә diqqәt çәkirsә,
tәrәddütsüz bilmәk lazımdır ki, bu problem gәlәcәkdә insanlığı
narahat edәn әsas problemdir. Hәtta Qurana alınan nümunәlәrdәn
yola çıxaraq insanlığın gәlәcәk problemlәri mövzusunda tәxmini
bir xәritә çıxarmaq belә mümkündür.
Bu mövzuda әn gözәl örnәklәrdәn biri Yәhudi hadisәsidir.
Quran endiyi dövrlәrdә dünyada Yәhudi problemi deyilәn ciddi bir
problem yox idi. Yәhudilәr o dövrün nә siyasәtindә, nә dә
sistemindә liderlik edә bilәcәk söz sahibi deyildilәr. Söz sahibi
olmaq bir yana, yer üzündә hegemon dövlәtә belә sahib deyildilәr.
Şәriәtlәri belә o günün dünyasının hәr hansı bir yerindә qüvvәdә
deyildi. Babilli Nәbukadnazarın, sonra Roma İmperatoru Titusun
daş üstündә daş, çiyin üzәrindә baş buraxmadığı dәhşәtli
hücumlarından sonra bir daha özünә gәlmәyәcәk qәdәr zәiflәmiş,
siyasi birliyini tamamilә itirmiş, Roma idarәçilәrinin tәsiri ilә
yurdlarını tәrk edib, dağınıq vәziyyәtdә İspaniyadan Şәrqi
Avropaya, Әrәbistandan Fasa qәdәr dağılmış, artıq qövm ola
bilmәk xüsusiyyәtini itirmiş bir İsrail övladı qarşımızda
dayanmışdı.
Lakin cahanşümul vә zamanüstü mesajın sahibi olan Quran,
nazil olduğu dönәmdә yer üzündә mövqeyi olmayan Yәhudi
hadisәsinә, xüsusi ilә bir qövm vә din olmaqdan çox bir mәktәb
olan «yәhudilәşmә tәmayülünә» diqqәt çәkmiş, bu insanlıq
bәlasının xüsusiyyәtlәrini әn incә xırdalıqlarına qәdәr daha ilk
sәhifәlәrindә şәrh etmişdir.
Әgәr biri çıxar vә mesajı әbәdi olan Quranın Yәhudi
mövzusunda göstәrdiyi hәssaslığın sәbәbini tamamilә Mәdinә vә
onun әtrafında bir neçә kiçik toplum halında yaşayan Yәhudi
varlığından qaynaqlandığını söylәrsә, biz mәkanın seçimini dә
ADAYIŞ RİSALӘSİ
16
yenә Allah tәrәfindәn bir hikmәtә dayanaraq seçildiyini söylәyә
bilәrik. Bu da bir hәqiqәtdir ki, bu sәbәbin özü belә Quranın
mövzuya verdiyi önәmi açıqlamağa yetәrli deyil. Çünki bu tәlәbi
boşa çıxaran başqa nümunәlәr var. Mәsәlәn Lut qövmünün qissәsi.
Tarixi bir hәqiqәtdir ki, Quran nazil olduğu dönәmdә hәmin
bölgәdә lutilik yox idi. O toplumun hәr cür әxlaqsızlığını nәql
etdiyi, dövrün cahiliyyәsini anladan heç bir qaynaq belә bir şeydәn
söz etmәmәkdәdir. Buna başqa nümunәlәr dә verilә bilәr.
Bu xüsusiyyәt Quranın möcüzәlәrindәn biridir ki, bu gün
Yәhudilik vә Yәhudilәr, Siyonizm adını verdiklәri yerüzü tarixinin
gördüyü әn tәhlükәli üstün irqçiliyilә, bir peyğәmbәrinin adına
qurduğu terror dövlәtiylә, әlindә tutduğu dünya informasiya toru
ilә, bir çox beynәlxalq şirkәtlәri, kartellәri, Masson, Lions vә
Rotary kimi yalnız öz mәnafelәrinә xidmәt edәn quruluşlarıyla,
hamısından betәr isә әn tәhlükәli silahlı mediyası vә daha saya
bilmәdiyim sosial, siyasal, ekonomik, tәşkilatlı vә tәşkilatsız
fәaliyyәt vә cәmiyyәtlәri ilә dünyanın başının bәlasıdır.
Quranın, ona inananları ilk surәlәrdәn etibarәn dönә-dönә
xәbәrdar etdiyi «Yәhudilәşmә tәmayülü» isә Müsәlmanların
başının bәlasıdır ki, tarixdә Yәhudilәrin dinlәrinә, kitablarına,
peyğәmbәrlәrinә qarşı göstәrdiyi münasibәtin tam eynisini
Müsәlmanlar da öz dinlәrinә, kitablarına, alimlәrinә göstәrmәk
tәhlükәsiylә daim üz–üzәdirlәr. Müsәlmanların qarşısındakı әn
böyük problem bizcә «yәhudilәşmә» problemidir.
Belәliklә, Quranın digәr örnәklәri dә bunun kimi insanlığın
әsas problemlәri ilә әlaqәli ibrәt sәhnәlәrini vә örnәk hadisәlәri
әhatә etmәkdә vә insanlığın diqqәtini bunlara çәkmәkdәdir.
Quranın zәngin insanlıq tәcrübәsini aid olduğu zaman vә
mәkandan çıxarıb gәlәcәk nәsillәrә ünvanlaması Allahın Rәhman
olmağının saysız tәcәllilәrindәn birini tәşkil edir.
İnsanlıq imtahanının problemlәrini açmaqda açar rolunu icra
edәn sözügedәn qissәlәrdәn biri dә «İmranın qadını
Hannә+Mәryәm+İsa» müddәtindә gerçәklәşәn adayış hekayәsidir.
Ana, övlad vә nәvәdәn tәşkil olunmuş üç nәsillә tamamlanan
adayış prosesini başladan İmranın qadını Hannәnin nәzir vermә
mәktәbidir. Ayәlәrin zahirindәn aydın olan, sözügedәn nәzir
hәrәkәti İmran ailәsini seçilmişlәr arasına daxil etmişdir. Yәni İlahi
ADAYIŞ RİSALӘSİ
17
seçimә sәbәb olaraq bu adayış göstәrilmәkdәdir.
Hannәnin nәziri olan Mәryәmin insanlıq tarixindә istisna
sayıla bilәn bir missiya ilә görәvlәndirilmәsi, oğlu İsanın(a) bu
missiyanı nәbilik mәrtәbәsindә icra etmәsi, Zәkәriyyanın(a) bu
çevrәyә girmәsi, Yәhyanın(a) möcüzәvi doğumu vә bu üç ismin
aqibәtlәrinin dә bir–birinә bәnzәr bir şәkildә, davaları yolunda
hәyatlarını fәda etmәklә (İsa әleyhisalam mәnәvi qurbandır) başa
çatması… Bunların hamısının ilk sәbәbi vә mahiyyәti İmranın
Qadınının nәziridir vә bütün bu sayılanlar adayış prosesini tәşkil
edәn parçalardır. Yәni adayış hadisәsi bütün bu әzәmәtli prosesin
vә sәbәblәr zәncirinin ilk halqasını tәşkil etmәkdәdir.
Belәliklә, biz bu prosesin tәmәl nöqtәsi olan «adayış»
mәqamına diqqәt çәkmәk istәyirik. Allahın bu hadisәni Quranla
ölümsüzlәşdirmәsinin hikmәtlәrindәn birinin dә son Nәbidәn sonra
onun risalәt mirasını çiyinlәrinә daşıyacaq öndәrlәrin yetişmәsi vә
ortaya çıxması prosesinin başlanmasında Hannә vә onun nәcabәtli
nәsil yetişdirmә hәrәkәti olan adayış (nәzir) aktına diqqәt çәkmәk
olduğuna inanırıq.
İpi qopmuş, mollası itmiş, dәnәlәri dağılmış bir tәsbehә dönәn
ümmәt öz öndәrlәrini yetişdirmә prosesinә daha ana bәtnindәykәn
başlanmasının vacibliyini bilәcәk, Mәryәmini nәzir verәcәk
Hannәlәri yetişdirmәdәn, «müjdә» demәyә gәlәn zәmanәnin
«İsa»larını gözlәmә ucuzluğuna düşmәyәcәkdir. Ümmәt öz yol
göstәrәnlәrini yetişdirmәkdә Quranın göstәrdiyi üsulu vә üslubu
mәnimsәyәcәkdir. Bilәcәk vә inanacaqdır ki, bu anlamıyla
«Mehdi»siz bir toplum yoxdur. Hәr toplum öz «Mehdisini» özü
yetişdirәcәk, bir deyil minlәrlә Mehdidәn ibarәt olan seçilmiş
kadrlarıyla ümmәt, öndәrliyi yenidәn әlә alacaqdır. Quranın bizә
gәtirdiyi xәbәr dә bu hәqiqәti dәstәklәmәkdәdir:
«…Hәr toplumun bir yol göstәrәni vardır!» (13/7)
Yaddan çıxarmamaq lazımdır ki: «Allah yaratdığı hәr varlıq
üçün bir nizam-intizam qoymuşdur. Hәr şey bu qanunlar
çәrçivәsindә baş vermәkdәdir. Әlbәttә, sözügedәn qanunlar
içәrisindә toplum halında dәyişmәnin dә qanunları vardır.
Rәbbimiz tarixdәki müsbәt vә mәnfi örnәklәrdәn bәzilәrini
Quranında qeyd edәrәk ölümsüzlәşdirmişdir. Vә ardından heç
ağlımızdan çıxmaması üçün bizә dönә-dönә nәsihәt vermişdir.
ADAYIŞ RİSALӘSİ
18
«…Sәn Allahın qoyduğu qayda - qanunda heç bir
dәyişiklik tapmazsan. Allahın qanunlarında bir azma da tapa
bilmәzsәn» (35/43, 17/77, 33/62, 48/23)
Dәyişmәyәn bu qanunları, yәni sünnәtullahı dәyişdirmәyә
qalxmaq bir bağy (çaşqınlıq), dәyişmәsini gözlәmәk isә cәhalәt vә
axmaqlıqdır. O halda bizә düşәn sözügedәn qanunların işlәmә
mexanizmini, yәni hikmәtini yaxşı anlayıb, edәcәklәrimizi o
qanunlar çәrçivәsindә etmәkdir.
O qanunların qavranılmasının әn sağlam yolu vәhyin daşıdığı
mesajı әksiksiz vә doğru anlamaqdan ibarәtdir.
Tarix boyunca İlahi vәhyin zamanüstü mesajını boğmağa
çalışanlar olmuş vә bundan sonra da olacaqdır. Bu boğulmaq,
susdurulmaq, hәr zaman mülhid
9
vә münkirlәrin
10
әli ilә deyil,
hәtta çox vaxt «içәridәkilәr»in әli ilә gerçәklәşdirilmişdir. Әgәr
zahirini tapa biliblәrsә bәzi ayәlәrin hökmü ortadan qaldırılmış vә
bu işin adına da «nәsh» qoyulmuşdur. Bu üsulu qәbul edәnlәrin
bәzilәri Quranın beşdә birini mәnsuh (hökmü qaldırılmış) olaraq
göstәrәcәk qәdәr irәli getmişlәr. Bu üsulu mәnimsәyәn bәzi yaxşı
niyyәtlilәr isә İlahi şәriәtlәrin mәqsәdlәrindәn vә üsullarından biri
olan «tәdricilik» gerçәyini görmәmәzliyә vurduqları üçün özlәrini
buna mәcbur hiss etmişlәrdir.
Qurani mesajın qarşısında duran başqa bir әngәl dә «Tevil»
11
üslublu açıqlamasının şәriәt qanunlarından kәnarda istifadә
olunaraq İlahi mesajın sәs–küyünә sәbәb olmuşdur. Tevil adı
altında bәzәn elә izahlar edilmişdirdir ki, bunlar vәhyin ana xәttinә
daban–dabana zidd olmuşdur. Bu «tevil»lәrin bәzilәrindә isә
Allahın mәqsәdini anlamaq mümkün olmuşdursa da, izahat
verәnin mәqsәdini anlamaq mümkün olmamışdır. Әslindә isә bir
çox mәqamda «tevil»ә әsil möhtac olan ayәlәr deyil, sözügedәn
«tevil»lәr vә izahlardır.
Heç şübhәsiz ki, Quran mesajını boğmaq istәyәnlәrin әn çox
istifadә etdiklәri metodlardan biri, bәlkә dә birincisi «tәhsisdir»
9
(әr) Allaha vә peyğkmbkrine inanır vә inandığını söylәyir. Fәqәt, küfrә aldanmış,
İslamiyyәtdәn ayrıılmışdır, etiqadı yanlışdır. Özünü müsәlman sanır, özü kimi
olmayanlara kafir deyir.
10
İnanmayan, qәbul etmәyәn, inkar edәn kimsә
11
İzah etmәk, açıqlamaq
ADAYIŞ RİSALӘSİ
19
Digәr iki üsul olan «nәhs» vә «tevil» dә şәriәtә uyğun olanını
olmayanından, hәqiqisini vә ya әksini ayırd etmәk mümkün olduğu
halda üçüncü göstәrdiyimiz «tәhsisi» isә bir qayda ilә qeyd etmәk
çox çәtindir.
Bu sәbәblә «tәhsis» İlahi mesajı tәhrif etmәk vә hәyata tәtbiq
etmәkdәn uzaqlaşdırmaq istәyәnlәrin bu gün әn çox sarıldıqları
vasitәlәrdәn birinә çevrilmişdir. Vәhyin anlaşılması vә hәyata
keçirilmәsinin önünә çıxardılan әn ciddi әngәllәrdәn biri olaraq
özünü gösәtәrir.
Tәhsis mәntiqindә ayәlәr şәxslәr, zaman vә hadisәlәrlә
sәrhәdlәndirilir. Üsul elminin әn keçәrli qanunu olan «sәbәblәrin
xüsusiliyi hökmlәrin ümumiliyinә mane deyil» prinsipi nәzәrdәn
qaçırılaraq ayәlәr müәyyәn bir zamanda, müәyyәn bir mәkanda
yaşamış, müәyyәn şәxs vә ya toplumlara aid edilәrәk İlahi mesaj
zamanüstü vә cahanşümül keyfiyyәtlәrindәn xali edilir. Bu mәntiq
insanlığın әbәdi xoşbәxtliyinә aparan yolun işarә daşları olan
ayәlәri tarixin çöp sәbәtinә atmaqda bir qüsur görmәz.
Biz inanırıq ki, Quranda qeyd olunan heç bir nümunә sadәcә
bir söz, bir hekayә olsun deyә yerlәşdirilmәyib. Quranın minlәrin
arasından seçdiyi bu nümunәlәr yerdәn çıxmayıb. Bu
nümunәlәrin heç biri tәsadüfi deyil. Müşriklәr ibrәt almaq әvәzinә
Quranın tarixin tozlu dәhlizlәrindәn çәkib çıxardığı nümunәlәrә
«bunlar qәdimlәrin nağılları»dır şәklindә әks reaksiya verirdi:
«Ona ayәlәrimiz oxunduğu zaman «bunlar әvvәlkilәrin
әfsanәlәridir» - deyәr» (83/13)
Halbuki, insanlar ibrәt alsın deyә, bu vә buna bәnzәr misalları
Rәbbimiz dönә–dönә bizә bildirir:
«Allah ibrәt olsun deyә insanlara belә misallar çәkir»
(14/25)
«Biz bu misalları insanlara anladırıq. Amma onları
alimlәrdәn başqaları düşünüb anlamazlar» (29/43)
«…Biz bu misalları düşünsünlәr deyә insanlara veririk»
(59/21)
Allahın kitabında verilәn müsbәt misallar «örnәk», mәnfi
misallar isә «ibrәt» olsun deyә anladılır. Biz müsәlmanlar Quranın
bizә anlatdıqlarına müşriklәrin baxdığı kimi «әvvәlkilәrin
әfsanәlәri» olaraq baxa bilmәrik. Bilirik ki, o insanlığın dәyişmәz
ADAYIŞ RİSALӘSİ
20
dәyәrlәrini öz daxilindә yaşadan tәk kitabdır. Vә yenә bilirik ki, o
müәyyәn bir qövmә, müәyyәn bir zamana, müәyyәn bir irqә,
müәyyәn bir sinfә, müәyyәn bir mәdәniyyәtә ya da iqlimә xas
deyildir.
Quranın tәsvir etdiyi obrazlar insanlığın etalon obrazlarıdır.
Zamanlar dәyişә bilәr, mәkanlar dәyişә bilәr. Mәdәniyyәtlәr,
irqlәr, yaşam standartları, mühit, imkanlar dәyişә bilәr. Lakin insan
quruluşu etibarilә varlığında, yaradılışında, daşıdığı müsbәt yaxud
mәnfi keyfiyyәtlәr ölçüsü ilә dәyişmәyәcәk. Mәsәlәn: «O
mübahisә edәndir» (18/54). «Cahilliyә vә zülmә meylli
yaradılmışdır. (33/72), «Nәfsi hәr zaman ona pisliyi әmr edәr»
(12/53), «tәlәskәndir» (17/11)…
Belәliklә, insan bu tәmәl keyfiyyәtlәri ilә heç bir zaman
dәyişmәyәcәkdir. İnsanda bu keyfiyyәtlәr var olduğu müddәtdә
onun İlahi mesaja olan ehtiyacında bir әksilmә dә olmayacaq.
Yәni insan varlığında daşıdığı bu virusları atıb mütlәq kamal vә
kamilliyi әldә edәcәyi bir zaman gәlmәyәcәkdir. Bütün bunlar
olmayacağına görә insana tәk bir şey qalır: Quruluşundan
qaynaqlanan zәifliklәri vә ona müsallat edilәn düşmәnlәrin
şәrindәn ancaq vәhyin yol göstәrmәsi ilә qoruna bilmәk…
Bu sәbәblә deyirik ki: Quranın seçdiyi obrazlar müsbәt vә
mәnfiliyi ilә «canlı» obrazlardır, yәni prototiplәrdir. Bir firon, bir
nemrud obrazında Quran hәr zaman vә dövrdә var olan bir tipoloji
insanı canlandırmışdır. Bu tipoloji insana aid xarakterlәr
sıralanaraq göstәrilmişdir. Kitabın vurğuladığı bu tip – küfrün,
sәltәnәtin, zülmün, qürurun, azğınlığın, tәkәbbürün bir prototipidir.
Bәzi fironlar özlәrini «Musa» göstәrmәk üçün bu ayәlәri zaman,
mәkan, zәmin vә şәxsә aid edә bilmәsinlәr deyә, Quran onun
ismini, yerini, zamanını vermәmişdir. Siz hansı zamanda, hansı
toplumda yaşamağınızdan asılı olmayaraq keyfiyyәtlәri mәlum bu
tipi yaşadığınız dünyada, ölkәnizdә, şәhәrinizdә, mәhәllәnizdә,
hәtta ailәnizdә tapıb tanıya bilәrsiniz. O ana xәtlәri ilә ortaya
qoyulmuş bir tipdir. O obrazın kimi tәmsil etdiyini bilmәniz üçün
xüsusiyyәtlәrini bilmәniz kifayәtdir. Quranın canlandırdığı Firon
tipinin özәlliklәrini birindә gördüyünüz zaman bilәcәksiniz ki, o
sizә Quranın göstәrdiyi «mәlum» rәsmin bir mәnsubudur.
İbrahim vә Musa(ә) obrazları da elәcә… Onlar da bir
ADAYIŞ RİSALӘSİ
21
prototipdirlәr. Müsbәtin, yәni insan olmanın, kamil olmanın
prototipi. Onların da xüsusiyyәtlәri mәlumdur. Zülmә qarşı
dirәnişlәri, şirkә qarşı üsyanları, haqqa tәslimiyatları, mәzlumların
yanında, zalımların qarşısında dayanmaqlarıyla onları da fәrqli ad,
ünvan vә zamanlarda ölkәnizdә, toplumunuzda tapıb tanıya
bilәrsiniz.
İlahi mesajın Sahibi Kitabına aldığı mәhdud sayda nümunәlәri
püşk üsulu ilә seçmәmişdir. Hәr bir işi hikmәtlә görәn Rәbbimiz
bu nümunәlәri seçәrkәn dә әlbәttә hikmәtlә seçmişdir. Qurana
alınan nümunәlәrin bir xüsusiyyәtlәri dә vardır ki, başqalarının
arasından sıyrılıb ölümsüzlәşә bilmişlәr. Bizcә bu xüsusiyyәt vә
sәbәblәri iki maddәdә toplamaq mümkündür:
1. Bu nümunәlәrin insanlıq tipinin nümunәlәri olması. Әgәr
nümunә bir fәrddirsә, bir insanın prototipidir, әgәr
toplumdursa insan qruplarının prototipidir.
2. Quranda göstәrilәn qissәlәr - insanlığın daha sonra qarşı-
laşacağı problem vә çәtinliklәri xәbәr verәn, onlara diqqәt
çәkәn vә ilahi vәhyin insanlığın bu ortaq, ümumi sıxıntılarının
hәlli olduğunu bәsirәtlә söylәyәn möcüzәvi xәbәrdarlıqlarıdır.
Bu nümunәlәr verilәrkәn bәzәn çox bәsit bir dillә bunların bir
«misal» olduğu açıqca vurğulanmışdır. Bu mövzuda bütün İslamda
qadının sosial vә içtimai mövqeyinin altından xәtt çәkәn, ayәnin
nüzul sәbәbi dә yenә Allah Rәsulunun qadınlarının timsalında
bütün İslami öndәrlik fәaliyyәtinә sәslәnәn Tahrim surәsinin son
ayәlәri çox açıq vә aydın mesajlar daşımaqdadır.
«Allah inkar edәnlәrә Nuhun vә Lutun qarısını misal
verdi»,
«Allah inananlara da Fironun qarısını misal göstәrdi,
(Yenә Allah inananlara) İmranın qızı Mәryәmi (misal
göstәrdi)» (66/10-12)
Bәli, yuxarıdakı nümunәdә insan iki kateqoriyada göstәrilir:
İnkar edәnlәr vә iman edәnlәr. İnkarçıların örnәyi vә öndәri olaraq
iki qadın göstәrilir ki, hәr ikisi dә peyğәmbәr xanımıdır: Nuhun vә
Lutun xanımları. Hadisәlәrin inkar - xәyanәt mәqamına bu nöqtәdә
diqqәt çәkilir. Vә tәbii ki, Müsәlman ailәlәrinә xitab edilir. Yәni
mömin kişi - kafir qadın münasibәtinә diqqәt kәsilәrәk Quranın nә
üçün son vә tamamlanmış şәriәtdә İslam ailә modelini yaratmaq
ADAYIŞ RİSALӘSİ
22
üçün mömin kişilәrin vә qadınların evliliklәrindә bir sıra vacib
qayda vә qanunlar qoyduğunun hikmәti dә aydınlaşır.
Örnәyin ikinci hissәsini iman edәnlәr tәşkil edir: Fironun
qadını vә İmranın qızı Mәryәm. Xüsusilә Asyanın Fironun qadını
olduğu önә çıxardılaraq çevrәsini tapa bilmәmiş mömin qadına bir
prototip tәqdim olunur. Dünyәvi zövq vә cah–cәlalın sehrinә
düşmәdәn küfrә qarşı imanı mühafizә etmәyin dastan kimi bir
tarixini yazan Asya nümunә göstәrilir. Bu gün fironlaşmış kişilәrin
hökmü altında imanını qorumağa cәhd edәn mömin qadınlar üçün
bir müqavimәt vә güc qaynağı tәşkil edir bu örnәk. Quranın
mömin qadına göstәrdiyi ikinci misal isә Mәryәmdir.
Belәliklә, biz burada Mәryәmi vә digәr bir çox örnәk tipi
ortaya çıxaran ilk vaqiәni, yәni «adayış» vaqiәsini araşdıracağıq.
Asya vә Mәryәm fәrqli iki tәrәfin nümunәlәridir. Birincisi fәrdi
mücadilәnin prototipi vә daxili bucağı, ikincisi isә tәbii olaraq fәrdi
tәrәfi olmaqla bәrabәr daha çox kütlәvi mücadilәnin prototipi vә
xarici bucağıdır. Allah bu örnәklәri Quranda xatırladaraq,
insanlığın gәlәcәk tarixinә onların mücadilәlәrini bir ibrәt, bir
öyüd, bir misal olaraq vermişdir.
Belәliklә, biz dә ayәlәri әsas götürәrәk vә mötәbәr
qaynaqlardan faydalanmaq şәrti ilә Allahın, öyüd ala bilmәmiz
üçün seçdiyi – bizlәrlә vә toplumumuzla çox yaxından әlaqәsi
olduğuna inandığımız ilahi bir örnәyin tarixi çәrçivәsini çәkәcәyik.
Hәm dә vaqiәni günümüzә gәtirәrәk hәyatımıza vә İslami
hәrakatın gәlәcәyinә göstәrә bilәcәyi yardımına diqqәti
yönәldәcәyik.
Ancaq bunlara keçmәdәn öncә qissәnin bizә anlatdığı Quran
ayәlәrini daha yaxşı anlaya bilmәyimizә yardımçı ola bilmәsi üçün
bu ayәlәrin endiyi Mәdinә dönәminә vә enmәsinә sәbәb olaraq
göstәrilәn bәzi hadisәlәrә «sәbәbi-nüzul» çәrçivәsi içәrisindә
xüsusilә toxunaq.
ADAYIŞ RİSALӘSİ
23
ADAYIŞ QİSSӘSİNİN ENDİYİ MÜHİT
Ali-İmran surәsinin 1-32-ci ayәlәrini tәşkil edәn bölmәsi,
ayәlәrin mövzusundan da aydın olacağı kimi Bәdr savaşından
sonra enmişdir. İbn–Abbasdan nәql edilәn bir rәvayәt dә bu
bölümün Bәdrdәn sonra nazil olduğunu tәsdiqlәmәkdәdir.
Adayış qissәsinin başladığı 32-ci ayә vә mövzunu tәşkil edәn
ayәlәrin dә daxil olduğu 80-dәn çox ayә isә birinci bölümdәn illәr
sonra, yәni Hicrәtin 9-cu ilindә nazil olmuşdur. Nazil olma sәbәbi
olaraq isә Necrandan Mәdinәyә gәlәn böyük elçilәr heyәti
göstәrilmәkdәdir. Bu elçilәrin gәlişi hicrәtin 9 ilindә yaşanan әn
önәmli hadisә olmuşdur ki, sonralar hәmin il «elçilәr ili» (amul-
vufud) olaraq adlandırılacaqdır.
Necran, Әrәbistan yarımadasında Hicaz ilә Yәmәn arasında
bir bölgәdir. Buranın xalqı köç yolları üzәrindә mәskunlaşmışlar.
Hәzrәti İsanın tәbliğ etdiyi İslam bu bölgәyә yetişdiyindә bölgә
xalqı Yәhudi Zu Nüvasın zülm vә irqçi – teokratik idarәçiliyi
altında inlәmәkdә idi. Yahudi diktator bölgәyә fәdakar insanların
әli ilә gәtirilәn İsanın (ә) mesajına qorxunc bir dövlәt terroru ilә
qarşı çıxmağa çalışmış, insanları inancları üzündәn qazdırdığı
xәndәklәrdә diri-diri yandıracaq qәdәr azğınlaşmışdır. Quran bu
hadisәnin qısa da olsa, әsas hissәsini Buruc surәsindә bizә anladır.
Daha sonra Hz.İsanın saf vә tәmiz tәlimi digәr yerlәrdә olduğu
kimi burada da tәhrifә uğramış, tövhid әqidәsi itib yerini şirk
almışdır.
Mәdinә İslam Dövlәti doğulduğunda qısa tarixini yuxarıda
incәlәdiyimiz Necran Xristiyanları bölgәnin güclü dövlәtlәrindәn
birinә sahib idilәr. 73 yaşayış bölgәsindәn ibarәt olan Necran
konfederativ dövlәti, 120.000 nәfәrlik möhtәşәm bir orduya sahib
idi.
Mәdinә İslam Dövlәti yaradılandan sonra bölgәdәki siyasi
nüfuzunu genişlәndirib, daha sonra bunu da Mәkkәnin fәthiylә
güclәndirincә, yarımadadakı digәr bölgәlәrdә yerlәşәn dövlәtlәr
kimi Necranlılar da önündә kimsәnin durmağa cәsarәt etmәdiyi,
durmaq istәyәnlәrin dә tezliklә mәğlub edildiklәri bu yeni gücü
yaxından tanımaq, mümkünsә bir siyasi toxunulmamazlıq
anlaşması imzalamaq üçün Mәdinә İslam Dövlәtinә çox möhtәşәm
ADAYIŞ RİSALӘSİ
Dostları ilə paylaş: |