36
ADAYIŞ RİSALӘSİ
37
BİRİNCİ MӘRHӘLӘ:
İLAHİ SEÇİM VӘ «NAMİZӘD OLMAQ»
Sözügedәn ayәdә Uca Allahın seçib alәmlәrә üstün etdiyi dörd
isim var: 1. Adәm, 2. Nuh, 3. Ali – İbrahim, 4. Ali – İmran.
1. Hz. Adәm (ә): Hz. Adәmin insan cinsinin ilk tәmsilçisi
olması sәbәbiylә hәmcinslәri arasından seçimi müzakirә mövzusu
ola bilmәz. Mәlumdur ki, «seçim» edә bilmәk vә seçimin
aparılması üçün eyni cinsdәn birdәn artıq fәrdin olması vacib
şәrtdir. Hz. Adәm insanlığın ilk tәmsilçisi olduğuna görә onun
seçilmәsi dә hәmcinslәri arasından olmamışdır. Әslindә onun
seçilmәsi mәxluqat arasında edilәn bir tәrcihlә
19
hәyata
keçirilmişdir. Bu mәnada seçimin müxәtibi Adәmin şәxsindә
insanoğludur. O, bu seçimdә insanlıq tәmsilçisidir. Allah Adәmin
şәxsindә gerçәklәşdirdiyi bu seçimlә insanı bütün yaradılmışlar
arasından seçib «әmanәti» ona yüklәmiş, daha doğrusu insan
әmanәtә yüklәnmişdir. Vә Rәbbimiz, yalnız insanı özünün yer
üzündәki mümәssili
20
(xәlifәsi) etmişdir. (2/30)
Bu üstün vәzifә insanı, yaradılmışların әn şәrәfli mәqamına
ucaltmışdır. İnsan bu vәzifәyә göylәr, yerlәr, dağlar, dәnizlәr kimi
mükәllәf olmayan, mәlәklәr, cinlәr kimi mükәllәf olan varlıqların
arasından seçilib yüklәnmişdir.
O halda Adәmin seçimi sırf onun şәxsinә mәxsus olmayan
ümumi bir seçimdir vә bu seçimdә o, insanlığı tәmsil etmәkdәdir.
Nuh da, İbrahim, İmran ailәlәri dә vә onlardan başqa insan olmaq
keyfiyyәtini daşıyan hәr kәs bu seçimin müstәsnasız vә hazır
müxәtibidirlar.
2. Hz. Nuh (ә): İnsanlığın ikinci atası sayılan Hz.Nuh bu
keyfiyyәtiylә önә çıxarılmış, Hz.Adәmin qoyduğu vәhy mirasını
pozan vә öz sәadәtini әllәriylә tar–mar edәn insanlığın, Allahın
xәlifәliyini buraxıb öz cinslәrinә, daşlara, әşyaya, pula, mala qul
olmalarına, dәyәrlәrini bu qәdәr alçaltmalarına razı olmayan Allah,
19
Üstün seçilmә, üstun tutma
20
Tәmsil edәn, nümayәndә
ADAYIŞ RİSALӘSİ
38
insanlığı Nuhun әliylә doğru yola yönәldәrәk hәyatı fitrәt
cizgisindә yenidәn başlatmışdır.
Nuhun seçimi dә xüsusi seçimdәn daha çox özündәn sonrakı
bütün insanların fitrәt cizgisindә yenidәn seçilmәsi hesab olunur.
Bu ismin insanlığın ikinci atası sayılması sәbәbiylә sözügedәn
seçim, insanlığın bütün soylarına vә irqlәrinә şamil edilәn bir
seçimdir.
3. Ali–İbrahim: Allah tәrәfindәn ailәsinin ucaldıldığı Hz.
İbrahim, peyğәmbәrlәrin atası olaraq şöhrәt tapmışdır ki, hәqiqәtәn
dә Yaqub, Yusif, Musa, Harun (hәr birinin üzәrinә salam olsun)
qolundan Hz.İsaya qәdәr uzanan nәbilәr silsilәsi Hz.İshaq qoluyla
Hz.İbrahimә dayanır. Rәsulallahın soyu isә Hz.İsmayıl qolu ilә
Hz.İbrahimә dayanır. Allah Rәsulu bu sәbәblә Hz.İbrahimdәn
«atam» deyә söz etmişdir.
4. Ali–İmran: Masan oğlu İmran, zövcәsi Fakuz qızı Hannә,
övladları Mәryәm vә nәvә İsadan ibarәt olan bir ailәdir. Hannәnin
bәtnindәki yeganә ciyәrparәsini sırf Allahın yoluna nәzir etmәsinin
nәticәsi olaraq Allah bu ailәni seçmişdir.
Bütün bu mәlumatlardan sonra insanın ağlına bu sual gәlir. Bu
seçimin mәqsәdinin soy–kökә dayandığı iddia edilә bilәrmi?
Yuxarıdı ayrı-ayrılıqda incәlәdiyimiz dörd isim vә onların
seçimi haqqında verilәn mәlumatlar bu suala «qәtiyyәn yox» deyir.
Üstәlik belә bir iddiada olmaq, üstünlüyün yalnız «tәqvada»
olduğunun, soyun, kökün, irqin vә cinsin insana heç bir üstünlük
verilmәdiyini bәyan edәn gizli–açıq mesajlarla zәngin olan Qurana
iftira atmaqdır.
Seçim sәbәbinin soy-köklә heç bir әlaqәsi olmadığı ayәdәn dә
açıqca anlaşılır. Adәm vә Nuhla başlanan ayәdә әgәr soy–kök
nәcabәti nәzәrdә tutulursa bu nәcabәtin xaricindә insanlıq ailәsinә
mәnsub olan heç kәs kәnarda qala bilmәz. Çünki bu iki isim
insanlığın atalarıdır. Bu vәziyyәtdә yuxarıda söylәdiyimiz kimi
ilahi seçimә namizәd ola bilmәk şәrti bütün insanlıq üçün
keçәrlidir. Çünki hәr kәs Adәm övladıdır vә bu baxımdan insanlar
arasında fitrәt bәrabәrliyi vardır.
Bәs İbrahim vә İmran ailәlәrinin seçimlәrini necә açıqlaya
bilәrik?
Әgәr mәsәlәnin sәbәbinin soy–kökә dayandığını qәbul etsәk
ADAYIŞ RİSALӘSİ
39
sözügedәn ailәlәrin seçilmәsi onların nәslindәn gәlәnlәrin dә
seçilmiş olmalarını labüd edәrdi. Lakin mәsәlәnin belә olmadığını
yenә Qurandan öyrәnirik. İbrahim peyğәmbәrin nәslindәn gәlәnlәr
üçün etdiyi dua vә Allahın ona verdiyi cavab belәdir:
«Allah bir zaman İbrahimi bir neçә kәlmә ilә imtahan
etmiş, o, da onları yerinә yetirincә; Mәn sәni insanlara imam
tәyin edәcәyәm (dedi). (İbrahim): Nәslimdәn necә? (Rәbbi):
Zalımlar Mәnim әhdimә nail olmazlar. - buyurdu. (2/124)
Bәli, zalımlar bir peyğәmbәrin nәslindәn dә gәlsә vә o
peyğәmbәr onlar üçün dua edib duası qәbul olunsa da Allahın
әhdinә nail olmazlar.
Mövzumuzu әhatә edәn ayәdә göstәrilәn isimlәrin seçilmә-
sindә xәstә tәfәkkür özünә qazanc götürmәsin deyә, Rәbbimiz
seçdiklәrini әn yaxınları ilә sınamışdır. Adәm, Nuh vә İbrahim
peyğәmbәrlәrdәn bizә misal çәkәn Rәbbimiz Hz.Adәmi oğlu
Qabillә, Hz.Nuhu zövcәsiylә, Hz.İbrahimi atası Azәrlә sınamışdı.
Birincisi peyğәmbәr oğlu, ikincisi peyğәmbәr zövcәsi, üçüncüsü
peyğәmbәr atası olmasına baxmayaraq küfürlәri içindә hәlak
olmuşlar. Atanın, әrin vә övladın peyğәmbәr olması onları xilas
edә bilmәmişdi.
Bu incә mәqam Quranın bu mövzudakı mesajının әn açıq vә
aydın görüntüsüdür.
Bu halda ilahi seçimin sәbәbini soy–kökdә deyil, bәzi
müfәssirlәrin dә qeyd etdiyi kimi yalnız imanda axtarmaq lazımdır.
Başqa bir deyilişlә «bel oğulluğunda» deyil, «yol oğulluğunda»
axtarmaq lazımdır. Bu anlamda bütün inkar edәnlәr bir–birlәrinin
soyundan, bütün inananlar da bir–birlәrinin soyundandır. Bu soy
әlbәttә ki, bel soyu deyil yol/din soyudur.
Yeri gәlmişkәn bir nöqtәyә diqqәt çәkmәkdә fayda var.
Adayış prosesini anladan bir qissәnin başlanğıcı olan bu ayәdәki
dörd ismin dә qәribә bir bәnzәrliyi var: Onların dördü dә övladla
sınanmışlar. İlk ikisi öz övladları olan Qabil vә Kәnanı әbәdi
itirmәyin ağır acısını çәkmiş, son ikisi olan İbrahim vә İmran isә
bu imtahanı müsbәt bir biçimdә, ahıl yaşlarında sahib olduqları
yeganә övladları İsmayıl vә Mәryәmi Allaha bağışlayaraq
qurban
vermişlәrdir. Bu sәbәblә Adәm vә Nuh fәrd olaraq xatırlandığı
halda, son ikisi – İbrahim vә İmran ailә olaraq anılmışlar.
ADAYIŞ RİSALӘSİ
40
33-cü ayәnin ardndan gәlәn ayә isә bu mövzuda
söylәnilәcәklәrin demәk olar ki, bir xülasәsi şәklindәdir.
«(Bu isimlәr әqidә vә etnik) biri digәrindәn törәmiş bir
nәsildirlәr. Allah eşidәndir, bilәndir!»
Bәli, ayәdә bildirilsә dә bildirilmәsә dә öz dövrünün vә
çağının insanları arasından Allahın seçdiyi seçilmәyә layiq olmuş
bütün möminlәr bir–birlәrindәndir. Soy olaraq olmasa belә, inam
olaraq, hәdәf olaraq, niyyәt olaraq, hәrakat olaraq eyni әqidәnin
mәnsubu, eyni hәrakatın üzvüdürlәr. Adlarının, yaşadıqları zaman
vә mәkanın, irqlәrinin, rәnglәrinin müxtәlifliyi bu gerçәyi
dәyişdirmәz.
Bu hәqiqәt әqidә baxımından keçәrli olduğu kimi antropolojik
baxımından da keçәrlidir. Hәqiqәtәn dә Nuh Adәmin, İbrahim
Nuhun, Harun İbrahimin, İmran Harunun, İsa İmranın, bir başqa
qoldan
İsmayıl
İbrahimin,
Hz.Muhәmmәd
İsmayılın
zürriyyәtindәndir. Ayәdә keçәn «zürriyyәtdәn» kәlmәsinin lüğәti
mәnası söylәdiklәrimizә aydınlıq gәtirir. Bildiyiniz kimi «atom»
mәnasını da verәn «zәrrә» eyni kökdәndir. Yәni insanlıq soy
olaraq atomlardan tәşkil olunmuş bir cisim olduğu kimi әqidә
baxımından da möminlәr atomlardan tәşkil olunmuş tәk bir cisim
kimidirlәr.
Ayәdәki «bәzisi-bәzilәrindәndir» kәlmәsinin әqidәvi mәnada
da keçәrli olduğunu, eyni tәrzdә deyilmiş başqa ayәlәrdәn dә
anlayırıq. Quran mömünlәr üçün «Mömin kişilәr vә mömin
qadınlar bәzisi–bәzisinin vәlisidir» (9/71) yәhudilәr vә xristianlar
üçünsә «Onlar bәzisi–bәzisinin dostudur» (5/51) deyә bildirir.
Eyni şey münafiqlәr üçün dә keçir: «Münafiq kişilәr vә münafiq
qadınlar bәzisi–bәzisindәndir» (9/67)
Tabiun alimlәrindәn Katadenin bu ayәnin tәfsirindә söylәdiyi
kimi әmәldә, ixlasda, niyyәttә, etiqadda vә düşüncә tәrzindә
mütlәq bunlar bir–birlәrindәndir.
Necә imanın mәntiqi birdirsә, inkarın vә nifaqın da mәntiqi
birdir. Bunlar zamanların vә mәkanların dәyişmәsiylә dәyişmәzlәr.
İmranın Zövcәsi onun kimi eyni mәqsәd vә niyyәtlә hәrәkәt
edәnlәr üçün bir nümunәdir. İnsanlıq var olduğu müddәtdә bu yolu
davam etdirәn igid İslam anaları var olacaq.
İmranın Qadının sinfindәn olmaq Quranın nümunә göstәrdiyi
ADAYIŞ RİSALӘSİ
41
bu qadının hәrәkәtinә eyni qayә, eyni niyyәt vә eyni usulla
sarılmaqla mümkündür. Sünnәtullah baxımından әlbәttә ki, eyni
sәbәblәr eyni nәticәni doğuracaq. Fәsada uğramış toplumun yıxılan
dirәyini basdıracaq әrlәrin yetişmәsi üçün adayış prosesini
başlatmaq vә bunun üçün dә «adayan» olmaq, ilahi seçimә
namizәd hazırlamaq mәnasını daşıyacaq.
Namizәdlәr әlbәttә ki,
Kitabın varislәri arasından seçilәcәkdir. Bunu Quran, belә deyir:
«Sonra Kitabı bәndәlәrimizdәn seçdiklәrimizә miras
verdik. Onlardan kimisi özünә zülm edәr, kimisi mötәdil olar,
kimisi dә Allahın izni ilә yaxşı işlәrdә irәli keçәr. Bu böyük
lütüfdür!» (35/32)
Bu ayәdә bildirilәn «seçdiklәrimizә» kәlmәsi ilә Ali–İmran
surәsinin 33–cü ayәsindә keçәn «seçdiyi» kәlmәsi eyni kökdәndir.
Yalnız bu ayәdәki seçim Ali–İmran 33-dә bildirildiyi kimi fәrd vә
ya ailә, yaxud da toxum kadr seçimi deyil, Kitaba varis olacaq
«ümmәt» seçimidir. Kitab (Quran) seçilәn bu ümmәtә әmanәt
edilmişdir. Eynilә daha әvvәl İsrail övladında olduğu kimi: «Ey
İsrail övladı! Sizә verdiyim nemәtimi vә sizi alәmlәr üzәrindә
üstün etdiyimi xatırlayın» (2/122)
Fәqәt İsrail oğulları bu seçimin haqqını vermәmiş, әksinә ilahi
әmanәtә xәyanәt etmiş, onun hökmünü ortadan qaldırmış, bunun
nәticәsi olaraq bu әmanәt onların әlindәn alınaraq başqalarına
(Müsәlmanlara) verilmişdir. Bundan sonra bu әmanәt Müsәlmanlar
arasından ona layiq olan toplumlara verilәrәk, Qiyamәtә qәdәr
әldәn–әlә ötürülәcәkdir.
Yәni bu seçim o gün olduğu kimi bu gün vә bundan sonra da,
seçilmә haqqına sahib olub namizәdlik şәrtlәrini daşıyanların, daha
әvvәl seçilmiş olaraq әhdlәrini pozanların yerinә gәtirilmәsiylә
davam edәcәkdir:
«Әgәr istәsә, sizi yox edib yerinizә başqa bir toplum
gәtirәr. Bu Allah üçün heç dә çәtin deyildir!» (14/19-20)
Әgәr seçilmişlәr әqidә baxımından, dәvәt, cihad vә әmri-bil-
mәruf, nehyi anil - münkәr baxımından cırlaşmayıb әqidәvi vә
әmәli zürriyyәtlәrini davam etdirә bilirlәrsә, seçilmiş olma haqqını
әllәrindә saxlaya bilәcәklәr. Adayış prosesindәki ana, övlad, nәvә
üçlüyünü tәşkil edәn Hannә, Mәryәm, İsa (müjdә) da olduğu kimi,
nәticә müjdә demәyә gәlir.
ADAYIŞ RİSALӘSİ
42
Adayış prosesinә gәtirdiyimiz izahda istifadә etdiyimiz
ümumilәşdirilmiş üsluba 33-cü ayәdә bildirilәn «alәmlәr
içәrisindәn seçdik» cümlәsi sәrhәd qoya bilmәz. Әksinә bu
cümlәnin mәqsәdi doğru anlaşıldığında adayış prosesinin bütün
dövrlәr üçün keçәrli olduğu nәticәsi çıxar. Yuxarıdakı cümlәdә
keçәn «alәmlәr» sözünә bәzilәri «öz çağı» qeydini әlavә etmişlәr.
Kurtubi vә Razi bunlardandır. Bu ismlәr, Quranın bütün
zamanların әn üstün «nәzir verәni»ni vә әn üstün «nәziri»ni seçdiyi
simvolik isimlәrdir. Şübhә yox ki, bu isimlәrdәn daha әvvәl vә
daha sonra da öz dövrünün alәmlәrinә üstün edilәnlәr olmuşdur.
Mәsәlәn, bu ayәdә istifadә olunan formanın eynisi istifadә edilәrәk
başqa nәbilәrin dә alәmlәrә üstün edildiyi bәyan edilir.
«İsmayı, әl-Yәsa, Yunus vә Luta da (yol göstәrdik). Hәr
birini alәmlәrdәn üstün tutduq» (6/86)
Bu dәlillәrdәn dә aydın olduğu kimi bu isimlәr hәr biri öz
dövrlәrinin namizәdlәri arasından seçilmәyә layiq olmuş
öndәrlәrdir. Risalәt vәzifәlәrini toplumları içәrisindә yerinә
yetirmişlәr. Bütün zamanların insanlarına da örnәk göstәrilәrәk
inananlara onlar kimi olmaları nәsihәt edilmiş, onların yolunu
davam etdirәnlәrә onların nәzir verdiyi kimi nәzir vermәlәri
tövsiyyә olunmuşdur.
Onlardan sonra da öz toplumu içәrisindә vәhy mirasına sahib
çıxanlar arasından seçimlәr edilәcәkdir. Allahın qulları arasından
seçdiklәrinә miras buraxdığı әbәdi risalәtin ötürülmәsi
mәsuliyyәtini verdiyi ümmәt ayәdә dә bildirildiyi kimi (35/32) üç
kateqoriyada dәyәrlәndirilә bilәr:
1. «Onlardan bәzisi nәfsinә zülm edәr». Çünki mәsuliyyәtinә
xәyanәt etmiş, Allahın miras verdiyi Kitabı qoruma vә hәyata
hakim etmәk vәzifәlәrini icra etmәmişlәr. Bu insanlar
sözügedәn xәyanәtlәrinә rәğmәn özlәrini o Kitaba (Qurana)
mәnsub olanlar arasında hesab etmәk kimi saxtakarlıq
etmişlәr. Allah Kitabına mirasçı olaraq seçdiyi toplumun
nümayәndәsi olan bu insan әxlaqsızcasına mirası
mәnimsәmәk şәklindә davranaraq İlahi әmanәtә xәyanәt etdiyi
üçün nәfsinә zülm etmişdir.
2. «Kimi dә orta yoldan gedәndir.» Öndәr deyil. Nә Hannә kimi
nәzir verәn, nә Mәryәm kimi nәzir olunan, nә dә İsa kimi
ADAYIŞ RİSALӘSİ
43
müjdә olandır. Qurban verә bilәn vә qurban olanlara tabe
olmağa, xidmәtçi olmağa çalışır. Mirasa vә İlahi seçimә
xәyanәt etmәz. Bәlkә qaçmağa gücü yoxdur, lakin birincilәr
kimi yolun üzәrinә oturaraq keçәnlәrә dә mane olmaz.
3. «Kimisi dә Allahın izni ilә xeyirlәrdә önә keçәndir. Bax
böyük fәzilәt budur». (Fatır, 32) Bu insanlar başdan bәri
söhbәt etdiyimiz әbәdi risalәtә mirasçı olanlar arasından
sıyrılıb İlahi seçimә namizәdliyә namizәdi olanlardır. Bunlar
Quranın «Aranızda olsun» dediyi fәdakar vә vәfakar
zümrәdәndir. Allah dünyanın varislәrini onların arasından
seçәr.
«Biz isә istәyirdik ki, o yerdә zәif düşüb әzilәnlәrә
mәrhәmәt göstәrәk, onları öndә gedәn (risalәtә vә yerüzünә)
varislәr edәk» (28/5)
Mövzumuza başlayarkәn «İlahi seçimin mәqsәdi nәdir?»
sualına cavab vermә zamanı gәldi. Bu cavabı biz deyil, yenә Quran
versin:
«İmranın Zövcәsinin «Ey Rәbbim, bәtnimdәkini Sәnә
tamamilә azad biri olaraq nәzir edirәm. Bu nәziri mәndәn qәbul et!
Әlbәttә, Sәn eşidәnsәn, bilәnsәn!» dediyi zaman….»
İmranın Zövcәsi yeganә ciyәrparәsini gözünü qırpmadan
Rәbbinә qurban dediyi zaman… Bax elә o andan etibarәn
fövqәladә bir dövrün başlanması üçün start verilmiş, qonq
vurulmuş, geriyә saymaq prosesi başlanmışdır.
Zaman özünü unutmuş,
Mәlәklәr nәfәslәrini tutmuş.
Göylәrin qәlәmi bu sözlәri әlçatmaz dәftәrinә ana xәbәr olaraq
qeyd etmiş vә yeni, lap yeni bir tarix yazılmağa başlanmışdı -
keçmişin vә gәlәcәyin Sahibi tәrәfindәn.
Bәli, «....dediyi zaman»...
Bir cavaba ehtiyac duyan bu zaman zәrfinin arxasından
mütlәq cavabı gәlmәli. Yәni, «bәs nә olmuş İmranın Zövcәsi belә
dediyi zaman?» sualının cavabı...
Belәliklә, bu sualın cavabını 33-cü ayәyә әvvәlә qayıdaraq
tapırıq:
«Allah, İmranın ailәsini seçib alәmlәrә üstün etdi».
ADAYIŞ RİSALӘSİ
44
(Zәccac)
Bәli, üsuluna uyğun edilmiş bir adayış dünyanın qәdәrini
dәyişdirәcәk bir sıra hadisәnin dә ilk sәbәbi olurdu.
Hәlә heç doğulmamış ciyәrparasını nәzir deyәn Hannә nә
bilәcәkdir ki, bu qurbanıyla bir tarixi tәrs çevirib yeni bir tarix
yazdığını?
Nә bilәcәkdir dövr açıb, dövr bağladığını?
Nә bilәcәkdir qurbanı Mәryәmin insanlığı mat-mәәttәl edәcәk
bir möcüzәnin müxәtibi olacağını?
Nә bilәcәkdir bu hәrәkәtin İsa kimi bir «müjdәnin» gәliş
prosesini başlatdığını?
Vә nә bilәcәkdir duasıyla başlanan bu prosesdә Yәhya kimi
bir nәbinin göndәrilib sonunda Allahın nazil etdiyi ilә hökm etdiyi
vә bu hökmdәn vaz keçmәdiyi üçün qoç kimi boğazlanacağını?
O bunları bilmirdi. Yaşadığı müddәtdә dә bilmәdi, bilmәzdi
dә… Bunların heç birini görmәdәn nәzirini bütün şeytanların
şәrindәn nәzir dediyi Böyük Qapıya ismarlamış, nәzirinin qәbul
edilib edilmәdiyi qayğısıyla çox keçmәdәn bu dünyadan köçüb
getmişdi.
O bilmәdi bunları. Zatan o bu әmәli ağlla ilә deyil eşqlә,
mәntiqlә deyil, qәlblә etmişdi. Bu qәdәr şeyi bilsәydi ağlı eşqinә,
mәntiqi qәlbinә qalib gәlәrdi. Elә olsaydı qurban vermәzdi, bәlkә
dә qurban verә bilmәzdi. Bәlkә deyil, qәtiyyәn qurban vermәzdi.
Çünki onun qurbanı malından vә vücudundan deyil, canından bir
parça idi.
Әlbәttә, İlahi seçimin sәbәbi bu idi. Çox açıq vә aydın:
«İmranın Zövcәsinin «Ey Rәbbim, bәtnimdәkini Sәnә tamamilә
azad biri olaraq nәzir edirәm. Bu nәziri mәndәn qәbul et! Әlbәttә,
Sәn eşidәnsәn, bilәnsәn!» dediyi zaman….» «Allah (…) İmranın
ailәsini seçib alәmlәrә üstün etdi».
Tәqdirindә boşluğa vә tәsadüfә yer olmayan Allahın
dәyişmәyәn sünnәtiydi bu.
İlahi seçimlәrin göstәrişi idi bu.
Allahın seçimindә diqqәtә aldığı ünsürlәrdәn әn tәsirli
nümunәsi idi bu.
Böyük dәyişikliklәrin böyük lütüflәrlә, böyük lütüflәrin böyük
fәdakarlıqlarla gәlәcәyinin işarәsidir bu.
ADAYIŞ RİSALӘSİ
45
Övladlarını Allahın qapısına deyil, saxta qapılara, müasir
ilahlara, dünyaya, mәqama, pula, qadına, ağa vә sarıya qurban
verәn bir toplum nә üçün vә necә qurtulsun?
Әlbәttә, belә bir toplumda öndәrliyin ölçüsü elm, iman, әmәl,
ixlas vә fәdakarlıq deyil, lağlağılıq, hoqqabazlıq, şarlatanlıq,
şöhrәt, rütbә kimi saxta ölçülәr vә saxtalaşmış qәlp dәyәrlәr
olacaqdır.
İslami öndәrliyә namizәd olacaq fidanlar qurumuşsa, saxta
fidanların cәzb edici, rәngli plastik meyvәlәrinә cani – dildәn
sarılanlar demәli ki, aldanmağa layiq olmuşlar. Hәlә üstәlik özünü
övladlarına, övladlarını isә üç günlük keçici dünya mәnfәәtinә
qurban verib, Allaha da tәqaüdә çıxdıqdan sonra ibadәt
edәcәklәrini söz verәnlәrin «şüurlu mömin» sayıldıqları toplum-
larda….
ADAYIŞ RİSALӘSİ
46
İKİNCİ MӘRHӘLӘ:
AZAD OLARAQ ADAMAQ
Niyә «İmranın Zövcәsi»?
«İmranın Zövcәsinin «Ey Rәbbim, bәtnimdәkini tamamilә
azad biri olaraq yalnız Sәnә nәzir etdim. Mәndәn qәbul et!
Әlbәttә, Sәn eşidәnsәn, bilәnsәn!» dediyi zaman….»
Bu ayә adayışın (nәzir vermәnin) timsalı İmranın Zövcәsi
Hannәnin dilindәn verilmişdir.
Quran әsas üslubuna sadiq qalaraq bu mövzuda da açıqlama
vermәdәn sadәcә «İmranın Zövcәsi» demәklә kifayәtlәnir.
Bu qadının adı nәdir? Quran bunu bildirmir. Eyniylә bu
ibrәtamiz hadisәnin harda, nә zaman yaşandığını bildirmәdiyi kimi
digәr bir sıra xırdalıqları da açıqlamır.
Niyә açıqlamır?
Sәbәbi bәlli. Üslubullah. Allahın üslubu açıq vә aydın.
Gәrәksiz xırdalıqlardan vә diqqәti dağıda bilәn şeylәrdәn qaçınılır.
Bәlkә dә Quranı bir tarix kitabı kimi oxumaq istәyәnlәrә fürsәt
vermәmәk üçündür. Tәbii ki, bütün tarixlәrin şirәsi Qurandadır. Bu
bir hәqiqәtdir. Bәzәn zaman, mәkan vә ad bildirmәdәn hadisәlәri
anladır. Bildirdiyi zaman da üslubuna sadiq qalaraq «firon» deyәr,
«nemrud» deyәr, «tağut» deyәr. Halbuki, nә firon, nә dә nemrud
xüsusi isimlәr deyil. Bu adamların adları var: Vәlid ibn Reyyan,
Ramses, Kevş vә s. bu kimi.
Quran nәdәn belә edir? Әlbәttә, zamanlar, mәkanlar vә
hadisәlәrüstü mesajını müәyyәn tarixlәrlә, müәyyәn mәkanlarla,
müәyyәn adlarla çәrçivәlәndirmәmәk üçün. Ya da bәzilәri
bunlardan çıxış edәrәk ayәlәri tarixә hәbs etmәsinlәr deyә.
ADAYIŞ RİSALӘSİ
47
Nemrud vә firon adları ümumi adlardır. Farslarda şah,
Әrәblәrdә mәlik, Türklәrdә xan vә xaqan, Avropada kral nә mәna
daşıyırsa bu da elә. Yәni Quran onların adını, tarixini, yerini
bildirmәmәklә bu tiplәri ümumilәşdirmişdir. «Nemrud» deyincә
adı Kevş ibn Kәnan olan, «Firon» deyilincә adı Vәlib ibn Reyyan
ya da Ramses vә s. olan iqtidar sahiblәri ağla gәlmәsin. İnsanlar
adlarının nә olmasından asılı olmayaraq öz zamanlarında vә
çevrәlәrindә bu tiplәrlә әxlaq, davranış vә inam baxımından oxşar
tiplәr görsәlәr onları asanca tanıyıb seçә bilsinlәr deyә.
Daha açığı hәr zamanın, hәr dövrün, hәr bölgәnin özünә-
mәxsus nemrudu vә ya nemrudları ola bilәcәyi mәlum olsun deyә.
Vә tәbii onlara qarşı Musalar vә İbrahimlәr dә olacaq.
Bu sәbәbdәn dә Quranın anlatdığı müsbәt vә mәnfi tiplәr
cahanşümul tiplәrdir. Әbu Bәkrin, Әlinin, Ömәrin, Osmanın,
Aişәnin, Xәdicәnin (Allah hәr birindәn razı olsun) adlarını
Quranda tapa bilmәzsiniz. Әbu Cәhlin, Ümeyyәnin, Abdulla ibn
Ubeyyin adlarını tapmadığınız kimi. İstisnalar da var:
Sәhabәlәrdәn yalnız Zeyd vә müşriklәrdәn yalnız Rәsulun әmisi
Әbu Lәhәb. Onlar hәqiqәtәn müstәsnadır vә adlarının Quranda
verilmәsi bir hikmәtә tabedir.
Quran çox nadir hallarda xırdalıqlara da toxunur. Tәqdim
etdiyi xırdalıqların da insanlar üçün bir fitnә sәbәbi edildiyini dә
söylәyir. Mәsәlәn Әshabı-Kәhfin sayı vә Müddәssir surәsindә
keçәn «on doqquz» rәqәmi kimi. Birincisi keçmiş zamanların
fitnәsi idi, ikincisi dövrümüzün fitnәsi. Allahın dininә vә Kitabına
deyil, «19»a iman edәnlәr bu fitnәnin tәlәsinә düşmüşlәr.
Quran bu üslubundan insanların diqqәtini dağıtmamaq üçün
dә istifadә edir. Problem kimin etdiyindәn çox nә etdiyinә diqqәti
çәkmәkdir. Yaxşıdırsa hәr kәs üçündür. Quran tәdqiqat obyekti
kimi üzәrindә araşdırılma aparmaq, ixtisas artırmaq, dissertasiya
yazmaq, akademik karyera qazanmaq üçün deyil, iman vә әmәl
edilәcәk bir hәyat kitabıdır. Quran bu üslubu bu sәbәbdәn
seçmişdir. Buna görә dә sәlәf «alim» deyilincә, Quranı oxuyub,
anlayıb, yaşayıb, yaşadanı anlamışlar.
Qәrbdә mülhәm
21
pozitivizm
22
elm anlayışında alim
21
İlhama gәlmiş, ilhamlanmış
ADAYIŞ RİSALӘSİ
Dostları ilə paylaş: |