81
Cәnnәtdәn gәlirdi, ana südü heç әmmәdi, yanında yayda qış
meyvәlәri, qışda yay meyvәlәri olurdu» deyir. Tabiin alimlәri vә
ilk müfәssirlәrin demәk olar ki, hamısı buna bәnzәr şeylәr
söylәyirlәr. Mәraği kimi bәzi tәfsirçilәr isә bu növ fәrziyyәlәri rәdd
edәrәk, onların Cәnnәt tәamları olmadığını, möcüzәvi bir haldan
da söhbәt getmәdiyini, bildiyimiz normal yemәklәr olduğunu vә
normal yolla gәldiyini, lakin qıtlıq günü gәtirildiyi üçün
Hz.Zәkәriyyanın tәәccübünü gizlәyә bilmәdiyini deyirlәr.
Әslindә bu ruzinin nә olduğu vә haradan gәldiyi bizim
nәzәrimizcә, o qәdәr dә önәmli deyil. Quran bu qissә ilә vermәk
istәdiyi mesajda bunların nә olduğunu bildirmәk istәsәydi,
şübhәsiz ki, Rәbbimiz bu qissәni xırdalıqları ilә zikr etdiyi kimi, bu
ruzinin qaynağının vә cinsinin dә nә olduğunu açıqlayardı. Burada
bunu bilmәk lazımdır: Dünyaya atasız uşaq gәtirmәk kimi
müstәsna bir möcüzәnin müxәtibi olacaq Mәryәmә Allahın öz
dәrgahından bu növ ruzilәr göndәrmәsi, hәqiqәtәn dә heç dә
anormal qarşılanacaq hal deyil.
Bir şey gerçәkdir: o, da elә bir fövqәladә hadisәnin varlığıdır
ki, onu kimsә inkar edә bilmәz.
Mәlümdur ki, ruzi «alınan» deyil, «verilәn» bir şeydir. Sonra
da bu ruzi normal bir zamanda, normal bir cinsdәn, ya da normal
bir yerdәn deyildi. Hz.Zәkәriyyanın heyrәtini başqa cür açıqlamaq
mümkün deyil. Ortada heyrәt edilәcәk bir hal var, çünki kimsә
normal, adi bir şeyә heyrәt etmәz.
Burada öyrәnilmәli olan dәrs budur: «Allah hәyatını Ona
qurban vermiş insanlara, güclәri bitib darda qaldıqlarında bu vә ya
digәr bir yolla, mütlәq yardım edәcәkdir»
Bu hәqiqәt İslami hәrәkat var olduğu müddәtdә var olacaq, ilk
insandan son insana qәdәr Allah, Onun yolunun yolçularına
hәdәflәri, niyyәtlәri vә üsulları doğru olduğu müddәt әrzindә
yardım edәcәkdir. Bunun nümunәlәrinә qövmünә qarşı Nuha, yenә
azğın qövmә qarşı Luta vә Salehә, nemruda qarşı İbrahimә, firona
qarşı Musaya, Diocletienә qarşı Әshabi-Kәhfә, müşriklәrә qarşı
Rәsulallah (Allahın salamı hәr birinin üzәrinә olsun) vә әshabına
edilәn yardımlarda rast gәlinir.
Bu isimlәrin hәr biri sadәcә bir nümunәdirlәr. Allah Tәala
Quranında bu nümunәlәri vermәklә, onların yollarını davam
ADAYIŞ RİSALӘSİ
82
etdirәcәk möminlәrә firon, nemrud, Nuh qövmü, Lut qövmü kimi
azğın fәrd vә toplumların yollarını gedәnlәrә qarşı hәr zaman vә
hәr şәraitdә yardım edәcәyini işarә vә tәlqin edir. Ancaq bu
yardıma layiq ola bilmәk bәzi şәrtlәrә bağlıdır ki, bu şәrtlәri
sözügedәn yardımı alanların timsalında Quran nümunәlәrindә
açıq–aydın görürürk.
Belәliklә, Mәryәm dә bu İlahi yardıma imanı, әmәli, sәbri vә
dözümü nәticәsindә layiq olmuş salehә bir quldur vә o, inanmışdır
ki:
«Allah dilәdiyinә hesabsız ruzi verәr»
Allahın dilәdiyinә verdiyi bu «ruzi»nin sadәcә yeyәcәk vә
geyәcәklәrdәn ibarәt olduğunu düşünmәk doğru olmazdı. Bu ruzi
son peyğәmbәrә qәdәr bәzilәrinә nübuvvәt biçimindә verildiyi
kimi, onlardan sonra da bәzilәrinә elm, bәzilәrinә hikmәt,
bәzilәrinә sәrvәt, bәzilәrinә dövlәt, bәzilәrinә qüvvәt, bәzilәrinә
sәbr vә dözüm, bәzilәrinә şücaәt vә izzәt olaraq verilmişdir. Nadir
hallarda olsa da layiq olmuş vә şәrtlәrә әmәl etmişlәrsә, bәzilәrinә
dә bütün bunlar hamısı birlikdә verilmişdir.
Bütün bunlar Allahın yolunda çalışanlara, nәzir verәnlәrә vә
nәzir verilәnlәrә verdiyi borcdur. Ürәk tәri, ağıl tәri vә alın tәri
tökәrәk, başqa sözlә desәk qan, göz yaşı vә tәr axıdaraq onu
qazananlar bu «açıq hesabdan» hesabsız ruzilәndirilirlәr.
Mәryәmә verilәn, lәzzәti bir anlıq olan yeyәcәk vә içәcәklәrә
heyrәt edәnlәr, әslindә ona verilәn hidayәtә, ixlasa, hikmәtә,
xilqәtә, әzmә, dözümә, qabiliyyәtә, zәkaya vә övlada heyrәt
etmәlidirlәr. Çünki, bu lütflәr nә yeyәcәyә, nә içәcәyә bәnzәmәz.
Uzun ömürlü vә daha dәyәrlidirlәr.
Mәyrәm qadın halı ilә dağlardan ağır sınaqlarla imtahan
olunmuş, atasız bir uşaq sahibi edilmiş, dövrünün әn namuslu vә
iffәtli bu qadını yaşadığı cәmiyyәtin içindә zәmanәsinin әn alçaq
iftiralarına mәruz qalmışdır. Bu dәhşәtli imtahana vә cәmiyyәtin
ittihamlarına qarşı dayanmaq, sәbr etmәk, mücadilә etmәk daha az
heyrәt edilәcәk, daha bәsit, daha dәyәrsiz bir şeydirmi ki, İslam
әnәnәvi elmi yüz illәrdir praktik heç bir faydası olmayan «ruzi»nin
mahiyyәti vә necәliyi barәdә mübahisәlәrlә mәşğul olaraq әsl
diqqәt çәkilmәli mәqamı unutmuşdurlar.
Әlbәttә, «Allah dilәdiyinә hesabsız ruzi verәr», eynәn iman,
ADAYIŞ RİSALӘSİ
83
elm, hikmәt, irfan, sәbr verdiyi kimi.
Mәryәmә verilәn bu ruzi әslindә yenә İlahi ssenarinin davamı
olan başqa bir prosesi başladacaqdır. Bu proses Zәkәriyya ailәsinin
xidmәtlәrinin Yәhya kimi bir «qurban»la mükafatlandırılması
silsilәsidir.
Bağbana mükafat
«Orada o anda Zәkәriyya Rәbbinә dua etdi: «Rәbbim,
mәnә dәrgahından tәmiz bir nәsil ver. Әlbәttә. Sәn duaları
eşidәnsәn!»
Hz. Zәkәriyya vәzifәsini icra edәrәk, bağban seçildiyi çiçәyi
sahibinә qaytarmağın sevincini yaşayırdı.
Mәryәmin ehtiyaclarını ödәmәk vәzifәsi әmisi oğlu Yusifin
üzәrindә idi. Bu o demәk deyil ki, yaşlanmış Zәkәriyya artıq
Mәryәmi qorumurdu. Әksinә o, hәr fürsәtdә әllәrindә böyütdüyü
vә övladı yerinә qoyduğu bu müqәddәs yadigarı mәqamında
ziyarәt edәrәk halını-әhvalını soruşur, ehtiyaclarının qarşılanıb,
qarşılanmadığına nәzarәt edirdi. Әslindә Mәryәmә bildirmәsә dә,
ondan yana böyük bir qayğı çәkirdi. Bu qıtlıq illәrindә Yusif
vәzifәsini icra edә bilәcәkdirmi? İndi bu vәzifәni icra etsә belә,
Zәkәriyya dünyasını dәyişәndәn sonra nә olacaq?
Bu qayğılarla Mәryәmә tez–tez baş çәkmәyә başlamış vә onu
heyrәtә salan bir mәnzәrә ilә qarşılaşmışdı:
«...Zәkәriyya hәr dәfә Mәryәm İbadәt etdiyi mehraba
girdikdә onun yanında ruzi olduğunu görәrdi. «Ya Mәryәm
bunlar sәnin üçün hardandır? – deyә soruşardı…»
Qulu ilә Rәbbi arasındakı sәmimiyyәtin göstәricisi olan bu
yardım Mәryәmin Allah dәrgahındakı dәyәrinin bir nişanәsi idi.
Bu halı görәn Hz.Zәkәriyyanın qәlbindә fırtınalar qopmuş,
beynindә suallar şimşәk kimi durmadan çaxmışdı. Әvәllәr hiss
etmәdiyi duyğular bu hadisәnin yaratdığı dәlikdәn qәlbinә
dolmağa başlamışdı.
Hәqiqәtәn bu anda Mәryәm kimi saleh bir övlada sahib
olmağı necә dә çox istәyirdi. Ona hәmişә qiptә etmiş, onunla qürur
duymuşdu. Mәyrәmә olan ilahi yardıma şahid olduqdan sonra bu
qiptә bir istәk vә arzuya çevrilmişdi. İndi övlad yoxluğunun acısını
ADAYIŞ RİSALӘSİ
84
ilk dәfә belә kәskin bir şәkildә hiss edirdi.
Bu hiss onda yeni deyildi. Mәryәmә himayәdarlıq etmәyә
başlayandan bu hisslәri yaşayırdı. Övladının ola bilmәsi arzusunun
hәyata keçmәsi zahirәn imkansız idi. Çünki, bu iş üçün artıq
yaşlanmış, hәlә üstәlik dә zövcәsi dә qısır idi... Sözügedәn
hәsrәtini Mәryәmlә ovundurmağa çalışmış, bütün diqqәtini onun
üzәrindә cәm edәrәk arzusunu tәskin etmişdir. Hәyatın mövcud
qadağaları Zәkәriyya ailәsinin bu arzusunun önündә aşılmaz bir
dağ kimi dayanmışdı.
Sönmәz bir hәsrәti Mәryәmlә ovundurduğu belә bir zamanda
birdәn birә Zәkәriyyanın önündә bir üfüq açılır vә içindәki artıq
külә dönmüş bu qәdim arzunun küllәri birdәn-birә közәrib ürәyini
alovlandırır.
Allahın Mәryәmә fövqәladә münasibәti idi onun bu arzusunu
alovlandıran. Mәryәimi bu qıtlıq, quraqlıq dövründә belә
ruzilәndirәn qapı, onun övlad sahibi olacağı yolları nәdәn açmasın
ki? Nәdәn bu uşağın doğula bilmәsi üçün onun vә zövcәsinin
qarşısındakı әngәllәr aradan götürülmәsin?
«Elә orada, o anda» (hünalikә) deyir Quran. Mәryәmә
verilәn nemәtlәri görәr–görmәz, orada vә o anda Zәkәriyya әllәrini
açdı:
«Orada, o anda Zәkәriyya Rәbbinә duaya başladı:
Rәbbim mәnә dәrgahından tәmiz bir nәsil ver. Әlbәttә, Sәn
duaları eşidәnsәn!»
Mәryәmә zamansız ruzi verildiyinin şahidi olan Zәkәriyya ona
da zamansız övlad verilәcәyinә inamla bu duanı etmişdi:
Ayәdәn belә anlaşılır ki, Hz.Zәkәriyyanın Rәbbinin dәrgahına
yönәlmәsinin sәbәbi Mәryәmә verilәn o ruzidir. Tәqvasına,
iffәtinә, ağlına qiptә etdiyi Mәryәmin Rәbbi tәrәfindәn bu şәkildә
qorunması vә ruzilәndirilmәsi onda saleh bir övlada sahib olmaq
arzusunu alovlandıran atәşin qığılcımı oldu.
Zәkәriyya Mәryәmin o halını görüncә bir an idraki sәbәblәr
zәnciri içәrisindә cәrәyan edәn hadisәlәrin vә әşyanın dünyasından
sıyrıldı. Allahın rәhmәti, qüdrәti, rubibiyyәti, uluhiyyәti, inayәti vә
sevgisinin bu tәsirli nümunәsi qarşısında heyrәt mәqamında
ürәyinin dәrinliklәrindәn qopub gәlәn bu duanı etdi:
«Rәbbim, mәnә dәrgahından tәmiz bir nәsil ver. Әlbәttә
ADAYIŞ RİSALӘSİ
85
Sәn eşidәnsәn, bilәnsәn!»
Bәli, O, eşidәn vә bilәndir. O, Zәkәriyyanın duasını «eşi-
dәn»dir vә övladı dünyәvi arzuları üçün istәmәdiyini, Mәryәm
kimi «nәzir» olsun, hәtta «qurban» olsun deyә, istәdiyini
«bilәn»dir..
«Nәslimi davam etdirsin» vә s. kimi arzularla da istәmәdiyini
bilirdi. Allaha әrmağan etmәyin, qurban etmәyin sevincini
yaşamaq üçün istәdiyini «bilәn» dir.
Әlbәttә, bu dua qәbul edilәcәk vә bağban mükafatlandırı-
lacaqdı. Aradan çox keçmәdәn:
«(Zәkәriyya) Mәbәddә ayaq üstә durub namaz qıldığı
zaman mәlәklәr ona müraciәt edib dedilәr: «Allah sәnә Özü
tәrәfindәn gәlәn kәlmәni tәsdiq edәn, ağa, nәslinә hakim vә
әmәlisalehlәr zümrәsindәn bir peyğәmbәr olacaq Yәhyanın
xәbәrini müjdә verir»
Müjdә verilmişdi: Yәhyanın doğum xәbәri. O, Hz.Zәkәriy-
yanın xidmәtinә bir mükafat idi. Fәqәt bu müjdәnin doldurduğu bir
boşluq da var idi. Nәzir prosesini Hannә vә Mәryәmdәn sonra
üçüncü vә son bucağını tәşkil edәn İsanın әtrafı hazırlanırdı. Onun
özәlliyindәn biri dә ayәdә bildirildiyi kimi «Allah tәrәfindәn
gәlәn kәlmәni tәsdiq edәn» olması idi.
Nәzirә gösiәrilәn fövqәladә münasibәti görüb idraki sәbәblәr
dünyasından sıyrılaraq, aşiq bir ruh halı içәrisindә «hәmәn orada, o
anda, «Rәbbim, mәnә dәrgahından tәmiz bir nәsil ver» deyә, dua
edib istәdiyinin әn әlası verildiyi ona bildirilincә, Zәkәriyya
sıyrıldığı sәbәblәr dünyasına geri dönmüşdü.
Bu dünya mәntiqin, әşyanın vә qanunların dünyası idi. Bu
dünyada Zәkәriyyanın istәyinin gerçәklәşmәsi zahirәn mümkün
deyildi. Mәntiqin dünyasına hәbs olunmuşluğun verdiyi çaşqınlıqla
soruşdu:
«Ey Rәbbim, üzәrimә qocalıq çökdyüyü vә zövcәm dә qısır
olduğu halda, mәnim necә oğlum ola bilәr?»
Halbuki bir az әvvәl bunu istәyәn özü idi. Amma yuxarıda
toxunduğumuz kimi bu duanı etdiyi andakı ruh halı ilә bu sualı
verdiyi andakı ruh halı arasında dağlar qәdәr fәrq var idi. Duanı
ürәyi vә imanıyla etmiş, sualı isә ağlı vә mәntiqiylә vermişdi. Bu
sual eyni zamanda bu iki dünya arasındakı әzәli rәqabәt vә
ADAYIŞ RİSALӘSİ
86
çatışmanın yalnız bir nümunәsi idi. Bәlkә dә bәzilәrinin «faciә»
dedikәri şeyin özü idi.
Fәqәt Zәkәriyya ağlını vә mәntiqini imanın әlinә verәrәk
istәdiyi nәticәyә çatmışdı. Bu bәsit bir prosesdir: Mәryәmi o halda
görmüş, o anda öz vәziyyәti ilә Mәryәmin arasında bir müqayisә
etmiş, bu müqayisә nәticәsindә öz halının da Mәryәmә bәnzәdiyi
gerçәyindәn yola çıxaraq bir çıxış yolunun olduğu qәnaәtinә
gәlmiş, bu qәnaәti ürәyinә ötürmüş, orada iqtidar olan «iman»
bunu tәqdir edib Zәkәriyyanı Rәbbinin önünә çıxartmışdı.
Daha sonra imanla idrak etmәk prosesini mәntiqlә idrak etmәk
prosesinә çevirdiyinә görә anlaya bilmәdiyindәn soruşur:
«Mәnim necә oğlum ola bilәr?»
Rәbbindәn aldığı cavab ağlına deyil, imanına xitab edәn bir
cavab idi:
«Elәdir!..»
«Allah dilәdiyini edәr!»
Bәli, gördüyünüz kimi cavab çox qısa vә aydın: «Elәdir!» vә
bu cavabın ardınca Allahın bir sifәtinә diqqәt çәkilir: «Allah
dilәdiyini edәr!» O, hәr bir şeyә güc yetirәn bir yaradıcı deyilmi?
Zәkәriyyanın qәlbi buna iman etsә dә, mәntiqi asanlıqla tәslim
olmaq istәmirdi. Onun mәntiqi imanın önündә qeyri - şәrtsiz,
sәnәdsiz, sübutsuz tәslim olmaq istәmir, onun bәdәn ölkәsindәki
iqtidarına mütlәq itaәtә yaxın gәlmirdi. Mütlәq özü inanmalı idi.
Bunun üçün dәlillәr, sәnәdlәr vә sairlәr lazım idi. Hz. Zәkәriyya
buna bәnzәr duyğular içindә Rәbbinә yönәldi:
«Ey Rәbbim! Mәnә (oğlum olacağına dair) bir әlamәt ver»
- dedi. (Allah) buyurdu ki, «Sәnin әlamәtin üç gün әrzindә
adamlarla yalnız işarә ilә danışmaq olacaqdır. Rәbbini çox
yada sal vә sәhәr axşam şәninә tәriflәr deyib şükür et!»
Mәryәm fәrqi
Bu ayәnin ardınca mövzu birdәn kәsilib başa, Zәkәriyyanın
mükafatlandırılmasının sәbәbini tәşkil edәn ana mövzuya
döndәrilir:
«Mәlәklәr belә demişdilәr: «Ya Mәryәm, hәqiqәtәn, Allah
sәni seçmiş, tәmizlәmiş, alәmlәrin qadınlarından üstün tutmuş-
ADAYIŞ RİSALӘSİ
87
dur»
İlk baxışdan sanki bu iki ayә arasında bir әlaqә yoxdur. Fәqәt
diqqәt çәkildiyindә Zәkәriyya üçün işlәdilmәyәn bәzi sifәtlәrin bir
«qadın» olan Mәryәm üçün işlәdildiyinin şahidi oluruq. Mәsәlәn o
seçilmiş, tәmizlәnmiş vә üstün edilmişdir.
Şübhәsiz ki, onu üstün vә ya «fәrqli» edәn bir çox özәlliklәri
vardır. Bizә görә bunların başında hәr ikisi saleh vә seçilmiş bir
qul olan Zәkәriyya vә Mәryәm arasındakı «tәslimiyyәt fәrqi»
dururdu. Mәlәklәr Zәkәriyya kimi, Mәryәmә dә sәslәnәrәk: «Ey
Mәryәm! Hәqiqәtәn, Allah öz tәrәfindәn bir kәlmә ilә sәnә
müjdә verir!» Dediklәrindә, o, ona heç bir kişi әli dәymәmişkәn
bunun necә olacağını soruşmuş vә Zәkәriyyaya verilәn cavabın
eynisi ona da verilmişdi. İndi hadisәni açıqlayan ayәlәri nәzәrdәn
keçirәk:
«Ey Mәryәm! Hәqiqәtәn, Allah öz tәrәfindәn bir kәlmә ilә
sәnә müjdә verir! Onun adı Mәryәm oğlu İsa әl – Mәsihdir ki,
dünyada vә axirәtdә şanı uca vә yaxın olanlardandır»
«Dedi ki: «Rәbbim, mәnә bir bәşәr әli toxunmamışkәn
mәnim necә övladım ola bilәr? Elәdir! ... dedi, Allah dilәdiyini
yaradır» (3/45,47)
Zәkәriyya vә Mәryәmә söylәnilәnlәrlә hәr ikisinin verdiyi
cavablar eyni formadadır. Ancaq bir fәrq var. Diqqәt çәkmәyәn,
amma әhәmiyyәti verilmәsi vacib olan bir Mәryәm fәrqi. Biz buna
«tәslimiyyәt fәrqi» deyirik. Zәkәriyya (ә) Allahdan oğlu olacağına
dair bir «işarә» istәyәrkәn, mahiyyәt etibarı ilә ondan daha
möcüzәvi bir halla qarşılaşan Mәryәm ona bir kişi әli
toxunmadığını bilә-bilә «işarә» istәmәyә gәrәk görmür. Madәm ki,
«Elәdir!» deyilir, «mәndәn dә belәdir» deyәrәk, bu ilahi iradәyә
qeydsiz-şәrtsiz tәslim olur. Halbuki, Hz.Zәkәriyya dә eyni cavabı
almış, lakin o, «işarә» istәmәkdәn dura bilmәmişdi.
Elә buna görә dә Mәryәm siddiq deyә anılırdı. Maidә
surәsinin 57-ci ayәsindә vә dünya qadınlarına örnәk göstәrilәn iki
qadından (digәri fironun qadını) biri olurdu. Tәhrim surәsindәki bu
ayәdә dә Mәryәm, Rәbbi tәrәfindәn «qәnaәtkar» olaraq tәrif edilir.
«O Rәbbinin sözlәrini vә kitablarını tәsdiq etdi vә qeydsiz
şәrtsiz ürәklәn itaәt edәnlәrdәn oldu» (66/12)
Mәlum bir hәqiqәtdir ki, «Siddiqiyә» vә «qәnaәtkar» yalnızca
ADAYIŞ RİSALӘSİ
88
nәbilәrә vә rәsullara xas sifәtdir. Bu vә buna bәnzәr keyfiyyәtlәri
daşıyan hәr kim olursa olsun o, İlahi seçimә namizәdlәr namizәdi
arasında yer alacaqdır.
Nәzirin bağbanı Zәkәriyya Yәhya ilә mükafatlandırılmışdır.
Fәqәt İslami hәrәkatın fәdakar mәnsublarına göstәrilәn bu
nümunәdәki tәcәlliyә baxın ki, mükafatın özü (Yәhya) vә mü-
kafatlandırılan (Zәkәriyya) da hәyatlarını nәzir dediklәri Rәb-
blәrinә ölümlәrini dә nәzir deyәcәk, sonunda nәzir prosesinin bu
iki yardımçısı әn böyük sәadәt olan şәhadәtlә mükafatlan-
dırılacaqlar.
Nәzir prosesiindә Yәhya(ә)nın rolu Zәkәriyya (ә)ın rolundan
heç dә az deyil. Zәkәriyya prosesin ikinci nәslinә bağban olmuş vә
onu yetişdirmiş, Hz. Yәhya da üçüncü vә son nәslin mühitini
hazırlama vәzifәsi ilә vәzifәlәndirilmişdir. Yәhya (ә) inancının
hakimiyyәti üçün yaşamış vә Allahın hökmlәrinә boyun әymәk
istәmәyәn zәmanәsinin tağuti quruluşu tәrәfindәn atıldığı zindanda
başı bәdәnindәn ayrılaraq şәhid edilmişdi.
Nәzir prosesinin tәk qurbanı Hz.Yәhya (ә) deyildi. Daha әvvәl
dә qeyd etdiyimiz kimi atası Zәkәriyya (ә) oğlunun qoç kimi
boğazlanmasının ardınca buna bәnzәr bir aqibәtlә Allah yolunun
qurbanları arasına qatılmışdır.
Zәkәriyya ailәsinin başına gәlәnlәr, zahirәn bir fәlakәt olaraq
dәyәrlәndirilirsә dә әslindә üst–üstә gәlәn bir mükafatdır ki, onlar
bu mükafatı nәzir prosesindә etdiklәri fәdakarlıqla haqlı olaraq
qazanmışlar.
Amma hamısından önәmlisi Allah Rәsulunun (sas)
«Ümmәtimin alimlәri İsrail oğullarının peyğәmbәrlәri kimidir»
hәdisindә ifadә etdiyi mәnada ümmәtin alimlәrinә bu peyğәm-
bәrlәr bir nümunәdir. Hәr cür küfrә, tüğyana, azğınlığa, zülmә
qarşı sәssiz qalan, hәtta dәstәklәyәnlәrinsә, Rәsulun tәriflәdiyi
«Ümmәtin alimlәri» deyil, «zalımlәrin alimlәri» olduğu da bir
hәqiqәtdir.
ADAYIŞ RİSALӘSİ
89
DOQQUZUNCU MӘRHӘLӘ
İKİNCİ NӘSLİN SEÇİMİ
«Mәlәklәr belә demişdilәr: «Ya Mәryәm, hәqiqәtәn, Allah
sәni seçmiş, tәmizlәmiş, alәmlәrin qadınlarından üstün tutmuş-
dur»
Artıq Hannәnin nәziri böyümüş vә namizәdlәr arasına
girmişdi. Anasının duası onun seçiminә zәmanәt verәn fakt
sayılmırdı, ancaq namizәdliyә namizәdlәr arasına sala bilәrdi.
Başqa bir sözlә dә İmran ailәsinin seçilmiş olması sözügedәn
ailәnin hәr fәrdinin dә seçilmiş olması demәk deyildir. Bu seçimә
hәr kәs özü qatılacaq vә öz imanı, әmәli vә ixlası ilә nәticәni tәyin
edәcәkdir:
«Hәr insanın әmәli öz boynuna asılar» (17/13)
«Hәr kәsin qazandığı yalnız özünә aiddir» (6/152)
Mәyrәmin seçilmәsi dә zamanlar vә mәkanlarüstü ilahi qanun
çәrçivәsindә gerçәklәşdirilmişdir. Seçilmiş bir ailәyә mәnsub
olmasına, anası Hannәnin ixlas vә duasına, doğumundan әvvәl
«nәzir» verilmәsinә rәğmәn bunların heç biri onun doğuşdan
«seçilmişlәr» arasına girmәsinә yetәrli sәbәb sayılmamışdır. Ancaq
o mükәllәf ola bilәcәk yaşa gәlib özünü iman vә әmәliylә
isbatladıqdan sonra seçildiyi ona bildirilmişdir.
Bütün bu söylәdiklәrimiz ayәnin üslubundan da açıqca
anlaşılmaqdadır. Ayәnin başındakı zaman zәrfi, Mәryәmin se-
çiminin müәyyәn bir proses içәrisindә gerçәklәşdirildiyinin
qrammatik dәlilidir. Yәni Mәryәm «zamanı gәlincә» seçilmişdir.
Seçilmә zamanının gәlmәsindә onun hür iradәsiylә etdiyi tәrcih vә
bunun nәticәsindә gerçәklәşәn saleh әmәllәri göstәrici olmuşdur.
Hz.Zәkәriyyanı tәәccüblәndirәn yemәklәr Hz.Mәryәmi heç
tәәccüblәndirmәmişdir. O, Rәbbi ilә qurduğu isti münasibәtinin
tәbii bir nәticәsi olaraq, belә lütflәri normal qarşılayaraq әminliklә
inandığı hәqiqәti dilә gәtirmişdir:
«Әlbәttә, Allah dilәdiyinә hesabsız ruzi verәr»
Hәr kәsin özünü güclә dolandırdığı bir zamanda onun
ADAYIŞ RİSALӘSİ
90
ehtiyaclarını ödәmәkdә çәtinlik çәkәn әmisi oğluna: «Ya Yusif,
Allaha hüsnüzәnn et, şübhәsiz ki, Allah bizi ruzilәndirәcәk»
demәsi Mәryәmin kamilliyinin göstәricisi olaraq onun Allahın
dilәdiklәri arasına girmәsinә sәbәb olmuşdur. O, bu hәqiqәtә
bütün varlığıyla iman etmiş vә bәdәni kimi qәlbinin vә mәntiqinin
qiblәsini dә Ona doğru çevirmişdir. Bu sәbәbdәn dә heç
narahatçılıq keçirmirdi, Allaha olan güvәnini gözәl bir formada
dilә gәtirәrәk әtrafındakılara da tәssәlli verirdi.
Belәliklә, Hannә vә bütün ilahi seçimә namizәd olacaq in-
sanlar üçün keçәrli olan bu prosesdә imtahanı müvәffәqiyyәtlә
verәn Mәryәm, sonunda seçimi qazandığı xәbәrini alır.
«Ya Mәryәm, hәqiqәtәn, Allah sәni seçmiş, tәmizlәmiş,
alәmlәrin qadınlarından üstün tutmuşdur»
Әlbәttә, Allah Tәala tәmizlәnәnlәri seçir. Bununla bәrabәr
seçdiklәrini dә tәmizlәyirdi. Yәni qul ona düşәn vәzifәni layiqiylә
icra edincә Rәbb dә özünә düşәni artıqlamasıyla edir. O, Özünün
dininә yardım edәnә yardım edәcәyini vәd etmişdir. Bu sәbәbdәn
dә Onun yoluna nәzir deyilmiş Mәryәmi tәmizlәdi.
Bu tәmizlәmәnin necәliyi vә mahiyyәti barәdә ilk qaynaqlarda
fәrqli fәrziyyәlәr vardır. Sözügedәn tәmizlik heyz vә nifas kimi
halların da ola bilәcәyi kimi (Süddi) şirk, pis әxlaq, günah vә
haram kimi mәnәvi kir vә pisliklәrdәn tәmizlәnmә mәnasına da
gәlә bilәr.
Bizcә Mәryәm, qarşıda yüklәnәcәyi möhtәşәm rolu icra edә
bilmәk üçün qәlb, beyin, bәdәn tәmizliyinin vacib olduğu qәdәr,
tәmizliyin daha çox vacib olduğu maddi-mәnәvi bütün hallarda
birdәn tәmizlәnmişdir. Çünki, o bütün zamanların «nümunәvi
qadını» seçilәcәk qәdәr Allaha yaxın olmuş, Allah da onun iman
vә ixlasını, tәslimiyyәt vә sәdaqәtini bu şәkildә mükafat-
landırmışdır. Bu mәnada Mәryәm ona düşәn vәzifәni yerinә
yetirmiş, duyğu, düşüncә vә bәdәnә xas kir vә pisliklәrdәn uzaq
olmağa çalışmışdır. Allaha olan güvәn vә sәdaqәtinә heç bir zaman
xilaf çıxmamışdır. Allah da gücünin yetmәdiyi anlarda ona
yardımçı olmuş vә tәmizlikdә onu kamala yüksәltmişdir. Bu
hәyatın qanunudur: Qul özünә düşәni gücü yetdiyi qәdәr edәrsә,
Rәbbi dә gücünün yetmәdiyi yerdә onun yardımına gәlәr, edә
bilmәdiklәrini tamamlayar.
ADAYIŞ RİSALӘSİ
Dostları ilə paylaş: |