58
çox yaxşı bilirdi. Özündәn sonra gәlәn insanlara hәqiqi hürriyyәti
öyrәtmәk üçün, әvvәlcә bütün nәfsani, şeytani, fәrdi, әnәnәvi
topluma mәxsus әlaqә vә zәncirlәri qıraraq, Allaha tәslim olub
hürlәşdi; sonra da övladını Onun tәrbiyәsinә, qoruyuculuğuna
verәrәk hürlәşdirdi. O bilirdi ki, Allahdan qeyrisinә qulluq
edәnlәr hür ola bilmәzlәr. Hür olanlar isә sadәcә Allaha qul
olurlar.
ADAYIŞ RİSALӘSİ
59
ÜÇÜNCÜ MӘRHӘLӘ
ӘDӘBLӘ NӘZİR VERMӘK
İş candan bir parçanı vermәklә bitmirdi. İmranın Zövcәsinin
bizlәrә öyrәtdiyi başqa bir mәqam da, bir әmәlin mәqbul ola
bilmәsi üçün öyrәnilmәsi vacib olan proses vә diqqәt yetirilmәsi
önәmli
olan
formasıdır.
«Saleh»
olmaq
keyfiyyәtini
qazanmadıqdan sonra Allahı razı etmәk üçün «әmәl» tәkbaşına
yetәrli sәbәb tәşkil etmir.
Adayış prosesindә İmranın Zövcәsi әvvәlcә iman etmiş, buna
paralel olaraq da mәşru
27
bir hәdәf seçmişdir: Allahın razılığı. O
hәdәfә çatmaq üçün saleh niyyәtlә bir әmәl hәyata keçirmişdir:
Adamaq.
İndi isә bu әmәlin «fasiq» ya da әn azından «fasit» (boş)
olmaması üçün «mәşru bir üsul» gәrәkirdi.
O hansı qapı ilә ticarәt etdiyinin tәfәkküründә olduğunu
tövrü
28
vә sözlәri ilә ortaya qoyur. Etdiyi fәdakarlığın bir adı var:
fövqәladә. Bu sәbәblә öyünә, qürur duya bilәrdi. Amma o,
öyünmәdi, qürur duymadı, bir şey etmiş kimi әdalanmadı. Allaha
minnәt qoymadı. Әksini etdi. Bütün Allah dostlarının, siddiqların,
şәhidlәrin, salehlәrin etdiyini etdi… Hәm verdi, hәm yalvardı; hәm
nәzir verdi, hәm dә nәzir verdiyi qapının kәndarına üzünü sürtәrәk
dedi:
«(Rәbbim) mәndәn qәbul buyur!…»
Әda yox. Әksinә hәyәcan qarışıq qayğı ilә böyük qapının
onun nәzirini qәbul edib–etmәyәcәyini gözlәyir. Birdәn qәbul
etmәzsә? Bәli, birdәn qәbul etmәdi? Üstәlik O, heç qәbul etmәk
mәcburiyyәtindә dә deyil. Nәzir verdiyi dönәmdә Ona qarşı bir
qüsur işlәtmişsә? Bir xәta etmiş, bu müddәtdә Allahın xoşuna
27
(әr) Qanuni, leqal, qanuna uyğun olan, şәriәtә uyğun, şәriәtcә icazә verilәn
28
(әr) surәt, hәrәkәt, hal, әda,. tәrz.
ADAYIŞ RİSALӘSİ
60
gәlmәyәcәk bir söz demişsә?…
«Mәn nәzir verdim. Qalanı Ona qalıb, istәr qәbul edәr, istәr
qәbul etmәz» kimi laqeydliyi yox. Әksinә böyük bir tәvazökarlıqla
boynu bükülmüş bir halda:
«Mәndәn qәbul et!… Sәn eşidәnsәn, sәn bilәnsәn!…»
Bәli, O, sәmidir, O, alimdir. Hannәnin ürәyindәn qopub gәlәn
niyazı eşidir, nәzir әmәlini hәyata keçirә bilmәk üçün dilә
gәtirmәkdәn belә çәkindiyi qayğıları bilirdi. Onun eşidәn vә bilәn
olması İmranın Zövcәsini tәskin edәn yeganә şey idi. Bu sәbәbdәn
özünü dә, üzünü dә, sözünü dә Ona tәrәf çevirmiş vә sanki Onunla
danışır, sanki Ona içindәkilәri anladırdı:
«Rәbbim bәtnimdәkini…. Sәn eşidәnsәn, bilәnsәn!»
Hannә bütün bunları bәlkә özünün belә duya bilmәyәcәyi bir
şәkildә söylәyirdi. Elana, reklama ehtiyacı da yox idi. Söylәmәk
istәdiyi bәzi şeylәr var idi. Lakin onları söylәmәyә nә dili dönür,
nә gücü yetirdi. Әcәba söylәyәrsә, Rәbbinә qarşı bir әdәbsizlik
etmiş olardımı? Bәlkә bütün әmәlini yelә verәcәk bir lisan
29
xәtası,
qәlb dәyişkәnliyi... Әn yaxşısı dilә belә gәtirmәmәkdir. Necә olsa
da «O, eşidir, O, bilirdi». Bu da Hannәyә yetәr, hәlә artardı da.
Hannә ilә Rәbbi arasında bütün bunlar olarkәn bu әlaqәni
yaradacaq «Cәbrayıl» kimi üçüncü bir vasitә yoxdur. O nә nәbi, nә
dә bir rәsul idi. Sadәcә adi bir mömindir. Nәzir vermәsi, Rәbbi ilә
әlaqә yaratması üçün belә bir şeyә ehtiyacı da yox. Çünki bilir ki,
Rәbbi quluna şah damarından daha yaxındır. (50/16). Ondan sonra
gәlәnlәr ondan nümunә götürsünlәr deyә, Hannә örnәyi
peyğәmbәrlәr arasından deyil, adi möminlәr arasından seçilmişdir.
Kim bilir, bәlkә nәzir vermәmәyә bәhanә tapıllmasın deyә.
29
(әr) Dil
ADAYIŞ RİSALӘSİ
61
DÖRDÜNCÜ MӘRHӘLӘ
ADӘT – ӘNӘNӘLӘRİ TӘPӘLӘMӘK
30
«Dünyaya körpәsini gәtirdiyi zaman «Ey Rәbbim! Mәn
qız doğdum. Erkәk qız kimi deyildir»- söylәdi. Halbuki, Allah
onun nә doğduğunu yaxşı bilirdi. - «Mәn onun adını Mәryәm
qoydum, onu vә onun nәslini mәlum Şeytandan Sәnә
tapşırıram» dedi. (Ali – İmran, 36)
İmranın Zövcәsi Hannә nәhayәt nәzirini dünyaya gәtirirdi.
Hәm dә yetim olaraq. O, bu adayış prosesindә qarşısına çıxan bir
çox maneәlәri aşıb bu nöqtәyә qәdәr gәlmişdi. Lakin qorxduğu,
qәlbinin gizlinindә saxladığı nigarançılığı başına gәlmişdi: Nәzir
verәcәyi övladı qız doğulmuşdu. Böyük bir imtahanla üz–üzә
dayanmışdı. İndi qarşısında iki böyük maneә var: birincisi tәhrif
edilmiş әnәnәvi dinin әngәli, ikincisi cәmiyyәtә xas adәt–
әnәnәlәrin yaratdığı әngәl.
Tәhrif edilmiş dinin yaratdığı әngәl: - Musa (ә)ın tәmiz
şәriәtini tәhrif edib onun yerinә öz işlәrinә uyğun gәlәn bir din
anlayışı yerlәşdirәn rәsmi – dini güc, uydurduqları bu әnәnәdә
qadına heç bir yer vermirdi. Dini әllәrindә tutan bu rәsmi din
adamları sinfi din adına qadını kiçiltmiş, onu cәmiyyәtdәn tәcrid
etmiş,
Allahın qadın–erkәk hәr bir insan üçün göndәrdiyi dini
«erkәklәrin dini» halına gәtirmişlәr. Bununla da kifayәtәnmyib o
dini monopollaşdırıb xüsusi seçilmiş sinif dini (ahbar vә ruhban)
yaratmışlar. Bu şәkildә hәm xalq üzәrindәki hegemon
hakimiyyәtlәrini qorumuş, hәm dә dini maddi gәlir vasitәsi
etmişlәr.
Heç şübhәsiz ki, Hannәnin әri Hz.İmran, Quranın tәriflәdiyi
dürüst vә müttәqi ahbarlardandır. O sinfinin içindә az da olsa
tapılan saleh, fәzilәtli, abid vә zahid ülәmalardan biri idi. Bunun
30
Başına qapaz vurmaq, darmadağın etmәk,(Azәrbaycan dilinin izahlı lüğәti 4-cü cild)
ADAYIŞ RİSALӘSİ
62
üçün dә Allah onun ailәsini seçmiş, «İmran» adını da Kitabında
anaraq ölümsüzlәmişdir.
Cәmiyyәt içindә dә olduqca hörmәtli vә seçilmiş bir yeri olan
İmranın bu sağlam düşüncәsinә rәğmәn, mövcud dini әnәnәlәrin
qatı qanunları onu da qayğılandırmışdı. Onun bu narahatlığını,
zövcәsinin bәtnindәki körpәsini Allaha nәzir verdiyi xәbәrini
verdiyindә, ona göstәrdiyi reaksiyadan anlayırıq:
«Vay halına! Sәn nә etdiyini bilirsәn? Bәtnindәki körpәnin
cinsinin nә olduğunu bilirsәnmi? Körpә oğlan deyil, qız doğularsa
bu işin içindәn necә çıxarıq? (Beqavi)
İmran hәr nә qәdәr camaatın imamı olsa da, illәr boyu davam
edәn vә din adamları sinfinin öz mәnfәәtlәri üçün toxunulmaz
etdiklәri vә müqәddәslәşdirilmiş әnәnәyә qarşı çıxa bilmәyәcәyini
düşünmәmiş deyildi. Hәqiqәtәn dә onun vәziyyәti çәtin idi. Bir
tәrәfdә zövcәsinin Allaha verdiyi söz, digәr tәrfәdә әnәnәvi dinlә
vuruşma tәhlükәsi. Uşağın qız olma ehtimalı yüzün әlliyә nisbәti
olsa da, bu sıxıntı İmranı yatağa salmışdı.
İbn İshak, Kәlbi vә daha başqalarının nәql etdiyi bir rәvayәtә
görә İmran körpәsini görmәdәn, qәlbini sıxan bu üzüntüylә vәfat
etmiş, Hannәni dul, Mәryәmi yetim qoymudu.
Belәliklә, Hannә bu qayğını duyur vә bu әnәnәnin onda
buraxdığı tәsirlә körpәsini dünyaya gәtirәn kimi, üzünü onu nәzir
verdiyi qapıya çevirib üzür dilәrcәsinә vә üstәlik «Rәbbi onun nә
doğduğunu yaxşı bildiyi» halda deyirdi ki:
«Rәbbim, onu qız doğdum. Oğlan qız kimi deyil»
Bu ayәdә Allaha xitab edilәrәk «Rәbbi onun nә doğduğunu
bildiyi halda» cümlәsi başqa bir qiraәtdә Hannәyә xitabәn yenә
mötәrizә içi bir ifadәylә «Allah nә doğduğumu bildiyi halda»
anlamına gәlir. Lakin tәrcih edilәn birinci oxunuşda olduğu kimi
Allaha xitabәn zikr edilmәsidir. Bu qiraәtin bir dә Әrәb dili
baxımından özәlliyi var. Mәhşur forması ilә «vedaat» oxunduğu
zaman «nәzir»ә tәzim anlamı çıxar ki, bu diqqәt çәkilmәsi lazım
olan bir nüansdır. Bu nüansın hesaba alındığı İbn Abbas
qiraәtindәn bu mәna çıxmaqdadır:
«Körpәnin dәyәrini sәn tәqdir edә bilmirsәn. Belә ki, Allah
onun hәqiqi dәyәrini bilir vә tәqdir edir»
Yәni «Sәnin müdafiә etdiyin erkәklik - dişiliyin Allah nәz-
ADAYIŞ RİSALӘSİ
63
dindә bir dәyәri yoxdur. Bu ölçü doğru bir ölçü deyil. İnsanların
dәyәrlәri kişi vә qadın olmalarından asılı deyil» Başqa bir tәrәfdәn;
«Sәnin «qız oğlan kimi deyil» sözün hәqiqәtdә doğru ilә yanlışın
bir-birinә qarışdığı әnәnәnin bir töküntüsüdür. Haqq qatında
dәyәrin ölçüsü cinsiyyәt deyil. Sәnin bilmәdiyin vә tәqdir edә
bilmәdiyin daha başqa şeylәrdir», deyilmәk istәnilmişdir. Bu
seçimlәrdәn heç biri nәticәni dәyişmir. O da budur: Doğuşda qız
dünyaya gәtirәn Hannәnin narahatçılığı, üzüntüsü vә üzr istәyәn
tövrü әn azından yersiz vә lüzumsuz olması Allah tәrәfindәn
vurğulanır. Bu da mövcud әnәnәnin Allahın istәdiyi istiqamәtdә
olmadığını, körpәnin qız olması hikmәtlәrinin başında da bu
mövcud әnәnәnyә qarşı etiraz reaksiyasının olduğu bildirilir.
Cәmiyyәtә xas әnәnәvi әngәl: Hannә; «Rәbbim onu qız
doğdum. Oğlan qız kimi deyil», deyәrkәn tәbii içindә yaşadığı
toplumun qınaqlarından tәsirlәnmişdir. Belә ki, bu fikri tabiin
alimlәrindәn İkrimә vә Katadedәn gәlәn rәvayәtlәrdә olduğu kimi
qadının yaradılış etibarilә bәzi hallarda kişidәn zәif olmasına, heyz,
nifas kimi qadına aid xüsüsi günlәri vә xüsusi halları olmasını
vurğulamaq mümkünsә dә, etiraz cümlәsindә Allah Tәalanın
Hannәnin qayğısının vә üzüntüsünün yersizliyinә işarә etmәsi,
Hannәnin әsl mәqsәdinin bunlar olmadığını göstәrir. Belә aydın
olur ki, ona bu sözlәri söylәdәn әslindә әnәnәnin qalıqlarıdır.
Hannәnin tәsirlәndiyi toplum illәrdәn bәri Roma hakimiyyәti
altında yaşayan bir toplumdur. Romanın tәyin etdiyi valilәrlә idarә
olunub, bölgәnin әsayişinin Romalı әsgәrlәrlә qorunduğu bu
zaman kәsiyindә tәbii ki, Roma mәdәniyyәti hakim mәdәniyyәt
kimi topluma tәsir edәcәkdir. Bütpәrәst Roma mәdәniyyәtinin
qadına münasibәti müstәqil bir tәdqiqat mövzusu olacaq qәdәr
geniş mövzudur.
Qısa şәkildә vurğulasaq Roma mәdәniyyәtindә qadın aşağı
sinif insan münasibәti görәn, miras, şahidlik, siyasi hәrәkat, mülkә
sahib olmaq, hәyat yoldaşı seçmәk, tәhsil kimi әsas haqq vә
azadlıqların hәr birindәn mәhrum, ağılsız vә zavallı mәxluq kimi
baxılan dәyәrsiz biri idi. Romada ailә sistemi patriarxal idi. Bu
patriarxallıq bildiyimiz şәkildә deyil, kişinin bütlәşdirildiyi bir
şәkildә patriarxal sistem idi. Bu ailә formasında qadın ailәdәn
sayılmazdı. O, evdә sadәcә әrinin vә oğlan uşaqlarının ehtiyacını
ADAYIŞ RİSALӘSİ
64
tәmin edәn biri idi.
Belәliklә, Allah erkәk uman Hannәyә qız verәrәk ondakı
әnәnәnin son izlәrini dә tәmizlәyәrkәn daha sonra bu qıza atasız
bir oğlan uşağı vermәklә dә toplumdakı erkәk bütünü qıracaqdı.
Hannә haradan bilә bilәrdi nәzirinin istiqbalda oynayacağı bu
fövqәladә rolu? Vә nә bilәcәkdi Allahın cәmiyyәtә xas adәt–
әnәnәlәrin mücәrrәd bütlәrini (vesen) yıxmaq üçün tәqdir etdiyi
möcüzәdә ona böyük rol yüklәyәcәyini?
Bunları bilmәdiyi üçün - «Rәbbi onun nә doğduğunu bildiyi
halda» - dedi ki – «Rәbbim onu qız doğdum, oğlan qız kimi deyil»
Nәfsin әngәli: Hannәnin gözlәdiyinin әksinә körpәnin qız
olması Hannә üçün çәtin bir imtahan olmuşdu.
Belәliklә, Rәbbi onun ixlasını sınamışdı. Niyyәtindә sәmimi
vә qәrarlı idi, yoxsa onun nәziri bir anlıq vә ani bir duyğuya
dayanırdı? Allahın Sәmi vә Alim olduğunu bilәn Hannә әlbәttә,
Onun hәr şeyin yaradıcısı olduğunu da bilirdi. Bәs deyә bilmәzdi
ki; «Madәm ki, Sәn qız yaratdın, günahı mәndәn getdi. Mәn mәnә
düşәni etdim. Әgәr erkәk versәydin sözüm söz idi»? Bәli, belә cılız
çıxış yolları, rüxsәtlәr, şәr hiylәlәr tapa bilmәzdimi verdiyi sözdәn
qaça bimlәk üçün?
O, belә etmәdi. Belә demәdi. Әksinә, sanki vәziyyәtdәn özü
mәsuliyyәtli imiş kimi günahkar vә çarәsiz: «Rәbbim, onu qız
doğdum» - dedi vә әlavә etdi - «Oğlan qız kimi deyil»
Әslindә, Hannәnin bu üzüntüsündә ülvi bir narahatlığın da
tәsiri var idi. «Adak» olmaq kimi ömür boyu xidmәt tәlәb edәn bir
vәzifәdә erkәyin daha müvәffәqiyyәtli ola bilәcәyini düşünürdü.
Necә olsa da, erkәk qadına görә daha qüvvәtldir. Bundan әlavә
Hannәnin üzüntüsünün bir başqa sәbәbi dә Allaha nәzirlәrin әn
gözәlini tәqdim etmәk istәyi idi. Әn yaxşısı, әn qüvvәtlisi, әn
әlverişlisi, әn gözәli olduğu halda, yaxşıya, normala razı olmurdu.
Onun qapısına gözәl deyil, әn gözәli yaraşırdı. Mәgәr o qapı әn
gözәlin qapısı deyilmi? Mükәmmәlin, qüsursuzun qapısıdır. O
halda, ona nәzir dә әn gözәl, qüsursuz vә mükәmmәl olmalı idi.
Bәli, adayan ana Hannә, adanmış ana Mәryәmi doğmuşdu. O
da «müjdә» vermәyә gәlәn «İsa»ya hamilә qalacaq, belәliklә,
adayış prosesi tamamlanmış olacaqdı.
Xülasә, Allah Tәalә Hannәyә qız övladı vermәklә:
ADAYIŞ RİSALӘSİ
65
1. Hannәni imtahan etmiş,
2. Әnәnәnәvi mәdәniyyәtin qalıqlarını ondan tәmizlәmiş,
3. Toplumda tanrılaşan erkәyi әsl yerinә qaytararaq, hökm edәn
anormal dәyәrlәrә İlahi bir etiraz bildirmiş,
4. Qadının toplumdakı hәqiqi mövqeyinә, analıq meyarına diqqәt
çәkmiş, onu layiq olduğu mövqeyә ucaltmış,
5. Qarşıda yaşanacaq fövqәladә hadisәlәrә giriş hazırlamışdır.
ADAYIŞ RİSALӘSİ
66
BEŞİNCİ MӘRHӘLӘ
ALLAHA İSMARLAMAQ
Hannәnin üzüntüsü vә çaşqınlığı uzun sürmәdi. Anındaca
vәziyyәtә uyğunlaşaraq hadisәni tam bir tәslimiyyәtlә qәbul etdi.
Bundan sonra görülәcәk iş nәzirә yaxşı baxmaq, onun bir әmanәt
olması idrakı ilә qorumaq idi.
Döşündәki südü onun ağzına boşaldaraq vә ehtiyaclarını tәmin
edәrәk maddi qorumanı yerinә yetirә bilәrdi. O, bunun
nigarançılığını çәkmirdi. Әsl qayğısı vә üzәrindә titrәdiyi şey
nәzirinin mәnәvi baxımdan qorunması idi. Çünki işin bu tәrәfi
onun qüvvәsi xaricindә
idi. O, bunun şüurunda idi. Eynәn, insan
doğular–doğulmaz şeytanın ona musallat olacağının şüurunda
olduğu kimi. Çünki o, insanın әzәli düşmәnidir
«Şübhәsiz ki, şeytan insanın açıq bir düşmәnidir» (12/5)
Bu düşmәn uşaq, böyük tanımaz. İnsan hәlә ana bәtnindәykәn
ona musallat olur, doğulan kimi öz şeytani yoluna aldadıb, әsgәri
etmәsi üçün yoxlamağa başlayır. Kim bilir, bәlkә Hannә bu
hәqiqәti dәrk etdiyindәn әn qarantlı vasitәni seçәrәk körpәsi hәlә
bәtnindәykәn Allaha nәzir vermiş, bununla da kifayәtlәnmәyib
doğulan kimi ilk etdiyi iş bu dua olmuşdur:
«Onu vә nәslini, qovulmuş şeytanın şәrindәn Sәnә ismarla-
yıram»
Bu dua ilә Hannә «bütün analara analıq öyrәdәn biri» kimi
qarşımıza çıxır. O, analığın yalnız uşağı yedirtmәk, içirtmәk,
geydirmәk olmadığın öyrәdir. O, Quran tәrәfindәn bütün
zamanlara adayış nümunәsi seçilәrәk, valideynlәrә övladın
istiqbalını düşünmәyin ona rahat bir güzaran, dәyәrli bir miras
qoymaq deyil, onu şeytanın şәrindәn әmin olacağı bir qapıya girov
qoymaq olduğunu öyrәdirdi.
Quran tәrәfindәn insanlıq ailәsinә örnәk ana seçilәn Hannә,
yeganә körpәsini hәlә bәtnindәykәn nәzir vermәklә onun әbәdi
istiqbalını qarantiyә almış; Körpәsi dünyaya gәlәrkәn etdiyi dua ilә
ADAYIŞ RİSALӘSİ
67
dә onu azğın düşmәn olan şeytanın şәrindәn dә qorunmasını tәmin
etmiş vә sanki Rәbbinin qapısını döyәrәk demişdi ki:
«Nәzir doğuldu. Bundan sonra onun tәsәrrufu mәnә aid deyil,
Sәnә aiddir. Bu mәqsәdlә dә onu Sәnә ismarlayıram»
Bu sәmimi hәrәkәtin cavabı verilәcәk. Biz bunu Allah
Rәsulunun dilindәn öyrәnirik. Başda Buxari vә Müslüm olmaqla
bütün mötәbәr hәdis qaynaqlarının bir çox variantlarıyla rәvayәt
etdiklәri hәdisi – şәrifdә Peyğәmbәrimiz belә söylәmişdi:
«Doğulmuş elә bir insanoğlu yoxdur ki, şeytan ona toxun-
masın. Ancaq İmranın Zövcәsinin qızı vә onun oğlu istisnadır.
Çünki İmranın Zövcәsi onu doğarkәn dedi ki: «Ya Rәbbim, onu vә
nәslini daşlanmış şeytanın şәrindәn Sәnә ismarlayıram»
Belәliklә, bizim övladlarımızın yönlәndirilmәsi mәsәlәsindә
bizdәn daha cәld tәrpәnәn şeytan vә dostlarının körpәlәrimizә
qurduğu bu tәlәlәri darmadağın etmәyin yolu da bizlәrә öyrәdilmiş
olur. Yәni hesab edildiyi kimi, uşağın tәrbiyәsi vә mühafizәsi
şüurlu vә yetkinlik yaşına çatınca deyil, ana rәhminә (bәtn)
düşüncә başlayır.
Hannәnin rolu burda sona çatır. O, әvvәlcә bütün zәncirlәri
qıraraq nәzir vermiş, sonra nәziri Sahibinә ismarlamış vә bu adayış
prosesi müddәtindәki vәzifәsini üz ağlığıyla yerinә yetirmişdi.
İndi adayış prosesinin ikinci mәrhәlәsi başlanmışdı.
Hannәnin bütün bu etdiklәri nәzir verilәn Rәbbi tәrәfindәn
necә qarşılanmışdı?
Nәzir qәbul edilmiş, yoxsa Qabilin nәziri kimi üzünә
çırpılmış?
Qәbul edilmişsә hansı üslubla vә nә üçün?
Bu nәzirә necә münasibәt göstәrilmiş, necә bәslәnib
böyüdülmüşdür?
Nәzirin tәrbiyәsi ilә mәsul olanlar necә seçilmiş vә necә
mükafatlandırılmışdır?
Vә әn diqqәt çәkәni isә bu nәzir nәyә vasitә idi?
Bütün bu sualların cavabı nәzir prosesinin ikinci nәsli ilә
әlaqәlidir.
ADAYIŞ RİSALӘSİ
68
ALTINCI MӘRHӘLӘ
NӘZİRİN QӘBUL EDİLMӘSİ
«Rәbbi onu gözәl şәkildә qәbul etdi vә onu bir fidan kimi
yetişdirdi. Zәkәriyyanı da o(nun bağbanlığı)na mәmur etdi.
Zәkәriyya onun olduğu mәbәdә hәr gәlişindә bir ruzi görürdü. «Ey
Mәryәm bunlar sәnә haradandır?» deyә soruşar; (O da) «Bu Allah
dәrgahındandır» deyәrdi. «Allah dilәdiyinә hesabsız ruzi verir».
İmranın qadını Hannә nәzirini vermiş, onu doğmuş vә Allaha
ismarlayaraq hәyatına vida etmişdi. Nәzir dediyi qapıdan da
Hannәnin iki ricası olmuşdu:
1. Nәzirin qәbulu.
2. Şeytanın şәrindәn qorunması.
Birincisini hәlә doğmadan, ikincisini isә doğar–doğmaz
Rәbbindәn tәlәb etmişdi. Hannәnin bu tәlәbinә verilәn ilahi
cavabın mәqbul olduğunu yenә ayәlәrdәn öyrәnirik:
«Rәbbi onu gözәl bir qәbul ilә qәbul etdi»
Ayәdә xüsusi ilә Allahın isimlәrindәn Rәbb adı tәrcih
edilmişdir. Tәbii ki, bu adın seçilmәsi dә ilahi bir tәrcihdәn
qaynaqlanırdı. Bunun da sәbәbi indiyә qәdәr olanların vә bundan
sonra olacaqların Allahın Rәbblik sifәtinin bir tәcәllisiydi.
O, özünün dә bildirdiyi kimi Alәmlәrin Rәbbi, tәrbiyә edәni,
himayә edәni, mürәbbiyәsi, yönlәndirib öyrәdәni, qoruyucusu vә
kamala çatdıranı idi.
Bәli, Rәbb olan Allah tәrbiyәsinә buraxılan nәziri qәbul
etmişdi. Ancaq qәbuldan qәbula fәrq vardır. Mәsәlәn, zor gücünә
qәbul vardır ki, buna bәnzәyir: Dünyәvi sәltәnәt sahibinә biri bir
hәdiyyә gәtirmiş, o da hәdiyyәyә vә hәdiyyә gәtirәnә önәm
vermәdiyi halda müxtәlif mülahizәlәrlә bunu qәbul etmәk
mәcburiyyәtindә qalmış vә «Yaxşı, yaxşı. Gәtirdiyini qapının
arxasına qoy vә çıx bayıra!» demişdi. Bu da bir qәbul formasıdır.
Bir dә acıyaraq qәbul etmәk növü var. Tәqdim olunan bir
hәdiyyәni zavallının qәlbi qırılmasın, könlü xoş olsun deyә alıb,
ADAYIŞ RİSALӘSİ
69
onu üç–beş quruşla tәltif etdikdәn sonra başdan edәrәk, gәtirdiyinә
belә baxmaq ehtiyacı duymadan - «Götürüb birinә verin, qoy
sevinsin!» - deyәnin qәbulu da qәbul formalarından biridir.
Sevәrәk qәbul bu qәbullar içәrisindә әn gözәl qәbuldur vә
belәliklә, Hannәnin nәziri Mәryәm dә Rәbbi tәrәfindәn bu cür
qәbul ilә qәbul edilmişdir.
«Rәbbi onu gözәl bir qәbul ilә qәbul etdi»
Qabili nәziri ilә birlikdә rәdd etdiyi kimi, Rәbbi onu rәdd
etmәyәrәk qәbul etmiş, üstәlik bu qәbul adi bir qәbul deyil «gözәl
bir qәbul» kimi vәsf edilmişdir. Әlbәttә, bunun bir sәbәbi olmalı
idi.
Sәbәbi vardı vә o sәbәb Hannәnin nәzir üslubunda gizlәn-
mişdir. Yәni o, nәzirini gözәl bir üslubla vermişdi. Bu nәzirin
üsulu vә üslubu nә idi? Vә nә idi onu gözәl edәn ünsürlәr?
Birinci әqidәsi mәşru idi. Yalnızca eşidәn, bilәn vә tәrbiyә
edәn olduğuna inandığı Allaha hәr cür bağlılıqdan hür olaraq,
yәhudicә davranmayıb, sövdәlәşmәdәn nәzir vermişdi. Eşitdiyinә,
bildiyinә, tәrbiyә etdiyinә inandığı Allahın әn böyük qoruyucu vә
gözәtçi olduğuna da inandığı üçün nәzirini şeytanın şәrindәn Ona
ismarlamışdı.
Bütün bunlar İmranın Zövcәsindәki tövhidi şüurun bir gös-
tәricisi idi vә bu şüur biliklә deyil, imanla qazanılır, eşqlә hәrәkәtә
keçirilir. O, nәzir vermәk, inanmaq, yönәlmәk vә ismarışıyla
Uluhiyyәt, Rububiyyәt vә Ubudiyyәt şüurunun inkişaf etdiyini
isbat etmişdi. Bir sözlә әqidәsi mәşru vә sәhih idi.
İkincisi niyyәti mәşru vә sәhih idi. Nәzir vermiş vә qarşı-
lığında bir şey gözlәmәmişdir. Bir şey gözlәmәmәyi bir yana,
ciyәrparәsini mәsum bir körpә ikәn Allahın beytinә tәslim etmiş vә
Allaha qarşı әdәbsizlik olmasın deyә, körpәni mәbәdin mәsul
şәxslәri arasında olan qohumu Zәkәriyyanın öhdәsinә verilmәsini
belә tәlәb etmәmişdir.
Nәzirin tәsәrrufu nәzir verildiyi andan etibarәn nәzir verilәn
qapının boynuna düşәr. Sizә biri bir hәdiyyә gәtirsә, daha sonra
dönüb sizdәn hәdiyyәnin aqibәtini soruşsa vә ya gәtirdiyi
hәdiyyәnin üzәrindә tәsәrruf etmәk istәyәrәk, onunla nәcә rәftar
edәcәyiniz, harada istifadә edәcәyiniz barәdә sizә tәzyiq etmәk
istәsә әdәbsizlik etmiş olmazmı? Әn azından buna «tәrbiyәsizlik»
ADAYIŞ RİSALӘSİ
Dostları ilə paylaş: |