Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/35
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15627
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

Damğalar, rəmzlər… mənimsəmələr
- 234 -
təsviri arasında
 süjet və kompozisiya eyniliyi ilk baxışdan nəzərə çarpır. Onla-
rın arasında konstruktiv fərq yoxdur. Məsələn, bütün rəsmlərdə kompozit türk 
yayı, bir çoxunda atların düyünlənmiş və ya hörülmüş quyruqları yer almışdır. 
Bundan başqa, antik qab üzərindəki kimer atlısı ilə XVII 
əsr qızılbaş oxçusu 
təsvirləri sanki eyni süjetdən qaynaqlanmışdır. 
Xalça sənətinin və ornamentlərin mənimsənilməsi. Arxeoloji material-
lara və qədim yazılı mənbələrə əsasən, tarixi Azərbaycan ərazilərində xalçaçı-
lıq sənəti hələ Tunc dövründə - eramızdan əvvəl II minilliyin sonu I minilliyin 
əvvəllərində inkişaf etmişdir. Eramızdan əvvəl V əsrdə yunan tarixçisi Kse-
nofont yazırdı ki, farslar xalça toxumağı midiyalılardan öyrənmişlər.
64
 Alban 
salnaməçisi Moisey Kağankatlı isə bildirirdi ki, Azərbaycanın şimal hissəsi 
naxışlı ipək parçaları və xalçaları ilə məşhur idi.
65
 Lakin ədalət naminə onu 
da  qeyd  edək  ki,  ermənilərin  də  xalça  toxuma  ənənəsi  vardır  və  bunu  heç 
kəs inkar etmir. Lakin Azərbaycan, İran, Şimali Qafqaz, Dağıstan, Mərkəzi 
Asiya xalçaçılıq sənətləri ilə müqayisədə erməni xalçaçılığı zəif inkişaf et-
miş, əlahiddə üsluba, ornamentlərə, rəng çalarlarına və s. malik məktəb kimi 
formalaşa  bilməmişdir.  Təsadüfi  deyildir  ki,  tanınmış  xalçaçı  ekspert  Ray-
mond  Bernaudut  «Qafqaz  xalçaları»  (Caucasian  Ruqs)  əsərində  əsaslı  ola-
raq,  erməni  xalçaçılığını  müstəqil  qrup  kimi  təqdim  etməmişdir.  Kitabdakı 
66 illüstrativ materialın 56-da Azərbaycan, cəmi iki nümunədə isə dini mo-
tivli erməni xalçalarının təsvirləri verilmişdir. Başqa bir misal: 1952-ci ildə 
Moskvada nəşr edilən «Ermənistan SSR-in xalçaları» kitab-kataloqundakı bir 
məlumat diqqət çəkməyə bilməz. Belə ki, həmin dövrlərdə Ermənistanda to-
xunan 8 xalça tipindən 5-i (adları saxlanılmaqla) Azərbaycanın «Quba», «Şir-
van», «Gəncə», «Qazax», «Qarabağ» qruplarına aiddir.
66
 Hətta bəzi erməni 
mütəxəssisləri  də  etiraf  edirlər  ki,  xalçaçılıq  onların  etnik  sənəti  olmamış, 
qonşu xalqlardan mənimsənilmişdir. O da yaxşı məlumdur ki, hələ XIX əsrin 
sonları, XX əsrin əvvəllərində ermənilər xalçaçılıq üzrə deyil, xalça ticarəti 
üzrə ixtisaslaşmışdılar. Onlar Şirvanda, Bakıda, Qubada, Muğanda, Qarabağ-
da, Qazaxda, Gəncədə, Salyanda və s. toxunmuş xovlu və xovsuz xalçaları 
Rusiya, İran, Türkiyə və Avropa bazarlarında satışa çıxarırdılar. 
Lakin bu gün Ermənistanda «milli xalçaçılıq» anlayışı xalq tətbiqi sənəti 
çərçivəsindən kənara çıxaraq zorən siyasiləşdirilmiş, «ermənilərin Cənubi Qaf-
qazda avtoxton etnos olmalarına», qondarma «Böyük Ermənistan» dövlətinin 
64 
 Ксенофонт. «Киропедия», Т VIII, Москва, 1976.
65 
 М.Каланкатуйский. «История Агван». СПб, 1861.
66  
К.Иманов. «Армянские (и) на(о)родные сказки», Баку, 2008

Damğalar, rəmzlər… mənimsəmələr
- 235 -
mövcudluğuna dair saxta sübutların əldə olunmasına, «erməni sivilizasiyası-
nın»  region  xalqlarının  etnik  mədəniyyətləri  üzərində  dominantlığı  iddiası-
nın  təsdiqinə  yönəldilmiş  vasitəyə  çevrilmişdir.  Məhz Azərbaycan  xalqının 
zəngin  maddi-mədəni  irsinin,  ortaq  türk  etnomədəniyyəti  nümunələrinin,  o 
cümlədən xalçaçılıq sənətinin mənimsənilmədən qorunması, tədqiqi və təbliği 
məqsədilə 1967-ci ildə Azərbaycan Xalçası Muzeyi (hazırda Lətif Kərimov 
adına  Azərbaycan  Xalçası  və  Xalq  Tətbiqi  Sənəti  Dövlət  Muzeyi)  yaradıl-
mışdır. SSRİ-də «beynəlmiləlçilik ideyalarının», «ortaq sovet mədəniyyəti» 
ənənələrinin hakim olduğu bir dövrdə türk və müsəlman respublikasının belə 
bir addım atması, əlbəttə, böyük cəsarət və siyasətin nümunəsi idi. Bu gün 
həmin  muzeydə  Azərbaycan  xalqının  qədim  milli  mədəniyyətinin,  estetik 
baxışlarının  daşıyıcısı  olan  xeyli  sayda  nadir  nümunə  toplanmışdır.  Həmin 
illərdə Azərbaycan  SSR-in  belə  gözlənilməz  gedişi  erməni  tarixçilərini  və 
sənətşünaslarını həqiqətən də şok vəziyyətinə salmışdır. Və o da təsadüfi deyil-
dir ki, onlar özlərinin uzun illərdən bəri törətdikləri genişmiqyaslı mənimsəmə 
aktlarına bəraət qazandırmaq, digər tərəfdən Azərbaycanın öz milli mədəni 
irsinin  qorunmasına  yönəldilən  hərəkətini  qaralamaq  niyyətilə  ən  müxtəlif 
bəhanələrə və  böhtanlara əl atmaqdan çəkinməmişlər. Guya ötən əsrin yalnız 
70-80-ci illəri ərzində Azərbaycan ən müxtəlif yollarla Ermənistanda, Qara-
bağda, Şirvanda, Qubada erməni kəndlərindən 60 mindən çox (!) erməni xal-
çasını almış və dünyaya Azərbaycan xalqının maddi-mədəni irs nümunələri 
kimi təqdim etmişdir.
67
 Ermənistan Tarixi Muzeyinin elmi işçisi Anjela Teryan 
erməni mənimsəmələrinin qarşısına sədd çəkən həmin «dramatik hadisələri» 
həyasızlıqla (qoy qadın oxucular məndən inciməsinlər, daha yumşaq söz tapa 
bilmədim)  belə  «xatırladır»: 
«XX  əsrin  ortalarından  başlayaraq,  əsasən 
Azərbaycan arxeoloqları tərəfindən Mingəçevir, Gəncə, Xanlar (Samux), 
Şəmkir,  Qazax,  Xaçbulaq  ərazilərində  yenidən  «erməni  mədəniyyəti 
izlərinin» silinməsinə başlanılmış,  aşkar olunmuş arxeoloji materiallar 
Bakı muzeylərinə daşınmışdır... Hələ 1950-1960-cı illərdə azərbaycanlılar 
uzaqgörənliklə Girdmana (Azərbaycan ərazisində VII əsrin əvvəllərindən 
705-ci  ilə  qədər  mövcud  olmuş  dövlət.  Hökmdar  Cavanşirin  dövründə  bü-
tün Qafqaz Albaniyasını əhatə etmişdir) və 
Arsaka (Qarabağa) aid erməni 
kəndlərində  nadir  erməni  xalçalarını  alır  və  ya  fabrik  məhsullarına 
dəyişirdilər.  Nəticədə,  digər  arxeoloji  materiallar  kimi  əl  ilə  toxunmuş 
erməni xalçaları da Azərbaycan muzeylərinə gətirlmişdir. Sonra isə Bakı-
da xalçaçılıq muzeyi yaradılmış və xalçaçılıq Azərbaycan mədəniyyətinin 
67  
Yenə orada

Damğalar, rəmzlər… mənimsəmələr
- 236 -
tərkib  hissəsi  elan  olunmuşdur».
68
 Azərbaycan  xalqının  öz  tarixinə,  milli 
mədəniyyətinə sahib çıxmasından dərin hüzn hissi keçirən digər erməni tarix-
çisi Samvel Karapetyan isə isterik vəziyyətdə yazır ki, XIX əsrdə və XX əsrin 
əvvəllərində «erməni şəhəri Girdmanda» aparılmış arxeoloji qazıntılar zamanı 
qədim erməni mədəniyyətinə aid zəngin materialların  üzərində nəfis şəkildə 
həndəsi fiqurlar (xaç, dairə, svastika), nəbati rəmzlər (Dirilik Ağacı), zoomorf 
obrazlar (təkə, maral, at, it, ilan) və insan təsvirləri həkk olunmuş bürünc və gil 
məişət qabları, silahlar, bəzək əşyaları tapılmışdır. Onların böyük hissəsi «iti-
rilmiş», yerdə qalanları isə Peterburq, Moskva və Tiflis muzeylərinə, əsasən 
də Tiflisdəki Qafqaz muzeyinə göndərilmişdir.
69
 Real vəziyyət isə tamamilə 
fərqli idi. O dövrlərdə Azərbaycanın hüquq mühafizə orqanlarında çalışanlara 
yaxşı məlumdur ki, həmin illərdə məhz erməni xalça dəllalları özlərini «xalça 
muzeyinin əməkdaşları» kimi təqdim edərək ölkəni  qarış-qarış gəzir, hətta ən 
ucqar kəndlərə də gedib çıxır, qədim xalçaları alaraq İrəvana daşıyırdılar. Bu 
sətirlərin müəllifinin də yaxşı yadındadır ki, Ermənistandan gəlmiş «Volod-
ya» adlı «sənətşünas» XX əsrin əvvəllərinə aid innabı rəngli Muğan xalçası-
nı almaq və «Bakı muzeylərində sərgiləmək» üçün dəfələrlə evin kandarını 
döymüş, şirnikləndirici vədlər vermiş və hər gəlişi zamanı xalçanın qiymətini 
həmin dövrün pulu ilə 300 rubl qaldırmışdır. Lakin «itə ataram, yada satma-
ram»  prinsipini  üstün  sayan  valideynlər  xalçanı  mərhum  Lətif  Kərimovun 
vasitəsilə Azərbaycan Dövlət Xalça Muzeyinə təqdim etmişdilər. 
Ermənilərin  iddialarını  təkzib  edən  digər  sübutları  isə Azərbaycan  Res-
publikasının Mədəniyyət Nazirliyi dünyanın bir sıra beynəlxalq təşkilatlarına 
ünvanlamışdır. Belə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 
ərzində  qəsb  edilmiş Azərbaycan  ərazilərində  40  mindən  çox  nadir  muzey 
eksponatları, o cümlədən minlərlə xalça qarət yolu ilə Ermənistana aparılmış-
dır. Bu gün Ermənistan Respublikası «Hərbi münaqişələr dövründə mədəni 
dəyərlərin qorunmasını dair» Haaqa Konvensiyasının və «Mədəni dəyərlərin 
qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının tələblərini kobud 
şəkildə  pozaraq,  nəinki  Ermənistanda  azərbaycanlıların  tarixən  yaşadıqları 
ərazilərdə,  eləcə  də  işğal  altında  olan Azərbaycan  torpaqlarında  xalqımıza 
məxsus maddi-mədəni irs nümunələrinin məhvinə, onların etnik mənşəyinin 
saxtalaşdırılmasına  və  mənimsənilməsinə  yönəldilmiş  fəaliyyətini  davam 
etdirməkdədir. Məsələn, «erməni xalça sənətinə» dair kitab və saytlarda orta 
68  
А.Терян. «История Восточной Части Армении /Агванк, Гардман, Утик/ или кто такие албаны?», 
http://angelateryan.wordpress.com 
69  
С. Карапетян. «Армянская коллекция Кавказского музея». Ереван, 2004

Damğalar, rəmzlər… mənimsəmələr
- 237 -
əsrlərdə  Qarabağda  toxunmuş  xalçalardan  biri  qondarma  «Vişapqork»  adı 
altında «erməni mərasim xalçası» kimi təqdim olunur. Bu azmış kimi qeyd 
olunur ki, «ermənilər Qars, Sürməli, Gümrü, Tiflis, Borçalı, Naxçıvan, Gəncə, 
Bərdə, Quba və Şuşada xalçaçılıq ənənələrinin təməlini qoymuşlar».
70
 Onu da 
xüsusi vurğulayaq ki, bu yaxınlarda Ermənistan Tarixi Muzeyində «erməni 
xalçalarından» ibarət ilk daimi ekspozisiya açılmış, onun fonduna müxtəlif 
yollarla (eləcə də qarət yolu ilə) əldə edilmiş 1400-ədək xalça toplanmışdır.
71
Ermənistan alimləri Avropada «karpet» kimi yayılan və «xalça» anlamını 
verən  sözün  də  məhz  erməni  kökənli  olduğunu  iddia  etsələr  də,  indiyədək 
nə onun etimologiyasını və etnik mənşəyini, nə düzgün yazılışını («karpet», 
yoxsa «kapet»), nə də təyinatını, yəni bu kəlmənin konkret olaraq xovlu və 
ya xovsuz (kilim, palaz və s.) xalçalara aid edilməsini hələ də dəqiqləşdirə 
biliblər.  Eyni  zamanda,  elmi  və  təbliğat  xarakteri  daşıyan  materiallarda  da 
«erməni xalçaçılıq sənətinin» tarixi ilə bağlı ortaq mövqeləri yoxdur. Nəticədə, 
sosial şəbəkələrdə erməni xalçalarından bəhs edən məqalələr, bir qayda ola-
raq, bu tipli yayğın girişlərlə başlanır: «
Xalça erməni xalqının məişətində 
ən zəruri əşyadır. Xalçaçılıq ermənilərin qədim tətbiqi sənəti sayılır. Ar-
xeoloji qazıntılar zamanı (nə vaxt, harada və kimlər tərəfindən aparıldığı 
göstərilmir) 
aşkar edilmiş ən qədim erməni xalçaları eramızdan əvvəl II-I 
minilliklərə aid olunur (Mingəçevirdə tapılmış xalça-palaz qalıqları və saka-
skiflərə məxsus Pazırıq/Altay xalçası nəzərdə tutulur - A.Q.). 
Qədim yunan, 
roma, fars, ərəb, Bizans yazılı mənbələrində (buraya Nizami Gəncəvinin, 
Əfzələddin Xaqaninin və Qətran Təbrizinin əsərləri də daxil edilir) 
qədim və 
orta əsr erməni xalçalarından və karpetlərindən (!) geniş bəhs olunur».
72
 
Qərb  dillərində  olan  sözlərin  izahlı  lüğətlərinə  görə,  orta  əsrlərdə  ya-
yılan  «karpet»  sözü  latın  mənşəlidir  və  «qalın  yun  parça»  anlamını  verən 
«carpita»  kəlməsinin  törəməsidir.
73
  Erməni  alimi  Aleksey  Sukiasyan  Qərb 
alimlərinin qənaəti ilə razılaşmır. Onun fikrincə, 
«XIII əsrdə Avropa xalqla-
rı bu sözü erməni dilindən mənimsəmişlər».
74
 Akademik Suren Ayvazyan 
isə erməni xalqının mədəni hüquqlarını «mənimsəmələrdən» qorumaq iddiası 
ilə Avropa linqvistlərinə qarşı daha radikal mövqe nümayiş etdirir. O, Mosk-
70   http://www.armsite.com/rugs/rshow.phtml?slide=2
71 
«Достояние республики», http://www.express.am/article/8_1007/view/dostojanie-respubliki.html
72 
 «А р м я н с к и е  к о в р ы»
, http://hayodz.blogspot.com/2012/05/100-110.html
73  Etymology: Middle English, from Middle French carpite, from Old Italian carpita, from carpire 
to pluck, modification of Latin carpere to pluck — more at harvest; Date: 15th century,  http://www.
merriam-webster.com/dictionary/carpet
74  А. Сукиасян. «История Киликийского армянского государства и права (XI—XIV вв.)». Митк, 1969. 

Damğalar, rəmzlər… mənimsəmələr
- 238 -
vada nəşr etdirdiyi «Rusiya tarixində erməni izləri» kitabında bildirir ki, orta 
əsrlərdə Ermənistan xalçalarını ilk dəfə dünya bazarına çıxaran və tanıdan, 
mədəni inkişaf sarıdan geridə qalmış Avropanı Ararat vadisinin xalça sənəti 
ilə tanış edən şəxs Karapet adlı erməni taciri olmuşdur. Və bu gün Qərb dün-
yasında «xalça» anlamında işlədilən «karpet» sözü bu nəcib insanın tarixin 
yaddaşında  qalan  adı  ilə  bağlıdır.
75
  Sənətşünas  Manya  Kazaryan  da  «bəşər 
sivilizasiyasının  təməlini  qoymuş  ermənilərin»  geridə  qalmış  xalqlardan 
nəsə götürə biləcəyini qəti inkar edir. Əlbəttə, indiyədək baş vermiş «mədəni 
oğurluq» və mənimsəmə» faktları nəzərə alınmazsa! Odur ki, «Erməni xal-
çaları»  kitab-albomunda  o,  karpet  və  ya  kapeti  xristian  dini  ilə  bağlamağa 
çalışaraq, bunları yazır: 
«Qədim erməni sözü olan «kapet» kəlməsi nə vaxt-
sa xovlu erməni xalçalarına aid edilmişdir. Bu sözə hələ V əsrə aid İncil 
tərcümələrində də rast gəlinir».
76
 Gəlin, əlavə polemika açmamaq üçün İn-
cilin erməni dilinə V əsrdə deyil, VII-VIII əsrlərdə yunan dilindən çevrilməsi 
faktını da onların üzünə vurmayaq. Ermənilər ənənəvi olaraq «karpet» və ya 
«kapet» deyəndə yalnız xovsuz xalçaları nəzərdə tuturdular. Bu məsələyə ay-
dınlıq gətirən görkəmli Azərbaycan alimi, dünya şöhrətli xalçaçı-ekspert Lətif 
Kərimov həmin sözün etnik mənşəyi və etimoloji yozumu haqqında yazırdı ki, 
Azərbaycanda köçəri həyat sürən oğuz tayfalarının – tərəkəmələrin deyimində 
palaz və kilimin qarışığına «karvud» deyirdilər. Bu söz Ağcabədi xalça us-
talarının  dilində  «karpud»  kimi  qalmışdır.  Mürəkkəb  tərkibli  sözün  birinci 
hissəsinə  -  «kar»  kəlməsinə  XI-XII  əsrlərdə  yaşamış  Mahmud  Kaşğarinin 
«Divanü-lüğət-it Türk» əsərində də rast gəlinir.
77
 Bu söz qədim türk dillərində 
«qarışdırmaq», «birləşdirmək» anlamını verirdi. Tanınmış rus türkoloqu və et-
noqrafı Vasili Radlovun (1837-1918) «Türk ləhcələri lüğətinin təcrübəsi» adlı 
kitabında isə qədim türklərin «put» və ya «pot» kəlməsinin «üçqat və dördqat 
əyrilmiş iplik» mənasında işlədildiyi göstərilir. Mədəni əlaqələr nəticəsində 
erməni dilinə keçən «karpet» sözü də ilkin dövrlərdə məhz bu anlamı verirdi. 
Başqa  bir  yozuma görə,  «karpet» sözü  fars-türk  mənşəlidir.  Belə ki,  «kar» 
sözü fars dilində «iş», «sənət» deməkdir, «peş» və ya «bet» kəlməsi isə türk 
tayfalarında keçi tükündən palaz üsulu ilə toxunan iri şallara deyilirdi.
78
O da maraqlıdır ki, «karpet» haqqında iddialara baxmayaraq, ermənilərin 
özləri xovlu xalçalara «qork»  deyir və onun da yozumunu açmaqda ciddi 
75 
 С.Айвазян. «История России. Армянский след». Москва, 1997
76 
 М.Казарян. «Армянские ковры».  Москва, «Советский художник», 1985.
77 
 M.Kaşğari. «Divanü lüğat-it-Türk».  Bakı: «Ozan», 2006.
78 
 Л.Керимов. «Азербайджанский ковер», Том 2. Баку: «Гянджлик», 1983

Damğalar, rəmzlər… mənimsəmələr
- 239 -
çətinlik  çəkirlər.
79
  Akademik  Qriqor  Kapanyanın  fikrincə,  «qork»  kəlməsi 
Tunc  dövründə  yaşamış  xett  tayfalarına məxsusdur  və  erməni  dilinin lüğət 
tərkibinə XIII-XIV əsrlərdə daxil olmuşdur (?). Bu sözə ilk dəfə olaraq Qara-
bağ ərazisindəki erməni (oxu: alban) kilsəsinin 1242-1243-cü illərə aid divar 
yazılarında rast gəlinmişdir. Q.Kapanyan və ardıcılları onu «atın boynundan 
asılmış qotaz» anlamı verən «xett-erməni mənşəli» söz kimi qəbul etsələr də, 
bu kəlmənin birdən-birə erməni dilinə orta əsrlərdə və məhz Qarabağda nü-
fuz etməsinin səbəbləri, «qotazın» xalçalara aid olunmasının məntiqi izahı və 
etimologiyası barədə susurlar.
80
 Elə isə ermənilərin bu kəlməni Azərbaycan 
ərazisindəki  kilsə  divarlarındakı  yazıdan  götürmələri  və  nəfis  xalçala-
ra aid etmələri «linqvistik təsadüf» sayıla bilməz. Bu kəlmənin türk dilləri 
kontekstindən yozumu yenə də onu ortaq türk simvolizmi və sakral rəmzlərlə 
bağlayır, digər tərəfdən Qafqaz Albaniyasında hansı etnomədəniyyətin domi-
nant xarakter daşıdığını göstərir.
Bu  gün  yalnız  Azərbaycan  dilində  «görkəmli»,  «görkəm»  sözlərinin 
kökündə  dayanan  «görk»  (körk)  kəlməsi  ilkin  semantikasını  dəyişərək 
«fövqəlnümunə»,  «misal»  mənalarında  işlədilsə  də,  əski  türk  mifoloji 
təfəkküründə sakral xarakter daşımış, «Tanrının təcəssümü», «Tanrı rəmzi», 
«ilahi gözəllik», «Tanrıya xas olan keyfiyyətlər» anlamını vermişdir
Qədim 
türk  yazılı  mətnlərinə  əsasən,  bu  kəlmə  paralel  olaraq,  həm  də  daxili  və 
xarici gözəlliyin vəhdətini, mənəvi zənginliyi, ilahi keyfiyyətlərin insanda 
təzahürünü, sakral simvolizmi ifadə etmişdir.
 Fikrimizi tamamlamaq üçün 
SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun 1969-cu ildə nəşr etdirdi-
yi 
«Qədim türk sözləri lüğəti» kitabını vərəqləyək. Burada «körk» (görk, 
körg) sözünü dini təsəvvürlərlə bağlayın aşağıdakı yozumları verilmişdir:
 
«ilahi  obraz»,  «təsvir»,  «gözəllik».  Lüğətdə  misal  qismində  göstərilən 
cümlə həmin kəlmənin dini mahiyyət daşıdığını bir daha təsdiqləyir: 
«Me-
ninq körkümkə tapığ uduğ qılsun» («Qoy mənim təsvirimə tapınsın/səcdə 
etsin
»). Qədim türklərin «körk menqiz» ifadəsi isə «Tanrının təcəllası» an-
lamında  işlədilirdi.
81
  Yeri  gəlmişkən,  yuxarıda  adı  çəkilən  lüğətə  əsasən, 
«körk» sözündən yaranan «körkit»
82
 kəlməsi də qam-şamanlara aid olunmuş 
və «göstərən» anlamını vermişdir. Bu isə «Qorqud», «Korqut» antroponimi-
nin yeni yozum variantı kimi dəyərləndirilə bilər. 
79  «Армянско-русский словарь». Ереван: Издательство АН Армянской ССР, 1987.
80  «Этимология слов «карпет» (carpet) и «кали/хали» (kali/khali)», http://www.any-goods.ru/articlematerial1
81  «Древнетюркский словарь». Ленинград: «Наука»,1969.
82   Yenə orada.

Damğalar, rəmzlər… mənimsəmələr
- 240 -
Onu  da  vurğulayaq  ki,  dünyanın  ilk  monoteist  dinlərindən  sayılan  tan-
rıçılığı islam dininin ehkamları ilə bağlayan tellərdən biri də məhz «görk» 
sözüdür. Əgər islam dinində «Əsmaül-Hüsna» (Gözəl adlar) anlayışı Allah-
Təalanın  99  gözəl  sifətini  (əlamətlərini)  özündə  ehtiva  edirsə,  tanrıçılıqda 
bu  xassəni  «görk»  (görklü  üz)  kəlməsi  daşıyırdı. Təsadüfi  deyildir  ki,  türk 
xalqları islam dinini qəbul etdikdən sonra həmin ifadə əsas etibarilə Allah-
Təalaya şamil olunmağa başlanmışdır. «Kitabi-Dədə Qorqud» eposuna diqqət 
yetirək. Dastanda 95 yerdə işlədilən «görk» sözü 82 dəfə ilahi mahiyyəti, 13 
dəfə isə mənəvi və əxlaqi gözəlliyi, halallığı ifadə etmişdir. Məsələn, Rəbbə 
münasibətdə: 
«Ucalardan ucasan, kimsə bilməz necəsən, görklü Tanrı!»; 
«
Ucaltdığını  göyə  qaldıran    görklü  Tanrı!»;  «Cümlə  aləmləri  yaradan 
Allah-Tanrı  görklü».  Qurani-Kərimə  dair:  «Tanrı  elmi  Quran  görklü». 
Məkkəyə aid: «
Tanrı evi Məkkə görklü». Hz. Məhəmməd (s.ə.s.) barədə: 
«
Ağız açıb ögər olsam, üstümüzdə Tanrı görkü, Tanrı dostu, din sərvəri 
Məhəmməd görklü»«Adı görklü Məhəmmədə salavat gətirdilər»Bun-
dan  başqa,  «görklü»  sözü  Hz.Əliyə  (ə.s.),  Hz.  Əbubəkrə  (ə.s.),  Hz.Həsənə 
(ə.s.), Hz.Hüseynə (ə.s.), Həcc ziyarətinə, azana, sonra isə ataya, anaya, sa-
diq qardaşa, vəfalı ömür-gün yoldaşına, Günəşə, torpağa, suya aid edilmişdir. 
Misal üçün
«Daim axan görklü suyun qurumasın!»«Ulu oğluna, görklü 
gəlin getirdi»; «Ağız-dildən görklü salam verdi»«Görklü çəmənə çadır 
otaq tikdirdi»«Aydan-arı, Gündən görklü qız qardaşın Banuçiçək» və 
s.
83
 XIII-XIV əsrlərdə yaşamış sufi şair Yunus Əmrənin əsərlərində də «görk» 
kəlməsi  ilahi anlamda işlədilmişdir:
Salacamı götürdülər,
Müsallaya gətirdilər,
    
Görklü təkbir yetirdilər
      Allah sana sundum əlim.
84
 
Erməni dilində və etnomədəniyyətində yer alan «görk» anlayışı ilə əlaqəli 
daha bir mühüm məqama – «vişap» (su əjdəhası) anlayışına və «Vişapqork» 
xalçalarının adına da diqqət yetirək. Xatırladaq ki, ermənilərin «vişap» ad-
landırdıqları bu daş sütunlar, bir qayda olaraq, köçəri maldarların yaylaqla-
rında,  şirin  su  mənbələrinin  yaxınlığında  aşkar  olunmuşdur.  Suyun  qarşısı-
nı kəsən əjdəhalar və onları öldürərək əhalini və gözəl qızları zülmdən xilas 
83 
 «Kitabi-Dədə Qorqud, Əsl və sadələşdirilmiş mətnlər». Bakı: «Öndər», 2004.
84 
 http://hasturkce.blogspot.com/2013/05/gork-sozcugu-uzerine.html

Damğalar, rəmzlər… mənimsəmələr
- 241 -
edən qəhrəmanlar haqqında nağıllar Ön və Mərkəzi Asiyanın bütün xalqların-
da mövcuddur və hətta xristian dinində əzabkeş Georgi (Qalibiyyətli Georgi, 
Kappadokiyalı Georgi, islam dinində - Cərcis peyğəmbər) barədə rəvayətin 
süjetinə çevrilmişdir. Lakin Yerevan alimlərinin səyləri nəticəsində «vişap» 
«qədim erməni brendi» kimi tanıdılsa da, sübutları olduqca kövrəkdir. On-
larla  əlaqəli  bəzi  erməni  rəvayətlərinə  əsasən,  bu  monumental  abidələrin 
«Ermənistana yürüşlər etmiş midiyalılar və iranlılarla əlaqəli olduğu» ötəri 
bildirilsə də, bu obrazın mənşəyi barədə susmağı üstün tutur, «vişap» sözü-
nü isə «qədim erməni dilində «əjdəha» anlamı verdiyini bildirirlər. Bircə o 
məlumdur ki, vaxtilə xeyirxah «su tanrısı» olan bu obraz ermənilərin xris-
tian dinini qəbul etməsindən sonra nəcib mahiyyətini tamamilə itirmiş, xa-
otik təbiət qüvvələrinə hakim olan şər varlığa, qorxunc əjdəhaya çevrilmiş-
dir.
85
 Bununla belə, «vişap» sözünün eramızdan 2-3 min il əvvəllə aid erməni 
kəlməsi olması və ya «qədim farslardan ermənilərə keçməsi» (vəhş/vəhşi + 
ab/su)  barədə  leksik  iddialar  da  heç  bir  sübuta  söykənmir.  Onun  linqvistik 
təhlili də bu fikri təsdiqləyir. Əvvəla, «vəşh» sözü fars deyil, ərəb mənşəlidir 
və «vəhşi», «qorxunc varlıq», «bədheybət canlı» kimi tərcümə olunur. Onun 
fars  dilindəki  «ab»  kəlməsi  ilə  birləşməsindən  yaranan  ifadə  isə  həqiqətən 
də bütövlükdə «su əjdəhası» anlamı verir. Lakin ərəb dilinin regiona Xilafət 
ordusunun  yürüşləri  zamanı  nüfuz  etdiyini  nəzərə  alsaq,  «vişap»  sözünün 
heç də eramızdan əvvəlki dövrlərə deyil, çox-çox gənc olduğunu, ilkin orta 
əsrlərdə yarandığını görərik. Azərbaycanlı alim Mübariz Xəlilovun «vişap» 
kəlməsi  haqqında  fikirləri  də  erməni  iddialarının  qarşısına  məhz  erməni 
mənbələri  vasitəsilə  sədd  çəkir:  «Bu  söz  (vişap) 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin