Damğalar, rəmzlər...
mənimsəmələr
Araz Qurbanov
AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ YANINDA STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ
BAKI -2013
Baş məsləhətçi və redaktor:
Ramiz Əskər, filologiya elmləri doktoru, professor
Məsləhətçilər:
Tahirə Allahyarova, fəlsəfə elmləri doktoru
Məsiağa Məhəmmədi, filologiya üzrə fəlsəfə doktoru
Elmi redaktor:
Aqşin Məmmədov, filologiya üzrə fəlsəfə doktoru
Dizaynerlər:
İntiqam Məhəmmədli
Azər Məhəmmədli
Tiraj: 500
Sifariş: 086
© Strateji Araşdırmalar Mərkəzi, 2013
Strateji Araşdırmalar Mərkəzi,
Azərbaycan, Bakı şəhəri, AZ 1005, M. İbrahimov küçəsi 8
Tel.: (+99412) 596 82 36
Faks: (+99412) 437 34 58
E-poçt: info@sam.gov.az
Veb ünvan: www.sam.az
- 3 -
Ramiz Əskər
Ön sözü. Mövzuya öz damğasini vuran kitab .............................................5
Giriş əvəzi ...........................................................................................................9
I hissə. Damğa - etnik alın yazısı ...................................................................13
«Damğa» sözünün etimoloji izahı ...........................................................22
Damğa tarixi yaddaşın daşıyıcısı kimi......................................................25
II hissə. Bəzi populyar türk damğa və rəmzlərinin semantikası ...........115
Xan damğası, eltəbər, baltavar ................................................................115
Toğrul,quşlu damğa,ikibaşlı qartal ..........................................................132
Ay-ulduz, Günəş-Аy ................................................................................141
And damğası ...........................................................................................152
Bitik (pitik), tumar, nəzərlik, tilsim ........................................................159
Qaba ağac, töz ağac, baytərək, baytörə .................................................164
Gün rəmzi, qizil alma… ..........................................................................169
Abak, ama, ana .......................................................................................172
Alban (atban) ...........................................................................................178
Yay-ox damğası ......................................................................................184
Oğuzların qayı boyunun damğası ..........................................................192
Buta (puta) ...............................................................................................195
III hissə. Damğa işarələri. Etnogenez, təhriflər və mənimsəmələr ........204
Erməni saxtakarlığı. Abidələr, xalçalar, qayaüstü təsvirlər və rəmzlər ........222
Qərbi Azərbaycan qayaüstü təsvirlərindəki işarələrin etnik mənşəyi ......264
Qafqaz Albaniyası işarələri. Dominant etnomədəniyyətin izləri .........276
Dərbəndin «naməlum» olan məlum işarələri .........................................289
Nəticə əvəzi .....................................................................................................311
İstifadə olunmuş ədəbiyyat ..........................................................................314
Kitabın içindəkilər
Damğalar, rəmzlər… mənimsəmələr
- 4 -
Damğalar, rəmzlər… mənimsəmələr
- 5 -
Ön sözü
Mövzuya öz damğasını vuran kitab
Əlinizdəki bu kitab çox ağır, çətin və mürəkkəb bir mövzuya – damğa-
lara həsr olunmuşdur. Petroqlif, piktoqram, rəmz, heraldika, nəhayət, yazı
kimi damğa da bəşər mədəniyyəti tarixində çox mühüm yer tutur. Təəssüf
ki, türk, eləcə də Azərbaycan damğaları sistemli şəkildə araşdırılmamış, elmi
dövriyyəyə yetərincə daxil edilməmiş, bizlərə məxsus olan bir çox tarixi dəyər
kimi yağmalanmış, başqa mədəniyyətlərə və millətlərə peşkəş edilmişdir. Bu
mənada Araz Qurbanovun oxuculara təqdim olunan «Damğalar, rəmzlər...
mənimsəmələr» adlı kitabı son dərəcə aktual və dəyərli tədqiqatdır.
Damğalar xüsusi mülkiyyətin meydana çıxması ilə yaşıd olsa da, bəzi eh-
timallara əsasən, daha çox atın türk etnosu tərəfindən əhliləşdirilməsi ilə bağ-
lıdır. Çünki at digər heyvanlara nəzərən ən sürətli nəqliyyat və savaş vasitəsi,
dolayısı ilə ən qiymətli və baha əmtəə idi. Hələ hun çağında türklər qonşu
Çinə çoxlu sayda at ixrac edirdilər. Bu atlar rənginə, növünə, cinsinə və digər
zahiri əlamətlərinə görə (qaşqa, çəkil və s.) təsnif olunur və çeşidlənirdi.
Bəzən bir-birinə oxşar kəhərləri və ya qaşqaları ayrı-ayrı istehsalçılara görə
fərqləndirmək ehtiyacı yaranırdı. Təbii ki, bunu kağız üzərində aparmaq
təcrübi baxımdan doğru deyildi, çünki ilxıda atlar bir-birinə qarışdıqda onları
ayırd etmək qeyri-mümkün idi. Ona görə də atların kimə, hansı ailəyə, boya,
soya mənsub olduğunu dərhal və səhvsiz anlamaq üçün damğalardan istifadə
edilirdi. Müəyyən yaşdan sonra atın sağrısına (buduna) qızmar dəmirlə heç
vaxt silinməyəcək şəkildə xüsusi damğa vurulurdu.
Daha sonra bu, başqa sahələrdə bir qədər fərqli məqsəd və metodlar-
la (bayraq və sancaqlar üzərində, silahlarda, sənətdə, xüsusilə xalçaçı-
lıqda, bəzək əşyaları, zərgərlik, gil və çini qab-qacaq istehsalında, yasaq
ərazilərin sərhədlərinin göstərilməsində və s.) tətbiq olunmağa başlandı,
gömrük, möhür, imza, siqnatura, müəlliflik funksiyaları qazandı. Maraqlı
cəhət budur ki, türkcə «damğa» sözü bir çox dillərə (rus, ərəb, fars, monqol
və s.) keçmiş, rusca «tamqa», «tamojnya», «tabun» sözləri də buradan ya-
ranmışdır. Əski türkcədəki «tamqaçı» (damğaçı) sözü ilə dövlətin ən yüksək
Damğalar, rəmzlər… mənimsəmələr
- 6 -
məmuriyyətlərindən biri olan «möhürdar», indiki
mənası ilə «dövlət katibi» vəzifəsi ifadə edilmişdir.
Tarixin müəyyən çağında damğalar artıq yazı
sistemlərinə nüfuz edir. Misal üçün, bunu Orxon
əlifbasında da görmək mümkündür. Bu əlifbadakı
38 işarə-hərfdən 14-nün damğalardan ibarət olduğu
dərhal sezilir. Yan tərəfdəki 6 işarə isə damğaları
ən parlaq şəkildə ifadə edir. Rəsmdəki əl işarəsinin
l, ya ya bənzəyən işa rənin y, oxu andıran işa rənin x,
itə bənzəyən işa rənin
t, ev (çadır) işarəsinin b («b»
son ralar bir çox sözlərdə «v»-yə çev rilmişdir), ata
oxşayan işarənin isə
t hərfini ifadə etdiyini gö rü-
rük. Bunun başqa örnəkləri də vardır. Araz Qurbanov öz kitabında onların
20-sini damğa rəmzi kimi izah etmişdir.
Kiçik ön sözdə əlifbaya xeyli yer verməyimiz səbəbsiz deyil.
Ermənilər bir çox platformalarda özlərini orijinal əlifba sahibi, mədəni millət
kimi qələmə verir, bizi isə əlifbasız xalqlar cərgəsinə aid edirlər. Halbuki fini-
kiya-aramey mənşəli erməni əlifbasından fərqli olaraq bizim runik əlifba daha
milli, daha orijinal və qat-qat qədimdir.
Araz Qurbanov kitabının «Damğa – etnik alın yazısı» adlanan I hissəsində
damğaları etnik mənsubiyyət göstəricisi, dominant etnomədəniyyətin
təzahürü, dominant-vassal münasibətlərinin əlaməti, ərazi mənsubiy yətinin
qrafik əlaməti kimi geniş təhlil etmiş, Azərbaycan xalçalarında işlənmiş dam-
ğaları, qədim və orta əsrlərdə mövcud olmuş türk dövlətlərinin bayraqların-
dakı damğaları, finikiya və türk runik əlifbasındakı işarələri müqayisə etmiş,
ortaq damğalara görə türk xalqlarının yaşadığı arealı göstərmiş, əhəməni və
sasani tayfa rəmzləri arasındakı etnik türk damğalarını müəyyənləşdirmiş,
oğuz boyları və damğalarını ayrıca araşdırmış, «damğa» sözünün etimoloji
izahını vermişdir.
Kitabın II hissəsi «Bəzi populyar türk damğa və rəmzlərinin semantika-
sı» adlanır. Müəllif burada xan damğası, ikibaşlı qartal/quşlu damğa, daha
doğrusu, onqon quşlar, ay-ulduz rəmzləri, andiçmə rəmzləri, bitik, tumar,
nəzərlik, tilsim ilə bağlı rəmzlər, totem sayılan qaba ağac, töz ağac, baytərək,
baytörə rəmzləri, Gün rəmzi, qızıl alma, abak, ama, ana ilə əlaqədar rəmzlər,
yay-ox, buta rəmzlərinin semantikasını açmışdır. Bu fəsil faktiki material-
Damğalar, rəmzlər… mənimsəmələr
- 7 -
larla həddən artıq yüklüdür, burada onlarca, yüzlərcə damğa, rəmz və işarə
təhlilə cəlb edilmiş, onların mənası dolğun şəkildə izah olunmuşdur. Kitabın
III hissəsi «Damğa işarələri. Etnogenez, təhriflər və mənimsəmələr» adlanır.
Bu, kitabın ən maraqlı qismidir. Müəllif əvvəlcə Qobustan, Gəmiqaya, Man-
na, Midiya rəmzləri ilə türk damğalarını müqayisə edir, 9-15 rəmzlə damğanın
üst-üstə düşdüyünü göstərir. Pazırıq işarələri ilə türk damğaları arasında 19
dəfə eynilik müşahidə edən A.Qurbanov Azərbaycanda rəmz və damğaların
heç bir dəyişikliyə uğramadan tarix boyu davam etdiyini, bunların uzaq Altay
bölgəsində yerləşən Pazırıq kurqanı ilə də eyniyyət göstərdiyini yazır.
Tədqiqatın «Erməni saxtakarlığı. Abidələr, xalçalar, qayaüstü təsvirlər və
rəmzlər» bölməsində ermənilərin müəmma dolu saxta tarixi, mifik «erməni yayı
və oxu», Haykın «atıcılıq» məharəti, Ağtomar kilsəsindəki barelyefdə təsvir olu-
nan qıpçaq döyüşçüsünün ermənilər tərəfindən «xristian kral» şəklinə salınması,
ermənilərə «məxsus» olan qayaüstü təsvirlərin başqa planetlərdən gələn varlıq-
lar haqqında çox qiymətli məlumat daşıması və ağlasığmaz başqa cəfəngiyyatlar
sadalanır və ifşa olunur. Bədnam qonşular Azərbaycan xalça məktəblərinin
nümunələrini, rəmzlərini, ornamentlərini - bir sözlə, bütün elementlərini
mənimsəməyə can atmış, dünya elmi ictimaiyyətini aldatmaq məqsədilə kitab-
lar yazmış və ya yazdırmış, ingiliscə xalça demək olan «karpet» sözünü Qərbdə
xalça mağazası açmış erməni taciri Karapetin adı ilə bağlamaq dərəcəsinə qədər
saxtakarlığa əl atmışlar. Kitabda daha sonra erməni sənətşünaslarının uydurma-
ları, erməni xalçası kimi qələmə verilən sənət nümunələrində Azərbaycan xalça
məktəblərinə məxsus damğalara, habelə başqa türk xalqlarına aid damğalara
gen-bol rast gəlinməsi fakları bir-bir göstərilir.
A.Qurbanov Qərbi Azərbaycan qayaüstü təsvirlərindəki işarələrin et-
nik mənşəyinə haqlı olaraq xüsusi bölmə həsr etmişdir. İş burasındadır ki,
ermənilər çox-çox sonralar gəlib yerləşdikləri bu coğrafiyada bizə məxsus
nə varsa hamısına qeyd-şərtsiz sahib çıxaraq həyasızcasına mənimsəmişlər.
Bunların arasında qayaüstü təsvirlər xüsusi yet tutur. Ermənilər bu təsvirlərin
yozumunu da özlərinə xas olan formada - bəzən gülməli, bəzən də fantas-
tik şəkildə göstərirlər. Müəllif bu bölmədə Qərbi Azərbaycan işarələrinin
Mərkəzi və Ön Asiya, Avropadakı türk damğaları və göytürk əlifbası ilə
müqayisəsini vermiş, erməni iddialarının əsassız olduğunu sübuta yetirmiş-
dir. A.Qurbanov Qafqaz Albaniyasının tarixini, mirasını, eləcə də damğa və
işarələrini mənimsəmiş ermənilərin bütün əməllərini elmi məntiq və sübut-
Damğalar, rəmzlər… mənimsəmələr
- 8 -
larla ifşa etmişdir. Tədqiqatçı Dərbəndin qala divarları üzərindəki işarələri
mənimsəməyə cəhd edən erməni alimlərinin qeyri-elmi tezislərini alt-üst et-
miş, Dərbəndə aid 98 işarənin ortaq türk damğaları ilə, qıpçaq və oğuz sim-
volları ilə, göytürk və uyğur əlifbalarındakı işarələrlə qarşılıqlı müqayisəsini
aparmışdır.
Araz Qurbanovun «Damğalar, rəmzlər... mənimsəmələr» adlı kitabı bu
sahədəki çox mühüm boşluğu dolduran, saxtakarlara tutarlı cavab verən, türk
və Azərbaycan damğa və rəmzlərilə bağlı bir çox məsələləri ilk dəfə elmi
dövriyyəyə daxil edən, bəzi qaranlıq məqamlara aydınlıq gətirən - bir sözlə,
mövzuya öz damğasını vuran tədqiqatdır. Hazırda müəllifin geniş həcmli «Or-
taq türk rəmzləri və damğaları» kitabı nəşrə hazırlanır. Müəllifə bu çətin işdə
uğurlar arzulayırıq.
Ramiz Əskər,
professor
Damğalar, rəmzlər… mənimsəmələr
- 9 -
Giriş əvəzi
« Dünlə bərabər getdi cancağımız,
İndi yeni sözlər söyləmək lazım.
Nə qədər söz varsa dünənə aid
Onları yenidən söyləmək lazım» .
Mövlanə Camaləddin Rumi
Bu kitab xalqımızın mədəni irs nümunələrindən, kollektiv yaddaşımızın
unudulan elementlərindən olan rəmz və damğa işarələri barədə «tarix yaz-
maq» iddiasından deyil, etno mədəniyyət, etnopsixologiya və etnik mifoloji
təsəvvürlərlə sıx bağlı olan həmin nişanların mənşə və semantikasını, onla-
rın tətbiqi xüsusiyyətlərini öyrənmək və başqalarına çatdırmaq istəyindən
yaranmışdır. Çünki haradan nə ilə gəldiyini unudan, haraya və hansı yüklə
gedəcəyini də bilməyəcəkdir. Xalqa haradan gəldiyini xatırlatmaq tarixçilərin,
haraya gedəcəyini müəyyən etmək isə siyasətçilərin işidir. Gizlinlər isə uzaq-
da, «qırx qapı arxasında» deyil, ətrafımızda, məişətimizdə, hələ də yaşanan
adət-ənələrimizdə - bir sözlə, özümüzdədir. Bu çətin işdə çəkindiyimiz var-
dısa, o da gerçəklikləri bilmədən təhrif etmək xofu idi. Odur ki, səhvlərimizi
qabaqcadan görüb qarşısını alanlara, bu kitabın ərsəyə gəlməsində yardımçı
olanlara dərin minnətdarlığımızı bildiririk.
«Kökün kim!». Böyük mütəfəkkir Mahmud Kaşğarinin (1008-1105) «Diva-
ni lüğət-it-Türk» əsərində yer almış müdrik atalar sözləri arasında gizlənən bu
xatırlatma dahi türk aliminin gələcək nəsillərə ünvanladığı əbədi vəsiyyətidir.
Yer üzündə «böyük» və ya «kiçik» xalq, «üstün millət», «ali irq» və ya «seçil-
miş» etnos olmasa da, onların hər birini digərlərindən fərqləndirən etnomədəni
xüsusiyyətləri, dili, təkrarolunmaz maddi-mənəvi irsi vardır. Xalqlar həm də
onları öz keçmişləri, bu günü və gələcəkləri arasında rabitə quran mifik Diri-
lik Ağacının (Qaba Ağac, Baytərək) qol-budaqlarının əcdad-köklərə bağlılığı
ilə də seçilirlər. Bu kökdən ayrılanlar, onlara miras qoyulan irsə yiyə dura
bilməyənlər isə mənbəyindən uzaq düşən çaya bənzəyirlər: axarı ilk vaxtlar nə
qədər güclü olsa da, müvəqqətidir, yol qət etdikcə quruyacaq. Hələ eramızdan
əvvəl böyük yunan mütəfəkkiri Platon «Dialoqlar» əsərində əcdadların qoyub-
getdiyi irsin müasirlər üçün vacibliyini belə ifadə edirdi:
«Siz də, digər xalq-
lar da hər dəfə özünüzə əlifba yaratmağa, yeni həyata uyğunlaşmağa im-
Damğalar, rəmzlər… mənimsəmələr
- 10 -
kan tapan kimi sanki göy yarılır, oradan başınıza bədbəxtliklər, amansız
xəstəliklər yağmağa başlayır. Və siz yenidən savadsızlara, nadanlara çev-
rilirsiniz. Beləliklə, keçmiş əyyamlarda ölkənizdə nələrin baş verdiyindən
xəbərsiz körpələr kimi hər şeyə yenidən başlamalı olursunuz».
Keçmişə biganəlik total unutqanlıq yaradır. O da həqiqətdir ki, bu gün
bir çox xalqların üzləşdiyi süni etnomədəni münaqişələrin, ərazi iddiaları-
nın mayası genetik vərdişə çevrilmiş unutqanlıqda, öz tarixinə biganəlikdə,
onu qoruya bilməməkdədir. Görkəmli fransız maarifçisi Şarl Lüi Monteskyö
1721-ci ildə qələmə aldığı «İran məktubları» romanında türk xalqları tarixi-
nin gələcəkdə üzləşəcəyi təhrif və saxtakarlıqları bəsirətlə görərək təəssüf
hissi ilə bunları yazırdı:
«Yer üzündə heç bir xalq nə fatehlik şöhrəti, nə
də əzəməti ilə onlarla (Azərbaycan türkləri – A.Q.) yarışa bilməz. İra-
nın həqiqi hökmdarları onlardır. Kirin, Kiştapsın taxtında qürurla
əyləşənlər də onlardır… Bu fateh xalqın yalnız tarixçiləri çatışmayıb ki,
şanlı qələbələrinin şöhrətini yazıb ətrafa yaysınlar… Bu cəngavər xalq öz
məğlubedilməzliyinə o qədər inanıb ki, ötən qələbələrini əbədiləşdirmək
qayğısına qalmayıb».
1
Fateh babalarımızın öz tarixlərinə biganəliyi isə
yüz illər sonra, XIX-XX əsrlərdə acı nəticələrini verdi. Tarixi Azərbaycan
torpaqları parçalandı, kiçildi və bu ərazilərin əcdadlarımıza məxsus olması
barədə sübutları başqa xalqların mənbələrindən arayıb-axtarmaqdan başqa bir
çarəmiz qalmadı. Eramızdan əvvəl yaşamış Çin şairi Sıma Syan-Ju haqlı idi:
«Öz tarixini bilməyən və bundan nəticə çıxarmayan xalq əcdadlarının
çəkdiyi əzabları yenidən yaşamağa məhkumdur»...
Təhlillər göstərir ki, bəzən əhəmiyyətsiz görünən, orta statistik istehlakçı
təfəkküründə sadə «naxış», «bəzək ünsürü» kimi qəbul edilən qədim dam-
ğa işarələri milli-mədəni irsin təhriflərə, mənisəmə səylərinə ən dayanıq-
lı olan elementləridir. Məsələn, iddialı tərəflər qədim Azərbaycan xalçasını
özününküləşdirə, «milli mədəniyyətinin nümunəsi» kimi təbliğ edə bilər.
Lakin onların üzərindəki kodlaşdırılmış sakral təsvirləri, güclü etnik «immu-
niteti» ilə seçilən ortaq türk damğa işarələrini mənimsəmək isə mümkünsüz-
dür. Bu işarələr konkret ərazilərdə, məsələn, tarixi Azərbaycan torpaqlarında,
Türkiyədə, Mərkəzi və Ön Asiyada, Krımda, Şərqi Avropada və s. ilkin tarixi-
etnomədəni mənzərənin bərpasında unikal vasitə olmaqla yanaşı, türk xalq-
larının protovətəni, miqrasiya prosesləri, dini inancları, mifologiyası, adət və
1 Ш.Л.Монтескье. “Персидские письма”. Москва, Издательство “ИОЛОС”, 1993.
Damğalar, rəmzlər… mənimsəmələr
- 11 -
ənənələri, hərb sənəti və hərbi-siyasi konfederasiyaları və s. haqqında qərəzsiz
məlumat mənbəyidir. Məhz bu amillər bizi qədim türk damğaları ilə əlaqəli
aşağıdakı suallara cavab axtarmağa sövq edir:
• Əgər Ön Asiya, xüsusilə tarixi Azərbaycan və Anadolu ərazilərinə ilk
türk köçü həqiqətən də eramızın V əsrinə təsadüf edirsə, burada 2-5 min
il əvvəllərə aid olunan və dünyada «türk damğaları» kimi tanınan qədim
işarələrin müəllifləri kimlərdir?
• Azərbaycan ərazisindəki Qobustan, Gəmiqaya, Göyçə qayaüstü
təsvirlərindəki işarələri, Manna, Midiya, sak-skif, bəzi sarmat, əhəməni və
sasani rəmzlərini, Orxon-Yenisey əlifbasını əski türk damğa nişanları ilə
hansı etnomədəni bağlar birləşdirir? Bu sual ətrafında araşdırmalar həqiqi
türk köçünün «Şərqi Sibirdən Cənub-Qərbə» doğru deyil, məhz Ön Asi-
yadan istiqamətlənməsinə dair qənaətlərin təsdiqinə yardımçı ola bilərmi?
• Əgər Avrosentrizm nəzəriyyəsi tərəfdarlarının iddia etdikləri kimi, həmin
damğa işarələri qədim türk xalqlarına deyil, hind-avropalılara (slavyanla-
ra, hindlilərə, germanlara, skandinavlara)
məxsusdursa, görəsən, nə üçün
onların semantikası yalnız əski türklərin mifologiyası, yaşam tərzi, spesifik
hərb sənəti və inancları
(qam-şaman dini, tanrıçılıq) əsasında dəqiq izahını
tapır? Digər iddialı xalqlar həmin damğa nişanlarının mənşə və mahiyyətini
«unutduqları» halda, onların məhz ortaq türk ornamentləri, dövlət simvol-
ları sırasında bu günə kimi qorunub-saxlanılmasının səbəbi nədir?
• Elmi ədəbiyyatda şərti olaraq «Qafqaz Albaniyası» adlandırılan Alban
dövlətinin rəmz və damğa nişanlarının türk mənşəli olması həmin dövrdə
bu ərazidə hansı etnomədəniyyətin dominant rolunun göstəricisidir?
• Xristian dininin bir sıra rəmzlərinin İsa Məsihin mövludundan və xaçın
kult obyekti kimi qəbul edilməsindən xeyli əvvəl qədim türk inancların-
da ilahi nişanlar, nəsil və tayfaların fərqləndirmə işarələrinin olması hansı
etnomədəni və siyasi proseslərlə əlaqəlidir?
Antik və Orta əsr tarixçilərin məlumatına görə, qədim türk atlı döyüşçüləri
savaş ərəfəsində bir-birini tanımaları və hərb meydanını Göydən seyr edən
Tenqri xanın onları düşməndən fərqləndirməsi üçün alınlarına, baş geyimlərinə
mənsub olduqları nəslin damğalarını və dini rəmzlərin təsvirlərini çəkərdilər.
Əgər döyüşçünün qisməti şəhidlik olsaydı, onu Tenqri məkanına da həmin
alın yazısı ilə yola salırdılar. Bəlkə də, bu gün «qəzavü-qədər» anlamını verən
«alın yazısı» ifadəsinin ilkin semantikası bu ayin ilə əlaqəlidir.
Damğalar, rəmzlər… mənimsəmələr
- 12 -
Tarixdə təkcə ayrı-ayrı fərdlərin deyil, hər bir xalqın, millətin də öz mis-
siyası, öz tale yolu və alın yazısı vardır. Bu yol isə keçmişin öyrənilməsindən
başlanır. Hüseyn Cavidin təbirincə desək,
«Turana qılıncdan daha kəskin
ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət»...
Yaşlıların xatırlamasına görə, keçmişdə Azərbaycanda yad qonaqdan
«Kimlərdənsən?» soruşanda əvvəlcə mənsub olduğu tayfanın, sonra isə
nəslinin adını deməli idi. Daha uzaq əyyamlarda isə belə sorğu-suala da eh-
tiyac yox idi. Qərib adamın geyimi, silahı, yəhəri üzərindəki damğa işarələri
onların sahibi haqqında ətraflı məlumat verirdi. Bu gün Azərbaycanda bir çox
insan nəsil şəcərəsini, tayfasını, yeddi arxa dönəninin kimliyini qürurla xatır-
layır, onlarla fəxr edir. Yaddaşlardan silinən bir şey varsa, o da həmin kimliyi
təsdiqləyə biləcək tarixi şəhadətnamələr – damğa işarələridir...
Müəllif
Damğalar, rəmzlər… mənimsəmələr
- 13 -
- I HİSSƏ -
Damğa - etnik alın yazısı
Mən sizlərə oldum xaqan,
Düşməsin əlimizdən nə yayımız, nə qalxan
Damğamız olsun bizə yol göstərən bir nişan».
« Oğuz Xaqan» dastanından
Vaxt «inanılmaz» dediyimiz sürətlə keçir. Zamanın axarında nəsillər
bir-birini əvəz edir, əhatəmizdəki fetişlər ilkin mahiyyətlərini itirir, adiləşir,
mənəvi dəyərlər təzələnir, bütöv sivilizasiyalar, mədəniyyətlər çökərək
estafeti yenilərə ötürür. Yaddaşlarda isə yalnız keçmişin kodlaşdırılmış
işartıları – ötənlərin rəmz və işarələri, onların yozumları və bir də təhriflər
qalır. Əlimizə aldığımız hər bir kitab da məzmunundan, müəllifin üslubundan,
yazıldığı dildən asılı olmayaraq, rəmz və işarələrin toplumudur. İnsanlar təkcə
sözlərlə deyil, yazı işarələri və təsvirlər vasitəsilə də öz fikirlərini ifadə edir,
başqalarına çatdırır. Nitqimizdə və ya qələmə aldığımız mətnlərdəki sözlər də,
rəqəmlər də ayrı-ayrılıqda müəyyən səslərin şərti işarələrlə rəmzləşdirilmiş
formalarıdır. Səslərin, müxtəlif mənalı sözlərin işarələnmiş məntiqi ardıcıllığı
isə bitmiş fikri – cümlələri, yazı mətnlərini – bir sözlə, müsahib və ya oxucu
ilə ünsiyyəti yaradır.
İnsanı bioloji varlıq kimi digər canlılardan fərqləndirən xüsusiyyətlərdən
biri onun abstrakt düşüncəyə malik olması, ətrafında baş verən hadisələri,
bütövlükdə hər hansı bir informasiyanı, ideyanı, prosesləri sadələşdirilmiş
obrazlara, asan qavranılan şərti işarələrə çevirmək qabiliyyətidir. Analitik
psixologiya təliminin banilərindən olan Karl Qustav Yunqun təbirincə desək,
qədim mifik təfəkkürün, dünyanı dərketmə formalarının, müxtəlif dinlərə,
incəsənət növlərinə, bütövlükdə ayrı-ayrı etnik mədəniyyətlərə parçalanan
bəşər sivilizasiyasının bütün arxetipləri, yəni ilkin obrazları məhz sadə
rəmzlər vasitəsilə ötürülərək dövrümüzə gəlib çatmışdır.
2
Bu işarələr fərqli
sosial-mədəni, intellektual təbəqələrə, etnomədəni qruplara, zaman kəsiyinə,
2
К.Юнг. “Архетип и символ”. Издательство “Ренессанс” СП “ИВО-СиД”, 1991.
Dostları ilə paylaş: |