Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/35
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15627
1   ...   5   6   7   8   9   10   11   12   ...   35

Damğalar, rəmzlər… mənimsəmələr
- 73 -
Şomutəpə  məntəqəsi  (e.ə.  V-IV  minilliklər)  malikanə  tipli  (yaşayış  evi  və  bir 
neçə  təsərrüfat  tikilisi)  olmaqla  yanaşı,  daş  hasarla  əhatəyə  alınmışdır. Ağdam 
rayonu ərazisində tapılan İlanlıtəpə malikanəsi eramızdan əvvəl beşinci minilliyin 
sonlarına,  Qaraköpəktəpə,  Mərdəkan,  Şüvəlan  və  s.  tikili  qalıqları  isə  daha 
sonrakı dövrlərə aid edilsə də, onların eyni tipli olmaları müəyyənləşdirilmişdir. 
Müqayisəli təhlillər nəticəsində eyni tipli və eyni texnoloji üsullarla ucaldılmış 
belə tikililər təkcə Cənubi Qafqaz ərazilərində deyil, Türkmənistanda (Qara Təpə, 
Çakmaklı Təpə, Göksür-1) və Özbəkistanda da (Yakke Parsan-2) aşkar edilmişdir. 
Davud Axundov bu tikililərin prototiplərinin Şumer dövləti ərazisindəki qədim 
«Xanazir»  və  «Tell  Qalini  Aqha»  yaşayış  məntəqələrindəki  evlərin  planı  ilə 
oxşar  olduğunu  və  prototürklərin  bir  qolunun  Dəclə  və  Fərat  çayları  arasında 
məskunlaşması  və  bu  torpaqlardan  şimala  doğru  miqrasiyası  ehtimalını  irəli 
sürmüşdür. 
97
D.Axundova görə, İlanlıtəpədəki (Eneolit dövrü, Ağdam rayonu, Orta Qərvənd kəndi) və 
Qobustandakı yaşayış evlərinin   damğa-plan işarəsinə əsasən bərpa olunmuş təsvirləri 
98
 
Qobustanın petroqlifləri arasında qədim yaşayış məntəqələrinin sxematik 
təsvirlərinin  də  həkk  olunmasına  dair  Davud  Axundovun  qənaətlərinin 
doğruluğunu digər bir misal da təsdiqləyir. Xatırladaq ki, 1987-ci ildə Ural-
Qazaxıstan müştərək arxeoloji ekspedisiyası Rusiyanın Çelyabinsk (qədim 
adı: «Çələbi») vilayətinin Kizil rayonunda, yerli əhalinin «Arkaim» (əski 
türkcədə «Arqayım»/dağın arxası) adlandırdıqları ərazidə qədim və unikal 
yaşayış  məntəqəsinin  qalıqlarını  aşkar  etmişlər.  Elm  aləmində  sensassiya 
97 
 Yenə orada
98 
 Yenə orada

Damğalar, rəmzlər… mənimsəmələr
- 74 -
doğurmuş  bu  tapıntı  iç-içə  iki  dairəvi  qala  divarının  əhatəsində  radial 
şəkildə planlaşdırılmış tikililərdən ibarətdir. Tədqiqatlar nəticəsində Arkaim 
qala-dövlətinin  Orta  Tunc  dövründə,  eramızdan  əvvəl  III-II  minilliklərdə 
salındığı  və  unikal  mədəniyyət  mərkəzi  olduğu  müəyyən  edilmişdir. 
Arxeoloji qazıntılar zamanı burada hər biri bir neçə mənzildən ibarət xeyli 
birmərtəbəli yaşayış evləri ilə yanaşı, dəmirçi, dulusçu emalatxanalarının, 
ərzaq anbarlarının bünövrələri, saxsı kanalizasiya sistemi, qala divarlarından 
kənarda  isə  məzarlıqlar  və  mal-qara  saxlamaq  üçün  tövlələrin  qalıqları 
tapılmışdır.  Rus  xalqının  genezisini  saka-skiflərlə  bağlamağa,  perspektiv 
etnosiyasi  məqsədləri  hədəf  götürərək  Şərqi  Sibirin  və Altayları  rusların 
tarixi vətəni elan etməyə çalışan bəzi Rusiya alimləri hələ SSRİ dönəmində 
ləngimədən Arkaimi «qədim ari-slavyan şəhər-dövləti», «rus mədəniyyətinin 
beşiyi», Yaxın  və  Orta  Şərq,  Misir, Aralıq  dənizi  sivilizasiyalarının  ilkin 
mənbəyi elan etməyə başladılar. Tədqiqatçı Zira Novruzbayevanın yazdığı 
kimi 
«Atın hələ əhliləşdirilmədiyi bir dövrdə guya sürətli döyüş arabaları 
ilə dünyanı fəht edən, Xəzər dənizinin sahilləri boyu irəliləyərək geridə 
qalmış  xalqlara  mədəniyyət  bəxş  edən  fövqəlinsanların  -  ari-rusların 
missiyası  haqqında  qondarma  nəzəriyyələr  uydurulur  və  yayılırdı. 
Halbuki  Orta  əsrlərin  sonuna  kimi  Ural  dağlarından  şərqə  döğru 
uzanan ərazilərdə nə «rus», nə «slavyan», nə də «Rusiya» anlayışları yox 
idi. Dəgər tərəfdən, arxeoloji faktlar bu şəhərin Andronov (eramızdan 
2000-1000  il  əvvəl)
  və  saka  mədəniyyəti  ilə  üzvi  şəkildə  bağlılığını  və 
onların  prototip  sivilizasiyası  olduğunu  sübuta  yetirmişdir».
99
  Qazax 
alimi Amangəldi Narımbayeva
 da «Arkaim. Prototürklərin yaratdığı dünya 
sivilizasiysının  ocağı»  kitabında  da  adı  çəkilən  qala-dövlətin  ərazisindən 
tapılan  arxeoloji  materialların,  dəfn  mərasimi  atributlarının,  rəmzlərin  və 
ornamentlərin  təhlili  sayəsində  saka-skif, Andronov,  Pazırıq  mədəniyyəti 
daşıyıcılarının,  Şərqi  Sibirin  və  Mərkəzi Asiyanın  qədim  türk  xalqlarının 
birbaşa  Arkaim  mədəniyyətinin  etnik  varisləri  olduğunu  göstərmişdir.
100
 
Arkaimin maddi-mədəni irs nümunələrinə əsasən, tam yəqinliyi ilə demək 
olar ki, qədim türklərdə olduğu kimi, onun sakinləri arasında da at və qoç 
kultları  yayılmış,  dəfn  mərasimləri,  yaşam  tərzləri,  inancları  Şimali  və 
Cənubi  Qafqazda,  Mərkəzi  Asiyada,  Altaylarda  yaşayan  əski  tayfaların 
adətləri ilə eyni olmuşdur. 
99  
З.Наурзбаева. «Да, скифы мы», http://www.press-uz.info/index.php?title=a...122007&st=6 
100  
А.Нарымбаева.  «Аркаим – очаг мировой цивилизации, созданный прототюрками» Алматы, 2007

Damğalar, rəmzlər… mənimsəmələr
- 75 -
1.Arkaim qala-şəhərciyinin bərpa olunmuş maketi; 2. Arkaim şəhərinin yuxarıdan çəkilmiş 
planı; 3.Qobustan qayaüstü təsvirlərində (Böyükdaş) eyni tipli qədim yaşayış məntəqəsinin 
sxematik planı;
101
 4. Erkən Tunc dövrünə aid Dəmirçihüyük  (Türkiyə, Əskişəhir) arxeoloji 
abidələri içərisində aşkar olunmuş qədim tikilinin planı;
102
 5. Şumer və Akkad hökmdarı 
Şulqanın (Şülga, Şülgir) eramızdan əvvəl 2094-cü ildə tikdirdiyi məbədin rekonstruksiyası; 6.
Assuriya relyefinə əsasən Midiya qalası (eramızdan əvvəl VIII əsr);
103
  5.Midiya dövlətinin 
Kişessu qalasının rekonstruksiyasının eskiz-layihəsi (D.Axundova görə).
104
Bütün bunlarla yanaşı, Arkaim və Xəzər dənizi sahillərində yaşayan qədim 
101
 И.Джафарзаде. «Гобустан. Наскальные изображения», Баку, 1973
102  
Turan Efe. «Eskişehir bölgesi tarihöncesi dönem araştirmalari ve Önasya arkeolojisi içindeki yeri», http://
kulluobakazisi.bilecik.edu.tr/Dosya/Arsiv/ara%C5%9Ft%C4%B1rma%20tarih%C3%A7esi2.pdf
103
  И.Дяконов. «История Мидии»,  Москва, 1956
104
  Д.Ахундов.  «Архитектура древнего ранне-средневекового Азербайджана». Баку, 1986.

Damğalar, rəmzlər… mənimsəmələr
- 76 -
xalqların mədəniyyətləri arasında bağlılığın olmasına dair Rusiya  alimlərinin 
qənaətlərində  həqiqət  vardır.  Bu  iddiaların  gerçəkliyə  uyğun  olmasını 
təsdiqləyən amillərdən biri Qobustanın nadir qayaüstü təsvirləridir. Tanınmış 
Azərbaycan  arxeoloqu,  Qobustan  təsvirlərinin  tədqiqatçısı  professor  İshaq 
Cəfərzadə  hələ  ötən  əsrin  ortalarında  aşkar  etdiyi  yüzlərlə  unikal  petroqlif 
içərisində «Böyükdaş» adlanan ərazidə, 99 saylı yazılı daş üzərindəki rəmzin 
uzaq keçmişdə Abşeron yarımadası ilə Ural dağlarının Şərq ətəkləri arasında 
genetik əlaqə qurmasına və Cənubi Qafqazda Arkaim qala-dövlətindən daha 
qədim olan prototip yaşayış məntəqəsinin mövcudluğuna dair ehtimallar irəli 
sürməyə imkan verir. Əlavə arxeoloji tədqiqatlar tələb edən bu ehtimalların 
sübuta yetirilməsi isə türklərin tarixi vətənləri, miqrasiya istiqamətləri və köç 
dövrləri haqqında qurama «Altay nəzəriyyəsinin» siyasi məqsədlər daşıdığını, 
tarixi  faktlara  söykənmədiyini  göstərəcəkdir.  Böyükdaşdakı  «sxem» 
heyrətamiz  dərəcədə Arkaim  qalası  planını  xatırladır.  Burada  da  iç-içə  iki 
dairəvi qala divarları, radial şəkildə bölünmüş məhəllələr və yaşayış evləri, 
mərkəzi meydan və çevrə boyu paralel küçələr, qədim türklərin «temirkapu» 
(dəmir  qapı)    adlandırdıqları  müdafiə  xarakterli  tələ-giriş  hissələri  həkk 
olunmuşdur.  Kür-Araz  mədəniyyətinə  aid  tikililərin  təkcə  regionda  deyil, 
Xəzər  dənizinin  şərq  sahillərində  də  yayılmasını  nəzərə  alsaq,  Böyükdaş 
sxem-təsviri  həmin  çağlarda  təkcə  Cənubi  Qafqazda  deyil,  digər Avrasiya 
ərazilərində yaşayış  məntəqələrinin eyni tip üzrə salınmasına dair qənaətləri 
əsaslandırmağa şərait yaradacaqdır. 
Qədim təsvirlərin təhlili bir daha təsdiqləyir ki, Midiya dövlətinin Xarxar 
şəhəri,  eramızdan  2000-1000  il  əvvələrə  aid  olan  Naxçıvanın  Oğlanqala 
abidəsi və digər tikililər də həmin planlaşdırma üsulu ilə inşa edilmişdir. İlkin 
ehtimallara  əsasən,  «Azərbaycan  Arkaiminin»    -  ən  qədim  qala-şəhərinin 
qalıqlarını Böyükdaş abidəsi ilə coğrafi yaxınlığına və relyef şəraitinə görə 
Abşeron yarımadasında axtarmaq lazımdır. Belə namizədlər sırasında «Xəzər 
Atlandidasını»  - Səbayıl qalasını və ya qədim dövrlərdə indiki Bakı şəhəri 
ərazisində, İçərişəhərin hududlarında salınmış yaşayış məskənini önə çəkmək 
olar.  Bu  sxemin  qədim  Bakıya  aid  olduğunu  təsdiqləyən  bir  amil  onun  da 
bir tərəfinin giriş-çıxış məqsədilə açıq olmasıdır. Çox güman ki, həmin yer 
Xəzər dənizinin sahili, şəhər qala divarlarının ara hissəsi  -  Qız Qalasının 
yerləşdiyi ərazidir. Beləliklə, sonralar müstəqil damğa işarələrinə çevrilərək 

Damğalar, rəmzlər… mənimsəmələr
- 77 -
«məskunlaşma» anlamını verən     rəmzlərinin ilkin semantikasını (yaşayış 
məskənləri  planını)  əsas  götürsək,  «Çelyabinsk  Arkaiminin»  həmin  tipli 
tikililər silsiləsinin davamı olması qənaətini irəli sürə bilərik.
İndi  yenidən  qədim  türk  yazı  sisteminin  qrafemlərinə  və  ortaq  damğa 
işarələrinə  qayıdaq.  Qeyd  olunduğu  kimi,  ortaq  damğaların  bir  çoxunun 
qrafik  variantlarına  Orxon-Yenisey  kitabələrində  əlifba  işarələri  kimi  rast 
gəlinir.  Bununla  da  ibtidai  rəmzlər  əsasında  yaranmış  əlifbaların  ilkin 
variantlarının  dəqiq  xronoloji  ardıcıllığa  əsasən  yayılma  areallarının 
öyrənilməsi tarixi və etnoqrafik araşdırmalarda pozitiv missiyaya çevrilməklə, 
əcdadların etnik mənşəyi, inancları, mədəni həyatı, məişəti, miqrasiyası, ən 
vacibi isə türk xalqlarının tarixi vətəni barədə əlavə məlumat mənbəyi kimi 
qiymətləndirilməlidir.  Görkəmli  Krım  tatar  maarifçisi,  arxeoloq,  etnoqraf 
Osman Akçokraklı təkcə Krım yarımadasındakı qayaüstü təsvirlərdə, məzar 
daşlarında, qədim tikililər və tətbiqi sənət əsərləri üzərində aşkar etdiyi işarələr 
içərisində 16 damğanın Orxon-Yenisey əlifbası qrafemlərinin analoqu olması 
qənaətinə  gəlmişdir.
105
  Təsadüfi  deyildir  ki,  Göytürk  abidələrinin  tanınmış 
tədqiqatçısı Əbülfəz Rəcəbli həmin əlifba işarələri ilə yazılmış mətnləri «bütün 
türkdilli xalqların daşlara həkk edilmiş tarixi sənədləri» adlandırmışdır: 
«Bu 
abidələr  qədim  türk  qəbilələrinin  daşlar  üzərində  yazılmış  tarixidir, 
xaqanların,  sərkərdələrin  xalq  qarşısında  hesabatıdır,  dövlətin  və 
xalqın qarşısında duran vəzifələr haqqında türk elinin bəyannaməsidir, 
türk  elinin,  törüsünün  (qanununun),  yüksək  şəkildə  inkişaf  etmiş  türk 
mədəniyyətinin və türk hərb sənətinin nümunəsidir, türk ictimai-fəlsəfi 
fikrinin və türk bədii ədəbiyyatının ilk səhifəsidir».
106
 
Tarixin  keşməkeşlərindən,  ilk  növbədə    nəhəng  Avrasiya  regionunda 
yazı  qrafikaları  arasında  rəqabətdən  keçən  qədim  türk  əlifbası  müəyyən 
dəyişikliklərə məruz qalsa da, əsrlər boyu əhəmiyyətini itirməmişdir. Yalnız 
türk  xalqlarının  islam  və  xristian  dinlərini  qəbul  etməsindən  sonra  onun 
tətbiq dairəsi sürətlə daralmağa başlamışdır. Tarixi mənbələrə əsasən, hətta 
ərəb  əlifbasının  yayılmasından  sonra  -  XI-XII  əsrlərdə  də  Volqaboyunda 
yaşayan bulqarlar Göytürk əlifbasından istifadə etmişlər. Maraqlıdır ki, XX 
əsrin əvvəllərində xakasların məskunlaşdığı bəzi bölgələrdə bu əlifba hələ də 
mövcudluğunu  saxlamış,  yalnız  Sibirdə  bolşevik  hakimiyyəti  qurulduqdan 
105
  О.Акчокраклы. «Татарские тамги в Крыму», http://crimeantatars.com.
106
 Ə.Rəcəbli. «Qədim türk yazısı abidələri», I cild. Bakı, 2009.

Damğalar, rəmzlər… mənimsəmələr
- 78 -
sonra  qadağan  edilmişdir.  1924-cü  ildə  isə  xakaslar  üçün  kiril  əlifbası 
əsasında  36  hərfdən  ibarət  yeni  yazı  qrafikası  yaradılmışdır.
107
 Azərbaycan 
xalça ornamentləri arasında Göytürk hərfləri ilə damğa təsvirlərinin paralel 
istifadəsi islamdan sonrakı dövrlərdə də bu əlifbanın bir müddət aktuallığını 
saxlaması və tətbiqi barədə qənaətlər irəli sürməyə imkan verir.
Cədvəl 4.  Orxon və Yenisey əlifbalarındakı bəzi işarələrin 
oxunuşu və damğa rəmzləri kimi izahı

İşarə
Oxunuşu
Damğa 
variantlarının 
adları

İşarə Oxunuşu
Damğa 
variantlarının 
adları 
1
 
İncə saitli 
sözlərdə titrək 
sonor 
«r» səsini 
bildirmək üçün 
istifadə edilir.
Tenqri xanın 
sakral rəmzi, 
«er/ər» (insan, 
döyüşçü) bildirir.
11
Sait 
«a», «e» 
səslərini ifadə 
edir. Bəzən   
işarəsi ilə əvəz 
olunur.
«Qarmaq» işarəsi 
kimi də yozulur. 
Azərbaycan xalça 
naxışlarında 
bu işarənin   
variantı da geniş 
yayılmışdır.
2
Mətnlərdə 
«z» 
samiti həm qalın, 
həm də incə 
saitli sözlərdə 
işlədilir.
«təpə xaç», 
«subaş», 
«sarman», «dörd 
ünsür», «çərxi-
fələk», «qaz», 
«qaz təpiyi», 
«şəmsi-gərdan»
12
Dilarxası kar 
«k» samiti. 
Yalnız 
«ı» saiti 
ilə qonşuluqda 
işlədilir.
«Pitik», «Tumar» 
(Humay Ananın 
rəmzi), «nəzərlik 
duası»
3
Cingiltili 
«b» 
səsidir. İncə 
saitli sözlərdə 
oxunur.
«Ev», «alaçıq», 
«məskunlaşmaq» 
anlamında 
istifadə olunur.
13
Burun sonor 
«m» samiti 
kimi qalın 
və incə saitli 
sözlərdə 
işlədilir.
«Qurd başı», 
«qurd ağzı», 
«İskəndər 
damğası»
4
Cingiltili 
«d» 
samitidir. İncə 
saitli sözlərdə 
işlədilir.
«haça», 
«aça», «aşa», 
«sarakay», 
«asa Umay», 
«aşamay» 
(Humay Ana 
haçası/xaçı)
14
Mətnlərdə kar 
«s» samitini 
bildirir.
«Süngü», «nizə», 
«bıçaq», «bir 
tayfa/nəsil»
5
Cingiltili 
«y» 
samiti. Qalın 
saitli sözlərdə 
istifadə olunur.
«Ay», «yay» 
(atıcı silah) 
mənasını verir.
15
Qalın saitli 
sözlərdə kar 
«t» samitini 
ifadə etmək 
üçün işlədilir.
«Atlı», «minici», 
«at» mənalarında 
işlədilir.
107
 Г.М. Давлетшин, Ф.Ш. Хузин. «Булгарская цивилизация на Волге»,
 Татарское книжное из-
дательство, 2011.

Damğalar, rəmzlər… mənimsəmələr
- 79 -
6
İşarənin 
«baş» 
və 
«aş» kimi oxu 
variantları vardır.
«Art», «arta», 
«dərə», «iki dağ 
arasında vadi»
16
Cingiltili 
«d» samiti. 
Tərkibində 
qalın saitlər 
olan sözlərdə 
işlədilir.
«Ayaq», «dayaq»
7
İşarə
 «nt», bəzi 
hallarda isə «nd» 
kimi oxunur
«and», «əhd», 
«qardaşlaşma», 
«sarsılmaz 
ittifaq» işarəsi
17
Göytürk yazılı 
abidələrində 
«
iç», daxil» 
sözlərini ifadə 
etmək üçün 
işlədilir.
Evin, alaçığın 
mərkəzi dirəyi, 
«baytörə», 
«üstün», «baxan», 
«bakan»
8
Kar 
«ş» samiti
«eşik», «qapı», 
«qapı çatısı»
18
 və   
«k» 
səsini bildirir
yalnız «o» və 
«u» saitləri ilə 
işlədilir
«ox» damğasını 
ifadə edir.
9
Sonor 
«l» 
samitidir.
«qarmaq»
19
Cingiltili 
«l» 
samitini ifadə 
edir.
«hənək», «sənək», 
«durbaş», «ayır» 
(ikidişli döyüş 
yabası)
10
Kipləşən 
dilortası kar 
«k» 
səsini bildirmək 
üçün istifadə 
edilir.
 «kuray», 
«ney»
20
Göytürk 
mətnlərində 
kipləşən, 
qoşadodaq kar 
«p» samitidir
 və   - «irqaq», 
kösöy/kösöv
Qeyd: Orxon və Yenisey əlifba işarələrinin oxunuş qaydalarında Əbülfəz Rəcəblinin 
kitabından
108
 istifadə edilmişdir.
 
Əski türklər damğa işarələrini döymə (tatu), dağlama üsulu və ya boyaq 
vasitəsilə bədən üzərinə (əl, qol, alın və sinəyə), qazma, basma, yonma və 
toxuma  yolu  ilə  yaşayış  binalarının,  alaçıqların  və  dini  tikililərin,  müdafiə 
qurğularının, ərzaq anbarlarının giriş hissəsinə, sütun və divarlarına, üst və 
baş geyimlərinə, sancaq və tuğların başlıqlarına, silah tiyəsinə, zireh, məişət 
(qab-qacaq,  çuval,  heybə,  süfrə,  kilim,  keçə,  xalça)  və  ziynət  əşyalarının, 
məzar  daşlarının  üzərinə,  yəhər  və  çullara,  ev  heyvanlarının  bud,  quyruq, 
qulaq və baş hissəsinə vururdular. Qızdırılmış dəmir basma-qəliblər vasitəsilə 
bədənə  basılan  nişanlama  üsulu  dilimizdə  «damğa  vurmaq»,  «damğa 
108
  Ə.Rəcəbli. «Qədim türk yazısı abidələri», I cild. Bakı, 2009.

Damğalar, rəmzlər… mənimsəmələr
- 80 -
basmaq»,  «damğa  daşımaq»,  «damğalamaq»,  «dağlamaq»,  «dağ  basmaq», 
«dağ çəkmək» kimi ideomatik ifadələrdə bu gün də qalmaqdadır. 
Türk xalqlarının damğa işarələri tanınma-fərqləndirmə nişanları olmaqla 
yanaşı,  həm  də  onların  məskunlaşdıqları  nəhəng  ərazidə  cərəyan  etmiş 
etnogenetik  prosesləri,  xalqların  inteqrasiyasını,  etnik  zəmində  tayfa 
birliklərinin  və  saka-skif,  hun,  xəzər  konfederasiyaların  yaranma  tarixini 
özündə aydın əks etdirən unikal etnoloji fenomendir. Etnogenezin müəyyən 
edilməsində  müstəsna  əhəmiyyət  daşıyan,  lakin  diqqətdən  kənarda  qalan 
damğalar  qədim  və  ya  müasir  etnosun,  ayrı-ayrı  tayfa  və  nəslin  etnik 
mənsubiyyəti,  onun  etnogenezinin  formalaşmasında  iştirak  payı  haqqında 
məlumat mənbəyidirlər. Bu barədə kitabda az sonra söhbət getsə də, anons 
olaraq bir nümunə göstərmək istərdik. Müxtəlif xalqlara məxsus olan damğa 
işarələri özünün sadə və ya mürəkkəbliyi, qrafik təsviri ilə bir-birindən fərqlənir. 
Məsələn, sarmat tayfalar birliyinin -             
 ,
109
 Əhəməni dövlətinin 
-         
         
110
Sasani imperiyasının -       
  , 
111
 tanınma-
fərqləndirmə  nişanları  həm  seqmentlərinin  sayına,  həm  də  semantikasına 
görə ortaq türk damğalarından -                  və s.
112
 kəskin şəkildə 
fərqlənirlər. Bununla belə, L.Lavrov, E.Triarski, İ.Baski kimi mütəxəssislərin 
hazırladıqları  təsnifatlarda  sarmat,  əhəməni  və  sasanilərə  məxsus  işarələr 
arasında tipik türk damğalarının xüsusi çəkisi (ilkin qənaətə görə,35-40%-ə 
qədər) ilk növbədə həmin dövlətlərin təşəkkülündə qədim türk tayfalarının 
da  iştirakından  xəbər  verir.  Başqa  bir  misal,  Monqolustan  ərazisində  aşkar 
edilən bütün nişanlar, bir qayda olaraq, «monqol damğaları», onların sahibi 
olan etnik qruplar isə «monqol tayfaları» kimi təqdim olunmaqdadır. Halbuki, 
həqiqi monqol damğaları, məsələn,               və s.
113
 qrafik təsvir 
baxımından  türk  tayfa-nəsil  nişanlarından  xeyli  fərqlidir.  Bundan  başqa, 
Dağıstanda  və  Şimali  Qafqazda  yaşayan  xalqların  fərqləndirmə-tanınma 
işarələri  arasında  sırf  türk  damğaları  da  vardır  və  bu  nişanlar  həmin  etnik 
qrupların etnogenezisinin müəyyən edilməsində ciddi əhəmiyyətə malikdirlər. 
Bu işarələrin müqayisəli təhlili göstərir ki, kabardinlər türk etnik elementi ilə 
109
 В.Ольховский. «Тамга (к функции знака)», Историко-археологический альманах, № 7, Армавир, 2001.
110
 С.Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья»
111
  Yenə orada
112
 И.Баски. «Тамги и этнические названия. Вклад тамга-знаков в этногенез татар». Татарская 
археология. 1997, №1.
113
  Yenə orada

Damğalar, rəmzlər… mənimsəmələr
- 81 -
nə qədər sıx təmasda olsalar da, onların -   
   
    
           
    ,
114
 abazaların - 
 
  
              
  
115
  və osetinlərin 

       
 
 
           
 
116
 damğa işarələri bu xalqların 
etnogenezinin formalaşmasında irandilli xalqların fəal iştirakını təsdiqləyir. 
Damğaların  başqa  bir  funksiyası  onların  dini  məsubiyyət  göstəricisi 
olmasıdır.  Belə  ki,  damğa  işarələrində  magiya,  fetişizm,  totemizm,  əcdad 
kultu,  şamanizm,  animizm,  Günəş  və  Ay  kultunun,  tanrıçılığın  aparıcı 
elementlərinin qrafik təzahürlərinə məsələn,              - Dirilik Ağacı 
(Qaba Ağac, Baytərək), 
 - qoç buynuzu, koçkar/qoşkar, 
 - qurdağzı, 
 - yırtıcı quş caynağı,   - Günəş,   - Ay,   və ya   - ayı başı və s. geniş 
rast gəlinir. Lakin insanların etiqadları dəyişdikcə bu damğaların semantikası 
da təhriflərə məruz qalmağa başlamışdır. Lakin türk xalqlarının böyük hissəsi 
islam dinini, bir hissəsi isə xristianlıq və iudaizmi qəbul etdikdən sonra damğa 
işarələrinin  əksəriyyətinin  əvvəlki  yozumu  bütpərəstliyin  qalığı  kimi  qəbul 
edilmiş, bəzilərinin qrafik təsviri saxlanılsa da, semantikası zahiri bənzərliyinə 
əsasən  neytral  adlarla  –  «uşaq  yəhəri»,  «çömçə»,  «qaz  ayağı»,  «daraq», 
«kösov», «qapı», «dirək», «qarmaq», «dairə», «beşik», «quşqun» və s. əvəz 
olunmuşdur.  İslam  dininin,  xüsusilə  ərəb  əlifbasının  türk  xalqları  arasında 
yayılması nəticəsində isə bir sıra tayfaların, o cümlədən Mərkəzi Asiyadakı 
oğuz boylarının damğa işarələri prototipləri ilə müqayisədə tanınmaz vəziyyətə 
gətirilmişdir. Misal üçün, Mərkəzi Asiya və Krım damğalarına «süngü»  və ya 
«çəkic»   damğasının bir variantı olan «əlif» (ərəb əlibasının ilk hərfi) işarəsi 
də   əlavə olunmuşdur. 
Dünyanın ən qədim monoteist dinlərindən sayılan tanrıçılıq inancı damğa 
yaranışı prosesinə öz təsirini göstərmişdir. Bəzi mənbələrə əsasən, eramızdan 
əvvəl II-I minilliklərdə təşəkkül tapmış bu dinin xarakterik xüsusiyyətlərindən 
biri  onun  sinkretik  mahiyyət  daşıması,  animizm,  totemizm  və  qam-şaman 
inanclarının aparıcı elementlərini özündə qoruması, insanın ətraf aləmə, təbiətə 
üzvi  bağlılığını  saxlamasıdır.  Yəni  tanrıçı  türklər  təbiətə  canlı  varlıq  kimi 
yanaşsalar da, suyun, torpağın, meşələrin, daşların, heyvanların və s. eyəsinin 
(Azərbaycan  dilində  -  əyəsi,  yiyəsi),  gözəgörünməz  sahiblərinin  olmasına 
inansalar da, Tenri xana itaət edir, onu digər mifik qüvvələrin baş ilahisi hesab 
edirdilər.  Çünki  Tenqri  xan  (Orxon-Yenisey  abidələrində  yazılışı  - 
114
  Яхтанигов Х. «Северекавказские тамги». Нальчик, 1993. 
115
 Yenə orada
116
 Yenə orada

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin