Damğalar, rəmzlər… mənimsəmələr
- 145 -
dövləti vasitəsilə Azərbaycan ərazilərinə də yayılmışdır. Məsələn, ruhları
Ay-qayıqla daşıyan Günəş ilahəsi haqqında rəvayət Qobustan qayalarındakı
(Böyükdaş) eramızdan əvvəl III minilliyə aid edilən gəmi təsvirində özünün
dəqiq illüstrativ həllini tapmışdır. Qayaüstü rəsmdəki Ay-gəminin
baş
tərəfindəki səkkizqollu Günəş rəmzi məzmun və kompozisiya baxımından
qədim türklərin Günəş-Ay təsvirli damğasının semantikası ilə tamamilə
səsləşir. Təsvirdəki qayığın «sərnişinləri» isə Qaranlıq Dünyaya köç edən kişi,
uşaq və qadın ruhlarıdır. Təsadüfi deyildir ki, Qobustanı «qədim insanların
bacarıq və düşüncəsini rəsmlər vasitəsilə bizə çatdıran məkan» adlandıran
norveç alimi, ibtidai sivilizasiyaların tanınmış tədqiqatçısı Tur Heyerdal bu
sujetli təsvirin məhz şumer mifologiyasından qaynaqlanan ən qədim gəmi
illüstrasiyası olduğunu bildirmişdir. Digər yaxınlığı isə qədim Yaxın Şərq
dilləri üzrə tanınmış mütəxəssis, çex alimi Bedrjik Qroznı göstərir:
«Şumer
dili bir tərəfdən Altay, türk-tatar, digər tərəfdən bəzi hind-Avropa
dillərinin cizgilərini özündə əks etdirirdi».
65
Qobustan qayalarındakı (Böyükdaş dağının yuxarı səkisi) rəsmdə Günəş-Tanrı , Ay/qayıq
rəmzləri və Qaranlıq dünyaya köç edən ruhların təsvirləri.
Digər maraq doğuran, şumer dini təsəvvürləri ilə paralellik təşkil edən
məqamlardan biri Qobustandakı gəmi-qayıq məzmunlu petroqliflərin qadın
(ilahə, protoana) təsvirləri ilə yanaşı olmasıdır.
66
Heç də təsadüf xarakteri
daşımayan bu yaxınlıq yenə də öz izahını şumer mifologiyasında və
ideoqramlarında tapır. Belə ki, protoşumer ideoqrafik təsvirləri təsnifatında
Dingir (Tenqri) rəmzinin ilkin variantı işarəsi olmuş və sonralar «Ay
rəmzi» kimi tanınmışdır. Həmin rəmzin daha mükəmməl variantı isə təkcə
Ayı deyil, həm də bu səma cismini özündə təcəssüm etdirən ilahə İnannanı
65 З.Мирфатахов. Курс лекций по истории татарского народа. Лекция 3, Происхождение етнонима «булгары»,
http://s155239215.onlinehome.us
66
M.Fərəcova. «Azərbaycan qayaüstü incəsənəti». Bakı: «Aspolqraf», 2009.
Damğalar, rəmzlər… mənimsəmələr
- 146 -
(Nanna, protoana, qədim türklərdə Humay Ana) simvolizə edirdi. Fonetik
baxımdan ilahənin adı tam şəkildə
NA-AN-NA kimi oxunur və «Ay», «səma
cismi», «səma daşı», «səma varlığı», «səmadan gələn» anlamlarını verirdi.
67
Onu da qeyd edək ki, şumer gil kitabələrində digər rəmzlərin - «yay-ox» və
«həyat» sözlərinin həm fonetik səsləndirilməsi, həm də qrafik təsvirləri demək
olar ki, eynidir. Yəni əski türk damğaları içərisində də geniş yer alan və
işarəsi və ya səkkizqollu xaç (Günəş) nişanı «ti», «tir» və «tiri» kimi
oxunurdu. Bu sözlərin ortaq türk dillərindəki «diri», «tiri» (canlı), «tir» (ox),
«tirkeş» (oxçu, sadaq) kəlmələri, eləcə də Mərkəzi Asiyada, Qafqaz və Cənubi
Qafqazda, Anadoluda, Krım və Altaydakı damğa işarələrinin
yozumu ilə yaxınlığı göz qabağındadır . Həmin mifoloji sistem əsasında
qurulan, şumerlərdə Günəşi, sübhü, sökülən dan yerini bildirən «tin» kəlməsini
(türk dillərində – tan, dan) özündə əks etdirən işarəsi, əslində, qədim və
müasir türk dövlətlərinin «ay-ulduz» rəmzinin, eləcə də xristian dinində eyni
təsvirli «qayıq» (İsa Məsihin həvariləri ilə mindiyi qayıq), «lövbərli xaç»
nişanlarının prototipi sayıla bilər. Şumerlərdən sonra Babil və Assuriyanın
simvolizmində baş ilahi Şamaşın (Günəşin) rəmzi bərabərtərəfli xaç və onun
stilizə olunmuş variantı - dördguşəli «ulduz» idi. Daha sonra bu təsvir akkad
mifologiyasında da geniş yer alaraq, eramızdan əvvəl 559-cu ilə kimi Günəş
ilahisi Aşşurun və onun xatunu olan Ay ilahisinin - Sinin birliyinin rəmzinə
çevrilmişdi. Göründüyü kimi, bu gün xristianlıq və islam dininin simvolikası
ilə bağlanan həmin universal işarələrin tarixi daha qədim dövrlər ilə bağlıdır.
Qədim Zəngəzurda, o cümdədən Laçındakı qədim qəbirüstü daşların üzərinə
həkk olunmuş Günəş və aypara təsvirləri bu fikri təsdiqləyir. Strabon da yazırdı
ki, albanlar Zevsə, Heliosa (Günəşə) və Selenyaya (Ay) sitayiş edirlər.
Azərbaycanda Səfəvi dövlətinin təşəkkülü ilə iki təsvir – yaşıl və
qırmızı bayraqların üzərindəki Ay və səkkizguşəli «ulduz», döyüş tuğlarının
ucluqlarındakı ikibaşlı qartal nişanları da dövlət rəmzləri kimi qəbul edilmişdir.
1524-cü ildə qələmə alınmış «Cahanarayi-Şah İsmayıl Səfəvi» salnaməsində
Şah İsmayılın 1508-ci ildə Bağdada daxil olması təsvir edilərkən bildirilir:
«Şah İsmayıl ay-ulduzlu bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi
yüyrək addımlarla onu qarşılamağa çıxdı». Mənbələrə əsasən, bu rəmz
Şah I Təhmasibin hakimiyyət illərinə kimi dövlət bayrağı üzərində qalmış,
sonralar yaşıl parça üzərində qızıl qoç və arxasında səkkizşüalı Günəş təsviri
67
Т.Гудава. «До i после Бiблii», http://www.netslova.ru/gudava/sumer/gl16.html
Damğalar, rəmzlər… mənimsəmələr
- 147 -
ilə əvəz olunmuşdur.
68
Bu faktın özu də tarixi Azərbaycan ərazilərində
və
işarələrinin semantikasının «Günəş» mifologemi ilə bilavasitə
bağlı olduğunu təsdiqləyir. İslam dininin beş və səkkizguşəli «ulduzları»
qəbul etməsinin səbəbi isə onların alleqorik şəkildə səma cisimləri ilə
əlaqələndirilməsindən savayı, dini ehkamlar və hədislərlə bağlanmasıdır.
Məsələn, beşguşəli «ulduzun» qolları islamın beş şərtini, səkkizguşəli işarə
isə mömin müsəlmanın səkkiz əməlini, cənnətin səkkiz qapısını və Əhli-
Beyt üzvlərini təcəssüm etdirir. Şah Xətayi də əslində bu rəmzi «Ay-ulduz»
ittifaqı kimi deyil, qədim oğuzların dövlətçilik ənənələri və kosmoqonik
təsəvvürlərindən qaynaqlanan «Ay-Günəş» birliyi şəklində təqdim edir, bəlkə
də, o dövrün siyasi mülahizələrinə görə həmin təsvirə Məhəmməd Peyğəmbər
(s.ə.s.) və Həzrət Əli (ə) ilə bağlı yeni yozum verirdi. O, şeirlərinin birində
rəmzin daşıdığı mənanı belə açıqlayır:
Xətai der: rəhm etməzəm yalana,
Özün təslim edər özü gələnə,
Ay Əlidir, Gün Mühəmməd bilənə,
Bax, nəzər eylə də, həmən arif ol.
69
Əslində, bu şeir parçasını səfəvilərin dövlət bayrağındakı rəmzin «poetik
obrazlarla kodlaşdırılmış təsviri» də adlandırmaq olar. Yəni Şah İsmayılın
təbirincə desək, «Həqiqət bir gizli sirdir, aça bilirsən gəl bəri». Yuxarıdakı şeir
parçası bir tərəfdən orta əsr Azərbaycanında «Ay-ulduz» təsvirindən istifadə
olunmasını bir daha təsdiqləyir, digər tərəfdən isə psevdodini hərəkatlara
yarınmaq istəyən bəzi üzdəniraq tarixçilərin və siyasətçilərin din amilini
qabardaraq, guya Şah İsmayılın «İslam qaydalarına zidd məzhəb xanədanı»,
«teokratik məmləkət» qurması barədə əsassız iddialarını heçə endirir. Halbuki,
Şah İsmayıl region tarixində ilk dəfə və Osmanlı imperiyasından fərqli olaraq,
qədim Göytürk, oğuz dəyərlərinə, dövlətçilik ənənələrinə söykənən dövlət
quruluşunu bərpa etmişdir. Fikirlərimizi arqumentləşdirməyə çalışaq. Əvvəla,
yuxarıdakı şeir bəndindən də aydın görünür ki, Göytürk simvolizmi ənənələrinə
sadiq qalan Səfəvi hökmdarı rəmzin semantikasının ilkin məzmununu özünə
qaytarmış, onu «Ay-Ulduz» birliyi ilə deyil, daha qədim və daha dəqiq olan
«Ay-Günəş» mifologemi ilə əlaqələndirmişdir. İkincisi, həmin artefaktın islam
68
C.Bayramlı. «Qızılbaşlıq və ay-ulduz təsviri», http://www.yenicag.az
69
Şah İsmayıl Xətayi. Əsərləri. «Şərq-Qərb», Bakı-2005
Damğalar, rəmzlər… mənimsəmələr
- 148 -
müstəvisində poetik yozumuna diqqət yetirsək, Səfəvi bayrağındakı Ay-Günəş
təsviri və qızılbaşların ideologiyasının dini əsasları arasında bağlılıq haqqında
da müəyyən qənaətə gələ bilərik. Belə ki, Şah İsmayılın şeirin sonunda onu
«dini-islam yolunu azmaqda» ittiham edən opponentlərinə cavab olaraq
ünvanladığı «Bax, nəzər eylə də, həmən arif ol» deməsi heç də təsadüf xarakteri
daşımır. Xətayi bu ifadə ilə bayrağdakı Ay-Günəş rəmzinə verdiyi dini yozumu
önə çəkməklə antisəfəvi mövqeyində dayanan, qızılbaş ideologiyasını məqsədli
şəkildə təhrif edən, onların Həzrət Əlini (ə.s.) Məhəmməd peyğəmbərdən (s.ə.s.)
üstün tutmaları barədə mənasız fikirlərini puça çıxarır. Şah İsmayıl Rəsuli-
əkrəmi Günəş, İmam Əlini isə Ay obrazı ilə təcəssüm etdirməklə nəinki onları
eyniləşdirmir, əksinə İslam peyğəmbərinin hər hansı bir müqayisədən kənar,
daha uca məqamda olduğunu xüsusi vurğulayır. Belə nəticəyə gəlmək olar ki,
Səfəvi dövlətinin qırmızı və yaşıl bayraqları üzərindəki Ay və Günəş obrazları
Osmanlının ay-ulduzlu rəmzində olduğu kimi yanaşı deyil, əksinə, islam
dininin, sufi təsəvvürlərinin iyearxiyasına uyğun şəkildə – Peyğəmbəri üstün,
ali mövqedə təsvir edilmişdir. Maraqlıdır ki, bu forma Göytürk dövlətindəki
xaqanlıq institutunun qrafik inikasının - Ay-Günəş rəmzinin təkrarıdır və onun
ilkin tiplərinə qədim türk damğa işarələrində və s. rast gəlinir. Bu
isə bir daha Səfəvi dövlətinin qədim türk dövlətçiliyi – xaqanlıq prinsipləri
üzərində yarandığını aydın şəkildə göstərir. Bütün bunlara əsasən, aşağıdakı
bayraq təsviri variantlarını Şah İsmayılın dövlət rəmzi kimi nəzərdən keçirmək
mümkündür.
Şah İsmayıl Xətayinin qurduğu Səfəvi dövlətinin «Ay-Günəş» bayrağı (müəllifin təxmin etdiyi
təsvirlər) Azərbaycan Respublikasının ay-ulduzlu Dövlət bayrağının prototiplərindən biridir.
XATIRLATMA. Təkcə Azərbaycanın deyil, türk xalqlarının dövlətçilik
tarixində silinməz iz qoymuş Şah İsmayıl Xətayinin türk etnik mədəniyyətinin
intibahında və qorunmasında, milli özünüdərk hissinin inkişafında, xalqımızın
ictimai-siyasi və mədəni yüksəlişində müstəsna xidmətləri olmuşdur.
Onun hakimiyyətdə olduğu illər ərzində Azərbaycan dövlətinin hüdudları
Damğalar, rəmzlər… mənimsəmələr
- 149 -
Qaraqoyunlu və Ağqoyunlu dövründəki sərhədləri aşıb keçmiş, Səfəvi xanədanı
Avropanın tarixi qaynaqlarında «Qızılbaş-Midiya dövləti» kimi tanınmışdır.
Qərb salnaməçilərinin bu etirafları Şah İsmayıl ilə başlanan Səfəvi dövlətinin
tarixi Azərbaycan torpaqlarında Midiyadan sonra yaranan ən qüdrətli dövlət
olduğunu təsdiq edir.
70
Türkiyənin bəzi üzdəniraq tarixçilərinin Şah İsmayılın
fəaliyyətini din amili, məzhəb ədavəti ilə bağlamaq cəhdləri isə primitiv
qısqanclıq hissindən, məlumatsızlıqdan qaynaqlanmaqla, müasir türkdilli
xalqlar arasında dostluq və qardaşlıq tellərinin zəiflədilməsinə yönəldilmişdir.
Qədim oğuz dövlətçilik ənənələrinin bərpasına dair digər sübuta gəldikdə
isə Şah İsmayıl dünyəvi və dini hakimiyyəti öz əlində cəmləşdirməklə
xaqanlıq prinsipini möhkəmləndirmiş və bu təsisatın vizual atributlarından
olan ikibaşlı qartal təsvirini dövlət rəmzlərindən biri kimi qəbul etmişdir
(bax: «Quşlu damğa»). O, Azərbaycan hərb sənətində qədim oğuz ordu
prinsiplərinə tamamilə cavab verən qızılbaşlar institutunu təsis etmişdir. Bu
baxımdan, qızılbaşları da din, məzhəb amili ilə bağlamaq böyük yanlışlıqdır.
Türkdilli xalqların hərb tarixində qızılbaşların - mobil, peşəkar hərbi hissələrin
prototiplərinə saka-skif dönəmindəki atlı döyüşçülərin - xorsarların (farsca:
qızılbaşlar), Mərkəzi Asiyadakı qızılbaş, qızılbörklü, konurbörklü, konurbaş
(qonurbaşlar) və sarıbaşların, sarmatların (V.Abayevə görə, «qara başlılar»),
qarapapaqların, qaraqalpaqların, «Kitabi-Dədə Qorqud» eposunda adları
çəkilən qarabörklülərin timsalında rast gəlirik. Odur ki, birmənalı şəkildə dərk
olunmalıdır ki, Şah Xətayi haqqında süni mənfi münasibəti formalaşdıran
məşum Çaldıran döyüşündə nə Sultan Səlim qalib gəlmiş, nə də Şah İsmayıl
məğlub olmuşdur. Məğlub olan, zəifləyən Osmanlı və Səfəvi dövlətləri, türk
xalqları arasındakı bağlar idi. Qardaş savaşında qalib gələn isə bu dövlətlər
arasında hərbi-siyasi müttəfiqliyin qarşısını almaq üçün ən müxtəlif vasitələrə
əl atan Avropa olmuşdur. Səfəvi dövləti tərəfindən təməli qoyulan oğuz
intibahı haqqında indi müxtəlif və bəzən ziddiyyətli fikirlər səslənsə də, onun
ən dəqiq və ən səmimi qiymətini Şah İsmayılın müasiri və müridi olmuş aşıq
Qurbani vermişdir:
Bu dünyada bir haq divan,
O dünyada cənnətməkan,
Qoy var olsun türki-zəban (türk dili),
Şah Xətayi, Şah Xətayi!
71
70
Yenə orada
71
Qurbani. Bakı Universitetinin nəşriyyatı, 1990.
Damğalar, rəmzlər… mənimsəmələr
- 150 -
Ay-Günəş işarəsinə qayıdaq. Xüsusilə vurğulamaq lazımdır ki, «Ay-Günəş»
rəmzinin tarixən islam dininin ehkamları ilə əlaqəsi barədə hələ də birmənalı
rəy yoxdur. Qərb alimləri müsəlmanların bu sakral rəmzin bizanslılardan
götürdüklərini iddia etsələr də, Mərkəzi Asiyada və Monqolustanda aşkar
olunmuş maddi-mədəniyyət nümunələri – bəzək əşyaları, qayaüstü təsvirlər,
sikkələr, dini atributlar və s. həmin rəmzin türk tayfalarına islamdan əvvəlki
dövrlərdə də məlum olduğunu təsdiqləyir. Görkəmli Rusiya şərqşünası Vasili
Bartold (1860-1930) «Ayparanın islam rəmzi olması məsələsi haqqında»
məqaləsində yazır ki, «İslam dininin bu rəmzi erkən qəbul etməsinə dair
faktlara baxmayaraq, ayparanın məscid gümbəzlərinə taxılması və xristian
xaçına qarşı qoyulması sonrakı dövrlərə aiddir və geniş yayılmamışdır». Alim
xəlifə I Ömərin Məkkəyə göndərdiyi iki aypara rəmzinə də toxunaraq, bunun
həmin dövrdə dini mahiyyət daşımadığını da bildirir.
72
Əksinə, islamiyyətin
ilk illərində Ayın təsvirinə tapınmaq bütpərəstliyin, kafir inanclarının
əlamətlərindən sayılırdı. Cahiliyyə dövründə ərəblərin, o cümlədən
qureyşilərin bir hissəsi əl-Lat, əl-Uzza və Mənat kimi bütlərə tapınırdılar. Digər
hissəsi isə (Məhəmməd peyğəmbərin ailəsi də daxil olmaqla) hənəf idilər və
Allaha şərik qoşmurdular . Əl-Lat (Herodot onun adını «Alilat» kimi yazırdı)
torpağın, məhsuldarlığın hakimi olmaqla ali ilahə hesab olunurdu. Ay təsviri
bu ilahənin rəmzi sayılırdı. Təsadüfi deyildir ki, sonralar islam peyğəmbəri
sərkərdəsi əl-Müğir ibn Şübabı Məkkənin 70 kilometrliyindəki Taif şəhərinə
göndərmiş, burada əl-Latın əsas bütünün və məbədinin dağıdılması əmrini
vermişdir. O da məlumdur ki, islamiyyətin ilk illərində müsəlmanların qoşun
və karvanlarının başı üzərində saya parçalardan ağ, qara və yaşıl bayraqlar
dalğalanırdı. Qurani-Kərimdən götürülmüş aşağıdakı ayələr isə əl-Lata – Ay
təsvirinə və digər bütlərə tapınmağa mənfi münasibəti göstərir:
- «(Ya Rəsulum!)
Həqiqətən, əgər (Məkkə müşriklərindən): «Göyləri
və yeri kim yaratmış, Günəşi və Ayı kim ram (öz əmrinə, insanların
mənafeyinə kim tabe) etmişdir?» –
deyə soruşsan, onlar mütləq: “Allah!”
– deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət
etməkdən)
niyə döndərilirlər?».
73
- «Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan,
müəyyən vaxta qədər (göydə) hərəkət edən Günəşi və Ayı (əmrinə) tabe
72
Бартольд В.В. К вопросу о полумесяце как символе ислама.// Бартольд В.В. Работы по истории
ислама и Арабского халифата. – М.: «Восточная литература» РАН, 2002.
73
Гуран. 29:61
Damğalar, rəmzlər… mənimsəmələr
- 151 -
edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini (belə) izah edir ki,
bəlkə, Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız».
74
- «Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua
edin. Onun adları barəsində küfr edənləri («əziz» sözündən «Uzza»,
«Allah» sözündən «əl-Lat», «mənnan» sözündən «Mənat» kimi adlar
düzəldib haqq yoldan azanları)
tərk edin. Onlar etdikləri əməllərin
cəzasını alacaqlar!»
75
- «Gecə və gündüz, Günəş və Ay Onun əlamətlərindəndir. Günəşə və
Aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin! Əgər Ona ibadət
edirsinizsə (heç bir şərik qoşmadan ibadət edin)!
76
- «(Ey müşriklər!)
Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza
nəyə qadirdirlər?! Digər üçüncü (büt) olan Mənat da həmçinin?!
Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?!
(Allahındırmı?!)».
77
Bundan başqa, Qurani-Kərimdəki «Qəmər» surəsində təsvir olunan hadisə
- Məhəmməd peyğəmbər tərəfindən Ayın parçalanması (şəqqül-qəmər),
əslində, Yerin təbii peykinin fiziki olaraq ikiyə bölünməsi kimi deyil, məhz
Aya – əl-Lata tapınan bütpərəst icmanın parçalanması, onların islam dininə
dəvət olunması kimi başa düşülməlidir.
Ay təsvirinin xristian simvolizminə daxil olmasına gəldikdə isə bu, həmin
dinin sinkretik mahiyyətindən, onun daha əski inanclardan, o cümlədən qədim
yunan panteonundan geniş bəhrələnməsinin bariz nümunəsidir. İş burasındadır
ki, Ay (Aypara) Yunanıstanda Olimp ilahələrindən biri - ovçuların, hamilə
qadınların, amazonların himayəçisi sayılan bakirə Artemidanın (onun qardaşı
Apollon Günəşi təcəssüm etdirirdi) rəmzi olmuşdur. Eramızdan əvvəl 339-
cu ildə isə Aypara təsviri Vizanti (Bizans, indiki İstanbul) şəhərinin rəmzinə
çevrilmişdir. Rəvayətə görə, həmin il Makedoniya hökmdarı Filipin (Böyük
İskəndərin atası) qoşunları gecə vaxtı səssizcə Vizantiyə yaxınlaşarkən,
qəflətən buludların arxasından çıxan bədirlənmiş Ay ətrafı işıqlandırmış
və keşikçilər düşmən hücumunun qarşısını ala bilmişlər. Eramızın 330-cu
ilində imperator Konstantin şəhərin adını «Konstantinopol»a dəyişmiş, onun
74
Гуран. 13:2
75
Гуран. 7:180
76
Гуран. 41:37
77
Гуран. 53:19-21
Damğalar, rəmzlər… mənimsəmələr
- 152 -
himayəçisinin Artemida deyil, Məryəm Ana olduğunu elan etmişdir. Eyni
zamanda, antik ilahənin bəzi xüsusiyyətləri ilə yanaşı, Aypara rəmzi də İsa
Məsihin anasına aid edilmişdir. O da xüsusi vurğulanmalıdır ki, milli, dini
qarşıdurmanı, irqi ayrı-seçkiliyi təbliğ edən xristian ədəbiyyatında «lövbəli
xaç» işarəsi və ya əksər hallarda «İsa Məsihin, yəni xaçın islam (Ay)
üzərində qələbəsi» və ya «İsa tərəfdarları ilə Məhəmməd hümməti arasında
barışmaz mübarizənin təcəssümü» kimi yozulur. Halbuki, obyektiv xristian
simvolikası bunu dini düşmənçilikdən kənar şəkildə, Ayın - Məryəm Ananın
bətnindən doğulan xaçın – İsa Məsihin rəmzi kimi izah edir. Onu da xüsusi
vurğulayaq ki, Avropada ilk xristian kilsəsi sayılan Kiş məbədi (Azərbaycan,
Şəki) qədim Ay ilahəsinə aid ziyarətgahın təməli üzərində inşa edilmişdir.
AND. Türk dillərində, o cümlədən Azərbaycan
türkcəsində bu gün də geniş istifadə edilən elə qədim ideomatik ifadələr var
ki, müasir yozumda «məntiqsizlik» təsirini bağışlayır. Onlardan biri də orta
statistik vətəndaşda «Axı, and maye deyil!» təbii etirazını doğuran
«and
içmək» ifadəsidir. Bu söz birləşməsinin etimoloji izahı qədim türk tayfalarında
«and» adlandırılan ortaq qardaşlaşma, əbədi müttəfiqlik mərasimi ilə bağlıdır.
Onun qrafik təzahürü olan (dairə içərisində üç nöqtə) eyni adlı damğa işarəsi
mərasimdə istifadə edilən əsas atributları - süd (qımız, şərab) dolu kasanı və
içərisindəki andlıların (and içənlərin) qan damlalarını ifadə edir. Qədim
türk damğa işarələri təsnifatında bu nişan «qan qardaşı olmaq», «qana and
ismək», «əhd etmək», bütövlükdə «qanla müqavilə bağlamaq» - ayrı-ayrı
insanların, qəbilə və tayfaların sarsılmaz birliyinin təməlinin qoyulması
kimi yozulurdu. Nöqtələrin üçbücaq təşkil etmələrini isə, əski türk mifik
təsəvvürlərinə əsasən, sakral işarə - Humay Ananın – döyüşçü ruhlarının, ailə
və körpələrin himayəçisi olan ilahənin «tumar»
rəmzi ilə əlaqələndirilir.
Belə hesab edilirdi ki, and mərasimi nəticəsində qazanılan yeni qohumluq
genetik yaxınlıqdan daha möhkəmdir. Ortaq türk etnomədəniyyətinin
varisləri olan bütün xalqlarda bu müqəddəs ayinin leksik elementləri, adət
və ənənələrdə izləri bu gün də qalmaqdadır. Diqqət çəkən məqamlardan biri
də müasir qaraçay dilində qardaşlaşmaya «ant» deyilməsidir. Akademik
Zelik Yampolski Azərbaycan xalqının mental xüsusiyyətləri içərisində «qana
and içmək» mərasimini vurğulayaraq qeyd edir
: «Bu baxımdan insanların
doğmalaşması (qardaşlaşması, himayəyə götürülməsi) adəti xüsusi önəm
Damğalar, rəmzlər… mənimsəmələr
- 153 -
kəsb edir. İki nəfər əllərini çərtərək qanlarını qarışdırır, bir-birinə etibar
nişanəsi olaraq silahlarını dəyişir və özlərini qardaş elan edirdilər».
78
XVI əsrə aid saxsı qab üzərində and
damğası (Türkiyə, İznik muzeyi)
79
Qədim inanclara görə, hər bir canlının ruhu onun damarlarında axan qanda
yaşayır. Hətta islam və iudaizm dinlərində heyvan qanı və onunla bişirilən
qidaların haram elan olunması bu mifdən qaynaqlanır. Maraqlıdır ki, Tövratda
Nuh peyğəmbərin Tufandan sonra qurban kəsib tonqalda yandırmasının və
islam dinində İbrahim peyğəmbərin Allaha qoç qurbanı kəsməsinin kökündə
də bəndə ilə Rəbb arasında əhd bağlamaq, bu birliyi qanla möhkəmləndirmək
fəlsəfəsi dayanmaqdadır. İslamın və iudaizmin vacib buyurduğu əməl – oğlan
uşaqlarının sünnət olunması (ivr. - brit-mala) ayini də bir tərəfdən onun dini
icmaya daxil olunmasının tam təsdiqi, digər tərəfdən isə əməli-saleh bəndə
olması barədə Yaradanla qan vasitəsilə bağlanan əhdi kimi dəyərləndirilir.
Maraqlıdır ki, Tövratda Rəbb-bəndə ittifaqı «brit» (ivr.- qan çıxanadək
kəsmək) adlanır. Orta əsr türk dövlətlərində hökmdar ailəsinə mənsub şəxslərin
78
Я.Ямпольский, «О древнейщих исторических свидетельствах обычая побратимствакровью и
оружием на Кавказе» // Известия Азерб. Филиала АН СССР, № 1-2. Баку, 1944.
79
«Osmanlı uyarlığı». İstanbul, 2002.
|