təbər vursa başinə,
«La» deməyə ver nəsibin alana.
19
Şərti izahı: «Əsl mürşid gərək tələbəsini (müridini) yetişdirə, onun
əlindən tutub yolunu azmaqdan qoruya. Gündə başına min dəfə təbər (dərviş
təbərzini) dəysə də, nəfsinə «yox» deməyi bacara».
19
Şah İsmayıl Xətayi. Əsərləri. Bakı, 2005.
Damğalar, rəmzlər… mənimsəmələr
- 126 -
Ardıcıllıqla: Osmanlı dövlətinin yeniçəri ordusunda bektaşi dərvişi
ikiağızlı aybalta/təbərzin və kəşkül ilə (Avropa rəssamının qravyurası);
20
XVIII-XIX əsrlərdə və XX əsrin əvvəllərində Cənubi Azərbaycanda sufi dərvişlər.
21
İlahə İnannanın rəmzinin dövlət atributu kimi ortaq türk arealında
yayılmasına gəldikdə isə eramızdan 900-750 il əvvəllərə aid edilən kimer
tayfalarının metal dəmrələrinin (ox ucluqlarının) üzərindəki damğa işarəsi
onun çevrilmiş variantı olmaqla Mərkəzi və Ön Asiyanın, Şimali Qafqazın,
Krımın, Azərbaycan və Anadolunun qədim və orta əsr dövlət atributlarında
geniş rast gəlinir. Bu «ornamentin» müxtəlif qrafik tipləri qədim Midiya
dövlətinin, Arsakilər sülaləsinin - ; Qafqaz Albaniyasının - ; Xəzər
xaqanlığının -
; Çingiz xanın - (bəzi mənbələrə əsasən, onun
əcdadlarının nəsil damğası və ya
şəklində olmuşdur); Hülaki xanın -
; Krım xanlarından Dövlət Gireyin -
; Menqi Girey və Şahin Gireyin
-
; Şadi xanın - ; XIII əsr Çağatay xanlığının - ; Qızıl Ordanın -
; Polşa-Litva tatarlarının - ; Səfəvi xanədanının - və s. möhür, sancaq və
döyüş bayraqlarını bəzəmişdir. Bu işarənin bir variantına Qaraqoyunlu dövlətinin
sikkələrində də
təsadüf olunur və semantikası «bir tayfanın (sülalənin)
hakimiyyəti» kimi yozulur. Digər varianta isə Qafqaz Albaniyasının əlifba
işarələri arasında (Matenedaran əlyazması), «ç» səsini bildirən
işarəsində
rast gəlirik. 1960-1962-ci illərdə Şimali Qafqazda - Rusiyanın Qaraçay-Çərkəz
Respublikası ərazisində yerləşən və VIII-XI əsrlərə aid olan Xumarin (qədim
20
А.Кныш. «Мусульманский мистицизм». Москва-С.П, 2004
21
http://www.darvishi.ru/index.php/kollektsiya-izobrazhenij-dervishej
Damğalar, rəmzlər… mənimsəmələr
- 127 -
türk dilində: xumaru – «irs», «vərəsə», «miras kimi verilmiş» anlamındadır)
22
şəhəri xarabalıqlarında aparılmış arxeoloji qazıntılar zamanı qala divarlarının
daşları və buradan tapılan maddi-mədəniyyət nümunələri uzərində xeyli sayda
analoji rəmz təsvirləri sırasında baltavar nümunələri də
aşkar edilmişdir. Rusiyalı arxeoloq Y.Alekseyeva
onların vaxtilə Şimali Qafqazda məskunlaşmış bulqarlara və xəzərlərə məxsus
damğa işarələri olması qənaətinə gəlmişdir.
23
Eyni tipli damğaların və onların
variantlarının, məsələn,
müasir Bolqarıstan ərazisində də yayılması faktı
24
bu ərazidə nəinki türk
tayfalarının məskunlaşmasını, eləcə də ölkənin adından göründüyü kimi, ilk
bolqar dövlətçiliyinin məhz onlar tərəfindən yaradılmasını və bu dövlətlərin
hüquqi vəziyyətini (vassallığını) bir daha təsdiq edir. Bolqarıstanda müxtəlif
dövrlərdə hakimiyyətdə olmuş Asenilər, Terteroviç, Şişmanoviç çar və knyaz
sülalələrinin bulqar-kuman mənşəli olmaları bu gün heç kəsə sirr deyildir.
Misal üçün Şişmanlar sülaləsini götürək. Bolqar mənbələrinə görə, onun adı
da türk mənşəlidir və knyaz sülaləsinin təməlini qoymuş Vidin despotu (yunan
dilində: «hakim») həddən ziyadə kök olduğuna görə bu ləqəbi daşımışdır.
1422-ci ildən etibarən Osmanlı dövlətinin vassalı (baltavarı, eltəbəri) olan
Şişmanların sülalə rəmzləri də işarələri üzü aşağıya doğru çevrilmiş baltavar
idi. Yeri gəlmişkən, «Şişman» soyadı Krımda, analoji damğa işarələri
«xan damğası» adı ilə karaimlərin arasında da yayılmışdır.
Ukraynalı tarixçi V.Juk orta əsrlərdə baltavarın rus knyazlıqlarının rəmzinə
çevrilməsinin səbəblərini türk və slavyan tayfaları arasındakı tarixi
əlaqələrdə axtarır. O yazır:
«Bizim torpaqlar (Ukrayna nəzərdə tutulur) Hun
tayfa ittifaqının tərkibində olanda Dnepr çayının sol sahilləri Atillanın
böyük qardaşı və «Bulut Şud» kimi də tanınan Bledin hökmranlığı altında
idi. 434-cü ildə hər iki qardaş hun dövlətində hakimiyyəti ələ aldılar.
Həmin il Bled indiki Poltava şəhərinin yerində şəhər-qala inşa etdirdi
və adını «Baltavar» qoydu».
25
Digər fərziyyəyə görə, Poltava-Baltavar
şəhərinin təməlini VII əsrdə bulqar hökmdarı, dulo (dulat) tayfa birliyindən
olan baltavar (eltəbər) Kubrat xan qoymuşdur. Xüsusilə qeyd edək ki, adı
22 «
Древнетюркский словарь», под ред. Наделяева В.М., Насилова Д.М., Тенишева Э.Р., Щербака
А.М. - Ленинград: Наука, 1969
.
23
Е. Алексеева. «Древняя и средневековая Карачаево-Черкесия». М., 1971
24
Х.Биджиев, «Хумаринское городище». Черкесск, 1983.
25 В.Н. Жук. «Из седой древности. Очерки из истории Украины и Полтавщины (VII тс. до н.э. -
XVI ст. н.э.)», http://sespel.com.ua/korni/trezub/
Damğalar, rəmzlər… mənimsəmələr
- 128 -
çəkilən birliyin rəmzlərindən biri baltavar - «aşağıya doğru yönəlmiş yay-ox»
idi və görünür, həmin nişan Kubrat xanın tayfasının damğası olmuşdur. Bu
faktın özü də baltavar damğası və Baltavar (Poltava) şəhərinin adları arasında
bağlılığı bir daha göstərir. Həmin damğa işarəsinin daha qədim variantlarına
Krım xanlarından Hacı Gireyin, Menqli Gireyin (Sultan Süleyman Qanuninin
qayınatası), Krım Gireyin, Şahin Gireyin -
, Dövlət Gireyin -
gerb və
möhürlərində rast gəlinir.
Tarixi mənbələrə əsasən, Krımda bu damğanı dövlət
rəmzi olaraq ilk dəfə Hacı I Gəray xan qəbul etmişdir.Ukraynada, sonralar isə
Rusiyada da «baltavar» kimi tanınan, əsrlər boyu knyaz və çarların sikkələri,
bayraqları üzərində həkk olunan bu damğa rus knyazlıqlarının dövlətçilik
atributları sırasında da mühüm yer tutmuşdur. Rusiyalı tədqiqatçı
A.Qalanin
«Üçdişli yaba hakimiyyət rəmzi kimi» məqaləsində damğanın daha geniş
ərazilərə, o cümlədən müasir Rusiyanın cənubuna yayılmasının səbəblərini
belə izah edir:
«X əsrdə Bulqar hökmdarları cənub ərazilərini – Krımı,
Don çayı, Qafqaz və Volqa çayı arasında olan torpaqları müdafiə etmək
məqsədilə muzdlu döyüşçulərdən ibarət dəstələr yaratmağa başladılar.
Həmin döyüşçülər «çirkeş» (çərkəz) adlandırılırdılar. «Çir» bulqarca
«azad», «keşi» (kişi) isə «insan» demək idi (fərqli yozuma görə, bu söz «ordu»,
«qoşun» anlamı verən «çəri» və «kişi» sölərinin birləşməsindən yaranmışdır
və «qoşun adamı», «orduya qoşulan» mənasını daşımışdır –
A.Q.). 1242-ci
ildə Volqaboyu Bulqar dövlətinin cənub əraziləri monqollar tərəfindən
işğal olunduqdan sonra çirkeşlər Noqay xanın xidmətinə keçdilər və
tədricən kazaklarla birləşdilər. Ukraynadakı «üçdişli yaba» rəmzi isə
onların da gerbinə çevrildi».
26
Ukraynalı Aleksandr Maslov da bu damğanın
türk kökənli olması və türk-slavyan birliyini təcəssüm etdirməsi qənaətindədir.
Lakin o, xarici bənzərliyi əsas götürərək baltavarı qədim türklərin digər
populyar damğası - «bakan», «baytörə», «bayterek» adlandırılan işarə ilə
eyniləşdirməklə, onun semantikasını üçdişli nizədə axtarmağa cəhd göstərir.
A.Maslov damğanın slavyanlar tərəfindən mənimsənilməsi səbəblərini belə
izah edir: «
Ukraynada iki türk tayfasının taraklı (daraqlı) və jalayırların
(cəlayirlərin)
nəsil nişanı «üçdişli yaba» olmuşdur. Hələ XIX əsrdə
aydınlaşmışdır ki, adına görə daraq işarəsi taraklı tayfasına, türklərin
«ayır» adlandırdıqları üçdişli yaba damğası isə
jəlayirlərə məxsus
idi. Ukraynada köçəri həyat tərzi sürən baqanqalıların (tayfa adı) da öz
damğaları vardı. Türk qvardiyası həmişə olmasa da, əksər dövrlərdə
26
А.В. Галанин. «Трезубец как символ власти», http://ukhtoma.ru/traditions3.htm
Damğalar, rəmzlər… mənimsəmələr
- 129 -
rus knyazlarının, eləcə də çarların dayağı olmuşdur. O da sirr deyildir
ki, qvardiya çox vaxt «süzrenlərinə» (xidmətində olduqları hökmdarlara)
öz «davranış qaydalarını», o cümlədən fərqləndirmə nişanlarını diktə
edir».
27
Rus «baltavarının», eləcə də dövlətçilik ənənələrinin qalın türk layından
«təmizlənməsi», daha doğrusu, «baltavar» işarəsinin birdən-birə «üçdişli yaba»
kimi təqdim edilməsi «sirri» isə rus şair və tarixçisi Nikolay Karamzinin (1766-
1826) adı ilə bağlıdır. Məhz onun tarixşünaslıq sahəsindəki səyləri nəticəsində
«baltavar» anlayışı qəflətən Rusiya heraldikasından birdəfəlik götürülmüş,
Rürixlər sülaləsi (rus tarixşünaslığına əsasən, Kiyev Rus dövlətinin təməlini
qoymuş norman konunqu Rürikin çar I Fyodoradək davam etmiş sülaləsi)
ilə əlaqələndirilmiş və «üçdişli yaba» anlamını verən
«trezubeü» sözü ilə
əvəzlənmişdir. Hələ sovetlər dönəmində N.Karamzinin kitabına yazılan öz
sözdə müəmmalı şəkildə etiraf edilir:
«Beləliklə, N.Karamzinin səyləri ilə
orta əsr rus sikkələrində, o cümlədən knyaz Yaroslav Vladimiroviçin
gümüş pulu üzərindəki məlum damğa işarəsi adını və təyinatını
dəyişmiş, tarixşünaslığa «üçdişli yaba» kimi düşmüşdür».
28
Elə isə rus
dövlətçilik simvolizmində «üçdişli yaba»nın ilkin təyinatı necə olmuşdur?
N.Karamzinin bu təşəbbüsü, bütövlükdə rus tarixşünaslığının «baltavar»
adından imtina edərək damğa işarəsini mənimsəmək cəhdi heç də həmin
dövrlərdə geniş vüsət almış ksenofobiya, velikorus millətçiliyi və ya milli
tarixi öyrənmək səyləri ilə əlaqəli deyildir. Bu ideya ilk növbədə siyasi-
tarixi məqsədlər daşıyırdı. Belə ki, əgər rus knyazları vaxtilə «baltavar»
damğasını öz dövlət rəmzləri kimi qəbul etmişdilərsə, bu nişan onların sikkə
və bayraqlarında əksini tapmışdısa, normal məntiqə görə, onların özləri
də «baltavar» və ya «eltəbər» titulunu daşımış, Xəzər, Bulqar, Qızıl Orda
dövlətlərinin təəbəsi və vassalları olmuşlar! Məlumdur ki, Kiyev knyazı Yuri
Dolqorukinin (1090-1157) bayrağını və şəxsi möhürünü baltavar işarəsi
bəzəmişdir. Bundan başqa, Rusiya imperiyasının ilk çarı, «Qroznı» ləqəbli
IV İvanın (1530-1584) möhur və gerbində də qıpçaq kökənli Qlinski zadəgan
sülaləsinin baltavarından istifadə olunmuşdur. Səbəbi isə bir tərəfdən çarın
etnik kökü, digər tərəfdən isə babalarının əsrlər boyu baltavar statusu daşıması
ilə əlaqəlidir. Xatırladaq ki, Kulikov döyüşünün iştirakçısı Mamay xanın və
27 А.Маслов. «Что формировало Украину: Славяне и тюрки», http://rusmir.in.ua/ist/935-iz-cikla-
chto-formirovalo-ukrainu-slavyane-i.html
28
Н.Карамзин. «История государства Российского». Т. 2. Москва, 1988
Damğalar, rəmzlər… mənimsəmələr
- 130 -
digər qıpçaq xanı Aepanın nəslindən olan İvan Qroznının babası Oleksa Mamay
1421-ci ildə xristian dinini qəbul etdikdən sonra «knyaz Aleksey Qlinski»
adını almışdır. O da maraqlıdır ki, Oleksa Qlinski sonralar Poltava (Baltavar)
şəhərinin knyazı olmuşdur. Bundan başqa, Böyük Vladimirin (Svyatopolk,
1015-1019), Yaroslav Mudrının (1019-1054), İzyaslav Yaroslaviçin (1054-
1078), Svyatopolk II İzyaslaviçin (1093-1113) və digər knyazların damğaları
da onların statusunun göstəricisi olmuşdur.
Bu baxımdan, sovet dönəmində rus arxeoloqu Boris Rıbakovun cidd-cəhdlə
həmin işarələri «slavyanlaşdırmaq» cəhdləri anlaşılandır. Alim Volqa çayının
sağ qolu olan Okanın yuxarı sahillərində və Dnepr çayı kənarında tapılan və
eramızın VI-VII əsrlərinə aid edilən metal boyunbağılar üzərindəki «yaba»
təsvirlərini «damğa» adlandırsa da, onların «nədənsə» məhz «slavyan
tayfa başçılarına» məxsus olduğunu bildirmişdir. Lakin eyni zamanda bu
iddiasını, xüsusilə həmin nişanların X-XII əsrlərdəki rus knyaz «damğaları»
ilə vahid sistem daxilində birləşdirilməsinin hələ də faktoloji materiallara
əsaslanmadığını ehtiyatla etiraf etmişdir.
29
Rusiya Elmlər Akademiyası Tarixi İnstitutunun əməkdaşı, tarix elmləri
doktoru Nadejda Soboleva əvvəllər belə səylərin əleyhinə çıxmış,
«XX əsrin
ilk onilliyində və indiki zamanda «yaba» rəmzinin siyasiləşdirilməsi
nəticəsində orijinal tədqiqat istiqamətlərinin, eləcə də həmin
işarənin Rüriklər sülaləsi ilə bağlanması kimi fantastik yozumların
meydana gəlməsini» tarixin obyektiv araşdırılması üçün ciddi maneə
kimi dəyərləndirmişdir.
30
Bununla belə, sonrakı tədqiqatlarda «tarixi-
siyasi səhv» etdiyini anlamış,
işarələrinin həqiqi etnik mənşəyi
və ilkin variantları barədə susmağı üstün tutaraq, onları ən yaxşı halda
«Rusiya tarixinin ağ səhifəsi», «sirli rəmz» adlandırmış, hətta baltavarın
rus dövlətçiliyinin rəmzi olmadığını sübuta yetirməyə çalışmışdır. Məsələn,
N.Soboleva yazır:
«Təəssüf ki, hətta müasir tədqiqatlarda da bu emblem
«gerb» adlandırılır və əvvəllər olduğu kimi bu işarəni «X-XI əsrlər Kiyev
Rus dövlətinin heraldikası» kontekstindən dərk etməyə səy göstərilir.
Belə yanaşma isə semiotika, heraldika sahəsində müasir elmi nailiyyətlər,
milli və xarici işarələr haqqında çoxsaylı tədqiqatlar müstəvisində arxaik
29 Б.Рыбаков. «Знаки собственности в княжеском хозяйстве Киевской Руси X-XIIвв.»// Советская
археология. 1940.
30 Н.Соболева. «О загадочном знаке первых русских монет», http://www.staraya-moneta.ru/lib/721/
Damğalar, rəmzlər… mənimsəmələr
- 131 -
görünməkdədir».
31
Üstəlik, N.Soboleva digər məqaləsində XIII–XIV əsrlərə
aid etnoqrafik və arxeoloji materialları təhrif edərək,
«türklərin, xüsusilə
Qızıl Ordanın da məhz həmin nişandan istifadə etdiklərini» (?) bildirirdi.
Kiyev şəhərində inşa olunmuş (986-996) kilsələr üzərində
«ikidişli» baltavar təsvirli kaşı plitələr indi də qalmaqdadır
32
Odur ki, məhz Rusiya alimlərinin araşdırmalarına istinadən xatırladaq ki,
IX əsrdə Şərqi Bulqar ölkəsi iki hissəyə – mərkəzi Kiyev olan Kiyev Bulqar
dövlətinə (sonralar «Kiyev Rus dövləti») və Volqaboyu Bulqariyasına (Ak
Bulqar) parçalanmışdır. Ak Bulqar 922-ci ildə islam dinini qəbul etdikdən
sonra «bütpərəstliklə» bağlı bütün ayin və rəmzləri qadağan edilmiş, lakin
baltavar rəmzi
ərəb əlifbasında «ba» hərfinə
bənzədiyi üçün
bu bəhanə altında X əsrin sonunadək ölkənin rəmzi olmuşdur. Rusiyalı
tədqiqatçı Aleksey Qalanin araşdırmalarında göstərir ki, Kiyev Rus
dövlətində hakimiyyət Alp Birgünə (ruslarda: «Perun») sitayiş edən tanrıçı
bulqarların əlində idi. Bu dövlətin hakimləri XII əsrə kimi baltavarı özlərinin
dövlət rəmzi kimi qoruyub-saxlaya bilmişlər. Hətta bulqar hökmdarı Laçın
xaqanın nəticəsi knyaz Vladimir də babalarının ənənələrinə sadiq qalmış,
988-ci ildə xristianlığı qəbul etməsinə baxmayaraq, üzərində həmin rəmz olan
sikkələr kəsdirmişdir. Üstəlik, IX-XI əsrlərə aid salnamələrə əsasən, Kiyev
hökmdarları türk titullarından da geniş istifadə etmişlər. Məsələn: «Xaqan
Vladimir», «Xaqan Yaroslav (Mudrı) və s. Bununla belə, XII əsrdə Kiyevdə
31 Н.Соболева. «Очерки истории российской символики. От тамги до символов государственного
суверенитета», Знак, 2006.
32 Н.Соболева. «О загадочном знаке первых русских монет», http://www.staraya-moneta.ru/lib/721/
Damğalar, rəmzlər… mənimsəmələr
- 132 -
türk mədəniyyətinin izlərinin silinməsinə nail olan qrekofil (yunanmeyilli)
knyaz Vladimir Monomax nəinki «üçdişli yaba» təsvirlərini qadağan etmiş,
hətta salnaməçilərə Kiyev knyazlarının şəcərəsini də dəyişməyi əmr etmişdir.
Nəticədə, Laçın xaqan «Rürixə», onun oğlu Uger isə «İqora» çevrilmişdir.
33
Belə olan təqdirdə, digər Rusiya alimi - arxeoloq və slavyanşünas,
akademik Valentin Sedov türk və slavyan mədəniyyətləri üçün yeni «ortaq
və barışdırıcı» konsepsiyanın elmi dövriyyəyə buraxılması təşəbbüsü ilə
çıxış etmişdir. Onun qənaətinə görə, qədim rus dövlətçiliyi haqqında mövcud
təsəvvürlər, «avtoxton Rusiyanın» axtarışına yönəldilmiş təşəbbüslər guya
IX əsrdə mövcud olmuş «Rus xaqanlığına» (?), Xəzər dövləti ilə slavyan
tayfaları arasında qarşılıqlı əlaqələrə dair konsepsiyanı getdikcə daha fəal
şəkildə aktuallaşdırmaqdadır.
«Yeni məlumatların əldə edilməsi və məlum
faktların təkrar təhlili tarixşünaslıqda ənənəvi fikirlərə alternativ olan
fərziyyələrin, o cümlədən Kiyev dövlətinin təməlinin xəzərlər tərəfindən
qoyulması, rusların ilk dövlətlərindən olan Rus xaqanlığının yaranması
və ərazisi barədə ideyaların meydana gəlməsinə səbəb olmuşdur».
V.Sedov bu fikirdədir ki, «Rus xaqanlığı» Şərqi Avropanın şimal-şərqindən
Dnepr və Don çayları regionunadək böyük bir ərazini əhatə etmiş və onun
inzibati mərkəzi Kiyev şəhəri olmuşdur.
34
TOGRUL, QUŞLU DAMĞA/İKİBAŞLI QARTAL. Qədim
türk xalqlarının mifologiyasında alıcı quşlara xüsusi mistik anlam verilirdi.
Onların lələkləri döyüşçülərin tuğulğalarının (dəbilqələrinin) yuxarı hissəsinə
taxılır, caynaqları isə nəzərlik kimi yaxadan asılırdı. Əski türklərə aid edilən
qiymətli artefaktlarda da bu quşların təsvirlərinə rast gəlinir. Məsələn, indiki
Mərkəzi Monqolustan ərazisində, Orxon çayının sahilində yerləşən Kül
tikin kompleksindəki (VII əsr) təsvirdə böyük sərkərdənin baş geyimində
qartal lələyi həkk olunmuşdur. Bu rəmzə Bilgə xaqanın xatirəsinə ucaldılmış
kompleksdə, Qazaxıstan və Qırğızıstandakı «Altın tamqa tarxan», «Kuli-çur»,
«Elgene bulaq», «Anonim-4» kimi arxeoloji abidələrdə də təsadüf olunur.
Qədim türk mifologiyasında azad və qüvvətli olan alıcı quşların, xüsusilə
onların alisi sayılan qartalın sxematik təsvirləri damğa işarələrində, eləcə də
33
А.Галанин. «Арийские традиции. Трезубец как символ власти», http://ukhtoma.ru/traditions3.htm
34
В.Седов. «Русский каганат IX в.», Отечественная история,1998. № 4.
Damğalar, rəmzlər… mənimsəmələr
- 133 -
bəzi türkdilli ölkələrin dövlət rəmzlərində öz əksini tapmışdır. Əski türklərin
inanclarına əsasən, dünyanın mərkəzində ucalan nəhəng Dirilik Ağacının
zirvəsində yuva quran qartal Tenqri xanın Orta Dünyaya, insanlara nəzarət edən
keşikçisi, baxan gözləridir.
35
Odur ki, təkcə mif və rəvayətlərdə deyil, damğa
işarələrində də bu quş ilahi və Günəşlə ortaq rəmzlərə malikdir. Məsələn,
yuxarıda qeyd olunduğu kimi, nişanı Tenqri xan açası/xaçı olmaqla həm
də qartalı, və işarələri isə Günəş və Tenqridən savayı ikibaşlı qartalı da
simvolizə edir. Bəzi hallarda Günəşin rəmzi - «çərxi-fələk» kimi izah olunan
damğa işarəsini səmada qanad süzən qartalın sxematik təsviri kimi də izah
edirlər. Qədim və orta əsr yazılı mənbələrində alıcı quş adları ilə bağlı olan
«toğrul», «toyan», «çağrıbəy», «tuyqun eltəbər», «turqak» kimi etnonim və
titulların adları qorunub saxlanılmışdır. Yeri gəlmişkən, Çingiz xanın nəslinin
totem quşu ağsunqur (ağ şahin) olmuşdur.
36
Azərbaycan xalçalarında Tanrı-Günəş-qartal(Togrul) rəmzləri
37
Oğuz tayfalarının da hər birinin alıcı quş onqonları – Tanrı ilə aralarında
daimi vasitəçiləri və himayədarları vardı. Məsələn, qayı və bayandur boylarında
– şahin ( şonqar), bayat boyunda - kökənək (bayquş, hazırda bəzi dialektlərdə
bayquşun tük tökməmiş balası), bəydili boyunda – quzğun, salur və iğdır
boylarında – qartal, kınık boyunda - ağ qartal, dodurğa boyunda – qızıl qartal,
karkın boyunda – berkut və s. Ağ (albinos) quşlar daha müqəddəs sayılırdı.
Məsələn, «Kitabi-Dədə Qorqud» eposunda adı keçən ağ sunqur (şonqar) quşu
kimi. «Kitabi-Dədə Qorqud» dastanında işlədilən «çal qaraquş» (bozumtul
böyük quş) ifadəsi oğuzların müqəddəs hesab etdikləri iri alıcı quşa – qartala
verdikləri adlardan biridir. O, oğuz tayfalarının əski inanclarında da bütün
35
А.Бисенбаев. «Мифы древних тюрков». Алматы: «Ан-Арыс», 2008
36 Н.Базылхан. «От двуглавого орла до аристократического аксункара», http://kyrgyztoday.kg
37
«Azərbaycan xalçaları», cild 2, №4, 2012.
Damğalar, rəmzlər… mənimsəmələr
- 134 -
quşların hakimi, Tanrıya ən yaxın varlıqlardan biri sayılır. Mərkəzi Asiyada
isə «qaraquş» dedikdə berkut nəzərdə tutulur. Dastanda qartal/qaraquşun
mifik qüdrəti belə tərif olunur:
«Qab qayalar başında yuva tutan, Qadir,
Ulu Tanrıya yaqın (yaxın) uçan…»
38
Bundan başqa, «Qırğız» etnoniminin elmi dairələrdə qüvvədə olan
yozumlarından biri də qartal mifologemi ilə bağlıdır. Yeni etimoloji izahın
müəlliflərindən olan qazaxıstanlı türkoloq Yuri Zuev «qırğız» sözünü
qızılquşkimilər dəstəsinin qırğılar fəsiləsinə aid olan və “Avesta”dakı
«kahrkasa» adı ilə keçən yartıcı quşla (Azərbaycan dilində: «kərkəs», «ağbaba»)
əlaqələndirmişdir.
39
Xatırladaq ki, Qərbi Azərbaycan torpaqlarında tarixən
Ağbaba bölgəsi mövcud olmuş və 1930-cu ildə toponim dəyişdirilmiş, həmin
ərazisdə Amasiya rayonu yaradılmışdır. Onu da vurğulayaq ki, şaman oyunlarının
(rəqslərində), eləcə də türk xalqlarının məskunlaşdığı geniş ərazilərdə yayılan
solo kişi rəqslərinin əsasında da mifik qartal obrazının məğrur hərəkətləri (alıcı
quşun gərilmiş qanadlarını xatırladan yana açılan qollar) dayanır. Bu sıraya
qazaxların «burkit bi» (berkut) rəqsini də əlavə etmək olar. Qadın rəqsləri isə
(qollar çiyindən yuxarı qalxmamaq şərti ilə) Humay Ananın rəmzi olan qu
quşunun (ak kaz, ak kuş, su gəlini və s.) yerişini xatırladır. Zorxana oyunlarına,
milli güləş yarışlarına başlamazdan əvvəl pəhləvanların qol hərəkətləri ilə
meydan boyu gərdiş etmələri də qartal obrazı ilə bağlıdır.
Tarixi Azərbaycan torpaqlarında yaşamış maqların və kaspların da mifik
təsəvvürlərində alıcı quşlar mühüm yer tuturdular. Onların inancına görə,
bu quşlar Orta Dünya ilə İlahilərin Dünyası arasında vasitəçi olaraq, ölən
insanların ruhlarını qaranlıq dünyaya çatdırırdılar. Strabon yazırdı ki, maqlar
və kasplar cənazələri uzaq çöldə torpağın üzərinə qoyub kənardan müşahidə
edərdilər: Əgər yırtıcı quşlar onun üzərinə qonarlarsa, deməli, ölənin ruhu o
dünyada rahatlıq tapacaqdır. Cənazənin vəhşi heyvanlar və itlər tərəfindən
didilməsi də yaxşı əlamət idi, lakin o qədər də hörmətli sayılmırdı. Yox
əgər, ümumiyyətlə, qurd-quş meyidə yaxın gəlməzsə, həm ölən insan, həm
də onun ruhu bədbəxt hesab edilirdi. Türkmənistan Elmlər Akademiyası
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, professor
Ovez Gündoğdıyev türkmənlərin (həm də azərbaycanlıların) dilində geniş
yayılmış və «lazımsız», «hörmətsiz», «murdarlanmış» anlamlarını verən
38 «Kitabi-dədə Qorqud», əsil və sadələşdirilmiş mətnlər, Bakı, Öndər, 2004
39
Ю.Зуев. «Кыргызы-буруты» // Советская этнография, 1970, № 4.
|