Damğalar, rəmzlər… mənimsəmələr
- 14 -
ayrı-ayrı insan toplumlarına aid olsalar da, bütövlükdə qədim əcdadlar üçün
milli, dini və məkan fərqi bilməyən ən rasional ünsiyyət vasitəsi idi. İnsanın
ətraf aləmi lakonik obraz və rəmzlər vasitəsilə dərketmə qabiliyyətinə elmdə
«mifopoetik təfəkkür» deyilir. Tanınmış psixoloq Erix From hamının aydın
başa düşdüyü belə ünsiyyət forması haqqında bunları yazırdı: «
Rəmzlərin dili
bütün bəşəriyyətin ən yaxşı anladığı universal dildir. Bu, qədim miflərin
və müasirlərimizin gördükləri yuxuların dilidir, onu Hindistanda, Çində,
Nyu-Yorkda və Parisdə də eyni səviyyədə anlayırlar».
3
Polşa yazıçısı
Anjey Sapkovskinin isə rəmz və nişanların insanların davranışına təsir etmək
imkanlari barədə yarızarafat qənaəti belə idi: «
Siz ətrafdakılara ləyaqət,
vətən sevgisi, dini ayinlərin icrası haqqında istədiyiniz qədər ağızdolusu
danışa bilərsiniz. Lakin onların tükü belə tərpənməyəcəkdir. Amma
həmin insanlara bir rəmz göstərin! Dərhal onun ardınca gedib özlərini
oda-közə vuracaqlar. Belə qüdrətə malik rəmzlər bəzən ordudan da
qiymətlidir».
Elmə məlum olan ən qədim damğaların – tanınma-fərqləndirmə
nişanlarının təqribən 5000 il yaşı vardır. Amerika tədqiqatçısı Ceyms Harrod
bu fikirdədir ki, qədim insanların maddi-mənəvi dünyasında sadə qrafemlər
– hərflər müxtəlif sakral rəmzlər əsasında yaranmış, yəni sonradan əlifba
işarələrinə, damğalara, heroqliflərə, ideoqramlara və s. çevrilmişdir. Və bu
işarələrin ilkin obrazları heç də ayrı-ayrı predmet və canlıları deyil, məhz
onların təsvirləri vasitəsilə konkret hadisələri, mərasimləri və prosesləri
təcəssüm etdirmişdir.
4
Qədim və populyar ortaq rəmzlərdə, məsələn, əlifba
işarələrində, miqdarın və səsin qrafik təsvirlərində (rəqəm və hərflərdə) hansısa
gizli mənaların, kodlaşdırılmış ilahi ismarıcların axtarışı müxtəlif dini-fəlsəfi
təlimlərin - hürufiliyin, kabbalanın, numerologiyanın yaranmasına səbəb
olmuş, poeziyada, musiqidə, rəngkarlıqda, heykəltəraşlıq və memarlıqda hətta
konspirologiyanın ezoterik ənənələrə söykənən cərəyanlarında özünə xeyli
ardıcıllar tapmışdır.
Psixologiya elminə əsasən, rəmzlər, o cümlədən haqqında bəhs
etdiyimiz damğa işarələri qədim insanların mnemonik vərdişlərinin – geniş
informasiyanı yığcam və universal təsvirlər vasitəsilə yaddaşda saxlamaq və
ötürmək metodunun tərkib hissəsidir. Təkcə ulu əcdadlarımız deyil, müasir
3
“Сумерки богов”, Ф.Ницще, З.Фрейд, Э.Фромм, А.Камю, Ж.П.Сатр, Москва, 1990.
4
J.Harrod. Deciphering Upper Paleolithic (European): Part I. The basic graphematics – Summary of
discovery procedures. // Language Origins Society annual meeting, 1998.
Damğalar, rəmzlər… mənimsəmələr
- 15 -
insan da yaşayışını, işini, məişətini asanlaşdıran, sağlamlığını, vaxtını,
təhlükəsizliyini qoruyan ən müxtəlif rəmzlərlə əhatə olunmuşdur. İctimai-
siyasi, milli, dini simvolikada, dövlət rəmzlərində (bayraq və gerblərdə),
müasir kompüter texnologiyalarında, şirkət və təşkilatların emblemlərində,
əmtəə, yol hərəkəti, hərbi rütbə nişanlarında, məlumat lövhələrində və s.
mnemonikadan - şərti işarələr sistemindən geniş istifadə edilməkdədir. Ortaq
işarə sistemlərinin bir çoxu hər bir kəs üçün tamamilə anlaşıqlıdır. Məsələn,
iki maili çarpaz xətt ibtidai dövrlərdə olduğu kimi indi də bağlı, yasaq
edilən ərazinin başlanmasını, nişanı hərb sənətində hədəfi, səhiyyədə
xəstəxananı, «ox» işarəsi hərəkətin istiqamətini, qədəhə sarınmış ilan
təbabəti ifadə edir. İzdihamlı küçələrdə rast gəldiyimiz sadə nişanı isə
bütün ölkələrdə və dillərdə «nəqliyyat vasitələrinə giriş qadağandır!» kimi
uzun xəbərdarlığı əvəz edir. Səmavi dinlərin fərqləndirici rəmzləri arasında
Aypara islamın, xaç xristianlığın, Mogen David – Hz.Davudun qalxanı
(islamda - Möhrü-Süleyman) isə iudaizmin rəmzlərindən sayılır. Digər
populyar rəmzlərin semantikasına nəzər salaq. Tanınmış «Apple» şirkətinin
loqotipi olan «dişlənmiş alma»
təsviri bir tərəfdən İsaak Nyutonu
cazibə qüvvəsinin kəşfinə həvəsləndirən almanı, digər tərəfdən isə Adəm
və Həvvanın cənnətdən qovulmasına bais olan «günah meyvəsinin» mifik
obrazını təcəssüm edir. Bəzən təsadüfi oxşarlıqlara da rast gəlirik. Misal üçün,
Şimali və Cənubi Qafqazda, Mərkəzi Asiyada geniş yayılan «alban» damğası
astroloji simvolizmdə Yer kürəsinin, onun üzüaşağı çevrilmiş variantı isə
Venera planetinin rəmzi kimi qəbul edilmişdir. Bundan başqa, Beynəlxalq
Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri İttifaqının emblemi
«Ay-
ulduz» (əslində, «Ay-Günəş») damğası olaraq, VI-VII əsrlərə aid Göytürk
sikkələrinin üzərini, orta əsr Polşa-Litva tatarlarının gerblərini bəzəmişdir.
Azərbaycan milli manatının rəmzi
və «Mazerati» avtomobil şirkətinin
loqosu əski türk tayfalarının «daraq», «baltavar» və ya «xan damğası»
adlanan işarəsinin, avronun simvolu olan nişanı saka-skiflərin, hunların,
xəzərlərin, Altaylardan Şərqi Avropayadək uzanan ərazilərdə məskunlaşmış
oğuz və qıpçaqların «yay-ox» işarəsinin, Fransanın «Sitroen» avtomobillərinin
emblemi isə Azərbaycan xalça ornamentlərində də geniş yayılan «atlı»
damğasının eynidir.
Mifik təsəvvürlərin, ətraf aləmi estetik dərkin bədii təzahürü sayılan
ornamentlərin yaranma səbəbləri, genezisi haqqında fərqli mülahizələr
Damğalar, rəmzlər… mənimsəmələr
- 16 -
olsa da, onların ilk dövrlərdə məhz sakral xarakter daşımaları mübahisə
mövzusu deyildir. Qədim ornamentlərin ilk nümunələrinə Poleolit dövrünə
aid qayaüstü təsvirlərdə, arxeoloji tədqiqatlar zamanı aşkar olunan saxsı
qab, daş və sümük bəzək əşyaları və s. üzərində rast gəlinir. Neolit
dövrünün mədəniyyətlərində onlar yeni formalar, fərqli işlənmə texnikası
və tətbiq sahələri ilə təkmilləşmiş, rəmzi mahiyyətini, ibtidai dini inanclarla
bağlılıqlarını daha da möhkəmləndirmişlər. Nəticədə, bu gün xalq tətbiqi
sənətində «milli ornamentlər» kimi tanıdığımız etnik tərtibat ünsürlərinin bir
çoxunun semantikasında məhz əcdadlarımızın qədim mnemonik simvolları,
damğa və rəmzləri, əlifba işarələri vasitəsilə kodlaşdırıb-ötürdükləri
informasiya dayanmaqdadır. Xüsusilə vurğulamaq lazımdır ki, damğalar,
rəmzlər və onların törəmələri olan etnik ornamentlər konkret xalqın milli tarix
və mədəniyyətinin, miqrasiya və inteqrasiya proseslərinin öyrənilməsində
mühüm informasiya mənbəyidir.
Lakin təəssüflər olsun ki, qədim damğalar hələ də tarixi olayların
təkzibedilməz maddi sübutları kimi deyil, «naxış», mədəni irs nümunələri
qismində dəyərləndirilməkdədir. Çünki müasir dominant tarixşünaslığın
rasionallığı şərtidir. Bir tərəfdən subyektivliyi inkar etsə də, salnaməçilərin
fərdi qənaətlərinə - «tarixi yaddaşa» söykənir, digər tərəfdən isə ifrat
maksimalizmə vararaq «bizim kimi düşünməyən bizdən deyildir!» prinsipinə
arxalanır. Onun əzəli rəqibi isə gerçəklikləri bəzən yarıbədii obrazlar, yırımif,
yarıgerçəkliklər səviyyəsində qoruyub-ötürən sosial yaddaş – xalq (kollektiv)
yaddaşıdır. Yaranmış mövqe qarşıdurmaları isə bir çox hallarda keçmiş
haqqında reallıqdan uzaq olan təsəvvürlər yaradır.
Damğa işarələrinin sistemli şəkildə öyrənilməsi iki yüz ilə yaxın müddət
ərzində davam etsə də, bir sıra məsələlərə tam aydınlıq gətirilsə də, onların
ətrafında yaranmış mübahisələr məhz etnosiyasi maraqlar üzündən hələ də
səngimək bilmir. Əsas səbəb isə üzərində bu işarələr olan qədim və zəngin
maddi-mədəniyyət nümunələrinin, eləcə də həmin irsin yerləşdiyi ərazilərə
olan etnomədəni iddialardır. Daha doğrusu, damğa işarələri xronoloji dövrlər
üzrə etnogenez proseslərinin, etnomədəniyyətin, dövlətçilik ənənələrinin,
inancların müəyyən edilməsində həm təkzibolunmaz elmi sübutlar, həm də
etnosiyasi mübarizədə təsirli vasitədir. Qeyd edək ki, digər xalqların tanınma-
fərqləndirmə nişanları ilə müqayisədə qədim türklərin damğa işarələri daha
geniş funksiyalara malikdir. Əgər irandilli, qafqazdilli xalqlarda, slavyanlarda
Damğalar, rəmzlər… mənimsəmələr
- 17 -
damğa nişanları əsas etibarilə əmlak, mal-qara üzərində fərdi və ya kollektiv
mülkiyyət hüququnu ifadə edirdisə, türk xalqlarında, ilk növbədə, etnik və
nəsil-tayfa mənsubiyyətini, dini və sosial mənşəyi, ayrı-ayrı fərdlərin, nəsil
və ya tayfanın statusunu və s. bildirir, dövlət rəmzləri olaraq bayraq və tuğ
başlıqlarını bəzəyirdi.
Təhlillərə əsasən, türk xalqlarında damğa işarələrinin təyinatı və
funksiyaları kifayət qədər geniş olmuşdur. Onlara xalq, tayfa və ya nəsillərin
dövlətçilik ənənələri, həyat tərzi, təsərrüfat fəaliyyəti, hərb sənəti, inancları ilə
bağlı müxtəlif yerlərdə rast gəlmək mümkündür. Məsələn:
•
döyüş bayraqlarında və hökmdar sancaqlarının başlıqlarında;
•
zireh, dəbilqə və qalxanlarda, kəsici silahların tiyəsi üzərində;
•
yasaq ərazilərin və şəxsi sahələrin sərhədlərində;
•
xalça və xalça məmulatlarında, keçələrdə, ipək parçalarda;
•
bəzək əşyalarında;
•
bədənin əl, qol, bilək, alın hissələrinə vurulan döymə naxışlarda (tatu);
•
dulusçuluq və zərgərlik məmulatlarında;
•
baş geyimlərində (papaq və yağmurluqların/araqçınların) üst hissəsində,
gəlinlik geyimlərinin, uşaq paltarlarının, yapıncıların üzərində;
•
ev, alaçıq və çadırların divarlarında, qapı çatılarında;
•
məzar daşlarında;
•
dini inanc yerlərində;
•
nəzərlik xarakterli əşyalarda;
•
iri və xırda buynuzlu ev heyvanlarının, atların və dəvələrin bud, alın, qulaq
və quyruq hissələrində;
•
qoşqu vasitələrində (araba, qazalaq və s.);
•
anbar və tövlələrin giriş hissəsində və s.
Bu baxımdan, B.Ögəl, O.Akçokraklı, V.Olxovski, Ə.Canıbəyov,
L.Lavrov, K.Əliyev, V.Flerova, İ.Baski, E.Triyarski və X.Yaxtaniqov kimi
tədqiqatçıların apardıqları araşdırmaların nəticələrini ümumiləşdirsək, ortaq
türk damğalarının tarixşünaslıqda xüsusi əhəmiyyət kəsb edən aşağıdakı
aparıcı funksiyalarını önə çəkə bilərik:
1. Etnik mənsubiyyət göstəricisi. Məlumdur ki, ortaq türk damğaları təkcə
özünün qədimliyi ilə deyil, həm də spesifik qrafik təsvir üslubları və türk mifik
təfəkkürü, inancları, yaşam tərzi, hərb sənəti, dövlətçilik ənənələrinə söykənən
semantikası ilə başqa xalqların etnik tanınma-fərqləndirmə nişanlarından
Damğalar, rəmzlər… mənimsəmələr
- 18 -
kəskin şəkildə fərqlənir. Belə olan təqdirdə, hər hansı bir qədim xalqın və ya
tayfanın etnogenezinin, məskunlaşma ərazilərinin müəyyənləşdirilməsində,
dövlətçilik tarixinin öyrənilməsinə dair mübahisələrə son qoyulmasında digər
etnomədəni əlamətlərlə yanaşı damğa işarələrinin də həlledici rolu vardır. O
da məlumdur ki, saka-skif, sarmat, parf, sasani və s. damğaları içərisində etnik
türk damğalarının da geniş yayılması bu konfederasiyaların və dövlətlərin
qurulmasında türk tayfalarının fəal iştirakının sübutlarındandır. Bundan başqa,
damğa işarələrinin genezisinin, yayılma areallarının araşdırılması müxtəlif
tarixi dövrlərdə türk tayfalarının formalaşması, etnogenezi, məskunlaşma və
miqrasiya prosesləri barədə qəti elmi fikirlər söyləməyə əsas verir.
Məsələn, 2012-ci ildə Türkmənistan Elmlər Akademiyası Arxeologiya və
Etnoqrafiya İnstitutunun ekspedisiyası Göytəpə ətrafı (inzibati-ərazi vahidi)
Izqand yaşayış məntəqəsi yaxınlığında, Daşlıtəpə adlanan ərazidə qazıntılar
zamanı antik dövrlərə aid bir sıra maddi-mədəniyyət nümunələri ilə yanaşı,
üzərində «xan damğası» və ya «baltavar» işarəsi olan
saxsı qab parçası
da aşkar etmişdir. İnstitutun professoru Ovez Gündoğduyev qədim və orta
əsr türkmən tayfaları arasında həmin tanınma-fərqləndirmə nişanının geniş
yayıldığını vurğulayaraq, damğanın Parfiya hökmdarlarından birinə məxsus
olduğunu bildirir. Alim qənaətini onunla əsaslandırır ki, burada məskunlaşmış
massaget və sarmat-alan tayfaları sonralar birləşərək qədim oğuzların böyük
hissəsini təşkil etmişlər. O yazır: «
Parfiya imperiyası tarixdən silinsə
də, onu yaradan xalq yox olmamışdır. Vaxt ötdükcə Türkmənistan
ərazisindəki qədim etnoslar güclü oğuz ittifaqını yaratmışlar. Bu ittifaqın
iri şəhərlərindən biri də Izqand – Oğuzkənd olmuşdur. Odur ki, «parf
hökmdarlarının» damğasının burada tapılması təəccüb doğurmamalıdır.
Bu işarə həm də oğuzların kınık tayfasının rəmzi olmaqla səlcuqların
sikkələri üzərinə də basılmışdır. Təsadüfi deyildir ki, Mixail Psell (1018-
1078-ci illərdə yaşamış Bizans tarixçisi və filosofu)
Səlcuq dövlətinin
ilk hökmdarı olmuş Məhəmməd Toğrul bəyi «Parfiya sultanı»
adlandırmışdır».
5
2. Dominant etnomədəniyyətin təzahürü. Mübaliğəsiz deyə bilərik ki,
damğa işarələrinin bu funksiyası Kür-Araz mədəniyyətinin, Şimali və Cənubi
Qafqazda, Anadoluda aşkar olunan maddi-mədəniyyət nümunələrinin,
Qərbi Azərbaycandakı qayaüstü təsvirlərin etnik mənşəyi, Arşakilər, Qafqaz
5
О.Гундогдыев. “Знак парфянских царей из селения Ызган”, http://www.turkmenistan.gov.
tm/?id=3103
Damğalar, rəmzlər… mənimsəmələr
- 19 -
Albaniyası, Səfəvi dövlətləri və s. ətrafında yaranan mübahisələrə tarixi-
etnoqrafik baxımdan son qoyulması üçün əlverişli imkandır. Məsələn,
Dərbənd qala divarlarının hörgü daşları üzərindəki 500-dən çox damğa işarəsi,
Göytürk əlifbası qrafemləri və ortaq türk damğaları əsasında yaranan Qafqaz
Albaniyası əlifbasının işarələri, bu dövlətə aid xristian abidələrində tipik türk
sakral nişanlarının həkk edilməsi, Alban hökmdarı Asfagenin möhürü ilə
Hun, Xəzər, Qızıl Orda rəmzləri arasında heyrətamiz eynilik, «erməni xalça
naxışları» adı altında tanıdılan nümunələrin tamamilə etnik türk tanınma-
fərqləndirmə nişanlarından ibarət olması və s. mənimsəmələrə qarşı ciddi
müqavimət olmaqla, bu ərazilərdə tarixən hansı mədəniyyətin dominat
rolunun ifadəçisidir.
3. Statusun, dominant-vassal münasibətlərinin əlaməti. Damğaların bu
funksiyasının əhəmiyyəti, məsələn, «baltavar», «yay» və «yay-
ox» işarələri «hakimiyyət», «dominatlıq», onların üzüaşağıya çevrilmiş tipləri
müstəqillik hüquqlarının nisbətən məhdudlaşdırılmasını ifadə
edirdisə, «ox» və «baltavarın» digər variantı vassallığı bildirirdi. Orta əsr
rus knyazlıqlarının bayraqlarındakı həmin etnik türk işarəsinin variasiyaları
onların həqiqətən də Qızıl Orda dövlətindən asılılıqlarından xəbər
verir. Krımdakı Kırkör (Qırx yer) bəyliyinin qoşa «baltavar» damğası isə
onun eyni zamanda həm Krım xanlığının, həm də Osmanlı dövlətinin vassalı
olmasının ifadəsidir. Başqa bir misal. Ağqoyunlu dövlətinin bayrağında bu
sultanlığı təşkil edən bayandur boyunun «zənginlik» anlarmı verən damğası
(etnik xalça ornamentlərinə istinadən «yüklü dəvə» kimi yozula bilər) həkk
olunmuşdu. O da məlumdur ki, müəyyən tarixi dövrlərdə bir tayfanın və ya
nəslin, bəyliyin, dövlətin öz damğa işarəsini dəyişməsi, başqasının tanınma-
fərqləndirmə nişanını götürməsi onun digərinin tabeliyinə keçməsinin əlaməti
sayılır.
Burada kitab boyu vurğulanacaq bir məsələnin qısa anonsunu vermək
istərdik. Təhlillər göstərir ki, erməni xalqında tarixən etnik damğa işarələri, o
cümlədən hər hansı bir milli dövlətçilik rəmzləri olmamışdır. Eyni zamanda,
erməni dilinin lüğət tərkibində də «damğa» anlamını verən söz və ya ifadə
yoxdur. Məsələn, ornamentlərdən, dini rəmzlərdən, qayaüstü təsvirlərdəki
işarələrdən bəhs olunarkən «möhür» mənasında işlədlən «droşm», fars mənşəli
«nişan» və ya xalis türk sözü olan «bitik» (pitik - «yazı», «yazılı dua», «tilsim»)
kəlməsinin «pitak» şəklində təhrif olunmuş variantını işlədirlər. Erməni
Damğalar, rəmzlər… mənimsəmələr
- 20 -
alimlərinin tarixi Azərbaycan, o cümlədən Qərbi Azərbaycan ərazilərində,
Anadolu və Qafqazda qayaüstü təsvirlər içərisindəki qədim türk işarələrini
bilərəkdən rəmz və ya damğa kimi deyil,
«oxunması hələ mümkün olmayan
qədim erməni əlifbası işarələri» adı altında təqdim etmələrinin arxasında bu
rəmzləri dolayı yolla mənimsəmə istəkləri dayanır. Çünki «erməni damğası»
kimi yozula biləcək istənilən işarənin, əslində, qədim türklərə, irandillilərə və
ya Qafqaz xalqlarına məxsus olması onlarda da şübhə oyatmır. Məhz bu səbəb
üzündən dağıstanlı alim Həsən Yaxtaniqov Qafqaz xalqlarının damğaları
haqqında kitabında «erməni damğalarından» bəhs edərkən İrəvan alimlərinin
«fəaliyyətsizliyinə» təəccübünü gizlədə bilməmişdir:
«1892-ci ildə Ulap
Mustafa Mahir İsmayıl oğlunun Türkiyədə nəşr etdirdiyi kitab nədənsə
tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Burada noqay, qaraçay,
abaza, kabardin və ermənilərin 257 damğası toplanmışdır. Halbuki, bu
damğalar bəzi nəsillərin etnik mənsubiyyətinə də aydınlıq gətirə bilər».
6
Səbəb isə budur: erməni tərəfi həqiqəti müəyyənləşdirmək marağında deyildir.
4. Dini mənsubiyyətin və mifoloji təfəkkürün göstəricisi. Qədim türk
damğa işarələrinin böyük hissəsini sakral xarakter daşıyan rəmzlər və onların
çoxsaylı variantları, məsələn,
və s. təşkil
edir. Əski türk qam-şaman inanclarından, ibtidai kosmoqonik təsəvvürlərdən,
tanrıçılıq dinindən bəhrələnən bu işarələr əsas etibarilə nəzərlik funksiyasına
malik olan Tenqri xan və Humay Ana simvollarıdır. Türk xalqlarının islam və
xristianlıq dinlərini qəbul etməsi nəticəsində bu rəmzlərin ilkin semantikası
dəyişsə də, qoruyucu funksiyaları xalq yaddaşından silinməmişdir. Onlar ortaq
etnik ornamentlər kimi tətbiqi sənətdə indi də geniş istifadə edilməkdədir.
Məsələn, bu gün Azərbaycan, Anadolu, Şimali Qafqaz, Mərkəzi Asiya, Krım
və Volqaboyu türk xalqlarının xalça naxışlarında qədim dinlər və əcdad
kultu ilə bağlı bəzək ünsürlərinin damğa nişanları ilə müşayiət olunması bu
mistik funksiyanın günümüzə gəlib çatan işartılarıdır. Lakin hər bir tayfanın
qoruyucu damğaları ilə yanaşı, ortaq xarakter daşıyan nəzərlik işarələri: -
bitik, tumar, - «aça», «elşən», - «qaz ayağı», «çərxi-fələk»,
«şəmsi-gərdan», «sarman» və s. vardır. Onu da xüsusi vurğulamaq lazımdır
ki, hələ eramızdan əvvəl qədim qayaüstü təsvirlərdə, məzar daşları və maddi-
mədəniyyət nümunələri üzərində «Dirilik Ağacı» (Həyat Ağacı, Qaba Ağac)
və ucluqlarında tayfa damğaları olan Tenqi xan nişanlarının
6
Х.Яхтанигов. «Северокавказские тамги». Нальчик: “Эльбрус”, 1993.
Damğalar, rəmzlər… mənimsəmələr
- 21 -
xristianlıq, «Günəş-Ay» anlamları verən və damğalarının
işarələrinin isə islam dini ilə əlaqəsi yoxdur. Arxeoloji materiallara əsasən,
bu rəmzlər həmin dinlərdən 1000-3000 il əvvəl yaranmış və yayılmışdır.
Xristianlıqdan əvvəlki dövrlərdə formalaşan, ilkin yozumları təhrif olunan,
türk xalqlarının qədim və müasir xalça ornamentləri kimi tanınan, lakin
orta əsrlərdə xüsusilə erməni-qriqorian kilsəsi tərəfindən İsa Məsih dini ilə
bağlanan, ucluqları qoç buynuzlu
damğa və rəmzlərdən ibarət
olan açalar (hasalar, xaçlar) və s. də ortaq türk maddi-mədəni irsində
xalça ornamentləri kimi qalmışdır. Bununla belə, qoç işarəsinin türk xalqlarının
islam dinini qəbul etməsindən sonra da unudulmamasının, qalmasının bir
səbəbi onun zoomorf rəmz qismində İsmayıl qurbanı ilə əlaqələndirilməsidir.
7
5. Ərazi mənsubiyyətinin qrafik əlaməti. Etnosiyasi qarşıdurmaların
obyekti olan «mübahisəli ərazilərdə» aşkar olunan damğa işarələri, bu
nişanlarla bağlı qədim toponimlər - «Oxçular», «Baltalı»,
«Yayçı», «Baqanalı», «Aşamaylı»,
«Daraqlı»,
«Bitikli»/«Tumarlı», «Çəmbərli» və s. konkret etnosun və ya ayrı-ayrı
tayfaların məskunlaşma dövrünü və ərazilərinin göstəricisi kimi nəzərdən
keçirilə bilər. Məsələn, ötən əsrin ortalarında Dərbənd qala divarlarının
eramızın V-VI əsrlərinə aid hörgü daşları üzərindəki yüzlərlə damğa
işarələrinin müqayisəli təhlili nəticəsində onların bütövlükdə türk tayfalarına
və tayfa birləşmələrinə məxsus olduğu sübuta yetirilmişdir. Bu faktın özü də
türklərin guya regiona VIII-XII əsrlərdə köç etmələrinə dair bir sıra Rusiya,
Ermənistan və Dağıstan «mütəxəssislərinin» etnosiyasi iddialarını puça
çıxarır. Başqa bir misal: 1940-cı ildə türkiyəli tədqiqatçı Əli Rza Yayğın
Bursa şəhəri ətrafındakı kəndlərdə apardığı etnoqrafik araşdırmalar zamanı
türk tayfalarına, eləcə də oğuz boylarına məxsus olan, mal-qaranın, bağ,
bostan və əkin sahələri hüdudlarının nişanlanması məqsədilə istifadə edilən
damğa işarələri və variantlarını müəyyənləşdirmişdir. Həmin işarələr: -
alkaevli tayfası (Samanlı kəndində),
- eymür tayfası (Yaylacıq kəndində),
- alkaevlilərin digər damğası (Kayapa kəndində),
- çuvardur tayfası
(Əlaiddin kəndində), - çuvaldurların digər damğası, (Samanlı kəndində),
- yenə də Əlaiddin kəndində (hansı boya aid olduğu məlum deyildir.
Lakin oğuz elinin bügdüz boyunun damğa işarəsinə bənzəyir – A.Q.)
,
7
И.Богословская, «Зооморфные мотивы каракалпакского орнаментального искусства», http://
www.sanat.orexca.com/rus/archive/2-09/irina_bogoslovskaya.shtml
Damğalar, rəmzlər… mənimsəmələr
- 22 -
- yıva boyu (Domaniç və Çərşənbə kəndlərində), - Kayapa və Qızılkeçili
kəndlərində (tayfa mənsubiyyəti məlum deyildir),
- dodurğa tayfası
(Yaylacıq kəndində) və s. ilkin orta əsrlərdə Türkiyənin bu ərazilərində də
oğuz boylarının böyük nüfuza malik olduqlarını sübuta yetirir.
8
Dostları ilə paylaş: |