697-ci ilə aid «Tzıçji tunsyan» adlı Çin salnaməsində də aşidelərin/
asiteklərın məhz türk mənşəli olması göstərilmişdir».
79
Yuxarıda adı çəkilən «Qarqadaşı» (Nüvədi) üzərində aşide/asitəklərə məxsus
«maral buynuzu» damğası da
yer almışdır və onun semantikasının tarixi
Azərbaycan torpaqlarında məskunlaşmış qədim türk tayfaları və xüsusilə saka-
skiflərin etnik mənşəyi ilə bağlılığı diqqət çəkməyə bilməz. Qeyd edək ki, əski
türk xalqlarının folklorunda, tətbiqi sənətində və dövlətçilik atributlarında geniş
yayılmış Maral Ana, Dişi maral, daha doğrusu, (Buqa-ene) mifik obrazı həmişə
dara düşən insanların xeyirxah yardımçısı, xilaskarı olmuşdur. Eyni zamanda,
qədim dövrlərdə, o cümlədən saka-skif mədəniyyəti dönəmində maral təsvirləri
solyar rəmz qismində Günəşi təcəssüm edirdi. Bunu Qobustan, Gəmiqaya və
Qərbi Azərbaycan qayaüstü təsvirləri bir daha təsdiqləyir.
Ardıcıllıqla: Qobustanda (Çinqirdağ, Yazılıtəpə) Tunc dövrünə aid maral (Buğa
ana) təsviri;
80
Bürünc maral fiquru (Naxçıvan, e.ə. I minillik. Bakı Dövlət Universitetinin
muzeyi);
81
Tunc dövrünə aid tuğ (bayraq) başlığı «Günəş (damğa işarəsi ) üzərində maral»
mifinə söykənir (Şəmkir rayonu, Qaracəmirli kurqanı. Milli Azərbaycan Tarixi Muzeyi);
Həmin mifoloji süjeti əks etdirən Pazırıq maralı (e.ə.V-III əsrlərə aid skif mədəniyyəti, Altay)
Beləliklə, bu motivlər sonrakı minilliklərdə türklərin yayıldığı bütün
bölgələrdə, yəni Avropanın içərilərindən uzaq Sibir, Altay və Qobi çollərinə
78
F. Hirth, Nachworte zur Inschrift des Tonjukuk, St. Pb. 1898.
79
Ю.Зуев. «Тамги лошадей из вассальных княжеств». Перевод из Китайского, том 3, Алма-Ата, 1960.
80
R.Əfəndi. «Azərbaycan incəsənəti». Bakı: “Şərq-Qərb”, 2007,
81
«Azərbaycan tarixi» (yeddi cilddə), I cild, Bakı, 2007.
Damğalar, rəmzlər… mənimsəmələr
- 66 -
qədər yayılmış və elmi ədəbiyyata «skif maral daşları» adı altında düşmüş,
daha sonra isə saka-skif zərgərlik və xalça sənətində (Pazırıq xalçası)
yüzilliklər boyu davam edərək təkmilləşmişdir. Qobustan marallarının elmi
baxımından əsas önəmi ondadır ki, bu təsvirlər qədim türk mədəniyyətinin
köklərinin bilavasitə Azərbaycan ərazisi ilə bağlı olduğunu söyləməyə
ciddi əsas verir. Onsuz da bu mədəniyyətin ən qədim nümunələri Cənubi
Azərbaycan ərazisindəki Ziviyə kurqanından tapılmışdır və bu fakt istər-
istəməz skif incəsənətinin ölkəmizlə bağlı olduğuna dəlalət edir.
82
Vaxtilə
rus coğrafiyaşünası və etnoqrafı Georgi Potanin (1835-1920) folklor və
xalq tətbiqi sənəti nümunələri əsasında müqəddəs maral obrazının qədim
türklərin mifoloji təsəvvürlərində və kosmoqoniyasında mühüm yer
tutduğunu müəyyənləşdirmişdir. O qeyd etmişdir ki, saka-skif və hun
mədəniyyətlərindən başlayaraq, Asiya və Avropanın köçəri xalqlarının
mifik düşüncəsində maral rəmzi özünün dayanıqlığı ilə seçilmişdir.
83
Bakı
Dövlət Universitetindən tarix üzrə fəlsəfə doktoru İradə Avşarova bu barədə
yazır:
«Marala sitayiş Azərbaycanda yaşayan qədim tayfalar arasında
geniş yayılmışdır. Maralı dəfnetmə adəti indiki Xanlar rayonunun
ərazisində Tunc dövrünə aid qəbirlərdən məlumdur. Tədqiqatçıların
fikrincə, Azərbaycanda «maral» adını daşıyan tayfalar da yaşamışdır.
Maral təsvirləri özündə müqəddəslik və nəsil artımı ideyasını
simvollaşdırır».
84
VI əsrdə yaşamış Bizans tarixçisi İordan hunların Qərbə doğru yürüşlərinə
dair rəvayəti qələmə alaraq yazırdı ki, vəhşi heyvanları təqib edən hun
ovçularının yolunu Meotis (Azov) dənizinin keçilməz bataqlıqları kəsir. Bu
zaman qəflətən bir dişi maral irəli çıxaraq onlara bələdçilik edir, bataqlıqdan
çıxarır və qeyb olur. Tanınmış türkoloq, Moskva Dövlət Universitetinin
professoru Xalıq Koroğlu obraz fərqinə baxmayaraq, bu rəvayətin süjetinin
bir çox detallarının
«Oğuz xaqan» dastanında qorunub saxlanıldığını bildirir:
«Yeganə fərq oğuz rəvayətində türklərin totem canlısı olan boz qurdun
dişi maralı əvəzləməsidir. Bu isə təbiidir. Çünki oğuzların hunlarla genetik
qohumluğundan savayı, onların da miqrasiyası Şərqdən Qərbə doğru
82
B.Tuncay. «Kür-Araz mədəniyyəti və erməni yalanları» (I məqalə),
KarabakhİNFO.com
83
Н.Рзаев. «Искуство Кавказской Албании. IV в. До н.э. VII в. Н.э.». изд «Элм», 1976
84
İ.Avşarova. «Azərbaycan tayfalarının hərb işi (tunc dövrü)», http://carpetsmagazine.com/Azerbaycan-
xalcalari/N3/files/assets/basic-html/page128.html
Damğalar, rəmzlər… mənimsəmələr
- 67 -
istiqamətlənmişdir. Onu da qeyd etmək lazımdır ki, hunların xilaskar
maral haqqında əfsanəsi qırğızların «Buqa-ene» rəvayəti ilə səsləşir».
85
Maraqlıdır ki, qədim uyğurların hakim tayfası olan yaklakarlar (cəlayirlər)
öz şəcərələrini totem əcdadları – qızıl buynuzlu Günəş maralı ilə bağlayırlar.
Gədvəl 2. Ortaq damğalara əsasən türk xalqlarının məskunlaşma arealı
Məkan
Damğa təsvirləri
Azərbaycan. Qobustan
qayaüstü təsvirləri
Azərbaycan. Gəmiqaya
qayaüstü təsvirləri
Qərbi Azərbaycan.
Göyçə qayaüstü təsvirləri
Xakasiya.
Sulek qayaüstü təsvirləri
(e.ə. II minillik)
Tyan-Şan. Koçkor
vadisində sak/skif işarələri
(Tunc dövrü və e. ə. I
minillik)
Tripolye (Kukuteni)
Eneolit arxeoloji
mədəniyyəti (e.ə. VII -VI
minilliklər)
Qərbi Sibir və Şimali
Qafqaz. «Ağac tikililər»
arxeoloji mədəniyyəti
(e.ə. XVIII-XII əsrlər)
Şimali Qafqaz. Aşuy
mədəniyyəti (Tunc dövrü)
Midiya dövləti
Yenisey daş
kitabələrindəki damğalar
Qafqaz Albaniyası
85
Х.Короглы. «К тюркско-венгерским фольклорным связям» // Советская тюркология. 1988. № 3.
Damğalar, rəmzlər… mənimsəmələr
- 68 -
Qazaxıstan. Sidak
qayaüstü təsvirləri
V-VIII əsrlər
Qızıl Orda dövləti
Krım xanlığı
Bolqarıstanda türk
damğaları
Rumıniya.
Asançi və Omurçi
məzarlıqlarındakı
damğalar
Polşa-Litva tatarları
Kosova.
Qora vilayəti. Restelitsa
kəndi yaxınlığındakı
qayaüstü təsvirlər
Adıgey Respublikası.
Maxoşkuşxa
məntəqəsindəki çay
daşları üzərində qədim
türk işarələri
Rusiya. Yemelyan
Puqaçovun kəndli
üsyanında iştirak
etmiş başqırd və tatar
nəsillərinin damğaları
(1773-1775-ci illər)
Latviya.
Virtaki məntəqəsində türk
petroqlifləri XVI-XVII
əsrlər
Tatarıstan. Sarman və
Pestreçinsk rayonlarındakı
Ləki, Yantsevar və
Kreşennaya Serda
kəndlərində xristian
tatarlara aid məzarlıqlarda
damğa işarələri
(Aksakovlar),
(Volkovlar)
(Antonovlar),
(Tazovlar),
(Kustovskilər), (Babinlər),
(Çurikovlar),
(Saxurevlər), (Tixonovlar),
(Qordeyevlər),
(Osipovlar),
(Nikitinlər),
(Çukurovlar),
(Talanovlar),
(Tuqanovlar),
(Dementyevlər),
(İvanovlar)
Cədvəl aşağıdakı elmi mənbələr əsasında tərtib olunmuşdur.
86
86
V.Baxşəliyev. «Gəmiqaya təsvirləri». Bakı, 2003; M.Fərəcova. «Azərbaycan qayaüstü incəsənəti». Bakı,
2009; Q.Вaганян. «Каменная летопись цивилизации». Ереван, 1993; И.Кызласов. «Рунические пис-
Damğalar, rəmzlər… mənimsəmələr
- 69 -
İlkin ehtimallara görə, XVII əsrə aid edilən və anonim müəllif tərəfindən
yazılan «Dəftəri-Çingiznamə» əsərində etnik damğalar, onların təsvir və adları
ilə bağlı maraqlı, bəzən isə ortaq türk damğalarının semantikası baxımından
ziddiyyətli məqamlara da rast gəlirik. Məsələn, Kazan tatarlarının (bulqarların)
ləhcəsində qələmə alınan bu əsərdə türk xalqlarının tayfa-nəsil simvolizmində
və hakimiyyət rəmzləri arasında «daraq damğa», «baltavar», «xan damğası»
kimi tanınan işarə «sırğa» kimi təqdim edilmişdir. Bu məsələyə aydınlıq
gətirən türkiyəli tədqiqatçı Funda Topraq həmin adın qadın bəzək əşyalarından
biri ilə bağlılığı olmadığını bildirir. O, damğa adında omonim xarakterli
bənzəməni ərəb əlifbasında «g» səsini bildirən qrafemin olmaması ilə izah edir.
Nəticədə, «serge» və ya «sergeg» (ayıq-sayıq) tayfasının adı təhrif olunaraq
«serqe» kimi yazılmış və sonralar «sırğa» şəklinə düşmüşdür. Əsərdə bir
sıra damğa işarələrinin də qeyri-ənənəvi semantikası verilmişdir. Məsələn,
oğuzun bəydili və dögər tayfalarının tanınma-fərqləndirmə nişanına bənzəyən
işarəsi «sinqli sənək tamqa» (sınıq sənək, ikibaşlı nizə) adlanır. Bundan
başqa, - «Amza damğa» (F.Topraq onun antroponim olduğunu və «Həmzə»
adından yarandığını məqbul sayır) işarəsinə oğuz damğaları və Dərbənd qala
divarının daşları üzərindəki təsvirlərdə də rast gəlinir. «Dəftəri-Çingiznamə»
əsərində
- «Sərv damğa», - «çimiş» (çömçə - düzgün etmiologiyası:
«suya girənlər» və ya «çay keçənlər». «Abar»/»Avar» etnonimi də bu anlamı
verir) damğası,
- «uy» (ev) damğası, - «evime» damğası («aşamay»
sözünün bir forması olduğu ehtimal edilir), ortaq damğalar təsnifatında Günəş
rəmzi kimi qəbul edilən işarə burada «Ay damğası» adlanır. Görünür,
bədirlənmiş Ay nəzərdə tutulur. Kitabda «kuş koburqa tamqa»
(qoşa
менности евразийских степей» Москва, РАН, 1994; K.Taбалдинов, Ж.Йолдашев. «Образцы изобра-
зительной деятельности древнетюркских племен Тенир-Тоо», изд. Унив. Манас, 2003; У.Паламарчук,
И.Андриевский. «Зари Триплье», Винница, 2005; А.Формозов. «Сосуды срубной культуры с загадоч-
ными знаками», Вестник древней истории, № 1, 1953; Б. Режабек, Л. Регельсон, И. Хварцкия. «Кто
изобрел «финикийскую» письменность?» http://www.apocalyptism.ru; И.Дяконов, «История Мидии»,
Москва, 1956; С.Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья»,
Москва, «Восточная литература», 2001; Ə.Rəcəbli. «Qədim türk yazısı abidələri», II cild. Bakı, 2009;
Л.И.Лавров. «Кавказская тамга», «Историко-этнографические очерки Кавказа». Ленинград, 1978;
К.Алиев. «Тамга-знаки Дагестана. По материалам кумыков и их предков». КНКО: Вести. Махачкала,
№ 8-10, 2003; Е.Ямаева, «Родовые тамги Алтайских тюрок», Горно-Алтайск, 2004; Е.Смагулов,
С.Яценко. «Святилище Сидак – один из религиозных центров доисламского севера Средней Азии».
http://www.transoxiana.org; Э.Триярский. «Тамги тюркских племен из Болгарии», UAJG. 1975; Имре
Баски. «Тамги и этнические названия. Вклад тамга-знаков в этногенез татар». // Татарская археология.
1997, №1; Ebubekir Sofuoğlu. «Qora-Restelisa abidesi: Şar dağlarının tepesindeki kaya» www.turuz.info;
Valters Grivins. «Latvian rock art» mag. „At the Edge“ #8, 1997.
Damğalar, rəmzlər… mənimsəmələr
- 70 -
qabırğa damğası), «argak» (iqrak – maşa) , «taylak»
(Mərkəzi Asiyada
«köşək» anlamında işlədilir) və s. işarələrinə də rast gəlinir.
87
Sovet hakimiyyəti illərində bəzi akademik nəşrlərdə Qobustanın «Yazılıtəpə»
adlanan ərazisində 143 nömrəli daş üzərindəki damğa işarələrinin
analoji təsvirlərinə Şimali Qafqazda da təsadüf olunması bir neçə yüz il
bundan əvvəl Azərbaycana qışlağa gələn dağıstanlı maldarların «əl işləri»
kimi izah edilmişdir. Çünki bu damğanın bənzərlərinə Şimali Qafqazdakı adıq
xalqının işarələri arasında da rast gəlinir.
88
Onların isə indiki Adıgey Muxtar
Vilayəti ərazisindən qoyun sürülərini Azərbaycana qışlağa gətirməsi qətiyyən
inandırıcı görünmür. Bundan başqa, qədim damğa nişanları üzrə bir sıra nüfuzlu
mütəxəssislərin ( İ.Baske, E.Triyarski, A.Canibekov, K.Əliyev və b.) təsnifatlarına
əsasən, həmin rəmzlərin türk tayfalarına məxsusluğu şəksizdir. Təqribən 25 il
ərzində Qobustan qayaüstü təsvirlərini tədqiq edən Cəfərqulu Rüstəmov burada
daha çox təsadüf olunan «
kiçik çevrədən aşağıya tərəf çəkilmiş üç şüavari
xətt və ya əvvəl birxətt çəkilərək sonra onun yanlarından ayrılmış xətlərin
əmələ gətirdiyi formaya malik işarələrin» sakral xarakterə malik damğalar
olmasına əmindir.
89
Professor Nəsir Rzayev isə təsvirlərin XIV-XIX əsrlərə aid
olması qənaətinə gəlsə də, onların damğa xarakteri daşıması və semantikası
haqqında bunları bildirirdi:
«Belə damğaların bir damğa kimi, şərti-rəmzi
bir işarə kimi yox, bir təsvir motivi olmasını güman etmək istərdik. Onlar,
bəlkə də, maldarların alaçıq və komalarının təsvirləridir».
90
Həqiqətən də
belədir. Maraqlıdır ki, bu damğaların ən qədim variantları Manna və Midiya
dövlətlərinə aid maddi-mədəniyyət nümunələri üzərində də aşkar edilmişdir.
91
Bundan başqa, «köçəri maldarların damğa işarələrinin» eramızdan əvvəl və
ilkin orta əsrlərə aid variantlarına Araz çayının şimal sahillərində məkunlaşmış
massagetlərin rəmzlərində, Mərkəzi Asiyada, Şərqi Sibirdə, müasir Bolqarıstan,
Macarıstan, Rumıniya və Ukrayna ərazilərində də geniş rast gəlinir. S.Yasenko
regiondakı qədim rəmz və nişanlara həsr olunmuş kitabında bu işarələr də daxil
olmaqla, əhəmənilərin və sasanilərin damğa işarələrinin geniş təsnifatını versə
87
F.Toprak. «Defter-i Cengiz-Nāme’de Boy Nişanları ve Damgalar», Turkish Studies International Peri-
odical For the Languages, Literature and History of Turkish or Turkic Volume 6/1 Winter 2011
88
Х.Яхтанигов. «Северокавказские тамги». Нальчик: “Эльбрус”, 1993.
89
C.Rüstəmov. «Qobustan dünyası». Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
90
N.Rzayev. «Daşlar danışır», Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu.
Bakı: “Elm”, 1985.
91
И.Дяконов. «История Мидии», Москва, 1956.
Damğalar, rəmzlər… mənimsəmələr
- 71 -
də, Mərkəzi Asiyada onların analoqlarının olmasını xatırlatsa da, təsvirlərin
semantikası və etnik mənşəyi barədə susmuşdur. Lakin «irandillilərin» müəlliflik
hüququna gəldikdə, Əhəməni (e.ə. 558-330) və Sasani (226-651) dövlətlərinin
rəmzləri içərisində spesifik türk damğalarının da olması bu konfederasiyaları
quran etnik tayfaların arasında türklərin də mövcudluğundan xəbər verir. Damğa
işarələrinin etnik mənsubiyyətini müasir osetinlər, farslar və taciklərlə bağlamaq
meylini gizlətməyən S.Yasenko, nəhayət, onu da etiraf edir ki, Mərkəzi və Ön
Qafqazda yaşayan irandilli xalqlarda, taciklərdə və farslarda damğa işarələri
türklərdə olduğu kimi xüsusi ada və sakral əhəmiyyətə malik deyildi. Onların
qrafik təsviri konkret predmetlərin, təbiət hadisələrinin, inanc elementlərinin və
s. obrazlarını əks etdirmirdi. Sadəcə olaraq, bu təsvirlər bütövlükdə tayfa və
ya tayfa birliyinin deyil, ayrı-ayrı nəsillərin mülkiyyət nişanı kimi tanınırdı.
92
Ukraynalı arxeoloq Viktor Draçuk isə tədqiqatlarında müxtəlif etnoslarda
damğaların statusları arasında fərqi xüsusi vurğulayaraq bildirir:
«İrandilli
etnoslardan fərqli olaraq, türk xalqlarında nəsil rəmzlərindən savayı onları
birləşdirən ortaq damğalar və xaqanın yanında onların qorunması üzrə
xüsusi məmur – tamqaxan da mövcud idi. Yalnız türklərdə xaqan (xan)
tayfa və nəsillər üçün damğa işarəsi təyin edə bilərdi».
93
Cədvəl 3. Əhəməni və sasani tayfa rəmzləri
94
içərisində etnik türk damğaları
Əhəməni
(e.ə. 558-330-cu illər)
Sasani
(226-651-ci illər)
Azərbaycanda qədim və ilkin orta əsr memarlığının, incəsənətinin
öyrənilməsi üzrə elmi tədqiqatların əsasını qoymuş görkəmli alim,
professor Davud Axundov Qobustan, Gəmiqaya, Geğam və Baykal gölünün
şimalındakı Subuktuy qayaüstü təsvirlərindəki analoji
işarələrin
genezisini araşdıraraq onların vahid semiotikaya malik olduğunu bildirmişdir.
92
С.Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья», Москва,
«Восточная литература», 2001.
93
В.Драчук. «Системы знаков Северного Причерноморья». Киев, 1975.
94
С.Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья». Москва:
«Восточная литература», 2001.
Damğalar, rəmzlər… mənimsəmələr
- 72 -
D.Axundovun qənaətinə görə, yuxarıda adı çəkilən məntəqələrdəki oxşar
piktoqramların həqiqi müəllifləri heç də XIV-XIX əsrlərdə Qafqazdan qoyun
sürüləri ilə buraya qışlağa gəlmiş köçəri heyvandarlar deyildirlər.
Qobustandakı Cingirdağ və Baykal gölünün şimalındakı Subuktuy ərazisindəki qayaüstü
təsvirlərdə yaşayış məntəqələri «sxemləri» arasında oxşar fraqmentlər
95
lk dövrlərdə praktiki əhəmiyyət daşıyan, sonralar isə nəsil və tayfaların
damğa işarələrinə çevrilən həmin nişanlar, əslində, daş və ya çiy kərpicdən
tikilmiş qədim konusvari yaşayış evlərinin, anbar və məbədlərin, eləcə də
onlara bitişik həyət divarlarının konturları, yəni plan təsvirləridir.
96
Məsələn,
Altay və Mərkəzi Asiyadakı türk xalqlarının damğa təsnifatında «ev», «çadır»,
«alaçıq», «qapı», «alaçıq qapısı» anlamını verən
işarələri kimi.
Yeri gəlmişkən, Bakı ətrafındakı Kürdəxanı qəsəbəsinin adının etimoloji izahı
da bu qənaəti təsdiqləməkdədir. Bəzi ehtimallara görə, yaşı iki min ildən çox
olan həmin yaşayış məntəqəsinin adı «Girdə xanə» yəni «Dairəvi ev» kimi
yozulur.
Ötən əsrin ortalarında Naxçıvanda Kültəpə məntəqəsində aparılmış arxeoloji
tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə həmin «layihə» üzrə ucaldılmış
tikililərin - eramızdan əvvəl dördüncü minilliyə aid dairəvi planlı
və daş
hasarlarla sektorlara
bölünmüş həyəti olan yaşayış evlərinin
bünövrələri aşkar edilmişdir. Daha sonra keçən əsrin 60-cı illərində Qazax
rayonunun Şomutəpə, Töyrətəpə, Qarqartəpə, Füzuli rayonunun Qaraköpəktəpə,
Ağdamın İlanlıtəpə ərazilərində, Abşeron yarımadasında - Mərdəkan, Zirə,
Şüvəlan və s. məntəqələrdə də bu tipli dini tikililərin, yaşayış evlərinin qalıqları
müəyyən olunmuşdur. Cənubi Qafqazda ən qədim yaşayış yerlərindən sayılan
95
Yenə orada
96
Д.Ахундов. «Архитектура древнего ранне-средневекового Азербайджана». Баку, 1986.
|