Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/35
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15627
1   2   3   4   5   6   7   8   9   ...   35

13.
(m)
Qədim türk yazı sistemlərində 
  və 
qrafemlərinin 
bənzəri hesab etmək olar. Həmin 
işarələr incə saitli sözlərdə «n» 
samitini ifadə edir.
 3.
(c,g)
Talas, Orxon və Yenisey 
əlifba sistemlərində    
işarəsi «p» səsini ifadə 
etmək üçün işlədilir. 
Damğa işarəsi kimi 
«iqrak» (maşa), «qarmaq» 
və «kösöv» adlanır.
14.
 
(n)
Qrafemin tam bənzərinə   Talas 
və Orxon işarələri arasında 
rast gəlinir. Onun         
variantları da vardır. Əlifbada 
qalın saitli sözlərdə «r» samitini 
bildirir.
 4.
  
(d)
Sakral rəmzlər içərisində 
Humay Ananın simvolu, 
damğa işarəsi kimi «bitik» 
(pitik), xalça ornamentləri 
içərisində «nəzərlik» 
adlanan 
    
 və   
işarələri Orxoni və Yenisey 
yazı sistemlərində «i» saiti 
ilə işlədilən «k» samitini 
bildirir.
15. 
 
(s)
Qədim türk yazı sistemində 
əlifba işarəsi kimi olmasa 
da, ortaq damğa işarələri 
təsnifatında 
   
 təsvirləri 
«Qaba Ağacı» (Dirilik Ağacı, 
Həyat Ağacı) simvolizə edir.

Damğalar, rəmzlər… mənimsəmələr
- 49 -
5.
 (e)
Talas, Orxon və Yenisey 
əlifbalarında incə saitli 
sözlərdə işlədilən «g» 
samitini  bildirən       
 işarələri, damğalar 
arasında isə əsasən, «ali 
hakimiyyət və vassallar», 
«vassallıq» bildirən 
 
 
  
 (daraq, 
xan damğası, ikibaşlı 
qartal, baltavar, iltəbər/
eltəbər) rəmzləri ilə 
yaxınlığı vardır. «Şəcəreyi-
Tərakimə» əsərində isə 
oğuzun dögər tayfasının 
damğası 
 şəklində 
göstərilmişdir.
16. 
 
(o)
Finikiya əlifbasında «ayn» 
(göz) anlamını verən   işarə 
ortaq türk damğa işarələri 
təsnifatında Günəş, Tanrı, ali 
hakimiyyət rəmzlərindən biri 
olmaqla «Gün», «Nurullah», 
«altun top» «qızıl alma», 
«döngələk» və s. adlarla tanınır. 
Türk əlifbalarında analoqu 
yoxdur. Lakin Mərkəzi Asiyada  
 damğasının bir adı «qoşa 
gözdür».
6.
(f,v)
Hər üçü türk əlifba 
sistemində   qrafemi 
incə saitli sözlərdə «l» 
səsini bildirir. Ortaq 
damğa işarəsi kimi 
Azərbaycanda, Anadoluda, 
Şimali Qafqaz və Krımda, 
Volqaboyunda, Mərkəzi 
Asiyada, Bolqarıstanda 
geniş yayılmışdır. Damğa 
adlarından biri «sənək»dir. 
Karaimlərin milli rəmzidir.
17.  
(p)
Bu işarə   Talas əlifbasında 
«u» (incə saitli sözlərdə), Orxon 
mətnlərində isə «b» səsini 
bildirmək üçün istifadə edilir. 
Damğa işarəsi kimi «qarmaq» 
adlanır. 
7.
 (z)
Bu işarə   Cənubi 
və Şimali Qafqazda 
Mərkəzi Asiyada yaşayan 
turk xalqları  arasında 
geniş yayılmışdır. Onun 
üfiqi variantı   isə 
Cami ət-Təvarix» və 
«Hünərnamə»nin  damğa 
təsnifatlarında qaraevli 
tayfasının damğası kimi 
göstərilmişdir.
18. 
 
(s)
Talas, Orxon və Yeniey 
əlifbalarında «ö» və «ü» 
səslərini bildirmək üçün işlədilən 
     işarələrinə, eləcə də «t»  
samitinə (incə saitli sözlərdə)  
 bənzəyir. Türk damğaları 
içərisində də təsadüf olunur. 

Damğalar, rəmzlər… mənimsəmələr
- 50 -
8.
 
(h)
Qədim sami xalqlarında 
«yay-ox» ideoqrafik işarəsi 
olması ehtimal olunur. 
Ortaq türk damğa işarələri 
içərisində həmin rəmz 
analoji ad altında tanınan 
 nişanına bənzəyir.
19. 
 
(q)
Mərkəzi Asiyanın damğa və etnik 
ornamentlərində Azərbaycanda, 
eləcə də Beşbarmaq yazılarında, 
Dərbənd qala divarlarının hörgü 
daşlarında onun nümunələrinə 
və     kimi variantlarına rast 
gəlinir. 
9.
 (t)
Orxon mətnlərində   
və   qrafemlərinin bir 
variantı kimi  işarəsinə 
də təsadüf edilir. Həmin 
hərflər Finikiya əlifbasında 
olduğu kimi «t» səsini 
bildirir. 
20. 
(r)
Turk əlifba işarələrində tam 
anoloqu yoxdur. Lakin yalnız 
Talas mətnlərində «ş» səsini 
bildirən  və   kimi oxşarları 
vardır. Onun bənzəri olan   
rəmzi damğa nişanı kimi Qafqaz 
və Mərkəzi Asiya regionlarında 
populyardır. «Balta» adı ilə 
tanınır.
10.
(i, j)
Talas əlifbasında «g» 
səsini bildirən qrafemin    
oxşarıdır. Damğa işarələri 
içərisində həmin rəmz  
(kuray/qarğı ney)adlanır.
21. 
(s)
Orxon və Yenisey abidələrində  
 işarəsi «nç» - « və «ç» 
səslərinin birləşməsini ifadə edir.
11.
(k)
E.Triyarskinin damğa 
təsnifatında   işarəsi 
spesifik türk damğası kimi 
göstərilir. Mərkəzi Asiyada 
onun 
 şəkilində variantı 
da vardır. 
22.
 
(t)
Talas, Orxon və Yenisey yazı 
mətnlərində    qrafemi incə saitli 
sözlərdə «d» səsini bildirmək 
üçün işlədilir. Damğa işarələri 
təsnifatında «aça», «açamay» 
(Humay Ana açası/xaçı), 
«elşən», «sarkay» və s. adlanır. 
Azərbaycanda, Anadoluda, 
Şimali Qafqazda, Mərkəzt Asiya 
və Şərqi Sibirdə xalça motivi kimi 
qoruyucu rəmzdir və  «nəzərlik» 
xarakteri daşıyır. Oğuzun əfşar 
boyunun damğalarındandır. 
     
Hələ  ötən  əsrin  ortalarında  tarixi  Azərbaycan  ərazilərində  tapılan  və 
eramızdan  əvvəl  IX-VIII  əsrlərə  aid  olunan  Manna  maddi-mədəniyyət 
nümunələrində, Gəmiqaya,  Geğam, Abaran (Qərbi Azərbaycan) təsvirlərində 
olan analoji işarələr türk tayfalarının regiona «eramızın XI əsrindən etibarən 
Altaylardan  miqrasiya  etməsi»  barədə  etnosiyasi  mifi,  ən  nəhayət,  qədim 
türk əlifbasının yaşı, yayılma arealına dair formalaşmış yanlış qənaəti əsaslı 

Damğalar, rəmzlər… mənimsəmələr
- 51 -
şəkildə rədd edir. Məsələn, Azərbaycan alimi, professor Əlisa Şükürlü hələ 
1996-cı  ildə  Ankarada  keçirilmiş  III  Beynəxalq  Türkoloji  Konqresində 
«Azerbaycanda  Yeni  Bulunan  Köktürk  Yazılı  İki  Eser»  adlı  məruzəsində 
beynəlxalq  elmi  ictimaiyyətin  diqqətini  ölkənin  Lənkəran,  Cəlilabad, 
Cəbrayıl və İsmayıllı bölgələrində aşkar olunan və Göytürk hərflərindən daha 
qədim olan mətnlərdəki analoji işarələrə yönəltmişdir.
51
 Ə.Şükürlünün təqdim 
etdiyi işarələri qədim türk qrafemlərinin təsvir və transliterasiyası, eləcə də 
ortaq damğalar müstəvisindən müqayisə edək:   - Göytürk əlifbasında «b» 
samiti, damğa adı isə «eb», «ev»;   - Talas mətnlərində 
«l» samiti, damğa adı 
«qarmaq»;   
 - yazılarda «o», «u» saitlərini ifadə edir, damğa adı «bucaq», 
«qapı» (alaçıq və ya çadır qapısı);   - kar «t» samitidir, damğa işarəsi kimi 
müxtəlif  variantlarında,  o  cümlədən  Qobustan,  Gəmiqaya,  Göyçə,  Mərkəzi 
Asiya və Altaylardakı Saymalıtaş, Sülek, Tamqalıtaş qayaüstü təsvirlərində 
və Qafqaz Albaniyası damğa təsnifatında ilkin olaraq       «qoç», «təkə» 
anlamını vermişir;   - burunda tələffüz edilən «nq» səsi, damğa işarəsi kimi 
Mərkəzi Asiya,  Şimali  və  Cənubi  Qafqazda  geniş  yayılmışdır;    -  qədim 
uyğur əlifbasında «g» və «k» səslərini bildirən 
 işarəsinin eynidir, onun 
analoquna Xınalıq kitabələrində rast gəlinir;   - «n» və «ç» səs birləşməsini 
göstərir;    -  Göytürk  əlifbasında   kimi  təsvir  olunur  və  kar  «r»  samitini 
bildirir, damğa işarəsi kimi adı «iqrak», «kösöv», «qurd izi»;      - «nd» 
səs birləşməsini ifadə edir, yaranış bildirən damğa nişanı kimi adı «abak», 
«ama»;   - Göytürk əlifbasında «y» samiti, damğa adı: «Ay», «yay»;   - kar 
«s» samiti, damğa adı «süngü», «qıpçaq» və s. (adətən, «bir tayfa, nəsil» 
anlamını verir), 
 - uyğur (Türkistan) əlifbasında 
 qrafemi «a» səsini 
ifadə edir. Damğa işarəsi kimi isə «ilan» və ya «qılınc» adlanır. 
1995-ci  ildə  Lənkəran  Dövlət  Universitetinin  tələbəsi  Şakir 
Əsədullabəylinin  Cəlilabad  rayonu  ərazisində  tapdığı  və  eramızdan 
əvvəlki dövrlərə aid olunan saxsı iy (ip əyirmək üçün alət) hissəsi üzərində 
də  «naməlum»  işarələr 
      həkk  edilmişdir.  Azərbaycanın  xalça 
ornamentləri sırasında da yer alan 
  nişanı «atlı» şərti adını daşımaqla, 
Mahmud Kaşğarinin təsnifatına əsasən, həm də oğuz tayfalarının çavuldur 
boyunun damğasıdır. İşarənin 
 variantı isə Göytürk əlifbasında qalın saitli 
sözlərdə kar 
«t» samitini ifadə edir və fərqləndirmə-mülkiyyət nişanı («atlı» 
51 
 Э.Шукюрлю. «Надписанные камни – написанная история», http://karabakh-doc.azerall.info/ru/
turkologiya/trk020.htm 

Damğalar, rəmzlər… mənimsəmələr
- 52 -
damğası)  kimi  təsvirlərinə  Qafqazda,  Volqaboyunda,  Krımda  və  Mərkəzi 
Asiyada, Şərqi Sibirdə yaşayan türkdilli xalqların damğaları arasında geniş 
rast gəlinir. Digər iki işarənin -   və   müxtəlif kombinasiyaları da     
 və       türk damğaları arasında geniş yayılmışdır. Yeri gəlmişkən,   
işarəsinə «Xınalıq kitabələri»ndə də təsadüf olunur. 
Cəlilabad rayonunda aşkar edilmiş qədim iyin saxsı hissəsində işarələr
 
Naxçıvan  Muxtar  Respublikasının  Sədərək  rayonunda  yerləşən,  xalq 
arasında «Fərhad evi» adlanan mağaranın arxa divarındakı üç sətirdən ibarət 
mətn  də  ortaq  türk  əlifbasının  qədim  dövrlərdə  yaranmasına  dair  yuxarıda 
deyilən  fikirləri  təsdiq  edir.  Buradakı  Göytürk  işarələri               
 
  «Cəlilabad  yazıları»nın  eyni  olmaqla,  əski  türk  əlifbasının  regional 
mənsubiyyəti  və  yayılma  arealı  haqqında  yeni  mühakimələr  irəli  sürməyə 
imkan verir.
52
 
Ötən əsrin 80-ci illərinin əvvəllərində əslən Ermənistan Respublikasının 
Nüvədi  kəndindən  (Mehri  rayonu)  olan  müəllim  Həmzə  Vəli  «Qarqadaşı» 
adlanan dağın ərazisində üzərində naməlum yazılar həkk edilmiş qaya parçaları 
aşkar etmişdi. Ən böyüyünün uzunluğu 1 metr, eni isə 70 santimetr olan daşlar 
üzərindəki yazılar haqqında 80-ci illərin sonunda «Elm və həyat» jurnalında 
dərc  olunmuş  məqalədə  həmin  işarələrin  qədim  qarqar  tayfasına  məxsus 
olması barədə fikir irəli sürülmüşdü. Əski türk əlifbası və qədim yazılı mətnlər 
üzrə mütəxəssis, professor Əbülfəz Rəcəbli həmin işarələri öyrənərək, onların 
«şübhəsiz, göytürk hərfləri ilə yazılmış kitabə» olduğunu təsdiqləmişdir.
53
 
52 
 M.Rəhbəri.  «Əhəmənilər dövrünə aid türkcə yazı nümunəsi», qafqazalbaniyasi.az/?p=4698
53 
 «Xalq qəzeti», 04. 09. 1996.

Damğalar, rəmzlər… mənimsəmələr
- 53 -
Daş parçaları üzərində qədim türk əlifba işarələri ilə                       
   
  yanaşı, damğa nişanları da yer almışdır. Bu işarələrin bir çoxu həm 
Göytürk, həm də Qafqaz Albaniyası əlifbaları (Mingəçevir yazıları) işarələri 
ilə eynidir. Lakin Həmzə Vəlinin bütün səylərinə baxmayaraq, Ermənistan-
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  yeni-yeni  baş  qaldırdığı  bir 
dövrdə bu abidələrin, həqiqətən də, sensasiya doğura biləcək dəyərinə, siyasi 
əhəmiyyətinə ciddi fikir verilməmiş, böyük əziyyətlə Bakıya gətirilmiş qaya 
parçası «itirilmişdir» (bəzi ehtimallara görə, Ermənistana qaytarılmışdır).
54
 
Ermənilər  isə  Azərbaycan  SSR  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinə 
etiraz məktubu ünvanlayaraq, «Ermənistan ərazisində türk yazılı kitabələrinin 
tapılmasının» həqiqətdən uzaq olduğunu və belə «iddiaların» sovet xalqları 
arasındakı  mehriban  qonşuluq  və  qardaşlıq  münasibətlərinə  ciddi  xələl 
gətirdiyini bildirmişlər. Beləliklə, həmin mövzu o dövrün «beynəlmiləlçilik 
prinsiplərinə» görə qapadılmışdır. 
Mütəxəssislərin ümumi qənaətinə görə, qədim və müasir əlifba işarələrinin 
hər  biri  ibtidai  tanınma-fərqləndirmə  nişanlarının  –  damğa  və  rəmzlərin 
sadələşdirilmiş variantlarıdır. Belə ki, qrafemlərdən (səs bildirən hərflərdən) 
ibarət yazı sisteminin formalaşması prosesi daha qədim dövrlərə aid piktoqrafik 
rəsmlərdən - hər hansı bir hadisəni özündə əks etdirən təsvirlər və ideoqrafik 
simvollardan  (fikrin  rəmzlər  vasitəsilə  ifadəsindən)  qaynaqlanmışdır.  Bu 
baxımdan,  Orxon-Yenisey  əlifba  işarələrinin  bir  çoxu  ayrı-ayrı  predmet  və 
anlayışların lakonik təsvirləri olmaqla yanaşı, həm də müxtəlif türk tayfa və 
qəbilələrinə məxsus damğaların, mülkiyyət, müəlliflik hüququ nişanlarının, 
dini simvolikanın stilizə olunmuş formalarıdır. Türkiyəli araşdırmaçı, professor 
Tuncər Gülənsoy əski türk əlifbasının ən qədim nümunələrinin hələ müəyyən 
edilmədiyi üçün hələlik ilk tarixi mənbə qismində Orxon-Yenisey yazılarının 
götürüldüyünü  bildirir: 
«Gələcəkdə  aparılacaq  arxeoloji  qazıntılar 
nəticəsində bu yazının daha qədim mənbələrinin aşkar olunması ehtimalı 
gündəmdədir. Orxon yazılarının tapıldığı daşlar üzərində eyni zamanda 
damğa  işarələrinin  də  həkk  olunması  bu  ehtimalın  reallaşacağına 
ümidləri  artırır».
55
  Vaxtilə  danimarkalı  linqvist  Vilhelm  Tomsen  (1842-
1927) və alman tarixçisi Frans Althaym (1898-1976) türk damğa işarələrinin, 
eləcə də Orxon-Yenisey əlifbasının «sami kökənli» olduğunu iddia etməklə, 
onları arami yazı qrafikası və pəhləvi əlifbası ilə bağlamağa səy göstərmiş, 
54 
 H.Vəli. «Nüvədi kitabələri». Bakı, 1998.
55 
 T. Gülensoy. «Orhundan Anadoluya Türk Damqaları», İstanbul, 1989.

Damğalar, rəmzlər… mənimsəmələr
- 54 -
bununla da sonrakı tədqiqatları yanlış istiqamətə yönəltmişlər. Halbuki, hələ 
XX əsrin ilk illərində rusiyalı şərqşünas və etnoqraf Nikolay Aristov (1847-
1910) Orxon runlarının müstəqil və bənzərsiz əlifba olduğu, 38 işarədən 29-
nun daha qədim köklərə malik olan türk damğa işarələrinin əsasında yaranması 
qənaətinə  gəlmişdir.  Rusiya  alimlərinin  «turançı»  damğası  vurduqları 
tanınmış qazax türkoloqu, qədim türk dillərinin qramatikası üzrə mütəxəssis 
Altay Amanjolov (1934-2012) türk tayfalarının IV-VI əsrlərdə Şərqi Sibirdən 
Qərbə doğru miqrasiyası haqqında
 stereotip nəzəriyyəni qismən müdafiə etsə 
də, Orxon-Yenisey əlifbasının tarixini eramızdan əvvəlki dövrlərə bağlamış, 
onun  Finikiya,  arami  xətt  qrafikası  ilə  paralel  yaranması  qənaətinə  gəlmiş, 
prototürk işarələri ilə qədim yunan, sami-finikiya əlifbası arasında oxşarlığı 
isə  üstüörtülü  olaraq  «genetik  qohumluq  əlaməti»  adlandırmışdır.  Yaxın 
Şərqdə,  Ön Asiyada  prototürk  izlərini  gizlətməyə  çalışan,  «etnik  əlifbanın 
daşıyıcısının  etnosdan  əvvəl  yarana  bilmədiyini»  və  «türklərin  digər 
xalqlardan  əlifba  mənimsədiklərini»  iddia  edən  opponentlərə A.Amanjolov 
belə cavab verir: 
«Bütün bunlar (əlifba bənzərliyi – A.Q.) eramızdan min 
il  əvvəl  Cənubi  Sibirdə  yaşamış  köçəri  tayfaların  Ön Asiya  əhalisi  ilə 
mədəni əlaqələrinin daha dərin köklərə malik olmasından xəbər verir».
56
 
«Altay nəzəriyyəsi»ni qətiyyətlə inkar edən görkəmli tatar alimi, akademik 
Mirfatıx  Zəkiyev  isə  öz  mövqeyini  belə  əsaslandırır: 
«Bəzi  türkoloqlar 
hələ  də  avrosentrizmin  yaratdığı  ənənəvi  miflərin  təsiri  altındadırlar. 
Belə  miflərin  birinə  görə,  türklərin  tarixi  vətəni  guya Altay  dağlarıdır 
və guya onlar məhz oradan ətrafa yayılmağa başlamışlar. Əslinə qalsa, 
ilk  obyektiv  tədqiqatların  nəticələri  hələ  eramızdan  əvvəl Avrasiyanın 
müxtəlif regionlarında türk faktorunun mövcudluğu, onların qədim və 
zəngin mədəniyyət yaratmaları barədə material verir».
57
 
      Xatırladaq ki, qədim Assuriya yazılı mənbələrində, Herodot, Strabon, 
Plutarx, Plini Sekund, Pomponi Melanın və başqa salnaməçilərin əsərlərində, 
Tövratda,  yəhudi  peyğəmbəri  Yeremiyanın  kitabında,  ərəb  tarixçiləri  əl-
Əzrakın,  əl-Kufinin,  ət-Təbərinin,  əl-Həməvinin,  Nasəvinin,  alban  tarixçisi 
Musa Qağankatlının, fransız marifçisi Şarl Lui Monteskyönün, şərqşünaslar 
Ejen Formanten və Elize Reklünün, isveç bibliyaşünası Erix Nüstremin və 
başqalarının əsərlərində türk tayfalarının hələ eramızdan əvvəl Ön Asiyada, 
o  cümlədən  tarixi  Azərbaycan  ərazilərində  yaşadıqları  barədə  məlumatlar 
56 
 А.Аманжолов. «Генезис тюркского рунического алфавита». Алматы, 2003.
57 
 М.Закиев. «Происхождение тюрков и татар». Москва, Изд.  «Инсан», 2002

Damğalar, rəmzlər… mənimsəmələr
- 55 -
verilir. Fransız alimi E.Reklü isə Ön Asiyada türklərin məskunlaşma tarixinə 
toxunaraq bunları qeyd edirdi: 
«Tədqiqatçılar qədim Midiyada naməlum 
dildə yazılmış iki yazı tapmışlar. Əminliklə demək olar ki, ölkə əhalisinin 
qədim dilində olan bu yazılar Turan mənşəlidir».
58
 Bu baxımdan, görkəmli 
qazax şairi və alimi Oljas Suleymenovun bir fikri maraq doğurmaya bilməz: 
«Şumer  və  etrusk  materialları  sübut  edir  ki,  slavyan,  german  və  türk 
dilləri  hələ  uzaq  keçmişdə  sükunət  vəziyyətdən  çıxaraq,  müasir  dillər 
üçün xarakterik olan dialektik xüsusiyyətlərə malik olmuşlar».
59
 Məşhur 
bir sitatı bir daha diqqətə çatdıraq: IX əsr ərəb müəllifi Əbdülməlik ibn Hişamın 
yazdığını görə, xəlifə I Müaviyyə (661-680) müşaviri Übeyd ibn Şariyədən 
Azərbaycan haqqında nə bildiyini soruşanda belə cavab alır: 
«Azərbaycan 
türklərin  yaşadığı  ölkədir.  Onlar  qədimdən  burada  məskunlaşmış, 
bir-biri  ilə  qarışmış,  çoxalmış  və  güclənmişlər».  Ət-Təbəri  Azərbaycan 
ərazisinin Həmədan və Zəncan şəhərlərindən başlayaraq, Dərbənd də daxil 
olmaqla şimala doğru uzandığını bildirirdi. 
XVIII  əsrdə  yaşamış  isveç  bibliyaşünası  və  xristian  missioneri  Erik 
Nöstrem  1868-ci  ildə  nəşr  etdirdiyi  «Bibliya  ensiklopediyası»  əsərində 
qədim yazı işarələrinə söykənərək Yaxın və Orta Şərq tarixinə dair mövcud 
stereotipləri  dağıtmış,  nəinki  şumerlərin,  hətta  akkadların  da  prototürk 
mənşəli  olduqlarını  bildirmişdir.  Alim  yazırdı: 
«İncilə  görə,  Babilistan 
dövlətinin qurucusu Nimrod (islam dinində: Nimrud) olmuşdur. Lakin 
qazıntılar  zamanı  üzə  çıxan  kərpiclər  (gil  lövhəciklər)  üzərindəki 
yazılar  isə  aydın  şəkildə  sübut  edir  ki,  Xaldeyaya  (Dəclə  və  Fərat 
çayları  arasındakı  ərazinin  qədim  adlarından  biri)
 sami mədəniyyətinin 
gəlişindən xeyli əvvəl burada yaşca daha qədim olan, nə yəhudilərin, 
nə də ərəblərin mədəniyyətilərinə qətiyyən bənzəməyən, özündə türk-
tatar mədəniyyətinin əlamətlərini qabarıq şəkildə göstərən sivilizasiya 
vardı».
60
  Görkəmli  şumeroloq  Samuel  Kramer  (1887-1990)  şumerlərin 
əcdadlarının  vaxtilə  Xəzər  dənizi  sahillərində  yaşadıqları  və  sonralar 
cənub istiqamətinə köç etdikləri, burada bəşər tarixinin ilk sivilizasiyasını 
yaratdıqları  barədə  fikir  irəli  sürmüşdür.  Onun  qənaətinə  əsasən,  sonrakı 
minilliklərdə  köçəri  sami  tayfalarının  Şumerə  kütləvi  axını  üzündən 
58 
 Э.Реклю.  «Человек и земля», к-изд. П.П.Сойкина, СПб., 1906.
59 
 О.Сулейменов. «Язык письма. Взгляд в доисторию – о происхождении письменности и языка 
малого человечества».
 Алматы-Рим, 1998.
60 
 Э.Нюстрем.  «Библейский словарь», изд. Библия для всех, 2011.

Damğalar, rəmzlər… mənimsəmələr
- 56 -
gəlmələrin  sayı  tədricən  yerli  əhalini  üstələmiş,  onları  öz  içərilərində 
əritmiş və son nəticədə ilkin şumerlərin unikal mədəni irsinə sahib olmuşlar. 
S.Kramer  yazır: 
«Çox  güman  ki,  şumerlər  bu  ərazilərə  eramızdan 
əvvəl, təqribən IV minilliyin birinci yarısında gəlmişlər. Onların ilkin 
vətəninin  harada  olması  barədə  hələ  də  birmənalı  mövqe  yoxdur. 
Lakin  Uruk  (Şumer  ərazisindəki  şəhər-dövlət)  hökmdarları  Enmerkar 
və Luqalband haqqında epik rəvayətlər silsiləsinə əsasən, Xəzər dənizi 
yaxınlığındakı Aratta dövləti ilə Şumer şahları arasında sıx və etibarlı 
münasibətlərin olması, aqqlütinativ Şumer dilinin Ural-Altay dillərini 
xatırlatması  tarixi  vətənin  məhz  Aratta  istiqamətində  yerləşməsinin 
göstəricisidir».
61
  Qeyd  edək  ki,  Aratta  tarixi  Azərbaycan  ərazisində 
(Güney  Azərbaycanda)  ilk  dövlət  olmuş,  eramızdan  əvvəl  III  minilliyin 
birinci  yarısınadək  mövcudluğunu  saxlamışdır.  Onun  ərazisi  Urmiyə 
gölünün cənub və cənub-şərq sahillərini, indiki Zəncan və Qəzvin şəhərləri 
arasındakı  torpaqları  əhatə  edirdi.  Samuel  Kramer  sonra  bunları  əlavə 
edir: 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin