Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/35
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15627
1   2   3   4   5   6   7   8   9   ...   35

«Qaraqoyunlu xalçaları» sırasına daxil edilməsini 
məqsədəuyğun hasab edirik. 
1-2. XIX əsrə aid «Malıbəyli» xalçalarında «çərxi-fələk» və onun fraqmenti.  
3. Qraqoyunlu dövlətinin bayrağındakı qara qoç rəmzi. 4.Gəmiqaya qayaüstü 
təsvirlərində bənzər rəmz.
28
  5-6. Borçalıda və İranda yaşayan qaşqayların
 (etnik azərbaycanlıların) xalçalarında analoji rəmz.
27 
 Л.Аванесян. «Связь изображений армянских ковров с погребальным обрядом». Журнал «Анив», №3 (42).  
28  
V.Əliyev. «Gəmiqaya abidələri». Bakı, 1992.

Damğalar, rəmzlər… mənimsəmələr
- 41 -
Qədim yaşayış məntəqələri, şirin su mənbələri, otlaqlar yaxınlığındakı sal 
qaya daşları üzərinə həkk olunmuş damğalar xüsusi tədqiqat obyektləri olmaqla 
yanaşı  funksional  baxımdan  digər  tanınma-fərqləndirmə  işarələrindən  fərqli 
xüsusiyyətlərə  malikdir.  Azərbaycanda  –  Yazılıdaş  (Qobustan),  Gəmiqaya, 
Qərbi Azərbaycanda - Geğam (Göyçə), Dəvəboynu abidələri, Qazaxıstanda - 
Tamqalıtas (Damğalı daş), Eşkiölməz, Qırğızıstanda - Saymalıtaş, Xakasiyada 
-  Sülek,  Özbəkistanda  -  Sarmışsay,  Xocikənt  və  s.  belə  rəmzlərlə  zəngindir. 
Təəssüf ki, Azərbaycanda indiyədək həmin işarələrin sistemli şəkildə toplanması, 
onların etnomədəni məkan və məskunlaşma coğrafiyası kontekstində təsnifatı 
və  kompleks  tədqiqi  istiqamətində  kifayət  qədər  səmərəli  iş  aparılmamışdır. 
Təqribən eramızdan 12-15 min il əvvəlki dövrlərdən orta əsrlərədək olan böyük 
zaman  kəsiyini  əhatə  edən  Qobustan  qayaüstü  təsvirləri  damğa  işarələrinin 
tədqiqi baxımından da əhəmiyyətli tədqiqat mənbəyidir. Burada aşkar edilmiş 
damğa nümunələrinin ən qədimləri isə Tunc dövrünə və ondan əvvəlki zamanlara 
aid olunur. Sakral xarakter daşıyan Cingirdağ (bəzi ehtimallara görə, Dinqirdağ/
Tenri dağı oroniminin fonetik təhrif olunmuş variantı) ərazisi damğa işarələri 
ilə daha zəngindir. Buradakı 43 qaya parçası üzərində 170-dək damğa işarəsi 
müəyyən  edilmişdir.  Tanınmış  Azərbaycan  arxeoloqu,  professor  Cəfərqulu 
Rüstəmovun araşdırmalarına görə, təkcə 123 və 143 nömrəli daşların hər birinin  
üzərində 21 və 36 nümunə olmaqla qazma üsulu ilə 57 işarə həkk edilmişdir. 
Alimin qənaətinə görə, 
«Qaya və  daşlar üzərində  işarə  və  damğaların nə  
məqsədlə  qazılması haqqında tam və qəti fikirlər söyləmək çətindir. Hər 
halda, onların tayfa, qəbilə, nəsil və  şəxsi damğa işarələri olması barədə 
fikir  daha  ağlabatandır».
29
  Tarixi  Azərbaycan  ərazilərində  qədim  damğa 
işarələrinin araşdırılması, onların deşifrəsi, semantikasının müəyyənləşdirilməsi 
ilə bağlı ilk və mühüm tədqiqatlar mərhum professor Cəfər Cəfərov tərəfindən 
aparılmışdır. Alim Azərbaycan  xalqının  etnogenezinin,  etnik  mədəniyyətinin 
öyrənilməsində  ibtidai  təsvirlərin,  qədim  maddi-mədəniyyət  nümunələri 
üzərindəki rəmzlərin öyrənilməsinin zəruriliyi barədə yazırdı: «
On ildən artıq 
bir dövrdə göstərdiyimiz səylər Qobustan, Gəmiqaya, Kəlbəcər qayaları, 
habelə  xalça  nümunələri,  dulusçuluq  əşyaları,  memarlıq  abidələrindəki 
min  illərin  yadigarları  olan  damğa  və  işarələrin  söz,  anlayış,  ideoqram 
kimi  oxunuşuna  inamı  artırır  və  bu  vacib  məsələnin  təxirəsalınmaz 
olduğunu bir daha əsaslandırır. Qənaətimizə görə, onların oxunuşu tarix 
29  
C.Rüstəmov. «Qobustan dünyasi». Bakı: Azərbaycan Dövlət Nəşriyyatı,  1994.

Damğalar, rəmzlər… mənimsəmələr
- 42 -
tərəfindən  çoxdan  unudulmuş  xalqlar,  tayfalar,  titullar,  ictimai-siyasi 
anlayışlar,  vəzifələr  barədə  bizə  əvəzsiz  məlumat  verir».
30
  Bununla  belə, 
Cəfər  Cəfərov  Qobustan  qayaüstü  rəsmlərindəki  nişanları  «ideoqrafik  yazı 
nümunəsi» (müəyyən ideyanı özündə əks etdirən təsvirlər) adlandırsa da, onların 
bir hissəsinə heroqlif (ayrı-ayrı söz və səsləri bildirən işarələr), digərlərinə isə 
əlifba fonemləri (hərfləri) kimi yanaşmışdır. C.Cəfərov belə universal yanaşma 
sistemi  sayəsində  qədim  türklərin  «öz»,  «oz»,  «sarman»,  «qaz  təpiyi»  və  s. 
adlandırdıqları sakral işarə variantları         və Orxon-Yenisey əlifbasında 
cingiltili 
«z» samitini ifadə edən   
31
 qrafemi arasında bənzərliyi əsas götürərək, 
Qobustan qayaları üzərindəki 
          
      rəmzlərini 
«as ər», 
«as  kan»,  «ər  as  xan»  kimi  oxumuş,  onları  unudulmuş  etnonimlərdən  olan 
və  dilimizdə  «
azman»,  «azər»  kimi  sözlərdə  qalan,  Azərbaycan  xalqının 
etnogenezinin  formalaşmasında  iştirak  edən  qədim 
az  və  ya  as  tayfaları  ilə 
əlaqələndirmişdir.
32
 Professor eyni zamanda 
«Azərbaycan», «özbək», «oğuz», 
«çuvaş» (çuvas), «xakas», «qaraqaş» (karakas)«tuva» və digər etnonimləri, 
Azərbaycan ərazisindəki 
Asnı dağını, eyni adlı kənd, çay və tayfanı, Astara 
royonunu, Cənubi və Şimali Qafqaz, Krım və Rusiyadakı 
Aştarak, Həştərxan 
(As-tarxan), 
Askan,  Kanaz,  As  (Perm  vilayəti)  şəhərlərinin  adlarını  as/
az  tayfaları  ilə  bağlamışdır. Alimin  gəldiyi  qənaətə  görə,  Qobustan  qayaları 
üzərində həkk olunmuş işarələr bu qədim xalqın tarixinin və etnik mənşəyinin 
öyrənilməsində etibarlı mənbə ola bilər. 
C.Cəfərovun  təşəbbüsü  və  qənaətləri  elm  aləmində  birmənalı  qarşılan-
masa da, onun Azərbaycanda az tayfalarının məskunlaşması, burada maddi-
mədəniyyət nümunələri yaratmaları və etnik mənşələri barədə irəli sürdüyü 
cəsarətli fikirləri, səyləri diqqətəlayiqdir. Qeyd edək ki, adı Qurani-Kərimdə 
«as qövmü», Orxon-Yenisey yazılarında «ak er as», Kül tigin abidələrində 
«as budun» (as xalqı) kimi çəkilən as və ya azları Lev Qumilyov «Altaydan 
Uraladək uzanan böyük bir ərazidə yaşamış məşhur müəmmalı xalq» ad-
landırmışdır.
33
 Orta əsrlərdə yaşamış ərəb tarixçisi İbn Hövqəl Azərbaycanda 
- Ərdəbil yaxınlığındakı Sərat şəhərində əhalinin 
aslardan (ər-as, əhli ər-as) 
ibarət olması barədə məlumat verirdi.
34
 Eyni zamanda, Ağrı dağının yaxın-
30 
 C.Cəfərov. «Bəzi damğa və işarələrin etimoloji izahı»// (Elmi əsərlərin tematik məcmuəsi), Bakı, ADU, 1987.
31 
 Ə.Rəcəbli. «Qədim türk yazılı abidələri», I cild, Bakı, 2009.  
32 
 C.Cəfərov. Göstərilən əsəri.
33 
 Л. Гумилев. «Древние тюрки». Москва, 1967.
34 
 N.Vəlixanlı. «IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında». Bakı, 1974.

Damğalar, rəmzlər… mənimsəmələr
- 43 -
lığında, 
Araz (Ər-As) çayının kənarında asların məskunlaşmaları və burada 
böyük nüfuz sahibi olmaları barədə də məlumat vardır. Vaxtilə professor Mah-
mud İsmayıl «Azərbaycan tarixi» əsərində 
«Azərbaycan» kəlməsinin etimo-
logiyası ilə bağlı yozumlardan biri kimi bu adın 
as tayfası ilə bağlanmasını və 
«As(az)ların ölkəsi» şəklində izahını da nəzərdən keçirirdi.
35
 
As xalqının etnik mənşəyi barədə ilk məlumata ərəb coğrafiyaşünası əl-
Məqribinin  (1214-1286)  əsərlərində  rast  gəlirik.  O  yazır: 
«Gürcüstandan 
Şərqdə alanların ölkəsi vardır. Onlar xristianlaşan türklərdir… Alanlar-
dan sonra türklərdən «as» adlanan bir türk qövmü də (qövm min əl-turk) 
vardır».
36
 Yəhudi salnaməçisi İosif Flavi (37-100) «Yəhudi müharibələri ta-
rixi» əsərində açıq şəkildə qeyd edir ki, 
«yasların (asların) dili peçeneqlərin 
dilinin törəməsidir».
37
 Əbu Reyhan Biruni (873-1048) isə Xarəzmdə yaşayan 
asların və alanların türk mənşəli olduqlarını və yerli Xarəzm-peçeneq ləhcəsi 
ilə danışdıqlarını bildirir.
38
 Tanınmış qafqazşünas və etnoqraf İsmayıl Mizi-
yev asları və ya yasları türk mənşəli «skif-sarmat tayfalarının etnik varisi» 
hesab edir. Onun fkrincə, qədim türk dillərində «köçəri» anlamını verən «as» 
termini 
«Asiya» qitəsinin adında və skiflərə aid edilən «as-kişi» (as adamı, 
aşquz, işquz) ifadələrində Krım və Mərkəzi Asiyadakı etnonimlərdə bu gün 
də qalmaqdadır.
39
 
Damğa  işarələrinə  qayıdaq.
  Qeyd  edildiyi  kimi,  bir  çox  qədim  yazı 
sistemlərində (Şumer, Akkad, Vinçi, Bibl, Göytürk və s.) işarələrin prototipi Ne-
olit, Mezolit və Paleolit dövrlərinə aid olan və köçəri tayfalar vasitəsilə geniş 
ərazilərə yayılan rəmzlər, damğalardır. Yəni əlifba işarələri onlardan daha qədim 
olan  fərqləndirmə-tanınma  rəmzlərinin  –  damğaların  törəmələridir.  Məsələn, 
görkəmli türk alimi Əhməd Cavad Əmrə tarixin dərin qatlarına aid yazı qrafika-
sı nümunələrini araşdıraraq, qədim türk (Göytürk/Orxon-Yenisey) əlifbasındakı 
bəzi işarələrin Şumer «hərfləri» ilə oxşar təsvirə və semantikaya malik olması 
qənaətinə gəlmişdir. Belə ki, onun fikrincə, türk əlifbasındakı      işarələri (eləcə 
də          damğaları – 
A.Q.) və şumer yazısındakı   təsviri «ox» (yay-
ox) anlamını verir. Müvafiq olaraq, türklərin 
 şumerlərin isə     rəmzləri 
35 
 М.Исмаил. «История Азербайджана (Краткий обзор с древнейших времен до 1920 г.)». - Б.: 
Азернешр,1995.
36 
 «İslam cografiyaçılarına gore Türkler  ve Türk ülkeleri». Hazarlayan Dr. Ramazan Sesen. Anka-
Hazarlayan Dr. Ramazan Sesen. Anka-
ra,1985. 
37 
  Н.Мещерский. «История иудейской войны» в древнерусском переводе. М.-Л. 1958. 
38 
 С.Кляшторный. «Древнетюркские рунические памятники». Москва, 1964.
39 
 И.Мизиев. «Аланы и асы - предки балкарце и карачаевцев», http://passion-don.org/kazak.html.

Damğalar, rəmzlər… mənimsəmələr
- 44 -
- «göz»,     və   «ayaq»,    və    «yay»,   
  və     «qapı», 
  və   isə 
«alt», «aşağı», «bədənin aşağı hissələri» anlamlarında işlədilirdi.
40
 Əlavə olaraq 
onu da bildirək ki, şumer yazılarında «
1» rəqəmi ilə yanaşı «insan», «döyüşçü» 
bildirən    işarəsi  ilə  Orxon-Yenisey  əlifbasında,  türk  damğaları  təsnifatında 
eyni semantik mənanı verən   (ər, döyüşçü) nişanı arasında həm sxematik, həm 
də semantik bənzərlik vardır. Türk damğaları ilə Göytürk əlifbası arasında ya-
xınlıq rusiyalı alim Pavel Nazarovu da ciddi maraqlandırmışdır. Qazax dilinə və 
Mərkəzi Asiya xalqlarının etnik mədəniyyətinə yaxşı bələd olan müəllif bölgə 
haqqında yazdığı kitabında bildirir: 
«Orxon yazıları və qazaxların nəsil-tayfa 
damğaları  eynidir.  Onlar  İsa  Məsih  dönəmindəki  Fələstində  səslənən  və 
sonralar ivritlə əvəzlənən aramey dilinin əlifba işarələrini xatırladır. Dam-
ğaların aramey işarələrindən mənimsənildiyini və ya onlardan daha qədim 
dövrlərə aid olduğunu söyləmək çətindir. Türklər dünyanın ən əski sivili-
zasiyasına malik xalqdırlar. Dünyanın Assuriya-Babil mədəniyyətindən də 
qədim olan şumer sivilizasiyası da türk mənşəlidir».
41
 
Tanınmış tarixçi, ortaq damğa işarələrinin yorulmaz tədqiqatçısı olmuş 
Sərvət  Somuncuoğlunun  (Türkiyə)  təbirincə  desək, 
«Dərs  kitablarımı-
za  görə,  bizim  tariximiz  Orxon  yazıları  ilə  başlayır.  Halbuki,  Orxon 
kitabələri  türklərin  daşlar  üzərinə  həkk  olunmuş  son  sözləridir.  Bu, 
əsla türk tarixinin ön sözü deyildir». Türk xalqları öz tarixlərinin obyek-
tiv öyrənilməsi və təbliği üçün bu fikirlə razılaşmağa məhkumdurlar. Rəsmi 
tarixşünaslıq, şərti olaraq, «Orxon-Yenisey işarələri» adlandırdığı Göytürk 
əlifbasının eramızın VIII-X əsrlərində yarandığını təkidlə iddia edir. Bu id-
dianın yaranmasına əsas isə guya VIII əsrdən əvvəlki dövrlərə aid türk yazı 
nümunələrinin aşkar olunmamasıdır.
42
 Halbuki, tanınmış arxeoloq, Daş və 
Tunc  dövrləri  üzrə  mütəxəssis Aleksandr  Formozovun  hələ  1953-cü  ildə 
Volqaboyu və Qazaxıstan ərazilərində aşkar etdiyi və eramızdan əvvəl II-I 
minilliklərə  aid  olunan  maddi-mədəniyyət  nümunələri  üzərindəki  qədim 
türk yazı işarələri bu iddiaları əsaslı şəkildə iflasa uğradır. Lakin ənənəvi 
tarixşünaslıq bu barədə susmağı, tarix qatlarında türk layını gizlətməyi üs-
tün saymışdır. Bundan başqa, qədim Xarəzmin «Beştübə», «Çilik» adlanan 
ərazilərində arxeoloji qazıntılar zamanı tapılan saxsı qablar üzərində də ana-
40 
 A.C.Emre. «Eski Türk Yazısının Menşeği», İstanbul, 1938.
41 
 P. Nazaroff, «Hunted Through Central Asia», Oxford University Press, 1993.
42  
В.Лившиц. «О происхождении древнетюркской рунической письменности.// Археологические 
исследования древнего и средневекового Казахстана». Алма-Ата, 1980

Damğalar, rəmzlər… mənimsəmələr
- 45 -
loji işarələr müəyyən edilmişdir. Onların ən qədimlərinin eramızdan əvvəl 
IX əsrə aid olduğu müəyyən edilmişdir.
43
 Həmin işarələri «VIII-X əsrlərdə 
yaranmış» Göytürk hərfləri və ortaq türk damğa nişanları ilə müqayisə edək: 
 -   (nq);   -   (s);   -   (ç);    -   (l);   -    (z);  -    (d);  -  (iç);
 -  (l);    -   (r);  -    və ya 
  (o, u);   -    (ik, ki);    - Tenqi 
açası/xaçı, açamay, elşən;   - Tenqri, Günəş, qartal, ikibaşlı qartal rəmzi 
və s. Bu eyniliyi isə «zahiri oxşarlıq» və ya «təsadüf» adlandırmaq ən azı 
insafsızlıqdır. Ukraynalı dilçi, run yazıları üzrə mütəxəssis Aleksandr Kob-
rinski isə bir sıra qədim əlifbaların, o cümlədən Skandinav run işarələrinin 
(Futrak) şərti olaraq «İssık yazıları» adlanan qrafemlərdən qaynaqlanması 
qənaətindədir.
44
 Xatırladaq ki, Pamir və Tyan-Şan dağlarında aşkar edilmiş 
qayaüstü təsvirlərdə, xüsusilə Qazaxıstandakı İssık kurqanından – saklara 
aid «Altın ər» (Qızıl döyüşçü) məzarlığından (e.ə. V əsr) aşkar olunmuş gü-
müş qab üzərindəki 26 işarə, o cümlədən -                              
    
   qrafemləri zaman etibarilə Göytürk hərflərindən təqribən 1300 
il qədimdir. O da maraqlıdır ki, həmin işarələrin daha erkən variantlarına 
Qərbi Azərbaycan da daxil olmaqla tarixi Azərbaycan ərazilərindəki qaya-
üstü təsvirlərdə, sonrakı dövrlərdə isə  Qafqaz Albaniyasının damğaların-
da və əlifbasında da rast gəlinir. Digər bir sual. Əgər türk əlifba işarələri 
həqiqətən  də  eramızın  VIII  əsrində  yaranmışsa,  bu  zaman  Macarıstanda, 
Yanoxşida kəndi yaxınlığında aparılan qazıntılar nəticəsində aşkar olunmuş 
və VII əsrə aid  qədim avar (türk) məzarlıqlarından çıxarılan sümük məişət 
əşyaları üzərindəki analoji run işarələri             necə izah edilə bilər? 
45
  Qeyd edək ki, görkəmli qazax alimi, professor Altay Amanjolov Göy-
türk işarələrini digər xalqların qədim əlifba nümunələri ilə müqayisəli şəkildə 
təhlil etdikdən sonra belə bir qənaətə gəlmişdir ki, 
«Türk run işarələri ilə 
ilkin sami, qədim yunan, etrusk, pisen, messap, venet, ret, likiya, sidet 
və s. əlifba nişanları arasında olan sıx genetik bağlılıq türk işarələrinin 
uzun inkişaf yolu keçdiyinin və görünür, hansısa ən qədim ortaq əlifba 
yazısından  qaynaqlandığının  göstəricisidir». A.Amanjolov  bu  mənbənin 
ənənəvi  olaraq Altaylarda  deyil,  eramızdan  əvvəl  III-II  minilliklərdə Yaxın 
43 
 Ж.Войников. «Древнеболгарское письмо», http://www.bulgari-istoria-2010.com/booksRu/
ALANO_DREVNEBOLGARSKOE_PISJMO.pdf
44 
 А. Кобринский. «Руническая письменность: истоки и распространение», http://amkob113.narod.
ru/kobra/runis/rez.htm
45 
 Иштван Эрдели. «Исчезнувшие народы. Авары»,  Природа, 1980, № 11.

Damğalar, rəmzlər… mənimsəmələr
- 46 -
və Orta Şərq, Şərqi Avropa ərazilərində mövcud olduğunu bildirir.
46
 Vaxtilə 
tanınmış  rus  şərqşünası  Platon  Melioranski  də  (1868-1906)  bir  sıra  qədim 
əlifbaların məhz türk run işarələri əsasında yaranması fikrini irəli sürmüşdür.
47
 
Əski türk əlifbasının qədimliyini Çin yazılı mənbələri də təsdiq edir. Eramızın 
ilk əsrlərinə aid salnamələrdə 
«kanqyu (kanqlı) xalqının üfüqi yazıya malik 
olduğu» bildirilir. V-VI əsrlərdə yaşamış kilsə tarixçisi, yepiskop Zaxari Ri-
tor (Zəkəriyyə Ritor) isə hunların da öz əlifbaları olduğunu qeyd edir. Kumık 
alimi, professor Kamil Əliyev isə ortaq türk əlifbasının qədimliyinə dair digər 
tarixi məlumatları önə çəkir: 
«Hələ eramızın 544-cü ilinə aid olan mate-
riallarda Qafqazda məskunlaşmış hunların əlifba işarələrindən istifadə 
etdikləri  bildirilir.  568-ci  ildə  Bizans  imperatoruna  göndərilən  xan 
fərmanı da məhz əski türk əlifba işarələri ilə yazılmışdır. Yunanlar onu 
«skif yazısı» adlandırırdılar».
48
 Qaraçay alimi Soslan Bayçorov Qaraçay-
Çərkəz Respublikasındakı Xumara, Dağıstandakı Ullu-Boynak şəhər xaraba-
lıqlarında apardığı tədqiqatlar zamanı burada türk əlifba işarələri ilə yazılmış 
və VII-X  əsrlərə  aid  edilən  30-dan  çox  daş  kitabə  müəyyən  etmiş,  onların 
mətnlərini qədim türk leksikası əsasında oxumağa nail olmuşdur.
49
«Altay nəzəriyyəsinin» siyasi mif olduğunu bildirən və onun doğruluğunu 
ciddi şəkildə şübhə altına alan bir sıra tanınmış alimlər (Cəfər Cəfərov, F.Cəlilov, 
A.Amanjolov, A.Mühəmmədiyev və s.) şərti olaraq «Göytürk əlifbası» kimi ta-
nınan türk yazı sisteminin tarixinə və genezisinə nəzər salsaq, analoji əlifba 
işarələrinin  daha  qədim  dövrlərdə  tarixi  Azərbaycan  ərazisində  (Abşeron, 
Naxçıvan, Kəlbəcər, Göyçə və s.), Şimali Qafqaz, Yaxın Şərq regionlarında da 
yayılmasını tutarlı dəlil kimi ortaya qoymuşlar. Göytürk əlifbası işarələrinin 
qrafem  bənzərliyi  baxımından  Yaxın  Şərq  regionunun  qədim  fonetik  yazı 
sistemləri (bir işarə – bir səs) ilə yaxınlığını diqqətə çatdıran mütəxəssislər 
bununla da türklərin ən azından Ön Asiya mənşəli olması qənaətindədirlər. 
Bu əlahiddə materialın mövzusu olsa da,  əski türk əlifbasının və bu işarələrlə 
bağlı olan ortaq türk damğalarının ilkin sami – Finikiya yazısı ilə bağlılığı 
təkcə türk runlarının deyil, türklərin tarixi vətənləri barədə nəzəriyyələri də 
46 
 Ш.Куанганов. «Уч кудук - три колодца!», http://ddp-main.narod.ru/2002/nomer_47/popularnaa_istoria.htm
47 
 П.Мелиоранский. «Памятник в честь Куль тегина» ЗВО, вып. II, III, т. XII, СПб, 1899. 
48 
 К.Алиев. «Дорогой тысячелетий. От руники - к кириллице», http://kumukia.ru/article-9084.html
49 
 С.Байчоров. «Древнетюркские рунические памятники Европы: Отношение севе рокавказского 
ареала древнетюркской рунической письменности к волго -донскому и дунайскому ареалам». 
Ставрополь, 1989.

Damğalar, rəmzlər… mənimsəmələr
- 47 -
yenidən təftiş etmək zərurətini yaradır.
50
 Damğa işarələrinin genezisi ilə yana-
şı, əski türk yazı sistemlərinin digər əlifba nümunələri ilə yaxınlığı da qədim 
türk mədəniyyətinin Ön Asiya mənşəli olmamasını, coğrafi mənbəyinə, ya-
ranmasına, formalaşmasına və yayılmasına dair etnosiyasi iddiaların yanlışlı-
ğını sübuta yetirməkdədir.  
Qeyd edək ki, Finikiya əlifbası bəşəriyyətin ilk fonetik yazı sistemlərindən 
biri  sayılır.  Dünyanın  bir  çox  fonetik  əlifbalarının  əcdadı  hesab  edilən  bu 
sistem  eramızdan  əvvəl  XV  əsrdə    Finikiyada  -    müasir  Livanı  və Aralıq 
dənizinin şərq sahillərini əhatə etmiş qədim dövlətdə yaranmış və yayılmış-
dır. Finikiyalıların dili sami qrupuna aid edilir. Genetik tədqiqatlar isə onla-
rın  təkcə Yaxın  Şərqin  deyil,  Qafqaz  regionunun  da  mezolitik  dövr  əhalisi 
ilə qohum olduğunu təsdiqləyir. Bununla belə, əlifba işarələrinin təsviri ba-
xımından  latın,  yunan,  Göytürk  qrafemləri  arasında  yaxınlıq  olsa  da,  əsas 
fərq  burada  mətnlərin  konsonant  prinsipi  ilə  yazılması    –    sözlərdə  yalnız 
samitlərin qeyd olunmasıdır. Finikiya və Göytürk (Orxon, Yenisey, Talas) yazı 
sistemlərinin daha bir oxşar cəhəti mətnlərdə əlifba işarələrinin sağdan-sola 
doğru  istiqamətlənməsidir. Aşağıdakı cədvəldə Finikiya qrafemlərinin Talas, 
Yenisey, Orxon və uyğur yazı sistemləri hərfləri və ortaq türk damğa işarələri 
ilə oxşar cəhətləri göstərilir. 
Cədvəl 1. Finikiya və qədim türk əlifba işarələrinin, ortaq türk damğalarının identikliyi 

Finikiya 
hərfləri          
Qədim türk əlifbalarında 
və damğa işarələrində 
analoqları

Finikiya 
hərfləri 
Qədim türk əlifbalarında və 
damğa işarələrində analoqları
   1.
 
(a)
Orta əsrlərdə Qızıl Orda 
dövlətini təşkil edən türk 
tayfalarında, Volqaboyu 
bulqarlarında «ayı başı» 
   və oğuzlarda «qurd 
ağzı»      kimi tanınan 
damğa işarələri.
12
 
(l) 
Göytürk hərfləri sırasında «o», 
«u» səslərini ifadə edən   və   
qrafemlərinə bənzsə də, Orxon 
əlifbasında «l» səsini bildirən 
      işarəsi ilə qrafik və 
fonetik oxşarlığı vardır. Ortaq 
türk damğa işarələri təsnifatında 
əsasən «bucaq»   kimi tanınır, 
variantı isə «qapı» (alaçıq, 
çadır qapısı) adlanır.
50 
 E.Hebibbeyli, «Uyqarlıqların Kavşağında Türk Dünyası», İstanbul, 2013.

Damğalar, rəmzlər… mənimsəmələr
- 48 -
  
2.
(b)
Tam oxşarı qədim uyğur 
əlifbasında («Kutadqu-
bilik») «d» və «t» səslərini 
bildirən     qrafemidir. 
Talas, Orxon və Yenisey 
mətnlərində isə   işarəsi 
«u» səsini bildirir. Damğa 
işarəsi və xalça ornamenti 
kimi «dəvə» nişanına 
 
bənzəyir. Qədim uyğur 
(Şərqi hun) əlifbasında 
«g», «k» səslərini 
bildirən 
 qrafemi ilə 
yaxınlığı vardır.  Mahmud 
Kaşğarinin «Divani lüğət-
it Türk», Yazıçıoğlu Əlinin 
«Təvarixi əl-Səlcuq» (XV 
əsr), Seyid Loğmanın 
«Hünərnamə» (XVII 
əsr) adlı salnamələrində 
oğuzun bayandur boyunun 
damğalarına 
 və    
oxşarlığı vardır. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin