Damğalar, rəmzlər… mənimsəmələr
- 31 -
və «Ay», «yay», «açılmış qartal qanadları» anlamlarını verən Tanrı nişa-
nından
ibarətdir. Bütövlükdə həmin işarə nəslin və ya tayfanın Tanrı
mühafizəsində, Dirilik Ağacının nəzərində olması yozumunu verir.
Qarabağ xalçalarında (Cəbrayıl qrupu) «hərsin» adlanan ornament; Duz torbası (yun,
xovsuz. Ordubad rayonu, Gənzə kəndi 1910-cu il) üzərində «baltavar», «xan damğası», iki-
başlı qartal» işarəsi
23
Qeyd olunduğu kimi,
damğa işarələrinin aparıcı funksiyalarından biri on-
ların paralel olaraq qədim dövlətçilik rəmzlərini
ifadə etməsidir. Rusiyalı alim
Valeri Olxovskinin də fikrincə, tarixi dövrlərin və bu dövrlərdə cərəyan et-
miş ictimai-siyasi və etnik proseslərin müəyyən olunmasında, dövlətlərin
və tayfa birliklərinin (konfederasiyaların) yaranması və süqutu səbəblərinin
öyrənilməsində damğaların əhəmiyyətli rolu vardır. V.Olxovski yazır ki,
«hətta
qədim sənədlərə, daş kitabələrə, metal pullara və s. möhür kimi vurulan bu
işarələr vasitəsilə ayrı-ayrı tarixi şəxsiyyətlərin (hökmdarların, sülalələrin)
hakimiyyət illərinin də olduğu müddəti dəqiqləşdirmək mümkündür».
24
Onu da əlavə edə bilərik ki, araşdırma obyekti olan damğa işarələri tayfalar
və nəsillər arasında dominant-vassal münasibətlərinin, miqrasiya prseslərinin,
hərbi-siyasi ittifaqların tədqiqində, aparıcı etnosun, inancın, etnomədəniyyətin
və dilin müəyyənləşdirilməsində mühüm vasitələrdəndir. Belə ki, bəzən kon-
ket tayfanın, nəslin müxtəlif dövrlərdə istifadə etdiyi damğalar ayrı-ayrı tarixi
dövrlərdə baş verən hərbi, ictimai-siyasi və mədəni hadisələrdən asılı olaraq
dəyişir, ilkin tanınma-fərqləndirmə nişanlarında seçilən işarələrlə əvəzlənir, ya
da yeni məzmun kəsb edən seqmentlərlə zənginləşir. Digər tərəfdən, Azərbaycan,
23
http://ordubad.ucoz.com/news/ordubad_xalcalari/2013-11-05-71
24 В. Ольховский «Тамга (к функции знака)», Историко-археологический альманах, No 7, Армавир, 2001
Damğalar, rəmzlər… mənimsəmələr
- 32 -
Mərkəzi Asiya, Şimali Qafqaz xalça ornamentlərinin təhlilinə əsasən, damğa
təsnifatlarında oğuz işarələri kimi tanınan nişanların müəyyən tarixi dövrlərdə
qıpçaq tayfalarının da arasında yayılması və ya əksinə, oğuz nəsillərinin öz
ənənəvi rəmzlərindən imtina edərək qıpçaq işarələrini götürmələri etnomədəni
inteqrasiya və ya hərbi-siyasi situasiya ilə də əlaqəli ola bilər. Məsələn,
Azərbaycan (Qafqaz Albaniyası) mənşəli işarələrin, o cümlədən «alban» və ya
«alpan» adlanan damğanın ilkin orta əsrlərdən etibarən Qazaxıstandakı alpan-
suan (alban-suvar) tayfasının tanınma-fərqləndirmə nişanına çevrilməsi xüsusi
araşdırma tələb edən mövzulardandır.
Xalça üzrə ekspertlərə belə vəziyyət yaxşı tanışdır. Bəzən bir xalçanın han-
sı məktəbə aid olduğunu müəyyənləşdirmək problemli məsələyə çevrilir. Mi-
sal üçün, xalça üzərindəki naxışlar onun Quba məktəbinə aid olduğuna işarə
vursa da, rəng çalarları, göl və haşiyə elementləri burada Bakı üslubunun da
qabarıq şəkildə yer aldığını göstərir. Qocaman sənətkarların deduksiya me-
todu bu üslub rəngarəngliyinin səbəblərini belə izah edir: Xalçanı toxuyan
xanım əslən qubalıdır və Bakıya gəlin köçmüşdür. Buna görə də ata evində
görüb–öyrəndiyi naxışları qoruyub saxlasa da, ər evinin qayda-qanunlarına,
o cümlədən xalçatoxuma üslubuna da ciddi əməl edir. Əgər onun qız övladı,
məsələn, Şamaxıya gəlin gedərsə, təbii ki, toxuduğu xalçalara anasının Bakı-
Quba naxışları ilə yanaşı Şirvan ornamentlərini də əlavə edəcəkdir.
Azərbaycanın müxtəlif damğa və rəmzlərinin bir xalça naxışları içərisində
toplanmasına başqa bir misal. Bu gün Türkiyədəki Harmandalı obasında
(İzmir, Sivas, Amasiya ərazilərində) toxunan xalçaların üzərində müxtəlif
oğuz tayfalarına və onların qollarına aid damğa işarələrinin təsvirlərinə
və s.
25
rast gəlirik. Bu işarələr, eləcə də
Quba xalçaçılıq məktəbinə məxsus əlavə ornamentlər Azərbaycanda (Biləsuvar,
Masallı) və İranda (Ərdəbil, Qəzvin, Zəncan) yerləşən Xarmandalı (yanlış
olaraq «Xırmandalı» kimi yazılır) kəndlərində hazırlanan Muğan xalçalarında
da vardır. Bu tayfanın, əslinə qalsa, tayfa birliyinin tarixi, XI əsrdən etibarən
Mərkəzi Asiyanın, Azərbaycanın, Türkiyənin ayrı-ayrı bölgələrini əhatə edən
məskunlaşma coğrafiyası, eləcə də salnamələrdə onun oğuz elinin dögər,
bayat, əfşar boylarına aid olunması xalçalarındakı ornament müxtəlifliyinin
səbəblərini aydın izah edir. Xırmandalı tayfa birliyi XI-XII əsrlərdə Qəzvində
bəyliklərini qurmuş, sonralar onların bir hissəsi Türkiyə ərazisinə köçmüş,
25 A.Yalqın. «Cenupta Türkmen oymakları», II, Ankara, 1977
Damğalar, rəmzlər… mənimsəmələr
- 33 -
burada artuqoğlular (artuklular) tayfası ilə birləşmiş, Diyarbəkirdə Artuqoğlular
dövlətinin qurulmasında iştirak etmişlər. Ərdəbil ətrafında məskunlaşan
xarmandalılar qızılbaş hərəkatına qoşularaq Səfəvi dövlətinin təşəkkülündə
mühüm rol oynamış, I Şah İsmayılın və I Şah Abbasın taxta çıxmasında və
hakimiyyətin möhkəmləndirilməsində xidmətlərinə görə onlar da «şahsevənlər»
adını qazanmışdılar. Qubalı Fətəli xanın dəvətilə Muğan düzündə məskunlaşan
tayfanın böyük bir hissəsi Artuqoğlu Alınazar bəyin başçılığı ilə Azərbaycanın
Şimal bölgəsinə köçmüş, hərbi əməliyyatlarda ad qazanmış və Quba yaxınlığında
Xarmandalı obasını salmışdır. Təsadüfi deyildir ki, İspaniya kralının yanında
Səfəvi dövlətinin elçisi Oruc bəy Bayat (1560-1604) xanədanda xarmandalu
tayfasının rolunu qeyd edərkən onları Qərb tərzi ilə «markizlər» (Avropada
zadəgan titulu) adlandırmışdır.
26
Tarixi Azərbaycan ərazilərində - Qobustan, Gəmiqaya, Kəlbəcər, Göyçə,
Dəvəboynu, Geğam, Abşeron, Qarabağ, Türkiyənin Batman, Bayburt,
Bilecik, Bingöl, Bitlis, Diyarbəkir, Ədirnə, Elazığ, Ərzincan, Ərzurum,
Əskişehir, Qaziantep, Girəsun, Gümüşhane, Hakkari, İğdır, İzmir, Qars,
Kırşehir, Konya, Mardin, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Urfa və
Van bölgələrindəki qayaüstü təsvirlərdə, Qafqazın Dərbənd, Xumara daş-
larında və s. aşkar olunan rəsm və ortaq etnik damğa işarələri bir tərəfdən
həmin ərazilərin Turan etnomədəni məkanına daxil oduğunu göstərməklə,
digər tərəfdən isə onların xronologiyası qədim türklərin hələ eramızdan xey-
li əvvəl bu torpaqlarda məskunlaşdıqlarını, zəngin və spesifik maddi-mədəni
irsə malik olduqlarını sübuta yetirir. Bu regionlar, o cümlədən Azərbaycanın
zəngin etnomədəni irsə - Manna, Midiya, Hun, Avar, Xəzər, Atabəylər, Şir-
vanşahlar, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar,
Qacarlar dövlətlərinə, saka-skif, massaget, sarmat, bulqar, oğuz, qıpçaq və
s. aid maddi-mədəniyyət nümunələrinə malikdir. Lakin təəssüflər olsun ki,
ölkənin aparıcı tarix və diyarşünaslıq muzeylərində saxlanılan və xarici qo-
naqlara nümayiş etdirilən bu eksponatların əsas hissəsi uzun illər boyu etnik
mənsubiyyət müstəvisindən araşdırılmamış, onların hansı xalqa, hansı tayfa
birliyinə, hətta hansı nəslə və ya sülaləyə aid edildiyini müəyyənləşdirmək,
düzgün təbliğatını aparmaq vəzifəsi diqqətdən kənarda qalmışdır. Etnik
identiklik daşıyıcıları olan nadir eksponatların təsnifatı əsas etibarilə xro-
noloji prinsip üzrə, məsələn, «Tunc dövrü», «Dəmir dövrü», «Eramızdan
26 «Россия и Европа глазами Орудж-бека Баята - Дон Жуана Персидского». СПб. СПбГУ. 2007
Damğalar, rəmzlər… mənimsəmələr
- 34 -
əvvəl», «Orta əsrlər» kimi zaman kəsikləri çərçivəsində təsnif olunmuş-
dur. Bu isə öz növbəsində Azərbaycanın maddi-mənəvi irsinin başqaları
tərəfindən mənimsənilməsi, etnik tarixin saxtalaşdırılması üçün əlverişli
imkanlar yaratmaqdadır.
Qədim, orta əsrlər və müasir türk dövlətlərinin bayraqlarında rəmz və damğa işarələri
1. Böyük Hun dövləti (e.ə.204-cü ildən eramızın 216-cı ilinə kimi); 2. Ağ Hun dövləti
(420-562). Hazırda bu işarə Moldovadakı Qaqauz Yeri (Qaqauziya) muxtar ərazisinin
gerbində də əks olunmuşdur; 3. Qaraxanlılar dövləti (840-1212); 4. Tarixi Azərbaycan
Damğalar, rəmzlər… mənimsəmələr
- 35 -
ərazisindəki Qaraqoyunlu dövləti (1410-1468); 5-6. Ağqoyunlu dövləti (1378-1503); 7. Qaş-
qay türklərinin milli bayrağı; 8. Osmanlı dövlətinin təməlini qoymuş Kayı xanlığının bayrağı
(XIV əsr); 9. Cəlairlər dövləti (XIV əsr); 10-12. I Şah İsmayıl və I Təhmasib zamanında
istifadə olunan Səfəvi bayraqları; 13. İstanbulun fəhtinə kimi Osmanlı dövlətinin bayrağı; 14.
Osmanlı imperatorluğunun bayrağı (1383-1453); 15. Katalon xəritəsindəki (1375) təsvirə
görə, Qızıl Orda dövlətinin (Ulus-ı Cuci, 1242-1502) bayrağı; 16. Katalon xəritəsinə əsasən,
Əmir Teymurun bayrağı; 17. Misir Məmlük sultanlığı; 18-19. Krım xanlığı; 20. XVI əsr
Polşa-Litva tatarlarının döyüş bayrağı; 21. Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı;
22. Azərbaycan Respublikasının dövlət bayrağı; 23. Türkiyə Cümhuriyyətinin bayrağı; 24.
1918-ci il İdel-Ural dövlətinin (ştatının) bayrağı; 25. Qazaxıstan Respublikasının bayrağında
«Ay-Günəş» rəmzinin variantı; 26-28. Qırğızıstan, Çuvaşıstan, Saxa (Yakut) respublikalarının
bayraqlarındakı qədim rəmzlər.
Yuxarıda təqdim olunan türk bayraqları üzərindəki rəmz nümunələrinin
qısa semantikası ilə tanış olaq:
- Böyük Hun dövlətinin bayrağını bəzəyən bu işarə ortaq türk
damğaları təsnifatında «Baytərək» (Törə/nəsil dirəyi) adlanır və ilkin ola-
raq, Aşağı Dünyanı (Ruhlar Aləmini), Orta Dünyanı və Göyü – Tenqri xan
məkanını birləşdirən Müqəddəs Ağac anlamını vermişdir. Qazax və qırğız-
larda alaçıq (yurt) tavanını saxlayan mərkəzi dirək də belə adlanır. Hazırda
Qazaxıstan Respublikasının milli rəmzi, Çuvaş Respublikasının (Rusiya) isə
rəsmi simvoludur. Qeyd edək ki, Böyük Hun dövlətinin rəmzi sayılan həmin
işarə forma etibarilə 1969-cu ildə Qazaxıstanın İssık çayı sahilindəki saka-
skif məzarlığında aşkar olunmuş döyüşçünün (qaz. «Altun adam», eramızdan
əvvəl V-VI əsrlər) qızıl mərasim tuğulğasının (dəbilqəsinin) üzərindəki simvo-
lun təkrarıdır. Tədqiqatçılar bu başlığın sakların tiqrahauda (şişpapaqlılar)
qrupuna aid tayfalara məxsus olduğunu bildirirlər.
- Oğuz və qıpçaq tayfalarının mifoloji təfəkküründə «Qaba Ağac»,
«Dirilik Ağacı», «Həyat Ağacı» mifologeminin qrafik təzahürüdür. Ortaq türk
damğaları sırasında onun və s. kimi variantları da vardır. Xristian
dini ilə əlaqəsi yoxdur. Qədim türk inanclarına görə, Dirilik Ağacının yar-
paqları qam-şaman, hökmdar və ya sərkərdələrin ruhlarıdır. Mərkəzi Kaşğar
şəhəri olan Qaraxanlılar dövlətinin bayrağındakı Dirilik Ağacının budaqların-
dan asılan on yarpaq, bu siyasi birliyə daxil olan on uyğur tayfasının birliyini
simvolizə edirdi. Əbülqazi Bahadur xan Xivəli (XVII əsr) «Şəcəreyi-Tərakimə»
Damğalar, rəmzlər… mənimsəmələr
- 36 -
əsərində yazırdı ki, qaraxanlılar özlərini Turan hökmdarı Əfrasiyabın (Alp Ər
Tonqa) varisi hesab edirlər.
və - Birinci damğanın seqmentlərindən olan təsviri vassallıq
bildirən «baltavar», «eltəbər» işarəsinin variantlarındandır. «Vassallıq» rəmzinin
önündə gələn işarəsi isə həm «Ay», həm də dominantlığı təcəssüm etdirən
«yay» anlamlarını verir. Bu baxımdan, damğanın semantikası «vassal bəylikləri
olan dövlət» kimi yozula bilər. Qızıl Orda dövlətində, Krım xanlığında və Şi-
mali Qafqazın Krımdan asılı olan knyazlıq və bəyliklərində geniş yayılmışdır.
Krım xanlığının bayrağındakı işarələr
və İdel-Ural dövlətinin rəmzi
eyni semantikaya malikdir. Səfəvi dövlətinin (I Şah İsmayıl dönəmində),
Osmanlı hökmdarı Sultan Mehmet Fatehin, Məmlük sultanlığının bayraqları
üzərindəki «Aypara» təsvirləri də mahiyyət etibarilə «yay» - «müstəqillik»
və «dominantlıq» anlayışlarını bildirir. Qeyd edək ki, Ayparanın üfiqi varinantı
həm də qartal qanadlarının qrafik təzahürü olmuşdur.
- Əmir TEymürun həm damğası, həm də dövlət rəmzi olan bu işarə
qədim saka-skiflərin, şun və xəzərlərin, oğuz və qıpçaqların hərbi-siyasi birlik
yaratmaq ənənəsinin qrafik təzahürü kimi «and» adlanır və «qana and içmək»,
«qardaşlaşmaq», «sarsılmaz müttəfiqlik» anlamlarını verir. Damğanın
kimi variantları da vardır.
- Təqribən üç min il yaşı olan və dünyanın bir çox qədim xalq-
larında sakral təhlükəsizlik, nəzərlik, mühafizə rəmzi olan beşguşəli ulduz
– pentaqramma türk tayfaları arasında «Günəş», «Tenri/Göy Adamı» an-
lamını verən damğa işarəsi kimi mövcud olsa da, indiki formasını
əsas etibarilə xristian və islam dinlərinin yayılmasından sonra almışdır. İslam
dininə əsasən, bu nişanın vahid mərkəzdən çıxan beş şüası və ya guşəsi dinin
beş əsas şərtini – Şəhadət kəlməsini, namazı, orucu, Həcc ziyarətini və zəkatı
özündə ehtiva edir. Ağ hunların bayrağı üzərində təsvir olunan üç ulduzun
«And» damğa işarəsi
şəklində düzülüşü həmin dövlətin müxtəlif tayfa-
lardan ibarət konfederasiya olmasından xəbər verir.
- Səfəvi hökmdarı I Təhmasibin və Saxa Respublikasının bayraqları-
na həkk olunmuş bu işarənin ortaq türk damğa təsnifatında «döngələk», «do-
Damğalar, rəmzlər… mənimsəmələr
- 37 -
malaq», «Gün bəlgisi» (Gün nişanı), «Domalaq ana», «Gün domalaq», «Sarı
baybikə», «Baybikə», «Nurullah», «Altun top», «Qızıl alma», «Altun alma»
kimi adları vardır. Tədqiqatçıların ümumi qənaətinə əsasən, Atillanın hun im-
periyasının bayrağında da onun təsvirləri vardır. Altun alma həm də mütləq
hakimiyyətin rəmzi sayılıb. Əski inanclarda bu işarə “Tenqri xan-Günəş” an-
layışını bildirsə də, türk xalqlarının islam dinini qəbul etməsindən sonra onun
da semantikası dəyişmişdir. Müsəlman simvolizmində Günəşin rəmzi yeni
məzmunla zənginləşərək Allahın Yer üzünə yaydığı nuru, İslam Peyğəmbərini
ifadə etməyə başlamışdır.
- Ən qədim sakral işarələrdən biri hesab olunur. Əsas əlaməti
bərabərtərəfli olmasıdır. Damğa işarəsi kimi «aça», «açamay», «elşən», «xaç»
və s. adlanır. Tanrının dörd cəhət, dörd dünya və dörd ünsür üzərində bərabər
dərəcədə hökmünü, eyni zamanda dünyanın dörd tərəfinə söykənərək Göyü
saxlayan qövsvari çatını – ərşin tağını simvolizə edir. Bu kosmoqonik mo-
del qazax və qırğızların alaçıqlarında da öz əksini tapmışdır. İçəridə havanın
təmizlənməsi və ocaq tüstüsünün çölə çıxması üçün tavanın mərkəzindəki
dairəvi yarığa Mərkəzi Asiya xalqları «tunduk» deyirlər. Tunduq mərkəzdə
çarpazlaşan ağac millər vasitəsilə möhkəmləndirilir. Onun tiplərindən hər biri
və s. sakral rəmz və damğa işarəsi kimi yayılmışdır. Damğa işarəsi
kimi «təkər» də adlanır. Qırğızıstanın dövlət bayrağındakı rəmz vahid
ailədə, vətəndə birliyi, firavanlığı və inkişafı ifadə edir.
- Türk dünyasında və islam aləmində geniş yayılan, bir sıra müasir
müsəlman ölkələrinin dövlət rəmzinə çevrilən bu işarə «Ay-ulduz» kimi tanın-
sa da, onun həqiqi semantikası Günəş və Ay təsvirləri ilə əlaqəlidir. Təsadüfi
deyildir ki, Orta Şərqdə porulyar adlarından biri də «şəms-qəmər»dir. Damğa
işarələri arasında Günəşin
və s. Ayın isə
kimi əlahiddə
təsvirləri vardır.
Bundan başqa, «Günəş-Ay» mifologemindən yaranan çox-
saylı damğalar
və onların variantları da möv-
cuddur.
Bu rəmzlərin ilkin tiplərinə Qobustan, Gəmiqaya, Qərbi Azərbaycan,
Mərkəzi Asiya, Şərqi Sibir qayaüstü təsvirlərində, Şumer, Babil, Assuriya
barelyeflərində, qutilərin, mannalıların və midiyalıların maddi-mədəniyyət
nümunələrində geniş təsadüf olunması uzaq keçmişdə bu torpaqlarda yaşamış
sakinlərin Ay və Günəşə tapınmasından xəbər verir. Müsəlman dövlətlərində
Damğalar, rəmzlər… mənimsəmələr
- 38 -
«bütpərəstliklə» əlaqəli solyar dini nişanın – Günəş təsvirinin islam
simvolizmində səkkizguşəli ulduza çevrilərək əsas atributlardan birinə
çevrilməsi mömin insanın səkkiz əməlinin və Cənnətin səkkiz qapısının bu
işarədə təcəssüm olunması ilə əlaqələndirilir: Mərhəmət, səbr, dürüstlük, sirr
saxlamağı bacarmaq, sədaqət, cömərdlik, şükr etmək, təkəbbürlü və həris
olmamaq. Və bu əməllərə riayət edən mömin müsəlmanın üzünə axirətdə
Cənnətin səkkiz qapısı açılacaqdır.
- Ağqoyunlu dövlətinin bayraqları üzərində güman edilən rəmz
təsviri oğuzların bayandur boyunun damğası kimi Yazıçıoğlu Əlinin
«Təvarixi əl-Səlcuq» (XV əsr), Seyid Loğmanın «Hünərnamə» (XVII əsr)
adlı salnamələrində
şəklində, Mahmud Kaşğarinin «Divani lüğət-it
Türk» (XII əsr) əsərindəki təsnifatda üzü aşağıya çevrilmiş formasında
göstərilmişdir. Bayandurların damğası Fəzlullah Rəşidəddinin «Cami ət-
Təvarix» (XIV əsr) kitabındakı variantı isə
M.Kaşğarinin təqdim etdiyi
tipə daha yaxındır. Ağqoyunlulara aid edilən bayraq simvolunun bənzərinə
İranın cənub-qərbində yaşayan qaşqayların – etnik azərbaycanlıların
milli rəmzləri sırasında, uyğur yazı sistemində, Qafqaz Albaniyasının əlifba
variantlarında rast gəlirik. Bu fakt qaşqayların da vaxtilə bayandur tayfa
birləşməsinin tərkibində olmasından xəbər verir. Məlumdur ki, Ayqoyun-
lu sultanı Həsən xan Bayandur (Uzun Həsən, 1423-1478) həmin tayfanın
nümayəndəsi idi və öz şəcərəsini Oğuz xanla bağlayırdı. Etimoloji yozu-
ma görə, «bayandur» sözü əski türkcədə «varlı», «dövlətli» anlamını verir.
Bu baxımdan, Azərbaycan milli xalça naxışları içərisində «dəvə», Mərkəzi
Asiyada isə «erkəş» (dəvə hörgücü), bəzən isə «qaz» (qu quşu) adlanan
ornamentlər
ilə bayandurların
damğaları (yüklü dəvə)
arasında zahiri bənzərlik onların arasındakı semantik yaxınlığın nəticəsi
ola bilər. Belə ki, elat tayfalarının təsəvvürlərində «yüklü dəvə» zənginlik
əlaməti sayılmışdır.
- Qədim türklərin mifik təsəvvürlərində qoç təsviri sakral rəmzlərdən
biri sayılırdı. Qoç bir tərəfdən «bolluq» və «bərəkət» bildirir, digər tərəfdən
isə vəfat etmiş insanların ruhlarını Tanrı məkanına çatdıran müqəddəs canlı-
lardan hesab edilirdi. Tanrıya kəsilən qurbanlar arasında ağ atla yanaşı ağ qo-
çun da xüsusi dəyəri vardı. Bundan başqa, əski türk dillərində «qara» sözünün
Damğalar, rəmzlər… mənimsəmələr
- 39 -
təkcə rəng deyil, həm də «böyük», «güclü» anlamlarını verdiyini nəzərə alsaq,
Qaraqoyunluların dövlət rəmzinin - «qara qoç» təsvirinin də şərti xarakter da-
şıdığını, «qüdrətli dövlət» kimi yozumunun daha düzgün və dəqiq olduğunu
görərik. Bəzi mənbələrə görə, Ağqoyunlu dövlətinin ilkin rəmzi də analoji
«qoç buynuzu» damğası olmuşdur.
- Bu işarə Osmanlı bəyliyini quran Qayı boyuna aid edilsə də, tayfa-
nın damğaları və onların variantları
arasında analoqları yoxdur.
Əslində, Osmanlı bəyliyinin rəsmi rəmzi kimi tanınan bu işarə qədim oğuz-
larda hakimiyyət (yay) və vassallıq (ox) bildirən damğaların birliyidir və
təsnifatda «yay-ox» adlandırılır. Onun və kimi variantları vardır.
- Cəlairlər dövlətinin bayrağı üzərində təsvir olunan bu sadə damğa
işarəsi «eşik», «qapı» adlanır. Mərkə Dostları ilə paylaş: |