Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


«Araşdırmaların nəticələrinə görə, eramızdan əvvəl III minilliyin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/35
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15627
1   2   3   4   5   6   7   8   9   10   ...   35

«Araşdırmaların nəticələrinə görə, eramızdan əvvəl III minilliyin 
əvvəllərində  Şumer  mədəniyyəti  və  sivilizasiyası  müəyyən  dərəcədə 
şərqə - Hindistana doğru, qərbə – Aralıq dənizi sahillərinə və Şimala 
- Xəzər dənizinə kimi olan ərazilərə nüfuz etmişdir».
62
 Aratta və Şumer 
arasında epizodik hərbi münaqişələrin olmasına baxmayaraq, hər iki dövlət 
eyni ilahilərə tapınır, hökmdar və məmurları eyni tutulları daşıyır, eyni yazı 
sistemindən istifadə edir, çətin məqamlarda bir-birinə yardım göstərirdilər. 
Məsələn, köçəri sami tayfaları Uruk şəhərini mühasirəyə alarkən hökmdar 
Enmerkar  hərbi  kömək  üçün  məhz  Arattaya  müraciət  etmişdir.  Dövlət 
idarəçiliyi baxımından Aratta hökmdarı şumerli həmkarından fərqli olaraq, 
ölkədə dünyəvi və dini hakimiyyəti öz əlində cəmləşdirirdi. Yeri gəlmişkən, 
belə idarəetmə xüsusiyyəti qədim türklərin «xaqan» titulunun mahiyyəti və 
«ikibaşlı  qartal»  rəmzinin  sadələşdirilmiş  damğa  variantı  olan,  «eltəbər», 
«baltavar»,  «baltalı»,  «daraq  damğa»,  «xan  damğası»,  «quşlu  damğa» 
adlanan qədim işarənin 
 semantikası ilə üst-üstə düşür. Bundan başqa, 
Çingiz xan və tarixi Azərbaycan ərazilərində qədim türk dövlət quruluşunu, 
xaqanlıq prinsipini bərpa edən Şah İsmayıl Xətayi də hakimiyyətə gəldikdən 
sonra  bu  ənənədən  və  həmin  işarədən  (Səfəvi  dövlətində  –  «quşlu  tuğ» 
61 
 С.Крамер, «Шумеры. Первая цивилизация на Земле».  М, 2002
62 
 С.Крамер. Göstərilən əsəri.

Damğalar, rəmzlər… mənimsəmələr
- 57 -
adlanırdı)  yararlanmışlar.  Bu  damğa  paralel  olaraq  «Togrul»,  «ikibaşlı 
qartal» anlamını verir, dövlət idarəçiliyində dini və dünyəvi hakimiyyətin 
birliyini ifadə edirdi.
Şumer rəvayətlərinə, xüsusilə, «Enmerkar və Aratta hökmdarı» dastanına 
əsasən,  bu  iki  dövlət  arasında  siyasi  rəqabətin  kökündə  məhz  onlardan 
hansının  ortaq  dini  mərkəz
  olması  iddiaları  dayanırdı.  Belə  ki,  şumerlərin 
də  tapındığı  ali  ilahənin  –  Yer  üzündə  bütün  insanların  protoanası  sayılan 
İnannanın/Nananın  (qədim  türklərin  analoji  ilahəsi  olan  Humay  Ananın 
prototipi) baş məbədi Arattada yerləşirdi. Uruk dövləti isə həmin ziyarətgahı 
öz ərazisinə köçürmək, nəzir və ianələrə yiyələnmək və bununla da Arattanı 
öz vassalı kimi görmək arzusunda idi. Dastanda Enmerkar ilahə İnannaya üz 
tutaraq deyir: 
«Qoy Arattanın sakinləri mədənlərdən mənim üçün qızıl və 
gümüş çıxarsınlar, Urukda, açıq təpənin üzərində sənə möhtəşəm məbəd 
tiksinlər və onu bəzəsinlər». Xüsusilə vurğulamaq istərdik ki, «Aratta» bu 
ölkənin  həqiqi  adı  deyildir.  Tanınmış  gürcü  alimi  Georgi  Melikişvili  yazır 
ki, Urartu hökmdarı I Argiştinin daş kitabələrində, xüsusilə Manna dövlətinə 
hərbi yürüşlərindən bəhs edən hissələrdə «Alateye» (Dağlıq ölkə) adına rast 
gəlinir.
63
 Bu gün nə qədər fantastik təsir bağışlasa da, mütəxəssislər «Alateye» 
sözü ilə Mərkəzi Asiyada Alatau dağının adı və semantikası arasında yaxınlığı 
xüsusi qeyd edirlər. 
Tarixi  Azərbaycan  ərazilərində  həm  rəmz,  həm  də  silah  kimi  istifadə 
olunan  «üçdişli  yabanın»  digər  adı  «
seku»  (sekü,  sekuy)  olmuşdur.  XVI 
əsrdə yaşamış böyük Azərbaycan şairi Yusif Məddahın «Vərqa və Gülşah» 
dastanında  digər  silahlar  və  hərbi  rəmzlərlə  yanaşı  sekunun  da  adı  çəkilir, 
onun təyinatları aydın göstərilir. Məsələn, şair döyüşün başlanğıcından bəhs 
edərkən yazır: 
«Çalınır küsi 
64
 
nəfirü kəranay,
65
 
Tuğu-seku
66
, sancaği-ələm 
başlay».  Burada  üzərində  «quşlu  damğa»  (baltavar,  seku)  olan 
    tuğ
 
başlığı  təsvir  olunur
.  Dastanın  digər  yerində  isə  üçdişli  ucluğu  (seku)  olan 
hərbədən (məsafədən atılan kiçik nizə, mizraq) danışılır:
 «Ol seku hərbə idi 
iyi, Urdu bağrından Gülşah od iyi».
67
 
63 
 Г.Meликишвили, «Урартские клинообразные надписи». М., 1960
64 
 Küs/kos - ağac toxmaqla çalınan, at və ya dəvə üzərində daşınan iri ölçülü hərbi təbil.
65 
 Nəfir və karanay/qaraney - Orta əsrlərdə Azərbaycanın hərbi orkestrlərində – nağaraxana və ya 
təbilxanalarda istifadə olunan nəfəsli musiqi alətləri.
66  
Tuğu-seku – başlığı «üçdişli yaba» şəklində olan tuğ.
67 
 Azərbaycan  klassik ədəbiyyatı kitabxanası. 20 cilddə, III cild, Bakı, 1984.

Damğalar, rəmzlər… mənimsəmələr
- 58 -
Ardıcıllıqla: Aratta dövlətinin himayəçisi ilahə İnanna öz rəmzi   ilə. Ukrayna ərazisində 
tapılan və eramızdan əvvəl IV əsrə aid edilən saka-skif tuğ (bayraq) başlığında əski türklərin 
Tenqri-Qartal mifologemi əks olunmuşdur. Orta əsr uyğur şahzadəsinin başındakı tacda İnanna 
rəmzinin analoqunu görürük.
68
 Çingiz xanın və Şah İsmayıl Xətayinin «quşlu» tuğ başlıqları.
69
 
Bu rəmz Qafqaz Albaniyasının maddi-mədəniyyət nümunələrinin üzərində, Qızıl Orda dövlətinə 
aid bayraq başlıqlarında da vardır. Səfəvilər dövləti dönəmindən etibarən «quşlu damğa» rəmzi 
«ələm», «pəncə» adları altında şiə məzhəbinin dini atributlarından birinə çevrilmişdir (Cənubi 
Azərbaycan, XX əsrin əvvəlləri, Rusiya Dövlət Din Tarixi Muzeyi).
Beləliklə, Arattanın baş ilahəsi İnannanın rəmzinin   yayılma marşrutunu 
izləsək, Altaylardan Şərqi Avropayadək uzanan geniş bir ərazidəki qədim və 
orta əsr türk dövlətlərinin və tayfalarının - kimer, saka/skif, sarmat, Hun, Xəzər, 
68 
 Садри Максуди Арсал. «Уйгурская культура», http://uighur.narod.ru/book/sadri_maksudi_arsal4.html
69 
 Б.Ögel. «Türk kültür tarihinə giriş», VI cild. Ankara, 1991.

Damğalar, rəmzlər… mənimsəmələr
- 59 -
Avar, Qızıl Orda dövlətlərinin, Çingiz xanının imperiyasının, Eldəgiz, Səfəvi 
və Osmanlı xanədanlarının, Krım xanlığının, oğuz və qıpçaq boylarının və 
s. damğa işarələrində onun «daraq damğa», «xan damğası», «quşlu damğa», 
«baltavar» (iltəbər, eltəbər), «ikibaşlı qartal» və s. adlar altında müxtəlif forma 
və variantlarına           
          rast gələ bilərik. Bu qənaətdən 
göründüyü kimi, S.Kramerin prototürklərin miqrasiyasının Altaylardan qərbə 
və  cənuba  doğru  deyil,  əksinə,  daha  qədim  dövrlərdən  Ön Asiyadan  şimal 
və  şimal-qərb  istiqamətində  baş  verməsi  barədə  elmi  mülahizələri  damğa 
işarələri vasitəsilə də öz təsdiqini tapmaqdadır. Belə olan təqdirdə damğaların 
aparıcı funksiyalarından biri, onların etnosiyasi proseslərin və türk xalqlarının 
məskunlaşma ərazilərinin göstəricisi kimi qəbul edilməsi mühüm əhəmiyyətə 
malikdir. Doğrudur, türk xalqlarının tarixən nomadlardan - köçəri həyat tərzi 
sürən və ortaq dəyərlərə, oturaq mədəniyyətə malik olmayan müxtəlif tayfalar 
əsasında formalaşmasını iddia edən və bununla da onların maddi-mənəvi irsinin 
mənimsənilməsinə tarixi-ideoloji zəmin yaradan bəzi Qərb və Rusiya alimləri 
damğaların  bu  funksiyasının  qabardılmasının  ciddi  əleyhdarları  kimi  çıxış 
edirlər. Məsələn, türk xalqlarını vahid protovətənə, ortaq dil və mədəniyyətə 
malik superetnos deyil, qohum dillərdə danışan ayrı-ayrı toplumlar olduğunu 
iddia  edən  rusiyalı  türkoloq  Sergey  Klyaştornı  bu  istiqamətdə  aparılan 
araşdırmaları, eləcə də İsmayıl bəy Qaspirinskinin, Yusif Akçuranın və Ziya 
Göyalpın etnik birlik çağırışlarını «pantürkizm ideologiyasının təzahürləri» 
kimi  dəyərləndirir.  Onun  fikrincə,  hazırda  türkdilli  xalqların  öz  tarixlərini 
ayrı-ayrılıqda - məskunlaşdıqları ərazi çərçivəsində öyrənməsi «pantürkizm 
ideyasına qarşı təsirli cavab reaksiyasıdır». S.Klyaştornı yazır: 
«1920-1930-
cu illərdə avtoxtonizm ideyası hakimiyyət tərəfindən güclü siyasi dəstək 
almış və etnik mənsubiyyət əsasında müttəfiq və muxtar respublikalar 
yaradılmışdır.  Məhz  bu  konsepsiya  hər  bir  xalqın  tarixinin  əlahiddə 
xarakter daşımasının, ümumregional tarixi proseslərin «milli axınlara» 
bölünərək öyrənilməsinin ideoloji əsası olmuşdur».
70
 
Ön  Asiyada  prototürk  tayfalarının  tarixən  mövcudluğunu,  xüsusilə  də 
prototürklər və şumerlər arasında etnomədəni bağlılığı təsdiqləyən materialların 
obyektiv tədqiqini əngəlləyən başlıca amil etnosiyasi xarakterlidir. Məqsəd 
isə bu regionda ənənəvi avrosentrizm nəzəriyyəsinin tezislərini alt-üst edən 
70 
 С.Кляшторный. «Симбиоз», журнал «Родина»,  № 2, 2004.

Damğalar, rəmzlər… mənimsəmələr
- 60 -
qabarıq  türk  mədəniyyəti  izlərinin  «irandilli  xalqlar»,  «arilər»  və  «hind-
Avropa sivilizasiyası» qatı altında gizlətməkdir. Çar Rusiyasında qərbmeyilli 
Romanovlar sülaləsinin taxta çıxması ilə başlayan, SSRİ dönəmində isə daha 
da inkişaf etdirilən həmin «etnosiyasi məqsədəuyğunluq» indi də öz ətaləti 
üzrə mövqelərini saxlamaqdadır. Hətta Altaylardakı etnik damğa işarələrində 
«hind-Avropa xalqlarının sivilizasiyasına» aid xüsusiyyətlər axtaran rusiyalı 
arxeoloq və etnoqraf Sergey Yasenko da etiraf edir ki, 
«damğa işarələrinin 
obyektiv  şəkildə  öyrənilməsinə  mane  olan  ən  böyük  təhlükə  irandilli 
Osetiya  və  İran  alimlərinin  «vətənpərvərlik»  fəaliyyətidir».
71
  Şimali 
və  Cənubi  Qafqaz  regionunda  qədim  türk  tayfalarına  və  dövlətlərinə  aid 
maddi-mədəni irs nümunələrinin, saka-skif mədəniyyətinin, eləcə də damğa 
işarələrinin «irandilli xalqlara» məxsusluğu iddiasında müstəsna canfəşanlıq 
etmiş mənşəcə osetin olan rusiyalı akademik Vasili Abayevin (əsl adı - Vaso 
Abaytı) və onun ardıcıllarının, eləcə də Azərbaycanda olan bəzi həmfikirlərinin 
səyləri sayəsində Şimali və Cənubi Qafqazda, o cümlədən tarixi Azərbaycan 
ərazilərində aşkar edilmiş qədim damğa işarələri, bir qayda olaraq, ya XIX 
əsrin siyasi mifologemi olan «monqol-tatar yürüşlərinin mədəni təsir qalıqları» 
elan  olunur,  ya  da  XVIII-XIX  əsrlərdə  «burada  məskunlaşmış  Dağıstan 
heyvandarlarının  təsərrüfat fəaliyyətinin izləri» kimi təqdim edilirdi. Bu da son 
nəticədə regionun qədim etnotarixi mənzərəsini ciddi təhrif edir, qədim türk 
tayfalarının etnik mədəniyyətinin digər xalqlar tərəfindən mənimsənilməsinə 
əlverişli  şərait  yaradırdı.  Bununla  belə,  sovet  tarixşünaslığında  siyasi 
prinsiplərin hökm etdiyi bir vaxtda Azərbaycan arxeoloqları Cəfər Cəfərov 
və Əbülfəz Hüseyni Qobustan və Gəmiqaya qayaüstü təsvirlərindəki işarələri 
tədqiq  edərək,  onların  qədim  türk  damğalarının  (Cənubi  Qafqaz,  Mərkəzi 
Asiya, Altay) prototipi olduqlarını cəsarətlə bildirmişlər. Professor C.Cəfərov 
hələ o dövrlərdə yazdığı elmi əsərlərində Azərbaycan xalqının etnogenezinin, 
tarixinin, maddi-mənəvi irsinin, bütövlükdə regionun qədim tarixinin obyektiv 
öyrənilməsində həmin rəmz və işarələrin (o cümlədən damğaların) müstəsna 
əhəmiyyətini xüsusi vurğulamışdır.
72
 
Burada bir amili də diqqətə çatdırmaq istərdik. Belə ki, Azərbaycanın qədim 
silahları, milli geyimləri, bəzək əşyaları, xalçalar, tikililər, dövlətçilik atributları 
71 
С.Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья». Москва: 
«Восточная литература», 2001.  
72 
 C. Cəfərov.  «Bəzi damğa və işarələrin etimoloji izahı»// Elmi əsərlərin tematik məcmuəsi, Bakı,  
ADU, 1984.

Damğalar, rəmzlər… mənimsəmələr
- 61 -
(bayraqlar, metal sikkələr və s.) üzərindəki damğa rəmzləri ilə əski keramika 
və misgərlik məmulatı, xüsusilə çox işlənən məişət qablarındakı işarələrin bir 
çoxunun  məqsəd  və  təyinatları  arasında  funksional  fərqlər  mövcuddur.  Bu 
fərqlərin  nəzərə  alınmaması,  məsələn,  dulus  qabları  üzərinə  bəzək  elementi 
kimi deyil, əşyanın görünməyən arxa hissələrinə basma və ya cızma üsulu ilə 
vurulmuş bəzi sadə nişanların (o cümlədən 
 
 
 və s.) «damğa» 
və «rəmz» kimi təqdim edilməsi (hətta onlardan biri Göytürk əlifba işarəsinə 
  nisbətən  bənzəsə  də)  obyektiv  tədqiqat  işində  müəyyən  yanlışlıqlara 
səbəb ola bilər. Bir çox hallarda belə işarələrin əsl təyinatı barədə yekdil rəy 
olmasa da, mütəxəssislər tərəfindən irəli sürülən iki fərziyyə hələlik qüvvədədir. 
Tədqiqatçıların bir qismi onları peşəkar ustaların «müəlliflik şəhadətnaməsi» və 
ya müasir terminlərlə desək, ayrı-ayrı dulus emalatxanalarının «brend nişanı» 
kimi dəyərləndirir, digərləri isə işarələrin məhz sifarişçilərə aid olduğunu iddia 
edirlər. Lakin arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş eyni işarəli qablar 
içərisində  yüksək  səviyyədə  hazırlanmış  mürəkkəb  ornamentli  nümunələrlə 
yanaşı,  çox  aşağı  keyfiyyətli  məmulatın  da  olması
73
  birinci  fərziyyənin 
doğruluğunu  şübhə  altına  alır.  Tarix  elmləri  doktoru  Qafar  Cəbiyev  kütləvi 
istifadə  üçün  nəzərdə  tutulan  saxsı  məmulatın  alt  hissələrinə  vurulan  həmin 
nişanların əksər hissəsini haqlı olaraq damğa təsvirlərindən ayırır, onları mental 
xarakterli «texniki fərqləndirmə işarələri» adlandırır. Müəllif yazır: 
«Etnoqrafik 
müşahidələr göstərir ki, məişətdə istifadə üçün nəzərdə tutulan saxsı qablar 
əsasən iki halda dəyişik düşə bilər. Onlardan birincisi məmulatın istehsal, 
yəni kürədə bişirilmə prosesi ilə əlaqəlidir. Aydındır ki, heç də bütün dulus 
emalatxanaları sobalara malik deyildilər. Arxeoloji tədqiqatların nəticələri 
göstərir  ki,  bəzən  bir  neçə  emalatxana  birləşib  ortaq  kürədən  istifadə 
edirdi. Böyük ehtimalla deyə bilərik ki, bişirilmə prosesinin sonunda ayrı-
ayrı  emalatxanaların  bir-birinə  bənzər  qabları  dəyişik  düşməsin  deyə, 
onlara  qabaqcadan  fərqləndirici  nişanlar  vurulurdu».  Digər  tərəfdən, 
həmin işarələr Azərbaycan xalqına xas qonşuluq, həmrəylik münasibətləri ilə 
də bağlı ola bilər. Q.Cəbiyevin başqa bir qənaətinə görə, 
«Bir-birinin xeyir və 
şərində iştirak etimək, qəminə və sevincinə ortaq olmaq digər xalqlar kimi, 
azərbaycanlılar arasında da geniş yayılmış haldır. Aydındır ki, iri məclis 
və  mərasimləri  kənar  yardım  (qohum-qonşuların  köməyi)  olmadan  təkcə 
bir  ailəyə  məxsus  qab-qacaqla  yola  vermək  mümkün  deyildir.  Odur  ki, 
73 
 А.Якобсон. «Художественная керамика Байлакана (Оренкала)”, МИА СССР, № 67, М-Л., 1959.

Damğalar, rəmzlər… mənimsəmələr
- 62 -
həmin qab-qacaq kollektiv məclislərdə istifadə olunarkən itməsin, dəyişik 
düşməsin deyə, onların üzərinə bəsit fərqləndirmə işarələrinin vurulduğunu 
da güman etmək olar».
74
 Yeri gəlmişkən, buna bənzər vərdiş – çox işlənən, 
toy və yas məclislərində istifadə edilən saxsı qab-qacağın alt hissəsinin rəngli 
boya ilə işarələnməsi ənənəsi Azərbaycanın bir çox kənd bölgələrində bu gün də 
qalmaqdadır. Bununla belə, məsələn, Qafqaz Albaniyasına aid edilən gündəlik 
məişət qabları üzərində də klassik türk damğa işarələrinə     
   
 və 
s.  rast  gəlinir.
75
  Xüsusilə  vurğulamaq  lazımdır  ki,  Qafqaz Albaniyası  maddi-
mədəniyyət  nümunələrində  daha  çox  təsadüf  olunan    damğa  işarəsi  Hun 
Konfederasiyasının aparıcı dulo və ya dulat tayfa birləşməsinin, hazırda Mərkəzi 
Asiyada məskunlaşan və təsdiqlənən ehtimallara görə, Qafqaz Albaniyasından 
köç  etmiş  suvarların  törəməsi  olan  alban-suvan  tayfasının  fərqləndirmə 
nişanlarından biri sayılır.
Yuxarıda  dəfələrlə  xatırlandığı  kimi,  etnik  damğa  işarələri  xalqın 
maddi-mədəni  irsinin  nümunələrindən  biridir.  Və  o  da  məlumdur  ki,  türk 
xalqlarının  etnogenezi,  onların  etnomədəni  xüsusiyətləri,  ortaq  dövlətçilik 
ənənələri tarixşünaslığın az öyrənilən, bəlkə də, məhz siyasi amillər üzündən 
məhdudiyyətlərə məruz qalan sahələrindəndir. Odur ki, Ön Asiya, o cümlədən 
Qafqaz  və  Cənubi  Qafqaz,  Anadolu  ərazilərinin  tarixinin  tədqiqində, 
qədim  türklərin  burada  məskunlaşmasına  dair  qaranlıq  məqamlara  aydınlıq 
gətirilməsində, ayrı-ayrı xalqların, xüsusilə etnik mənşəyi hələ də mübahisələr 
doğuran xalq və tayfa birləşmələrinin (kuti, kas, kimer, saka, massaget, sarmat, 
alban/alpan və s.) etnogenezinin dəqiqləşdirilməsində digər maddi-mədəniyyət 
nümunələri ilə yanaşı damğa işarələrinin də əhəmiyyəti böyükdür. Tədqiqatların 
bu  istiqamətdə  aparılmasının  vacibliyini  qabardan  amillərdən  biri,  yuxarıda 
dəfələrlə vurğulandığı kimi, Güney, Quzey və Qərbi Azərbaycan torpaqlarında, 
Şərqi Anadoluda,  Yaxın  Şərqdə,  Balkanlarda  aşkar  edilən,  eramızdan  4000-
2000 il əvvəllərə aid edilən prototürk damğa işarələrinin və rəmzlərinin Şərqi 
Sibir və Mərkəzi Asiyadakı analoji nişanlardan xronoloji cəhətdən daha qədim 
olmasıdır. Bu isə türklərin protovətəni və miqrasiya istiqamətləri haqqında siyasi 
xarakterli stereotipin - «Altay nəzəriyyəsi»nin elmiliyini şübhə altına alır.
 Belə 
ki, qədim Şumer, Bibl (Qubla, Finikiya), Kür-Araz, Vinça, Çatal Höyük, Aratta, 
Manna,  Midiya,  Pazırıq,  Taşlıq, Afanasyev, Andronov,  Sulek  və  s.  arxeoloji 
74 
 Q.Cəbiyev. “Azərbaycan keramikası. XIV-XVII əsrlər”, Bakı, 2003.
75 
 Yenə orada.

Damğalar, rəmzlər… mənimsəmələr
- 63 -
mədəniyyətlərinə aid əşya və abidələr üzərindəki rəmz və damğaların, qayaüstü 
təsvirlərin identifikasiyası, onların müqayisəli təhlili, qrafika texnikası bu irsi 
yaradanlar  arasında  etnomədəni  bağlılığın  obyektiv  şəkildə  araşdırılmasının 
vacibliyini  önə  çəkməklə,  Ön Asiyanın  prototürklərin  tarixi  vətəni  olmasını 
əminliklə  söyləməyə  əsas  verir.  Məsələn,  aşağıdakı  təsvirlərdə  müxtəlif 
regionlarda aşkar edilən qayaüstü tur, keçi və maral rəsmləri arasında məkan və 
zaman fərqi olsa da, üslub bənzərliyi özünü qabarıq göstərir.
Ardıcıllıqla: Qobustan, Göyçə (Azərbaycan); Saymalıtaş (Qırğızıstan);Yazgüləm 
(Türkmənistan) qayaüstü abidələrində eyini bədii üslubla çəkilmiş qoç, buğa və maral təsvirləri
Ardıcıllıqla: Qobustan, Gəmiqaya (Azərbaycan), Göyçə (Qərbi Azərbaycan), Qərbi 
Sibir, Saymalıtaş, Talas (Qırğızıstan), Tamqalıtas (Qazaxıstan) qayaüstü rəsmlərində  qədim 
inanclardan doğan ortaq kosmoqonik motiv və rəmzlər təsvir olunmuşdur
Tarixi-etnoqrafik  sürprizlərlə  zəngin  olan  Naxçıvanda  eramızdan  əvvəl 
IV-I  minilliklərə  aid  Gəmiqaya  qayaüstü  təsvirləri  arasında  yer  alan 
 

Damğalar, rəmzlər… mənimsəmələr
- 64 -
işarəsi Əli Yazıçıoğlunun (XV əsr) «Təvarixi al-i Səlcuq» və Seyid Loğmanın 
«Hünərnamə»  (XVII  əsr)  damğa  təsnifatlarına  görə,  oğuzların  bəydili 
tayfasının,   rəmzi isə Mahmud Kaşğarinin (XI əsr) «Divani lüğət-it Türk» 
əsərinə  əsasən,  əfşar  tayfasının  tanınma-fərqləndirmə  nişanıdır.  Həmin 
qayaüstü  təsvirlər  arasında  oğuzun  alayundluq 
  və  salur    tayfalarının 
boy damğalarına bənzər analoji işarələr də vardır.
76
 Bu gün həmin rəmzlərə 
iddialı olan ermənilərin isə, ümumiyyətlə, damğa işarələri olmamışdır. 
VIII-X əsrlərə aid edilən, «Vassal bəyliklərin at damğaları» adlanan Çin 
əlyazmasında bir sıra türk tayfalarının adları ilə yanaşı, nəsil və mülkiyyət 
nişanlarının  təsvirləri  də  verilmişdir.  Mətnə  əsasən,  əski  türklərin  Se-qu 
(kirqut)  tayfası  öz  atlarına 
  və  ya      damğalarını  vururdular.  Bu  nişan 
Krımdakı  Kırkor  bəyliyinin  rəsmi  rəmzinin 
  bənzəridir  və  ortaq  türk 
simvolizmi  ənənələrinə  görə,  işarənin  üzünan  aşağı  çevrilməsi  bu  bəyliyin 
vassal  statusuna  malik  olmasının  göstəricisidir.  Digər  tayfalardan  Tun-lo 
(tonqra) və Yan-to (tardu) -  ; Pu-qu (buqu) -   və  ; A-de (ediz) -       
; Tsi (kubir) -      ; Huy-qe (uyğur) - 
 ; Szyu- lo-le (kurabor) -    
və   ; Yu-mey-hun (yomut hun) - 
 ; Çi - ; A-şi-de (aşide) - 
; Sı-tze 
(suqir), Tu-syue (türküt) -   ; Fu-li (bokli)
 - 
 ; Si-tze (aygir) –      ; 
Nu-la (dulat) -  ; Bayan Aşide və Şe-li (şarı) -     və  ; A-şi-na – (uşin) 

; Qe-lo-çji (alaçin) - 
; Kan-xe-li (kankarlu/kəngərli və ya kanqlu) - 
; Şa-to (sart) - 
; Çu-Bi -  
; Xun (kün) - 
 ; Si (kayı) - 
 və s. 
damğalardan istifadə etmişlər.
77
 Xüsusi araşdırma tələb edən məqam eramızın 
VIII-X  əsrlərinə  aid  olan  bu  damğaların  xronoloji  baxımdan  daha  qədim 
tiplərinin Qobustan -  
                ; Gəmiqaya -            və 
Qərbi Azərbaycan (Geğam və Abaran) - 
                     qayaüstü 
təsvirləri  arasında  müəyyən  olunmasıdır.  Bundan  başqa,  həmin  damğaların 
oxşarlarına oğuzun bayandur -   ; bayat -    ; alayuntlu -   ; dögər -   ; 
yıva - 
 ; alkaevli -   boylarının işarələrində də rast gəlirik. 
Adı  çəkilən  Çin  əlyazmasında  maraq  doğuran  və  tarixi  Azərbaycan 
əraziləri ilə bağlı olan damğalardan biri Aşide tayfasının maral buynuzlarını 
xatırladan 
 işarəsidir. Kitabın rus dilində tərtibçisi, qazaxıstanlı türkoloq 
Yuri  Zuyev  «aşide»  etnonimini  «asitək»  kimi  oxuyaraq,  həmin  tayfanın 
Şərqi  Türk  Xaqanlığının  aparıcı  boylarından  biri  olduğunu  bildirir. Alman 
76 
 C.Cəfərov. «Bəzi damğa və işarələrin  etimoloji izahı». Türk dillərinə dair etimoloji və tarixi-morfoloji 
tədqiqatlar. Bakı, ADU-nun nəşriyyatı, 1987.
77 
 Ю.Зуев. «Тамги лошадей из вассальных княжеств». Перевод из Китайского, том 3. Алма-Ата, 1960.

Damğalar, rəmzlər… mənimsəmələr
- 65 -
tədqiqatçısı  Fridrix  Hirt  isə  (1845-1927)  nədənsə  bu  tayfa  adını  «osset» 
(osetin) kimi yozmuş, onların irandilli olması barədə fikir irəli sürmüşdür.
78
 
Y.Zunev  bu  mülahizəni  qətiyyətlə  rədd  edərək  yazır
:  «Bu  fərziyyə  çətin 
ki, qəbul olunsun. Çünki irandilli «ossetlərin» xan nəsli qismində Türk 
konfederasiyasında  təmsil  olunması  qətiyyən  inandırıcı  deyildir.  Hətta 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin