Maraqlı bir cəhət diqqət çəkməyə bilməz.
Pazırıq məzarlığında aşkar olunmuş keçə ilə müasir qırğız, qazax, özbək,
kumık, qaraçay, hətta çeçenlərin keçə məmulatının hazırlanma texnologi-
yaları və ornamentləri arasında genetik yaxınlığı müşahidə edən E.Maxova
və N.Çerkasova onların ortaq mənbədən qaynaqlanması qənaətindədirlər.
25
24
İ.Hüseynov, N.Əfəndiyeva. «Qədim dünya mədəniyyəti». Bakı, 2009.
25
Е.Махова, Н.Черкасова. «Орнаментированные изделия из войлока» //Народное декоративно-
прикладное искусство киргизов.М., 1968.
Damğalar, rəmzlər… mənimsəmələr
- 217 -
Pazırıq xalçası (1) üzərində Tenqri-Günəş rəmzi; 2- 3. Anadolu və Qarabağ xalçalarında
analoji ornament; Quba məktəbinə aid «Qollu-çiçi» xalçasından fraqment; 5. «1850-ci ildə
toxunmuş erməni xalçası»
26
kimi təqdim olunan Qarabağ xalçasında həmin rəmzdən savayı,
türk tayfalarına aid olan damğa işarələri onların iddialarının əsassızlığını sübu-
ta yetirir; 6.Ərdəbil xalçasında damğa işarəsi.
Türkiyəli alim, türk xalçaları üzrə I Beynəlxalq Konqresin prezidenti
Necat Diyarbəkrli də həmin xalçanın «İran mənşəli» olması barədə Qərb
və Rusiya tarixçilərinin iddialarını rədd edərək, bu qənaətin regiondakı xal-
ça toxunuşu texnologiyaları barədə məlumatsızlıqdan irəli gəldiyini bildir-
mişdir. Belə ki, Pazırıq xalçası fars asimmetrik üsulu ilə deyil, simmetrik
türk ilmələri ilə toxunmuş və həmin üslub Azərbaycan, türkmən, qaraqal-
paq, Anadolu və Qafqaz türklərinin xalçaçılıq sənətində bu gün də qalmış-
dır. Hər üç tədqiqatçı belə hesab edir ki, Pazırıq xalçasının mərkəzindəki
24 ornament hun bölgüsünün, o cümlədən oğuzların 24 boyunun rəmzidir.
Təbii ki, ermənilərin bu unikal sənət əsərini də mənimsəməyi unutmaları
onların «Böyük Ermənistan» xülyasına «bağışlanılmaz xəyanəti» olardı.
Lakin ermənilərin Cənubi Qafqazın «ən qədim sakinləri» olması xülyası-
26
http://commons.wikimedia.org/wiki/File:Armenian_rug-7_Artsakh_Ani.jpg?uselang=ru
Damğalar, rəmzlər… mənimsəmələr
- 218 -
na təmənnalı xidmət edən Ulrix Şürman (xalça ticarətində onun şərikləri
ermənilər idilər), Volkmar Qanthorn kimi tədqiqatçılar onun «Ermənistan
ərazisində yerləşən Qarabağda» və tarixən xalçaçılıq ənənələri olmayan hay-
lar tərəfindən toxunması fikrini ortaya atmışlar. Halbuki, Midiyanın, Qafqaz
Albaniyasının, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin ayrılmaz
hissəsi olan Qarabağın «Ərməniyyə» adlandırılan coğrafi məkanla heç bir
əlaqəsi olmamışdır. Digər tərəfdən, haylar kütləvi şəkildə buraya ilk dəfə
XIX əsrin əvvəllərində Rusiya imperiyasının işğalçılıq siyasəti nəticəsində
İrandan köçürülmüşlər. Onlar Pazırıq irsini «Qarabağda toxunmuş erməni
xalçası» adlandırsalar da, dünya xalçaçılıq sənətində, hətta bu sərsəm id-
dianın müəllifləri olan Yerevan alimlərinin leksikasında hələlik nə «erməni
damğası», nə də «erməni xalça ilmələri» terminləri mövcuddur…
Üçüncü məqam. 1993-cü ildə Altay Respublikasının Ak Alaka (Ağ axın)
çayı sahilində, Ukok yaylasındakı saka-skif məzarlıqlarında aparılmış arxeolo-
ji qazıntılar nəticəsində unikal qadın mumiyası aşkar olunmuşdur. Heyrətamiz
dərəcədə yaxşı saxlanılmış və şərti olaraq, «Ukok şahzadəsi», «Oçı Bala»
(Altay miflərində əfsanəvi gözəl qızın adı), «Altay şahzadəsi» adları verilən
cəsədin qadın şamana və ya hökmdar sülaləsindən olan xatuna aid edildiyi
barədə ehtimallar vardır. Onun eramızdan əvvəl təqribən VI əsrdə dəfn olun-
duğu güman edilir. Hazırda Qorno-Altaysk şəhərindəki A.Anoxin adına Milli
Muzeydə saxlanılan mumiya üzərindəki döymənaxış (tatu) üsulu ilə vurulmuş
çoxsaylı sakral təsvirlər arasındakı bir sıra rəmzlər ortaq türk damğalarından
fərqlənmir və tətbiqi sənətdə bu gün də istifadə olunur.
Pazırıq qurqanındakı insan cəsədi üzərində döymənaxış (tatu) üsulu ilə çəkilmiş rəmz.
27
27 С.И. Руденко. «Горноалтайские находки и скифы» / Итоги и проблемы современной науки. М.-
Л.: 1952.
Damğalar, rəmzlər… mənimsəmələr
- 219 -
Həmin rəmzin Azərbaycan xalçalarında (1-2),
28
qazaxların keçə məmulatında (3)
29
başqırd
tikmələrində (4),
30
Dağıstan (kumık, qaraçay)
31
(5) və Anadolu kilim naxışlarında (6)
32
bəzi variantları.
Bir qədər də sarmat işarələri barədə. Herodot yazırdı ki, skiflər və sar-
matlar (savromatlar) qohumdurlar. Çünki skiflərlə amazon qadınların izdi-
vacından yaranmışlar. Sarmatların midiyalılarla yaxınlığı haqqında isə Roma
salnaməçisi, «şərəfli yaddaş haqqında» coğrafiya əsərinin müəllifi Qay Yuli
Solinus (eramızın III əsri) yazırdı: «
Asiyada yaşayan savromatlar midiyalı-
ların törəmələridir və Şərqdə, Xəzər dənizi sahillərində yaşayan tayfalarla
qonşudurlar».
33
Elmi ədəbiyyatda qeyd edilir ki, sarmatların tərkibində Qərbi
Sibirdə, Mərkəzi Asiyada yaşayan tayfalar da vardır. Eramızdan əvvəl IV əsrdən
eramızın IV əsrinə kimi olan dövrdə sarmatlar Qazaxıstanın qərb hissəsindən,
Cənubi Uraldan tutumuş Qafqaza və Şərqi Avropayadək yayılmışlar. Onlar
əvvəllər bolluq rəmzi olan qoça (qoçqara)
tapınmış, sonralar isə saka-
lar kimi müharibə ilahisinə və qılınca sitayiş etmişlər. Əsas silahı yay-ox olan
sarmat qoşunları saka hərb sənəti əsasında qurulmuşdur. Qoşunun avanqard
hissəsi atlılardan, xüsusilə ağır zirehli atlı döyüşçülərdən ibarət idi.
Saka-skif və sarmat damğa işarələri arasında oxşar elementlər çox olsa
da, onları bir-birindən fərqləndirən cəhətlər də vardır. Məsələn, saka-skif
işarələrinin böyük hissəsi türk damğaları kimi xarakterik üsluba malikdir. Bu
28
«Azərbaycan xalçaları», cild 2, №4, 2012.
29
http://hameleons.com/kazakhstan-design/24498-kazaxskie-ornamenty.html
30
«Башкирский народный костюм», http://900igr.net/prezentatsii/geografija/Bashkirskij-narodnyj-
kostjum/014-Bashkirskij-narodnyj-kostjum.html
31
«Дагестанские ковры», http://articles.agronationale.ru/pigs/1907-dagestanskie_kovry
32
«Halı Motif Özellikleri Desen Hazırlama
», http://www.halidesenmodel.com/2012/04/hali-motif-ozel-
likleri-desen-hazirlama.html
33
Г.Гейбуллаев. «К этногенезу азербайджанцев», Баку, 1991.
Damğalar, rəmzlər… mənimsəmələr
- 220 -
damğalar əsasən bir neçə seqmentdən – sınıq və kəsişən xətlərdən, iti, düz və
kor bucaqlardan, dairələrdən ibarətdir. Eyni damğalar və oxşar semantika saka-
skif konfederasiyasında türk tayfalarının dominant rolunu təsdiqləməkdədir.
Türk damğaları təsnifatına əsasən, bir sıra sarmat tayfa işarələrinə
və s.
34
hun, xəzər, Bulqar, Qızıl Orda, Altay, Krım, Qafqaz, Cənubi
Qafqaz, Anadolu və Mərkəzi Asiyadakı türk xalqlarının tanınma-fərqləndirmə
nişanları arasında rast gəlirik. Lakin spesifik sarmat damğaları arasında iran-
dilli xalqlara aid işarələr də çoxdur
35
. Məsələn:
və s. O da maraqlıdır ki, sarmat damğalarına əhəməni
və sasani damğaları arasında deyil, kabardinlərin, irandilli osetinlərin nəsil-
tayfa nişanları içərisində daha çox rast gəlirik. Eyni zamanda, osetin işarələri
içərisində spesifik türk damğaları da vardır.
36
Bu isə o deməkdir ki, sarmat
konfederasiyası etnik baxımdan yekcins olmamış, həqiqətən də türk və iran-
dilli tayfaların ittifaqı xarakterini daşımışdır.
Vasili Abayev mənsub olduğu osetin xalqının maraqlarından çıxış edərək
«sarmat» etnonimini İran dilləri vasitəsilə «qarasaçlılar», «qarapapaqlılar» və
ya «qarabaşlılar» kimi izah etmişdir. Bu subyektiv fikir geniş elmi təsdiqini tap-
masa da, əks mövqedə dayananlar üçün vacib «ipucu» verməkdədir. Məlumdur
ki, sarmatların hun, oğuz və qıpçaqlarda xüsusi təlim görmüş peşəkar döyüş-
çü zümrələri həm də papaqlarının forması və rəngləri ilə seçilmişlər. Məsələn,
«qızılbaşlar», «qonurbaşlar», «qarapapaqlar», «qaraqalpaklar», «qarabörklülər»
və s. Bu baxımdan, sarmatların irandillilər tərəfindən «qarabaşlılar» adlandı-
rılması məhz əski türk hərb sənəti və etnonimlər baxımından tamamilə izaho-
lunandır. «Kitabi-Dədə Qorqud» dastanındakı «
qarğa dilli, üzəngisiz ipdən
olan qarabörklülər» ifadəsini xatırlatmaq yerinə düşər. Onu da xatırladaq
ki, hazırda Gürcüstanda, Türkiyədə və İranda yaşayan qarapapaqların – etnik
azərbaycanlıların aparıcı qollarından biri «çirak» (qədim mənbələrdə «şirak»,
«sirak» kimi də işlənir) adlanır. «Çirak» və «Şirak» adlarını daşıyan tayfalar bu
gün Mərkəzi Asiyada da vardır. Dağıstan alimlərindən Qazi Laypanov və İsma-
yıl Miziyev etnoqrafik və antropoloji əlamətlərin müqayisəli təhlili nəticəsində
sarmatların türk etnosuna aid olduğunu bildirmişlər. Məsələn, antik tarixçilər, o
cümlədən Strabon (e.ə. I əsr) Qafqazda olarkən sarmatların qidalarında at ətinin,
34 Л.Лавров. «Историко-географические очерки Кавказа». Л.,1978.
35 В.С. Ольховский, «ТАМГА (к функции знака)»// Историко-археологический альманах, No 7,
Армавир, 2001
36 Yenə orada
Damğalar, rəmzlər… mənimsəmələr
- 221 -
təzə və «turşumuş» südün (kumıs) əsas yer tutduğunu qeyd etmişdir. Bundan
başqa, Avropa ərazisindəki sarmat məzarlıqlarından tapılmış kəllə sümüklərinin
Pazırıq kurqanlarındakı analoji sümüklərlə müqayisəsi bu xalqın türk mənşəli
olduğunu sübuta yetirir. Sarmat və hunlar Şərqi Sibirdə və Baykal gölü
sahillərində sıx təmasda yaşamış, vahid etnomədəni məkan formalaşdırmışlar.
37
Hazırda qaraqalpaqlar, qazaxlar və qırğızlar arasında «sarmat», «şermet»
etnik qrupları vardır. Şimali və Cənubi Qafqazda, Mərkəzi Asiyada sarmatla-
rın əsas qolları sayılan «sirak» (çirak), «aors» (aruz), «basil» (barsil – bars
eli və ya baş il/el), «yazıq» türk tayfalarının adlarını əks etdirən yer adları
indiyədək qorunub-saxlanılmışdır
.
Etnik qrup kimi qəbul olunan siraklar çoxsaylı olmamışlar. Strabon ya-
zır ki, sirak hökmdarı Abeak (Abak - qədim türk dillərində «gümrah»,
«sağlam»,eləcə də «əmi») Bosfor hakimi Farnakın dövründə (e.ə .63-47-ci
illər) yalnız iyirmi minlik qoşun toplaya bilmişdir. Onlar bütövlükdə oturaq
olsalar da, zadəganları yarımköçəri həyat tərzi sürürdülər. Siraklardan şimalda
və şərqdə isə digər türkdilli sarmat tayfaları – aorslar yaşayırdılar. Strabon
aorsları iki qismə bölürdü: onların bir hissəsi Qara dəniz sahillərində, digəri
isə Xəzər dənizi yaxınlığında məskunlaşıblar.
Təqibdən yayınan kimer (saka-skif) atlıları (e.ə. VII əsrə aid Assuriya barelyefindən fraq-
ment). Yəhərin üzəngisiz olması nəzərə alınmazsa, atlıların geyimi və papaqları XVI-XVIII əsr
Azərbaycan döyüşçülərindən seçilmir. Bəlkə də, bu yaxınlığa əsasən sarmatların (qarabaşların)
qarapapaqların, qaraqalpaqların etnogenezinin köklərini daha qədimlərdə axtarmaq lazımdır.
37 К.Лайпанов, И.Мизиев. «О происхождении тюркских народов Черкесск. Изд. ПАО «ПУЛ», 1993.
Damğalar, rəmzlər… mənimsəmələr
- 222 -
Erməni saxtakarlığı.
Abidələr, xalçalar, qayaüstü təsvirlər və rəmzlər
Azərbaycan və Anadolu türklərinə məxsus milli mədəniyyətin «qədim
erməni sivilizasiyasından» qaynaqlanması barədə Yerevan tarixçilərinin iddi-
aları əsassız olduğu qədər anlaşılandır. Gerçəkliklərin məqsədli şəkildə saxta-
laşdırılmasında bədnam tarixçilərin oynadıqları siyasi rolu polşalı şair və dra-
maturq Zbiqnev Yejina
dəqiqliklə belə qiymətləndirmişdir: «Hər şey Rəbbin
əlindədir. Yalnız Tarix onun nəzarətindən çıxa bilmişdir». Mənimsəmələrin
tamamilə əks proses olduğunu, ermənilərin daim türk superetnosunun, ortaq
türk mədəniyyətinin himayəsində olduğunu görmək üçün Movses Xorenatsinin,
Koryunun, Ohanes Drazxanakertsinin, Aprakel Təbrizinin (Davrijetsi) əsərləri
və erməni katolikosunun I Şah Abbasa ünvanladığı minnətdarlıq məktubları
ilə tanış olmaq kifayətdir. Üstəlik, erməni
alimi Levon Dabeqyan etiraf edir
ki,
«Ermənilər öz milli varlıqları üçün məhz türklərə borcludurlar. Əgər
biz bizanslılar və ya digər avropalılar arasında yaşasaydıq, «erməni» adı
yalnız tarix kitablarının səhifələrində qala bilərdi».
38
Erməni yazıçısı Xa-
çatur Abovyan isə yazırdı:
«Türk dilini lənətə gəlsin! Lakin bu dil Rəbbin
xeyir-duasını alıb... Bütün şənliklərdə və toy məclislərində biz türkcə
oxuyuruq».
39
Bu tipli etirafların sayını xeyli artırmaq olar.
Ermənilərin, daha doğrusu, hayların «oturaq yaşam tərzi» haqqında isə
hətta özlərinin qəti elmi qənaətləri yoxdur. Gerçəklik kimi təqdim olunan
müasir rəvayətlər isə Nuh peyğəmbərin Ağrı dağına ayaq basdıqdan sonra
qəflətən ermənicə dil açıb çaylara, yüksəkliklərə, ulduzlara erməni adları ver-
diyini deyir.
40
Ən mötəbər etiraf isə tanınmış erməni alimi Manuq Abeqyana
məxsusdur: «
Erməni xalqının kökləri haradadır? Buraya necə, nə vaxt,
haradan və hansı yolla gəlib?... Bizim bu barədə dəqiq və aydın sübutla-
rımız yoxdur».
41
Erməni tarixinin patriarxı sayılan Movses Xorenatsi qədim
yəhudi mifologiyasındakı olayları məharətlə mənimsəyərək, müasir hüquqi
anlamda desək, «Tövratın müəlliflik hüququnu kobud şəkildə pozaraq» Musa
peyğəmbər və yəhudilərin Misirdən köç etməsi ilə bağlı məlum rəvayətin re-
meyk variantını işləyib hazırlamış, mifik personaj olan «proto erməni» Haykı
və onun cəmi 300 nəfərlik köçəri qövmünün şəcərəsini cidd-cəhdlə yəhudilərə
38
«Gəldim, gördüm... mənimsədim (Azərbaycan mədəni ənənələrinin mənimsənilməsinin erməni
ənənəsi haqqında)». Bakı, 2010.
39
Х.Абовян. «Раны Армении». Ереван, 1955.
40
З.Балаян. «Оджаг». Ереван, 1984.
41
М.Абегян. «История армянской литературы». Ереван, 1975.
Damğalar, rəmzlər… mənimsəmələr
- 223 -
və İncildə adları çəkilən Yəhuda şahlarına bağlamağa çalışmışdır. Nəhayət,
adı olmayan 300 nəfərlik «zavallı qövmün» (Xorenatsiyə görə, «hay» etnoni-
mi əfsanəvi Haykın şərəfinə götürülmüşdür) qəddar Babilistan hökmdarı Be-
lin zülmündən qaçaraq Ağrı dağının ətəklərinə sığındığını bildirmişir.
42
Yəhudilərin Babilistan dövlətinə mənfi münasibətlərinin tarixi kökləri ay-
dındır. Lakin erməni salnaməçisinin göstərdiyi səylərin də məntiqi izahı vardır:
Müəllifi başa düşmək olar. Özünün etiraf etdiyi kimi, kitabın sifarişini Şmbat
yəhudi nəslindən olan işxan Saak Baqrat (İshak Baqratuni) vermişdir. Yəhudi
dini ədəbiyyatında Babilistana potoloji qəzəb hissini ustalıqla nəzərə alan Xo-
renatsi də sifarişçinin könlü xoş olsun deyə, bu nifrəti öz salnaməsində kəskin
şəkildə qabartmışdır. Bu səylərin Xorenatsinin qonorarına nə dərəcədə təsir
etməsi barədə isə tarix hələ də susur. Qeyd edək ki, Babil hökmdarı Novuxod-
nosor (e.ə. 634-562-ci illər) Yerusəlimi işğal etdikdən sonra buradakı yəhudi
məbədlərini dağıdıb talamış, təqribən 40 min insanı əsir götürmüşdür. Bu hadisə
yəhudi xalqının etnik tarixində və milli yaddaşında silinməz iz buraxmışdır.
Əhəməni hökmdarı II Kir (e.ə. 559-530-ci illər) Babilistanı bir dövlət kimi ta-
rix səhnəsindən sildikdən sonra yəhudilərin təqribən 50 illik əsarəti sona yet-
mişdir. Bununla da hökmdar Kir iudaizm dininin müqəddəsləşdirdiyi ilk iranlı
(sırada ikinci hökmdar Artaksersdir) olmuşdur. Lakin əsirlikdə məruz qaldıq-
ları məhrumiyyətlər yəhudilərin dini təsəvvürlərində, sonralar isə xristianlıqda
dərin iz qoyaraq, Babilistana və onunla əlaqəli olan hər bir anlayışa dərin nifrətə
çevrilmişdir. Bəşər sivilizasiyasına misilsiz töhfələrini vermiş bu dövlət Töv-
ratın ayrı-ayrı kitablarında günah, rəzalət və ədalətsizlik rəmzinə çevrilmişdir.
Hətta xristian dinində də bu qərəzli münasibətin elementləri, məsələn, «pozğun
Babilistan» ifadəsi saxlanılmışdır. Həvari Yəhyanın Müjdəsində deyildiyi kimi:
«
Mən sənə dünyadakı bütün murdarlıqların anası olan… böyük Babilistan
üzərində məhkəməni göstərərəm» (17:1-5).
M.Xorenatsinin qənaətinə əsasən, ermənilər, daha doğrusu, köçəri haylar
əslində Ağrı dağının ətəklərinə sürgün edilərək buradakı yerli əhaliyə qarışmış
yəhudilərdir. O da məlumdur ki, eramızdan əvvəl 719-cu ildə romalılar İsra-
il şahlığını tam süquta yetirdikdən, əhalisini isə «vəd olunmuş torpaqlardan»
çıxardıqdan sonra yəhudi nəsillərinin bir qismi Assuriya, Midiya torpaqlarına
köç etmiş, yerli əhaliyə qarışmışdır. Tövrata daxil olan Yirmeyahunun kitabında
yazılır ki, həmin əhali şimaldakı dağlıq ərazilərə aparılmışdır:
«Onların üzəri
göydən enən buludlarla örtüldü, arxalarında isə qara dağlar ucaldı».
43
XI
42
М.Хоренаци. «История Армении». Москва, 1893.
43
Тора.
Damğalar, rəmzlər… mənimsəmələr
- 224 -
əsrdə yaşamış gürcü tarixçisi Leonti Mroveli də «Kartli hökmdarlarının həyatı»
əsərində ermənilərin Babilistan kökənli olmasını, Rəbbin məqamına çatmaq
niyyəti ilə Babil qülləsinin tikintisində iştirak etdiklərini, Yaradanın yolunu az-
mış bəndələrə göndərdiyi cəzadan sonra sərgərdan olub Ağrı dağı ətrafına köç
etdiklərini yazır.
44
Ön Asiyaya sürgün edilmiş yəhudilər xristianlığı zorən qəbul
etdikdən sonra erməni mədəniyyətinin və qriqorian məzhəbinin formalaşmasın-
da yaxından iştirak etmişdilər. Belə ki, erməni folklorunda, memarlığında yəhudi
etnik mədəniyyətinin elementləri özünü qabarıq göstərməkdədir. Məsələn, Ağto-
mar adasındakı (Türkiyə, Van gölü) qriqorian kilsəsinin üzərindəki barelyeflərin
əksər hissəsi nədənsə İsa Məsihlə əlaqəli olayları deyil, məhz Tövrat rəvayətlərini
əks etdirir. Burada baş daşı kimi qoyulmuş xaçların böyük hissəsi və ən qədimləri
isə erməni-qriqorian «xaçkarlarından» fərqli olaraq bərabərtərəflidir. Maraqlıdır
ki, hansısa «naməlum qüvvələr» məhz həmin xaçların aşağı hissələrini, onları
erməni dini atributundan fərqləndirən seqmentləri sındırmışlar. Təsadüfi deyildir
ki, yəhudi mədəniyyətinin görkəmli nümayəndələrindən biri - bəstəkar, musiqi
nəzəriyyəçisi Avraam Svi İdelson XIX əsrin əvvəllərinə kimi erməni-qriqorian
kilsəsində dini ayinlərin icrası zamanı Babil və Yəmən yəhudilərinin kantil-
yasiyalarından (müqəddəs mətnlərin avazla qiraəti üçün vəznlərdən) istifadə
olunduğunu bildirirdi. Ötən əsrin əvvəllərində rus dilində nəşr edilmiş «Yəhudi
ensiklopediyası» məlumat toplusunda yazılır ki, «
Bəzi ermənilər öz xalqla-
rının yəhudi nəsillərindən törəndiyini bildirir və adətləri arasında oxşar
cəhətləri sübut kimi göstərirlər… Van vilayətində yaşayan 5000 yəhudidən
yalnız 360-ı iudaizmə sadiq qalmış, qalanları isə erməni dinini qəbul et-
mişdir». Hazırda Türkiyədəki ermənilərin «pakardons» adlanan dini icmasının
yaşam tərzi və ənənələri bu mülahizələri təsdiqləməkdədir. Onlar özlərini «xris-
tian» adlandırsalar da, Şabata (Şabbata – dünyanın yaranışının yeddinci günü.
Tövrata əsasən, Rəbb həmin gün bəndələrinə istirahət etməyi buyurmuşdur) və
iudaizmdən irəli gələn digər adətlərə dəqiq riayət edirlər.
45
Erməni mənşəli amerikalı tədqiqatçı R.Ovanesyan isə Xorenatsidən fərqli
düşünür. O, Los-Anjelesdə işıq üzü görmüş «Ermənistan müstəqillik yolların-
da» kitabında hayların regiona miqrasiyasının «Babilistan marşrutunu» qeyri-
məqbul sayır. Yazır ki, bu xalq Ön Asiyaya «hind-avropalı fatehlər» kimi şimal-
dan ayaq basmış, buradakı yerli əhalini ram edərək etnik assimilyasiyaya məruz
qoymuş, yəni «erməniləşdirmişdir». Bu fikri erməni akademiki Suren Ayvaz-
yan belə inkişaf etdirir:
«Ruslarla eyni kökdən olan ari-ermənilər eramızdan
əvvəl XV əsrdə öz zəngin dillərini hətta farslara və hindlilərə də ötürmüşlər.
44
М.Леонти. «Жизнь картлийских царей». М.: «Наука», 1979.
45
А.Зелев. «Армяне потомки десяти колен Израиля», www.Druzya.com.
Damğalar, rəmzlər… mənimsəmələr
- 225 -
Bu mədəniyyətin daşıyıcıları aborigenlər üçün kosmosdan enən yadplanet-
li elçilər idilər».
46
Necə deyərlər, «əlavə diaqnoza ehtiyac yoxdur». Siyahıya
erməni mənşəli İran tarixçiləri də qoşulurlar. Qrant Pasdırmaçyan and içir ki,
ermənilərin tarixi vətəni Şərqi Sibirdir. Onlar Altay dağlarının ətəklərindən
köç edərək əvvəlcə Balkanları ələ keçirmiş, oradan da Ön Asiyaya gəlmişlər.
Onun həmyerlisi Andronik Xoyan müəmmalı ulu əcdadlarının mənşəyi barədə
daha bir «kəşfin» müəllifidir. Kimerlərin, saka-skiflərin, sarmatların da əslində
«qədim ermənilər» olduqlarına eyham vuran «alim» bunları bildirir:
«Əsl arilər
olan hayların protovətəni «Böyük Üçbucaq» - Aral gölü, Amudərya çayı
və İranın Mazandaran vilayəti arasında olan geniş ərazilərdir». Bu siya-
hını başqa bir səbirsiz erməni «müdriki» qapayır. Görünür, ufologiyaya dair
qorxulu filmlərin təsirindən rühi sarsıntılar keçirən Ruben Kuryan «erməni»
kəlməsinin türk mənşəli olmasını təsdiqləyir, amma Adəm peyğəmbərin etnik
mənşəyinə iddiasını da gizlətməyərək, bunun «Yer + man», yəni «Yer plane-
tinin köklü sakini», «Yer kürəsinin ilk adamı» anlamını verdiyini bəyan edir.
Rubenin «məntiqindən» belə qənaətə gəlmək olar ki, dünyanın digər xalq və
millətləri bu planetə «Yer adamlarından» sonra ayaq basmışlar. Onun fikrincə,
ermənilərin yadplanetli kimi ilk məskunlaşdıqları torpaq müasir İsveç ərazisi
olmuşdur (növbəti ərazi iddiaları üçün yaxşı zəmindir). Rubenin qovluğunda bu
barədə «təkzibolunmaz» sübutlar da var:
Dostları ilə paylaş: |