Damğalar, rəmzlər mənimsəmələr Araz Qurbanov


Damğalar, rəmzlər… mənimsəmələr



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/35
tarix24.04.2017
ölçüsü2,8 Kb.
#15627
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

Damğalar, rəmzlər… mənimsəmələr
- 181 -
qırğızların jolboldı, kangeldi, çıbil, özbəklərin kataqan, sakay, qaraqalpaqların 
kalqman  nəsilləri  də  özlərini  alban  tayfasının  nümayəndələri  hesab  edirlər. 
Bəzi elmi qənaətlərə görə, Mərkəzi Asiyada məskunlaşmış albanlar qaraqalpaq 
xalqının etnogenezinin formalaşmasında fəal iştirak etmişlər.
142
 Onu da əlavə 
edək ki, qaraqalpaq dilinin kumık, noqay, balkar dilləri ilə qohumluğu onun 
Qafqaz regionu, qaraların (karaimlərin), Krım tatarlarının dilləri ilə bənzərliyi 
isə dolayı yolla da olsa, Azərbaycan dilinə yaxınlığını təsdiqləyir. 
1.Azərbaycan xalçaçılıq sənətində bərabərtərəfli Tenqri açalarından ibarət buta 
ornamenti. Ornamentin daxilində damğa işarələri -         təsvir olunmuşdur. 2.Buta 
içərisində «qoç buynuzu» damğası və uc hissədə hunların səkkizguşəli Tenqri açası. 3-4. 
Xalçalarda Günəş-Qoç damğasının stilizə olunmuş variantları
143
Rusiya ərazisində – türk xalqlarının tarixən yaşadıqları regionlarda məzar 
daşları, qədim tikililər, bəzək ornamentləri arasında geniş yayılmış bu rəmzə 
xristian ilahiyyatçıları da iddialıdırlar. Onların yozumuna görə, iki komponentdən 
ibarət bu işarələrdəki     dairə   Yer planetini, bərabərtərəfli xaç   isə 
xristian dinini təcəssüm edir. Bütövlükdə isə həmin rəmzi «Zühur etdikdən sonra 
İsa Məsihin Yer üzünün mütləq hökmdarı olacağı» kimi mənalandırırlar. Radikal 
xristian mistikləri isə onu xristianlığın digər dinlər üzərində tam qələbəsindən 
sonra dünyanı bürüyəcək Məsih nurun işarəsi kimi yozurlar.
144
 Əlbəttə, tolerant 
mövqeyində dayanıb kilsə xadimlərinin və xristian simvoloqlarının bu iddiasına 
göz yummaq, üstünü vurmamaq da olardı. Lakin «kiçicik» bir fakt, tarixi bir 
142
  А.Галиев. «Иран-наме», 3 (7) 2008  
143
  «Azərbaycan xalçaları», cild 2, №4, 2012. «Azərbaycan xalçaları», cild 2, №5, 2012. «Azerbaijan 
Capert», Ministry of Culture and Tourizm of Azerbaijan, Pəncərə ltd.
144
  И.Смирноваş. «Тайная история креста. Все о древнем мистическом символе человечества». 
Москва: «GKSMO» 2006.
1.    
2.  
3.  
4.

Damğalar, rəmzlər… mənimsəmələr
- 182 -
detal  onların  niyyətlərini  tamamilə  alt-üst  edir.  Yəqin,  unudublar  ki,  ilkin 
orta  əsrlərdə  Yerin  kürə  şəklində  olması  hələ  məlum  deyildi.  Orta  əsrlərdə 
bu gerçəkliyi sübut edən alimlər isə məhz kilsənin təqiblərinə, inkvizisiyanın 
amansız işkəncələrinə məruz qalırdılar. Üstəlik, rəsmi Vatikan yalnız 1992-ci 
ildə dünya katoliklərinin rəhbəri Papa II Yohanın simasında Yerin kürə şəklində 
olduğunu  etiraf  etmiş,  heliosentrik  nəzəriyyənin  banilərindən  olan  Nikolay 
Kopernik və Halileo Halileyə qarşı məhkəmələrdə kilsəni təqsirkar bilərək üzr 
istəmiş və az qala dörd əsr sonra onlara bəraət qazandırmışdır.
XVII-XVIII əsrin əvvəllərinə aid Azərbaycan xəncərinin (Muğan bölgəsi) 
tiyəsi üzərində «alban» damğası işarəsi (müəllifin şəxsi kolleksiyasından).
İndi  isə  albanlar  və  suvarlar  haqqında.  Bəzən  «albandar»,  «atban» 
kimi  də  tanınan  albanlar  özbəklərin,  qaraqalpaqların,  qazax  və  qırğızların 
etnogenezinin formalaşmasında fəal iştirak etmiş türk tayfalarındandırlar.
145
 
Çokan Vəlixanov  yazırdı  ki,  albanlar  iki  qanada  –  sarı  və  çibil  tayfalarına 
bölünmüş  və  qızılbörik  (qırmızı  papaqlı  /qızılbaş),  konurbörik    (qonur 
papaqlı),  aytbozim,  seqiz  sarı  (səkkiz  sarı),  kurman,  aljan,  kıstık  kimi  iri 
nəsillərdən ibarət olmuşlar.
146
  1911-ci il əhalinin siyahıya alınmasına görə, 
Qazaxıstanın Semireçensk vilayətində albanların ümumi sayı təqribən 81,1 
nəfərə, o cümlədən Carkent qəzasında 65,5 min nəfərə, Vernensk qəzasında 
145
  А.Галиев. «Иран-наме», 3 (7), 2008.
146
  Ч.Валиханов. «О киргиз-кайсакской Большой орде», Собрание сочинений в 5 т. А, 1985. 

Damğalar, rəmzlər… mənimsəmələr
- 183 -
15,5  min  nəfərə  çatırdı.
147
  Rusiyalı  alim  N.İzraztsov  1897-ci  ildə  qələmə 
aldığı  «Semireçensk  vilayətində  qırğızların  adətləri»  əsərində  bildirirdi  ki, 
buradakı albanların əksəriyyəti eyni damğa işarəsinə   malikdirlər. Yalnız 
iyirmi ailədən ibarət alacan nəslinin öz damğası 
 vardır.
148
 
«Alban» sözünün etimologiyasına gəldikdə isə qeyd edilməlidir ki, bu söz 
birmənalı şəkildə türk mənşəlidir və bu gün də xakas dilində «bac verən», 
«xərac verən» anlamında işlədilir.
149
 Alban etnosunun adı ilk dəfə eramızdan 
əvvəl  331-ci  ildə  Əhəməni  dövləti  və  Makedoniyalı  İskəndər  arasında  baş 
vermiş  Qavqamel  döyüşü  ilə  əlaqədar  çəkilmişdir.  II  əsrdə  yaşamış  tarixçi 
Arrian Əhəməni ordusunun tərkibində albanların da olmasını qeyd etmişdir. 
Alban və suvar tayfalarının eyni etnik qrupa aid olmalarını onların ortaq damğa 
işarələrindən istifadə etmələri də təsdiqləyir. Oljas Süleymenov Qazaxıstanda 
«Şərqdən gəlmələr» sayılan albanları və suvarları sonralar iki yerə bölünmüş 
vahid  tayfanın  nümayəndələri  sayaraq,  onları  Qafqaz  Albaniyasından  köç 
etmiş «Alban suvarları» və ya «alban-suanlar» (alban-suvarlar) kimi təqdim 
etməyi daha doğru hesab edir. Mərkəzi Asiyada həm albanlara, həm də suan/
suvarlara  aid  damğaların  eyniliyi  bu  ehtimalı  təsdiqləməkdədir.  Mahmud 
Kaşğari  (XI  əsr)  suvarların  türk  dilində  danışdığını  və  Rum  elinədək 
yayıldığını bildirmişdir. Rusiyalı alim D.Yeremeyev isə yazır: 
«V-VI əsrlərdə 
Kiçik Asiyada və Qafqazda baş vermiş bir sıra hadisələr savirlərin (suvar, 
subar, sibir)
 adı ilə bağlıdır. VII əsrdə yaşamış Bizans tarixçisi Feofilakt 
Simokatta onları Şimali Qafqazdakı hun tayfalarına aid edirdi. Eramızın 
568-ci  ilində  avar  tayfaları  suvarları  məğlubiyyətə  uğratdıqdan  sonra 
onların  əsas  kütləsi  Qafqaz  Albaniyasına  (Azərbaycana)  köç  etmişdi. 
Digər Bizans tarixçisi Menandr Protektorun ( VI əsr) məlumatına görə, 
Xosrov Ənuşirəvan suvarların böyük hissəsini məhv etmiş, qalan 10 min 
nəfər  isə Araz  və  Kür  çayları  arasındakı  ərazidə  məskunlaşmışlar».
150
 
Nəhayət, Oljas Süleymenov təqribən 1500 il əvvəl baş vermiş həmin hadisə 
ətrafında araşdırmalar apararaq aşağıdakı qənaətə gəlmişdir: «
Çox güman ki, 
Xosrovun törətdiyi qırğından sonra suvarların bir hissəsi Albaniyadan 
(Qafqaz  Albaniyasından)
  Mərkəzi  Asiyaya  gəlmiş  və  qazax  xalqının 
147
  В.Востров, М.Муканов. «Родоплеменной состав и расселение казахов (конец XIX, начало XX 
вв.). Алма-Ата, 1968. 
148 А.Рогожинский. «Роль номадов в формировании культурного наследия Казахыстана». Алматы, 2010.
149
  В.Бутанаев. «Русско-хакасский словарь». Астана, 2011. 
150
  В.Еремеев. «Этногенез турок». Москва, 1970. 

Damğalar, rəmzlər… mənimsəmələr
- 184 -
tərkibinə qatılmışdır. Qazaxlar onlara yad olan termini (etnonimi) «suan» 
və  «suvan»  kimi  qəbul  etmişlər.  Beləliklə,  Alatau  dağının  ətəklərində 
Alban-suan  (yəni  «Alban  suvarları»)  tayfası  məskunlaşmışdır».
151
 Yeri 
gəlmişkən,  İbn  Fədlan  da  səyahətnaməsinin  Məşhəd  nüsxəsində  suvarları 
«suan» adlandırmışdır və bu, orfoqrafik səhv deyildir.
 
 
YAY-OX. Bu damğa işarəsi də qədim türklərin mifoloji təsəvvürləri, 
mülkiyyət hüquqları, səlahiyyət bölgüləri və hərb sənətindən savayı, həm də 
onların dövlətçilik tarixi və ənənələri ilə də sıx şəkildə bağlıdır. Görkəmli rus 
arxeoloqu  və  şərqşünası,  Mərkəzi Asiya  xalqlarının  tarixi  üzrə  mütəxəssis, 
professor  Nikolay  Veselovskinin  fikrincə,  türk  xalqlarında  iynə,  ox,  bıçaq, 
balta, qılınc, nizə kimi iti uclu əşyalar, hətta tikanlı bitkilər də şər qüvvələri 
vahiməyə salan mistik vasitələr hesab edilirdi. Lakin zaman keçdikcə onların, 
o cümlədən yay-oxun daşıdığı mifik mahiyyətə yeni praktiki çalarlar əlavə 
olunmuşdur.  Məsələn, yay hökmdarın rəmzinə, ox  isə (xüsusilə qızıl və ya 
gümüş dəmrəli oxlar) onun vassallarının, elçilərinin səlahiyyət göstəricisinə, 
eyni zamanda birgə savaşa çağıran dəvət «məktubuna» çevrilmişdir.
152
 Oxçuluq 
qədim türklərin təkcə hərb sənətilə deyil, onların mənəviyyatı, yaşam tərzi ilə 
sıx şəkildə ədaqəli olmuşdur. Təsadüfi deyildir ki, Məhəmməd peyğəmbərin 
oxçuluğa dair hədislərindən biri («Övladlarınıza Quran oxumağı, ox atmağı 
və  üzməyi  öyrədin»)  tarixi  Azərbaycan  ərazisində  oğuzların  zərb-məsəlinə 
çevrilmişdir: 
Oq (ox) atmaq, yazu yazmaq, suda üzmək
Gərəkdir bu üçü hər şəxsə düzmək.
153
Əslində, yay və oxun ayrı-ayrı silahlar kimi təqdim edilməsi qüsurludur. 
Onlar vahid silah dəstinin ayrılmaz hissələridir. Təbii ki, «yay çəkmək» dedikdə 
ox, «ox atmaq» ifadəsini işlətdikdə isə yay da nəzərdə tutulur. Azərbaycan 
dilində qədim ənənəyə uyğun olaraq, bu silah dəstinə «ox-yay» və ya «yay-
ox» deyilir. Eramızın əvvəllərindən etibarən, türk dillərində «döyüş və müdafiə 
151
  О.Сулейменов. «АЗ и Я: Книга благонамеренного читателья». «Грифон М», 2005. 
152
  Н. Веселовский. «Роль стрелы в обрядах и ее символическое значение» // Зап. Восточного 
отделения Русского археологического общества. Т. XXV. Вып. 1-4. Пг., 1921.
153
  «Oğuznamə» (Əmsali-Məhəmmədəli). Bakı: «Yazıçı», 1987.

Damğalar, rəmzlər… mənimsəmələr
- 185 -
vasitələri kompleksi» anlamında işlədilən qədim «yaraq» və ya «yar-yaraq» 
(Mərkəzi Asiya xalqlarında «bar-jarak», «joo-jaraq» və s.) sözləri öz kökünü 
«yay» və «ox» kəlmələrinin tandemindən götürmüşdür. Bu baxımdan, 
«yay-
ox» kəlməsi qədim atıcı silahın tam adıdır və digər türk dillərində – Altay 
xalqlarında 
«saak», «saok» (yay+ox), qazax və başqırdlarda - «zaq» və ya 
«jaq», özbəklərdə «oq-yoy», qaraqalpaqlarda «oq-zay»,  uyğurlarda  «oqiya» 
(ox+yay), xakaslarda 
«oksa»,  «iksa» və s. şəklində işlədilir. 
«Yay» sözünün etimoloji yozumunda ortaq qənaət yoxdur. Rusiya alimi 
Tanem  Loseva-Baxtiyarova  belə  ehtimal  edir  ki,  bu  kəlmə  «getmək», 
«yaxınlaşmaq» anlamı verən «yay» felindən törəmişdir.
154
 N.Poppe isə «ja» 
(yay)  sözünün  etimologiyasını  tunqus-mancur  dillərindəki  «nay»  (paya, 
nizə sapı) kəlməsi ilə bağlayır. Güman ki, silahın adı onun ağac gövdəsinin 
fiziki  xüsusiyyətindən  -  elastikliyindən  (yay  kimi  dartınmaq,  əyilmək) 
götürülmüşdür. Bir sıra türk dillərinin VII-XIII əsrlərə aid leksikasında «yay» 
sözü  həm  də  «dağıtmaq»,  «yaymaq»,  «əsmək»,  «titrəmək»,  «silkələmək» 
mənalarında (Azərbaycan dilindəki «yayğın» kəlməsi) da işlədilib.
155
 
Yay-ox vasitəsilə hakimiyyət bölgüsündə statusun müəyyənləşdirilməsi 
oğuzların damğa işarələrində, mif və rəvayətlərində geniş əks olunmuşdur. 
Məsələn,  oğuz  konfederasiyasına  daxil  olan  24  boy  (tayfa  birləşmələri) 
arasındakı səlahiyyət bölgüsü həm də onların damğalarındakı yay və oxun 
qrafik  təsvirlərinə  görə  müəyyən  edilirdi.  Məsələn,  Mahmud  Kaşğarinin 
(«Divani- lüğət-it Türk»), Fəzlullah Rəşidəddinin («Cami ət-Təvarix»və 
Əli Yazıçıoğlunun («Tarixi ül-Səlcuq») təsnifatlarında bəzi oğuz boylarının 
damğa işarələrində yay və ox tiplərinin təsvirlərinə də rast gəlinir: bayat - 
; bəydili -   (yandırıcı oxlar üçün haça dəmrəli ucluq, düşmən atlarının 
yaralanması üçün də istifadə edilir); ürəgir -   (bozox və üçox boylarının 
birliyi); kınık -   (bədəndə ilişib qalan qarmaqlı ox dəmrəsi); Eymür -   
(bu  işarə  Azərbaycanda,  Türkiyədə,  Gürcüstanda  və  İranda  yaşayan 
qarapapaqlar tayfasının da damğası olmuşdur) və s. Türk xalqlarının epik 
yaradıcılığında,  o  cümlədən  «Kitabi-Dədə  Qorqud»  dastanlarında  da  yay 
hakimiyyəti,  ox  isə  and  yerini,  pozulan  anda  görə  Tanrının  göndərəcəyi 
154  Т.Лосева-Бахтийарова. «Военная лексика тюркских языков»,
  http://cheloveknauka.com/voenna-
ya-leksika-tyurkskih-yazykov
155
 «Древнетюркский словарь». Изд. «Наука», 1969 

Damğalar, rəmzlər… mənimsəmələr
- 186 -
cəzanı  simvolizə  edirdi.  Bu  ənənə  dastandakı  «Öz  oxuma  sancılım!» 
ifadəsində  qalmışdır.  Qədim  türk  runlarındakı  ox  təsvirli  bəzi  işarələrin 
(məsələn:  )  şumer  mixi  yazıları  əsasında  yaranması  fikrini  irəli  sürən 
türkiyəli alim A.Əmrə bu əlifba varisliyini Göytürk əlifbasındakı   
 (oq/
ox) ideoqrafik təsvirin genezisində görür.
156
 Bundan başqa,   işarəsi etrusk 
əlifbasında da eyni səsi və mənanı daşıyırdı. Həmin rəmz ilkin olaraq şumer 
panteonunda  «ilahilər  atası»  adlandırılan,  eramızdan  əvvəl  III  minilliyə 
kimi «dini hakimiyyətini» qoruyub-saxlayan 
An və ya Anu (Göy) ilə Yer 
ilahisi 
Ki arasında birliyi, eyni zamanda, Anın qüdrətli silahını - yay-oxunu 
simvolizə  edirdi.  Yeri  gəlmişkən,  bir  çox  xalqların  inanclarında  yay-ox 
sakral  xarakter  daşımaqla  yanaşı,  ilahilərin  (İştar,  Humay,  Erlik,  Tenqri, 
Artemida, Diana, Erot, Orion, Kali, Del, Odin, Skadi və s.) atributlarına, 
hərb,  ədalət,  qisas,  nəsil,  tayfa,  nikah  və  sevgi  rəmzlərinə  çevrilmişdir. 
Qədim  türk  mifologiyasına  əsasən,  insanlara  ilk  dəfə  yay-ox  düzəltməyi, 
ov etməyi Tenqri öyrətmişdir. Görkəmli Azərbaycan alimi, akademik Mirəli 
Seyidov bu fetişizmin səbəblərini belə açıqlayırdı: «
Əski, lap əski insanın 
yaşayışında,  ölüm-dirim  məsələsində  ovun,  oxun,  yayın,  dəmirin 
xüsusi rolu olmuşdur. Məhz buna görə əcdadlarla bağlı olan nəhənglər, 
totemlər,  ilahilər  ox  və  yayla  təsvir  edilirlər.  Buna  görə  də  bir  çox 
xalqların əcdadlarında ov, yay, ox kultu vardı. Biz bunun əlamətlərinə 
Oğuznamələrdə rast gəlirik. Yay-ox hakimiyyət, həm də ailə qurmaq, 
müstəqil ev-ocaq sahibi olmaq üçün bir rəmzdir. Əfsanədən göründüyü 
kimi, Oğuz xaqan oğlanlarını yay çəkib ox atdıqdan sonra ev-eşik sahibi 
edir. Həmin adət bəzi türk qəbilələrinin, tayfa birləşmələrinin adlarının 
yaranma səbəblərini aydınlaşdırır».
157
 
Əski  türklərdə  yay-oxun  daşıdığı  rəmzi  xarakterə  dair  xeyli  misallar 
çəkmək olar. Eramızın 610-cu ilində Tan sülaləsindən olan imperator Qərbi 
Türk  dövlətinin  xaqanı  Çulo  xan Tamanı  devirmək,  onu  Şequy  xanla  əvəz 
etmək niyyətinə düşür. Bu məqsədlə ağ yeləkli ox hazırlatdırıb səfir vasitəsilə 
Şequy xana göndərir. İmperatorun məqsədindən duyuq düşən Çulo xan səfiri 
yarı yolda haqlayıb həmin oxu ələ keçirir. Lakin imperator elçisi ozünü Şequy 
xana  çatdıraraq  vəziyyəti  ona  danışır.  Oxa  sahib  olmaq  uğrunda  başlanan 
156
  А.Emre. «Eski türk yazisinin menşegi». İstanbul, 1938.
157
  M.Seyidov. «Azərbaycan mifik təfəkkürünün qaynaqları». Bakı, 1983. 

Damğalar, rəmzlər… mənimsəmələr
- 187 -
müharibədə Çulo xan məğlub olur. Şequy xan isə ağ yeləkli oxa yiyələnərək 
xaqan taxtında əyləşir.
158
 
Sibir hökmdarı Kuçum xan Yermakın yürüşünə qarşı qoşun toplamaq üçün 
təbəələrinə  qızıl  oxlar  göndərmişdi.  Əski  türklərin  bu  ənənəsindən  vaxtılə 
Çin  imperatorları  da  yararlanmışlar.  Salnamələrə  görə,  Sultan  Mahmud 
Qəznəvi (971-1030) samanilərlə apardığı müharibədə Mərkəzi Asiyadakı oğuz 
tayfalarının hərbi yardımı sayəsində qələbə qazansa da, onların əzmindən, döyüş 
məharətindən xeyli çəkinirdi. Xüsusilə, oğuzların başçısını – kınık boyundan 
olan (F.Rəşidəddinə görə, damğa işarəsi -  ) və «mərd, döyüşkən, ildırım sürəti 
ilə düşməni məğlub edən sərkərdə» adlandırdığı Arslan Yabqunu (yabqu və ya 
bayqu - ali hökmdar titulu) Qəznəvilər xanədanı üçün başlıca təhlükə hesab edirdi. 
Odur ki, oğuz tayfaları arasında böyük nüfuza malik sülalənin nümayəndəsini, 
«Temir-yalıq» (Dəmir yaylı) ləqəbi ilə tanınan Dukakın nəslindən olan sübaşı 
(komandan, «sü» əski türk dilində «qoşun» deməkdir) Səlcuq bəyin nəvəsini 
-  Arslan  bəyi  təkləyib  aradan  götürməklə  tayfa  birliyini  pozmaq  məqsədilə 
1025-ci  ildə  onu  Səmərqəndə,  ziyafətə  dəvət  edir.  Zahirəddin  Nişapurinin 
salnaməsində,  Nasir  ibn  Əli  əl-Hüseyninin  «Ahbarüd  dövləti-Səlcuqiyyə», 
Əbu Faiz Beyhakinin «Tarixi-Beyhaki» əsərində həmin ziyafətdə baş vermiş 
hadisələr barədə yazılır ki, Sultan Mahmud üzünü Arslan Yabquya tutaraq savaş 
zamanı ehtiyac olarsa, ona neçə döyüşçü göndərə biləcəyini soruşur. Sadəlövh 
oğuz sərkərdəsi qürurla üstündəki yay və üç oxu oğuz tayfalarına yollayarsa, 
440 min döyüşçünün köməyə gələcəyini deyir. Bunları eşidən Sultan Mahmud 
«üç ox və bir yayla bu qədər ordu yığa bilən kəs taxt-tacıma təhlükədir» deyib, 
Arslan  Yabqunu  və  oğlu  Qutlamışı  həbs  etdirərək  Hindistandakı  Kalincar 
qalasına göndərir. Sonra isə oğuz oxçuları yay çəkə bilməsinlər deyə onların sağ 
əlinin baş barmağının kəsilməsi barədə fərman verir. 
Yay-ox  mifologemi  türk  təsəvvüf  fəlsəfəsində  də  iz  qoymuşdur.  Sufi 
rəmzləri arasında qurulu yay tam halında islam dinini, onun iki qolu Allah-
Təalanı və Məhəmməd peyğəmbəri (s.ə.s.), hər iki hissəni özündə möhkəm 
birləşdirən qəbzə isə bu vəhdətdən yaranan imanı simvolizə edirdi. Orta əsr 
irfan poeziyasında yay Allahın adlarından birinin (Səbr) təcəssümüox (tir) 
isə «kamil insan» anlamını verən «İtaət» anlayışlarının daşıyıcısı olmuşdur. 
158
 Н.Бичурин. «Собрание сведеней о народах, обитавщих в Средней Азии в древние времена», 
Ч.1, М.; Л., 1950. 

Damğalar, rəmzlər… mənimsəmələr
- 188 -
İmadəddin  Nəsimi  bu  ideyanı  qədim  türklərin  yay-ox  mifologemi  ilə 
zənginləşdirərək kamil insanın daxili dünyasında Allah və bəndənin, hökmdar 
və vassalın, Səbr və İtaətin vəhdətini belə ifadə edirdi:
Tir (ox) mənəm, Kaman mənəm, pir mənəm, cavan mənəm,
Dövlət-i Cavidan (Əbədiyyət) mənəm, ayinedanə sığmazam.
Dünya hərb tarixində mahir atıcılar, xüsusilə «atlı oxçular» kimi şərəfli iz 
qoymuş türk tayfa və tayfa birləşmələrinin, qədim dövlətlərinin bəzilərinin – 
«on ok budun» (on ox xalqı), «on ok eli» (on ox eli/dövləti), «oğuz», «türkeş» 
(tirkeş),  «sak»  kimi  etnonimlərin  yozumunda  da  yay-oxun  rəmzi  mənası 
özünü qabarıq büruzə verir. Məsələn, bir sıra türkoloqlar, o cümlədən tanınmış 
macar alimi G.Emez «oğuz» etnoniminin «ox/ok/oq» sözündən və «uz» cəm 
şəkilçisindən  yarandığını,  bütövlükdə  «oxçular»  anlamı  verdiyini  bildirir. 
Türkiyəli tədqiqatçı A.Kaya «Əfşar türkmənləri» əsərində bu izahı dəstəkləyərək, 
qədim  dövrlərdə  «oğuz»  və  «oxçular»  kəlmələrinin  eyni  mənalı  olduğunu, 
sonralar təhrif edildiyini, lakin oğuz boylarının əcdadı sayılan Oğuz xanın adı 
ilə ilkin anlamına qayıtdığını vurğulayır. Yeri gəlmişkən, Qızıl Orda dövlətinin 
hərb sənətində kəşfiyyat və diversiya (akınçılıq) xarakterli əməliyyatları yerinə 
yetirən  elitar  oxçu  dəstələr  də  «oğuz»  adlandırılırdı.  Onu  da  xatırladaq  ki, 
«ox» kəlməsi qədim türklərdə həm də «boy», «nəsil» anlamlarında işlədilirdi. 
Tarixi mənbələrə əsasən, təqribən 630-cu ildə Qərbi Göytürk dövlətində baş 
qaldırmış  qarışıqlıqlar  nəticəsində  türk  boyları  parçalanmış  və  yenidən  öz 
aralarında on qrup halında təşkilatlanmışlar. Həmin qrupların hər birinə «ok/
ox» adı verilmişdir. Türkiyəli professor Umay Türkeş-Günay bu barədə yazır: 
«On oxların bir hissəsi «türgiş», «türkiş» və ya «türkeş» adı altında hərbi-siyasi 
mübarizədə  önə  çıxaraq,  geniş  bir  ərazidə  hakim  olmuşlar.  Türkişlər  766-cı 
ildə İli çayı sahillərindəki yurdlarını tərk edərək şimala və qərbə köç etmiş, Sır-
Dərya (Seyhun) çayı ətrafındakı ərazilərdə məskunlaşmışlar. Məhz bu dönəmdə 
«türgit» etnonimi qəflətən qeyb olmuş və onun yerinə «oğuz» kəlməsi işlənməyə 
başlanmışdır».
159
 Oljas Süleymenovun araşdırmalarına əsasən, şumer mənşəli 
olan «tir», «til» və ya «ti» sözü eyni vaxtda «ox» və «həyat» (türk dillərində 
«diri» və ya «tiri») bildirirdi. 
159
  U.Türkeş-Günay. «Türklerin Tarihi. Keçmişden geleceğe». Aksağ Uayınları, Ankara, 2006.

Damğalar, rəmzlər… mənimsəmələr
- 189 -
Qədim şumer əlfbasında həmin kəlmə   işarəsi ilə (həyat - yay və oxun 
birliyi) ifadə olunurdu. Bu təsviri tərsinə çevirdikdə isə   «sadak» (oxdan, 
ox  çantası)  anlamını  verirdi. 
160
  Diqqət  yetirdikdə  şumer  işarələri  ilə  eyni 
mənalı və iki seqmentli (yay-ox) türk damğalarının semantik izahında       
 
 oxşar cəhətlər müşahidə olunmaqdadır. Bütün bunlar daha qədim olan 
«sak/saka» etnoniminin yozumunu yenidən nəzərdən keçirməyə, onun türk 
dillərindəki «yay-ox» sözündən yaranması barədə ehtimal irəli sürməyə əsas 
verir. Bu ehtimalı gerçəkliyə yaxınlaşdıran amillərdən biri sakalardan, onların 
savaş sənətindən bəhs edən antik müəlliflərin öz əsərlərində «sak» kəlməsinin 
«iranlıların» dilində «oxatanlar» mənasını verməsini qeyd etmələri, digəri isə 
bəzi Altay və Mərkəzi Asiya türklərində, o cümlədən saxa dilində «yay-ox» 
silahının «sa-oq» və ya «saa-ok» kimi adlandırılmasıdır. Yeri gəlmişkən, antik 
mənbələrdə  oxun  qədim  sak/skiflərdə  «siyasi  əhəmiyyətinə»  dair  də  xeyli 
məlumat vardır. Məsələn, Herodotun «Tarix» əsərində qeyd olunur ki, İran 
şahı I Dara Gistapsın qoşunları skif toraqlarına soxularkən skif hökmdarı ona 
quş, siçan, qurbağa və beş oxdan ibarət ultimatum göndərir. Yəni quş olub 
göyə uçsan da, siçan kimi yer altında, qurbağa kimi su altında gizlənsən də 
oxlarımdan (tabeliyimdəki beş tayfadan ibarət seçmə döyüşçülərimdən) yayına 
bilməzsən.
161
 Digər rəvayətə görə, skif sərkərdəsinin Daraya göndərdiyi sərt 
yayı  (sarsılmaz  hakimiyyət  rəmzini)  iranlı  döyüşçülərin  heç  biri  əyib  qıra 
bilməmişdir.
Rəvayətlərə görə, oğuz xalqlarının ulu əcdadı, Günəş nurundan doğulan, 
116 il ömür sürən Oğuz xan 75 illik hakimiyyəti ərzində türk dövlətini qüdrətli 
imperiyaya  çevirə  bilmişdir.  Türk  dastan  tarixinin  yazılı  abidələrinin  – 
“Oğuznamələr”in baş qəhrəmanı olan Oğuz xan səltənətini övladları arasında 
bölərkən məhz yay və oxun daşıdığı qədim rəmzi mənadan bəhrələnmişdir. 
Belə  ki,  xaqan  üç  böyük  övladının  -  Gün  xan,  Ay  xan  və  Ulduz  xanın 
tapdığı qızıl yayı üç hissəyə bölərək qardaşlar arasında paylamış və onların 
yeni birliyini «bozok» (pozan, dağıdan, hissələrə bölən ox) adlandırmışdır: 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin