əcdadları hesab edirdilər».
7
Bununla belə, skif-sarmat tarixinə siyasi yanaş-
manın, daha doğrusu, Rusiya imperiyasının Avropada nüfuzunun artırılması
məqsədilə tarixi miflərdən geniş istifadə edilməsinin təməli I Pyotr tərəfindən
qoyulmuşdur. Məhz onun tapşırığına və vəsaitinə əsasən, Avropa tarixçiləri
rus xalqının şəcərəsini saka-skiflərlə, sarmatlarla bağlamağa, türk xalqları-
nın izlərini bu tarixdən silməyə başladılar. Bu təşəbbüsə birincilər sırasında
I Pyotrun köhnə tanışı, alman alimi Qotfrid Vilhelm Leybnis qoşulmuş və
nəhayət, 1708-ci ildə bu sözləri yazmışdır:
«Mən «sarmat» deyəndə bütün
slavyan xalqlarını nəzərdə tuturam. Əvvəllər onları «sarmat» çağırırdı-
lar». Lakin bu sözlər imperatorun siyasi iddialarının reallaşması üçün kifayət
deyildi.
8
Yəqin ki, 1713-1722-ci illərdə Sibirdə sürgün həyatı yaşayan əsir İs-
veç zabiti Filip Yohan Tabbert-Stralenberqin (1676-1747) və çar I Pyotrun
tövsiyəsi ilə Rusiya arxeologiyasının əsasını qoyan alman alimi Daniel Qotlib
Messerşmidtin (1685-1735) təsadüfi görüşü və bu görüşün nəticəsində birgə
ekspedisiyaları olmasaydı, skifşünaslıq elmi, bəlkə də, indi türk xalqlarının
qədim tarixinin öyrənilməsinin bir qoluna çevrilərdi. Bu həmin F.Tabbert-
Stralenberqdir ki, sonralar türk xalqlarının tarixi barədə dolaşıq fikirlərin,
7
Д.Верхотуров. «Скифы между тюрками и славянами» // алманах «Лебедь», № 408, 09 января
2005 г. http://www.lebed.com/2005/art4029.htm
8
М.Закиев. «Происхождение тюрков и татар». М.: “ИНСАН”, 2003
Damğalar, rəmzlər… mənimsəmələr
- 210 -
xüsusilə Altay nəzəriyyəsinin müəlliflərindən biri kimi tanınacaqdır. İxtisasca
həkim və botanik olan D.Messerşmidtin üzərinə düşən missiya, daha doğ-
rusu, I Pyotrun məsul tapşırığı isə skiflərin rus xalqının ulu əcdadı olması
barədə «təkzibolunmaz» faktlar toplamaq, slavyanların avropalılardan da
qədim etnos olmasını Avropa elmi ictimayyətinə çatdırmaq idi. Bu total siyasi
saxtakarlığın səbəbi isə XVII əsrin əvvəllərində Rusiyanın iqtisadi, siyasi və
mədəni tənəzzülü ilə bağlı idi. Belə ki, XVIII əsrin əvvəllərindən etibarən
özünə qapanan Avropa əhalisinin təfəkküründə yeni özünüdərk ideyası - avro-
sentrizm baxışları formalaşmağa başlamışdır. Nəticədə, Avropa məkanından
və avrosentrizm çərçivəsindən kənarda qalan xalqlara, eləcə də slavyanlara
«vəhşi barbarlar», «sivilizasiyaları məhv edən insan toplumları» kimi yana-
şılırdı. Belə münasibət Rusiyaya da aid edilirdi. Qərb hələ də Rusiyanı «Ta-
tariya», ən yaxşı halda «yarı Şərq, yarı Qərb meyilli yarımvəhşi batil xristian
dövlət» kimi dərk edirdi. Qollarını çırmalayıb «balta ilə Avropaya pəncərə
açan» (məcazi mənada da olsa, bu,həqiqətdir) çar I Pyotrun məqsədlərindən
biri yüz illər boyu dayanıqlılığını göstərən bu münasibəti dəyişmək, Rusiya-
nı Avropa mədəni məkanının bir hissəsi kimi təqdim etmək idi. Pyotrun bu
cəhdləri barədə bir qədər sonra əhatəli bəhs olunacaqdır. Hələlik isə onu deyə
bilərik ki, imperatorun rus xalqının etnogenezini qədim və döyüşkən, hətta
Avropaya da meydan oxuyan skiflərlə bağlamaq təşəbbüsü bir tərəfdən rus-
ların soyunu süni surətdə qədimləşdirmək, yeni milli özünüdərk mifini ya-
ratmaq (yeri gəlmişkən, əcdad axtarışı prosesi bu gün də davam etməkdədir),
digər tərəfdən isə Rusiyanın Şərqlə siyasi əlaqələrini saxlamaqla, onu arzuo-
lunmaz bağlardan, xüsusilə bu ölkənin formalaşmasında mühüm rol oynayan
türk dünyasının etnosiyasi məkanından ayırmaq məqsədi daşıyırdı. Skif Rusi-
yanın yeni millətçilik və vətənpərvərlik simvolu olmalı idi.
Beləliklə, Daniel Qotlib Messerşmidtin və Filip Yohan Tabbert-Stralenber-
qin başladığı etnosiyasi avantüranın estafeti bu günə kimi davam etməkdədir.
Halbuki, rus tarixçisi və tərcüməçisi Andrey Lızlov 1692-ci ildə
«Skifiya
tarixi
» kitabını yazmış və burada rusların və Avropa xalqlarının Xəzər, Qı-
zıl Orda və Türkiyə dövlətlərinə münasibəti məsələlərinə toxunmuş, türk və
tatarların skiflərin törəmələri olduqlarını sübuta yetirmişdir. Bununla belə,
XVIII
əsrin əvvəllərinə kimi türk xalqları skiflərin törəməsi kimi qəbul
edilmişdir.
9
A.Lızlov yazırdı:
«Skifiyanın (Skif ölkəsinin) sərhədləri Volqa
çayından Don çayına kimi uzanır… Bu xalq heç vaxt məğlub olmayıb,
həmişə qələbələr qazanıb. Onlar İran şahı Daranı Skifiyadan qovmuş,
9
М.Закиев. «Происхождение тюрков и татар». М.: «ИНСАН», 2003.
Damğalar, rəmzlər… mənimsəmələr
- 211 -
Kiri öldürmüş (söhbət massaget hökmdarı Tomrisin Araz çayı yaxınlığın-
da Kir ilə qanlı döyüşündən gedir – A.Q.),
Böyük İskəndərin «Zopirion»
adlı getmanını (sərkərdəsini) məğlubiyyətə uğratmış, Baktriya və Parfiya
taxt-tacının əsasını qoymuşlar… Türklər, parflar, macarlar, iranlılar (bu-
rada Azərbaycan türkləri nəzərdə tutulur)
bu xalqdan törəmişlər… Qədim
tarixçilər onları «skiflər» və «sarmatlar» adlandırmışlar… Bu xalqın
qonşuluğunda isə həmişə bizim əcdadlarımız – slavyanlar və başqaları
yaşamışlar». Tarixçi maraqlı bir məqama da toxunur: «Skifiyanın yarısın-
dan kiçik olan və As dənizinin (Azov dənizinin – A.Q.) yuxarı hissəsində
yerləşən hissəsi «Tatariya» adlanır və aşağıdan Xvalın (Xəzər) dənizinin
yaxınlığındakı böyük və məşhur Qafqaz dağlarına kimi uzanır. O biri
tərəfdən – Şərqdə latınca «Mons Taurus» dağı (Ağrı dağı) ilə iki yerə bö-
lünür. Nuhun gəmisi bu dağa yan almışdır».
10
Alman alimi Eduard Eyn-
xvald (1795—1876) da türk tayfalarının eramızdan xeyli əvvəl Avropada
məsunlaşmaları barədə qənaətlərini əsaslandıra bilmişdir. O bildirirdi:
«Bəzən
müxtəlif türk tayfalarını da skiflərə aid edirlər. «Skiflər» dedikdə türk
tayfalarının nəzərdə tutulması haqqında çoxsaylı sübutlar vardır. He-
radot əsərlərində türragetləri, turkları… qeyd edir. «Türk», «türraget»
tayfası haqqında Plini, Pomponi, Strabon da yazır».
Burada maraqlı bir siyasi məqamı da xatırlatmaq istərdik. XX əsrin
əvvəllərində Avropadan yenidən tədric olunan Rusiya imperiyasını iqtisadi
və siyasi böhran çuğlamışdı. Rusiya hələ də avropalıların gözündə «barbar
dövlət» olaraq qalırdı. Eyni zamanda, imperiya ərazisində artmaqda olan sosi-
al narazılığı daxili problemlərdən yayındırmaq məqsədilə ictimai şüura, kse-
nofobiyadan əziyyət çəkən bir sıra rus ziyalılarının təfəkkürünə «İsa Məsih
Şərqinin» - Böyük Rusiyanın «ilahi missiyasına» dair yeni maniakal ideya
- «onun Avropanı və bütövlükdə xristian dünyasını süqut təhlükəsi qarşısında
qoyan növbəti «monqol-tatar ordularının basqınlarından xilas etmək» vəzifəsi
nüfuz etdirilmişdir. Əslində, bu, Qərbə ünvanlanmış aqressiv mesaj idi.
Hakimiyyət tərəfindən açıq dəstəklənən bu ideya Rusiyada yeni millətçilik,
qaraguruh dalğasının yaranmasına, digər xalqların nümayəndələrinə qarşı
kütləvi iğtişaşların baş verməsinə səbəb olmuşdur. Məhz belə bir vəziyyətdə
yəhudi mənşəli «rus şairi» Aleksandr Blok Avropaya xitabən qəzəb dolu
məşhur şeirini yazmışdır. Şeirdə deyilir:
«Sizin sayınız milyonlarladır. Biz
isə sonsuz saydayıq. Döyüşmək istəyirsinizsə, gəlin! Bəli, biz skiflərik! Gö-
züqıyıq qəddarlarıq!». Maraqlıdır ki, «gözüqıyıq rusların» saka-skif mənşəli
10
А.Лызлов. «Скифская история». М.: «Наука», 1990.
Damğalar, rəmzlər… mənimsəmələr
- 212 -
olması ideyası bu gün də Rusiyanın siyasi gündəminə gətirilmişdir.
İstənilən xalqın etnogenezinin tədqiqində linqvistik materialların xüsusi
əhəmiyyətini vurğulayan məşhur tatar alimi Mirfatax Zəkiyev linqvoarxeo-
loji tədqiqatları nəticəsində müəyyən etmişdir ki, «ənənəvi» tarixşünaslığın
iddialarının əksinə olaraq,
ar/ir (ari), as/əs, sak/saka, skd (skif), soqdak/
soqdlar, sün/hun, bi/bay/bard/pard ( parf), ok/ak, min/mi/mide, kusön/ko-
san/kuşan, toxar/daqar kimi qədim etnonimlər sırf türk mənşəlidir və «IV-
V əsrlərdə türklərin Altaylardan böyük köçü» konsepsiyasının çərçivələrinə
sığmır. M.Zəkiyev tarixşünaslığa məqsədli şəkildə nüfuz etdirilmiş həmin
etnosiyasi konsepsiyanı qüsurlu sayır və nə tarixi, nə də linqvistik dəlillərə
söykənmədiyini bildirir: «
Türk dilinin linqvoarxeologiyası sübut etmiş-
dir ki, qədim türklər hələ eramızdan bir neçə min il əvvəl hətta Qara
dənizin ətraf sahillərində də məskunlaşmışdılar».
11
Görkəmli tatar maarif-
çisi Hadi Atlasi hələ 1911-ci ildə nəşr etdirdiyi «Seber tarixi» (« Sibir tarixi» )
kitabında vurğulayırdı ki, «
Qədim yunanların « Skifiya» adlandırdıqları
regionlar Türküstan ərazisi ilə üst-üstə düşür və iranlıların « Turan» ad-
landırdıqları torpaqlar oturaq türklərin ölkəsi olmuşdur».
12
Azərbaycan
alimi Qiyasəddin Qeybullayev isə saka-skiflərin və midiyalıların qədim türk
dilinin müxtəlif ləhcələrində danışdıqları qənaətinə gəlmişdir. Türkiyəli alim
İlhami Durmuş da 1993-cü ildə nəşr olunmuş «İskitlər (Sakalar)» əsərində
linqvistik, arxeoloji, etnoloji müqayisələr nəticəsində saka-skiflərin türkdilli
olmasını sübuta yetirmişdir.
13
O da məlumdur ki, XIX əsrdə yaşamış ingilis
tarixçisi, Mançestr Universitetinin professoru Eduard Parkerin 1875-ci ildə
işıq üzü görmüş «Tatarların tarixindən min il» kitabında qədim türk və skifləri
nəinki bir-birindən fərqləndirmir, əksinə skif, hun və türkləri eyni etnik kökə
malik olan tayfaların müxtəlif inkişaf mərhələsi kimi identifikasiya edir.
14
Ma-
car alimi Yulius Nemet isə bunları yazırdı:
«Türklərin yaşadıqları qədim
əraziləri, adətən, Mərkəzi və Şərqi Asiyaya aid edirlər. Mənim fikrimcə,
eləcə də linqvistik materiallara görə, türklərin ən qədim məskənlərini
Qərbi Asiyada axtarmaq lazımdır».
15
Qeyd edək ki, nüfuzlu türkoloq və
şərqşünaslardan Geza Kuun, Sədri Məsudi Arsal, Əhmədzəki Toğan və baş-
qalarının da elmi qənaəti belə olmuşdur. Qaraqalpaq alimi Daulen Aytmuratov
11
М.Закиев. «Тюркская лингвистическая археология», miraska.narod.ru/miras/history/m.zak_etn.htm
12
Х.Атласи. «История Сибири», http://protatar.narod.ru/Kitaplar/HadiAtlasi/SibHis.html
13
İ.Durmuş. “İskitler (Sakalar)”, Genelkurmay Askerî Tarih ve Stratejik Etüt Başkanlığı Yayınları,
Ankara Genelkurmay Basimevi, 2008
14
В.Мирзаянов. «Фальсификаторы науки за работой», http://ufa.tatar.info/pubs/wilmir-001_langrus.html
15
К.Лайпанов, И.Мизиев. «О происхождении тюркских народов Черкесск. Изд. ПАО «ПУЛ». 1993
Damğalar, rəmzlər… mənimsəmələr
- 213 -
«Türk etnonimləri: «qaraqalpaq», «çornıye klobuki», «çərkəz», «başqurd»,
«qırğız», «uyğur», «türk», «peçeneq», «sak», «massaget» və «skiflər» adlı ki-
tabında tarixi materiallara istinad edərək, nəhəng coğrafi əraziyə – Altay, Qa-
zaxıstan, Cənubi Ural, Monqolustan, Qara dəniz sahilləri, Qafqaz və Dunay
çayı ətrafına yayılmış saka-skiflərin böyük hissəsinin məhz türk tayfalarından
təşkil olunduğu qənaətinə gəlmişdir: «
Qədim yazılı mənbələrə əsasən , on-
ların ilkin tarixi Aral dənizi regionu, qazaxların « Yetısu» (Yeddi su, Yed-
di çay )
adlandırdığı və Tyan-Şan dağlarından Balxaş gölünədək uzanan
ərazilər və Altay dağları silsiləsi ilə sıx bağlıdır. Bu torpaqlarda isə iran-
dilli tayfaların nə vaxtsa mövcudluğu qeydə alınmamışdır. Bundan baş-
qa, həmin ərazilərdəki saka-skif məzarlıqları və aşkar olunmuş maddi-
mədə ni nümunələr də bu fikri təsdiqləməkdədir.
16
Rusiya Arxeologiya və
Etnoqrafiya İnstitutundan V.Kubarev də Pazırıq mədəniyyəti və Altay dağla-
rındakı qayaüstü təsvirlərin bir-biri ilə üzvi şəkildə bağlı olması qənaətindədir.
Alim təəssüf hissi ilə bildirir ki, dinamik Pazırıq incəsənətinə aid olan maddi
nümunələr praktiki olaraq indiyədək Altay dağlarındakı təsvirlərlə müqayisə
edilməmişdir. Halbuki, qədim saka kurqanlarında aşkar olunmuş təsvirlərin
Altay qayalarında analoqları mövcuddur.
17
Qədim Çin yazılı mənbələrində «sak» etnonimi «sai» adlanırdı. Nikolay
Aristov da «sak»/»saka» və onun təhrif edilmiş törəməsi sayılan «skif»
kəlməsinin ilkin variantının məhz «sa» sözü olduğunu, «k» şəkilçisinin isə
cəmlik bildirdiyini qeyd etmişdir. Onun fikrincə,
«bir vaxtlar Qərbi Tyan-
Şan ərazilərində yaşayan «saka», «sa» və ya «se» adlanan türk tayfası
sonralar Hindistana köç etmiş və burada yerli əhaliyə qarışaraq itmişdir.
Lakin onun izləri qara kırğızların sayak, qırğızların soltı və Yeniseydəki
saqay tayfalarının adlarında qalmaqdadır. Soltı qırğızların bir nəsli isə
«çaqa» adlanır».
18
Qafqazın əski türklərin vətəni olduğunu bildirən Pavel
Nazarova görə, «skif» kəlməsi qədim türklərin antik adıdır. Tədqiqatçı yazır
ki,
« yəhudilər, yunanlar, romalılar « türk» sözünü deyil, « skif» sözünü
işlədirdilər və bu kəlmə (skit, skut, aşkuz, aşkez) « As kişi» , yəni « As (Az)
adamı» ifadəsinin təhrif olunmuş formasıdır. Herodotda skif sözləri
- « jun» (yun), oyr (ər ), « asxi» (acı) sadalanır və onlar türkcədir. Bizans
16
Д.Аймуратов. «Тюркские этнонимы: каракалпак, чёрные клобуки, черкес, башкурт, кыргыз,
уйгур, тюрк, печенег, сак, массагет, скиф». Нукус, 1986,
17
В.Кубарев. «Пазырыкские сюжеты в петроглифах Алтая», http://new.hist.asu.ru/skif/pub/skep/
kuba.html
18
Н.Аристов . Заметки об этническом составе тюркских племён и народнойстей и сведения об их
численности//Живая старина. СПб., 1896
Damğalar, rəmzlər… mənimsəmələr
- 214 -
müəllifləri isə bu sıraya « balıq» kəlməsini də əlavə edirlər» .
19
Rusiya
Elmlər Akademiyası Böyük Pyotr adına Antropologiya Muzeyinin elektron
kitabxanasının saytında R.Rassudova belə bir fantastik fərziyyənin sahibidir.
Onun qənaətinə əsasən, «sak» etnonimi «sart» sözünün təhrif olunmuş
variantıdır və qazax dilində «sarı it» anlamını verir. Yəni «
köçəri maldar
olan qazaxlar oturaq həyat tərzi keçənləri belə adlandırırdılar. Sartlar
bu ərazidə eramızdan əvvəl VII–VI əsrlərdən etibarən yaşayırlar və onlar
«
sak» , « massaget» və s. adlarla da tanınırdılar».
20
Normal məntiqə əsasən, əgər iki tədqiqat obyekti arasında Binar Oxşarlıq
Əmsalı göstəriciləri, yəni eyni elementlərin sistemli şəkildə çoxluğu müəyyən
edilirsə, bu, artıq «bənzərlik» və ya «təsadüf» xarakteri daşımayan «qanuna-
uyğunluq» hesab olunur. Bir çox elm sahələrində, o cümlədən sosiologiyada
da tətbiq olunan bu metod sayəsində tanınmış balkar alimləri İsmayıl Miziyev
və Qazi Laypanov qədim saka-skif və türk etnik mədəniyyətləri arasında çox-
saylı paralellər aşkarlaya bilmişlər. Məsələn:
•
Ortaq ənənələr, inanclar, tanrılar və mifoloji obrazlar arasında oxşarlıq;
•
Çoxsaylı linqvistik elementlər;
•
Köçəri maldarlıq;
•
Məzarlara mərhumlara məxsusu atların və qurbanlıq heyvanların
cəsədlərinin, silahların qoyulması, cənazələrin altına həsir və ya keçə alt-
lıqların döşənməsi;
•
Keçədən dairəvi və alaçıq tipli müvəqqəti yaşayış evlərinin tikilməsi;
•
Qida rasionunda at əti və südündən, kumıs və ayrandan, tez hazırlanan ət
və xəmir xörəklərdən geniş istifadə olunması;
•
Kurqan məzarlıqları və s.
21
Lakin həmin etnomədəniyyətlər arasında Oxşarlıq Əmsalı göstəriciləri
bununla kifayətlənmir. Son illərdə aparılan tədqiqatların nəticələrinə görə
yuxarıdakı siyahıya digər ortaq xarakterli amilləri də əlavə etmək olar:
•
Ortaq rəmz və damğa işarələri;
•
Orduda eyni təşkilat prinsiplərindən və döyüş qaydalarından (dördnala
çapan vəziyyətdə arxaya ox atmaq, «qurd oyunu» taktikası və s.) istifadə
olunması;
19
Paul Nazaroff \”Hunted Through Central Asia\” Oxford University Press 1993 First published 1932
20 Р. Я. Рассудова, «Желтая собака (к истории этнонимов населения Северной Сырдарьи и Южного
Казахстана)», Электронная библиотека Музея антропологии и этнографии им. Петра Великого (Кунсткамера)
РАН http://www.kunstkamera.ru/lib/rubrikator/03/03
21 К.Лайпанов, И.Мизиев. «О происхождении тюркских народов Черкесск. Изд. ПАО «ПУЛ», 1993.
Damğalar, rəmzlər… mənimsəmələr
- 215 -
•
Ordunun aparıcı qüvvəsinin atlı döyüşçülərdən və xüsusilə atlı oxçulardan
təşkil edilməsi;
•
Qədim atıcı silah təsnifatlarında «türk yayı» adlandırılan kompozit
(mürəkkəb, çoxtərkibli) sərt yayların yaradılması və istifadəsi;
•
Ortaq toxuculuq üslubuna və bəzək ünsürlərinə söykənən xalçaçılıq və
keçəçilik sənəti;
•
Atçılıq ənənələri və ləvazimatı;
•
Ortaq kulinariya nümunələri. Herodot yazırdı ki, «Skifin əlinin altında qa-
zan olmayanda əti belə bişirir: Əti sümükdən aralayır və təmizlənmiş hey-
van qarnının içərisinə yığır. Sonra həmin heyvanın «sümuklərindən ocaq
qalayır və beləliklə, öküz özü-özünü bişirirdi». Ətin bu üsulla hazırlanması
qaydası türk xalqlarının etnik mətbəxində (Azərbaycanda: «dəri kababı»,
«qarın kababı», «çoban kababı») indi də qalmaqdadır.
Sözün qısası, bəzi tarixçilərin bütün səylərinə baxmayaraq, saka-skif si-
vilizasiyası, onların maddi-mənəvi irsi əsas etibarilə türk xalqlarının etnik
mədəniyyətində qorunub-saxlanılmış və inkişaf etdirilmişdir. Lakin saka-skif
konfederasiyasında türk tayfalarının fəal iştirakını təsdiqləyən dəlillərdən biri
də həmin dövrlərdə mövcud olmuş qədim dövlətlərə və tayfa birliklərinə aid
rəmz və damğa işarələridir. Eramızdan əvvəl V-IV
əsrlərə aid olan Pazırıq
(basırıq – əski türkcədə « dəfn yeri» , « məzarlıq» )
arxeoloji abidələri bir vaxt-
lar Altay, Ön Asiya, Mərkəzi Asiya və Cənubi Avropanı əhatə etmiş qədim
saka-skif mədəniyyətinin bir nümunəsidir.
Cədvəl 10. Bəzi Pazırıq işarələrinin
22
və ortaq türk damğalarının
23
identikliyi
Pazırıq
Ortaq türk
damğaları
İkinci məqam. Pazırıqdakı beşinci kurqandan tapılan süjetli mərasim
xalçası isə bugünədək dünyanın ən qədim xalı nümunəsi hesab edi-
lir. Onun üzərindəki həndəsi naxışlar, quyruğu düyünlənmiş at, döyüşçü,
müqəddəs maral təsvirləri və damğa işarələri unikal xalçanın etnik mənşəyi
22 С.Яценко. «Знаки-тамги ираноязычных народов древности и раннего средневековья». Москва: «Восточная
литература», 2001.
23 И. Баски. «Тамги и этнические названия (Вклад тамга-знаков в этногенез татар)»// Татарская археология,
1997, №1.
Damğalar, rəmzlər… mənimsəmələr
- 216 -
barədə gərgin müzakirələrə səbəb olmuşdur. Doğrudur, tarixən xalçaçılıq
ənənələrinə malik olmayan ermənilər də bu xalçaya iddialılar sırasına qoşul-
salar da, toxunuş üsulu, üzərindəki rəmz və ornamentlər onun Azərbaycan
ərazisində hazırlanmasına və ortaq türk mədəniyyəti nümunəsi olmasına
şübhə yeri qoymur. Azərbaycan alimləri - professor Firudin Ağasıoğlu, İl-
qar Hüseynov və Nigar Əfəndiyeva, türkmən araşdırmaçısı Əhməd Bek-
muratov, türkiyəli Fuad Tekce və Fəxrəddin Kırzıoğlu birmənalı olaraq
onun toxunma üslubuna, damğa işarələri təsvirlərinə görə 24 oğuz boyunu
simvolizə etdiyini və əski türk xalçası olduğunu sübuta yetirmişlər. Onların
qənaətinə görə, skif tayfa başçısının dəfn mərasimində istifadə olunmuş Pa-
zırıq xalçası eramızdan əvvəl V əsrdə Azərbaycanda, Qarabağ ərazisində to-
xunmuşdur. İ.Hüseynov və N.Əfəndiyeva öz fikirlərini belə əsaslandırırlar:
«Azərbaycanda dövlət quran saqa boyu oğuz türkləri idi. Çünki an-
tik çağ yazarlarının qələmə aldıqları elbəyi saqaların (çar skiflərin)
şəcərə və mifologiyasında keçən adlar oğuz türkcəsində olub, sonra-
kı Oğuznamələrdə də təkrar olunur. Qafqaz Albaniyasında Sakasena
bölgəsi onların adı ilə bağlı idi. Şəki, Şağan, Pir-Saqat və xeyli sayda Sa-
qatlı (Sahatlı, Saatlı) yer adları atlı saqa boylarından qalmadır. Beləliklə,
e.ə. VII əsrdə Quzey Azərbaycanda hakimiyyətdə olan saqa (oğuz) boy-
ları buradakı xalçaçılıq sənətinin, mərasim xalçaları üzərində oğuz
boylarının rəmzləri (yabanı heyvanların stilizə olunmuş təsvirləri) saqa-
ların tətbiqi sənətində « heyvan stilinin» inkişafına təkan vermişdir» .
24
Professor Firudin Ağasıoğlu isə bildirir:
«Şəhid olmuş türk döyüşçüsünü
atı ilə birlikdə basdırmaq gələnəyi Azərbaycanda hələ e.ə. II minilliyin
son əsrlərinə aid Şahtaxtı və Xaçbulaq kurqanlarında görünməkdədir.
Orta əsrlərdə artıq atı deyil, onun daşdan yonulmuş heykəlini qəbrin
üzərinə qoyurdular. Belə adət oğuzlarda da geniş yayılmışdır». Pazı-
rıq xalçası üzərindəki Tenqri-Günəş rəmzinin
ən müxtəlif variantla-
rından bu gün də oğuz (Azərbaycan, Anadolu, Türkmənistan) xalçaçılıq
sənətində geniş istifadə olunur.
Dostları ilə paylaş: |