часть, «Что понимали под словом Азербайджан в средневековом Китае?», http://www
erevangala500.com/?direct=news_page&id=160
169
О.Сулейменов. «Литература - это жизнь: о литературе и литераторах». Алматы, 2011.
Damğalar, rəmzlər… mənimsəmələr
- 288 -
Dərbəndin qala divarları.
Dərbənd şəhərinin etnik mənzərəsi tarixən indiki kimi rəngarəng ol-
mamışdır. Alman coğrafiyaşünası Adam Oleari 1638-ci ildə Dərbənddə
olarkən şəhərin mərkəzi hissəsində qızılbaşların (azərbaycanlıların), yuxarı
hissəsində ayrumların (Azərbaycan tayfalarından biri), aşağı məhəllələrdə isə
yunanların məskunlaşdığını bildirirdi. Çar Rusiyasının statistik məlumatlarına
görə, 1824-cü ildə Dərbənd şəhəri əhalisinin mütləq əksəriyyəti – 93%-i, yəni
10377 nəfəri azərbaycanlılardan, o dövrün mənbələrində yazıldığı kimi «şiə
tatarlardan» ibarət olmuşdur. Tanınmış rus alimi Eduard Eyxvald bir il sonra
Dərbənddə olarkən burada əhalinin böyük hissəsinin azərbaycanlılar təşkil et-
diyini bildirmişdir. 1830-cu ildə Dərbəndin əhalisi və etnik tərkibi haqqında
şəhərin komendantı polkovnik Rozenfeldin tərtib etdiyi cədvəldə də köklu
sakinlərin aşkar say üstünlüyü xüsusi qeyd olunmuşdur. 1830-1834-cü illərdə
Dərbənddə yaşamış Aleksandr Bestujev-Marlinsiki şəhəri «tatarların», yəni
azərbaycanlıların Afinası» adlandırmış, Qafqazda Azərbaycan dilinin əsas
ünsiyyət vasitəsi olmasını, onun öyrənilməsinin əhəmiyyətini vurğulamış-
dır. 1832-ci ildə keçirilmiş kameral siyahıyaalınmanın nəticələrinə əsasən,
Dərbənddə kişi cinsindən olan 4741 azərbaycanlı, 256 yəhudi və 142 erməni
yaşayırdı. 1843-cü ildə də şəhər əhalisi əsasən azərbaycanlılardan – 9572
nəfər, yəhudilərdən – 871 nəfər, ermənilərdən – 284 nəfər, alman və yunan-
lardan – cəmi 5 nəfər ibarət idi. Hələ 1796-cı ildə Dərbənddə 2189 ev, 450
dükan, 15 məscid, 6 karvansara, 50 emalatxana, 30 ipəkçilik və 113 kağız
istehsalı müəssisəsi olduğu halda, burada ilk erməni kilsəsinin yalnız 1860-cı
ildə inşa edilməsi Ermənistan tarixçilərinin Dərbəndə olan iddialarını əsaslı
şəkildə rədd edir. Qırx iki il sonra – 1886-cı ildə keçirilmiş növbəti siyahı-
yalmaya dair rəsmi materiallarda azərbaycanlılar sayca üstünlüklərini (58%)
Damğalar, rəmzlər… mənimsəmələr
- 289 -
qoruyub-saxlasalar da, burada rus, polyak, yəhudi, tatar və Dağıstan xalqların-
dan ilk dəfə avarların məskunlaşdıqlarının şahidi oluruq. 1897-ci il Ümumru-
siya siyahıya alınmasının nəticələri isə Dərbənd şəhərinin etnik mənzərəsinin
sürətlə dəyişməsini, şəhərə latışların, tatların, finlərin və ləzgilərin köç etdiyi-
ni göstərir. Bununla belə, əhalinin 9767 nəfərini, yəni 66,6%-ni yenə də onun
köklü sakinləri - azərbaycanlılar təşkil edirdi.
XIX əsrin əvvəllərindən Dərbəndin Rusiyaya birləşdirilməsindən sonra bu-
rada həyata keçirilən müstəmləkəçilik siyasəti XX əsrin 20-ci illərindən başqa
bir adla - bolşevizmin psevdobeynəlmiləl şüarları altında davam etdirilmişdir.
Belə ki, 1926-cı ilin statistik materiallarına əsasən, Dağıstan ərazisində so-
vet hakimiyyətinin qurulmasından sonra regionda sosial-siyasi problemlərin
gərginləşməsi, əhalinin, xüsusilə Dağıstanın ucqar kəndlərində yaşayan
sakinlərin yaşayış səviyyəsinin kəskin şəkildə pisləşməsi və iqtisadi çətinliklər
üzündən şəhərə rusların, ukraynalıların, Qafqaz xalqlarından darginlərin, ku-
mıkların, lakların, ləzgilərin, avarların kütləvi miqrasiyası başlamış, Dərbəndin
ilkin etnik mənzərəsi sürətlə dəyişmişdir. Nəticədə, azərbaycanlılar şəhər
əhalisinin ümumi sayının 33,9%-ni təşkil etmişlər. 1959-cu il siyahıya alınması
da bu tendensiyanın davam etdirilməsindən, şəhərə Dağıstan xalqlarından sa-
xurların, çeçenlərin, rutulların, tabasaranların, lakların, aqulların, noqayların,
xüsusilə ləzgilərin və s. kütləvi miqrasiyasından xəbər verir. Azərbaycan öz
dövlət mıstəqilliyini bərpa etdikdən sonra, məlum səbəblər üzündən Dağıstan-
da yaşayan azərbaycanlılar süni maneələrlə, bir sıra sosial-siyasi problemlərlə
üzləşmişlər. Nəticədə, hələ 2002-ci ildə Dərbənd şəhəri əhalisinin siyahıya alın-
masına dair materiallarda azərbaycanlıların xüsusi çəkisi 31,7%-ə enmişdir.
Dərbəndin « naməlum» olan məlum işarələri
Rəsul Həmzətovun «Mənim Dağıstanım» kitabında bir deyim yer almış-
dır: «Aşıq səsindən, nəqqaş naxışından tanınır». Dərbənd şəhərinin etnik
mənşəyi onun arxitekturasından, ornamentlərindən, xalça naxışlarından və
qala divarlarının daşları üzərindəki damğa işarələrindən tanınan kimi. Hər bir
xalqın yazı işarələri onun tarixi və mədəniyyyəti ilə sıx şəkildə bağlıdır, so-
sial-iqtisadi və mədəni inkişafının əsas əlamətlərindən biridir. Məhz qədim
yazılı abidələrin, damğa və rəmzlərin öyrənilməsi sayəsində tarix səhnəsindən
silinmiş xalq və tayfaların etnik mənşəyi, yaşam tərzi, dövlətçilik ənənəsi,
dini təsəvvürləri, mədəniyyətləri haqqında silinmiş təsəvvürləri bərpa edə bi-
lirik. Məsələn, görkəmli alim, türk xalqlarının tarix və etnoqrafiyasının ta-
Damğalar, rəmzlər… mənimsəmələr
- 290 -
nınmış araşdırmaçısı, professor Bahəddin Ögəl
«Türk mədəniyyəti tarixinə
giriş
» əsərində Mərkəzi Asiyada, Altaylarda aşkar olunmuş qədim maddi-
mədəniyyət nümunələri
üzərində ortaq türk damğa işarələrinin təsvirlərinə
və onların yayılma arealına, tətbiqi xüsusiyyətlərinə də geniş yer ver-
mişdir.
170
O da maraqlıdır ki, həmin işarələrin analoqlarına Qafqaz Albaniyası
dövlətinin maddi-mədəni irs nümunələrində də rast gəlinir.
Avar alimi Paruk Dibirov 2001-ci idə Moskvada nəşr etdirdiyi «Dağıstan
ornamentlərinin tarixi» kitabında Dərbənd işarələri və naxışlarına, onların se-
mantikasına və mənşəyinə geniş yer vermişdir. Məsələn, Dərbəndin və müasir
Azərbaycan Respublikası ərazisindəki qədim tikililərin, məzar daşlarının bəzək
ünsürlərinin eyniliyini vurğulayan müəllif qeyd edir:
«Dərbənddə sənduqə
tipli qədim məzar daşları Azərbaycanda - Şirvan ərazisində, Mərkəzi Asi-
yada, İranda qəbirüstü abidələrin eynidir. Lakin ornamentlərin işlənməsi
baxımından daha zəngindir... Dərbənd tikililəri və Bakıdakı Şirvanşah-
lar sarayı eyni üslubda inşa edilmişdir».
171
P.Dibirov burada toxunan
xalça tiplərində Azərbaycana xas olan spesifik naxışların – «Dirilik Ağacı»,
«xərçəng», «yerpənək», «tapança», «dolanqaç» (spiral), «qarmaq» və s. ya-
yıldığını vurğulayaraq Dərbənddə xalçaçılıq sənətinin təməlinin VII əsrdə
qoyulduğunu, hətta «Dərbənd» xalça tipinin tarixən «Köhnə Quba» adını da-
şıdığını bildirir.
Dərbənd yazılarını erməniləşdirmək səylərində Ermənistanın «Qolos Ar-
menii» qəzetinin Dərbəndə ezam olunmuş müxbiri Meri Çollakyan nəinki qala
divarları üzərində yazı və rəmzlərin, hətta bu şəhərin bütövlükdə ermənilərə
məxsus olduğunu belə ifadə edir:
«Qədim mənbələrə əsasən, bu ərazilər
paytaxtı Dərbənd olan erməni-aqvan şahlığına aid idi. Maarifçi Qriqori-
nin nəvəsi, sonralar Aqvanın katalikosu olmuş Qriqoris burada xristian-
lığı yaymağa başlamış və Dərbənddə öldürülmüşdür. Böyük Mesrop Maş-
tos Dərbənddə yerli tayfaları maarifləndirir, onun xristian dəyərlərini
isə erməni sərkərdəsi Vardan Mamikonyan qoruyurdu».
172
Məsələn,
Qafqaz Albaniyasına aid rəmz və damğaların, yazı işarələrinin erməni etnik
mədəniyyəti kontekstində araşdırılmasının təməlini qoyanlardan biri olan ye-
piskop Makar Barxudaryan 1889-1892-ci illərdə Dərbənd şəhərində olarkən
170 B.Ögel.
B.Ögel.
.Ögel.
gel. .
171
П.Дибиров. «История орнамента Дагестана (Возникновение и развитие основных мотивов)»,
Москва, Наука, 2001
172
М.Чолакян. «Армянские знаки на скрижалях Дербента», http://forum.hayastan.com/lofiversion/
index.php/t39799.html
Damğalar, rəmzlər… mənimsəmələr
- 291 -
«Qala divarlarının «B» qülləsi üzərində, P.Zakaryanın bağında» bu qədim ya-
zıları görmüş, «Aluyanq diyarı və onun qonşuları» (1893) kitbında onların
təsvirini vermişdir. Beləliklə, M.Barxudaryanın təşəbbüsü nəticəsində
«şərti
olaraq, «Dərbənd yazıları» adlandırılan «alban yazı nümunələrinin Mes-
rop Maştosun yaratdığı əlifba ilə formaca əlaqəsi sübuta yetirilmişdir».
Halbuki, professor R.Açaryan hələ 1928-ci ildə bu yazıların alban əlifbası ilə
eyniləşdirilməsinin əleyhinə çıxmış, onların zaman keçdikcə ilkin görkəmini
itirən kufi xətt yazısı olduğunu bildirmişdir. Daha sonra, 1935-ci ildə linq-
vist D.Karbelaşvili bir tərəfdən həmin işarələrin «naməlum dildə yazıl-
mış mətn olduğunu» etiraf etsə də, digər tərəfdən burada «gürcü və erməni
hərflərinin əlamətlərinin» mövcudluğunu vurğulamışdır. Professor A.Şanidze
isə Dərbənd yazılarının oxunuşu cəhdlərində saxtakarlıq meyillərinə, onların
erməniləşdirilməsinə qarşı çıxaraq bildirirdi:
«Eçmiədzində saxlanılan 7117
nömrəli əlyazmadakı alban əlifbası literləri ilə Dərbənd yazılarındakı
hərflər arasında fərqlər o dərəcədə qabarıqdır ki, onları identikləşdirmək,
«oxşar» adlandırmaq olmaz».
173
M. Barxudaryanın «tapdığı» Dərbənd yazısı.
Maraqlıdır ki, qeyri-erməni alimləri həmin yazıları öyrənməyə hazırlaşanda
daş kitabə qəflətən müəmmalı şəkildə yoxa çıxmışdır. S.Muravyova Dərbənddə
olarkən Barxudaryanın nişan verdiyi yazılı lövhəni tapa bilməmişdir. Tədqiqatçı
bu barədə yazır:
«Axtarışlarımız uğursuz nəticə verdi. Şimal divarlarının
ikinci qülləsində, o cümlədən Narınqalada onu müəyyən edə bilmədik…
Qüllənin bir hissəsi indi meyvə şirələri zavodunun ərazisindədir. Əvvəllər
burada bağ olmuşdur. Zavodun yaşlı fəhlələrindən biri isə bildirdi ki, nə
vaxtsa belə bir yazılı daş görmüşdür». Qeybə çəkilmiş kitabənin həqiqiliyinə
gəldikdə isə S.Muravyova şübhələrini belə ifadə etmişdir: «
M.Barxudaryanın
173 М.Гаджиев, В.Юсуфов. «Тайна Дербентской надписи», http://www.arhiv.ndelo.ru/one_stat.
php?id=6147#
Damğalar, rəmzlər… mənimsəmələr
- 292 -
və M.Smbatyanın təqdim etdikləri təsvirlər heyrət doğuran cəhətlərdən
bir-birinə bənzəyir. M.Smbatyan kitabəni görməyə də (Barxudaryanın
çəkdiyi rəsmi təkrarlaya –A.Q.)
bilərdi. Digər tərəfdən, bu yazının həddən
ziyadə tərtibatlı olması və ötən min il ərzində bütün meteroloji təsirlərə
baxmayaraq əla vəziyyətdə saxlanılması şübhə doğurmaya bilməz».
174
Yujdaq İnstitutunun professoru Yarəli Yarəliyev Dərbənd yazılarının
Mingəçevirdə aşkar olunmuş alban əlifbası ilə yazıldığını bildirsə də, sonda
onları həmin mətni «ləzgi dilində yazılmış mətnlərin qalıqları» elan etmiş-
dir. Lakin Y.Yarəliyev bununla kifayətlənməyərək, «yolüstü» toponimikaya
dair biliklərini də nümayiş etdirmiş, «Albaniya» sözünün izahına da müdaxilə
etməyi unutmamışdır. Onun qənaətinə görə, guya qədim dövrlərdə ləzgilərin
«Alpan» adlı ildırım tanrısı mövcud olmuşdur və məlum toponim onun adını
daşımaqdadır. Əgər bu, həqiqətən də belədirsə, Azərbaycanın Quba bölgəsində
və Dərbənddə «Alpan» adlanan xalça tipinin Dağıstanın cənub hissəsində ya-
şayan ləzgilərin nə səbəbə «yerpənək» (türk sözüdür, xiyarın səthi hamar olan
yerli sortunun adıdır) adlandırmaları sual doğurmaya bilməz.
175
Dağıstan Elm
Mərkəzi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları - pro-
fessor Murtazəli Hacıyev və baş elmi işçi Vəli Yusifov, nəhayət ki, təməli
yepiskop Makar tərəfindən qoyulan bu mənasız polemikaya son qoymağa ça-
lışmış, alimləri etnosiyasi maraqlara xidmət etməməyə çağırmış, qala qapısı
üzərindəki mətnin kufi əlifbası ilə ərəb dilində mətn olduğunu, burada Qurani-
Kərimin «əl-Bəqərə» surəsindəki 225-ci ayənin yazıldığını bildirmişlər. On-
ların qənaətinə əsasən, «Dərbəndin alban əlifbası» isteriyası erməni yepis-
kopu Makar Barxudaryanın zəngin təxəyyülünün, ən əsası isə ərəb əlifbasını
bilməməsinin nəticəsidir.
176
Dağıstan ərazisində, xüsusilə Dərbənd şəhərində tapılmış yazı
nümunələrinin, damğa və rəmzlərin, leksik, etnoqrafik, arxeoloji materialla-
rın ortaq türk etnomədəni məkanından çıxarılmasına yönəldilən cəhdlərdən
biri də qədim maddi-mədəniyyət nümunələrinin «İran-Dağıstan əlaqələrinin
inikası» kimi dəyərləndirilməsi, Azərbaycanın tarixi ərazilərinə yeni iddiala-
rın irəli sürülməsidir. Məsələn, sosial şəbəkədə yayılan məqalələrin birində
eramızdan əvvəl III-II minilliklərdə
«indiki İran Azərbaycanı ərazisində
174
Р.Лолуа. «Кавказско-албанская эпиграфика»/«Восточные общества: традиции и
современность», Материалы II Съезда молодых востоковедов стран СНГ, Баку, 11-14 ноябрь, 2013
года», Москва-Баку, 2014
175
П.Дибиров. «История орнамента Дагестана (Возникновение и развитие основных мотивов)»,
Москва, Наука, 2001
176
М.Гаджиев, В.Юсуфов. «Тайна Дербентской надписи», http://www.arhiv.ndelo.ru/one_stat.
php?id=6147#
Damğalar, rəmzlər… mənimsəmələr
- 293 -
dağıstandilli xalqların yaşaması, sonralar isə Qafqaza miqrasiya etməsi»
bildirilir.
Qeyd edilir ki, « Belə bir mülahizə yürütmək olar ki, ləzgilərin,
və irandillilərin - talışların, giləklərin və kürdlərin etnogenezi eyni
ərazidə (Cənubi Azərbaycanda) formalaşmışdır» .
177
Halbuki, vaxtılə SSRİ
ərazisində xəzərşünaslıq elminin təməlini qoymuş alim, Ermitaj Muzeyinin
direktoru
işləmiş professor Mixail Artomonov hələ 1946-cı ildə dərc etdirdiyi
«Qədim Dərbənd» məqaləsində qala divarlarındakı işarələrin mənşəyinə dair
münaqişələrə son qoymaq məqsədilə yazırdı:
«Xəzərlərin Dərbənd şəhərinə
hakim olduqları dövrlərin abidəsi olaraq qala divarlarının hörgü daşları
üzərindəki çoxsaylı işarə və təsvirləri göstərmək olar. Bu işarələr Sarkel
(Don çayının sol sahilində xəzərlərin qala-şəhəri),
Mayask (IX-X əsrlərdə
indiki Voronej vilayətində, Don və Tixaya Sosna çaylarının mənsəbində
qədim türk tayfalarının arxeoloji mədəniyyət abidəsi)
və Bolqarıstandakı
Aboba-Pliske (təməli Asparux xan tərəfindən qoyulan və 681-ci ildən 893-
cü ilədək paytaxt olan yaşayış məntəqəsi)
şəhərlərindəki işarələrin tam
bənzəridir» .
178
Yuxarıda adı çəkilən professor Murtazəli Hacıyev 2009-cu ildə Tiflisdə
«Qafqazın arxeologiyası, etnologiyası və folkloru» mövzusunda keçirilmiş
beynəlxalq konfransda çıxış edərək, Dərbənd şəhərinin müdafiə tikililəri
üzərində eramızın VI əsrinə aid 500-dən çox işarənin müəyyən edildiyi-
ni bildirmişdir. M.Hacıyev bu nişanların semantikasını, analoqlarını, etnik
mənşəyini araşdırmadan, bəlkə də, bundan məqsədli şəkildə yayınaraq, on-
ları «
eramızın 568-569-cu illərində Dərbənd qalasında aparılan inşaat
işlərində çalışan atəşpərəst bənnaların rəmzləri» kimi təqdim etmişdir.
Üstəlik, qədim saka-skiflərdə, hunlarda, xəzərlərdə, oğuz və qıpçaqlarda
«and» kimi tanınan, hətta Əmir Teymurun dövlət rəmzi olan damğanın da
( Dərbənd daşlarında onun on üç təsviri aşkar olunmuşdur)
məlum etnik mənsubiyyəti üzərindən sükutla keçərək, həmin işarəni Qafqaz-
da «buddistlərin üç nöqtə simvolu» (!), «üç disk nişanı» (?) adlandırmışdır.
Bundan başqa, o, qədim türklərdə «ama», «abak» damğasını
«sasanilərin
mehranilik dininin rəmzi», «Ay-Günəş» və ya «Ay-Ulduz» işarəsini
isə «İranın qədim dini-dövlətçilik atributu» kimi qələmə vermişdir.
179
177
«Иранско-дагестанские исторические связи», http://voprosik.net/iransko-dagestanskie-istoriches-
kie-svyazi/
178
М.Артомонов. «Древний Дербент». // «Советская археология»,VIII, 1946
179
М. Гаджиев. «К выделению и интерпретации зороастрийских символов в знаковой системе
Дербента середины VI века». Международная научная конференция «Археология, этнология,
фольклористика Кавказа» Сборник кратких содержаний докладов Тбилиси, 25-27 июня 2009
Damğalar, rəmzlər… mənimsəmələr
- 294 -
Səfəvi dövlətinə aid üzlüklü (niqablı) dəbilqənin «işıq» adlanan
alın hissəsində üzərində «Ay-Günəş» (Ay-Ulduz)
işarəsi.
Dərbənd işarələrini cidd-cəhdlə «atəşpərəst irandillilərin» adına çı-
xaran professor Murtazəli Hacıyevin tədqiqatlarında daha dörd yanlışlığı
diqqətə çatdıraq. Birincisi, müəllifin guya keçmiş dövrlərdə Dərbənd qala-
sının tikintisində çalışan bənnaların hörgü daşlarına fərdi nişanlarını həkk
etdirmələri barədə mülahizələri normal məntiqə sığmır. Çünki divar hör-
güsü ilə məşğul olan bənnanın daş blokları və ya bişmiş kərpicləri bir-bir
işarələməsi lüzumsuzdur. Bu barədə iki fərziyyə irəli sürmək olar. Əvvəla,
yaxşı məlumdur ki, keçmiş dövrlərdə genişmiqyaslı tikintilər, məsələn,
müdafiə istehkamlarının inşası zamanı hökmdar (xaqan, xan, şah) vas-
sal tayfaların üzərinə xüsusi vergilər qoyurdu. Onlar inşaat meydançasını
fasiləsiz olaraq müəyyən miqdarda tikinti materialları, o cümlədən hörgü
daşları ilə təmin etməli idilər. Böyük ehtimalla bu işarələr həmin tayfala-
ra məxsus tanınma-fərqləndirmə nişanlarıdır. Digər fərziyyə isə bu nişan-
ların daşkəsənlərə məxsus olmasıdır. İkincisi, M.Hacıyevin təqdim etdi-
yi təsvirlərdəki «500-dən çox qədim işarə», əslində, təqribən 100-dən bir
qədər çox etnik damğanın müxtəlif tərəflərdən çəkilmiş variantları, eləcə də
Göytürk və uyğur əlifbası qrafemləridir. Üçüncüsü, müəllifin təqdim etdi-
yi yüzlərlə damğa nişanları arasında nədənsə irandilli xalqların - parfların,
Damğalar, rəmzlər… mənimsəmələr
- 295 -
sasanilərin nişanlarına qətiyyən rast gəlmirik. Əvəzində isə damğa işarələri
üzrə tanınmış mütəxəssislərin – İ.Baskenin, E.Triyarskinin, L.Lavrovun və
başqalarının təsnifatlarına əsasən, qədim türk xalqlarının etnik tanınma-
fərqləndirmə nişanlarını görürük.
Dördüncü «yanlışlıq». Hind-Avropa meyilli Ermənistan və Rusiya
alimlərinin təcrübəsi göstərir ki, damğa işarələrinin, rəmzlərin təhrif olun-
masının, etnik, regional mənsubiyyətinin məqsədli şəkildə gizlədilməsinin
ən sadə və çox işlənən üsulu onları tamamilə fərqli rakusda - üfüqi, tərs
vəziyyətdə, müəyyən seqmentləri silinmiş şəkildə təqdim edilməsidir. Bu
üsul təkcə Qərbi Azərbaycandakı Göyçə, Geğam, Abaran, Dəvəboynu qa-
yaüstü yazılarına dair materiallarda deyil, Dərbənd işarələrinin təsnifatında
da özünü qabarıq büruzə verir. Təəssüf ki, M.Hayıyevin araşdırmalarında
da bu arzuolunmaz üsul özünü göstərir. Misal üçün: Dərbənd qala divar-
larının daşlarına həkk olunan və oğuzların əfşar tayfasına aid edilən
damğasının, Göytürk əlifbasındakı və s. qrafemlərinin tərs
çevrilərək «atəşpərəst işarələrinə» transformasiya olunması
onların semantikasının müəyyənləşdirilməsini çətinləşdirsə
də, məhz türk tanınma-fərqləndirmə işarələrinin saxtakarlığa dayanıqlığı
üzündən bu təcrübə özünü doğrultmaşdır. Belə ki, M.Hacıyevin təsnifatında
qədim türklərin spesifik damğalarından olan «yay-ox» işarəsinin müxtəlif
istiqamətlərə çevrilməsinə, onların semantikasının dəyişməsinə baxmaya-
raq, yenə də etnik türk damğası
(daraq damğa) olaraq qalmaqdadır.
Bu hal
«bitik» və
«qalxan»,
«beşik» və «qapı», «qarmaq»
və «kösöv» kimi işarələrə də aiddir. Bundan başqa, M.Hacıyevin çoxsaylı
nöqtələrdən ibarət fraqmentləri
və
s. «sakral rəmz» nümunələri kimi tanıtmaq cəhdləri də heç bir elmi əsasa
söykənmir. Belə işarələr nə Qafqaz xalqlarında, nə saka-skiflərdə, nə də türk
tayfalarında, sarmatlarda, sasanilərdə və parflarda vardır. Doğrudur, Göy-
türk əlifbasında sözləri bir-birindən ayırmaq məqsədilə qoşa nöqtələrdən
istifadə olunmuşdur. Lakin Dərbənd işarələrindəki nöqtələrin sistemsizliyi
belə bir fikir yürütməyə əsas verir ki, M.Hacıyev qala daşları üzərində ərəb
qrafikası ilə yazılan (kufi xətti) və zaman keçdikcə bir hissəsi silinən mətn
işarələrinin – qrafemlərin salamat hissələrini damğa nişanları kimi qəbul
etmişdir.
Damğalar, rəmzlər… mənimsəmələr
- 296 -
Xüsusilə vurğulamaq lazımdır ki, Dərbənd işarələri və Qaraçay-Çərkəz
Respublikasının Qaraçay rayonu ərazisindəki Xumara yazılarının müqayisəli
təhlili nəticəsində onların arasında heç bir prinsipial fərq müəyyən
edilməmişdir. Vaxtilə görkəmli qaraçay alimi, paleontoloq və qədim türk
mətnləri üzrə mütəxəssis Soslanbəy Bayçorov da Şimali Qafqaz ərazisində,
o cümlədən qədim Xumara şəhəri xarabalıqlarında aşkar olunmuş 150-yədək
qədim türk mətninin deşifrəsi əsəsında Göytürk əlifbasının İtil (Volqa) ça-
yından Dunan sahillərinədək uzanan Qafqazı və Şimali Qafqazı da əhatə
edən nəhəng ərazinin «klassik əlifbası olması qənaətinə gəlmişdir.
180
Araş-
dırmalara əsasən, bu şəhər-qala eramızın VIII əsrində xəzərlər tərəfindən
inşa olunmuşdur. Ötən əsrdə professor Georgi Turçaninov Xumara abidələri
üzərində bir sıra etnik damğalar
müəyyən etsə də, onların türk mənşəli
olması barədə susmuşdur.
181
Yeri gəlmişkən, Mahmud Kaşğarinin «Divani
lüğət-it-Türk» əsərinə əsasən, əski türk sözü olan «xumaru» miras, yadigar
olaraq verilən mal; ölən böyük bir adamın mal-mülkündən xaqan üçün ayrı-
lan hissə; uzaq səfərə gedən adamın qohumlarına qoyduğu əmanət anlamla-
rını verir.
182
Dərbənddə uyğur əlifbası işarələrinin (damğalarının) tapılması
isə elmdə yenilik deyildir. Belə bir fikir dolaşır ki, guya uyğur əlifbası XIII
əsrədək yarandığı ərazi çərçivəsindən kənara çıxmamış, Avropa ərazilərində
yayılmamışdır. Halbuki, ilkin orta əsrlərə aid edilən belə qrafemlər Hun im-
periyasına və Xəzər xaqanlığına daxil olan tayfa-nəsillərin damğa işarələri
şəklində Şimali Qafqazın, Rusiyanın və Ukraynanın ərazilərindəki Mayat,
Sarkel, Xumara şəhərləri xarabalıqlarında, Xersonda və s. aşkar olunmaq-
dadır.
Eyni zamanda, Mahmud Kaşğarinin «Divani lüğət-it Türk» , Fəzlullah
Rəşidəddinin (1247-1318) «Cami ət-Təvarix» (« Səlnamələr toplusu» ),
Əli Yazıçıoğlunun (XV əsr) «Təvarixi al- iSəlcuq», Əbülqazi Bahadur
xan Xivəlinin (1605-1663) «Şəcəreyi-Tərakimə» və Seyid Loğmanın
«Hünərnamə» (XVII əsr ) əsərlərindəki təsnifata əsasən, Dərbənd işarələri
180
С. Байчоров. «Древнетюркские рунические памятники Европы». Ставрополь, 1989
181
Г.Ф. Турчанинов. «Памятники письменности и языка народов Северного Кавказа и Восточной
Европы», 1971
182
M.Kaşğari. «Divanü lüğat-it-Türk», dörd cilddə, Tərcümə edən və nəşrə hazırlayanı
Ramiz Əskər, Bakı: «Ozan», 2006.
|