«Dilək Ağacı» və s.
adlarla tanınır. Pazırıq kurqanında (saka-skiflər) aşkar olunmuş dəri uşaq
önlüyü, süjetli mərasim keçəsinin üzərində də onun təsvirləri vardır. Qədim
mifoloji təsəvvürlərə görə, onun budaqları üzərindəki yarpaqlar şamanların
və doğulmamış körpələrin ruhlarıdır. İslam təsəvvürlərində bu rəmz - Yer
üzü ilə cənnəti birləşdirən ağac bəzən cənnətin mərkəzindəki Tuba ağacının
təcəssümü kimi də dəyərləndirilir. Hayat ağacının yarpaqları doğulacaq insan-
ların ruhlarıdır.
- Əski türk mifoloji təsəvvürlərində sakral canlı olan qoçun
buynuzlarının qrafik təsviridir. Damğa işarəsi kimi Anadoluda, Cənubi və Şi-
mali Qafqazda, Mərkəzi Asiyada, Krımda, Volqaboyunda, Şərqi Sibirdə «qoş-
qar», «qoçqar», «koçkar», «qoç müyüz» (qoç buynuzu), «koçkarok», «kaya-
baran» (qaya baranı/qoçu) və s. adlanır. Xalçaçılıqda və damğa təsnifatında
çoxsaylı variantları
və s. vardır. Bundan başqa,
işarəsi damğa və dövlətçilik rəmzi olmaqla Qaraqoyunlu dövlətinin bayrağın-
da təsvir edilmişdir. Həmin işarə Qarabağ xalçalarında (Malıbəyli) daha geniş
yayılmışdır. Qeyd edək ki,
ornamenti ağqoyunluların dövlət rəmzi ehti-
malını yaratmaqla, etnik naxış qismində ona Azərbaycan, Anadolu, türkmən,
qaraqalpaq, eləcə də Dağıstan, xüsusilə Tabasaran xalçalarında rast gəlinir.
- Azərbaycan və Anadolu xalça naxışları içərisinə bu ornament də as-
lan ayaqlı, ilan quyruqlu və quş qanadlı mifik varlığın, su mənbələrinin hamisi
və keşikçisi əjdahanın orazıdır. Əjdahanın buludlar arasında uçuşu torpağa
bol bərəkət, yaz yağışları gətirir. O həm də qartal kimi Dirilik Ağacının əbədi
Damğalar, rəmzlər… mənimsəmələr
- 260 -
qoruyucusudur. Odur ki, erməni sənətşünaslarının bu təsviri deyil,
(qoç
buynuzu) işarəsini «vişap» adlandırmaları məntiqdən uzaqdır. Ermənilərin
mənimsəmə iddialarına baxmayaraq, bu ornament də təkcə Cənubi və Şimali
Qafqazda deyil, Mərkəzi Asiyada da geniş yayılmışdır. Qazax xalçaçılığında
«on eki müyiz» (on iki buynuz) adlanır. Ornamentin kökündə özbək və qa-
raqalpaqların «balıq gözü» adlandırdıqları damğa işarəsi dayanır. Lakin
digər variantlarda «ocaq» damğasının da stilizə olunmuş
təsvirlərini gö-
rürük. Lətif Kərimova görə, damğanın ətrafındakı on iki qarmaq isə əski
türk təqviminə görə, on iki illik dövrü ifadə edir.
110
Qeyd edək ki, işarəsi
Anadoluda «qurd izi», «qurd ağzı» və «canavar ayağı» adları ilə də tanınır.
- Mənbəyini saka-skif mifik təsəvvürlərindən götürən əjdaha (əjdər) ar-
xetipi, o cümlədən su üstündə oturan əjdaha obrazı sonralar türk xalqları ara-
sında yeni əfsanəvi keyfiyyətlərlə zənginləşmiş, Yaranışın, Tenqri xan-Humay
tandeminin təcəssümlərindən birinə çevrilmişdir. Yeni xassələrə malik olan
əjahalar iki tipə ayrılmışdır. Onlardan birincisi Göyü (səmanı), kişi başlanğı-
cını təcəssüm etdirir, dekorativ tətbiqi sənətdə, xalçaçılıqda qanadlı, saqqallı
və buynuzlu şəkildə təsvir olunurdu. Torpağı və qadın başlanğıcını simvolizə
edən ikinci tip isə mifik varlıq olaraq bu zahiri atributlardan məhrum idi. Hər
iki tipin stilizə olunmuş variantlarına Qarabağ, Naxçıvan, Qazаx və Cənubi
Azərbaycanın xovsuz xalçalarında – vərnilərində daha çox rast gəlinir.
111
- Azərbaycanda bu işarə «qarmaq», Anadoluda isə «çəngəl» adlanır.
İlkin damğa adı «qarmaq» olan işarənin yanaşı variantları həm də «axar su»
adı ilə Azərbaycan etnik xalça ornamentlərində qalmaqdadır. Azərbaycan və
Anadolu xalça simvolizmində insanı təhlükədən, bəd nəzərdən qurtarmaq
üçün işlədilən motivdir.
Mərkəzi Asiyada damğa işarəsi kimi bir sıra adla-
rı vardır. Məsələn, qazaxlarda «bota moyın» (köşək boynu), «qaz moyın»
(qaz boynu), qırğızlarda «it quyruqşa» (it quyruğu) kimi də tanınır. Özbək
və qaraqalpaqlar ona «qumırska beli» (qarışqa beli) deyirlər. Çuvaşlar onu
səma nurunun, Günəş işığının təcəssümü hesab edirlər.
112
Mahmud Kaşğa-
rinin «Divani-lüğət-it Türk» əsərinə görə, işarəsi oğuzun iqdır tayfasının
damğasıdır. Bundan başqa, nişanı qazaxların Böyük Juzuna (Birliyinə)
daxil olan kanlı tayfasının şılbır nəslinin də damğası sayılır. «Şəcəreyi-
110
Л.Керимов. «Азербайджанский ковер», в 3-х т. Т. III. Баку, 1983.
111 Г.Гафарова. «Элементы тюркской культуры на азербайджанских памятниках», http://strategiya.az/
old/?m=xeber&id=20370
112
И.Богословская. «Зооморфные мотивы каракалпакского орнаментального искусства», http://
www.sanat.orexca.com/rus/archive/2-09/irina_bogoslovskaya.shtml
Damğalar, rəmzlər… mənimsəmələr
- 261 -
Tərakimə» əsərində bu işarənin üfiqi variantı
oğuzun iqdır və kızık boy-
larına aiddir. Bu ornamentə skiflərin apasiak tayfasının metal məmulatında
(e.ə. VI—IV əsrlər), Özbəkistanın Qaraqalpaq vilayətindəki Anşka-Kalı adla-
nan ərazidə tapılmış metal dəvə fiquru üzərində (e.ə. I əsr – eramızın I əsri),
Sır-Dərya çayı sahillərindəki Çirik-Rəbat mədəniyyətinə aid saxsı qablarda,
eramızın II əsrinə aid Xarəzm sikkələrində, Cənubi Türkmənistanın memarlıq
elementlərində (X-XI əsrlər) rast gəlinmişdir.
113
- Ruhun ölməzliyi, onun ölümdən sonra reinkarnasiyası – yeni doğu-
lan körpənin bədəninə köç etməsi fəlsəfəsi əcdad (ata) kultunun, şamanizmin
qalığı olsa da, tanrıçılıq inancında qorunub-saxlanılmış və onun elementləri
hətta islam dininin yayılmasından sonra türk etnik təfəkküründə mifoloji işartı
şəklində qalmışdır. Azərbaycan, Anadolu, Şimali Qafqaz və Mərkəzi Asiyada
müxtəlif nəsil-tayfa damğalarının sakral rəmzlərlə kombinasiyası nəticəsində
yaranan və «əlibelində» adı verilən (islam dininə əsasən, insan təsvirləri
çəkmək yasaqdır) ornamentlər məhz qədim inancların monoteist dinlə uzlaş-
masının və ehkamlara etnik çalar verilməsinin nəticəsidir. Türk xalqlarının
xalça motivlərində geniş yayılan və müxtəlif variasiyaları olan həmin orna-
ment bir çox hallarda nəsil şəcərəsinin davamlılığının, ailədə arzu olunan və ya
gözlənilən oğlan və qız uşaqlarının rəmzləri xarakterini daşıyır. İnsan (əcdad)
fiqurunun mərkəzində yerləşən bərabərtərəfli üçbucaq işarəsi
nəzərlik -
Humay Ananın rəmzlərindən biri (bitik, tumar) olmaqla, həm də, görünür, xal-
ça sahibinin mənsub damğa işarəsidir. Belə ornamentlər Azərbaycan, Anadolu
və Türkmənistan xalçaçılıq sənətində «əlibelində» kimi təsnif olunur.
Manya Kazaryan bu təsviri də Lətif Kərimovun «Azərbaycan xalçaları»
kitabından mənimsəsə də, nə «əlibelində», nə də «bitik» damğa-rəmzlərinə
erməni mifik təsəvvürləri kontekstində yozum verə bilmişdir.
- Azərbaycan, Türkiyə, Mərkəzi Asiya xalçaçılıq
sənətində
«göl» ornamenti olaraq, nəzərlik kimi tanınan bu işarə və onun
çoxsaylı variantları Anadoluda «damğa im» adlanır. Bütövlükdə, müxtəlif
nəzərlik və tayfa, nəsil damğa işarələrindən ibarət olan həmin kompozisiyalar
ailənin, elin qoruyucu rəmzləri xarakterini daşıyırlar.
- Yenə də Lətif Kərimovun «Azərbaycan xalçaları» kitabından
götürülərək «erməni etnik naxışları» kimi təqdim olunan ortaq türk rəmzidir.
Nəzərlik xarakterli milli ornament olaraq, təkcə Azərbaycan və Anadolu xalq
113
А.Алламуратов. «Каракалпакская народная вышивка». Нукус, 1977.
Damğalar, rəmzlər… mənimsəmələr
- 262 -
tətbiqi sənətində deyil, başqırd tikmələrində,
114
kumık, qaraçay,
115
qazax, qır-
ğız, türkmən,
116
xakas, Volqaboyu tatarlarının (bulqarların), Krım tatarlarının
xalça və kilim ornamentləri sırasında yayılmışdır. Onun ən qədim variantlarına
Pazırıq kurqanlarındakı insan cəsədi üzərindəki döymənaxışlar (tatu) arasın-
da
və Taqar arxeoloji mədəniyyətinə (e.ə. IX-III əsrlər, indiki Xakasiya
Respublikasının ərazisi) aid bürünc kəmər toqqası üzərində
rast gəlinir.
Xakaslar bu gün də bu təsvirə «koçot öyüm» deyirlər.
117
Bundan başqa,
Şərqi
Türküstandakı türkeşlərin metal sikkələrinə də həmin rəmzin fraqmenti
basılmışdır
118
.
Bu ornament əski Azərbaycan və Anadolu xalçaçılığında «qoç
buynuzu», hazırda isə həm də «əlibelində» adlanır
. Qeyd edək ki, həmin nişan
hazırda Başqırdıstanın Askins rayonunun gerbidir.
Ornament iki seqmentdən -
bolluq rəmzi olan qoç buynuzu təsvirindən
və torpaq, vətən anlamı verən
romb işarəsindən
ibarətdir. Ermənistandan çox-çox uzaqda yaşayan Arxan-
gelsk rusları bu işarədən tikmə ornamenti kimi də istifadə edirlər.
119
İki «qoç
buynuzu» damğasının vəhdətindən və ya «sınıq buynuz» kimi təfsir olunan
işarələr
və «köşək gözü» anlamını verən
nişanın birliyindən yara-
nan ornament Azərbaycan, Türkiyə, qaraqalpaq və Krım tatarlarının xalçaçılıq
sənətində «əlibelində» ornamenti adlanır. Ona qazaxların keçə məmulatında,
120
başqırd tikmələrində,
121
kumık, qaraçay
122
və Anadolu kilim naxışlarında
123
da
rast gəlirik. Çuvaş xalqının bəzək ünsürləri sırasında isə qadın və kişi başlanğıc-
larının vəhdətini, ailə birliyini təcəssüm etdirən rəmzlərdən sayılır.
124
Manya Kazaryan məlum səbəbdən ortaq türk ornamentini erməni simvoliz-
mi müstəvisində yoza bilməmiş, əvəzində isə yan fraqmentlərini semantikası
114
«Башкирский народный костюм», http://900igr.net/prezentatsii/geografija/Bashkirskij-narodnyj-
kostjum/014-Bashkirskij-narodnyj-kostjum.html
115
«Дагестанские ковры», http://articles.agronationale.ru/pigs/1907-dagestanskie_kovry
116
Г. Бердымухамедов. «Живая легенда. Книга о вечной красоте туркменских ковров». Ашхабад, 2011
117
А.Абдысадыр уулу. «Мир узоров. Кыргызское великодержавие: Культура. Металлообработка»,
http://www.jyrgalizm.kg/index.php?option=com_content&view=article&id=205&Itemid=85
118
А.Досымбаева. «Археологические источники в этнографических реконструкциях истории
тюрков», Вестник Томского государственного университета. История. 2013, №3 (23)
119
«Использование ромбического орнамента Архангельской области в современном трикотаже»,
http://artzentr.narod.ru/sdpt/rombarch.htm
120
http://hameleons.com/kazakhstan-design/24498-kazaxskie-ornamenty.html
121
«Башкирский народный костюм», http://900igr.net/prezentatsii/geografija/Bashkirskij-narodnyj-
kostjum/014-Bashkirskij-narodnyj-kostjum.html
122
«Дагестанские ковры», http://articles.agronationale.ru/pigs/1907-dagestanskie_kovry
123
«Halı Motif Özellikleri Desen Hazırlama
», http://www.halidesenmodel.com/2012/04/hali-motif-
ozellikleri-desen-hazirlama.html
124
Ф.Искандеров, И.Искандеров, Е.Костина. «Азбука чувашских орнаментов и эмблем», festival.
1 september.ru/articles/57111/pril1.ppt
Damğalar, rəmzlər… mənimsəmələr
- 263 -
məlum olmayan «erməni simvolu» kimi təqdim etməklə kifayətlənmişdir.
Halbuki,
işarəsi damğa nişanı kimi bütün türk xalqlarında «qoç buynu-
zu», qazaxlarda isə «qosmüyüz» adlanır, başqırdlar onu tək halda sədaqət və
məhəbbət rəmzi hesab edirlər.
- Yuxarıda qeyd olunduğu kimi, «səkkizguşəli ulduz» təsviri
türk xalqlarının xalçaçılıq sənətində «gül» ornamenti kimi tanınır. Günəşin
ibtidai rəmzlərindən sayılan bu işarə
dünyanın qədim mədəniyyətlərində,
o cümlədən zərdüştilikdə, ortaq türk mifoloji təsəvvürlərində Baş ilahinin
(Tenqri xanın) astral rəmzlərindən biri sayılır.
125
İslam dininin yayılmasından
sonra bu obraz yeni fəlsəfi məna kəsb etmiş, şüaları (qolları) müsəlmanın
səkkiz savab əməlini, şiəlik təriqətində, xüsusilə səfəvi simvolizmində Əhli-
Beyti simvolizə etmişdir. İslam simvolizmində müsəlmanın səkkiz əməlinin
və cənnətin səkkiz qapısının təcəssümüdür. Qazaxıstan xalçaçılığında ona
«juldız gül», «juldız örnek», «top juldız», «seqiz kırlı örnek» deyirlər.
- buta (buta, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan
ornament sənətinin çox yayılmış bəzək elementlərindən biridir. Bakı, Gəncə,
Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında bu motivdən geniş
istifadə edilmişdir. Buta Mərkəzi Asiya, Krım, Volqaboyu dekorativ və tətbiqi
sənətində də yayılmışdır.
- «Əqrəb» adlanan bu ornament qoruyucu, nəzərlik xarakterlidir.
Əvvəllər bu təsvirdən əqrəb sancmasına qarşı tilsim qismində də istifadə
edərdilər. Türkiyəli tədqiqatçı Mine Erbekin qənaətinə görə, əqrəb ornamenti
şeytanın ruhunu təcəssüm etdirir. Bir əfsanəyə əsasən, əqrəb deyir: «Mən nə
təbii ruham, nə də şeytan. Mənə toxunanlara ölüm gətirirəm. İki buynuzum,
bir quyruğum var. Buynuzlarımın adı «Ümidsizlik» və «Nifrətdir». Quyruğum
isə iti xəncərdir. Mən bir dəfə dünyaya gəlirəm. Digər canlılar üçün bərəkət
nişanı mənim üçün ölüm işarəsidir».
126
Anadolu xalçalarında əqrəb moti-
vinin
kimi variantları da vardır. Bu rəmzlərə Anadolu xaçaçılığın-
da «toyuq» da deyirdilər.
- Erməni simvolizmində semantikası olmayan bu işarə Azərbaycan və
Anadolu xalçalarında «ulduz» və «göz» adlandırılır, bir tərəfdən məhsuldarlığın
rəmzi, digər tərəfdən isə qoruyucu funksiyalara malik nəzərliyi bildirir. Ulduz
125
Қазақстан тарихы | История Казахстана. https://vk.com/wall-38304529_29088
126
Mine Erbek. «Çatalhöyük’ten Bugüne Anadolu Motifleri», http://dipnotkitap.net/DENEME/
Anadolu_Motifleri.htm
Damğalar, rəmzlər… mənimsəmələr
- 264 -
həm də qaranlıqda işığın, ümidin simvoludur. Qazax mifik təfəkküründə bu
işarə insan ruhunun inikasıdır.
- Bərabərtərəfli xaç işarəsi. Azərbaycan, Anadolu xalça ornamentləri
içərisində «göz», qazaxlarda isə «törtqulaq», (dördqulaq) «aşamay» və «bes-
tamba» deyirlər. Qoruyucu rəmz funksiyasını daşıyır. Bu isə onun qədim se-
mantikasından - Tanrı işarəsi
olmasından irəli gəlir. Bədnəzərə qarşı olan
göz motivi əsasən qoçqar (qoç buynuzu), əlibelində (bərəkət) işarələrinin
ətrafında toxunur.
127
Türk xalqlarının xalçaçılıq sənətində «gül» motivi sevgini, sədaqəti,
ailə xoşbəxtliyi arzusunu, eləcə də Adəm və Həvvanın cənnət bağçasını bil-
dirir. Azərbaycan xalçalarında əlavə olaraq ilahi eşqi, həsrəti simvolizə edir.
Anadoluda isə lalə təsviri nənənin nəvə və ya ananın oğlan övladı istəyinin
əlaməti sayılır.
Qərbi Azərbaycan qayaüstü təsvirlərindəki
işarələrin etnik mənşəyi
Məlumdur ki, başlanğıcını və elmi adını tarixi Azərbaycan ərazilərindən
götürən Kür-Araz arxeoloji mədəniyyəti şaxələnərək Şimali Qafqaza, Meso-
potamiyaya, Şərqi Anadoluya, Mərkəzi Asiyaya yayılmış, vahid etnomədəni
məkan kimi formalaşmışdır. Son eneolit və Erkən tunc dövrlərinə (e.ə . IV mi-
nilliyin sonu – III minilliyin əvvəlləri ) təsadüf olunan bu unikal mədəniyyətə
aid qədim yaşayış məskənləri Azərbaycanın Naxçıvan, Qazax, Füzuli, Şab-
ran, Beyləqan, Cəlilabad, Xaçmaz, Ağdam, Bərdə, Ağcabədi bölgələrində
(Kültəpə, Ovçular təpəsi, Babadərviş, Günəştəpə, Qaraköpəktəpə, Sərkərtəpə,
Mişarçay, Qəflə təpələri, Qarahacı, Şortəpə , Cüttəpə və s.), eləcə də Güney
Azərbaycanda (Göytəpə, Yanıqtəpə) aşkar edilmişdir. Həmin mədəniyyətin
daşıyıcıları çiy kərpicdən tikilmiş alaçıq tipli konusvari evlərdə yaşayır, metal
emal edərək silah və kənd təsərrüfatı alətləri hazırlayır, əkinçilik və heyvan-
darlıqla məşğul olurdular. Ermənilərin «regionun ən qədim xalqı
» olduğunu,
«armenoid tipli müdrik insanların
» Qərbi Azərbaycan və Anadolu ərazilərində
hələ Nuh tufanından əvvəl məskunlaşdığını (!) elm aləminə sübuta yetirmək
səyləri Yerevan alimlərini hətta run işarələri və damğalarını da mənimsəməyə
sövq etmişdir. Bununla belə, Ermənistan alimlərinin bütün cəhdlərinə bax-
127
Mine Erbek. «Çatalhöyük’ten Bugüne Anadolu Motifleri», http://dipnotkitap.net/DENEME/
Anadolu_Motifleri.htm
Damğalar, rəmzlər… mənimsəmələr
- 265 -
mayaraq, indiyədək cəmi iki «erməni rəmzi
» müəyyən edilmişdir. Onlar-
dan biri «xaçkar
» (erm.:խաչքար - «xaç-daş»
),
digəri isə «Arevaxaç»
(erm:Արևախաչ - « Günəş xaçı») və ya «Ker xaç» (Կեռխաչ - «əyri xaç»)
adlandırılan
Hindistan mənşəli sakral işarələrdir (erməni akademiki
S.Ayvazyan hind mədəniyyətinin də erməni sivilizasiyasından bəhrələndiyini
iddia edir).
Digər işarə - «Günəş xaçı» bu rəmz svastikanın -
(çərxi-fələk, dörd ün-
sür, oz damğası və s.) sonsuz variantlarından biri kimi Hindistan mənşəlidir və
bu ərazidən Altaya, Aralıq dənizinə, Yaxın Şərqə, Şərqi Avropayadək uzanan
nəhəng bir ərazidə geniş yayılmışdır. Günəşin şərqdən qərbə (soldan sağa)
hərəkətini simvolizə
edən, türk damğa təsnifatında «çarx», «təkər» ad-
ları ilə tanınan variantları olan
bu işarəyə Ön və Mərkəzi Asiya
xalqlarının, o cümlədən azərbaycanlıların maddi-mədəni irs nümunələrində
və etnik ornamentləri içərisində geniş rast gəlinir.
Yerevan tarixçiləri ermənilərin Cənubi Qafqaza kütləvi köçürülməsindən
təqribən 5 min il əvvəl mövcud olmuş bütöv Kür-Araz mədəniyyətini və onun
maddi-mədəni irsini mənimsəmək istəkləri ilə hamilərindən çox-çox irəliyə
getmişlər. Lakin tarixi gerçəkliyi bir daha vurğulayırıq. Hər hansı bir xalqın
rəmz və ya damğa işarəsi varsa, bu, onun dövlətçilik ənənələrinə malik olma-
sının göstəricisidir. Daha sadə dillə desək, damğa işarələri milli dövlətçiliyin
mövcudluğunun sübutu və qədimliyinin əsas atributlarındandır. Lakin
tarixdə «erməni damğaları» anlayışı mövcud deyildir. Odur ki, cin «Bismil-
lah» kəlməsindən qorxduğu kimi, erməni tarixçiləri də damğa mözusundan
həmişə kənara qaçmışlar. Yerevan alimləri indiki Ermənistan Respublikası
ərazisindəki qayaüstü təsvirlərdə aşkar edilən damğa işarələrini indi cidd-
cəhdlə «qədim yazı nümunələri» kimi təqdim etməyi üstün tuturlar. Məsələn,
Qriqori Vaqanyan və Vaqan Vaqanyan cütlüyünün yazdığı «Sivilizasiyanın daş
salnaməsi» adlı kitabda Naxçıvanın Gəmiqaya piktoqrafik abidələri ilə birlikdə
Kür-Araz arxeoloji mədəniyyətinə aid olan Göyçə ( Geğam, Abaran) qayaüstü
təsvirlərindəki işarələr nəinki «mükəmməl erməni heroqlifləri» adlandırılmış,
üstəlik, «bu mütərəqqi yazı sistemi vasitəsilə erməni mədəniyyətinin Ön Asi-
ya, Fələstin, Mesopotamiya, Avropa, Hindistan, Mərkəzi Asiya ərazilərindəki
qədim sivilizasiyaların yaranmasına və inkişafına birbaşa təsir göstərməsi»
iddia edilmişdir. Onlar yazırlar: «
Bu təsvirlərdən belə nəticəyə gəlmək olar
ki, qədim Misir, xett, hind və Urartu ideoqramlarının və heroqliflərinin
kökünü erməni qayaüstü incəsənətinin artefaktları təşkil edir. Dünyanın
ən
qədim yazı formasının yaradıcıları və onların varisləri davamlı olaraq
Damğalar, rəmzlər… mənimsəmələr
- 266 -
bəşəriyyətin intellektual kapitalını zənginləşdirmişlər». Bu azmış kimi
təkcə regionda deyil, Mərkəzi Asiyada, Qərbi Sibirdə, Ukrayna, Rusiya, Bol-
qarıstan, Macarıstan və Rumıniya ərazilərində geniş yayılan və elm aləmində
qədim türk damğaları kimi məlum olan işarələrin bir çoxuna qondarma ad-
lar verməklə onları müasir erməni dilində oxumaqdan da çəkinməmişlər.
Məsələn, dünyanın tanınmış damğa mütəxəssislərinin (E.Triyarski, İ.Baske,
A.Amanjolov və b.) təsnifatlarında türk rəmzləri kimi təqdim olunan işarələrə
hətta Salvador Dali və Pikassonu heyrətləndirə biləcək məntiqsiz adlar veril-
mişdir. Bu abstrakt adlar və təsvirlər arasındakı fərq isə Rorşaxın məşhur psi-
xodiaqnostika testlərinin nəticələrini də geridə qoya bilər. Məsələn: - qar-
daş (?),
- baxmaq, - məhəbbət, - falçı (?!),
- varis,
- paltar,
- nökər (?),
- məzarlıq (?!),
- obraz (görünür, Maleviçin «Qara
kvadrat» əsərinin prototipidir),
- ulduz,
- meyvələr, - kasıb adam
(?), - xarab olmuş (?!), - yol, - sehrbaz (?), - solmaz çiçəyi, -
müti olmaq, - Dolça bürcü,
- yenə də yol,
- oxçu və s.
128
Bundan
başqa, uzaqgörən qədim ermənilərin bəsirətlə hələ qədim dövrlərdə qriqorian
məzhəbi təəssübünü çəkərək İsa Məsihin mövludundan təqribən 4 min il əvvəl
bəzi «milli heroqlif işarələrinin» xristian dini ilə əlaqələndirmələri də xüsusi
psixiatriya diaqnozunu zəruri edir:
- peyğəmbər,
- prosvira (kilsədə
ibadət vaxtı yeyilən fətir), - İblis, - sekta,
- cənnət, - mömin,
rahib, doğru danışan, - mələk, - Həzrət İsanın silinməz xatirəsi,
- Nuhun gəmisi (peyğəmbərin üzən nəqliyyat vasitəsinin nə səbəbə üzü aşağı
çevrilməsi hələ də erməni sirri olaraq qalır)
129
və s. Razılaşın ki, bütün bunları
«normal alim təfəkkürünün bəhrəsi» adlandırmaq çətindir.
Vaqanyan duetinin cızmaqarasını geniş təhlil etmək fikrindən uzağıq.
Erməni akademiki Suren Ayvazyanın «Rusiya tarixində erməni izləri
» ki-
tabından götürülmüş bir sitat həmin üzdəniraq «alimlərin
» həm etnik nata-
mamlıq komplekslərini, həm də araşdırmalarının elmi dəyərini açıq göstərir:
«Erməni xalqı hələ eramızdan III-II min il əvvəl dünya tarixinə misil-
siz töhfələr vermişdir. Daş, mis, bürünc və dəmir dövrlərinin forma-
laşması, atın əhliləşdirilməsi, dünyada ilk heroqlif əlifbanın, arabanın,
təkərin, onluq say sisteminin və sıfırın - «0» icadı, kainatın bürclərə
və zodiak işarələrinə bölünməsi, Pifaqor qanununun, eramızdan əvvəl
elektrik enerjisinin kəşfi, Günəş və Ay tutulmasının səbəblərinin elmi
128
Г.Ваганян, В.Ваганян. «Каменная летопись цивилизации». Ереван, 2006.
129
Г.Ваганян, В.Блеян, Л.Кочарян. «Наскальные рисунки Армянского нагорья - первоисточники
армянских, египетских, индийских и хеттских идеограмм (а также иероглифов употребляемых в
греческой и латинской письменности)», http://novarm.narod.ru/arch082006/mois.htm
|