Damğalar, rəmzlər… mənimsəmələr
- 297 -
ilə oğuz tayfalarının damğaları arasında identiklik də göstərilmişdir. Lakin
cədvəllə tanışlıqdan əvvəl xüsusilə qeyd edək ki, rusiyalı arxeoloq Valenti-
na Flerova «Xəzərlərin qraffitisi» kitabında Xəzər xaqanlığının iri yaşayış
məntəqələrindən sayılan Sarıkel, Semikarakor, Mayat, Xumara şəhər xara-
balıqlarının hörgü daşları və buradan tapılan maddi-mədəniyyət nümunələri
üzərində həkk edilən damğaları ilk dəfə olaraq sistemləşdirmiş və təsvirlərini
vermişdir. Maraqlıdır ki, V.Flerovanın müəyyənləşdirdiyi Xəzər damğaları
183
-
ilə M.Hacıyevin Dərbənd daşlarındakı «atəşpərəst
irandilli bənnaların rəmzləri» kimi təqdim etdiyi işarələr arasında fərq yox-
dur. Bu damğaların içərisində hunlara məxsus işarələr olsa da, əksər hissəsi
Xəzər konfederasiyasına daxil olan türk tayfalarına aiddir.
Başqa bir misal. Tanınmış qafqazşünas, etnoqraf və tərcüməçi Leonid Lav-
rov Qafqaz damğalarının öyrənilməsi və təsnifatı məqsədilə regiona çoxsaylı
ekspedisiyalarda olmuş, qədim mənbələri və XIX-XX əsrlərin müəlliflərinin
əsərlərini öyrənmişdir. Nəticədə, L.Lavrov Azərbaycanın cəmi bir neçə
məntəqəsindəki – Veysəlli, Meysarı, Altıağac, Kuşi, Kələxani, Göylər, Udu-
lu, Qırxbulaq (bəzi adlar mətndə təhrif olunmuşdur) kəndlərində, Beşbarmaq
və Qobustandakı qədim tikililərin - məbəd və karvansaraların hörgü daşla-
rı, ağac lövhələr, məzar daşları üzərində, qayaüstü rəsmlər içərisində xeyli
sayda etnik damğa işarəsi müəyyən edə bilmişdir. Məkan baxımından noqay
damğalarını ortaq türk tanınma-fərqləndirmə işarələri qismində nümunə kimi
götürən L.Lavrov yazır ki, «
Azərbaycan damğaları Qafqaz dağlılarının de-
yil, noqayların damğalarına daha çox bənzəyir».
184
Onun Azərbaycandakı
tədqiqat dairəsi məhdud olsa da, aşkar etdiyi damğalar -
Dərbənd qala divarları daşlarındakı
işarələrdən fərqlənmir. Necə deyərlər, faktların üst-üstə düşməsi birinci dəfə
təsadüf, ikinci dəfə oxşarlıq, üçüncü dəfə isə qanunauyğunluqdur. Qafqaz
xalqlarının etnik damğa işarələrini sistemləşdirən və onları müqayisəli təhlil
183
В.Флерова. «Граффити Хазарии», изд. Эдиториал УРСС, 1997
184
Л.Лавров. «Историко-этнографические очерки Кавказа», Наука, 1978
Damğalar, rəmzlər… mənimsəmələr
- 298 -
edən Leonid Lavrov sonra vurğulayır:
«Aydın şəkildə görünür ki, Qafqaz
damğalarının bir çoxu ya tamamilə, ya da əhəmiyyətli dərəcədə noqay
və Krım damğalarına bənzəyir. Belə damğalara malik olanların bəziləri
həqiqətən də kök etibarilə noqay və tatarların törəmələridir. Krım və
noqay damğaları ilə üst-üstə düşən Qafqaz damğaları arasında Mərkəzi
Asiyadakı işarələrin analoqları da çoxdur. Məsələn, Qunia nəslindən olan
abxazların, Kişayevlərin, Şovgenovların (abaza) və Naxucevlərin (kabar-
din)
damğaları Orxon-Yenisey işarələrinin eynidir. Belə oxşarlıq Qafqaz
əhalisinin Krım, Mərkəzi və Ön Asiya türkləri ilə çoxəsrlik əlaqələrinin
nəticəsidir».
185
Bu fikir kumık alimi Kamil Əliyevin araşdırmalarında da öz
təsdiqini tapır. Məsələn, Qafqazın köklü türk xalqlarından olan kumıkların
damğalarının
və qaraçayların tayfa-nəsil
işarələrinin
186
analoqlarına Dərbənd
qala divarında geniş rast gəlinir. Nəticədə, Dərbənd işarələrinin ortaq türk
rəmzləri, əlifba qrafemləri, damğaları ilə müqayisəli təhlili bu şəhərin qədim
türk etnomədəni məkanına daxil olan yaşayış məntəqəsi olduğunu, onun və
müdafiə qurğularının məhz kimlər tərəfindən tikildiyini, ən nəhayət, kimlərin
bu regionda dominant etnos olduğunu sübuta yetirir.
Aşağıdakı cədvəldə Dərbənd qala divarlarının daşları üzərində aşkar olu-
nan qədim işarələrin məhz türk simvolizmində semantikası və analoqları ve-
rilmişdir. Cədvəllə tanışlıqdan əvvəl bir vacib məqamı da diqqətə çatdırmaq
istərdik. İşarələr arasında saka-skif, hun, xəzər, oğuz və qıpçaq damğalarına,
Göytürk (Talas, Orxon, Yenisey) və qədim uyğur əlifba qrafemlərinə (Yu-
sif Balasaqunlunun «Kutadqu bilik» əsərinin yazıldığı uyğur run əlifbası)
rast gəlinməsi ilk növbədə Dərbənd şəhərinin eramızın əvvəlki dövrlərindən
etibarən qədim türklərin yaşayış məntəqəsi və istehkam tikilisi olmasını,
onun inşası və təmiri ilə bağlı işlərin məhz türk tayfaları tərəfindən aparılma-
sını təsdiqləyir. Onu da bildirək ki, eramızın əvvəllərində yaradılmış qədim
uyğur əlifbası 20 hərfdən – 5 sait və 15 samitdən ibarət olmuş, mətnlər yu-
xarıdan aşağıya doğru yazılmışdır. Uyğur tarixçisi Turqun Almas Çin yazılı
mənbələrinə istinadən bu əlifbanın daha qədim dövrlərə – təqribən eramız-
dan 300 il əvvələ aid edir.
185
Yenə orada
186
К.Алиев. «Тамга-знаки Дагестана», http://kumukia.ru/article-8986
Damğalar, rəmzlər… mənimsəmələr
- 299 -
Cədvəl 12. Dərbənd qala divarlarındakı nişanlar
187
və onların ortaq türk
damğaları, rəmzləri, Göytürk, uyğur əlifba işarələri, oğuz və qıpçaq tayfalarının
simvolizmi kontekstində identikliyi
№
Dərbənd
işarələri Semantikası
№ Dərbənd
işarələri Semantikası
1
Tanrıçılıq inancında Tenqri xanın
əsas simvollarından sayılır. Onun
dörd cəhətə, dörd dünyaya və
dörd stixiyaya yönəlmiş hökmünü
simvolizə edir. Qobustan,
Gəmiqaya, Göyçə, Saymalıtaş,
Tamqalıtaş, Sülek və s. qayaüstü
rəsmləri arasında təsvirləri
vardır. Xristian dini ilə əlaqəsi
yoxdur. Müxtəlif tayfaların
damğa işarələri ilə birləşdirilmiş
tipləri
və s. vardır. Dini etiqadından
asılı olmayaraq, bütün türk
xalqlarının etnik sivolizmində
və milli ornamentlərində «xaç»,
«haça», «aça», «açamay»,
«sarkay», elşən» və s. adlar
altında geniş yayılmışdır. Bir
sıra oğuz və qıpçaq tayfalarının,
məsələn, «Cami ət-Təvarix»
əsərində oğuzların əfşar boyunun
damğası kimi göstərilmişdir.
50
Damğa adları: «Qaba Ağac»,
«Dirilik Ağacı», «Töz Ağac»,
«bayterek», «baytörə», «üstün»,
«bakan», «başqan», «dirək» və s.
«Şəcəreyi-Tərakimə» əsərinə görə,
həm də oğuzların salur boyunun
damğası olmuşdur. Göytürk yazılı
mətnlərində yalnız «iç» (daxili)
sözünü bildirmək üçün istifadə
edilir. Qədim türk mifik təfəkkürünə
əsasən,
işarəsi «göyü saxlayan
dirək» anlamını verir və Qazaxıstan
Respublikasının milli rəmzlərindən
biridir. Bəzi mülahizələrə görə,
«iç» sözü omonim olaraq «təslim
olmaq», «hökmdara tabeçilik»,
«Tanrıya tapınmaq» anlamlarını
verir. «Şəcəreyi-Tərakimə» əsərində
oğuzların salur boyunun damğası
sayılır. L.Lavrov
və
işarələri
Azərbaycan xalqının etnik damğa
işarələrindən biri hesab edir. Xalça
naxışlarında
tipi də vardır.
2
Ən qədim ortaq türk damğalarından
biridir. Saka-skif, hun, sarmat,
xəzər, avar, Şimali və Cənubi
Qafqaz, Anadolu, Krım, Volqaboyu
təsnifatında «yay-ox» adlanır. Yay
dövlətçilik rəmzi kimi hökmdarı,
ox isə vassallığı simvolizə edir.
Damğanın
kimi variantları
da vardır. Saka-skiflərdən etibarən,
bütün türk xalqlarının damğa
təsnifatlarında nümunələri vardır.
«Cami ət-Təvarix» və «Təvarixi
əl-Səlcuq» əsərlərinin təsnifatına
əsasən, oğuzların üregir boyunun
damğasının bir seqmenti yay
işarəsidir.
51
Mahmud Kaşğarinin təsnifatında
oğuzların əfşar boyunun rəmzi kimi
göstərilən damğa işarəsidir. Noqay
etnoqrafı və maarifçisi Əbdülhəmid
Canıbəyov işarəsini «bodrak»
adı ilə həm də noqayların kanqlı
tayfasına aid edir. Uyğur əlifbasında
qrafemi sözün sonunda «s» səsini
ifadə edir. Onun digər variantı
kumıkların Şauxal (Şamxal) binu Əli
(Şamxal Əli oğlu) nəslinin tanınma-
fərqləndirmə işarəsidir.
187 М. Гаджиев. «К выделению и интерпретации зороастрийских символов в знаковой системе Дербента
середины VI века». Международная научная конференция «Археология, этнология, фольклористика Кавказа»
Сборник кратких содержаний докладов Тбилиси, 25-27 июня 2009
Damğalar, rəmzlər… mənimsəmələr
- 300 -
3
Xristian dinindən xeyli əvvəl
qəbul olunan sakral işarədir.
Onun kimi çoxsaylı
variantları vardır. Damğa
təsnifatlarında «Dirilik Ağacı»,
«Qaba Ağac», «Nəsil Ağacı»
mifologemi ilə əlaqələndirilir.
Ən qədim damğa işarələrindən
sayılır. işarəsinə Midiya,
Qərbi Azərbaycan və Yenisey
daş kitabələrində, o cümlədən
Qafqaz Albaniyasına aid maddi-
mədəniyyət nümunələri üzərində
geniş rast gəlinir.
52
Bu damğanın müxtəlif variantları
Mərkəzi Asiya xalqları
Polşa-Litva tatarları , Şimali
Qafqazdakı qaraçaylar , balkarlar
, noqaylar , Kazan tatarları
arasında geniş yayılmışdır.
Volqaboyu Bulqar dövlətinin, Krım
xanlığının, Qızıl Ordanın dövlət
rəmzlərindən biri olmuşdur. Ən
qədim nümunələri Cənubi Sibirin
qayaüstü təsvirlərində, Volqa Bulqar
dövlətinin metal pulları üzərində
həkk edilmişdir. Azərbaycan xalça
ornamentlərində də variantlarına
rast gəlinir. Onun
variantı
qaraçayların laypan tayfasının,
işarəsi isə kumıkların tatar nəslinin
damğasıdır.
4
İncə saitli sözlərdə cingiltili
«d» samitini ifadə edir. Sözün
əvvəlində yazılmır. Qıpçaq
kökənli xalqlar arasında damğa
işarəsi kimi əsasən «aşamay»
(aça May, Humay açası/xaçı)
adlanır. «Təvarixi əl-Səlcuq» və
«Hünərnamə» əsərlərinə əsasən,
oğuzların əfşar, «Cami ət-
Təvarix» təsnifatına görə isə kızık
boylarının damğasıdır.
53
Göytürk əlifbasında cingiltili «l»
samitini ifadə edir. Damğa adı:
«hənək», «sənək», «durbaş», «ayır»
(ikidişli döyüş yabası). Karaimlərin
milli rəmzidir. Səfəvi dövlətinin
döyüş bayraqlarının başlıqlarında
«durbaş» adı altında istifadə
olunub. «Şəcəreyi-Tərakimə»
əsərində oğuzların Çəbni boyunun
damğası kimi göstərilib.
5
Əsasən Yenisey abidələrində
işlədilir və hər iki işarə «ş» səsini
bildir.
işarəsi damğa nişanı
kimi «beşik» adlanır.
54
Göytürk əlifbasında incə əsaslı
sözlərdə işlədilir və açıq «ö» və
qapalı «ü» saitini bildirir.
6
işarəsi incə saitli sözlərdə
«r» səsini bildirir. Tək halda
«ər» kimi oxunur. Sakral rəmz
və damğa işarəsi kimi türk
xalqlarının yaşadıqları bütün
ərazilərdə geniş yayılmışdır
və Tenqri xanın simvolu hesab
edilir. Damğa işarəsi kimi «ər»
adlanır. Tenqri açası ilə birlikdə
təsvirlərinə
bu gün də
Altaylarda, Şimali Qafqazda,
Azərbaycanda, Türkiyədə,
Krımda, Mərkəzi Asiyada və s.
rast gəlinir.
55
Damğa işarəsi kimi «yay» adlanır.
Əbdülqazi Bahadur xan Xivəlinin
«Şəcəreyi-Tərakimə» əsərinə
əsasən, oğuzların əfşar tayfasının
damğasıdır. Həmin mənbəyə
görə, alayuntlu
və dodurğa
tayfalarının rəmzləri də bu
işarəyə bənzəyir. Krımda yaşayan
caytamqalı (yaydamğalı), dair,
burlak, buyten türk tayfalarının da
damğası olmuşdur.
Damğalar, rəmzlər… mənimsəmələr
- 301 -
7
Əlifbada liqatür işarə kimi
«nt» səsini bildirir. Qədim
qardaşlaşma, qana and içmək
ənənəsini özündə əks etdirən
sakral türk damğalarından biridir
və «and» adlanır.
56
Göytürk əlifbasında «a» saitini
bildirir. Orxon mətnlərində
bəzən isə şəklində yazılır. Damğa
işarəsi və xalça ornamenti kimi
«qarmaq», «çəngəl», «qaz boynu»,
«dəvə boynu» və «it quyruğu»
adlanır. «Divani lüğət-it Türk»
əsərində işarəsi oğuzların bəydili
tayfasının damğalarından biri kimi
göstərilib.
8
Türk damğaları təsnifatında
«Döngələk», «domalaq», «Gün
belgisi» (Gün nişanı), «Domalaq
ana», «Gün domalaq»,
«Nurullah», «Sarı baybişe»,
«Baybike», «Altun top», «Altun
alma», «xalxa/halqa» kimi adları
vardır. Eyni zamanda, Atillanın
damğası kimi tanınır. Bu işarə
Səfəvi hökmdarı II Təhmasibin də
bayrağını bəzəmişdir. «Şəcəreyi-
Tərakimə» əsərində bu işarə həm
də oğuzların alkaevli boyuna aid
edilmişdir.
57
Göytürk əlifbasında burunda tələffüz
olunan «ŋ» səsini bildirmək üçün
istifadə edilir. Yenisey mətnlərində
şəklində də yazılır. «Cami ət-
Təvarix» əsərində göstərilir ki,
damğanın
variantı oğuzların
yazır boyunun damğasıdır. «Təvarixi
al- i Səlcuq» və «Hünərnamə» isə
onun tərs tipini kızık tayfasına aid
etmişdir. Həmin işarəyə «kuelqan»
adı ilə başqırd damğaları içərisində
rast gəlinir. Başqırdıstanın Ufa
yaxınlığında yerləşən Çeşmə
stansiyası ərazisindəki qədim məzar
daşları üzərində orta əsrlərə aid
analoji damğa işarəsi aşkar
olunmuşdur.
9
Qalın əsaslı sözlərdə «ı», incə
əsaslı sözlərdə isə «i» saitlərini
bildirir. Damğa işarəsi kimi adı:
«kösov».
58
«Cami ət-Təvarix» əsərində
oğuzların karaevli boyunun damğası
kimi göstərilmişdir.
10
«Hünərnamə» və «Təvarixi
al- i Səlcuq» əsərlərindəki
damğa təsnifatında
işarəsi
oğuzların bügdüz boyunun
tanınma-fərqləndirmə nişanı kimi
göstərilib.
59
Yenisey əlifba işarələrində «ŋ»
səsini Talas işarələrində isə «nt»
səsini, ifadə edir. Damğa nişanı kimi
«ama», «abak» adlanır və qadın
başlanğıcını - Yaranışı, Ana bətnini
bildirir.
11
«Şəcəreyi-Tərakimə» əsərinə
əsasən, oğuzların dögər boyunun
damğası
sayılır. Azərbaycan
xalça ornamentləri sırasında
«daraq» adlanır.
60
«Təvarixi al- i Səlcuq» və
«Hünərnamə» əsərlərindəki damğa
təsnifatlarında bu işarənin oğuzların
yaparlı boyuna məxsus olması
bildirilir.
12
Həm Orxon, həm də Yenisey
kitabələrində incə saitli sözlərdə
kipləşən kar «t» samitini bildirən
işarələrdəndir.
61
Göytürk yazılı abidələrində cingiltili
«l» samitini ifadə edir. Damğa adı:
«qarmaq».
Damğalar, rəmzlər… mənimsəmələr
- 302 -
13
Kipləşən qoşadodaq cingiltili
«b» samitini bildirir. Damğa
işarəsi və xalça ornamenti kimi
«qarmaq» adlanır.
62
Kipləşən, qoşadodaq kar «r»
samitini bildirir. Damğa adı:
«kösöv». Qədim uyğur əlifbasında
qrafeminin bənzəridir.
14
«
Ocaq» anlamı verən damğa
həm Krımın qıpçaq tayfalarında,
həm də oğuzların alayuntlu
boyunda (Əbdülqazi Bahadur
xanın təsnifatında) vardır.
Gəmiqaya, Qərbi Azərbaycan
qayaüstü təsvirlərində rast gəlinir
Azərbaycan xalça ornamenti kimi
bu gün də istifadə olunur.
63
Damğa adı: «ikipıçak» (iki bıçaq),
«qoşa süngü», «qıpçaq» olan bu
işarə iki və daha çox tayfanın
birliyini ifadə edir. Mərkəzi Asiyanın
qıpçaq kökənli tayfaları arasında
geniş yayılmışdır. «Şəcəreyi-
Tərakimə» əsərində oğuzların
karkın boyunun damğası olaraq
göstərilib.
15
Damğa işarəsi kimi «ot» adlanır.
Mərkəzi Asiyanın, Azərbaycanın
xalça ornamentlərində bu gün
də qalmaqdadır. «Quyruqlu ay»
damğa işarəsinin tərs formasıdır.
64
Damğa işarəsi kimi «nal» adlanır.
Mərkəzi Asiya, Şərqi Sibirin türk
kökənli tayfaları arasında geniş
yayılmışdır.
16
Uyğur əlifbasında («Kutadqu-
bilik»)
«d», «t» səslərini
bildirir. Bu işarənin bənzərlərinə
Xınalıq yazılı daşlarında da
təsadüf olunur.
65
Ənənəvi hun damğalarından
hesab olunur. V.Flerovanın xəzər
damğaları təsnifatında da təsvirləri
verilmişdir. Qazax tayfalarının nəsil
nişanlarında da rast gəlinir.
17
Şimali və Cənubi Qafqazda, o
cümlədən Qafqaz Albaniyasında,
Mərkəzi Asiyada, Volqaboyunda
geniş yayılmış bu işarə «alban»
adlanır. Xristian dini ilə
əlaqəsi yoxdur. Hunların dulo
tayfa ittifaqına daxil olmuş iri
nəsillərdən birinin - suvarların
damğa nişanlarındandır.
Tenqri xan
və Günəş
rəmzlərinin birliyini ifadə edir.
Dərbənd işarələri arasında onun
variantına da rast gəlinir.
66
Damğa işarəsi kimi ilkin semantikası
«ikiağızlı balta», «baltavar» olmuş,
islam dininin türkdilli xalqlar
arasında geniş yayılmasından
sonra semantikası «qazan» kimi
yozulmuşdur. Yazıçıoğlu Əlinin
«Təvarixi al- i Səlcuq» əsərindəki
təsnifatda oğuzların alkaevli
boyunun damğası kimi göstərilir.
Bulqarların, Krım tatarlarının,
noqayların tayfa-nəsil rəmzlərində
də təsadüf olunur. Mərkəzi Asiyada
«toskur» (təknə) adlanır.
18
Təkağızlı baltaya bənzəyən işarə
qədim türklərin hakimiyyət,
dövlətçilik rəmzlərindən biri
sayılıb. Damğa işarəsi kimi
«balta» adlanır. Azərbaycanda,
o cümlədən Qərbi Azərbaycanda
baltalı tayfası ilə bağlı etnonimlər
vardır. Bu damğa qazaxların
baltalı tayfasının da rəmzidir.
67
İlkin damğa adı «qarmaq»
olan işarə həm də «axar su»
adı ilə Azərbaycan etnik xalça
ornamentlərində qalmaqdadır.
«Şəcəreyi-Tərakimə» əsərində bu
damğanın oğuzun iqdır və kızık
boylarına aid oduğu bildirilir.
19
Damğa işarəsi kimi «eşik»
adlanır və «qapı» anlamını verir. 68
Damğa adı: «çömçə». Mərkəzi
Asiyada, Volqaboyunda və Krımda
«çemiş» adı ilə yayılmışdır.
Damğalar, rəmzlər… mənimsəmələr
- 303 -
20
«Təvarixi əl-Səlcuq» və
«Hünərnamə» əsərlərinə əsasən,
oğuzların bəydili boyunun
damğasıdır. Semantikası
müxtəlifdir. İkiağızlı yandırıcı
ox dəmrəsinə, Ayparaya da
bənzədilir. Mərkəzi Asiyada
və Qafqazda «quyruqlu Ay»,
Altaylarda «kayekelü Ay»
(hörüklü Ay) da adlandırılır.
«Cami ət-Təvarix» əsərində onun
digər forması
oğuzların
biçene boyunun tanınma-
fərqləndirmə nişanı kimi
göstərilib. Pazırıq kurqanlarında
müəyyən edilən qədim
damğalardandır.
69
Qafqaz Albaniyasını türk xalqlarına
bağlayan etnik işarələrdən biridir.
Damğa adı: «sırğa». «Şəcəreyi-
Tərakimə» əsərində oğuzların
bayat boyunun damğası
kimi
göstərilmişdir. Qazaxların alban
(alban-suan, alban-suvar) tayfasının
damğalarından biri.
21
Kumıkların Krım-şamxal nəslinin
də damğası hesab olunur. Midiya,
Azərbaycan və Mərkəzi Asiya
damğaları içərisində də rast
gəlinir.
70
Mahmud Kaşğarinin «Divani
lüğət-it-Türk» əsərinə görə,
oğuzların iqdır boyunun damğasıdır.
Qazaxların Böyük juzuna (birliyinə)
daxil olan kanlı tayfasının şılbır
nəslinin də damğası sayılır.
Dostları ilə paylaş: |