ƏDƏBİYYAT
1.
Qlinka S.N. Opisanie pereseleniya armyan azerbaydjanskix v predelı Possii. Moskva, 1831,
s.131.
2.
Aktı, sobrannıe Kavkazskoqo Arxeoqraficeskoyu Komissiyu (AKAK), tom VII, Tiflis,
1878, sənəd 829, s.845.
3.
Şavrov N. Novaya uqroza russkomu delu v Zakavkaze: predstoyaşaya rasprodaja Muqani
inorodçam. SPb., 1911, s.63.
4.
Polnoe sobranie zakonov Possiyskoy imperii. Sobr. vtoroe, t.III. SPb., 1830, s.272-273.
5.
Əliyev F., Həsənov U. İrəvan xanlığı. Bakı: “Şərq-Qərb”, 2007, s.15-16.
6.
Səməd Sərdariniya. İrəvan müsəlman sakinli vilayət olmuşdur. Bakı: “Zərdabi”, 2014, 224
s.
7.
Səmyuel A.Vimz. Ermənistan-terrorçu xristian ölkənin gizlinləri (ermənilərin böyük fırıldaq
seriyaları). I c., Bakı: “Oka”, 2004, s.252.
8.
Nəbizadə N. Azərbaycanın xarici siyasəti (1918-1920). Bakı: “Ay-Ulduz”, 1996, s.201.
9.
Azərbaycan tarixi. Yeddi cilddə. VI cild. Bakı: “Elm”, 2008, s.50.
10.
Rusiya Federasiyası Prezidentinin Arxivi (RFPA), f.17, siy.2, iş 34, v.3.
11.
B.Şahtaxtinskinin V.Leninə məktubu. 01.03.1921// Rusiya Dövlət Sosial-Siyasi Tarix
Arxivi, f.5, siy.1, iş 2796, v.3-3 (arxası).
12.
İsmail Soysal. Tarihçeleri ve açıklamaları ile birlikte Türkiyenin siyasal andlaşmaları. I cilt
(1920-1945). 2 baskı. Ankara, 1989, s.33-38.
13.
General Veysel Unuvar. İstiklal harbinde bolşeviklerle sekiz ay. 1920-1921. İstanbul, 1949,
s.4.
14.
Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və xarici
dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı, 1996, s. 88.
15.
Hacıyev A. Qars və Araz-Türk respublikaları tarixindən. Bakı: Azərnəşr, 1999, s. 60.
16.
Azərbaycan Respublikası Dövlət Arxivi (AR DA), f. 27, siy.4, iş 20, v. 21.
17.
AR DA, f. 27, siy. 4, iş 20, v. 26.
18.
Musayev İ.Göstərilən əsəri, s. 143.
19.
Musayev İ.Göstərilən əsəri, s. 170.
20.
Yenə orada.
21.
AR DA, f. 894, siy.2, iş 102, v.2.
22.
Zeynalova T.M.Azərbaycanda milli dövlət quruculuğu tarixindən (1920-1930-cu illər).
Bakı: “Elm”, 2004, s. 20.
23.
Musayev İ.Göstərilən əsəri, s. 176.
24.
İbrahim Ethem Atnur. Osmanlı yönetiminden Sovyet yönetimine kadar Nahçıvan (1918-
1921), Ankara, Türk Tarih Kurumu, 2001, s. 233.
25.
Hacıyev A.Göstərilən əsəri, s. 97.
26.
Əzizov T. Azərbaycan XX əsrin əvvəllərində. Bakı: “Zaman”, 1997, s. 196.
27.
Nəsibzadə N. Göstərilən əsəri, s. 192.
ABSTRACT
İsmail Hajiyev
Armenian factor in the foreign states` policy connected with Nakhchivan (1917-1921th years)
Some changes have been happened in South Caucasus according to the new geopolitical
condition formed in the world result of the First World War at the beginning of XX century.
Azerbaijan Democratic Republic, Georgia Democratic Republic and Ararat Republic were
established. The territory conflicts among these three independent states tightened the situation.
Especially Ararat Republic began to activities in armed way for to comes true their “great Armenia”
creation wishes and territory claims. The armenians who received political, military and material
help from great states - as USA, England, Russia etc. began to implement genocide against
Azerbaijanis. The great states were used from Armenian factor for to become strong in South
- 10 -
Caucasus, Azerbaijan and the same in Nakhchivan and tried to give Nakhchivan to the rule of
Armenia. Azerbaijan leaders, Nakhchivan population`s persistence fighting, taking a just position of
the Turkey did not give chance to great states to comes true their aims.
РЕЗЮМЕ
Исмаил Гаджиев
Армянский фактор в политике зарубежных государств в отношении Нахчывана
В связи с возникшим новым геополитическим положением после I Мировой войны в
конце XX века, на Южном Кавказе тоже произошли некоторые изменения. Создались три
республики – Азербайджанская Народная Республика, Грузинская Демократическая
Республика и Араратская Республика. Территориальные конфликты между этими
республиками осложняли положение. Особенно, Араратская Республика, мечтая о создании
«великой Армении» прибегла к вооруженным действиям. Получая политическую, военную и
материальную помощь от великих держав – США, Англии, России и др., государство
Армения начала геноцид против азербайджанцев. Большие государства в целях укрепления
своих позиций на Южном Кавказе, Азербайджане, а также Нахчыване пользовались
армянским фактором. Упорная борьба азербайджанского правительства и нахчыванцев,
справедливая позиция Турции воспрепятствовала осуществлению коварных замыслов
больших государств.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
- 11 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
FİRUDİN RZAYEV
AMEA Naxçıvan Bölməsi
firudinr@yahoo com.tr
UOT: 572.9
NAXÇIVANLILARIN ETNOGENEZİ TARİXİNDƏ KƏNGƏR TÜRKLƏRİ
Açar sözlər: etnooykonim kank, Kəngər, şumer, kanqyuy, Kanqir.
Key words: etnooykonim, kanq, Kanqar, sumer, kanqyuy, Kanaqir.
Ключевые слова: этноойконим, канг, Кангар, шумер, кангюй, Канагир.
Qaynaq və salnamə məlumatlarında m.ö. minilliklərə bağlı olduğu sübuta yetən, lakin, tarixi
proseslərdə iştirakı, eləcə də əraziləri haqqında müxtəlif fikirlər söylənilmiş proto Azərbaycan
tayfalarından biri də Naxçıvan ərazisində hələ m.ö. II minilliyin əvvəllərindən məskunlaşmış
Kəngər boyları olmuşdur. Bu tayfalar oğuzların Kanq tayfaları kimi tədqiq edilmiş, ayrıca bir türk
boyu olduğu göstərilsə də, tam tədqiq edilməmişdir. Azərbaycan, eləcə də Naxçıvan əhalisinin
qədim torpaqlarından siyasi oyunla qoparılaraq Cənub və Qərb Azərbaycan torpaqlarına qatılıb
fars, erməni hakimiyyəti altına düşən Maku, İrəvan xanlığı bölgələrində də bu tayfalar geniş
yayılmış, əhalinin etnogenezində xüsusi yer almışlar. Bu gün belə bu tayfaların Naxçıvan ərazisində
çox qədimlərdən yerli sakinlər olmasına, ərazinin ictimai siyasi mühitində əsaslı rol oynadıqlarına
dair xeyli tarixi faktlar mövcuddur. Qeyd edək ki, Kəngər tayfaları qədim mənbələrə istinad
olunmadan tədqiq edilmiş, ilk dəfə olaraq tərəfimizdən ən qədim dövrlərə aidlikləri tarixi faktlara
və yazılı salnamələrə istinadən araşdırılmışdır. Bəs tədqiqatlarda kəngərlər necə araşdırılmışdır?
R.Özdək oğuzları “Üç oxlar”, “Boz oxlar” bölərək, Boz oxlara Qayı, Bayat, Alkaravlı,
Karaavul, Yazır, Döyər, Dodurqa, Yaparlı, Avşar, Karkın, Bəydili, Kızık, Üç Oxlara isə Bayındır,
Beçənə, Çavuldur, Çəbni, Salur, Eymur, Alayuntlı, Ürəgir, Yiğdir, Büqdüz, Yıva, Kınıq boylarını
daxil edir. Burada Kınıq boyları kəngərlər hesab edilir, lakin tarixləri haqqında heç bir fikir
söylənilmir (36, s.1).
Digər bir mənbədə “Boz ok” boyları Kayı, Bayat, Alkaevli, Karaevli, Yazır, Dögər,
Dodurqa, Yaparlı, Afşar, Kızır, Bəydilli, Qarxın, “Üç ok” boylarına isə Bayandır, Peçene,
Çavuldur, Çepni, Salur, Eymur, Alayuntlu, Yüregir, İqdir, Büqdüz, İva, Kınık adlı 24 boy daxil
edilir (44). Burada da kınıqlar kəngərlər hesab olunur, lakin bu tayfaların tarixi və ərazisindən
məlumat verilmir.
Təəssüflə qeyd edək ki, azərbaycanlıların yerli tayfaları olmuş kəngərlər sovetlər dövrü nəşr
olunmuş Azərbaycan Sovet Ensiklopediyasında (tərtib edənlər təbii ki, azərbacanlı alimlər idi) onlar
ehtimal şəklində eramızın əvvəllərində ərazimizə peçeneqlərlə birgə hunların tərkibində “gəlmə
tayfalar” kimi təqdim edilirlər. Naxçıvanda onların məskunlaşması isə V əsrə aid edilir (2, s. 352).
M.H.Vəliyevin (Baharlı) tədqiqatlarında da belə fikirlə qarşılaşırıq O, heç bir mənbə
göstərmədən Şimal və Cənub Azərbaycana qədim türk tayfalarının IX əsrdə (826-836-cı illər)
ərəblərə qarşı qalxan üsyanı yatırmaq üçün gəldiklərini yazır. Ərəblərin dəvəti ilə Amu Dərya
tərəfdən gələn türklər arasında cavanşirli, kayı, kəngər, xələc, türkmən, cığatay, səlcuq və s. türk
tayfaları göstərən müəllif, kəngərləri “kanqlı”, “xəngə” kimi peçeneqlərin övladları hesab edir (31,
s.41).
K.N.Smirnovun “Naxçıvan əyalətinin tarixi və etnoqrafiyasına dair materiallar” əsərində ön
söz müəllifi Əziz Mirəhmədov M.H.Vəliyevə istinadən onun fikirlərini təkrarlayır və Kəngər
tayfalarının Monqolstandan gəlib, Türk, Azərbaycan, Gürcüstan, İran ərazilərində, 120 min ailə ilə
Naxçıvanda da məskun olduqlarını yazir. K.Smirnov isə Naxçıvan ərazilərinə kəngərlərin gəlişini
XI əsrə aid edir və guya Kəngərli bəylərinin dediklərinə görə min il bundan əvvəl xəlifələrin çağrışı
- 12 -
ilə onlar Zaqafqaziyanın işğalında ərəblərə yardım edərək Qarabağ və Naxçıvanda
məskunlaşdıqlarını qeyd edir. Burada Kəngərli orduları, komandirləri haqqında geniş məlumat
verən müəllif, 1803-cü ildə onların böyük güc olduqlarını göstərir (39, s. 10-18, 36). Əgər biz
burada “min il əvvəl” ifadəsindəki məlumatı nəzərə alsaq, hadisələr I əsr ərəb işğalı dövrünə təsadüf
edir. Göründüyü kimi bu fikirlər sadəcə məlumat xarakteri daşıyır.
Çin mənbələrinin m.ö.II yüzilliyə aid məlumatlarıda da elmi baxımdan maraqlıdır. Burada
Usun tayfalarından Şimal-Qərbdə Kanqyuy (Kəngər) dövlətinin adı çəkilir və bu tayfaların
Xarəzmin Şimal-Qərbindən gəldikləri vurğulanır. Mənbədə Cənub-Şərqi Asiyada kiçik Kanqar
adasından paleolit dövrünə aid arxeoloji tapıntıları da qeyd edir ki, onları da burada yaşamış
tayfalara aid edilir (42, s. 87; 43, s. 445). Əgər bu məlumatdakı “paleolit dövr arxeoloji nümunələr
mədəniyyəti” ifadəsini nəzərə alsqa, bu tarix m.ö. VII minilliy əhatə edir. Deməli Kəngər türkləri
bu mədəniyyəti yaradan prototürklərin varisi də ola bilər (-F.R.).
Azərbaycanın qədim mədəniyyətinin ilk inkişaf dövrünü əski prototürklərlə bağlayan
İ.Əliyev ərazidə avtoxton (yerli sakinlər) sakinlər olmuş proto-türk etnosları subartu, lulu, quti,
turuk, kuman, az, kəngər, zəngi, kassi, sak və s.tayfaların adını çəkir onları m.ö. əsrlərə aid edir (1,
s. 86). Akademik İ.Həbibbəylinin yazılarında da kəngərlər Azərbaycan ərazisində e.ə. bulqar, xəzər,
oğuz və s. prototürklərlə birgə göstərilir və kəngərlərin bu tayfalarla birgə Manna, Midiya,
Atropatena dövlətlərində yerli tayfalar olduğu qeyd olunur (23, s. 32-38).
Qeyd edək ki, Q.Qeybullayevin də bu istiqamətdə böyük zəhməti olmuşdur. O, kəngərlərlə
bağlı Strabon, K.Baqryanarodnı, G.Moravig, İbn Xordadbeh, S.Klyaştornı, L.Meliksetbekov,
S.Alyarov, S.Yeremyan kimi səyyah və tədqiqatçıların əsərləri, gürcü, erməni, suriya, ərəb
mənbələrə istinadən Alban, Aral gölü, Sırdərya, gürcü, erməni, Bütöv Azərbaycan, eləcə də
Naxçıvan elində kəngərlərin yayıldığını göstərir. Müəllif, mənbələrədə kanqlı, kanqay, kanqar,
kanqaras və s. yazılışlı tayfaların kəngərlər olub m.ö. II əsrdə Kanqyuy adda dövlətlərinin olduğunu
yazır. O, “Kəngər”-“kanq əri”nin Qafqazda V əsrdə peçeneqlərin bir qolu olaraq məskunlaşdıqlarını
göstərir (27, s. 102-103). V əsr erməni mənbələrinə istinad edən müəllif Qazax rayonu ərazisində
“Kəngər torpağı” olduğunu göstərərək kəngərləri peçeneqlərlə bir ittifaqda təqdim edir.
Q.Qeybullayev İberiya və Ermənistan sərhədləri arasında Kəngər torpağını , Ararat vadisi
ərazisində Kəngər adının mövcudluğunu N.Q.Adons və qədim erməni mənbələrinə istinadən V əsrə
aid edir. Burada peçeneqlərlə kəngərlərin birgə İrəvan xanlığı və Gürcüstan arası ərazilərə m.ö. III-
II əsrlərdə gəldiyini yazan Q.Qeybullayev, Kol tayfalarını kəngər-peçeneqlərin tərkibində göstərir,
kolların indiki Ermənistan ərazisində m.ö. minilliklərdən yaşadığını qeyd edir (26, s. 97, 111-112).
Başqa bir kitabında isə, o, kəngərlərin bir qolunun Qarabağ adlandığını, Naxçıvandakı Qarabağlar
kəndinin bu tayfa adından yarandığını və eramızın əvvəllərindən Qazax-Ağstafa, İberiya və
Ermənistan sərhədləri arasında, Naxçıvan ərazilərində məskun olduqlarını yazır (25, s. 98-100; 28,
s. 30-31).
Qeyd edək ki, tayfa adları və əski sözlərimiz ilkin yaranışda əsasən birhecalı olmuşdur. Biz
bu varianta şumer dilini quruluşunu təhlil edən görkəmli dilçi alim T.Hacıyevin tədqiqatlarında da
rast gəlirik və şumer dilini bir çox alim türk dili sayır (9, s.193). T.Hacıyev də şumer türk dil
qruluşunu müqayisəli təhlil edərək şumerlərdəki 24 sait və samit səsləri (6 sait 18 samit) dilimizdəki
səslərlə müqayisə edərək, onların eyni kökə aid olduğuna elmi sübutlar göstərir (15, s. 21-24).
Biz T.Əhmədovun yazılarında kəngərlər bir türk boyu olaraq mənbələrdəki kanqlı etnonimi
ilə eyniləşdirilir, Ç.Vəlixanov və N.Zeydlitsə istinad onların m.ö. III əsrdən mövcudluğu, bir
qisminin VII əsrdə peçeneq və xəzərlərə, digərlərinin isə XII əsrdə monqollara qarışdıqları, Orta
Asiya və monqollardakı osmanlıların bu gün belə “Xanqar” adlandıqları göstərilir (11, s. 158). Bəzi
mənbələrdə isə kəngərlər qızılbaş tayfaları hesab edilir (13, s. 12).
K.Ş.Şaniyazov öz yazılarında kəngərləri peçeneq türkləri ilə bir ittifaqda kıpçaq, ıstı, cəlayir,
üçoktı, srqalı, çançklı tayfaları ilə birgə Kanqli kimi göstərir, onların qərbə axınının erkən dövrlərdə
başladığını, erməni və gürcü mənbələrində isə eramızın I-IV əsrlərində Qafqazın Kəngər dağlarında
onların məskunlaşdığını göstərir (40, s. 39-40, 131). Əgər burada “erməni gürcü mənbələri” nəzərə
alınarsa biz bu mənbələrin XVII-XIX əsrlərdən formalaşdığını görürük. Çünki ermənilərin rus
siyasəti ilə ərazilərimizə köçürülməsi 1820-ci ildən sonra başlamış, gürcülər isə XVII əsrdə Metix
- 13 -
(Mati, Maday adındandır-F.R.) qalası ətrafında kiçik bir knyazlıq kimi göstərilir. Burada müəllifin
hansı mənbəyə əsaslandığı qaranlıq qalır və bütün bunlar ümumiləşdirilmiş bir versiya kimi ortalığa
çıxır.
Türk müəllifi Zeki Toğan Güney Qafqaza köçmüş Türk boyları Bulqarlar, Hunlar, Barsillər
(Barsulalar, Borçalılar), Xəzərlər arasında Kəngər tayfalarını da göstərməklə bu tarixi prosesin
miladın ilk yüzillərində baş verdiyini yazır. O, Suriyalı müəllif Abas Katina istinadən Bulqar
boylarının məskunlaşdığı ərazini m.ö. 120-ci ildə Qars tərəflərində göstərir (41, s. 98). 2007-ci ildə
çıxan “Azərbaycan tarixi” kitabında isə Azərbaycana yerləşmiş Kəngər boylarının adı ilə ərazidə
Qavarn Kangaraç məntəqə adı olduğu, erməni tarixçisi Paparlı Qazar, eləcə də Süryani
mənbələrində Kəngər və onların ərazisi haqqında qiymətli məlumatlar verdiyi yazılır, lakin dəqiq
tarix göstərilmir (3, s. 175-176).
A.Məmmədovun “Kəngərlər” kitabı da elmi cəhətdən maraq doğurur. O, basien-
peçeneqlərin m.ö. I minilliyin ortalarında Sırdərya çayının orta axınında bir dövlət qurduqlarını və
dövlətin eramızın IV əsrinə qədər yaşadığını, adını isə Sırdəryanın sıldırım sahilində qədim Kanq
qalasından götürdüyünü yazır. IX əsr ərəb müəlliflərinə istinad edən A.Məmmədov, Sırdəryanı
Kanqar adlandırır, Kanq sözünün fars dilində “kanal” sözündən əmələ gəldiyini təkzib edən müəllif,
qədim türk dillərində kanq/qanq sözünün “çayın sıldırımlı hündür sahili”, “sıldırımlı qaya”
mənasında olduğunu göstərir. O, Kanq qala adının m.ö. VII əsrə aid “Avesta”da Kanqha, m.ö. IV
əsrə aid hind eposu “Mahabharata”da Kanqı, VI-X əsrlərə aid farsdilli mənbələrdə isə Kanqdez (dez
“qala”) mənasında izah edir. Bu sözün Orxon-Yenisey türk runi yazılarında Kanq, Çin
mənbələrində Kanqyuy kimi təkrarlandığını yazan A.Məmmədov m.ö. son əsrlərdə Kanq
dövlətində yaşayan qədim türklərin “kənqər” yazılışını etnonim qəbul edir. O, Kanq dövlətinin
əsasını basien-peçeneqlərin qoyduğunu, bu dövlətdən kənarda yaşayanların “kəngər” adını
daşıdığını qeyd edir (30, s. 5-7). Yeri gəlmişkən qeyd edək ki, bu gün belə Cənub Azərbaycanın fars
eləcə də azərbaycanlı əhalisi uydurma “Fars körfəzi”nin ərəb mənbələrində Bəsrə-Kəngər körfəzi
adlandığını, Təbriz, Urmiya, Türkənbur ərazilərində yaşayan azərbaycanlıların “Kəngər körfəzi”
kimi təqdim etdiklərini görürük (Şəxsi müşahidə-F.R.).
S.E.Malovdan sonra Orxon-Yenisey yazılarını gözəl araşdıran A.S. Amanjolov Gül-tegin
abidəsindəki yazılarda “kenqeres” sözünü tayfa adı qəbul edir. O, Keneres toponimini kəngərlərlə
bağlayıb IX əsr ərəb mənbələrində bu tayfa adının qeyd olunduğunu “kenqer, kenqir” kökünü tayfa
adı, -es sonluğunu isə -es/eş adlıq halın donmuş, arxaikləşmiş şəkilçisi kimi qəbul edir. Daha sonra
müəllif Sırdəryanın aşağı axarında Kanqar çayı, müasir Qazaxstan ərazisində Kenqir çayı, Ulutau
dağlarında Sarıkenqir, Karakenqir, Jazdıkenqir adlarını, Sarısu çayının bir qolu Kenqir, Sarısu-
Kenqir hövzə adlarının bu tayfa adından gəldiyini yazır (5, s. 41). Əgər bura qədər olan
tədqiqatların nəticələrinə diqqət etsək, kəngərlər Peçeneq, Monqol, Hun, Xəzər, Bulqar, Barsil,
Qızılbaş və s. tayfaların daxilində göstərilirlər və bu məlumatlar ziddiyyətli olmaqla tam təsdiq
olunmur.
Bəs əsl həqiqətdə kəngərlər kimdir, “Oğuznamə”yə necə düşmüşlər? Təbii ki,
F.Rəşidəddinin “Oğuznamə” əsəri bu istiqamətdə ən etibarlı və əsas mənbə olaraq qalmaqdadır.
Tərəfimizdən bu dastan üzərində aparılan müqayisələrdə bəzi məqamlar daha aydın görünür. Oğuz
hakimiyyətə gəldikdən sonra əmiləri və qohumları ilə döyüşür, onlar üzərində qələbə çalır, bundan
sonra çadır qurdurub şənlik etmək istəyir. O, arxadan kömək məqsədiylə gələn, ona qoşulan
tayfaya “uyğur”, yəni “arxadan gələn”, Oğuza kömək edərək düşməni pərən-pərənə salıb, onların
qənimətlərini ələ keçirib araba düzəldərək onun ardınca gələn başqa bir qəbiləyə isə “Kanqlı”, yəni
“arabaçılar” adını verir (14, s.12-13). Əgər “Oğuznamə”dən götürülmüş bu ifadələrə diqqət etsək,
istər Uyğur, istərsə də Kanqlı türkləri əsərdə “köməyə gələn başqa qəbilə” kimi təqdim olunurlar.
Deməli Kanqlı-Kəngər tayfaları Oğuza sonradan qoşulub ona kömək edən, ilk araba düzəldən,
başqa qəbildən olan tayfalardır. Bu tarixi məlumatlar onların oğuzlardan da qabaq tarix səhnəsində
olub sonralar Oğuz tayfa ittifaqına qoşulduğunu əsaslı şəkildə sübut edir (-F.R.). Burada bir
məsələni xüsusi qeyd edək ki, “Oğuznaməni” ilk dəfə fars dilindən tərcümə edən L.A.Xetaqurova
olmuş, etnik dastan kimi öyrənən alimlər isə V.V.Radlov, V.V.Bartold, P.Pelyo, V.Banqdan və b.
olmuşlar. Bu yazılarda isə bir-birini təkzib edən xeyli fikir və faktlarla qarşılaşırıq (ətraflı bax, 6, t.
- 14 -
II, I h. s. 63; 7, t. V, s. 473-486; 34, s. 21-28; 35, t. I, kt. I, s. 140-143). Əgər bu faktlar müqabilində
kəngərlər oğuz boyları deyilsə, bəs onda bu türklərin ana yurdu harada olmuşdur və onlar hansı
boydan gəlirlər?
B.A.Litvinskinin Və S.Q.Klyaştornunun yazılarında m.ö. II yüzillikdə Kəngər türklərinin
Kanqyuy adlı dövlətlərinin olduğu və bunun kəngərlər olduğu göstərilir. Müəlliflər bu tayfalara
ərazi olaraq Baykal gölü, Amu dərya və Sır Dərya çaylarının ətrafları göstərilir. Problemə tayfa
adının etimoloji izahı yönündən də diqqət edən S.Q.Klyaştornı, “kanqlı” sözünü “çay kənarında
yaşayanlar” kimi izah edib Kanqxa, Kanq, Kanqu, Tarban-Kanqar kimi toponimik adları misal
göstərir (22, s. 150,166, 169-171; 29, s. 46, 55, 134-146). Təbii ki, bu etimoloji izah bir qədər səthi
xarakter daşıyır. Çünki qədim türk dillərində su/çay adları adətən-“bu, bia” kimi işlənirdi ki, biz
hazırda areal tük dilində bulud, bulaq, bulama kimi sözlərdə bunun arxaik izlərini görürük (-F.R.).
Lakin yazılı salnamələrdə “Kəngər”, “kanqlı”, “kanqay”, “kanqyu”, “kinqir” kimi düşən Kəngər
tayfa adının yazılışlarında biz “bu, bia, biu” komponentlərini görmürük. Bu yazılışlardakı “kan” və
sağur nun-nq ilə işlənən “kanq” sözü qədim türklərdə “kan-xaqan”, “başçı”, “şəhzadə” mənalarında
rütbə bildirirdi. Tayfa adları isə qədim türklərin inancı dairəsindəki tanrı adlarından formalaşırdılar.
B.Çıdendambaevin araşdırmalarında da yeni versiya mövcuddur. Burada kəngərlər
saxaların tərkibində göstərilir (10, s. 44–45). Biz tədqiqatlarımızda Şu türklərindən danışarkən
sakların-saxaların “Şu-Saka” dastanında bu boylarla bərabər olduqlarını qeyd etdik. Bu versiya Şu-
Saka-Kəngər boylarının eyni ittifaqda m.ö. III minilliyə dayandığını sübut edir (37, s. 336).
K.Ş.Şaniyazov və A.Ş.Kadırbayevin tədqiqatlarında isə Çin yazısı “Yuan-şi” mətninə
istinadən Kanqlı tayfaları “vançzu” kimi ayrıca dövlətdir və keraitlər kəngər boylarının əcdadlarıdır
və buna dair elmi faktlar göstərilir (20, s. 117; 40, s. 40). Biz bu nəlumatla bağlı mənbələrə diqqət
etdikdə keraitləri qədimdə onların nayman, uysun, kanqlı, kıpçaq, arqın (arqun), konurat, cəlairlə
birgə kazax xalqını təmsil etdiklərini, hazırda onların Baykal ətrafında, eləcə də Şərqi Qazaxstan,
Altay ətrafında, Monqolstanın Bayan-Ulqiy oymağında yaşayan tayfalar olaraq görürük (4, s. 36;
16, s. 41-44).
A.T.Qaydarov Kəngər oğuz boylarının dil qruluşunu hələ m.ö. III-I əsrlər qədim türk dilləri
ilə bağlayır (21, s. 39-47.). Bu fikri digər bir mənbə də təsdiq edir. Qədim türk Azərbaycan yazılı
abidəsi “Avesta”da da biz “Kanqlı” tayfa adı ilə rastlaşırıq (12 s. 141). Bu isə m.ö. VII əsrə təsadüf
edir, bu mövcud elmi və tarixi faktlar isə bir təsadüf deyil Azərbaycan xalqının, o cümlədən də
Naxçıvan əhalisinin uzaq minilliklərə söykənən keçmişinin tarixi izləridir (-F.R.).
Elmi cəhətdən əhəmiyyətli olan bir tarixi fakta da nəzər salmaq istərdik. Azərbaycan
xalqının etnogenez və qədim yazıları haqqında qiymətli fikirləri olan Firudin Ağasıoğlu Subərlərin
tarixi ilə bağlı məlumatında m.ö. IV-II minilliklərə aid Akkad yazılarında Bağdaddan aşağı
İkiçayarasının Kienqir-Kəngər adlandığını yazır. Şumer mətnindən götürülən bir sətirdə Ki-en-qi-
Kəngər sözünün qalan sözlərlə birlikdə mənasını açıqlayaraq, bu sözün həqiqətdə Kəngər olduğunu
sübut ediən müəllif, şumerlərin özlərini “kəngər”, “kəngər adamı”, bəzən də Kəngər ölkəsinin
sakini kimi Kəngərli adlandırdıqlarını yazır (8, s. 155). Burada qədim Bağdad isə qədim
Azərbaycan şəhəridir və bu halda torpaqlarımız qədim şumerlərlə həmsərhəd olmuşdur (-F.R.). Bu
yazılara istinad edən Y.Oğuz və B.Tuncay oz tədqiqatlarında, O.Süleymanov, Ə.Cavad, Y.Yusifov
və b. istinadən Kəngər tayfalarını qonşu xalqların “kəngər”, “kinqir”, “qarabaş”, “qarapapaq”
adlandırdıqlarını yazırlar. Bununla bərabər müəlliflər mənbələrdəki 60-dan yuxarı Şumer sözlərinin
eynilə dilimizdə işləndiklərini göstərmiş, elmi cəhətdən xeyli faktlara müraciət etmişlər (33, s. 122,
131-137).
Əgər göstərilən bu faktlara diqqət etsək, Kəngər boyları m.ö. ən azı III minillikdən tarix
səhnəsində idilər. Biz yuxarıda da qed edək ki, “Oğuznamədə” kəngərlər “Kanq” kimi verilir və
araba düzəltdiklərinə görə belə adlanırlar (14, s. 13). Burada Kanqlı-kəngər Dəniz xanın son oğlu
kimi verilsə də, bu “Oğuznamə”nin tərcüməsi və sistemləşdirilməsində iştirakı olmuş müəlliflərin
ya bilərəkdən təhrifi, ya da tərcümə zamanı yol verdikləri səhvdən irəli gəlmişdir. Biz yuxarıda
“Oğuznamə”yə istinadən qeyd etdik ki, istər Uyğur, istərsə də Kanqlı türkləri köməyə gələn başqa
qəbilələrdir. Bu isə Kanqlı-Kəngər tayfalarının Oğuzdan öncə tarix səhnəsində olduqlarını və Oğuz
tayfaları olmadığını sübut edir. Əgər Kəngər boyları ilk araba düzəldən tayfalardısa, bu türk
- 15 -
xalqlarının Yunan, Assur, Het və s. dövətlərdən öncə döyüş arabalarına sahib olduqlarını da ortalığa
çıxarır. Bu da kəngərlərin oğuzlardan qabaq tarix səhnəsində olub, onlara sönra qoşulduğunu əsaslı
şəkildə sübut edir (-F.R.).
Bəs Kəngər sözü haradan gəlirdi və mənası nəyi izah edirdi? Biz tədqiqatlarımızda prototürk
tayfa adlarının onların inancında yer alan Tanrı adları ilə nominasiya-adlanma ənənəsindən bəhs
etmişik (37, s. 19).
Ümumdünya mifinin məlumatlarında qədim Azərbaycanın m.ö. minilliklərə aid “Avesta”
yazılı mifik dastanının “Yaşt” bölməsində Kanqxa tanrı və Vara qala adına rast gəlirik. Bu Tura
nəslindən (bu nəsil “dindar”, “mömin”, “pak”, “ədalətli”, “insaflı” adlanırdı) gələn bu ad olmaqla
“Kanq sığınacağı” mənasını daşıyırdı. Toponim kimi Həmədan- qədim Midiya paytaxtı Ekbatan
yaxınlığında Kanqavar adında da qalan bu Vara məbədi 7 qızıl divarlı –sığınacaq abidə idi və
Herodotun yazılarında da xatırlanır (32, s. 619). Əgər burada “Kanqxa” sözünün etimoloji izahına
diqqət etsək, ad Kanq tayfa adı, xa/ka-“şöhrətli” və Vara/böri-“qurd” mənalarında qədim türk
sözlərindən yaranmışdır (10, s. 118; 38, s. 607). Bu sözlər Kanqxa Vara adını “Şöhrətli qurd Kanq”
mənasında qədim türk mifi Qurdla izah edir. Lakin bu tarix m.ö. VII yüzildən önə getmir.
S.Kramerin qədim şumerlərin “Biqamıs” (Bəzən Gilqamış) dastanında biz maraqlı və xüsusi
elmi əhəmiyyətli bir məlumatla da qarşılaşırıq. Bu əsərə mif istiqamətində diqqət etdikdə Anu və ya
An baş göy tanrısı, Enlil hava, Enki bilik, Ninmah (Ninhursaq) ana tanrı, Nanna Sin Ay tanrısı, Utu
(Uti Şamaş) Günəş tanrısı, Ecem Kueen soylular tanrıçası (kraliça), İnnana (İştar) eşq və bərəkət
tanrısının adlarıdır. Burada Ziggurta tanrı adı da çəkilir lakin onun daşıdığı mifik yük göstərilmir.
İlk torpağı yaradan Anu (göy) Eril və Ki (Kin, yer) tanrılarının birliyindən Enlil hava tanrısı
doğulur. Enlillə onun anası Kinin birləşməsindən Ninnuha -Uca tanrı yaranır (19, s. 80-83). Burada
Kin və ya Kinq yer tanrısıdır. Biz prototürklərin öz adlarını tanrı adından götürməsinə istinad
edərək Kəngər tayfa adının Kinq yer tanrısı adından yarandığını düşünürük və bu izahı doğru hesab
edirik (-F.R.).
Naxçıvan ərazisində Kəngər tayfa adından formalaşmış 8 etnooykonim qeydə alınır ki,
bunların da etimoloji izahları elmi cəhətdən əhəmiyyətlidir. Bu adlarda Kənəgir və Kanager ə≈i,
ə≈a, ə≈e səsəvəzlənmələri ilə (şəkil-şikil, xəngəl-xingəl kimi) Kəngər tayfa adından, Kankan- Kanq
tayfa adı və an-mənsubluq şəkilçisindən, Kəynərli -y samiti əlavə olunmaqla tayfa adını daşıyırlar.
Burada Canqur adı c≈ç≈k səsəvəzlənmələri ilə, Künlü adı nq qovuşuq samiti (səğir nun) nəzərə
alınmaqla Kanqlı, Kənurəs adı əs/as- “zəka”, “ağıl” sözüylə (18, s. 13) “Zəkalı Kanqlar”
mənalarında izah olunurlar (17, s. 36, 6,169,159, 160,180,183).
Beləliklə Kəngərlərlə bağlı bütün müqayisələri, etimoloji izahlardan ortalığa çıxan leksik və
fonetik hadisələrin m.ö. minilliklərə aidliyini əsas götürüb aşağıdakı elmi nəticələri deyə bilərik:
1. Kəngərlər oğuzların Kınıq qolu deyil, ayrıca prototürk tayfası olmuşdur;
2. Ərazi olaraq Kəngər tayfaları m.ö. III minillikdə tarix səhnəsində olmaqla Dəclə
və Fərat arasında məskun olmuşlar;
3. Kəngərlər m.ö.II minillikdə Dəclə və Fərat çayları arasından müxtəlif istiqamətdə, əsasən Çin və
Qafqaza doğru yayılmışlar;
4. Kəngər tayfa adı qədim türklərin adlanma üslubu və adətlərinə uyğun olaraq Şümer tanrısı
adından yaranmışdır.
Dostları ilə paylaş: |