Scientific works



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/32
tarix24.04.2017
ölçüsü5,01 Kb.
#15631
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

ƏDƏBİYYAT 
1.
 
Azərbaycan  Respublikasının  Konstitusiyası.  Bakı,  “Qanun”  nəşriyyatı.  2010. 
2.
 
Babayev  Y. Təriqət  ədəbiyyatı:  sufizm,  hürufizm.  Ali  məktəblərin  filoloji  fakültələri  üçün 
dərs vəsaiti.  Bakı,  «Nurlan»,  2007. 128 s. 
3.
 
Nizami  Gəncəvi.  İskəndərnamə.  (İqbalnamə).  Bakı,  "Lider  nəşriyyat",  2004, 256 səh.  
4.
 
Süleymanova   E. Qloballaşan  dünyada  insan  hüquqları.  Qloballaşma  və informasiya 
cəmiyyətinin  problemləri.  (elmi   məqalələr   toplusu).  Bakı,  2011. 227 səh 
5.
 
Şükürov  A.  Qloballaşmış  cəmiyyətlər:  dünən,  bu  gün,  sabah.  Bakı,  “Azərbaycan  Universiteti 
nəşriyyatı”  2006. 191s. 
6.
 
Tusi  Xacə Nəsirəddin.  Əxlaqi-Nasiri.  Bakı,  “Lider  nəşriyyat”,  2005, 
 
 
ABSTRACT 
                                                                                                                   Novruzali  Rahimov                                                                                    
Azerbaıjan  multıculturalısm  as a natıonal  and  moral  value. 
In  the  scıentıfıc  article  ıs  explaıned  the  phılosophıcal  concept  of  the    multıculturalısm 
essence.  It  analysed  also  Azerbaıjanı  multiculturalısm  as    natıonal  and  moral  values.  Shows  the 
values  of the  Azerbaıjanı  model  of  multıculturalısm. 
 
 
РЕЗЮМЕ 
                                         Новрузали  Рагимов  
Азербайджанский  мультикультурализм  как национально-нравственная ценность. 
В 
научной 
статье 
объясняется 
 
философская 
концепция 
сущности 
мультикультурализма.  В  нем  анализируется  также  азербайджанский  мультикультурализм  в 
качестве национальных и нравственных ценностей. Показывается значение азербайджанской 
модели мультикультурализма. 
 
 
 
NDU-nun  Elmi  Şurasının  30  mart  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 08) 
 
 
 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 2 (67) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 2 (67) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 2 (67) 
                                                       
 
                      QƏRİB ƏSGƏROV 
                  Azərbaycan Respublikasnın Prezidenti yanında   
Dövlət İdarəçilik Akademiyası 
                                                                          esgerov.qerib@box.az 
UOT:316.32    
 
AZƏRBAYCAN-NATO  ƏLAQƏLƏRİ:  MİLLİ TƏHLÜKƏSİZLİK  KONTEKSİNDƏ 
 
 
Açar  sözlər: xarici siyasət, dövlət təhlükəsizliyi,  milli təhlükəsizlik, geosiyasət, inkişaf 
 
Key  words:  foreign policy, state security,  national security, geopolicy, development 

 
 
- 104 - 
 
Ключевое  слова:  внешний  политика, государственный безопасность, национальный 
безопасность, геополитика.  развитие 
 
 
Beynəlxalq  münasibətlərin  subyekti  kimi  hər  bir  dövlətin  nüfuzu  onun  həyata  keçirdiyi  milli 
inkişaf  və  təhlükəsizlik  siyasəti  ilə  bilavasitə  bağlıdır.  Suveren  dövlət  kimi,  Azərbaycan 
Respublikası  bu  gün  daxili  və  xarici  siyasət  vasitələrindən  istifadə  edərək  mövcud  təhlükəsizlik 
mühitində  təhdidlərin  nəzarət  altında  saxlanılmasına  və  aradan  qaldırılmasına,  habelə  ölkənin  milli 
maraqlarının  təmin  edilməsinə  yönəlmiş  milli  təhlükəsizlik  siyasətini  formalaşdırır  və  həyata 
keçirir.  Bu  siyasətin  əsas  elementləri  müstəqilliyin,  suverenliyin,    ölkənin  ərazi  bütövlüyünün, 
konstitusiya  quruluşunun,  xalqın  və  ölkənin  milli  maraqlarının,  insanın,  cəmiyyətin  və  dövlətin 
hüquq  və mənafelərinin  daxili  və  xarici  təhdidlərdən  qorunması  təşkil  edir. 
Azərbaycan  xalqı  sorağı  minilliklərdən  gələn  tarixi  boyu  olduqca  mürəkkəb  şəraitlərdə 
yaşamış,  böyük  mədəniyyət  yaratmış,  dövlətlər  qurmuş,  varlığını  sübuta  yetirmiş  və  inkişaf  edib 
formalaşmışdır.  Ölkəmizin  çoxəlverişli  təbii-coğrafi  mövqeyi  ona  istər  yaxın  qonşu,  istərsə  də  uzaq 
dövlətlərin  diqqətini  daim  cəlb  etmiş,  bu  maraqdan  irəli  gələn  təcavüzkar  niyyətlər  həmin  mürəkkəb 
şəraiti  səciyyələndirmişdir.{1.3} 
Təbii  ki,  müasir  dünyada  baş  verən  fundamental  dəyişikliklər  Azərbaycan  Respublikasından 
və  onun  vətəndaşlarının  maraqlarından  yan  keçmir. Buna  görə  də  ölkəmizin  milli  təhlükəsizlik  və 
xarici  siyasəti  beynəlxalq  aləmdə  baş  verən  hadisələrin  axarını  və  transmilli  qloballaşma  prosesinin 
xüsusiyyətlərini  nəzərə  almalı  və bu sahədə  mövcud  olan  bütün  vasitələrdən  istifadə  etməlidir. 
 Marsel  Merl  vurğulayır  ki,  ”xarici  siyasət  dövlətin  fəaliyyətinin  “xaricə”  yönəlmiş  hissəsidir, 
yəni  daxili  siyasətdən  fərqli  olaraq  onun  hüdudlarından  kənara  mövcud  problemlərin  həlli  ilə 
məşğuldur.Bu  baxımdan  ölkənin  milli  təhlükəsizliyinə  xaricdən  ola  biləcək    istənilən  təhdidlərin 
vaxtında  qarşısının  alınması  düşünülmüş  xarici  siyasi  kurs tələb  edir. 
  Azərbaycanın  yerləşdiyi  coğrafi  mövqeyi  hər  cəhətdən  istər  geosiyasi,  istərsə  də  strateji 
baxımdan  önəm  kəsb  edir.  Onun  tutduğu  geosiyasi,  geoiqtisadi  və  geostrateji  mövqe,  yürütdüyü 
daxili  və  xarici  siyasət  dünyanın  və  regionun  aparıcı  dövlətlərinin  maraqlarına  toxunur  və  onların 
diqqətindən  kənarda  qalmır.  Bu  reallıq  həm  bölgənin,  həm  də  ölkənin  daxili  təhlükəsizlik  mühitinə 
birbaşa  təsir  göstərir. ABŞ  və  Qərbi  Avropanın  böyük  ölkələri,  regionun  Rusiya,  Çin,  Türkiyə,  İran 
kimi  böyük  dövlətləri  və  b.  geosiyasi  aktorlar  Cənubi  Qafqazda,  Orta  Asiya  və  bütövlükdə 
Avrasiyada  öz  maraqları  çərçivəsində  fəal  geosiyasət  reallaşdırır  ki,  bu  da  Azərbaycanın həm 
regional,  həm  də beynəlxalq  maraqlarından  yan  keçmir. 
Məhz  regiondakı  gərgin  siyasi  vəziyyətdən  qorunmaq  üçün  Azərbaycan  bu  gün    həm 
qonşuluq  siyasətində,  həm  də  digər  region  ölkələrlə  olan  münasibətlərində  balanslaşdırılmış  siyasət 
yürütməkdədir.  Bu  siyasətin  əsas vəzifələri  aşağıdakılardır: 

 
ölkənin  müstəqilliyini,  suverenliyini,  ərazi  bütövlüyünü,  təhlükəsizliyini  qorumaq  və  bunları 
beynəlxalq  təhlükəsizlik  sistemi  ilə  əlaqələndirmək.   

 
 mənafeyi  Azərbaycanın  milli  maraqları  ilə  həmçinin  dövlətçilik  maraqları  ilə  uyğun  gələn 
ölkələrlə  daha  sıx  əməkdaşlıq,  müttəfiqlik  etmək.  Bu  imkanlardan  istifadə  edərək  beynəlxalq 
sistemdə  mövqeyini  möhkəmləndirmək   

 
regionda  baş  vermiş  hər  hansı  bir  gərginliyin  və  ya  münaqişələrin  aradan  qaldırılmasına  səy 
göstərmək.   

 
xalqın  mənafeyinə  uyğun  xarici  iqtisadi  siyasət  yeritmək,  ölkə  iqtisadiyyatını  beynəlxalq 
iqtisadi  sistemdə  təmsil  etmək.   

 
xarici  ölkələrlə  elmi,  mədəni,  humanitar  əlaqələr  qurmaq  və  bu  kimi  təşkilatlarda  fəal  iştirak 
etmək. 
Azərbaycanın  müstəqilliyinə  qarşı  yönələn  bütün  təhlükələrin  aradan  qaldırılması,  milli 
təhlükəsizliyin  təmin  edilməsi,  Ermənistan  tərəfindən  həyata  keçirilən  separatizm  və  işğalçılıq 
siyasətinin  qarşısının  alınması  və  bu  məqsədlə  bölgədə  və  dünyada  müttəfiqlərin  qazanılması 
ölkənin  xarici  siyasətinin  əsas prioriteti  hesab olunur.   
Azərbaycan  Respublikası  xarici  siyasətinin  ən  önəmli  prioritetlərindən  biri  Dağlıq  Qarabağ 
münaqişəsinin  həlli  ilə  bağlıdır.  Burada  əsas  olaraq  Dağlıq  Qarabağ  probleminin  beynəlxalq  hüquq 

 
 
- 105 - 
normaları  çərçivəsində  həllinə  nail  olmaq  götürülür.  Bu  məsələ  həmçinin  Azərbaycanın  milli 
təhlükəsizlik  siyasətinə  bir  başa daxildir.   
Bundan  əlavə    region  dövlətlərlə  maraqların  üst-üstə  düşməsini  təmin  etmə  və  qarşılıqlı 
əməkdaşlıq  çərçivəsində  hərəkət  etmək  istiqamətini    də  xüsusi  vurğulamaq  lazımdır.  ABŞ 
prezidentinin  milli  təhlükəsizlik  məsələləri  üzrə  keçmiş  müşaviri  və  geostrategiya  üzrə  dünya 
miqyasında  tanınmış  Z.Bjeziniskinin  fikirlərindən  aydın  olur  ki,  böyük  enerji  resurslarına  malik 
olan  Xəzər  regionu  XX-XXI  əsrlərin  qovşağında  təkrarən  dünyada  ən  başlıca  geosiyasi  əhəmiyyət 
daşıyan  bir  məkana  çevrilmişdir.  Bu  isə  o  deməkdir  ki,  regionun  faydalı  və  təbii  ehtiyat  baxımından 
ən  zəngindövləti  olan  Azərbaycan  bu  gün  dünya  siyasətinin  əsas  aparıcı  dövlətləri  olan  Rusiya  ilə 
ABŞ  arasındakı  çəkişmələrin  meydanına  çevriləcək.{6.170}Rusiya  Federasiyası  heç  bir  halda 
özünün  maraq  dairəsində  olan  keçmiş  sovetlərə  daxil  olan  dövlətləri  qərbə  güzəştə  getmək  
istəmir.Qərb  isə  regiondakı  maraqları  naminə  hər  cür  vasitələrə  əl  atmaqdan  çəkinmir.Belə  şəraitdə 
region  dövlətlərinin,  xüsusən  də  Azərbaycan  Respublikasının  təhlükəsizliyinin  təmin  olunması 
problemi  gündəmə  gəlir. 
Bütün  bunlar  bu  regionun  həssas  olmasından  və  super  güc  sayılan  ABŞ  və  Rusiyanın 
bölgədəki  ortaq  maraqlarını  nəzərə  alaraqdan  həyata  keçirilir.  Məhz,  bu  baxımdan  balanslaşdırılmış 
siyasətin  yürüdülməsi  hal-hazırda  məqsədə  uyğun  hesab  edilir.  Çünki  bu  regionda  hər  hansı  bir 
gərginliyin   və  ya  münaqişənin  yaranması,  ilk  növbədə,  böyük  enerji  ehtiyatlarına  və  layihələrinə 
malik  olan  Azərbaycan  üçün  arzu  olunmaz  haldır.  Belə  hallarda  həmçinin  ölkənin  suverenliyi  və 
milli  təhlükəsizliyi  təhdid  altına  düşmüş  olur.  Bu,  nəinki  Azərbaycan  üçün,  həmçinin  regionun  digər 
qonşu  dövlətləri  üçün  də səciyyəvi  xarakter  daşıyır. 
Regionda  dünyanın  aparıcı  dövlətlərinin  maraqlarının  toqquşduğu  bir  şəraitdə  Azərbaycan 
Respublikası  öz  maraqlarını  qorumaq  üçün  müxtəlif  beynəlxalq  və  regional  təşkilatlarla  əməkdaşlıq 
etməyə  məcburdur.  Azərbaycan  özünün  milli  təhlükəsizliyini  təmin  etmək  və  xarici  siyasətindəki 
prioritetlərini  həyata  keçirmək  üçün  bir  sıra  beynəlxalq  təşkilatlarla  yaxından  əməkdaşlıq  edir.  Bu 
istiqamətdə  əməkdaşlığın  yaradılması  Azərbaycanın  xarici  siyasət  prioritetlərin  əsas  tərkib 
hissələrindən  birirdir.   
Bu  təşkilatlar  içərisində  Şimali  Atlantika  Hərbi  Alyansı  –  NATO  xüsusi  önəm  daşıyır. 
NATO-nun  qəbul  etdiyi  prinsiplər,  təhlükəsizlik  sistemi  Azərbaycanın  milli  mənafeyinə  və 
təhlükəsizliyinə  cavab  verir.  Həmin  prinsiplərin  bəzilərinə  nəzər  salaq.  {3.212} 

 
kollektiv  təhlükəsizlik.  hər bir  özv  olan  dövlətin  kollektiv  təhlükəsizliyini  təmin  edilir 

 
demokratiya-sülh,  insan  hüquqları,   suverenlik,  ərazi  toxunulmazlığı  qorunur 

 
konsensus-  qərar ümumi  razılıq  əsasında  qəbul  edilir 

 
qarşılıqlı  təhlükəsizlik    -üzv  olan  dövlət  hərbi  büdcələri  haqqında  məlumat  verir,    birgə  hərbi 
təlimlər  planlaşdırır  və həyata  keçirir.       
NATO  yarandığı  dövrdən  etibarən  ümumi  təhlükəsizliyin  əldə  edilməsi  üçün  məsuliyyətin 
bütün  üzvlər  arasında  bərabər  bölgüsü  prinsipi  əsasında  fəaliyyət  göstərmişdir  ki,  bu  da  son  nəticədə 
özünün  səmərəliliyini  sübut  etdi  .{4.27}  Bu  qurumun  Cənubi  Qafqaz  və  Xəzər-Qara  dəniz 
hövzəsində  yürütdüyü  təhlükəsizlik  siyasəti  onun  region  ölkələri  ilə  imzaladığı  “Sülh  naminı 
tərəfdaşlıq”  və “Fərdi  tərəfdaşlıq”  kimi  proqramlar  çərçivəsində  həyata  keçirilir. 
      
Azərbaycan  MDB  dövlətləri  arasında  NATO-nun  Sülh  naminə  tərəfdaşlıq  (SNT) 
proqramına  qoşulan  ilk  tərəfdaş  dövlətlərdən  biridir.  Azərbaycan  Respublikası  Prezidenti  Heydər 
Əliyev  4  may  1994-cü  ildə  NATO-nun  mənzil  qərargahına  səfəri  zamanı  SNT-yə  qoşulmaq 
haqqında  SNT  Çərçivə  Sənədini  imzalamışdır.  NATO  ilə  gələcək  əməkdaşlıq  sahələrini  müəyyən 
etmək  məqsədilə  Azərbaycan  SNT  Təqdimat  sənədini  hazırlayaraq  1996-cı  ilin  aprelində  Alyansa 
təqdim  etmişdir.  İkitərəfli  əməkdaşlığa  hərbi  əməkdaşlıq,  hərbi  modernizasiya,  silahlı  qüvvələr 
üzərində  demokratik  nəzarət,  təhlükəsizlik  məsələləri  üzrə  siyasi  məsləhətləşmələr,  sülhməramlı 
əməliyyatlar, 
təhlükəsizlik 
sektorunun  islahatı,  mülki-fövqəladə  planlaşdırma,  təhlükəsizliklə 
əlaqədar  elmi,  iqtisadi  və ətraf  mühit  üzrə  əməkdaşlıq  kimi  sahələr  daxil  olunmuşdur. 
 NATO-nun  Azərbaycanda  “Sülh  Naminə  Tərəfdaşlıq  proqrmı”nın  əsas məqsədləri  aşağıdakılardır:   
1.müdafiə  qüvvələri  üzərində  demokratik  nəzarət  həyata  keçirmək 
2.milli  müdafiəni  planlaşdırmaq,  ölkələr  arasında  sülh  və sabitlik  yaratmaq 

 
 
- 106 - 
3.humanitar  əməkdaşlıq  yaratmaq 
4.hərbi  təlimlərin  birgə  hazırlığı,  birgə  əməliyyat  və döyüş  hazırlığını  həyata  keçirmək.          
NATO-nun  Azərbaycanın  milli  təhlükəsizliyinin  təmin  olunmasında  rolunu  nəzərə  alan 
Ümummilli  lider  Heydər  Əliyev  deyirdi:”Biz  NATO  -  ya    gənc    Azərbaycan  dövlətinə  Qərb  dünyası 
ilə  sıx  və  çoxtərəfli  qarşılıqlı  münasibətlər  yaratmaqda  təcrübəsindən  bəhrələnməkdə  kömək  etməyə 
qadir  olan  bir  təşkilat  kimi  baxırıq”{5.347} 
  
Azərbaycan  Respublikası  Avratlantik  strukturları  ilə  tərəfdaşlığı  bütövlükdə  Avratlantik 
məkanında  ümumi  təhlükəsizliyə,  iqtisadi  inkişafa  və  demokratiyaya  dəstək  verəcək  vasitə  kimi 
görür.  Azərbaycan  Respublikası  Avropa  və  Avratlantik  məkanında  qeyri-sabitliyin,  münaqişələrin 
və  təhdidlərin  aradan  qaldırılmasında  NATO  ilə  birgə  işləyir  və  təhlükəsizliyin  bölünməzliyi 
prinsipinə  zidd  coğrafi  və  siyasi  ayrı-seçkilik  olmadan  Avropada  və  yerləşdiyi  regionda  vahid 
təhlükəsizlik  sisteminin  qurulması  yükünü  bölüşmək  əzmindədir.  Azərbaycan  Respublikası 
Avratlantik  Tərəfdaşlıq  Şurası  və  NATO-nun  “Sülh  naminə  tərəfdaşlıq”  Proqramı  çərçivəsində 
NATO  ilə  mümkün  olan  tərəfdaşlıq  vasitələrindən  tam  gücü  ilə  istifadə  edir.  Bu  baxımdan  Fərdi 
Tərəfdaşlıq  üzrə  Əməliyyat  Planı  NATO  ilə  əməkdaşlığın  yaxın  və  orta  perspektivdə  daha  da 
gücləndirilməsi  yolunda  mühüm  bir  vasitədir.  Fərdi  Tərəfdaşlıq  üzrə  Əməliyyat  Planından 
Azərbaycan  Respublikasının  təhlükəsizlik  sektorunun  islahatlar  yolu  ilə  NATO  standartlarına 
yaxınlaşdırılması  və  siyasi  dialoqun  inkişaf  etdirilməsi  üçün  bir  mexanizm  kimi  bundan  sonra  da 
istifadə  olunacaqdır.  Avropa  məkanına  daha  sıx  inteqrasiyanın  zəruriliyi  mövqeyindən  çıxış  edən 
Azərbaycan  Respublikası  Avropa  İttifaqı  ilə  çoxşaxəli  qarşılıqlı  əlaqələr  yaratmışdır. 
Azərbaycan    NATO-nun  müxtəlif  proqramlarına  qoşulsa  da    öz  maraqlarını  bu  əməkdaşlıq 
çərçivəsində  daim  qorumuşdur.  Belə  ki,    NATO  üzvü  olan  ölkələr  ilə  yanaşı  regionun  aparıcı 
dövləti  olan  Rusiya  Federasiyası  ilə  də  sıx  əməkdaşlıq  edərək  özünün  balanslaşdırılmış  siyasətini 
uğurla  həyata  keçirmiş  və  bununla  da  milli  təhlükəsizliyini  təmin  etməyə  çalışır.  Bildiyimiz  kimi 
NATO,  bir  tərəfdən  bölgə  ölkələrini  Rusiyanın  geosiyasi  və  hərbi  geostrateji  təsirindən  çıxararaq  öz 
maraqları  çərçivəsində  istifadə  etmək  istəyir,  digər  tərəfdən  isə    onların  siyasi-hərbi  idarəçilik 
strukturlarını  Avrova  standartlarına  uyğunlaşdırmaqla    öz  təsiri  altında  saxlamaq  istəyir.  Belə  şərait 
bölgə  ölkələrindən  adekvat və d 
üşünülmüş  siyasət  tələb  edir.  Məhz  öz  təhlükəsizliyini 
qorumaq  üçün  Azərbaycan  Respublikası  NATO-ya  üzvlüyü  özünün  əsas  hədəfi  kimi  deyil,  ölkənin 
beynəlxalq  və  regional  təhlükəsizliyini  təmin  etmək  vasitəsi  kimi  qəbul  etmiş  və  bu  qurumla 
əməkdaşlıq  etməyi  ona  üzvlük  məsələsindən  daha  üstün  tutmuşdur.  {2.244} 
Bu  gün  Azərbaycanın  NATO  üçün  hərbi-geostrateji  əhəmiyyətini  artıran  amillərdən  biri  də 
onun  zəngin  təbii  resurslara  malik  olan  Xəzər  hövzəsinə  çıxışının  olması  və  İranla  qonşu  dövlət 
olmasıdır.  NATO    Azərbaycan  ərazisindən  üçüncü  dövlətə  qarşı  istifadə  etməkdə  maraqlı  olsa  da  , 
Azərbaycan  özünün  təhlükəsizliyi  məsələsini  öndə  tutara  daim  bu  fikrə  qarşı  çıxmışdır. 
Azərbaycanın  öz  milli  təhlükəsizliyi  naminə  ortaya  qoyduğu  bu  mövqe  təbii  ki,  NATO  ilə  hərbi 
tərəfdaşlıq  məsələlərinə  də  mənfi  təsir  göstərmiyə  bilməzdi.  Nəzərə  alsaq  ki,  söhbət  Azərbaycanın 
milli  təhlükəsizliyinin  təmin  olunmasından  gedir,  onda  aparılan  siyasətin  nə  dərəcədə  əhəmiyyətli 
olduğunu   bir  daha görmüş  olarıq. 
   
Azərbaycanın  xarici  siyasətimizin  ən  önəmli  vəzifə  və  prioritetlərindən  biri  Dağlıq  Qarabağ 
probleminin  beynəlxalq  hüquq  normalrı  çərçivəsində  həllinə  nail  olmaqdır.  Bu  məsələ  həmçinin 
Azərbaycanın  milli  təhlükəsizlik  siyasətinə  bir  başa  daxildir.  Bu  məsələdə  bəzi  dövlətlərin  məsələyə 
ikili  standartla  yanaşması  Azərbaycanı  narahat  etməklə  yanaşı,  milli  maraqlarına  da  cavab  vermir. 
Xüsusilə  də  ATƏT-in  məsələyə  qeyri  obyektiv,  ikili  standartlarla  yanaşması  bu  problemin  həllinin 
yubanmasına  gətirib  çıxarıb.  Azərbaycan  tərəfi  rəsmi  olaraq  bu  məsələyə  dəfələrlə  öz  narazılığını 
bildirmişdir.  Çünki,  problem  nə  qədər  çox  yubanarsa  bölgədəki  gərginlik  də  bir  o  qədər  artar  və 
yeni  bir müharibənin  başlanmasına  belə  gətirib  çıxara  bilər.   
Azərbaycan-  NATO  əlaqələrinin  inkişaf  etdirilməsinə  sonrakı  mərhələlərdə    Ermənistan  –
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həllinə  olan  biganə  münasibət,  münaqişənin  həlli  üçün 
qətiyyətli  addımların  atılmaması  olmuşdur.  Xüsusən  ABŞ-ın  bu  məsələyə  qeyri-prinsipial  və  ikili 
yanaşması  Azərbaycanın  ictimai  rəyində  mənfi  qarşılanmışdır  ki,  bu  da  sonralar    tərəflər  arasında  
hərbi  təhlükəsizlik  sahəsində  əməkdaşlıqda  bir  daha  özünü  göstərmişdir. 

 
 
- 107 - 
  
Bütün  bunlara  baxmayaraq,  Azərbaycanın  təhlükəsizliyində  Avropanın  təhlükəsizlik  sistemi 
mühüm  rol  oynayır.  Nəzərə  alsaq  ki,  Avropanın  təhlükəsizliyinin  təmin  olunmasında  həlledici  rolu 
NATO  oynayır,  bu  baxımdan  Azərbaycanın  da  bu  təşkilat  ilə  əlaqələrinin  inkişaf  etdirilməsi  tam 
zərurətə  çevrilib. 
1997-ci 
ildən 
Azərbaycan 
öz 
qoşunlarını 
NATO 
standartlarına  uyğunlaşdırmaq 
istiqamətində  Planlaşdırma  və  Analiz  Prosesinə  qoşuldu.  Bakı  Ali  Ümumqoşun  Komandirlər 
məktəbində  “  NATO.SNT”  kafedrası  yaradıldı.    SNT  çərçivəsində  sülhqoruma  əməliyyatlarında 
iştirak  etmək  üçün  sülhməramlı  bölük  yaradıldı.  Azərbaycan  hərbi  qüvvələrinin  nümayəndələri 
NATO  xətti  ilə  keçirilən  “  Kooperativ  Bear-98,”SMX-98”,  “Kooperativ  Key-98”  təlimlərində 
iştirak  etmişdilər.      
Azərbaycan  Respublikasının  Milli  Məclisi  21  noyabr  1997-ci  ildə  Azərbaycan 
Respublikasının 
NATO-nun 
Brüssel 
şəhərində 
yerşən 
qərargah 
mənzilində 
diplomatik 
nümayəndəliyinin  yaradılmasını  təsdiq  etmişdir.Bəzi  tədqiqatçılar  hesab  edirlər  ki,  Azərbaycanın 
NATO  ilə  əmakdaşlıq  etmə  məqsədi  Ermənistanın  da  qoşulmuş  oldğu  Rusiyanın  rəhbərlik  etdiyi 
Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatına  (KTMT)  cavab  olaraq  atılan  addımdır.  Ancaq 
NATO    öz  növbəsində  2004-cü  il  İstanbul  sammitində  Cənubi  Qafqaz  və  Mərkəsi  Asiya 
regionlarını  özünün  strateji  əhəmiyyətli  zonaları  olduğunu  bildirən  sənəd  qəbul  edərək  özünün  də 
regionla  əməkdaşlıqda  maraqlı  olduğunu  göstərdi.  Bu  gün  Azərbaycan-NATO  əlaqələri  yüksək 
səviyyədə  inkişaf  edir  və  müasir  dövrüntələblərinə  tamamilə  cavab  verir.  Bu,  Azərbaycan 
Prezidenti  İlham  Əliyevin  Belçika  Krallığına  işgüzar  səfəri  çərçivəsində,  29  aprel  2009-cu  il 
tarixində  NATO-nun    o  zamankı  Baş  katibi  Yaap  de  Hoop  Sxefferlə  görüşündə  də  növbəti  dəfə 
təsdiqlənmişdir. 
NATO-nun  mənzil-qərargahında  baş  tutan  görüşdən  sonra  Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyev  və  NATO-nun  Baş  katibi    Yaap  de  Hoop  Sxeffer  mətbuat 
nümayəndələri  qarşısında  bəyanatlarla  çıxış  etmişlər.    Azərbaycanın  NATO  üçün  regionda  mühüm 
rol  oynayan  ölkə  olduğunu  vurğulayan  Yaap  de  Hoop  Sxeffer  enerji  təhlükəsizliyinə  toxunaraq 
bildirib  ki,  “enerji  təhlükəsizliyinin  dünyada    böyük  əhəmiyyət  kəsb  etdiyi  bir  dövrdə  Azərbaycanın 
rolu    daha  da  artıb”.  Dağlıq  Qarabağ  münaqişəsinə  də  münasibət  bildirən  cənab  Sxeffer  qeyd  edib 
ki,  “28  NATO  ölkəsi  Dağlıq  Qarabağ  probleminin  həllinin  suverenlik  və  ərazi  bütövlüyü  prinsipi 
əsasında  tapılması  fikrini  müdafiə  edir.  NATO  Dağlıq  Qarabağ  münaqişəsinin  tənzimlənməsində 
birbaşa  rol  oynamasa  da,  hesab  edir  ki,  münaqişənin  həllində  ərazi  bütövlüyü  prinsipi  əsas 
götürülməlidir. 
      
Tərəfdaşlığın  gələcəyi  və  NATO-nun  regiona  siyasəti  ilə  bağlı  Azərbaycan  hesab  edir  ki, 
Avro-Atlantika  təhlükəsizliyi  böhranların  idarəolunması  sahəsində  imkanların  artırılması,  etibarlı 
nəqliyyat  dəhlizlərinin  yaradılması  və  enerji  təhlükəsizliyi  kimi  sahələrin  inkişaf  etdirilməsindən 
asılıdır.  Bütün  bunlar  Tərəfdaşlığın  bir  institut  kimi  daha  da  inkişaf  etdirilməsini  tələb  edir. 
Tərəfdaşlığın  inkişaf  etdirilməsi  NATO  ilə  3  pilləyə  əsaslanan  təhlükəsizlik  əməkdaşlığının  inkişaf 
etdirilməsinə  şərait  yaratmalıdır:  siyasi  yekdillik  (political  unanimity),  hüquqi  ahəngdarlıq  (legal 
harmony)  və əməli  uyarlılıq  (practical  interoperability).   
      
Belə  inkişaf  NATO-nun  hazırda  artan  qlobal  rolu  çərçivəsində  və  Sülh  Naminə  Tərəfdaşlıq 
proqramının  Çərçivə  Sənədində  əks  olunmuş  prinsiplər  əsasında  fəal,  Avropa  dəyərlərini  bölüşən  və 
beynəlxalq  hüquqa  hörmətlə  yanaşan  tərəfdaşlara  təhlükəsizlik  qarantiyalarının  verilməsini  ehtiva 
etməlidir.  Təhlükəsizlik  qarantiyalarının  verilməsi  beynəlxalq  hüququn  pozulmasının  qarşısını  alır 
və beynəlxalq  münasibətlərdə  sabitliyi  təşviq  edir. 
  Azərbaycanın  hərbi-geostrateji  durumu,  bu  sahədə  yürütdüyü  siyasət  və  atdığı  addımlar  həm 
Qərbin,  xüsusilə  ABŞ,  AB  və  NATO-nun,  həm  də  Rusiya,  İran  və  Çin  kimi  region  ölkələrinin 
diqqət  mərkəzində  dayanır. Regionun  Rusiya,  İran  və  Türkiyə  kimi  güclü  ölkələri  ilə  həmsərhəd 
olması,  dünyada  və  bölgədə  balanslı,  tarazlaşdırılmış  xarici  siyasət  aparması,  heç  bir  hərbi-strateji 
bloka  üzv  olmaması,  əksər  ölkələrlə  tərəfsiz  əməkdaşlıq  etməsi  və  s.  geosiyasi  addımları 
onun təhlükəsizlik  mühitinə  və  beynəlxalq  imicinə  təsirsiz  ötüşmür. Bu  mənada  Azərbaycanın 
davamlı  olaraq  müstəqillik  illərində  yürütdüyü  dinc  tətəfdaşlıq  və  qarşılıqlı  faydalı  əməkdaşlıq 
siyasəti  ona  "regionda  geosiyasi  gərginliyi  azaldan  və  bərabərhüquqlu  əməkdaşlıq  mühiti  yaradan 
konstruktiv  dövlət"  imici  qazandırmışdır.Bu  amil  dünya  birliyində  ölkəmizə  etibarlı  və  sözübütöv 

 
 
- 108 - 
tərəfdaş  imici  qazandırmış,  Xəzər  hövzəsi  və  Cənubi  Qafqazda  onun  reallaşdırdığı  transmilli 
layihələrə  diqqəti  artırmış  və bölgədəki  geosiyasi  roluna  ciddi  maraq  yaratmışdır. 
Bu  gün  bütün  dünyada  təhlükəsizlik  anlayışı  dövlətlərin  malik  olduğu  müdafiə  potensialı  ilə 
ölçülərək  yalnız  hərbi  hazırlıq  sahəsini  əhatə  etmir.  Müasir  dövrdə  ayrı-ayrı  dövlətlərin  və 
bütövlükdə  regionların  təhlükəsizliyi  siyasi,  iqtisadi,  xüsusilə  isə  enerji  təhlükəsizliyinin  təminatı 
baxımından  səciyyələndirilir.  Xüsusilə,  iqtisadi  təhlükəsizlik  ölkənin  milli  təhlükəsizliyinin  mühüm 
tərkib  hissəsi  olub,  dövlətin  geosiyasi  gücü  hesab  edilməklə  müstəqilliyin  möhkəmlənməsinə 
xidmət  göstərir. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin