ƏDƏBİYYAT
1.R.Mehdiyev:Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi.Bakı 2001. Azərbaycan Milli
Ensiklopediyası nəşriyyatı.171s.
2.Ə.Həsənov.Azərbaycan
Respublikasının
milli
inkişaf
və
təhlükəsizlik
siyasəti.
Bakı-
2011.Nəşriyyat evi. 423 səh.
3.Abbas Piriyev.Siyasi strategiya və milli təhlükəsizlik problemi.Bakı-2002. Çaşıoğlu .527s.
4.Azər Əzimli: Azərbaycan- NATO münasibətləri(1992-2000) Bakı-2001.Adiloğlu 256s.
5.Heydər Əliyev: Müstəqillik yollarında, I cild. Bakı, 1997.423s
6.Hikmət Babaoğlu “ Azərbaycan Respublikasının dünya siyasətində yeri və rolu” Bakı, 2009.
Çinar 328 s.
ABSTRACT
Garib Askerov
Azerbaijan-NATO connection.:at the context of
national safety
NATO-Azerbaijan relations date back to 1992, when Azerbaijan joined the North Atlantic
Cooperation Council (later renamed the Euro-Atlantic Partnership Council in1997. Relations
between Azerbaijan and NATO were given asignificant impetus, when on 4 May 1994, the
President of Azerbaijan Heydar Aliyev signed the Partnership for Peace Framework Document
and Azerbaijan joined the PfP Programme. The Partnership for Peace Programme has proved to be
a very successful mechanism in promoting and developing defence co-operation and military
interoperability between NATO and partner nations, that enables us to engage in joint crisis
management and peace support operations.
In 1996, Azerbaijan submitted its PfP Presentation Document to NATO and its first
Individual Partnership Programme was adopted. The annual Individual Partnership Programme is
prepared between NATO and Azerbaijan to meet the goals, objectives and requirements stemming
from the PfP Presentation Document of the Republic of Azerbaijan. Azerbaijan was also the first
country in the region to sign a Status of Forces Agreement (SOFA) with NATO in 1996.
In 1997, Azerbaijan was among one of the first post-soviet Republics that joined the Planning and
Review Process. For the PARP cycle of 2000-2002, Azerbaijan accepted 27 Partnership Goals
(PGs), while for the PARP cycle of 2004-2006, the number of PGs taken by Azerbaijan increased to
33. Many PGs have been implemented, and some, due to specific constraints, partially implemented
or transferred to the next PARP cycles. PGs are focused on achieving military interoperability with
NATO troops through introduction of NATO’s political-military, military, training and technical
standards.
Azerbaijan was among the first countries to express its intention to join Individual), Partnership
Action Plan (IPAP which was suggested to partner nations by Alliance as a new PfP mechanism at
the NATO Prague Summit in 2002. An official "letter of intent" was submitted to NATO Secretary
General Lord Robertson, during his visit to Azerbaijan on 15 May 2003.
On 27 May 2005, Azerbaijan’s IPAP document containing concrete objectives and actions on
significant domestic reform was agreed by the North Atlantic Council and subsequently approved
by President Ilham Aliyev.In 2007, Azerbaijan successfully completed its first IPAP cycle and
- 109 -
started together with NATO International Staff (IS) to elaborate new IPAP document for the
second, 2007-2009 cycle. In 2010, Azerbaijan completed its second IPAP cycle and started together
with NATO International Staff (IS) to elaborate the third IPAP document for the 2011-2012
cycle. In 2011, NATO and Azerbaijan agreed their third Individual Partnership Action Plan.
РЕЗЮМЕ
Гариб Аскеров
Взаимотношение Азербайджан- НАТО в контексте
национальный безопасность
Сейчас очень широко обсуждаются вопросы, связанные с обеспечением безопасности
на европейском континенте. Новое время принесло с собой новые проблемы, для решения
которых старые институты оказались неэффективными. Организация Североатлантического
договора стремится стать основным гарантом стабильности в Европе, но возникает вопрос,
возможно ли все-таки появление альтернативной военной структуры в рамках Европейского
Союза, который в последнее время активизировал свою внешнюю политику и политику в
сфере безопасности. Значительное влияние на осознание и формирование национальных
интересов оказывают национальные ценности - это фундаментальные нормы, выражающие
особую значимость определенных духовных и материальных благ для существования и
развития нации. Мир ценностей - это, прежде всего, мир культуры в широком смысле слова,
это сфера духовной деятельности человека, его нравственного сознания, его привязанностей
- тех оценок, в которых выражается мера духовного богатства личности. Иерархия
национальных интересов страны определяет и систему ее национальных целей.
Национальные цели - это основополагающие ориентиры в деятельности государства,
общества и отдельных граждан по реализации и защите национальных интересов.
Национальные цели - наиболее подвижный элемент в системе национальной безопасности,
они определяются и формируются в обществе через призму национальных ценностей и
интересов.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: Hüquq üzrə fəlsəfə doktoru, dosent Y.Hüseynov
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ W О РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
SEVİNC ABBASOVA
Naxçıvan Dövlət Universiteti
UOT: 316-32
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN RESPUBLİKASINDA GENDER
QANUNVERİCİLİYİNİN TƏŞƏKKÜLÜNÜN BƏZİ MƏSƏLƏLƏRİ (1993-1997-Cİ İLLƏR)
Açar sözlər: Heydər Əliyev, Azərbaycanda hüquqi dövlət quruculuğu, dövlət qadın siyasəti,
gender bərabərliyi, gender qanunvericiliyi
Key words: Heydar Aliyev, construction of the legal state in Azerbaijan, national women's
policy, gender equality, the gender legislation
- 110 -
Ключевые слова: Гейдар Алиев, строительство правового государства в
Азербайджане, государственная женская политика, гендерное равенство, гендерное
законодательство
1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan
qadınının inkişafına, müxtəlif sahələrdə özünü gerçəkləşdirilməsinə şərait yaratdı. Heydər Əliyevin
qətiyyətli
addımları
nəticəsində
qadınların
ictimai-siyasi
transformasiyası,
onların
dövlət
idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması, dövlət
idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir [1, 106].
1990-cı illərin əvvəlləri – mübaliğəsiz söyləyə bilərik ki, xalqımızın ən yeni tarixinin ən
faciəvi, ən ağrılı-acılı, ən itkili dönəmidir. Tarixdə elə dövrlər olur ki, cəmiyyətin həyatında baş
verən dəyişikliklər son dərəcə yüksək intensivlik kəsb edir. Və bu qəbil dəyişikliklərin istər
miqyası, istərsə də məzmunu dövlətin və millətin varlığını sual altına alır. Adətən bu cür
dəyişikliklər xarici təsirlərlə əlaqədar baş verir [2, 3]. Bəhs edilən dövrün siyasi mənzərəsi
araşdırılarkən belə bir önəmli məqam xüsusi vurğulanmalıdır ki, 1990-cı illərin əvvəlində istər
daxili, istərsə də xarici (geosiyasi) amillər üzündən Azərbaycanın nəinki müstəqil bir dövlət kimi
perspektivləri, ümumiyyətlə milli varlığının özü son dərəcə ciddi təhlükələrlə qarşılaşmışdı.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yazdığı kimi,
“mənfi ictimai-siyasi proseslərin gedişi təkidlə tələb edirdi ki, Azərbaycanı tamamilə dağılmaq və
ya parçalanmaq təhlükəsindən yalnız sözün həqiqi mənasında tarixi miqyaslı, həm Azərbaycan
millətinə xas olan mühüm dəyərlərin müəyyən toplusunun təcəssümü rolunda, həm də qeyri-
standart siyasi qərarların güclü və iradəli mənbəyi rolunda çıxış etməyə qadir olan şəxsiyyət xilas
edə bilər. Yalnız böyük dövlət xadimi milləti xilas edə, onun ideyasını həyata keçirə bilər” [3, 10].
Tale xalqımıza ən yeni tarixinin ən mürəkkəb, ən keşməkeşli dönəmində belə böyük dövlət
xadimini – Ulu Öndər Heydər Əliyevi nəsib etdi. Təsadüfi deyildir ki, məhz Ulu Öndərin təməlini
qoyduğu inkişafın Azərbaycan modeli siyasi və sosial transformasiyaların uğurlu örnəyi kimi
qavranılmaqdadır. Heydər Əliyevin 1990-cı illərin ilk yarısında fəaliyyəti öz məzmununa görə
siyasi
hərc-mərclikdən
sistem
nizamına,
faktiki
iqtidarsızlıqdan
dəqiq
strukturlaşdırılmış
hakimiyyət düzəninə doğru hərəkəti təmsil edirdi. 1993-1994-cü illərdə Heydər Əliyev hüquqi
düzəni, və deməli, sabitliyi təmin edən dövlət-hüquq yaradıcılığı üzərində diqqətini cəmləşdirmişdi.
Ulu Öndərin o dönəmdəki siyasi kursu ilk növbədə dövlətin hüquqi dayaqlarının, onun güc tərkib
hissəsinin möhkəmləndirilməsinə yönəlmişdi.
1994-cü ilin oktyabr – 1995-ci ilin mart aylarında xaricdən yönəldilən və idarə olunan hərbi-
siyasi müxalifətin çevriliş cəhdlərinin qarşısının alınmasından, “Azərbaycanda zor gücünə, silahlı
dəstələrdən istifadə etməklə hakimiyyətə gəlmək ənənəsinə son qoyulduqdan” [4] sonra ölkəmizin
ən yeni tarixinin artıq keyfiyyətcə yeni mərhələsi başlanırdı. Yeni mərhələnin səciyyəvi
xüsusiyyətləri kimi sabitliyin tamamilə bərqərar olması, siyasi və dövləti institutların, hakimiyyət
strukturlarının formalaşmasının başa çatdırılması çıxış edirdi. “Azərbaycan dövlətçiliyinin milli
identifikasiyasının başlıca ehkamları məhz həmin dövrdə formalaşmışdır” [5, 17].
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də hüquqi
dövlətin Azərbaycan modelini yaratması olmuşdur. Bu istiqamətdə ən mühüm addım 1995-ci ilin
noyabrın 12-də müstəqil Azərbaycan dövlətinin konstitusiyasının ümumxalq səsverməsi yolu ilə
qəbul edilməsi idi. Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli “Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında vurğulandığı kimi,
“Ölkəmizin Əsas Qanunu – Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsiplərinin
təsbit
olunması,
hüquq
normalarının
və
qanunvericilik
bazasının
beynəlxalq
standartlara
uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının
formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının
tərkib hissəsidir” [6]. Bu konstitusiya Azərbaycan tarixində ilk dəfə olaraq müasir demokratiya
standartlarına tamamilə cavab verməklə, ölkədə gedən institusional dəyişiklikləri dünyanın qabaqcıl
ölkələrinin hüquqi-normativ təcrübə və praktikalarına uyğun məcraya yönəltmişdi. Təsadüfi
deyildir ki, konstitusiyanın 158 maddəsindən 48-si, başqa sözlə, təqribən üçdə biri sırf insan hüquq
- 111 -
və azadlıqlarının təminatına yönəlmişdi. Əsas qanunun 7-ci maddəsi bəyan edirdi: “Azərbaycan
dövləti
demokratik,
hüquqi,
dünyəvi,
unitar
respublikadır”
[7, 5]. Müasir Azərbaycan
Konstitusiyasında konstitusionalizmin klassik ideyası öz əksini tapmışdır: insan hüquq və
azadlıqlarının prioriteti; siyasi plüralizm; hakimiyyətlərin bölgüsü; konstitusion nəzarət institutu və
s. Konstitusiya “ictimai müqavilə” olaraq dövlət, cəmiyyət və fərd arasında münasibətləri müəyyən
etdi, insan hüquqlarının prioritetini özündə təsbit etdi. O, Ümumdünya İnsan Hüquqları
Bəyannaməsində və digər beynəlxalq müqavilə və konvensiyalarda insan hüquqlarına dair nəzərdə
tutulmuş müddəaları tam şəkildə ehtiva edir. Konstitusiyanın ikinci bölməsinin “Əsas insan və
vətəndaş hüquqları və azadlıqları” adlanan üçüncü fəsli hüquq və azadlıqların təminatı və müdafiəsi
mexanizmlərini müəyyənləşdirir [7, 10-24]. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin müəllifi
olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası həm birinci nəsil (şəxsi və siyasi
hüquqlar), həm də ikinci nəsil (sosial-iqtisadi və mədəni hüquqlar) insan hüquqlarını ehtiva
etməklə,
Azərbaycanda
hüquqi
dövlətin
sonrakı
inkişafının,
ölkədə vətəndaş cəmiyyəti
quruculuğunun qüdrətli təməlinə çevrildi.
Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının qarantı olan Konstitusiya qadın
haqları və azadlıqlarının da ən ali qanunvericilik səviyyəsində təminatçısıdır. Onlar dövlətimizin
Ana Qanununun “Əsas hüquqlar, azadlıqlar və vəzifələr” adlanan ikinci bölməsində özünün dolğun
ifadəsini tapmışdır. Azərbaycan Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu və demokratik
dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını təşkil edir. Azərbaycanın
aparıcı genderşünaslarından R. Mirzəzadənin yazdığı kimi, “burada əsas məsələ həyatın bütün
sahələrində qadın və kişilərin təkcə bərabər imkanlarla təmin edilməsində deyil, ən əsası, qadının
sosial
müdafiə
obyektindən
aktiv
hərəkətdə
olan
şəxsiyyətə çevrilməsində, cəmiyyətdəki
mövqeyinin köklü surətdə dəyişilməsindədir” [8, 283].
Konstitusiyanın 25-ci maddəsində deyilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları
vardır. Əsas Qanunun 55-ci maddəsində göstərilir ki, Azərbaycan vətəndaşlarının, eləcə də
qadınların dövlət orqanlarına seçmək və seçilmək hüququ, eləcə də referendumda iştirak etmək
hüququ var [7, 10, 19]. Bu müddəa ölkə qanunvericiliyinin digər hüquqi-normativ aktlarında da öz
təsbitini tapmışdır. Ümummilli lider Heydər Əliyevin 1995-ci ilin avqustun 12-də imzaladığı
“Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” qanunun 2-cü maddəsində bəyan
edilirdi
ki,
“Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli
mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə
görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının birbaşa, dolayısı ilə və ya başqa
şəkildə məhdudlaşdırılması qadağandır” [9].
Konstitusiyanın 25-70-ci maddələrində o cümlədən cinsi əlamətə görə ayrı-seçkilik
qoymadan əsas insan hüquq və azadlıqlarına dair müddəalar hüquq bərabərliyinin hüquqi-normativ
zəminini təşkil edir. Yeri gəlmişkən, qeyd edərdik ki, Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 154-cü maddəsi ayrı-seçkiliyə yol verilməməsi ilə əlaqədar konstitusiyada təsbit
edilmiş müddəaların pozulmasına dair kifayət qədər ciddi sanksiyalar nəzərdə tutur [10, 105].
Əsas qanunun 34-cü maddəsinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Həmçinin həmin
maddədə nikahın könüllü razılıq əsasında bağlanılması haqqında müddəa da yer almışdır.Yeri
gəlmişkən, o dövrdə qüvvədə olan “Nikah və ailə” məcəlləsinin müvaqfiq maddələri də ailədə
hüquq bərabərliyini təsbit edirdi; məcəllə qadın və kişinin bərabər şəxsi hüquqlara və əmlak
hüququna malik olduğunu açıq şəkildə bəyan edirdi. Həmçinin ər-arvaddan hər biri istədiyi
məşğuliyyəti, sənəti və yaşayış yerini seçməkdə azad idi [11, 6, 11].
Konstitusiyanın 42-ci maddəsi qadınlar və kişilərin eyni təhsilalma hüququna malik
olduğunu nəzərdə tutur. Dövlət pulsuz ümumi təhsilə təminat verir [7, 13-14, 16].
Azərbaycan Respublikasının 1994-cü ilin dekabrın 1-də qüvvəyə minmiş “Məzuniyyətlər
haqqında” Qanunu qadınlara ictimai istehsalatda əməyi uşaqların tərbiyəsi ilə birləşdirməyə imkan
verən daha əlverişli şərtlərin yaradılmasını nəzərdə tuturdu. Məsələn, əsas və əlavə məzuniyyətlərin
müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 3 təqvim günü, bu yaşda üç və
daha çox uşağı olan, həmçinin 18 yaşınadək əlil uşağı olan qadınlara isə 6 təqvim günü müddətində
əlavə məzuniyyət verilir (maddə 12). Sözügedən qanunda hamiləlik dövründə və doğuşdan sonrakı
- 112 -
dövr üçün işləyən qadınlara 126 təqvim günü müddətində ödənişli məzuniyyət də nəzərdə
tutulmuşdur (maddə 22) [12, 7, 12; 13, 46-48]. Həmçinin qanunun 23-cü maddəsində deyilirdi ki,
“bilavasitə uşağa qulluq edən valideynlərdən biri... uşağın 3 yaşı tamam olanadək ona qulluq
etməkdən ötrü qismən ödənişli məzuniyət almaq hüququna malikdir” [12, 12].
Azərbaycanda qadın hüquqlarının və gender bərabərliyinin keşiyində duran 150-yə yaxın
sənəd imzalanmışdır. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası qadın
hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulmuşdur.
1992-ci il avqustun 4-də Azərbaycan Respublikası BMT-nin “Qadınların siyasi hüquqları” üzrə
1952-ci il konvensiyasına, 1995-ci il iyunun 30-da “Qadınlara qarşı ayrı-seçkiliyin bütün
formalarının ləğv olunması” haqqında konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna,
1996-cı il mayın 31-də “Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə
alınması haqqında” 1962-ci il tarixli konvensiyasına, haabelə “Ərdə olan qadınların vətəndaşlığı
haqqında” 1957-ci il və “İnsanlarla ticarət və üçüncü şəxslər tərəfindən fahişəliyin istismarına qarşı
mübarizə haqqında” 1949-cu il tarixli konvensiyalarına qoşulmuşdur. 1993-cü ilin iyulun 3-də
Azərbaycan Respublikası Milli Məclisi Beynəlxalq Əmək Təşkilatının əvvəllər SSRİ tərəfindən
qəbul olunmuş konvensiyalarının qüvvəsinin Azərbaycan Respublikası ərazisinə şamil edilməsi
haqqında qərar çıxarmışdır. Digər konvensiyalarla yanaşı ölkəmiz BƏT-in 1951-ci il 29 iyun tarixli
“Bərabər əməyə görə kişilərə və qadınlara bərabər əmək haqqı verilməsi haqqında”, 21 iyun 1935-ci
il tarixli “Qadınların müxtəlif yeraltı işlərdə və şaxtalarda əməyinin məhdudlaşdırılması haqqında”,
28 iyun 1952-ci il tarixli “Analığın mühafizəsi haqqında” konvensiyalarına qoşulmuşdur [14, 100-
108; 15, 12].
BMT
Konvensiyaları
arasında
şübhəsiz ki, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün
formalarının ləğv olunması haqqında” Konvensiya (CEDAW) xüsusi önəmə malikdir. Fəslin ilk
paraqrafında da qeyd etdiyimiz kimi, qadınların fərdi və kollektiv hüquqlarının müdafiəsi nöqteyi-
nəzərindən əsas beynəlxalq sənəd olan bu konvensiya “qadınlara qarşı ayrı-seçkilik” anlayışının
dəqiq tərifini verməklə, qadınların cəmiyyətdə yeri və rolunu səciyyələndirən problemlərin geniş
spektrini əhatə edir. Əslində bu konvensiyaya qoşulmaqla Azərbaycan Respublikası bir daha
hüquqi, demokratik dövlət quruculuğu ideyasına tərəfdarlığını təsdiq etməklə yanaşı, qadın
hüquqlarının müafiəsi və əməli surətdə həyata keçirilməsi sahəsində sivil dünya üçün artıq yaşam
normasına çevrilmiş ən qabaqcıl standartlara qatıldığını nümayiş etdirmiş olurdu. Hökumətin
sonrakı addımları bu hadisənin quru bəyanat yox, həqiqətən qadınlarımızın ictimai-siyasi və sosial-
iqtisadi həyata daha fəal cəlb olunmaları istiqamətində möhkəm hüquqi baza olduğunu sübut etdi.
Qeyd etməliyik ki, Azərbaycan Respublikası sözügedən konvensiya üzrə ilk hesabatını BMT-nin
müvafiq Komitəsinə 1997-ci ilin sentyabrında təqdim etmişdi [16]. Məruzədə Azərbaycanın
müstəqillik əldə etdikdən sonra üzləşdiyi problemlər ətraflı şərh edilmiş, bu problemlərin
Ermənistan Respublikasının açıq təcavüzü, ölkəmizin ərazisinin 20%-nin işğal olunması, 1 milyona
yaxın vətəndaşın öz yurdlarından didərgin düşməsi səbəbilə daha da ağırlaşması zəngin statistik
məlumatlara istinadən xüsusi vurğulanmış, ölkədə qadınların vəziyyətindəki dəyişikliklərin təsviri
verilmişdir. Orada həmçinin Azərbaycan Respublikasında insan hüquqlarını təmin edə ümumi
hüquqi əsaslar təfərrütlı şəkildə açıqlanmışdır. Bu zaman Konstitusiyanın müvafiq maddələrindən
zəruri sitatlar gətirilmişdir. Məruzədə o illərdə qüvvədə olan qanun və məcəllələrdə qadınların
hüquqi bərabərliyi (o cümlədən hələ 1991-ci ilin iyunun 27-də qəbul edilmiş “Azərbaycan
Respublikasında əhalinin məşğulluğu haqqında” qanunla əmək münasibətləri sahəsində təsbit
edilmiş
gender
bərabərliyi)
prinsipinin,
habelə
qadınlara
münasibətdə
ayrı-seçkiliyə
qarşı
müddəaların
hansı
formada
əks olunmasının xülasəsi verilir. Gətirilmiş bilgilərə əsasən,
respublikanın dövlət və təsərrüfat idarəçiliyi orqanlarının aparat işçilərinin 1/3-ni qadınlar təşkil
edirdi. Ölkəmizin 1990-cı illərin ortalarında xaricdəki səfirliklərində 15 qadın çalışırdı ki, onlardan
1-i səfir, 1-i müşavir, 5-i attaşe və 8-i texniki işçi idi [16, 17].
Məruzədə həmçinin qeyd olunurdu ki,
əksər Azərbaycan qadınları yüksək səviyyəli təhsil almışlar və 1996-cı ildən etibarən ali təhsil alan
qızların sayı oğlanların sayını üstələmişdir. Lakin kişilərlə müqayisədə daha çox sayda qadın
işsizdir və az sayda qadın qərarların qəbul edilməsi səlahiyyətlərinə malik vəzifələrdə təmsil
olunmuşlar.
- 113 -
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsinin
XVIII sessiyasının 1998-ci il yanvarın 20 və 23-də keçirilmiş iclaslarında Azərbaycanda
Konvensiyanın həyata keçirilməsi haqqında hesabat məruzəsi dinlənilmişdir. Yeri gəlmişkən, həmin
sessiyada Azərbaycanı Fatma Abdullazadənin başçılığı altında rəsmi nümayəndə heyəti təmsil
edirdi [17, 317].
Sözügedən qurum özünün yekun şərhlərində məruzəni bəyəndiyini bildirmişdi: “Komitə
ratifikasiyadan 1 il keçdikdən sonra məruzənin təqdim edilməsini yüksək qiymətləndirir və buna
rəğmən, yüksək səviyyəli nümayəndə heyəti tərəfindən əlavə şifahi məlumatların mükəmməl
şəkildə təqdim olunmasını alqışlayır” [18, 6]. Bununla yanaşı, Komitə hələ də görüləsi işlərin zəruri
olduğu problem sahələri də göstərirdi. Ora Fəaliyyət Platformasının icrası ilə əlaqədar hökumət
tərəfindən müvafiq planın hazırlanmaması, ölkənin inkişaf prosesində qadınların hərtərəfli iştirakı
üçün ardıcıl və müfəssəl strategiyaya şərait yaradan milli mexanizmlərin rolunun hələ də
dəqiqləşdirilməməsi,
de-yure
və
de-fakto
bərabərliyi
arasında
uyğunsuzluqların
hələ
də
mövcudluğu, qadınlar (o cümlədən ali təhsillilər) arasında yoxsulluğun və işsizliyin faiz dərəcəsinin
artması, ana, həmçinin uşaq ölümünün narahatlıq doğuracaq səviyyədə olması, qadınlara qarşı
məişət zəminində zorakılıq hallarının çoxalması, qadınlar arasında vərəm və yoluxucu xəstəliklərin
yayılması, kənd yerlərində qadınların vəziyyəti, qaçqın qadınların qeyri-müəyyən maddi və
psixoloji şəraitləri və s. məsələlər daxil idi. BMT strukturunun Azərbaycan tərəfinə təqdim etdiyi
təklif və tövsiyələr də göstərilən problemlərin çözümü ilə əlaqəli idi. Tövsiyələrdə həm qadınların
sosial və iqtisadi status və durumlarının yaxşılaşdırılmasına dair istəklər, həm də qadınların müvafiq
qanunvericilik vasitəsi ilə irəliləməsi üçün milli mexanizmlərin rolunun müəyyənləşdirilməsi ilə
bağlı müddəalar yer almışdı [18, 7-11].
Təbii ki, “Yekun şərhlərdə” qeyd olunan problemlərin böyük əksəriyyəti sosial-iqtisadi
xarakterə malik idi; onlar keçid dövrü və sistem transformasiyaları ilə şərtlənmişdi və ilk növbədə
Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində daha ağır miqyas və məzmun kəsb etmişdi.
Azərbaycan hökuməti bu problemlərin həllini öz fəaliyyətinin prioritet istiqaməti hesab edirdi və
onların aradan qaldırılması sahəsində mühüm addımlar atırdı.
2000-ci ilin iyun ayında Azərbaycan Respublikası “Qadınlara qarşı ayrı-seçkiliyin bütün
formalarının ləğv olunması haqqında” Konvensiyanın Fakultətiv Protokolunu da imzalamışdır. Bu
protokolun əsası ondan ibarətdir ki, hər bir şəxs “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının
ləğv olunması” Komitəsinə fərdi qaydada müraciət edə bilər [19, 29].
1997-ci ildə respublika hökuməti ilə olan razılaşmaya əsasən, BMT İnkişaf Proqramının
“Gender və İnkişaf” layihəsinin bir hissəsi kimi Azərbaycanda Rəna İbrahimbəyovanın
koordinatorluğu ilə “Gender İnkişafda” layihəsinin reallaşdırılmasına başlanıldı. Bu layihənin
çərçivəsində genderlə əlaqəli institusionallaşma üzrə təşkilati məsələlər haqqında məlumatların
yayılması və yenicə yaradılmış Dövlət Komitəsinə yardımlar göstərilməsi həyata keçirilirdi. Bu
layihə ilk növbədə CEDAW Konvensiyasına uyğun olaraq respublikada gender münasibətlərini
araşdırmaq və Azərbaycan qanunvericiliyinin gender ekspertizasını həyata keçirmək məqsədləri
güdürdü [20, 2]. Layihənin reallaşdırılması dövründə bir sıra tədbirlər keçirimiş, müxtəlif
bülletenlər buraxılmışdır [Bu layihə haqqında ətraflı məlumat üçün bax: 21, 99-109].
1999-cu ilin iyulun 1-nə kimi Azərbaycanda qadınların əmək hüquqları hələ 1971-ci ilin
dekabrın 10-da qəbul edilmiş “Əmək Qanunları Məcəlləsi” ilə tənzimlənirdi. Qanunun qəbulundan
ötən vaxt ərzində ona 46-dək əlavə və dəyişiklik edilmişdi. Sözügedən məcəllə sovet etakratik-
patrimonialist ruhunda tərtib edilmişdi; ona tam müvafiq olaraq qadınların əmək hüquqları dövlətin
xüsusi qayğı və himayə obyekti kimi qavranılırdı. Təsadüi deyildir ki, məcəllənin XII fəsli
“Qadınların əməyi” adlanırdı və qadınların əmək münasibətləri sahəsində geniş hüquqlarını təsbit
edirdi. Onlar sırasında hamiləliklə və ya uşağı yedizdirməklə əlaqədar səbəblərə görə qadınları işə
qəbul etməkdən imtinanın, hamilə qadınların, 1 yaşa çatmamış uşaqları olan, uşağa qulluq etmək
üçün məzuniyyət hüququndan istifadə edən qadınarın işdən çıxarılmasının, ağır işlərdə və əmək
şəraiti zərərli işlərdə qadın əməyinin tətbiqinin, hamilə qadınların və 2 yaşına çatmamış uşağı olan
qadınların gecə işinə və iş vaxtından atrıq işlərə cəlb edilməsinin yasaqlanması, gecə işlərində qadın
əməyinin məhdudlaşdırılması və s. müddəalar yer almışdı. Qanunla həmçinin hamilə və yaş yarıma
- 114 -
çatmamış uşaqları olan qadınların daha yüngül işə keçirilməsi, hamilə qadınlara sanatoriya və
istirahət evi putyovkaları verilməsi, maddi yardım göstərilməsi, qadın əməyinin geniş tətbiq edildiyi
müəssisələrdə, təşkilatlarda ana və uşağa xidmətin təşkili nəzərdə tutulmuşdu [ 22, 63-67]. Yeri
gəlmişkən, Heydər Əliyevin tövsiyəsi ilə 1996-cı ildə Əmək Qanunları Məcəlləsinin 173-cü
maddəsində edilmiş dəyişiklik ilə 3 yaşına çatmamış uşağı olan qadınların işdən çıxarılması
qadağan edilirdi [ 13, 25-26].
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev cənablarının 1997-ci ilin iyunun 26-da
imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 17-ci maddəsi ilə hər bir qadın
hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində
ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunurdu [ 23, 6]. Bununla da ölkəmizin ali
hakimiyyəti
“Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında”
Konvensiyasının 12-ci maddəsi üzrə nəzərdə tutulmuş müvafiq öhdəliyə tam əməl etmiş olurdu.
Beləliklə,
1993-1997-ci illər istər hüquqi dövlət quruculuğu, istərsə də gender
qanunvericiliyinin formalaşması sahəsində olduqca mühüm mərhələni təşkil edir. Ümummilli
liderin tarixi xidməti onda idi ki, qadınlarımızın əvvəlki onilliklərdə əldə etdikləri və Modern çağı
üçün səciyyəvi olan sosial və mədəni nailiyyətlərinin nəinki tam və ya qismən itirilməsinə, yaxud
da involyusiyasına yol verilmədi, əksinə, gender inkişafı baxımından qabaqcıl dünya təcrübəsinin
ölkəmizdə tədricən tətbiq olunmasının zəruri qanunvericilik əsasları yaradıldı. Bu zaman
Azərbaycanın sosiomədəni şərtləri və xüsusiyyətləri, eləcə də sovet dövrünün emansipasiya
praktikalarının zəngin təcrübəsi də nəzərə alınırdı. Azərbaycan Respublikası bəhs edilən dönəmdə
gender bərabərliyinin təminatına yönəlmiş demək olar ki, bütün beynəlxalq konvensiyalara və
sazişlərə qoşulmuş, istər ölkənin Əsas Qanununda, istərsə də müxtəlif qanunvericilik aktlarında və
müvafiq məcəllələrdə hüquqi bərabərlik prinsipini dönmədən həyata keçirmişdi. Əminliklə söyləyə
bilərik ki, BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”
konvensiyasında nəzərdə tutulan bir çox prinsipial müddəa 1993-1997-ci illərdə özünün
qanunvericilik həllini tapmışdı. Məhz həmin illərdə əldə edilmiş təcrübə və yaradılmış hüquqi-
normativ baza sonrakı dövrdə gender düzəninin yeni institusional səciyyə kəsb etməsini,
qadınlarımızın ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha fəal iştirakını, gender
bərabərliyinin de-jure səviyyədən tədricən de-facto səviyyəyə keçidini təmin edən mühüm şərtə
çevrildi.
Dostları ilə paylaş: |