NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
YUSİF HÜSEYNOV
Naxçıvan Dövlət Universiteti
UOT: 18
“MOLLA NƏSRƏDDİN” MƏKTƏBİNİN ESTETİKASI
Mollanəsrəddinçilik geniş məfhum olduğu
kimi, mollanəsrəddinçilərin də sayı və gizli
imzaları çox, fəaliyyət dairəsi xeyli genişdir
Professor Firidun Hüseynov
Açar sözlər: “Molla Nəsrəddin”, Mirzə Cəlil, fəlsəfə, estetik görüşlər, demokratik
Key words: “Molla Nasraddin”, Mirza Jalil, philosophy, aesthetic views, democratic
Ключевые слова: «Молла Насраддин», Мирза Джалил, философия, эстетические
воззрения, демократический
“Molla Nəsrəddin” məktəbinin, ümumiyyətlə, onun nümayəndələrinin, o cümlədən eyni adlı
jurnalın banisi və naşiri, görkəmli yazıçı və publisist Cəlil Məmmədquluzadənin ədəbi-tənqidi
görüşlərindən bu və ya digər dərəcədə xüsusi olaraq bəhs edilsə də (1), bütövlükdə estetikası ayrıca
- 88 -
araşdırılmamışdır.
Azərbaycan MEA-nın müxbir üzvü Əziz Mirəhmədov yazırdı: “Mollanəsrəddinçilik, ilk
növbədə
çarizmə,
yerli
istismarçılara,
imperializmə
qarşı
çevrilmiş
inqilabi-demokratizm
ideologiyası deməkdir…
Mollanəsrəddinçilik ədəbiyyatda realizm və satira, dildə xəlqilik və təmizlik, mətbuatda
demokratizm və mübarizə... yolunu tutmuşdu” (2, 256).
“Molla Nəsrəddin” yarandığı gündən son nömrələrinədək XX əsr realist Azərbaycan
ədəbiyyatının bayraqdarı kimi həqiqi sənət və ədəbiyyat uğrunda inadla mübarizə apararaq
realizmin ön sıralarında olmuşdur.
Öz dövrünün ədəbi güzgüsü olan “Molla Nəsrəddin” jurnalı və onun görkəmli, realist qələm
ustaları şeirə, sənətə və ədəbiyyata eyni meyarla, yüksək tələbkarlıqla yanaşır, ədəbiyyatın
ideyalılığı, xəlqiliyi və müasirliyi uğrunda dönmədən mübarizə aparırdılar. Bu sahədə onların
qələm döyüşü vasitələri xeyli zəngin, rəngarəng idi. Mollanəsrəddinçilərin yazıb çap etdirdikləri
əsərlər – elandan, poçt xəbərindən tutmuş, satirik şeir, felyeton, hekayə və iri həcmli nəsr
əsərlərinə qədər hamısı yeni, realist sənət nümunələri idi. Bu əsərlər xalqın dolanışığını əks etdirir,
gözünü açmağa, tərəqqisinə təkan verməyə xidmət edirdi.
Ədəbiyyatı xalqa yaxınlaşdırmaq, onu xalq məişətinin, xalq azadlıq hərəkatının mübariz
carçısına çevirmək mollanəsrəddinçilərin başlıca qayəsi idi. Onlar əməli surətdə, öz orijinal
əsərləri ilə realist ədəbiyyat uğrunda mübarizə aparırdılar. Həm də ayrı-ayrı əsərlərində bilavasitə
sənət və ədəbiyyat məsələlərinə də toxunur, ideya – bədii cəhətdən dövrün tələblərinə cavab verə
bilməyən əsərləri, onların müəlliflərini kəskin tənqid edirdilər. Bu sahədə “Molla Nəsrəddin”
jurnalının xidməti müstəsna cəhətdən böyükdür.
Böyük realist M.F.Axundovun ənənələrini davam etdirən “Molla Nəsrəddin” məktəbimin
estetikasına istinadən demək olar ki, ictimai məzmunu və forma gözəlliyi olmayan şeir kimsəyə
lazım deyil; sənət əsərinin mayasında xalqın dərdinə qalmaq, onun sevincini, kədərini, istək və
arzularını əks etdirmək idealı olmalıdır.
Akademik Məmməd Cəfər Cəfərov göstərirdi ki, C.Məmmədquluzadə sadəcə bir neçə əsər
qoyub gedən yazıçılardan deyildir. O, cəmiyyət haqqında, vətən haqqında hərtərəfli düşünən, varlığı
çox əhatəli bir baxışla dərk edən yazıçılardan olmuşdur. M.C.Cəfərov ədibin yaradıcılığının
universal xarakterə malik olduğunu dilə gətirərək, onun əsərlərinin müxtəlif elm adamları üçün
maraq kəsb etdiyini vurğulamışdır: “Elə buna görədir ki, onun yaradıcılığı, əsərləri, siyasi-ictimai,
mədəni fəaliyyəti yalnız ədəbiyyatşünasların deyil, filosofların, tarixçilərin, hüquqşünasların,
sosioloqların, iqtisadçıların, pedaqoqların, psixoloqların, estetiklərin, dilçilərin də diqqətini cəlb
etmişdir” (3, 177).
Son 20-25 ildə Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” haqqında filoloji
əsərlərlə yanaşı, onların fəlsəfi, siyasi-iqtisadi, sosioloji, etik, ədəbi-nəzəri, pedoqoji görüşlərinə,
dövlət – hüquq nəzəriyyəsinə aid tədqiqat əsərləri də nəşr edilmişdir. Bunlar göstərir ki, “Molla
Nəsrəddin”in, Mirzə Cəlilin yaradıcılığı, fəaliyyəti çox zəngin, hərtərəfli, universal olmuşdur.
Mirzə Cəlil yumorunun fəlsəfi mahiyyət kəsb etdiyini, onun mənaca yüksəldiyini xüsusi
qeyd edən tanınmış tənqidçi, nəzəriyyəçi alim, Azərbaycan MEA-nın müxbir üzvü Yaşar Qarayev
bu haqda düşüncələrini belə şərh etmişdir: “Satira və yumor hələ heç zaman bizdə bu qədər
fəlsəfiləşməmiş və mənaca bu qədər yüklənməmişdi... Qoca Molla Nəsrəddin hələ heç bir zaman bu
qədər həqiqət və məna təbəssümü ilə, ən fəci, ən fəlsəfi gülüşlə gülməmişdi…” (4, 265).
Jurnalda deyilirdi ki, “əgər camaatın bəsirət gözü açılmasa, heç bir şey fayda bağışlamaz.
Nə hürriyyət, nə məşrutiyyət, nə cumhuriyyət”... Böyük məqsədlərə çatmaq üçün hər şeydən əvvəl
“təzə yaşayış yaratmaq lazımdır. Köhnəyə qələm çəkmək lazımdır, yəni müxtəsər, məişətimizin hər
bir sahəsində inqilab törətmək lazımdır”. Buradan göründüyü kimi, C.Məmmədquluzadənin
cəmiyyətin nöqsanlarına qarşı amansız olması belə bir yüksək və müsbət estetik ideal ilə əlaqədar
idi! (3, 181).
Professor
Mir
Cəlal Paşayev C.Məmmədquluzadənin nəzəri-estetik, ədəbi-tənqidi
görüşlərinin ideya istiqamətindən bəhs edərək yazmışdır: “Ədəbiyyat və sənət haqqında
danışanda ədib öz demokratik fikirlərini təbliğ edirdi. O, böyük rus inqilabçı-demokratları
- 89 -
kimi sənətin məna və vəzifəsini həyata, insanlara xidmətdə görürdü... Ədib sənətkara xalq
xadimi kimi baxırdı, onu tarix və mədəniyyət qarşısında məsul bir şəxs sayırdı...
C.Məmmədquluzadə rus inqilabçı-demokratları kimi, ədəbiyyatı həyata tabe tutur, onun mənasını,
əhəmiyyətini də bunda görürdü” (6, 606-607). Görkəmli ədibin bu fikrində “Molla Nəsrəddin”
məktəbinin estetikasının ideya-fəlsəfi mənbəyi açıqlanır.
Ədibin tənqidi və nəzəri-estetik görüşlərindən bəhs edən akademik Kamal Talıbzadə də
göstərirdi ki, C.Məmmədquluzadənin ədəbi görüşlərinin təşəkkülündə rus ədəbiyyatı və tənqidinin
ciddi təsiri olmuşdur. O, realist rus yazıçılarını dərindən öyrənib qiymətləndirmiş, rus realizmini,
onun həqiqətpərəstliyini, məna zənginliyini duyaraq, bu ədəbiyyatın qabaqcıl simalarının əsərlərini
müasirlərinə nümunə göstərmişdir. Məsələn, N.V.Qoqolun anadan olmasının yüz illliyinə həsr
etdiyi tənqidi felyetonda ədib böyük rus yazıçısının xalq həyatına yaxınlığını ən gözəl bir
məziyyət kimi göstərir, onun əməkçi kütlələr içərisində şöhrət tapmasının səbəbini də bununla izah
edirdi. C.Məmmədquluzadə realist ədəbiyyatın xüsusiyyətlərindən bəhs açarkən İ.A.Krılov,
A.S.Puşkin, N.Qoqol, L.N.Tolstoy, D.İ.Pisaryev, M.Qorki kimi rus yazıçı və tənqidçilərinin
əsərlərinə müraciət etmiş, realizmin ayrı-ayrı məsələlərinə öz münasibətini bildirərkən onların
əsərlərindən, mülahizələrindən faydalanmış, müasirlərinin diqqətini rus realist ədəbiyyatının
yaradıcılarına cəlb etməyə çalışmışdır (4, 223-224).
“Molla Nəsrəddin” məktəbinin estetikasının sosial əhəmiyyətini şərh edən professor Firudin
Hüseynov bu haqda belə yazmışdır: “Demokratik mətbuatın yeni ədəbiyyata, realist sənətə dair
fikirləri C.Məmmədquluzadə, M.Ə.Sabir, Əli Nəzmi, Ə.Qəmküsar və başqa inqilabçı-demokrat
sənətkarların yaradıcılığında daha da dərinləşmiş, püxtələşmiş və inkişaf etdirilmişdir. Böyük realist
C.Məmmədquluzadə bu sahədə də bütün mollanəsrəddinçilərin müəllimi, ideya rəhbəri idi. Sənət və
ədəbiyyatı həyatın canlı aynası, ictimai mübarizənin kəsərli silahı kimi qiymətləndirən ədib
sənətkardan dərin həyat müşahidəsi tələb edirdi» (7, 75). Həqiqətən Mirzə Cəlil başa salırdı ki, əsl
sənət yolu V.Şekspirin, İ.F.Şillerin, N.V.Qoqolun, M.F.Axundovun yoludur. Onlar “Hamlet”,
“Qaçaqlar”, “Müfəttiş”, “Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Molla İbrahimxəlil
kimyagər” ilə həqiqi səhnə əsəri yaratmaq yolunu göstərmişlər. Bu yol ilə də getmək lazımdır.
O, bayağı, əxlaqı pozan əsərlər əvəzinə, klassiklərə geniş yer verməyə, onlardan öyrənməyə
çağırırdı.
C.Məmmədquluzadə inqilabi-demokratik ideyalar təbliğ edən tənqidi realizm uğrunda,
xalq həyatını, onun böyük əməllərini canlandıran ədəbiyyat yolunda mübarizə aparırdı. Bunun
üçün o, hər şeydən əvvəl, həyat həqiqətinə istinad etməyi, həyatı dərindən öyrənib əks etdirməyi
ilk şərtlərdən biri sayırdı. Ədib göstərirdi ki, sənətin əsas təsvir obyekti xalqın həyatıdır, odur
ki, əlinə qələm alan şəxs “dünyanı yaxşıca tanımalı, təcrübə görməlidir”.
Mirzə Cəlilə görə, mövzu, ideya qələm sahibinin xəyal aləmində yaranmır, bunu onda
müşahidələri, biliyi, təcrübəsi doğurur. Yazıçı həyatı öyrənməsə, dərk etməsə sənət naminə heç bir
şey meydana gətirə bilməz: “...biz bir yazıçı millətik; bizə yağ və pendirdən, süd və qaymaqdan da
əfzəl dünyanı yaxşıca tanımaq, təcrübə görmək lazımdır. Bizə gör-götür lazımdır. Bizə tema və
mövzu lazımdır. Yəni müxtəsər: bizim yazıçılıq karxanasına həmişə xammal lazımdır ki,
karxanamız işləsin, bikar qalmasın” (8, 569). Burada realist sənətim əsl məzmun və mahiyyəti,
dəyər və istiqaməti göstərilir.
“Molla
Nəsrəddin” və C.Məmmədquluzadə ədəbiyyatın idrak əhəmiyyətini, onun
ideyalılığını belə düşünür və buna görə də XX əsrin əvvəllərində burjua estetikasına, “sənət sənət
üçündür” nəzəriyyəsinin müxtəlif təzahürlərinə qarşı ardıcıl və amansız mübarizə aparır, ədəbiyyatı,
sənəti xalqın azadlığı işinə xidmət etməyə, onu mürtəce qüvvələrə qarşı kəskin silaha çevirməyə
çağırırdılar: “...hər bir qələmin öz müqəddəs vəzifəsi var: birinci növbədə millətin xoşbəxtliyi
yolunda xidmət etmək” (9, 649). Bu fikir necə də müasir səslənir! Dahi sənətkarın özü həmin
nəzəri estetik müddəanı keçdiyi şərəfli ömür və yaradıcılıq yolu ilə praktikada təsdiq etmişdir.
C.Məmmdquluzadə əsl gözəlliyi həyatın özündə görür, burada axtarırdı. Əgər həyat insan
ehtiyaclarını ödəyirsə, insanın tələbləri ilə uyğun gəlirsə, onun gözəlliyi də bir o qədər artır. Ədib
yazırdı: “İndi kəndlinin qadın barəsində olan gözəllik idealı odur ki, arvadı Hüseynqulugildən
gələndə kişisini uzaqdan haraylayıb sevincək ona xəbər verə:
- 90 -
– A kişi, şükür olsun Allaha, bu gecəlik neft tapmışam.
Gözəllik, gözəllik – budur!” (9, 694).
Mirzə Cəlili yazmağa sövq edən, onun əsərlərinə əsl gözəlliyi verən bu həyat həqiqəti idi,
xalq həyatına sədaqəti idi. Bütövlükdə ədibin və “Molla Nəsrəddin” dərgisinin ilham mənbəyini
hüseynquluların, novruzəlilərin, usta zeynalların həyatı və dünyagörüşü təşkil edirdi.
“Molla Nəsrəddin” Azəbaycan ədəbi dilinin xəlqiliyi uğrunda mübarizə aparırdı. Bunu o,
ədəbiyyatda xəlqiliyin əsas cəhətlərindən biri hesab edirdi. Dildə xəlqiliyi ana dilinə böyük ehtiram
bəsləməkdə, bir vətənpərvər kimi onun bütün zənginliklərini, gözəlliklərini meydana çıxarmaqda,
bu məziyyətlərdən bacardıqca geniş şəkildə istifadə etməkdə görürdü. Mirzə Cəlilin dilə estetik
münasibətini belə ifadə etmək olar: ədəbi dil ilə, yazıçının, mətbuatın dili ilə xalq dili arasında,
“avam camaatın” dili arasında uçurum olmamalıdır.
Ədəbi dil haqqında dediyi fikirlər C.Məmmədquluzadənin və ümumən “Molla Nəsrəddin”in
estetik görüşləri sistemində çox mühüm yer tutur. Sadə xalq dili uğrunda mübarizə, bədii ədəbiyyat
və mətbuat dilini mümkün qədər ümumxalq dilinə yaxınlaşdırmaq ədibin realist ədəbiyyat uğrunda
mübarizəsinin tərkib hissəsini təşkil edir. “Molla Nəsrəddin” və Mirzə Cəlil XX əsrdə ədəbi dil
sahəsində başlanan mübahisələrdə inqilabi-demokratik cəbhəyə başçılıq edir, ona istiqamət
verirdilər. Mirzə Cəlil dil məsələləri barədə məqalələrində, felyetonlarında, bədii əsərlərində,
xatirələrində təkrar-təkrar yazmış, bunu günün vacib məsələlərindən biri hesab etmişdi: elə yazmaq
lazımdır ki, müraciət etdiyin avam camaat səni başa düşə, anlaya, düşünə və nəticə çıxara bilsin.
Bunun üçün isə ən yaxşı yol – asan dildə, ana dilində yazmaqdır.
Mirzə Cəlil “Molla Nəsrəddin” jurnalının gördüyü böyük tarixi-mədəni işdə jurnalın dilinin
həlledici, mühüm rol oynadığını belə izah edirdi: “Məcmuəmiz türk ölkələrində çox asanlıqla
dağılıb öz sözünü onlara çox asan vəchlə yetirə bildi. Bunun səbəbi məhz məcmuənin asan dilidir.
Onunçun da bu yolda biz bərk durmuşuq və tərəddüd və şəkk-şübhə etmirik” (8, 727).
XX
əsrin ilk onilliklərində Ə.Haqverdiyev, N.Nərimanov, M.Ə.Sabir, Ü.Hacıbəyli,
Ö.F.Nemanzadə, F.Köçərli, S.M.Qənizadə, R.Əfəndizadə, Abbasağa Qayıbov kimi yazıçı və
mühərrirlər bu dili inkişaf etdirmiş, rövnəqləndirmiş və ümumxalq dili səviyyəsinə qaldırmışlar.
Beləliklə, “Molla Nəsrəddin” məktəbi Azərbaycan realistlərinin dilini, onların dil mövqeyini təqdir
edir və bu yol ilə getməyə çağırırdı.
Azərbaycan dilinin saflığı, müstəqilliyi uğrunda mübarizənin ön cəbhəsində dayanan “Molla
Nəsrəddin” jurnalı nəinki özünün ilk nömrəsindən ana dili məsələsini mühüm proqram vəzifə kimi
qarşıya qoymuş, həm də bütün varlığı boyu Azərbaycan dilinin inkişafı uğrunda mübarizə
aparmışdır. Jurnalın sadə xalq dilində nəşri faktı özü əsl vətənpərvərlik nümunəsi olmaqla, böyük
siyasi və tərbiyəvi əhəmiyyətə malik idi.
O, müstəmləkə zülmü şəraitində və özünün dediyi kimi, mövhumat, xurafat, şəriət
zülmətinin qatı qaranlığında xalqın qurtuluşu üçün çarələr axtarmış və düşünmüşdür.
“Molla
Nəsrəddin”
məktəbi
yorulmadan,
dərin
bir
səmimiyyətlə
insanpərvərlik,
beynəlmiləlçilik, xalqlar arasında mənəvi birlik, dostluq, qardaşlıq, həmrəylik ideyalarını təbliğ
edirdi, oxucularını dönə-dönə dini və milli təəssübkeşliyin, mənfur hakim millətçilik və dünya
ağalığı iddiasının kökünü kəsməyə çağırırdı.
“Molla Nəsrəddin” mərsiyə və mədhiyə şairlərini, qafiyəpərdazları tənqid edərkən onlara
qarşı M.F.Axundovu, N.V.Qoqolu, İbn Sinanı, Ə.Firdovsini, Ə.Camini, Ə.Nəvaini, Füzulini
qoyurdu.
C.Məmmədquluzadə epiqonçu şairlərin, hər şeydən əvvəl, yaradıcılıq metodunu tənqid və
rədd edirdi. Çünki onlar əllərinə qələm alanda gözlərini həyata, içərisində yaşadıqları aləmə deyil,
“göyə axıdıb”, “cənnətin hurilərini xəyal ilə qucaqlayır”, xalqın həyat və məişəti əvəzinə “eşqdən,
məhəbbətdən, vüsaldan, kaman qaşlardan, lalədən, bülbüldən, güldən, pəridən, yıldızlı gözlərdən...”
yazırdılar. Bu şeir nəşəsi “ilə xumarlanmış, millətin avam, cahil, ac” qalmasına səbəb olan şairləri
C.
Məmmədquluzadə birdəfəlik aradan çıxarmağa çağırırdı: “Nə qədər ki... dünya mədəniyyəti
tərəqqi tapmaqdadır, bizlərdə də xəyalət “mədəniyyəti” şöhrət tapmaqdadır. Orada qələm
sahibi öz fikrini sadəcə kağız götürüb ildırım itiliyi ilə dünya və aləmə yayıb, bizlər də
sol ovcumuza bir balaca kağız alıb, gözlərimizi göyə axıdıb qafiyə axtarırıq və
- 91 -
məzmununu vəzn və qafiyəyə qurban gətirib şeir yazırıq... İxtiyar məndə olsa, şeir nəşəsini
qadağan edərəm, necə ki, tiryək nəşəsi qadağandır” (9, 648-649).
“Molla Nəsrəddin” şeirə, sənətə ciddi yanaşmayan şairlərin üzdəniraq “yaradıcılığına”,
yerində sayan təqlidçi, nəzirəçi ədəbiyyata “Müxəmməsçilər” adlı satirik şeirlə (10) gülür
çeynənmiş təsvir vasitələrindən, mövzulardan, formalardan əl çəkmək istəməyənlərə qarşı çıxış
edirdi. O dövrün epiqonçu, təqlidçi, nəzirəçi şeirinə jurnal böyük Sabirin “Dilbər” satirası və
bu əsər əsasında çəkilmiş məşhur karikatura ilə öldürücü zərbə vurdu.
“Molla Nəsrəddin”
yeni ədəbiyyatı, inqilabi satiranı klassik ədəbiyyata qarşı qoymurdu,
əksinə, onun varisi və qanunauyğun inkişafı, davamı və yüksəlişi hesab edirdi. Eyni zamanda, jurnal
klassik ədəbiyyatın ənənəvi davamı kimi meydana çıxan mətləbsiz, formalist əsərləri gülüş və sarkazm
yolu ilə pisləyirdi.
M.F.Axundovun əsaslandırdığı tənqidi-realist ədəbiyyatın coşğun inkişafı uğrunda fədakar
mübariz olan “Molla Nəsrəddin” ədəbi məktəbinin özü, eyni zamanda, yeni ədəbiyyatın ən gözəl
nümunəsi idi. Bu jurnalın səhifələrində realizm yeni mütərəqqi keyfiyyətlər kəsb etmiş, həyatda və
sənətdə inqilabi-demokratik ideyaların kütləvi təbliği vasitəsinə çevrilmişdi. O, öz böyük tarixi işi ilə
yeni dünyanın, yeni ədəbiyyatın təşəkkülünə kömək etmişdir.
“Molla Nəsrəddin” XX əsrin əvvəllərində Azərbaycan mədəni-ictimai fikri tarixinə təkcə dövrün
kəskin sosial problemlərini əks etdirməklə daxil olmamışdır. O, eyni zamanda özünü dövrün ədəbi-
estetik tələblərinə cavab verən bədii janrlar və formalarla zənginləşdirmişdir. “Molla Nəsrəddin” bütün
ədəbi hərəkata bir müasirlik, fəallıq və mübarizlik gətirmişdir” (5, 208-209).
“Molla Nəsrəddin” jurnalı yeni, realist ədəbiyyatdan məzmun, ideya müasirliyi və dolğunluğu
ilə yanaşı, rəngarəng forma gözəlliyi də tələb edirdi. İstər jurnalın özündə, istərsə də
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi və başqalarının yaradıcılığında forma-
janr rəngarəngliyi vardı.
Beləliklə, ümumiyyətlə XX əsr Azərbaycan estetikasının, estetik anlayışların, ədəbi-nəzəri
fikrinin inkişafı Cəlil Məmmədquluzadənin və “Molla Nəsrəddin” satirik jurnalının yaratdığı məktəbin
adı ilə sıx bağlıdır. Mollanəsrəddinçilərin nəzəri-estetik və ədəbi-tənqidi görüşlərinin demokratik
istiqaməti realist ədəbiyyatın və incəsənətin gələcək inkişafı üçün möhkəm zəmin hazırlamış, XX əsr
milli estetikasının və tənqidinin formalaşmasına, onun qabaqcıl fikirlərlə zənginləşməsinə güclü təsir
göstərmişdir.
ƏDƏBİYYAT
1.
Mirzə İbrahimov. Böyük demokrat. Bakı, 1939; Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər
(1900-1917-ci illər). Bakı, 1947 (dok. diss.); Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə, II cild, Bakı,
Azərbaycan SSR EA nəşriyyatı, 1960; Xalid Əlimirzəyev. Cəlil Məmmədquluzadənin ədəbi görüşləri,
Bakı, 1964 (nam.diss); Realizm uğrunda mübarizədə. “Azərbaycan” jurnalı, 1963, № 6, s. 168-176;
K.Talıbzadə. XX əsr Azərbaycan tənqidi. Bakı, 1966.
2.
Mirəhmədov Əziz. Azərbaycan Molla Nəsrəddini. Bakı, Elm, 1980.
3.
Məmməd Cəfər Cəfərov. Cəlil Məmmədquluzadə haqqında söz (1966-cı ildə SSRİ Yazıçılar
İttifaqının birləşmiş plenimunda söylənmişdir). Sənət yollarında. - Bakı, Gənclik, 1975 (s. 177-186).
4.
Cəlil Məmmədquluzadə: həyat və yaradıcılığı. - Bakı, Elm, 1974; Kamal Talıbzadə. Ədəbi
görüşləri (s. 212-227); Firudin Köçərli. İctimai-siyasi və sosioloji görüşləri (s. 228-258); Yaşar
Qarayev. Yaradıcılıq metodu (s. 259-276)
5.
Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, «Şərq-Qərb», 2008.
6.
Mir Cəlal Paşayev. Cəlil Məmmədquluzadə. Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə, II cild,
Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1960 (s. 605-612).
7.
Hüseynov F. Molla Nəsrəddin və Mollanəsrəddinçilər.- Bakı, Yazıçı, 1986.
8.
Cəlil Məmmədquluzadə. Dram və nəsr əsərləri. Bakı, Azərnəşr, 1958.
9.
Cəlil Məmmədquluzadə. Felyotonlar, məqalələr, xatirələr, məktublar. Bakı, Azərnəşr, 1961.
10.
“Molla Nəsrəddin”, 1913, № 29.
ABSTRACT
Yussif Husseinov
- 92 -
Aesthetics of «Molla Nasraddin» school
The paper deals with aesthetic and theoretical –literary views of “Molla Nasraddin” school,
especially discusses conception of literature and art of Jalil Mammadquluzadeh, the founder and
publisher of the magazine with the same name and outstanding writer and publicist proceeding from his
social-political outlook. It is emphasized that writers and poets of “Molla Nasraddin” magazine were in
the front row of realism.
Dostları ilə paylaş: |