ƏDƏBİYYAT
1.
Əliyev
R.,
Novruzov
N.,
Məmmədov
M.
İnvestisiyanın
maliyyələşdirilməsi
və
kreditləşdirilməsi. Bakı: 2003. 440 s.
- 230 -
2.
Azərbaycan iqtisadiyyatı. Dərslik. İ.H.Aliyev, S.A.İbadovun rəhbərliyi ilə. Bakı, Ağrıdağ, 1999,
400 s.
3.
Azərbaycanın vergi jurnalı. Bakı- 5/2014.212 s.
4.
“İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
5.
Səmədzadə Z.Ə. (2002) Milli iqtisadiyyat və sahibkarlıq.“İqtisadiyyat” qəzeti
6.
“Vergilər” qəzeti. 2014-cü il.
7.
Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı. Bakı, 14 aprel 2004-cü il
8.
Musayev A.F.(2014). Vergi siyasətinin iqtisadi problemləri. Bakı.285 s
9.
Azərbaycanın vergi jurnalı. Bakı-2/ 2014. 212 s.
XÜLASƏ
Famil Həsənov
İqtisadi təhlükəsizliyin qorunmasında investisiya siyasətinin
əhəmiyyəti və vergitutmanın səmərəliliyi
Məqalədə investisiya sahəsində Azərbaycan iqtisadiyyatının təsərrüfat subyektlərinin,
xüsusən milli sahibkarlığın fəallığının inkişaf etdirilməsinin bir sıra maliyyə-vergi üsullarının
müəyyən olunması, Azərbaycan iqtisadiyyatına investisiya axının gücləndirilməsi ilə onun
təsərrüfat subyektlərinin fəallığının artırılması istiqamətində müvafiq üsullar müəyyən edilmişdir.
İstər xarici və istərsə də daxili investorların maliyyə vəsaitlərinin xarici və daxili təhlükədən
qorunması üçün dövlət səviyyəsində müvafiq tədbirlərin istiqamətləri göstərilmişdir. Ölkənin həyatı
üçün strateji əhəmiyyət kəsb edəninvestorların fəaliyyət dairələrinin beynəlxalq standartlara
uyğunlaşdırılmasında iri şirkətlərin maliyyə imkanlarının mühüm rol oynamaları şərh edilmişdir.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru T.Abbasov
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
- 231 -
HƏSƏN MƏMMƏDOV
Naxçıvan Dövlət Universiteti
hesenmemmedov@hotmail.com
UOT: 332.1
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA KƏND TƏSƏRRÜFATININ DAYANIQLI
İNKİŞAF İSTİQAMƏTLƏRİ
Açar sözlər: dayanıqlı inkişaf, güzəştli kredit, kənd təsərrüfatı ili,sosial-iqtisadi inkişaf.
Key words: sustainable development,preferential loans,agricultural year,socio-economic
development.
Ключевые слова: устойчивое развитие, льготные кредиты, сельскохозяйственный
год, социально-экономическое развитие.
Ölkəmizin və onun ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikanın sosial-iqtisadi
inkişafında kənd təsərrüfatının rolu inkar edilməzdir Ölkə iqtisadiyyatında kənd təsərrüfatının
özünəməxsus yerinin olması isə heç də təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını,
əsasən, öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin
yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb və
bu proses davam etdirilir. Eyni zamanda, iqtisadiyyatımızda kənd təsərrüfatı neft və tikinti
sahələrindən sonra üçüncü ən böyük sahə olmaqla iş yerləri ilə təminatda ayrıca xüsusi çəkiyə
malikdir. Bu sahə kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təkan verən sektor olduğundan,
kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür,
aqrar sektora qoyulan investisiyalar ilbəil artır. Dövlət tərəfindən subsidiyalar ayrılır, aqro xidmət
sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq paylanılır, lizinq yolu ilə yeni texnikalar verilir.
Fermerlərə verilən güzəştli kreditlər hesabına kənd yerlərində yeni istehsal sahələri yaranır(1).
Ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektorunda, xüsusi əhəmiyyətə malik
kənd təsərrüfatı sürətlə inkişaf edir. Kənd təsərrüfatının inkişafına göstərilən qayğı nəticəsində ölkə
ərazisində məhsul istehsalının artımı mütəmadi olaraq təmin olunmaqdadır. Bu istiqamətdə qarşıya
qoyulan məqsədə müvəfəqiyyətlə çatmaq üçün ölkə prezidentinin təşəbbüsü ilə bu il, 2015-ci
təsərrüfat ili “Kənd təsərrüfatı ili” elan edilmişdir. Burada başlıca məqsəd aqrar sektorda mövcud
problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və
maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək, innovasiya yolu ilə qabaqcıl texnologiyanın tətbiqi
nəticəsində kənd təsərrüfatında məhsul istehsalını artırmaq, kənd təsərrüfatının inkişafına təkan
vermək və onun modernləşdirilməsini sürətləndirmək, nəticədə ölkə əhalisinin kənd təsərrüfatı
məhsullarına artmaqda olan tələbatını maksimum səviyyədə ödəməkdən ibarətdir (8).
Kənd təsərrüfatının ölkə iqtisadiyyatı üçün əhəmiyyətli sahə olduğunu nəzərə alaraq
ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının
inkişafı məqsədilə dövlət tərəfindən hər il ciddi tədbirlər görülməklə, torpaq mülkiyyətçilərinə daha
yaxşı çalışmaq üçün əlverişli şərait yaradılmaqdadır. Bu gün Naxçıvanda aparılan aqrar islahatlar
kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq kimi sahələrinin, eləcə də emal sənayesinin inkişafına
etibarlı zəmin yaratmışdır. Dövlətimiz tərəfindən kənd təsərrüfatı sahələrinin sürətli inkişafı
məqsədilə bir sıra sərəncam və qərarlar qəbul edilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar
Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Naxçıvan
Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2012-2015-
ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət
Proqramı”nın icrası muxtar respublikada aqrar sahənin davamlı inkişafı üçün zəmin yaratmışdır.
Bütün bunlar hesabına muxtar respublikanın aqrar sahəsində ilbəil iqtisadi artım müşahidə
olunmuşdur. Qeyd etmək lazımdır ki, 2014-cü ildə də digər iqtisadi sahələrdə olduğu kimi, kənd
təsərrüfatında da iqtisadi artım davam etmişdir(1,2,3).
- 232 -
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına dair statistik məlumatlarına əsasən, demək mümkündür ki, 2014-cü ildə
kənd təsərrüfatı məhsulları 2013-cü illə müqayisədə 6,1 faiz artmışdır (8).
Apardığımız tətqiqatlardan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan
Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın
qəbul edildiyi 2008-ci illə müqayisədə bitkiçilik məhsullarının həcmi 2,4 dəfə artaraq 229 milyon
646 min manata, heyvandarlıq məhsullarının həcmi isə 2,1 dəfə artaraq 125 milyon 511 min manata
çatmışdır.
Bu gün dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş
texniki və maliyyə dəstəyinin göstərilməsi aqrar bölmənin inkişafında mühüm rol oynayır(8).
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan
Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı məhsulları
istehsalçılarının istifadə etdikləri yanacağın, mühərrik yağının və mineral gübrələrin dəyərinin orta
hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi, buğda səpininin, toxum və ting istehsalının
subsidiyalaşdırılması kənd təsərrüfatı istehsalına güclü təkan vermişdir. Bununla yanaşı, ölkəyə
xaricdən damazlıq heyvanların gətirilməsi və istehsalçılara lizinq yolu ilə 50 faiz güzəştlə satılması
həyata keçirilir.
İstehsalın həcmini davamlı olaraq artırmaq məqsədi ilə aqrar sahənin kənd
təsərrüfatı maşın və mexanizmləri, mineral gübrələrlə təchizatı mütəmadi olaraq yaxşılaşdırılır.
Belə ki, bu günə kimi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 1505 ədəd
müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq alınaraq muxtar respublikaya gətirilmiş,
onun xeyli hissəsi ötən il lizinq yolu ilə məhsul istehsalçılarına yönləndirilmişdir. Təkcə ötən il
ərzində aqrar sektorda məhsul istehsal edən sahibkarlara 3867,3 ton mineral gübrə verilmişdir ki, bu
da yüksək məhsuldarlıq üçün zəmin yaratmışdır. İnanırıq ki, görülmüş məqsədyönlü tədbirlər
nəticəsində gələcəkdə də bu sahədə iqtisadi artım davam etdiriləcəkdir (8).
Muxtar respublikada kənd təsərrüfatının davamlı və dayanıqlı inkişafını bundan sonra da
təmin etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədəuyğun olardı:
1.Kənd təsərrüfatı məhsulları istehsal edən fermer təsərrüfatlarında, bir qayda olaraq, uçot-
hesabat işlərini nizama qoymaq;
2.Təsərrüfat subyektlərinə hər il uzunmüddətli bank kreditləri ayırmaq və bu zaman zəruri
təsərrüfat sahələrinin inkişaf etdirilməsinə üstünlük verən tədbirlər hazırlamaq və bunu təşviq
etmək;
3.Muxtar respublika ərazisi, əsasən, dağlıq və dağətəyi relyefə malik olduğundan,
Azərbaycanın digər bölgələri ilə müqayisədə, burada kənd təsərrüfatını inkişaf etdirmək məqsədi ilə
daha da güzəştli şərtlər tətbiq edilməsinin vacib və əhəmiyyətliliyini nəzərə almaq;
4.Muxtar respublika ərazisində fəaliyyət göstərən kəndli fermer təsərrüfatlarına verilən
kreditlərin iqtisadi mexanizmini sadələşdirmək, uzunmüddətli və güzəştli kredit sistemini tətbiq
etmək.
5.Kəndli fermer təsərrüfatlarında istehsal olunacaq məhsullara dövlət tərəfindən hasilat
normaları qoymaq, istehsal olunmuş məhsulların artıq hissəsinin dövlət tərəfindən tədarük olunaraq,
emal müəssisələrinə göndərilməsini təşkil etmək.
6.Dövlət sahibkarları kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına
istiqamətləndirməli, hazır məhsulun bazara çıxarılması üçün onlara lazımı dəstək göstərməlidir.
Fikrimizcə, sadaladığımız tövsiyələrin kənd təsərrüfatının inkişafı istiqamətinə tətbiqi
bundan sonra da muxtar respublikada dayanıqlı inkişafın təmin olunmasına təkan verər və nəticədə
əhalinin maddi və mədəni rifah halı daha da yaxşılaşa bilər.
ƏDƏBİYYAT
- 233 -
1.
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları etibarlı
təminatına dair Dövlət Proqramı”.
2.
“Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro-
qramı”
3.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin
inkişafı üzrə Dövlət Proqramı”
4.
“Aqrar sahədə islahatların sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 22 mart 1999-cu il tarixli fərmanı.
5.
M.C.Hüseynov Aqrar bölmənin dayanıqlı inkişaf problemləri. Bakı, 2006. səh. 310
6.
M.M.Sadıqov Maliyyə potensialı: formalaşma və aqrar sahənin prioritetliyi. Bakı, 2009.
səh.294
7.
M.M.Sadıqov, M.C.Hüseynov, H.H.Həsənov. Kənd təsərrüfatının maliyyəsi. Gəncə, 2012.
səh. 403.
8.
http:/www.statistika.nmr.az
ABSTRACT
Hasan Mammadov
The directions of the sustainable agricultural development in Nakhchivan AR
The work deals with the the directions of the sustainable agricultural development in NAR.
It is shown that important works ate carried out in the directions of the sustainable agricultural
development,investments in the agricultural sector isgrowing every year. As a result,agriculture
develops sustainably.
The agrarian reforms in NAR paved the way tobthe development of processing industry,crop
and livestock.
Finally,recommendations for sustainable directions agricultural development is given.
РЕЗЮМЕ
Гасан Мамедов
Направление устойчивого развития сельского хозяйства в Нахчыванской АР
Работа посвящена устойчивому развитию сельского хозяйства в Нахчыванской АР.
Указано, что с каждым годом растут инвестиции по направлению на развитие сельского
хозяйства.Результатом является устойчивое развитие сельского хозяйства в автономной
республике.
Аграрные реформы проводимые в Нахчыванской АР создали прочную основу для
развития сельского хозяйства, животноводства, а также развития перерабатывающей
промышленности.
Наконец, даны рекомендации для устойчивого развития сельского хозяйства.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru N.Əhmədov
MÜNDƏRİCAT
- 234 -
TARİX ELMLƏRİ
1.
İ
smayıl Hacıyev. Xarici dövlətlərin Naxçıvanla bağlı siyasətlərində erməni amili..............3
2.
Firudin Rzayev. Naxçıvanlıların etnogenezi tarixində kəngər türkləri..............................10
3.
Fəxrəddin Cəfərov. Naxçıvan zəhmetkeşləri 1941-1945-ci illər müharibəsində................17
4.
Vaqif Məmmədov. XIX əsrdə Naxçıvanda təhsil................................................................27
5.
İlqar Kəngərli.
Naxçıvan maarifi müharibə dövründə (1941-1945-ci illər)......................33
6.
Məmməd Əliyev.
Muzeylər mənəvi sərvətimizdir..............................................................38
7.
Kamal Mahmudov. 50-ci illərin ortalarında Azərbaycan SSR-də siyasi vəziyyət və siyasi
sistemi təkmilləşdirmək cəhdləri...........................................................................................41
8.
Oktay Rzayev. Müasir gənclik və hərbi-vətənpərvərlik tərbiyəsi.........................................45
9.
Ариф Зейналов. История изучения русского языка в азербайджане.............................48
10.
Nadir Hüseynbəyli. Sovet hakimiyyətinin ilk illərində ermənilərin Naxçıvana qarşı
ərazi iddiaları və soyqırımı siyasəti.......................................................................................57
11.
Самира Мамедова, Ехтирам Зейналов.
Деятельность Международной
Ассоциации Израиль-Азербайджан "Aziz"
(1991-2008 Г.).............................................63
12.
Elgün Aslanov. Qarabağın keçmiş tarixi dövrünə baxış.....................................................67
13.
Arzu Abdullayev. Naxçıvanda sənətkarlığın tarixi coğrafiyası..........................................70
SİYASİ ELMLƏR VƏ HÜQUQ
14.
Мəmməd Рзайев. Milli mənlik süuru və müasir şəxsiyyətin mahiyyəti problemi.............73
15.
Qərib Allahverdiyev. Cəmiyyətdə azadlığın müəyyən dərəcədə məhdudlaşdırılması
zərurəti haqqında...................................................................................................................79
16.
Yusif Hüseynov. “Molla Nəsrəddin” məktəbinin estetikası.................................................84
17.
Qəhrəman Behbudov.Mirzə Ələkbər Sabir yaradıcılığında inqilabi–demokratik fikir......89
18.
Novruzəli Rəhimov. Azərbaycan multikulturalizmi milli- mənəvi dəyər kimi...............94
19.
Qərib Əsgərov. Azərbaycan-NATO əlaqələri: milli təhlükəsizlik konteksində................100
20.
Sevinc Abbasova. Heydər Əliyev və Azərbaycan Respublikasında gender
qanunvericiliyinin təşəkkülünün bəzi məsələləri (1993-1997-ci illər)................................106
21.
Osman Hacıyev.Azərbaycan Respublikasında orta sinif cəmiyyətin modernləşməsinin
subyekti kimi.......................................................................................................................113
22.
Рамиль Асланов. Современные угрозы информационной безопасности..................119
23.
Elnur Hacalıyev. Siyasi modernləşmə siyasi proses kontekstində...................................128
ARXEOLOGİYA VƏ NUMİZMATİKA
24.
Fəxrəddin Səfərli. Adları epiqrafik abidələrdə aşkar edilmiş görkəmli şəxsiyyətlər......134
25.
Zeynəb Quliyeva. Naxçıvanın Dəmir dövrü keramikasinin ornamental təhlili.................140
26.
Toğrul Хəlilov. Ordubad rayonunun sоn tunc-еrkən dəmir dövrü bəzək əşyaları...........145
27.
Ruhiyyə Rzayeva. Sirabçay hövzəsinin Eneolit dövrünə aid əmək alətləri.......................154
İQTİSAD ELMLƏRİ
28.
Asif Şirəliyev. Naxçivan regionunda sahibkarliğin inkişafi məsələləri.............................160
- 235 -
29.
Nazim Əhmədov.
Heydər Əliyevin uğurlu inkişaf modeli Naxçıvanda dinamik
inkişafı təmin edir..............................................................................................................163
30.
Ağarza Rüstəmov. Aqrar islahatların nəticələri və Naxçıvan Muxtar Respublikasında
kənd təsərrüfatı istehsalının mövcud vəziyyətinin təhlili....................................................167
31.
Теймур Аббасов. Аграр базарда тяляб вя тяклифин мювжуд vязиййятинин
гиймятляндирилмяси..............................................................................................................
171
32.
Müslüm Cabbarzadə. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf
proqramlarında iqtisadi təhlükəsizlik məsələləri.................................................................176
33.
Mehdi Bağırov. Aqrar sferada əmək vərdişlərinin formalaşmasinda təlim-tədris
istiqamətlərinin rolu............................................................................................................182
34.
Asəf Qəribov.Qloballaşma və Azərbaycan iqtisadiyyatında inkişafın xarici
iqtisadi amilləri....................................................................................................................186
35.
Mehriban İmanova. Regional siyasət və sənayenin inkişaf istiqamətləri.........................190
36.
Nuriyyə İbrahimova. Naxçıvan Muxtar Respublikasıda aqrar sahənin dayanıqlı
iqtisadi inkişafı...................................................................................................................194
37.
Kəmalə Təhməzbəyova. Глобал мцнасибятлярin formalaşması və инкишаф
Истигамятляри......................................................................................................................1
98
38.
Lətifə Novruzova. Naxçıvan MR-in iqtisadi inkişafında kiçik və orta
sahibkarlığın rolu.................................................................................................................203
39.
Mədinə Allahverdiyeva.
Qloballaşma şəraitində Naxçıvan MR-də kənd təsərrüfatının
inkişafı.................................................................................................................................206
40.
Cavadxan Qasımov. Aqrar siyasət Naxçıvan Muxtar Respublikasında
sağlam iqtisadiyyatın əsasıdır............................................................................................210
41.
Bəhram Həsənov. Liberal iqtisadiyyatın təşviqi və aqrar sahibkarlıqda
innovasiyaların tətbiqi.......................................................................................................213
42.
Ceyhun Mahmudov, Tükazban Hacıyeva. Azərbaycan Respublikasında
nağdsız hesablaşmaların müasir inkişaf prosesi...............................................................218
43.
Famil Həsənov. İqtisadi təhlükəsizliyin qorunmasında investisiya siyasətinin
əhəmiyyəti və vergi tutmanın səmərəliliyi........................................................................222
44.
Həsən Məmmədov. Naxçıvan MR-də kənd təsərrüfatının dayanıqlı
inkişaf istiqamətləri...........................................................................................................226
Dostları ilə paylaş: |