2.
Bağırov M.S. Aqrar sahənin inkişafi və marketinq prinsiplərindən istifadə. (monoqrafiya). Naxçıvan.
2014, 101s
3.
Bagirov M.S. Kənd təsərrüfatında istehsal və satış münasibətlərinin formalaşması: müasir vəziyyət
və xüsusiyyətlər”. (monoqrafiya). Naxçıvan. 2014, 106s
4.
Bağırov M.S. Aqrar sahədə istehsal və satış münasibətlərinin formalaşmasına təsir edən amillər və
münasibətlərin tən-zimlənməsi. AMEA-nın Naxçıvan Bölməsi, Xəbərlər, ictimai və humanitar elmlər
seriyası №3, Naxçıvan, “Tusi”, 2013, s.286-295
5.
Bağırov M.S. Naxçıvan Muxtar Respublikasında bitkiçiliyin və heyvandarlığın inkişafında əkinə
yararlı torpaqlardan istifadənin əhəmiyyəti. Naxçıvan, NDU, Elmi əsərlər, İctimai elmlər seriyası, № 3
(32), 2013. s.194-199
6.
Bağırov M.S. Sahibkarlıq subyektləri və istehlakçı cəmiyyətləri: əmtəə mübadiləsi və tərəflərin
mənafelərinin təmin edilməsi. “Azərbaycanda yüksək texnologiyaların texniki-iqtisadi problemləri”
mövzusunda respublika elmi konfran-sının materialları (10-11dekabr). Azərbaycan Texniki Universiteti,
Bakı 2013, s.250-252
7.
Багиров М.С. Субъекты аграрной сферы и маркетинговые концепции. «Мировая наука и
современное общес-тво: актуальные вопросы экономики, социологии и права». Материалы
международной научно-практической конференции. Saratov. 2013, с.23-28
ABSTRACT
Mehti Bagirov
The role instructional-edicational directions in forming
of work's habits in the agrarian sphere
In this paper were glanced the ituation in the instructional-edicational direction's utilization of the
neces-sity to personal staff in agrarian area, talked their classification and some directions in
influence of the forming of work's habits.
РЕЗЮМЕ
Мехти Багиров
Роль учебно-образовательных направлений в формировании
трудовых навыков в аграрной сфере
В статье обращается внимание на положение использования учебно-образовательных
объектов и средств при погашении потребностей на рабочий потенциал аграрной отрасли,
повествуется о влиянии каждого из них на организацию труда.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru N.Əhmədov
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
ASƏF QƏRİBOV
Naxçıvan Dövlət Universiteti
Email: asafqaribov@yahoo.com
UOT: 339.9
QLOBALLAŞMA VƏ AZƏRBAYCAN İQTİSADİYYATINDA İNKİŞAFIN XARİCİ
İQTİSADİ AMİLLƏRİ
Açar sözlər: beynəlxalq ticarət, ixrac siyasəti, iqtisadi mexanizmlər, xarici əlaqələr, tranzit
- 191 -
Key words: international trade, export politics, economical mechanisms, foreign
connections, transit
Ключевые слова: международный торговля, экспортная политика, экономические
механизмы,кредит, внешные отнощение, транзить
Qloballaşma məhdud iqtisadi mənada istehsal faktorlarının (kapital, əmək, təşəbbüskar, bilgi
və mal) və xidmətlər ticarətinin bütün dünya miqyasında sərbəst və ardıcıl hərəkət qabiliyyəti
qazanmasıdır. Geniş mənada isə qloballaşma universal siyasi, ictimai və mədəni dəyərlərin milli
baryerləri aşaraq lokal norma və rutinlər halını almasıdır. Qloballaşma prosesinə qarşı çıxan və
onun
zərərli
və
hətta
təhlükəli
bir proses olduğunu söyləyən antiqlobalistlərin əsas
arqumentlərindən biri də məhz, budur ki, bəzi nüfuzlu beynəlxalq təşkilatlar, transkorporasiyalar və
iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər qloballaşma görüntüsü yaradaraq assimilyasiya siyasəti
yürüdürlər. Lazım gələndə onlar rüşvət verir, qeyri‐demokratik rejimləri, narkotiklərin
yayılmasını, terroru dəstəkləyir, monopoliyalar yaradırlar.
Qloballaşmanın gözönündə olan faydalı cəhətlərini sadalamaq olar: ətraf mühitin qorunması
sahəsində birgə layihələrin işlənməsi, keçici xəstəliklərə, təbii fəlakətlərə qarşı birgə mübarizə,
terrorizmə,
mütəşəkkil
cinayətkarlığa,
demokratiya
düşmənlərinə
qarşı
birgə
mübarizə,
müharibələrin lokallaşdırılması və dayandırılması uğrunda regional və beynəlxalq təşkilatların birgə
fəaliyyət göstərməsi, milli mədəniyyətlərin çulğalanması, təhsil və səhiyyə sistemlərinin açıq
fəaliyyət göstərməsi, vahid informasiya məkanının getdikcə inkişaf etməsi, beynəlxalq nəqliyyat və
rabitə sisteminin effektli işi, mütərəqqi texnologiyaların bir millətin monopoliyasında qalmaması və
s. Tərəfdarları qloballaşmanı onu çoxplanlı, geniş, insan həyatının hər tərəfini əhatə edən, dünyanı
transformasiya edən bir proses kimi qiymətləndirirlər. Bu qrup, sahib olduğu bilgi, bacarıq,
qabiliyyət, yenilikçilik və yaradıcılıq kimi keyfiyyət üstünlüklərindən dolayı qloballaşmanı öz
nöqteyi‐nəzərlərindən idarə və təxmin edilə bilən hala gətirməkdən də yararlanırlar(1,s.238).
XX əsrin sonlarından başlayaraq totalitar dövlət iqtisadiyyatından azad bazar prinsiplərinə
əsaslanan sərbəst iqtisadi sistemə keçid üçün islahatlar keçirən bri çox ölkələrdə isə bu fərqliliklərin
daha çox olduğu üzə çıxıb. Məhz buna görə də, həmin dövrdən başlayaraq iqtisadiyyat elmində
sosializmin yaratdığı problemlər- liberallaşma və makroiqtisadi stabillik, iqtisadiyyatın dövlət
inhisarından çıxarılması və xüsusi mülkiyyətin inkişafı və ən əsas isə iqtisadi artımın problemləri və
onun yaradılmasının əsas amilləri geniş müzakirə obyektinə çevrilib. İqtisadi artımın amilləri
dedikdə istehsalın real həcminin artmasına, onun səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsinə
imkan verən proseslər başa düşülür. Bu amillər iqtisadi artımın dinamikasını və səviyyəsini
müəyyən edir, istehsalın real həcminin artmasına birbaşa təsir göstərir, onun səmərəliliyinin
artırılmasında mühüm rol oynayır.
Qloballaşmanın
genişlənməsi,
ölkələr
arasında
inteqrasiya proseslərinin güclənməsi
nəticəsində son illər dünya ölkələrində iqtisadi artımın əldə edilməsində ekzogen amillər ön plana
çıxıb. İqtisadi artımın xarici iqtisadi amillərini aşağıdakı qruplara bölmək olar:
a) iqtisadi amillər: xammal, kapital və digər istehsal amillərinin konyuktura vəziyyəti, transmilli
kompaniyaların fəaliyyəti, digər ölkələrdə iqtisadi inkişaf dinamikası və.s;
b) sosial amillər: miqrasiya, sosial bərabərsizlik, sosial problemlər;
c) təbii amillər: təbii fəlakətlər, texnogen təhlükə, qlobal problemlər və s.;
e) ümumdünya inkişaf tendensiyaları: qloballaşma, inteqrasiya, postsənaye-ləşmə və s.(2,s.126).
Digər tərəfdən XXI əsrin əvvəllərində qloballaşma geniş təkrar istehsalın bütün mərhələlərinə
təsir göstərməsi dövlətlərarası iqtisadi və inteqrasiya blokları çərçivəsində qiymətlər, əmtəə və
xidmətlərin rəqabət qabiliyyətliyi, təhsilin səviyyəsi və keyfiyyəti, səhiyyə, maliyyə və kredit
mexanizminin tənzim olunması nəticəsində milli iqtisadiyyatdakı artım aşağıdakı bir-birindən asılı
olan determinatlarla müəyyən olunur ki, burda da əsas rol xarici iqtisadi sferaya məxsusdur:
- dünya iqtisadiyyatına inteqrasiya olunan milli iqtisadiyyatların qarşılıqlı əlaqəsi;
- dünya bazarının prioritetləri;
- beynəlxalq rəqabət və milli iqtisadiyyatların rəqabət qabiliyyətliliyinin artırılması;
- istehsal amillərinin, əsasən də insan kapitalının keyfiyyəti və səmərəliliyi;
- 192 -
- daxili məcmu tələbin şərtləri (həcmi, xarakteri və strukturu);
- dövlətin effektiv iqtisadi siyasəti;
- transmilli şirkətlər və bankların siyasəti;
Qeyd edək ki, yuxarıda göstərilən amillər bir-başa və ya dolayı yolla xarici iqtisadi sferaya
aiddir. Ancaq dünya ölkələrinin çoxillik təcrübəsi göstərir ki, xarici iqtisadi sferada iqtisadi artıma
təsir edən ən əsas amil xarici ticarətdir.
Xarici ticarətin iqtisadi artımın yaradılmasında əhəmiyyəti aşağıdakı kimidir:
-
istehsal və ehtiyatlarda olan daxili kəsiri aradan qaldırılır.
-
daxildə istehsal edilmiş artıq mallara satış imkanları əldə edilir. Xarici ticarət olmadığı bir
iqtisadiyyatda daxili tələbatın kifayət etməməsi iqtisadi ehtiyatlardan səmərəli istifadə edilə
bilməz.
-
geniş bir bazar əldə edilir.
-
rəqabətin genişlənməsi; Xarici ticarət yerli və xarici istehsalçılar arasında rəqabət yaradır.
-
daxili bazarda tələb artır.
-
iqtisadi dinamizm əldə edilir. Xarici ticarət sahəsində ölkələr bir birinə yaxınlaşır və istər
istehsalçılar, istərsə də istehlakçılar digər ölkələrdəki həyat səviyyəsində, istehsal edilən
mallardan xəbərdar olurlar və beləliklə də, yeni keyfiyyətli mallara tələb yaranır və yeni
ehtiyaclar hesabına iqtisadiyyatda dəyişiklik baş verər.
Xarici iqtisadi əlaqələr ölkə iqtisadiyyatında əsas rol oynayan ölkələrin iqtisadiyyatları təhlil
edilərkən çox vaxt iqtisadi ədəbiyyatlarda «paralel xarici iqtisadiyyat» və ya «xarici sektor» termini
tez-tez işlədilir. Bəzən buna «ikinci iqtisadiyyat» deyilir ki, bu da beynəlxalq istehsal proseslərini
əks etdirir. Ümumiyyətlə, hər bir ölkənin iqtisadi artım əldə etməsi üçün əsasən qarşılaşdığı 3
problem mövcuddur:
1) Elm və texnoloji inkişafın olmaması;
2) Daxili yığımların kifayət etməməsi;
3) İdxalın ixracdan çox olması;
Xarici iqtisadi amillər içərisində beynəlxalq turizm də mühüm rola malikdir. Belə ki, artıq
dünya iqtisadiyyatında turizm sektoru sürətlə inkişaf edən bir sektora çevrilib. Keçən əsrin
sonlarından başlayaraq qloballaşmanın genişlənməsi, dünya ölkələrində liberallaşma meyllərinin
güclənməsi, əmtəə, xidmət, sərmayə və iş gücünün beynəlxalq hərəkətinə manelərin aradan
qaldırılması ölkələr arasında turist axınını daha da gücləndirib. İnformasiya cəmiyyətinin inkişafı ilə
internetin dünyada daha çox əhali tərəfindən istifadəsi turistlərə getməmişdən öncə ölkələr haqqında
daha çox məlumat əldə etməsi, tarixi və mədəni yerlər barədə informasiya toplamasına şərait
yaradaraq turizmin inkişafına əsaslı təsir göstərib. Texnoloji inkişaf, nəqliyyat və infrastrukturun
müasirləşməsi də son illərdə turizmin inkişafında böyük rol oynayıb (3,s.261).
Maliyyə
qloballaşmasının genişlənməsi, ölkələr arasında maliyyə-valyuta əlaqələrinin
güclənməsi valyuta məzənnələrinin dəyişməsinin iqtisadi artıma təsirini artırır. Bu baxımdan real
valyuta məzənnəsinin artıb azalması təkcə pul emmissiyasının həcmi, qızıl-valyuta ehtiyatlarının
vəziyyəti, idxal və ixrac əməliyyatlarının səmərəliliyinə deyil, həmçinin makroiqtisadi göstəricilərə
- ÜDM, investisiya qoyuluşu, sənaye məhsullarının fiziki həcm indeksinə təsir göstərir.
İqtisadi artımın xarici iqtisadi amilləri içərisində əsas yerlərdən birini də işçi qüvvəsinin
beynəlxalq hərəkəti tutur. Miqrantların ödədikləri pul dünyanın bir çox ölkələrin iqtisadi inkişafında
mühüm rol oynayır. Miqrantların öz ölkələrinə göndərdikləri pul köçürmələri həm daxili tələbin
stimullaşdırılması, yoxsulluğun aradan qaldırılması, həm də investisiya qoyuluşun artırılması
baxımından iqtisadi artıma təsir göstərir. Məsələn, Avropa və Mərkəzi Asiyanın keçid iqtisadiyyatlı
ölkələrinə 2012-ci ildə miqrantlar tərəfindən 29 mlrd dollar köçürülüb ki, bu da bütün dünyanın 8
%-ni və inkişaf etməkdə olan ölkələr üzrə isə 12% təşkil edir(4,s.32). Bir çox ölkələrdə xarici
investisiyalardan sonra miqrantların ödədikləri pullar ikinci əsas paya malikdir. Miqrasiya həmçinin
miqrantların getdiyi ölkə üçün də əhəmiyyətlidir. Xarici ixtisaslı işçi qüvvəsindən istifadə edilməsi
iqtisadi
artımı stimullaşdırır və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin artırılmasında
mühüm rol oynayır.
- 193 -
Digər tərəfədən miqrantlar tərəfindən daxil olan pul vəsaitləri makroiqtisadi artım üçün
pozitiv effekt verir. Ölkələrarası reqressiya göstərir ki, bu vəsaitlər uzunmüddətli iqtisadi artım
dinamikasına az da olsa, müsbət təsir göstərir. Ən əsası isə xaricdən gələn pul vəsaiti aztəminatlı ev
təsərrüfatlarında yoxsulluğun azaldılmasında xüsusi rol oynayır. Aparılmış araşdırmalara görə,
kasıb ölkələrdə ev təsərrüfatlarının xərclərinin 20%-dən çoxu bu vəsaitlər hesabına ödənilir.
Miqrasiya yüksək olan ölkələrdə isə xaricdə işləyən vətəndaşlardan daxilolmalar əmtəə və
xidmətlər ixracının 10%-ə qədərini təşkil edir.
Beləliklə, Azərbaycanda iqtisadi göstəricilərin təhlili belə bir qənaətə gəlməyə imkan verir
ki, son illər baş vermiş iqtisadi dəyişikliklər müsbətdir, ancaq buna baxmayaraq hələ də sonrakı
dayanıqlı inkişafın qarşısını ala biləcək elementlər mövcüddur. Belə ki, makroiqtisadi göstəricilərin
artması iqtisadi artımın kəmiyyət tərəfidir. Əsas məsələ iqtisadi artımda keyfiyyət dəyişikliklərinə
nail olmaqdır. Bu baxımdan ölkədə yaradılan iqtisadi artımın əsas amillərinin araşdırılması və milli
hesablar sisteminin əsas göstəriciləri arasındakı ziddiyyətlərin aşkar edilməsi zəruridir. Ən əsas
məsələ iqtisadiyyatda və ixracda diversifikasiyanın həyata keçirilməsidir. Hər bir ölkə üçün ixracın
strukturunun diversifikasiyası 3 əsas yolla həyata keçirilir.
Birincisi,
ənənəvi
ixrac
assortimentindən
kənara
çıxmamaqla
mövcud
olanın
optimalaşdırılması ilə.
İkincisi, mövcud olan xammal və materialların emal edilməsi ilə xammal-aralıq məhsul-
hazır məhsul zəncirvari prosesi ilə.
Üçüncüsü, əvvəllər ixrac edilməyən, amma dünya bazarında tələbat olan yeni malların
istehsal edilməsi və ixraca cəlb olunması yolu ilə. İqtisadi şəraitdən asılı olaraq diversifikasiya
ixraca mövcud ixtisaslaşmadan böyük olmayan korrektlər edilməsi, innovasiya-ixracın çeşidlərinin
modernləşdirilməsi və dünya bazarının tələbi ilə.
Qeyd edək ki, artıq Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına kifayət qədər inteqrasiya
olunub. Onun bazar iqtisadiyyatı statusu əksər ticarət partnyorları, o cümlədən, Avropa Birliyi və
ABŞ tərəfindən tanınıb. Azərbaycan beynəlxalq təşkilatlar və inteqrasiya blokları daxilində fəal
iştirak edir. Hazırda Azərbaycanda açıq tipli bazar iqtisadiyyatı formalaşdırıldığından xarici iqtisadi
əlaqələr sahəsində qarşıya qoyulan məqsədlərə çatılması və vəzifələrin həll edilməsi üçün müvafiq
tədbirlərin görülməsi zəruridir. Bu istiqamət təkcə rəqabətqabiliyyətliliiyn artırılması baxımından
deyil, həmçinin Azərbaycanın xarici iqtisadi əlaqələri və bütünlükdə iqtisadiyyatda stabilliyin
qorunub saxlanılması baxımında əhəmiyyətlidir. İxracın diversifikasiyası üçün əsas tədbirlərdən biri
xidmətlərin ixracının, xüsusi olaraq nəqliyyatın, o cümlədən isə tranzit daşımalarının artırılması
vacibdir. Azərbaycanın coğrafi mövqeyi, bu sahədə hazırlanan layihələr nəqliyyat xidmətlərinin
artırılması üçün çox böyük potensial imkanlar olduğunu göstərir. Bunun üçün gömrük
rəsmiləşdirilməsinin sadələşdirilməsi və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi prioritet
vəzifələrdən biridir. Makroiqtisadi əhəmiyyətlilik baxımından ən perspektivli sahələrdən biri
nəqliyyat infrastrukturunun inkişafıdır. Bu sahənin iqtisadi inkişafda keyfiyyət baxımından rolu
yanacaq-energetika komleksi ilə müqayisədə daha yüksəkdir. Çünki nəqliyyat sektoru daha çox
elmtutumlu və innovasiyaya əsaslanan sahədir. Əgər uzaq perspektivdə yanacaq-energetika
kompleksinin ÜDM-in yaradılmasında rolu azalacaqsa, nəqliyyatın təsiri ilbəil artacaq.
Fikrimizcə, xarici iqtisadi əlaqələrdə iştirak edən müəssisələrin sayının artması, ixrac edilən
əmtəə və xidmətlərin nomenklaturasının genişlənməsi və ən əsası isə kiçik biznesin xarici fəaliyyətə
qoşulmasına
şərait
yaradan
strategiyanın
formalaşdırılması
və
bütünlükdə
ixracın
stimullaşdırılması, həm də kiçik bizneslə məşğul olan müəssisələrin rəqabətqabiliyyətliliyinin
artırılması baxımından tədbirlər görülməsi zəruridir. Eyni zamanda ixracın diversifikasiya
edilməsində əsas məsələlərdən biri olan elmtutumlu malların ixracının genişləndirilməsi və
Azərbaycan müəssisələrinin dünya iqtisadiyyatına uğurlu inteqrasiyası üçün istehsal amillərinin
beynəlxalq mübadiləsi prosesində iştiraklarının aktivləşdirilməsidir.Azərbaycanda xarici iqtisadi
əlaqələrin
liberal-laşdırılması,
istehsalın
artırılması,
kapital
qoyuluşunun
genişlənməsi
və
makroiqtisadi göstəricilərin dünya səviyyəsinə çatdırılması ilə yanaşı insan kapitalının inkişaf
etdirilməsi yerinə yetirilməsi zəruri olan prioritet istiqamətlərdən biridir.
- 194 -
ƏDƏBİYYAT
1.Kərimov C.H., Orucov A. A., İsrafilov H. A. Dünya iqtisadiyyatı. Bakı׃ Nurlan, 2007,
726 s.
2.Vəliyev Д.Ə. Qloballaşma şəraitində Azərbaycanın dünya maliyyə bazarına inteqrasi-
yası ׃təmayüllər, problemlər, perspektivlər. Bakı׃ Аzərbaycan Universitetinin nəşriy-
yatı, 2006, 239 s.
3. Azərbaycan rəqəmlərdə 2012 . Bakı׃ Səda , 2013.34 s.
4.Vavilov E.V. , Borodlina L.P. , Международная торговля. Moskva. Kosmos, 2013.
298 s.
5.Azərbaycan Respublikasının Statistik göstəriciləri 2012, Bakı׃ Nurlar, 2013. 49 s.
6.
www.referat.ru
ABSTRACT
Asaf Qaribov
Globalization and economic development external economic factors of Azerbaijan
Development is investigated of the international commercial relations of Azerbaijan historical
and stages, basic principles of forming of the export politics in the article. Rules accepted in the
international level with special, existing mechanisms and equitable partner have been shown stages
of the being. Existing situation of the connections and perspectives of development have been
analysed with Azerbaijan between world countries.
РЕЗЮМЕ
Асаф Гарибов
Глобализация и внешнеэкономические факторы
развития экономики Азербайджана
В статье расматривается история развитии международные торговые отношении и
основные принципы, этапы формировании экспортный политики Азербайджана. Экономика
Азербайджана является частью мировой экономики и не может успешно развиваться в
отрыве от него. Главной задачей внешнеэкономических связей Азербайджана является
создание
благоприятных
внешных
экономических
условий
для
расширенного
воспроизводства внутри страны, чтобы обеспечить высокую конкурентоспособность
внешнем рынке и повысить экономическую эффективность экспорта.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru N.Əhmədov
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
MEHRİBAN İMANOVA
Naxçıvan Dövlət Universiteti
e-mail: marketinq05@mail.ru
UOT: 332.1
REGİONAL SİYASƏT VƏ SƏNAYENİN İNKİŞAF İSTİQAMƏTLƏRİ
Açar sözlər: dövlət siyasəti, tarazlı inkişaf, özəl sektor, sənayeləşmə, sənaye parkları
- 195 -
Key words: public policy, balanced development, private sector, industrialization,
industrial parks
Ключевые слова: государственная политика, сбалансированного развития, частный
сектор, индустриализация, промышленные парки
XX əsrin sonu Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində
xüsusi əhəmiyyət kəsb edən köklü dəyişiklik baş verdi və Azərbaycan öz dövlət müstəqilliyini əldə
etdi. Müstəqil Azərbaycanın qarşısında duran ilk vəzifə bütün cəhətlərdən ölkənin maraqlarına
cavab verən iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirməkdən ibarət idi. Bunun üçün birinci
növbədə ölkənin malik olduğu imkanlardan və təbii sərvətlərdən səmərəli istifadə etməklə
iqtisadiyyatın sahə strukturunun təkmilləşdirilməsi, istehsal olunan məhsulların rəqabətə davamlı
son məhsul kimi dünya bazarına çıxarılması, idxalı əvəz edən məhsul istehsalının artırılması,
regionlar
arasında
yaranmış
fərqlərin
aradan
qaldırılması
məqsədilə
regional
inkişafın
tarazlaşdırılması dövlət siyasətinin əsasını təşkil edirdi.
Tarazlı inkişaf dedikdə, iqtisadiyyatın sahədaxili və sahələrarası nisbətlərinin qorunması,
iqtisadi inkişaf məqsədlərinin təmin olunmasına əlverişli şəraitin yaradılması, əmtəə, kapital və
əmək bazarında tələb və təklifin bərabərliyi nəzərdə tutulur. Tarazlı inkişafın əsasını iqtisadi
potensialdan effektiv istifadə olunması ilə xarici iqtisadi əlaqələrin müsbət saldosunun və
məşğulluq səviyyəsinin təmin olunması, ekoloji tarazlığın qorunması təşkil edir. Bütün bu
məsələlərin həlli tarazlı inkişafın vasitələri olan xarici iqtisadi siyasət, pul-kredit siyasəti, ekoloji,
struktur və regional siyasətin həyata keçirilməsi nəticəsində mümkün olur (1, s.123).
Müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının təmin olunmasınada dövlət siyasəti
mühüm rol oynadı və qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi üçün həyata keçirilən dövlət
siyasəti inkişafı düzgün istiqamətə yönəltməklə dinamik artıma nail olundu. Dövlətin sosial –
iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini regional inkişaf siyasəti təşkil edir. Regional
inkişaf siyasətinin əsas məqsədi ölkədaxili regionların inkişafında iqtisadi və sosial nisbətlərin
formalaşması, bütün regionların əhalisinin bərabər imkana malik olması üçün iqtisadi fəaliyyətin
ədalətli yerləşdirilməsi və hər bir regionun istehsal potensialının səmərəli istifadəsi ilə əhalinin
məşğulluq və həyat səviyyəsinin yüksəldilməsindən, ümummilli rifahın əldə olunmasından
ibarətdir. Regional siyasətin reallaşdırılması vasitələrindən biri məqsədli kompleks proqramların
hazırlanması üsuludur. Regional proqramlar məqsədli kompleks proqramlarının bir növüdür. Bu
proqramlar problemlərin həll edilməsi üçün resursların cəmləşdirilməsinin, həmçinin elmi-texniki,
sosial-iqtisadi inkişafın regional strategiyasının idarəedilməsi və tənzimlənməsini təmin edir (3,
s.105). Son illərdə regionların inkişafı sahəsində əhəmiyyətli uğurlara imza atması bu istiqamətdə
həyata keçirilən dövlət siyasətinin səmərəliliyini təsdiqləyir.
Müstəqilliyinə qovuşan Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə regionların
iqtisadi sərvətlərinin dövriyyəyə cəlb edilməsilə neftdən gələn gəlir hesabına qeyri - neft
sektorunun inkişaf etdirilməsi idi. Bu regonal siyasətin strateji məqsədləri respublikanın əmək
ehtiyatlarından, təbii ehtiyatlardan, iqlim şəraiti, maliyyə imkanlarından, xarici investisiya və elmi-
texniki potensialdan səmərəli istifadə etməklə müxtəlif təsərrüfatçılıq formalarının inkişafına və
iqtisadi rayonlarda onların daha səmərəli yerləşdirilməsinə nail olmaqdan ibarət idi. Ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən regionların iqtisadiyyatının gücləndirilməsi məqsədilə
təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) I
Dövlət Proqramı və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2009-2013-cü
illər) II Dövlət Proqramı” mükəmməl bir konsepsiya kimi həyata keçirilərək özünü doğrultdu. Son
on ildə ölkə üzrə Ümumi Daxili Məhsul 3,2 dəfə, qeyri-neft sektoru isə 2,6 dəfə artdı.
Dövlətin regional sosial-iqtisadi siyasəti Naxçıvan Muxtar Respublikası qarşısında da
pespektiv vəzifələr qoydu, onun yerinə yetirilməsini təmin edəcək idarəetmə və tənzimləmə
mexanizmi hazırlandı, tətbiqi stimullaşdırıldı. Bu proqramlardan irəli gələn vəzifələri icra etmək
üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 iyun 2005-ci il tarixdə Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının
Regional İnkişaf Proqramı (2005-2008-ci illər)" və 2009-cu il 28 may tarixli Fərmanı ilə “Naxçıvan
- 196 -
Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq
olunaraq həyata keçirilməsi muxtar respublikanın sosial-iqtisadi həyatında əsaslı bir dönüş yaratdı.
Proqramların icrası nəticəsində ciddi iqtisadi uğurlara nail olundu, sürətli inkişaf üçün zəngin
potensial formalaşdı, muxtar respublika iqtisadiyyatında həyata keçirilən tarazlaşdırılmış iqtisadi
siyasət öz bəhrəsini verdi. Proqramın icrası muxtar respublika iqtisadiyyatının inkişafında mühüm
əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin
genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, kommunal xidmətlərin
yüksəldilməsində, nəticədə əhalinin məşğulluq səviyyəsinin artması ilə onların maddi rifah halının
daha da yaxşılaşdırılmasında müstəsna rol oynamışdır.
Regional sosial-iqtisadi inkişafda yüksək tempin davamlılığını təmin etmək məqsədilə
operativ və səmərəli tədbirlərin həyata keçirməsi artıq dövrümüzün reallığı ilə bağlı olduğu üçün
ölkə Prezidenti tərəfindən 2014-2018-ci illəri əhatə edən üçüncü dövlət proqramı imzalandı. Yeni
dövlət proqramının muxtar respublikada reallaşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının 2014-
2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olundu (5). Bu proqram yaxın beş il
ərzində bütün sahələrdə inkişafın perspektiv əsaslarını formalaşdırmaqla muxtar respublikanın yeni
inkişaf mərhələsinin əsasını qoyur. Naxçıvan Muxtar Respublikasının inkişafının yeni mərhələsinin
əsas hədəfi iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təssərrüfat sisteminə
səmərəli inteqrasiyasına nail olmaqla, yaxin beş ildə regionda dinamik sosial-iqtisadi inkişafın
davamlılığını təmin etməkdən ibarətdir. Onun əsas xüsusiyyəti qarşıda duran məqsədlərin daha
yüksək səviyyəli, geniş istiqamətli və zamanın tələblərinə uyğun olması ilə bağlıdır. Proqramda əks
olunan tədbirlərin reallaşması nəticəsində əldə olunacaq inkişaf meylləri iqtisadi sistemin yeni
texnoloji bazasının formalaşmasına istiqamətlənir və daha çox elmtutumlu sahələrə yönəlir. Növbəti
proqramda da aparılan siyasətin sosialyönümlü olması artıq bir ənnənə halına çevrilmişdir. Yəni,
nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində xərclər daha çox investisiya və sosial istiqamətdə
yönəldiləcək.
İki böyük dövlər proqramının həyata keçirilməsi nəticəsində iqtisadi artımın makroiqtisadi
göstəricilərindən biri olan Ümumi Daxili Məhsul ötən 10 ildə 13,9 dəfə, hər bir nəfərə düşən
Ümumi Daxili Məhsul 12 dəfə yüksəlmişdi (6). Bu göstərici insanların yaxşı yaşaması üçün lazım
olan əsas şərtlərdən biri olub, iqtisadi fəaliyyətin təkmilləşdirilmiş ölçüsüdür. Yüksək Ümumi
Daxili Məhsula malik olan ölkə və ya region öz vətəndaşlarının qayğısına yaxşı qalır, onların
hərtərəfli inkişafına diqqət yetirir, insanların maddi ehtiyaclarını ödəməklə onlarda insani
keyfiyyətlərin inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Hazırda Ümumi Daxili Məhsulun
tərkibində əsas yeri 87%-lik payla özəl sektor tutur. Bu da muxtar respublikada sahibkarlıq
fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması və sahibkarlıq fəaliyyətinin
stimullaşdırılması ilə istehsal və xidmət sahələrinin əhatə dairəsinin genişləndirilməsini göstərir.
Yerli özəl sektorun inkişafına əsaslanan iqtisadiyyatın daha da inkişaf etdirilməsi və istehlak
bazarında yerli məhsulların payının artırılmasına nail olmaq olduqca əhəmiyyətlidir. Hər bir
regionda uzunmüddətli və dayanıqlı iqtisadi yüksəlişin əsasını müəyyənləşdirən faktor kiçik və orta
sahibkarlığın inkişafı səviyyəsidir və sivilizasiyalı bazar iqtisadiyyatının formalaşmasının ən başlıca
meyarlarından biri, elə sahibkarlıq fəaliyyətidir. Muxtar respublikanın inkişafı ilk növbədə
sahibkarlığın inkişafından asılı olduğu üçün qarşıdakı beşillikdə də bu fəaliyyətin dəstəklənməsi
zəminində onların maliyyə təminatının artırılması və güzəştli kreditlərin verilməsinin davam
etdirilməsi diqqət mərkəzində saxlanılacaq. Eyni zamanda biznes infrastrukturunun müasir tələblər
səviyyəsində
formalaşdırılması,
bazarda azad rəqabət prinsiplərinin qorunub saxlanması,
sahibkarlıq fəaliyyətinin informasiya təminatı sisteminin müasir tələblər səviyyəsində qurulması,
ixracyönümlü məhsulların xarici bazarlarda mövqeyinin gücləndirilməsi kimi tədbirlərin icra
olunması proqramda öz əksini tapmışdır.
ÜDM-in strukturunda ilk yerə sənaye sahəsinin 29 %-lik payla sahib olması son 10 ildə
muxtar respublikanın əldə etdiyi ən böyük nailiyyətdir. Muxtar respublika artıq sənaye regionu kimi
tanınır və təhlil edilən dövr ərzində sənaye məhsulları istehsalı 49 dəfə yüksəlmişdir.
Sənayeləşmənin bu cür yüksək proseslə davam etməsinə muxtar respublikanın malik olduğu zəngin
- 197 -
təbii ehtiyatlar geniş baza yaratdığından yeni sənaye sahələrinin yaradılması ilə keyfiyyətli məhsul
istehsal etmək, müasir texnologiyalardan istifadə və məhsul çeşidlərini yeniləməklə onun
rəqabətqabiliyətini artırmaq, nəinki daxili bazara, həm də xarici bazara inteqrasiyanı təşkil etmək
dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Ölkə iqtisadiyyatında getdikcə daha çox diqqət cəlb etməyə başlayan məsələlərdən biri
sənaye sferasında atılan addımlar və burada regionların potensialından daha geniş şəkildə istifadə
olunması məsələsi olduğundan Azərbaycanda sənaye parklarının yaradılması getdikcə geniş vüsət
alır. Belə parkların yaradılması xaricdən müvafiq məhsul idxalının azalmasında mühüm rol
oynamaq iqtidarındadır. Xarici ölkələrin təcrübəsi göstərir ki, sənaye parkları sahibkarlığı
dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində
məşğulluğunu artırmaq imkanına sahibdir. Buna görə də müxtəlif sənaye sahələrini inkişaf etdirmək
istəyən, ölkə iqtisadiyyatının tarazlı inkişafında maraqlı olan dövlətlər iqtisadi siyasətlərində sənaye
parklarının yaradılmasına xüsusi önəm verir. Türkiyə, Almaniya, Polşa, Latviya, Rusiya, Çin və
Cənubi Koreya təcrübələri göstərir ki, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının ixrac,
rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda
məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet
vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Aparılan iqtisadi siyasətin davam
etdirilməsi və sənayenin modernləşməsi istiqamətində islahatların həyata keçirilməsi məqsədilə
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə “Sənaye
parkları haqqında Əsasnamə” təsdiq olunmuşdur. Təsdiq edilmiş Əsasnamə sənaye parkının
yaradılması üçün qanunvericilik bazası olaraq, onun idarə edilməsi və bu ərazidə sahibkarlıq
fəaliyyətinin
həyata
keçirilməsi
ilə
bağlı məsələləri tənzimləyərək muxtar respublikada
sənayeləşmənin yeni mərhələsinin başlanğıcını qoyur. Növbəti proqram təkcə, yeni sənaye
müəssisələrinin yaradılması deyil, həm də onların beynəlxalq standartlar və müasir texnologiyalar
əsasında qurulmasını tələb edir. Dağ-mədən sənaye müəsisələrinin fəaliyyətinin bərpası,
texnoparkların, sənaye komplekslərinin, sənaye şəhərciklərinin və tibb sənayesinin yaradılması
kimi əhəmiyyətli tədbirlərin həyata keçirilməsi də proqramda öz əksini tapmışdır.
Bütün cəmiyyətlərdə sənaye üçün xammal bazası kənd təsərrüfatı məhsulları hesab olunur.
Muxtar respublikada sənayenin aparııcı sahələri yeyinti və yüngül sənayesi olduğundan kənd
təsərrüfatı muxtar respublika sənayesinin inkişafı baxımından əhəmiyyətli bir sahə sayılır.Dövlət
Proqramlarının icrası dövrü ərzində kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması,
əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində görülən
işlər də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol oynamış, muxtar
respublikada kənd təsərrüfatı məhsulları istehsalı son 10 ildə 4,7 dəfə artımla müşahidə olunmuşdu.
Əldə olunan nəticədə "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və “2012-2015-ci illərdə Naxçıvan Muxtar
Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” müstəsna rol
oynamışdır. Yeni emal müəssisələrinin yaradılması, məhsul istehsalçılarına dövlət maliyyə
yardımının göstərilməsi, güzəstli sərtlərlə gübrə satışının təskili, məhsulun satısı üçün yarmarkaların
keçirilməsi kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcminin ilbəil artmasına səbəb olmuş,
əhalisinin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və daha da yaxşılaşdırılması, təbii fəlakətlər
zamanı ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət ehtiyatlarının yaradılmışdır.Yeni
proqramda kənd təsərrüfatı sahəsində sığorta sisteminin inkişaf etdirilməsi istehsalın fasiləsizliyini
təmin etmək və maddi itkilərin əvəzinin ödənilməsi ilə istehlakçılar üçün stumul yaradacaq.
Üzümçülük plantasiyalarının salınması, baramaçılığın bərpa edilməsi, balıqçılığın inkişaf
etdirilməsi emal sənayesinin xammal ehtiyatını təmin etməklə məhsul istehsalının artırılmasına və
ixrac istiqamətində yönəldilməsinə təkan verəcək (4).
Beləliklə, yeni proqram islahatların modernləşməsi istiqamətlərini özündə əks etdirməklə
onun əhəmiyyətini daha da artırır. Əmin ola bilərik ki, bu proqram da növbəti beşillik dövrdə yeni
iqtisadi meyarları müəyyən etməklə, makroiqtisadi dinamikanı möhkəmlədəcək və qarşıdakı
mərhələdə sənayenin inkişafının sürətlənməsini təmin edəcək. Artıq təcrübə göstərir ki, muxtar
respublikamızın gələcək inkişafına möhkəm zəmin yaradan, elmi-təcrübi cəhətdən əsaslandırılmış
- 198 -
bu dövlət proqramının icrası da uğurla həyata keçiriləcək və sosial-iqtisadi tərəqqi təmin
ediləcəkdir.
ƏDƏBIYYAT
1.
Allahverdiyev H.B., Qafarov K. S., Əhmədov Ə.M. İqtisadiyyatın dövlət tənzimlənməsi.
Bakı: BDU, 2002, 448 s.
2.
Əjdərov T. Bazar iqtisadiyyatı şəraitində Azərbaycan sənayesinin inkişaf istiqamətləri. Bakı:
BDU, 2000, 258 s.
3.
Nuriyev Ə.X. Regional siyasət və idarəetmə. Bakı: Elm, 2004, 348 s.
4.
www.mdi.gov.az/files/uploader/iqtisadi_inkisaf.docAzərbaycan
Respublikası
regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlərt Proqramı. Azərbaycan Respublikası
Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
5.
http://serqqapisi.az/index.php/resmixronika/5012-nakhdzh-van-mukhtar-respublikas-n-n-
2014-2018-dzi-illaerdae-sosial- izhtisadi- inkishaf-doevlaet-prozhram
6.
http://statistika.nmr.az/
Naxçıvan MR DSK
ABSTRACT
Mehriban Imanova
Regional development policy and development trends
of the industry in the autonomous republic
In the scientific article the effectiveness of the state policy in the field of regional
development tasks broad interpretation,as a result of the implementation of state programs have
been adopted as successes achieved in the autonomous republic's economy has been analyzed,
industry`s future development directionsis shown.
REЗЮМЕ
Мехрибан Иманова
Региональная политика развития и отраслевые тенденции
Государственная политика в области региональных задач в области развития в статье
и комментариев по широкому кругу эффективности была принята в результате реализации
государственных программ были проанализированы в результатах, достигнутых в экономике
автономной республики, будущие направления развития отрасли представлены.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: İqtisad üzrə elmlər doktoru T.Abbasov
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
NURİYYƏ İBRAHİMOVA
Naxçıvan DövlətUniversiteti
E-mail: nuriyye.ibrahimova@gmail.com
UOT: 332.1
NAXÇIVAN MUXTAR RESPUBLİKASIDA AQRAR SAHƏNİN DAYANIQLI İQTİSADİ
İNKİŞAFI
- 199 -
Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da inkişaf dövrü müşahidə olunur.
Muxtar respublikamız sürətli inkişaf yolunda olan regionların içərisində ön sırada durur.
Məqalədə muxtar respublikada 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları, 2014-cü
ildə qarşıda duran vəzifələr səmərəli investisiya siyasətinin həyata keçirilməsi və aqrar sahədə olan
uğurlu nəticələr şərh edilmişdir.
Açar sözlər: investisiya, ərzaq məhsulları, sahibkarlıq, nailliyyət, inkişaf
Key words: investigation, entrepreneurship, development, food, openers, achievement
Ключовые слова: инвестиция, продовольственные товары, предпринимательство,
достижения, развития
XXI əsrin dördüncü ilini yaşayırıq. Təməli ötən əsrin 90-cı illərinin ortalarında qoyulan
inkişaf prosesi XXI yüzilliyin arxada qalan dövründə böyük sürətlə davam etdirilib. Bir-birindən
uğurla başa çatan hər bir il özünün cahanşümul nəticləri ilə tariximizə yazılır. Artıq 2013-cü il də ən
yaxın tariximizə çevrilməklə böyük naliyyətlər ili kimi xatırlanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər
Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran
vəzifələrə həsr olunmuş iclasında söynəlinən birillik inkişaf tariximizi ortaya qoydu. İclasda ölkə
başçısı cənab İlham Əliyevin həm giriş həm də yekun nitqində qazanılan uğurlar peşəkarlıqla təhlil
edildi. Gələcəkdə bu uğurların daha da artırlması üçün mövcud imkanların yetərincə olduğu diqqətə
çatdırıldı.
Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə
olunur.
Qeyd etməliyik ki, bu gün muxtar respublikamız sürətli inkişaf yolunda olan regionların
içərisində ön sırada durur.Buna nail olmaq üçün qədim diyarımizda başlıca amil olan sabitlik təmin
edilib. Sabitlik, yurd yerinə bağlılıq,dünənə ehtiram, sabaha cavabdehlik hisslərinin başlıca amil
olduğu bu yurd yerində istənilən nəticəyə nail olmaq mümkündür. Bunu 2013-cü il dekabr ayının
28-də keçirilmiş dördüncü çağırış Naxçıvan Muxdar Respublikası Ali Məclisinin səkkizinci
sesiyasının materialları da bir daha təsdiqləyir. Sessiyada Ali Məclis Sədrinin dərin elmi təhlilə
əsaslanan məruzəsinə nəzər saldıqda görürük ki, muxtar respublikamız 2013-cü ili də yüksək
göstəricilərlə başa vurub. Belə göstəricilər 18 il əvvəl başlanan yeni inkişaf yolunun davamı, dahi
Heydər Əliyev siyasi kursunun əməli bəhrələridir. Bu bəhrələri həyatımızın bütün sahələrində
görürük və fəxr edirik ki, dünya dəyərlərinə uyğun şəkildə müasirləşən, Qərb və Şərqin sivil həyat
tərzini özündə ehtiva edən, beynəlxalq simpozium və görüşlərin ev sahibinə çevrilən Naxçıvan artıq
qibtə olunacaq bir diyara çevrilib. Ötən il “Heydər Əliyev ili”ndə qazanılan uğurların daha çox
olması da təbiidir. Çünki muxtar respublikamızada gedilən yolu ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi yoldur.Bu yoldan kənarda heç bir qələbədən danışmaq olmaz. Ali Məclis
Sədrinin sessiyadaki məruzəsində dediyi kimi: “ Heydər Əliyev ili”nin uğurları bir daha göstərdi
ki, xalqı əmin amanlığa qovuşdurmağa, sabit inkişafı təmin etməyə qadir olan yeganə yol- əsası
ümumulli lider Heydər Əliyev tərəfindən qoyulan quruculuq və inkişafının yeganə aparıcı
qüvvəsi kimi qəbul edilir.
Böyük öndərimizin yubileyinə Naxcıvan Muxtar Respublikası da öz töhfəsini vermiş,
2013- cü ildə bütün sahələrdə inkişaf təmin olunmuş, makroiqtisadi göstəricilər daha da
artmışdır.
Belə ki, 2 milyard 337 milyon manatdan çox Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki,
bu da bir il əvvəlki müvafiq göstərici ilə müqayisədə 10 faiz çoxdur. Onun hər bir nəfərə düşən
həcmi də 2012-ci illə müqayisədə 9 faiz artaraq 5 min 420 manata çatmışdır. Ümumi Daxili
Məhsulda maddi istehsal sektorunun 65 faizlik paya malik olması iqtisadi inkişafda da yanıqlığın
təmin edilməsinin konkret göstəricisidir.
Sosial iqtisadi inkişaf üzrə əldə olunmuş naliyyətlərin daha da artırılması səmərəli
investisiya siyasəti aparılması nəticəsində mümkün olub. Belə ki, 2012-cü ildə bütün maliyyə
- 200 -
mənbələri hesabına əsas kapitala investisya qoyuluşlarının həcmi 1 milyard 38 milyon təşkil
edir.Yeni istehsal sahələrinin yaradılması muxdar respublikada sahibkarlıq mühitinin daha da
gücləndirilməsinə imkan verib. Bunun üçün kreditləşmə porsesləri geniş vüsət alıb. Sessiyada bu
məsələlərə də toxunan Ali Məclisin Sədri deyib: “ 2013-cü ilin ötən dövrü ərzində muxtar
respublikanın bank və kredit təşkilatları tərəfindən həyata keçirilən 42 milyon 800 min manata
yaxın kreditləşmənin 17 milyon 305 min manatı yaxud, 40 faizi sahibkarlıq fəliyyəti ilə məşğul
olan fiziki və hüquqi şəxslərə verilmişdir. Sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyinin
5 milyon 960 min manatı fərdi sahibkarlığın inkişafına , 11 milyon 345 min manatı isə özəl
bölmədə yeni istehsal sahələrinin yaradılmasına yönəldilmişdir”.
Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şərait fəaliyyətinin bu növünə olan marağın
ildən-ilə artması ilə nəticələnib. 2013-cü ildə sahibkarlıq fəaliyyəti ilə bağlı 24 hüquqi və 1162
fiziki şəxs müraciət edib, onların hamısı qeydə alınıb.Bu bir daha göstərir ki, sahibkarlıq
subyektlərinin sayı ilbəil davamlı olaraq artır.Sahibkarların sayının artması , öz növbəsində, muxtar
respublikada istehsal olunan məhsulların və göstərilən xidmətlərin çeşidinin də artmasına, muxtəlif
məhsullara olan tələbatın yerli istehsal hesabına ödənilməsinə, idxaldan asılılığın aradan
qaldırılmasına müsbət
təsir göstərir. Artıq bu gün muxtar respublikada 115 növdə, 459 çeşiddə ərzaq ,
231 növdə , 529 çeşiddə qeyri ərzaq məhsullarının istehsalı üçün bütün imkanlar vardır. 2013-cü ildə
106-ı ərzaq və 226-ı qeyri ərzaq olmaqla , 332 növdə məhsula olan tələbat tamamilə yerli istehsal
hesabına ödənilir.
Qeyd edək ki, yeni istehsal sahələrinin yaradılması daxili tələbat məhsulları istehsalı ilə yanaşı,
məşğulluq problemləri həllinə də əhəmiyyətli təsir göstərib.2013 cü ildə 2127 yeni iş yeri açılıb. Onun
92 faizi və ya 1960-ı daimi iş yerləridir.
Sosial iqtisadi sahədə əldə olunan nailiyyətlər əhali rifahının davamlı yüksəlişinə səbəb olub.
Belə ki, 2013-cü ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği artaraq 377 manata çatıb.
Bəhs olunan dövrdə əhalinin gəlirləri 2012-ci ildə müqayisədə 7 faiz artaraq 1 milyard 737 milyon
manatdan çox olub.
Gəlirlərin həcmində müşahidə olunan irəliləyiş əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsində,
istehlak bazarında əmtəə dövriyyəsinin və pul xidmətlərinin artımında özünü daha qabarıq şəkildə
göstərir. 2013-cü ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 289 milyon mantdan
çox istehlak malları satılıb və pullu xidmətlər göstərilib.
Muxtar respublikada həyata keçirilən sosial və iqtisadi islahatların uğurlu nəticələri Naxçıvan Muxtar
Respublikasının yaradılmasının 90 illiyinin qeyd olunduğu və “Muxtariyyət ili” elan edilmiş 2014-cü
ilin ilk yarımili ərzində də qorunub saxlanılmışdır.
Bu dövr ərzində Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsin qorunub saxlanılmasını,
müasir şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsini, abadlıq-quruculuq işlərinin
davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 aprel tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin
ehtiyat fondund
an Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat vəsait
ayrılmışdır.
İlin əvvəlindən ötən altı ay ərzində muxtar respublikada 1 milyard 14 milyon 85 min
manatlıq Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricini 2,4
faiz üstələmişdir. 2014-cü ilin yanvar-iyun aylarında hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun
həcmi ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2323,8 manat (2962,9 ABŞ dolları)
səviyyəsində olmuşdur. Ümumi Daxili Məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye
sahəsi, ikinci yeri isə 22,8 faizlik payla tikinti sahəsi tutmuşdur.
2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar-iyun ayları ərzində sənaye
məhsulunun həcmi 1,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,6 faiz, kənd təsərrüfatının
ümumi məhsulu 6,4 faiz, nəqliyyat sektorunda yük daşınması 2,3 faiz, informasiya və rabitə
xidmətləri 2,1 faiz, o cümlədən mobil rabitə xidməti 1,2 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,4 faiz,
əhaliyə göstərilən pullu xidmətlər 4,1 faiz, ixracın həcmi 10,1 faiz, əhalinin gəlirləri 3,4 faiz, hər bir
nəfərə düşən gəlirlər 1,8 faiz, orta aylıq əməkhaqqı isə 2,1 faiz artmışdır.
- 201 -
Muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişafına yönəlmiş kompleks tədbirlər
nəticəsində
istehsalın dayanıqlığı təmin edilmiş və dinamik məhsul istehsalına nail olunmuşdur.
Cari ilin ilk yarımilində muxtar respublikada 471 milyon 580 min manat həcmində sənaye məhsulu
istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 1,5 faiz üstələyir.
Sənaye məhsulu istehsalının 95,8 faizi malların, 4,2 faizi isə xidmətlərin payına düşmüşdür. Dövlət
sektorunda 32669 min manatlıq, qeyri-dövlət sektorunda isə 438911 min manatlıq sənaye məhsulu
istehsal edilmişdir. İstehsal olunan məhsulun 93,1 faizi özəl sektorun payına düşmüşdür.
2014-cü ilin məhsulu üçün 35749,7 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 29697,7 hektarı
payızlıq, 6052 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 425,7
hektar artmışdır. Taxıl zəmilərinin 26274,1 hektarında buğda, 9475,6 hektarında isə arpa əkilmişdir.
Hazırda taxıl biçini davam edir.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2014-cü
ildə 2962 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2013-cü ildə əkilmiş sahədən çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq
olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin
inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər meyvə və tərəvəz
istehsalının artımına müsbət təsir göstərmişdir. 2014-cü ilin yanvar-iyun aylarında meyvə istehsalının
həcmi bir il öncəyə nisbətən 0,2 faiz, tərəvəz istehsalı isə 1,4 faiz artmışdır. Hazırda meyvə və tərəvəz
yığımı davam edir.
Kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişafının davamlı olaraq
dəstəklənməsi iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların baş sayının, ət və süd məhsulları
istehsalının həcminin artmasına öz təsirini göstərməkdədir. 2014-cü ilin ilk yarımili ərzində bu sahənin
inkişafı istiqamətində 3 heyvandarlıq təsərrüfatı yaradılmış, hazırda 1 heyvandarlıq təsərrüfatının
yaradılması və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi üzrə işlər davam etdirilir.
Heyvandarlıq sahəsində yüksək məhsuldarlıq göstəricilərinə nail olunması əsas məqsəd kimi qəbul
olunub. Bunun səmərəli təşkilində isə süni mayalandırma mühüm rola malikdir. 2014-cü ilin yanvar-
iyun aylarında heyvandarlıq təsərrüfatlarında 3881 baş inək və düyə süni yolla mayalandırılmışdır.
Əvvəlki ildə mayalandırılmış inək və düyələrdən 2758 baş sağlam buzov alınmışdır. Bununla yanaşı,
yüksək məhsuldarlıq göstəricilərinə malik olan mal-qaranın xüsusi çəkisi də davamlı olaraq
artırılmaqdadır.
1 iyul 2014-cü il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı
113 min 871 baş, qoyun və keçilərin sayı isə 701 min 872 baş olmuşdur ki, bu da 1 iyul 2013-cü il tarixə
olan göstəriciləri müvafiq olaraq 2,6 və 2,8 faiz üstələmişdir. 2014-cü ilin yanvar-iyun aylarında muxtar
respublikada diri çəkidə 10500,8 ton ət, 45754,5 ton süd istehsal olunmuşdur ki, bu da 2013-cü ilin
yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 2,3 və 0,5 faiz çoxdur.
Daxili bazarda ət və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi
istiqamətində tədbirlər davam etdirilir. İlin əvvəlindən ötən dövr ərzində 3 quşçuluq təsərrüfatı
yaradılmışdır. Hazırda 2 quşçuluq təsərrüfatının yaradılması
və 1 quşçuluq təsərrüfatının
genişləndirilməsi istiqamətində iş aparılır.
Kənd təsərrüfatının mühüm sahələrindən olan arıçılığın və balıqçılığın inkişafı məqsədilə
tədbirlər görülmüş, cari ilin ilk yarımili ərzində 1 arıçılıq təsərrüfatının yaradılması və 1 balıqçılıq
təsərrüfatının fəaliyyətinin genişləndirilməsi ilə bağlı işlər aparılmışdır.
Ümumilikdə, cari ilin ilk yarımili ərzində kənd təsərrüfatı subyektlərinə 8 milyon 404 min
manatdan çox həcmdə kreditin verilməsi təmin olunmuşdur ki, bu da bir il öncəki müvafiq
göstəricidən 24 faiz çoxdur.
2014-cü ilin yanvar-iyun aylarında 100 milyon 254 min manatlıq kənd təsərrüfatı məhsulu
istehsal olunmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricini 6,4 faiz üstələyir.
ƏDƏBİYYAT
1.
Abbasov T.A. Naxçıvan MR-də aqrar bazarın formalaşması və inkişafının xüsusiyyətləri. Bakı:
2005, ADPU-nun mətbəəsi, 301 s.
2.
http://www.azstat.org/region/az/001.shtml Dostları ilə paylaş: |