ƏDƏBİYYAT
1.
Абасов И.Д. Азярбайжанын кянд тясяррцфаты. Бакы, Елм вя тящсил, 2010, 592с.
2.
Аббасов T.А. Кянд tясяррцфаtынын ресурс поtенсиалы вя ондан сяmяряли
исtифадянин реэионал проблеmляри. Бакы, Елm, с.45.
3.
Абдуллайев А. Игtисадиййаt вя игtисади сийасяt. Бакы, «Асийа» няшриййаtы, 2003.
4.
Балайев Р.Я. Аграр бюлmянин вя ярзаг базарынын tянзиmлянmяси mясяляляри.
Mцасир
mярщялядя Азярбайжанда йени игtисади сисtеmя кечидин ганунауйьунлуглары вя
проблеmляри
(Азярбайжан Милли Елmляр Акадеmийасы Игtисадиййаt Инсtиtуtу). Коллекtив
mонограсийа.
- 180 -
Бакы, Елm, 1998, 498 с.
5.
Жябийев Р.M. Азярбайжанда базар инфрасtрукtурунун форmалашmасы вя инкишафы.
Бакы, 2002, 231 с.
6.
Ялирзайев Я.Г. Игtисадиййаt: дцшцнжяляр, бахышлар. Бакы, 2002, 465 с.
7.
Ялирзайев Я.Г., Ялийев К.Г. Сащибкарлыьын инкишафынын tяmинаtы. «Игtисадиййаt
вя аудиt»
№2,Бакы, 60 с., 2002.
8.
Ялийев К.Г. Базар игtисадиййаtы шяраиtиндя сащибкарлыьын инкишаф проблеmляри.
«Игtисадиййаt вя айдиt» ъурналы №10, Бакы, 53 с., 2003.
ABSTRACT
T.A.Abbasov
Evaluation of existing circumstance of demand and supply in agrarian market
In the article had been carried out on meeting of requirements in the growth of stable
ownership as well as organizing of market and perspective demand, manufacture. Issues for this had
been researched into improving of production structure in the way of foreign investment and
internal resources, its resources, demand of investment. It had been noted that, it means to search
ways for working more beneficial competition circumstance, improving of productivity necessary
for economic growtli, renovation and byvestment proqram.
РЕЗЮМЕ
Аббасов Т.А
Оценка имеющегося положения спроса и предложения на аграрном рынке
В статье исследованы перспективный спрос, организация производства и рынка, а
также в их управлении, изучение спроса в долгосрочном развитии предпринимательства.
Для этого рассмотрены вопросы спроса в инвестициях, его источники, внутренние
источники и совершенствование структуры производства путем иностранных инвестиций.
Отмечено, что инвестиционная программа для производственного роста и инноваций – это
поиск путей повышения необходимой производительности, и работы, приносящей больший
доход в условиях конкурентной среды.
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ W О РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
MÜSLÜM CABBARZADƏ
muslum_cabbarzade@yahoo.com
UOT 332.146
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ SOSİAL-İQTİSADİ İNKİŞAF
PROQRAMLARINDA İQTİSADİ TƏHLÜKƏSİZLİK MƏSƏLƏLƏRİ
Məqalədə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı ilə bağlı qəbul edilmiş
dövlət proqramları təhlil edilmişdir. Aparılan islahatların iqtisadi təhlükəsizliyin təmin edilməsinə
təsiri ilə bağlı araşdırmalar aparılmışdır. Regionun iqtisadi təhlükəsizliyinin yüksəldilməsinə təsir
- 181 -
göstərən amillər müəyyən edilərək qiymətləndirilmişdir.
Açar sözlər: Naxçıvan iqtisadiyyatı, region iqtisadiyyatı, iqtisadi təhlükəsizlik, ərzaq
təhlükəsizliyi, xarici iqtisadi əlaqələr.
Keywords: Nakhchivan economy, regional economy, economic security, food security,
foreign economic relations.
Ключевые слова: Экономика Нахчывана, экономика региона, экономическая
безопасность, продовольственная безопасность, внешнеэкономические связи.
Eksklav şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında iqtisadi təhlükəsizlik sisteminin
təşkilati aspektlərini, onun formalaşması və inkişaf xüsusiyyətlərini, habelə maliyyə-kredit, enerji,
ərzaq təminatı, informasiya və xarici iqtisadi fəaliyyət sferalarında mövcud olan iqtisadi maraqların
qorunması problemlərini öyrənib ümumiləşdirmək əsasında iqtisadi təhlükəsizliyin daha da
möhkəmləndirilməsi aktual əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi mövcud
reallıqlar baxımından yaşadığımız blokada vəziyyətinin ən mühüm problemlərindən biri hesab
edilir. Muxtar respublika daxildə sabit iqtisadi artım tam təmin edilsə də, xarici amillərin iqtisadi
inkişafa təsiri daim qalır. Ona görə də həmin amillərin təsirinin qiymətləndirilməsi və nəzərə
alınması muxtar respublikanın iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb edir.
Ümummilli liderimiz Heydər Əliyev ölkənin iqtisadi təhlükəsizlik problemlərinin həllini
prioritet məsələ kimi önə çəkmişdir. 1993-cü ildən başlayaraq ölkə səviyyəsində xüsusi istiqamət
kimi, vahid prinsiplərə söykənən milli inkişaf və təhlükəsizlik siyasəti həyata keçirilməyə
başlanmış, onun konseptual əsasları müəyyən edilmişdir (6, s. 10).
Enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində məqsədyönlü və strateji fəaliyyətin
əsası 1994-cü ildə “Əsrin müqaviləsi” ilə qoyulmuş, sonrakı illərdə “Energetika haqqında”
Azərbaycan Respublikası Qanunu, “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə
olunması” üzrə Dövlət Proqramı qəbul edilmiş, neft və qaz ixrac boru kəmərləri şəbəkəsinin
yaradılması və şaxələndirilməsi üzrə uğurlu siyasət həyata keçirilmişdir.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 1995-ci ildən başlayaraq aqrar islahatların
hüquqi əsasları yaradılmış və islahatlara start verilmişdir. Ölkə Prezidentinin 2 mart 2001-ci il
tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı”,
25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” ölkəmizin
ərzaq təhlükəsizliyinin yüksəldilməsində mühüm rol oynamışdır.
Nəqliyyat təhlükəsizliyinin təmin edilməsi ilə bağlı proqramlar qəbul edilmiş, beynəlxalq
nəqliyyat dəhlizlərində iştirakçılıqda ölkəmizin milli maraqları yüksək səviyyədə təmin edilmişdir.
İnformasiya təhlükəsizliyi sahəsində bir sıra qanunlar qəbul edilməklə informasiya cəmiyyətinə
keçidin qanunvericilik bazası təkmilləşdirilmiş, “Azərbaycanın inkişafı naminə informasiya və
kommunikasiya texnologiyalarının inkişafı üzrə Milli Strategiya (2003-2012-ci illər)” və bu sahənin
inkişafı ilə bağlı bir neçə dövlət proqramı təsdiq edilmişdir.
İqtisadi təhlükəsizliyin təmin edilməsinin hüquqi əsasları 2004-cü ilin 29 iyununda qəbul
edilmiş “Milli təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununda öz əksini tapmışdır.
Qanunda göstərildiyi kimi, Azərbaycan Respublikasının iqtisadi sahədə əsas milli maraqları iqtisadi
potensialın
artırılmasından,
bazar
iqtisadiyyatının
inkişafı
və
onun
hüquqi
əsaslarının
təkmilləşdirilməsindən, iqtisadi sabitliyin təmin olunmasından, iqtisadiyyatın inkişafı üçün daxili və
xarici investisiyalardan ötrü əlverişli şəraitin yaradılmasından, təbii və maddi sərvətlərin qorunması
və səmərəli istifadə edilməsindən, regional və dünya bazarlarının formalaşmasında və fəaliyyət
göstərməsində azad və bərabərhüquqlu inkişafın təmin edilməsindən ibarətdir (1).
Azərbaycan Respublikası Prezidentinin 23 may 2007-ci il tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası” dövlətin müstəqilliyini,
ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçimi kimi Avratlantik məkana
inteqrasiyasını, bununla yanaşı tarazlaşdırılmış xarici siyasətinin çoxşaxəliliyini vurğulayan,
- 182 -
Azərbaycan Respublikasında şəxsiyyət, cəmiyyət və dövləti xarici və daxili təhdidlərdən qorumağa
yönəlmiş siyasət və tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur (2).
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında da qloballaşmanın müsbət
amilləri ilə yanaşı mənfi yüklü iqtisadi proseslərin də yayılmasına diqqət çəkilmiş, bu proseslərin
ümumdünya təsərrüfat inteqrasiyasına cəlb olunmuş ölkəmiz üçün yaratdığı təhdidlərdən qorunmaq,
iqtisadi təhlükəsizliyin daha da gücləndirilməsi, yüksək rəqabət qabiliyyətli iqtisadiyyatın
formalaşdırılması, ərzaq, enerji, nəqliyyat, informasiya təhlükəsizliyinin, demoqrafik və ekoloji
təhlükəsizliyin yüksəldilməsi üçün fəaliyyətin konseptual istiqamətləri müəyyən edilmişdir (3).
Naxçıvan Muxtar Respublikasının inkişafın yeni keyfiyyət mərhələsinə yüksəlməsində son
20 ildə aparılan islahatlar və sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının
uğurlu icrası böyuk əhəmiyyət kəsb etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının regional inkişaf
Proqramı (2005-2008-ci illər), “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə
Dövlət Proqramı (2005-2010-cu illər), “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı, “Naxçıvan Muxtar
Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2012-2015-ci
illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət
Proqramı” və digər sənədlərlə muxtar respublikada iqtisadi inkişaf trayektoriyası məqsədli
proqramlar müstəvisində müəyyən edilmiş və bu çərçivədə icra edilmiş layihələr iqtisadiyyatın ən
müxtəlif sahələri üzrə regionun istehsal potensialını və iqtisadi təhlükəsizliyini daha da
möhkəmləndirmişdir.
Qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində muxtar respublikada real
sektorun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı və davamlı
inkişafa,
kommunal
xidmət
və
sosial
infrastruktur təminatının yaxşılaşdırılmasına, yeni
müəssisələrin və iş yerlərinin yaradılması nəticəsində əhalinin məşğulluq səviyyəsinin artırılmasına
və həyat səviyyəsinin yüksəldilməsinə nail olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 01 sentyabr 2014-cü il tarixli Fərmanı
ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” makroiqtisadi artım dinamikasının gücləndirilməsi, iqtisadi təhlükəsizliyin təmin
edilməsi üçün mühüm əhəmiyyət kəsb edən dövlət sənədidir. Bu proqramda növbəti inkişaf
mərhələsinin hədəfləri aşağıdakı istiqamətlərdə nəzərdən keçirilir:
-
Ümumi Daxili Məhsul üzrə büdcəyə daxil olan gəlirlərin həcminin artırılması;
-
sosial siyasətin davam etdirilməsi və sosial öhdəliklərin yerinə yetirilməsi üçün xərclərin
investisiya və sosialyönümlülüyünə üstünlük verilməsi;
-
daxili bazarın qorunması, ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına tam
ödənilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yerli istehsalçıların
stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi;
-
sosial
infrastruktur
sahələrin
inkişafına
yönəldilmiş
məqsədyönlü
tədbirlərin
davamlılığının təmin edilməsi, bu sahələr üzrə müəyyənləşdirilmiş prioritetlərin diqqət
mərkəzində saxlanılması;
-
qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daxili imkanların səfərbər edilməsi
və büdcə vəsaitindən istifadənin səmərəliliyinin təmin edilməsi (5, s.11).
Göründüyü kimi, proqramın əsas hədəfləri iqtisadi təhlükəsizliyin müxtəlif istiqamətlərdə
təmin edilməsinə xidmət edir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi bütün ölkələrin iqtisadiyyatı
qarşısında duran ən mühüm və həlli vacib olan iqtisadi problemlərdən biridir. Nəzərdən keçirilən
dövrdə muxtar respublikada əsas ərzaq malları üzrə tələbatın ödənilməsi mənbələrinin və özünü
təminetmə səviyyəsinin təhlili göstərir ki, respublika əhalisinin mal əti və qoyun əti, quş əti,
yumurta, süd və süd məhsulları, habelə meyvə və tərəvəzlə təmin olunma dərəcəsi qənaətbəxşdir.
Ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf
etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Yerli
istehsal sahələrinin yenidən qurulması və aqrar islahatların uğurla aparılması bir sıra qida
- 183 -
məhsullarının yerli istehsalının artmasına və idxalın azalmasına səbəb olmuşdur.
Enerji təhlükəsizliyinin təmin edilməsi blokada şəraitində fəaliyyət göstərən Naxçıvan Muxtar
Respublikası üçün olduqca vacib və həyati məsələdir. Bu istiqamətdə son illərdə böyük uğurlar
qazanılmışdır. Əhalinin elektrik enerjisinə olan tələbatını daha rentabelli olan su elektrik
stansiyaları hesabına təmin etmək üçün ötən beş il ərzində Ordubad rayonunda Gilançay üzərində
22 meqavat gücündə Biləv Su Elektrik Stansiyasının və Şərur rayonunda 20,5 meqavat gücündə
Arpaçay Su Elektrik Stansiyasının, 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyasının
tikintisi başa çatdırılmış və 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam
etdirilmişdir. Təbii qaz təminatı üzrə görülmüş işlər nəticəsində muxtar respublikada 1 yanvar
2015-ci il tarixə muxtar respublikada 82 min 352 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur.
Muxtar respublika müəssisələrinin xarici bazarlarda möhkəmlənməsinin və yeni bazarlar
əldə etməsinin ən mühüm prinsiplərindən biri region iqtisadiyyatının xarici iqtisadi əlaqələr
sisteminə səmərəli və uğurlu inteqrasiya edilməsindən ibarətdir. İstər daxili, istərsə də xarici
bazarlarda regionun maraq və mənafelərinin tarazlaşdırılması zəruri məhsullara görə daxili bazarın
ehtiyaclarının əsasən yerli mənbələr hesabına ödənilməsini, xarici valyutaya olan tələbatın isə ixrac
yönümlü fəaliyyət hesabına təmin edilməsini nəzərdə tutur.
Regionun xarici ölkə bazarlarına yüksək rəqabət qabiliyyətinə malik məhsullar ixrac etməsi
onun tədiyyə balansında müsbət saldonun yaranmasına, büdcəyə daxilolmaların həcminin
artmasına, iqtisadiyyatın kapital və investisiya resurslarına olan tələbatının daxili mənbələr hesabına
ödənilməsinə imkan yaradır. Muxtar respublikanın strateji iqtisadi maraqlarının qorunması onun
xarici iqtisadi əlaqələr sisteminə hansı səviyyədə inteqrasiya edilməsindən asılıdır. Məhz bu
baxımdan daxili və xarici bazarlarda aparılan səmərəli ticarət siyasəti, yerli əmtəə istehsalçılarının
iqtisadi maraqlarının ardıcıl sürətdə qorunması və onların iqtisadi cəhətdən stimullaşdırılması
muxtar respublikanın iqtisadi təhlükəsizlik sisteminin əsasını təşkil edir.
Naxçıvan Muxtar Respublikasının xarici ticarət
əlaqələrinin dinamikası
min ABŞ dolları ilə
Müqayisə
predmeti
2005
2008
2009
2011
2012
2013
2014
Ticarət dövriyyəsi
53535,6 103747,8 220046,5 400860,8 450914,6 511988,9
517427,2
o cümlədən: idxal 50894,0 63473,7 107759,3 78248,5 77432,2 109573,3
108786,9
İxrac
2641,6
40274,1 112287,2 322612,3 373482,4 402415,6
408640,3
saldo
-48252,4 -23199,6 4527,9
244363,8 296050,2 292842,3
299853,4
Əvvəlki ilə nisbətən,
faizlə
137,0
112,6
212,1
155,4
112,5
113,5
101,1
o cümlədən: idxal
150,4
91,7
169,8
169,3
99,0
141,5
99,3
ixrac
50,4
176,0
278,8
152,4
115,8
107,7
101,5
Mənbə: Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin hesabatları (2005-2014)
Son illər muxtar respublikada rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, daxili və xarici
ticarət fəaliyyətinin liberallaşdırılması və region iqtisadiyyatın dünya təsərrüfatçılıq sisteminə
inteqrasiyası sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər mövcud xarici iqtisadi
fəaliyyətin və region iqtisadiyyatının beynəlxalq münasibətlər sisteminə inteqrasiyasının iqtisadi
səmərəliliyinə xidmət edir. Təcrübə göstərir ki, muxtar respublikada xarici iqtisadi fəaliyyətin
- 184 -
səmərəliliyi bu prosesdə regionun maraqlarının qorunması səviyyəsindən asılıdır. Xarici iqtisadi
fəaliyyətdə dövlətin tənzimləyici rolu aşağıdakı parametrlərlə münasibətdə üzə çıxır:
- iqtisadiyyatın inkişafının və istehlakçıların tələbatlarının idxaldan asılılıq dərəcəsi;
- idxal və ixrac arasındakı nisbətin mövcud vəziyyəti;
- yerli istehsalçıların iqtisadi cəhətdən stimullaşdırılması və müdafiə edilməsi.
Muxtar respublikada son 20 ildə aparılmış irimiqyaslı tədbirlər qeyd edilən hər 3 parametr
üzrə iqtisadi situasiyanı xeyli yaxşılaşdırmışdır. Artıq daxili bazarda ehtiyac duyulan əsas ərzaq və
qeyri-ərzaq məhsullarının, tukinti materiallarının böyük əksəriyyəti muxtar respublika daxilində
istehsal olunur. Yerli istehsalın inkişafı nəticəsində 2014-cü ildə muxtar respublikada 352 növdə
məhsul istehsal olunmuşdur. Bu məhsulların 117 növü ərzaq, 235 növü qeyri-ərzaq məhsullarıdır.
107 növdə ərzaq, 229 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 336 növdə məhsula olan
tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.
Xarici ticarətdə uzun illər davam edən idxalın ixracı üstələmə tendensiyası 2009-cu ildən
başlayaraq dəyişilmiş, xarici ticarət dövriyyəsi müsbət saldo ilə yekunlaşmışdır. Son 5 ildə isə
ixracın idxala nisbəti xeyli yüksəlmişdir. Əgər 2009-cu ildə bu nisbət təxminən 1-ə bərabər idisə,
2014-cü ildə ixrac idxalı 3,75 dəfə üstələmişdir.
Yerli istehsalçıların iqtisadi cəhətdən stimullaşdırılması sahəsində görülən işlərin miqyası da
genişlənmişdir. Müasir texnologiyalarla təchiz olunmuş yeni sənaye müəssisələrinin yaradılması,
sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sənaye məhsulunun dinamik artımını təmin
etmişdir. 2014-cü ildə muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün verilən kreditlərin həcmi 33
milyon 548 min 500 manat təşkil etmişdir. Təkcə 2014-cü ildə muxtar respublikada dövlət dəstəyi
ilə 47 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif
sahələrində 30 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı
ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın qəbul olunduğu 2008-ci illə müqayisədə
bitkiçilik məhsullarının həcmi 2,4 dəfə artaraq 229 milyon 646 min manata, heyvandarlıq
məhsullarının həcmi isə 2,1 dəfə artaraq 125 milyon 511 min manata çatmışdır (7). Məhsul
istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır.
Yaşadığımız blokada şəraiti muxtar respublikanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi
baxımından aşağıdakı məsələlərin həlli ön plana keçirmişdir:
- daxili bazarda yerli məhsulların daha çox hakim mövqe tutmas ı;
- yerli istehsalçıların tədricən dövlət tərəfindən proteksionist təmayülə malik məqsədli
proqramlar vasitəsilə müdafiə edilməsi;
- iqtisadiyyatda struktur siyasətinin sürətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi;
- xarici bazara məhsul ixracının funksional strukturunun təkmilləşdirilməsi.
İqtisadiyyatda xarici rəqabətin əlverişsiz təsirlərinin neytrallaşdırılması, idxalın və ixracın
funksional strukturunun muxtar respublikanın strateji maraqlarına cavab verməsi, muxtar respublika
iqtisadiyyatının xarici bazar konyukturundan asılılığının qarşısının alınması istiqamətində aparılmış
məqsədyönlü işlər xarici iqtisadi fəaliyyətdə muxtar respublikanın iqtisadi təhlükəsizliyinin
yüksəldilməsinə mühüm töhfələr vermişdir.
Muxtar respublika iqtisadiyyatının xarici təhdidlərdən müdafiəsi üçün təcrübədə başlıca
olaraq idxaldan asılılıq dərəcəsini azaltmağa imkan verən yerli məhsul istehsalının sahmana
salınması və genişləndirilməsi müsbət nəticələrini vermişdir. Lakin, açıq iqtisadiyyat kursu idxalın
əvəz olunma probleminə üstünlük verməklə iqtisadi təhlükəsizliyin xarici təhdidlərdən qorunması
yoluna alternativlərin tapılmasını da tələb edir. Odur ki, mövcud potensial təhdidləri yenidən
qiymətləndirmək və onların aradan qaldırılması üçün tədbirlər işləyib hazırlamaq tələb olunur.
Fikrimizcə, bu istiqamətdə muxtar respublikanın maraqları ən ümumi şəkildə onda ifadə oluna bilər
ki, birincisi, xarici iqtisadi əlaqələr iqtisadiyyata sabitləşdirici təsir göstərsin, onun struktur
dəyişikliklərinin əsas amili kimi çıxış etsin və ikincisi, yerli firmaların xarici bazarlarda mövqeyinin
möhkəmlənməsinə və genişlənməsinə, onun dünya təsərrüfatı əlaqələrində rolunun artmasına
kömək etsin.
- 185 -
İqtisadi təhlükəsizliyin səviyyəsi miqdar qiymətləndirilməsində üzə çıxır. O, xarici iqtisadi
əlaqələrin əmtəə strukturunu və coğrafiyasını, ticarət və tədiyyə balanslarının vəziyyətini, daxili
bazarda xarici rəqabət miqyasını, satış və tədarük bazarlarının diversifikasiya dərəcəsini və s. əks
etdirən kifayət qədər geniş göstəricilər dəsti ilə xarakterizə oluna bilər. Bu göstəricilərin
yaxşılaşması son nəticədə təkrar istehsalın həyata keçirilməsi, iqtisadi artımın təmin edilməsi
imkanlarının genişlənməsindən xəbər verir. Bununla əlaqədar olaraq iqtisadi təhlükəsizlik
səviyyəsinin daimi monitorinqinin həyata keçirilməsi vacib hesab edilir.
Muxtar respublikanın xarici iqtisadi əlaqələri inkişaf etdikcə bu sferada iqtisadi təhlükəsizlik
tədbirlərinin genişləndirilməsinə də ehtiyac vardır. Təsadüfi deyil ki, 2014-2018-ci illərdə muxtar
respublikada xarici ticarət fəaliyyətinin prioritetlərinə uyğun olaraq aşağıdakı tədbirlərin həyata
keçirilməsi nəzərdə tutulmuşdur:
-
muxtar respublikanın ixrac potensialının gücləndirilməsi, ixracın stimullaşdırılması
istiqamətində həyata keçirilən əməli tədbirlərim davam etdirilməsi;
-
muxtar respublikada daxili bazarın qorunmasını təmin edən və iqtisadi inkişafa əlverişli
şərait yaradan idxal tənzimlənməsinin həyata keçirilməsi;
-
ixracatda elektron ticarət xidmətlərindən geniş istifadə imkanlarının araşdırılması və
inkişaf etdirilməsi istiqamətində müvafiq işlərin görülməsi;
-
xarici ticarətin inkişafı üçün infrastruktur təminatının daha da yaxşılaşdırılması və
təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi;
-
istehsal olunan malların xaricdə tanınması üçün beynəlxalq sərgi və yarmarkalarda
iştirakın stimullaşdırılması;
-
xarici ticarət sahəsində uyğun beynəlxalq təcrübədən maksimum dərəcədə istifadə
edilməsi (5, s.17-18).
Muxtar respublikada son illər iri miqyaslı investisiya layihələrinin reallaşdırılması ilə bağlı
olaraq idxalın strukturunda istehsal təyinatlı malların artımı müşahidə olunur. Son illərdə muxtar
respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqamlarında nəzərdə
tutulmuş aşağıdakı tədbirlərin həyata keçirilməsi gələcəkdə xarici iqtisadi fəaliyyət sahəsində
təhlükəsizliyin astana kəmiyyətindən yüksək səviyyəsinin əldə edilməsini təmin edəcəkdir:
-
investisiyanın idarə olunması prosesinin yaхşılaşdırılması;
-
iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşuşlarının genişləndirilməsi;
-
müasir istehsal avadanlıqlarının idхalının təşviqi istiqamətində müəssisələrin investisiya
fəaliyyətinin dəstəklənməsi;
-
investisiya resurslarının yerləşdirilməsi üçün rəqabətli müsabiqə meхanizmlərindən geniş
istifadə edilməsi, Naхçıvan Muхtar Respublikasının inkişaf proqramlarının hazırlanıb
həyata keçirilməsində yerli və хarici investorlar üçün stimulların müəyyənləşdirilməsi;
-
yaradılacaq sənaye parklarına yerli və xarici investisiyaların cəlb edilməsi;
-
ixracyönümlü istehsal sahələrinin inkişafına yönəldilən investisiyaların artırılması.
Muxtar respublikanın sosial-iqtisadi inkişafını iqtisadi təhlükəsizlik baxımından xarakterizə
edən analitik indikatorlar demək olar ki, bütün sahələr üzrə ilbəil yaxşılaşmaqda davam edir.
İqtisadi təhlükəsizliyin yüksəldilməsinin səmərəli mexanizmlərinin tətbiqi istiqamətində həyata
keçirilməsi nəzərdə tutulan tədbirlər bu sahədə daha optimal situasiyanın yaranmasına əlverişli
şərait yaradır.
Dostları ilə paylaş: |