ЯДЯБИЙЙАТ
1.Атакишийева М. Бакы Дювлят Университетинин тарихи. Бакы: Бакы Университети
Няшриййаты, 1991 ( Ы щисся), 364 сящ.
2. Ящмядов Щ. ХЫХ яср Азярбайжан мяктяби. Бакы: Маариф, 1985, 300 сящ.
3.Мяммядов В. Жялил Мяммядгулузадя адына Нахчыван Дювлят Мцяллимляр Институту.
Бакы: Чянлибел, 2001, 220 сящ.
4. Нахчыванда илк мяктяб вя тящсилин инкишаф йолу. «Шярг гапысы» гязети, 28 август
1998-жи ил, № 56 (16673)
5.Нахчыван МДА. ф. 224.с.5.инв.№ 173
6.Щябиббяйли И. Жялил Мяммядгулузадя мцщити вя мцасирляри. Бакы: Азярбайжан
Дювлят Няшриййаты, 1997, 684 сящ.
7. Я.Шяриф. «Молла Нясряддин» нежя йаранды. Бакы: Азярняшр, 1986, 394 сящ.
8.Мирящмядов Я. Азярбайжан Молла Нясряддини. Бакы: Йазычы, 1980,
430 сящ.
9. «Молла Нясряддин» ъурналы, 1906, № 21
10. Ящмядов Щ. Азярбайжан мяктяб вя педагоъи фикир тарихи. Бакы: АБУ, 2001, 320 сящ.
11. Жяфяров Щ. Нахчыванда тящсил: инкишаф йолу вя имканлары. Бакы: Елм вя тящсил,
2011, 344 сящ.
12. Ялийев Я. Нахчыван МССР-ин мядяни инкишафы. Бакы, 1958, 46 сящ.
13. Мяммядгулузадя Ж. Ясярляри, Ы жилд, Бакы: 1951, 284 сящ.
14. «Шярги-рус» гязети, 18 декабр 1903-жц ил
15. «Гафгаз» гязети, 1896, № 196
16. «Тифлисский листок» гязети, 1898, № 114
17. «Новое обозрение» гязети, 1895, № 4115
ABSTRACT
Vagif Mammadov
Education at Nakhchivan in the XIX century
The article deals with the foundation of newly formed schools, interests and successes on
this field in Nakhchivan. M.T . Sidqi and another patriot writers had a great role in the history of
the education and creating new schools.
РЕЗЮМЕ
В.Мамедов
Образoвание в Нахчыване в ХIХ веке
В статве рассматриваются вопросы об открытии в Азербайджане школ нового типа
начиная с начала ХIХ века, о процесса, идущем в этом направлении в Нахчыване, а также об
успехах, приобретенных в этом сфере.
Исследуется деятельност в М.Т.Сидги и других просветителей-интеллигентов, в
создании школ нового типа анализированы этапы истории образавания.
- 34 -
NDU-nun Elmi Şurasının 30 mart 2015-ci il tarixli qərarı ilə çapa tövsiyə
olunmuşdur (protokol № 08)
Məqaləni çapa təqdim etdi: Fəlsəfə üzrə elmlər doktoru, professor
M.Rzayev
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 2 (67)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 2 (67)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 2 (67)
İLQAR KƏNGƏRLİ
Naxçıvan Dövlət Universiteti
UOT: 930
NAXÇIVAN MAARİFİ MÜHARİBƏ DÖVRÜNDƏ (1941-1945-Cİ İLLƏR)
Açar sözlər: Böyük Vətən Müharibəsi, Naxçıvan Muxtar Respublikası, maarif və təhsil
Keywords: the Great Patriotic War, the Nakhichevan Autonomous Republic, awareness
and education
Ключевые слова: Великая Отечественная Война, Нахчыванская Автономная
Республика, просвещение и образование
Müharibə illəri bütün ölkədə olduğu kimi Naxçıvan MSSR-də də təhsilin bütün formalarının
inkişafında çox mürəkkəb və böhranlı mərhələni təşkil edir. Məktəblərinin iş ahənginin pozulması,
müəllimlərin xeyli hissəsinin orduya çağırılması, təhsilə ayrılan dövlət vəsaitlərinin azaldılması
Muxtar Respublikada məktəb şəbəkəsinin səviyyəsinin də aşağı düşməsinə gətirib çıxardı.
Məktəblərin müəllim kadrları, dərslik və dərs vəsaitləri, digər zəruri avadanlıqlarla təmin edilməsi
ilə bağlı ciddi problemlər yarandı.
- 35 -
Həmin dövrdə şagird kontingenti də, ibtidai və orta məktəblərin sayı azalmışdı, və bu
tendensiya bütün ölkə üçün səciyyəvi idi. İbtidai məktəblərin sayının azalması bir tərəfdən ölkədə
ümumi icbari yediillik təhsilə keçidlə bağlı olmuşdusa, digər tərəfdən müharibənin doğurduğu
fövqəladə vəziyyətlə əlaqədar idi. Əgər 1940-1941-ci tədris ilində Naxçıvan Muxtar Respublikası
üzrə 196 ümumtəhsil məktəbində 30458 nəfər şagird təhsil alırdısa, 1941-1942-ci tədris ilində
məktəblərin sayı 153-ə, şagirdlərin sayı isə 18850 nəfərə qədər azalmışdı. Bu hər şeydən əvvəl,
müharibənin tələblərinə uyğun olaraq yuxarı sinif şagirdlərinin istehsala, kənd təsərrüfatına geniş
cəlb edilməsi ilə əlaqədar idi (2, s.49). Naxçıvan MSSR-də maarif sistemində əsas problem kişi
müəllimlərin cəbhəyə getməsi ilə onların sayının kəskin surətdə azalması idi. Müəllimlərə artan
kəskin təlabatı ödəmək üçün dərslərin tədrisi qeyri-ixtisas müəllimlərinə, orta təhsillilərə həvalə
edilmiş, qadın müəllimlərin sayını artırmaq üçün Naxçıvan Müəllimlər İnstitutuna, Ordubad
Pedaqoji Texnikumuna tələbələrin, o cümlədən qızların sayı artırılmış, Naxçıvan şəhərində qadın
pedaqoji kursları təşkil edilmişdi. Müəllimlərə olan ehtiyacı nəzərə alaraq Naxçıvan MSSR Maarif
Komissarlığı pedaqoji ixtisası olmayan gəncləri, hətta yenicə orta məktəbi bitirmiş qızları tədrisə
cəlb etmək haqqında qərar qəbul etməli olmuşdu. Müəllim qıtlılığının digər səbəblərindən biri də
müəllimlərin digər sahələrdə, idarəetmə strukturlarında məşğul olmaları idi. Bu Muxtar
Respublikada ali təhsillilərin, ziyalılıarın əksəriyyətinin pedaqoji təhsilli olması ilə əlaqədar idi.
Müəllimlərin məktəbə qayıtmasının zəruriliyini başa düşən Azərbaycan KM MK və XKS 1943-cü
ilin fevralında başqa sahələrdə işləyən və ixtisasca pedaqoq olan kadrların məktəblərə qaytarılması
haqqında qərar qəbul etdi (2, s.49-50)
1941-1942-ji tədris ilində Naxçıvan MSSR üzrə 28 orta, 65 yediillik, 60 ibtidai məktəbdə
18850 şagird təhsil alırdı ki, bunların da 6257 nəfərini qızlar təşkil edirdi (1, s.56). 1943-cü ildə
Muxtar Respublikada 848 nəfər müəllim işləyirdi ki, onların da əksəriyyəti qadın idi. 1944-cü ildə
cəbhədəki vəziyyətin SSRİ-nin xeyrinə dəyişməsi orduya çağrılmış müəllimlərin bir hissəsini tərxis
etməyə imkan yaratdı. Müharibənin ehtiyacları üçün alınmış məktəb binaları geri qaytarıldı. Bu isə
öz növbəsində məktəblərin sayının artmasına gətirib çıxardı. Ümumiyyətlə, müharibə dövründə 180
ümumtəhsil məktəbi fəaliyyət göstərirdi ki, onlardan 36-cı orta məktəb idi (müharibə ərəfəsində
orta məktəblərin sayı 27 idi). Bundan əlavə Muxtar Respublikada 3 texnikum, Müəllimlər İnstitutu,
87 uşaq bağçası (onlardan 60-ı kolxozlarda) pioner düşərgələri, 2 dövlət teatrı, 6 kinoteatr, 101 klub
müəssisəsi, 32 Qırmızı guşə və park fəaliyyət göstərirdi (4, 1945, 30 aprel).
1943-cü ildə SSRİ hökumətinin qərarı ilə bütün ölkədə olduğu kimi Muxtar Respublika
məktəblərində də şagirdlərin 7 yaşdan etibarən ibtidai məktəblərin birinci sinfinə qəbuluna
başlanıldı. Hökumətin 1944-cü ildə qəbul edilmiş digər qərarı ilə şagirdlərin biliyinin
qiymətləndirilməsinin 5 ballıq (1,2,3,4,5) sistemi, ibtidai, yediillik və orta məktəbin buraxılış
imtahanları müəyyən edildi. Orta məktəbləri əla qiymətlərlə və nümunəvi əxlaqla bitirənlərə qızıl
və gümüş medallar verilməsi qaydaları təsdiq edildi.
1943/44-cü tədris ilindən SSRİ XKS-nin qərarı ilə Azərbaycanın Bakı, Gəncə, Şəki,
Stepanakert şəhərləri ilə yanaşı Naxçıvan şəhərində də qızlar və oğlanlar üçün ayrıca məktəblər
təşkil edildi. Lakin bu addım özünü doğrultmadı və 1954-cü ildə qız və oğlan məktəbləri yenidən
birləşdirildi.
Müharibə Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinə də ciddi təsir göstəridi. Müharibə
başlayan ilk günlərdən institutun müəllim və tələbələrin xeyli hissəsi səfərbər olunaraq cəbhəyə
göndərildi. Onların əksəriyyəti öz döyüş hünərləri ilə Naxçıvan gənclərinin layiqli nümayəndələri
olduqlarını sübut etdilər. Naxçıvan Müəllimlər İnstitutunun tələbələrindən və məzunlarından 3
nəfəri – Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və Qəzənfər Əkbərov göstərdikləri şücaət və
qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, Əli Babayev, Kamil Qafarov,
Həbib Rzayev, Sultan Zeynalov, Əsgər Əhmədov və başqaları igidliklərinə görə ali hərbi orden və
medallarla təltif olunmuşdular.
Müəllim və tələbəlrin cəbhəyə göndərilməsi institutun təlim-tədris prosesində müəyyən
çətinliklər yaratsa da, mövcud imkanların maksimum səfərbər edilməsi hesabına təhsil ocağı öz
potensialını qoruyub saxlaya bilmişdi. Müharibə zamanı institutun qəbul planı ciddi kəsirlə yerinə
yetirilmiş, qəbul olunanların xeyli hissəsi də müxtəlif obyektiv səbəblərdən institutu bitirə
- 36 -
bilməmişdi. Müharibə dövründə (1942-1945-ci illərdə) institutun əyani şöbəsini 103 nəfər bitirmiş
və pedaqoji fəaliyyətə başlamışdılar (5, s.34).
İnstitutun tələbə kontingenti ilə bağlı problemləri aradan qaldırmaq məqsədilə bütün ölkə ali
məktəblərində olduğu kimi Naxçıvan Müəllimlər İnstitutunda qiyabi təhsil forması genişləndirilmiş,
1943-1944-cü tədris ilində instituta 42, 1944-1945-ci tədris ilində 86, 1945-1946-cı tədris ilində 147
nəfər tələbə qəbul edilmişdi (5, s.34). Müharibə dövründə institutu 4 ixtisas üzrə 166 tələbə
bitirmişdi (1, s.60). İnstitutda mövcud imkanlar səviyyəsində elmi-tədqiqat və tədris-metodiki işlər
aparılır, tələbə və müəllimlər partiya və komsomol orqanlarının siyasi-maarif və təbliğat sistemində
yaxından iştirak edirdilər. Obyektiv çətinliklərə baxmayaraq, institutda tədrisin keyfiyyətinin,
tələbələrin dərslərin mənimsəmə səviyyəsinin artırılması onların mədəni-məişət problemlərinin həlli
üçün lazımi tədbirlər görülürdü. Lakin müəllim kadrlara olan ehtiyaca baxmayaraq tələbələrin
biliklərinin qiymətləndirilməsində obyektivlik və prinsiplilik göstərilir, formalizmə, diplom almaq
xatrinə, keyfiyyətin kəmiyyətə qurban verilməsinə qətiyyən yol verilmirdi. Məsələn, institutun
1944-1945-ci tədris ilindəki fəaliyyətinə aid sənəddən məlum olur ki, institutdan getmiş 35 nəfər
tələbədən 26-nın akademik borcu olmuş, 2 nəfər intizamsızlıq etdiyinə, 6 nəfər isə özbaşınalıq
etdiyinə görə təhsil ocağından qovulmuşdu. Bütün bunlar institutun yüksək səviyyəli, vətənpərvər,
əzmkar müəllimlərin sayəsində əldə edilmişdi. Müharibənin ağır şərtlərinə baxmayaraq, tələbələrin
yüksək savad alması üçün bilik və bacarıqlarını əsirgəmirdilər. Naxçıvan Müəllimlər İnstitutunun 4
nəfər müəllimi (Həsən Qazıyev, Nəsir Məmmədov, Əsəd Cəfərli və Abbas Əsgərov) əməkdar
müəllim adını almaları, təkcə onların özlərinin deyil, bütün institutun fəaliyyətinə verilən qiymətin
təzahürü hesab edilməlidir (2, s.50-51).
Müharibə dövründə Naxçıvan Müəllimlər İnstitutunda Muxtar Respublikanın ən görkəmli
və yüksək ixtisaslı müəllimləri – Murad Tutayuk, Həsən Salayev, Əsəd Cəfərli, İbrahimxəlil
Axundov, Abbas Əsgərov, Həsən Qazıyev, Cəfər İmanov, Tofiq Bektaşi, Əbülfəz Həsənov, Həsən
Səfərli, Müzəffər Nəsirli, Xəlil Əliyev, Əli Əliyev, Lətif Hüseynzadə tələbələrə elmin əsaslarını
öyrətmişlər. İnstitutun kadr potensialının formalaşmasınada, tədris-təlim prosesinin yüksək
səviyyədə təşkil olunmasında institutun direktoru işləmiş Əsgər Əhmədovun (1939-1941-ci illər),
Əli Hüseynovun (1942-ci il), Nəsir Məmmədovun (1943-1944-cü illər), Cəfər İmanovun (1945-
1946-cı illər), müharibədən sonra instituta rəhbərlik etmiş Həsənağa Əbdiyevin (1946-1950-ci illər),
Əbülfəz Həsənovun (1951-1952-ci illər), Lətif Hüseynzadənin (1952-1953-cü illər) və Süleyman
Süleymanovun böyük xidmətləri olmuşdu.
Ümumi düşmən üzərində qələbədə əhalinin bütün təbələqərinin əməyi var idi. Naxçıvan MR-
nın təhsil sisteminin fəaliyyəti də qələbə üçün bütün imkanların səfərbər olunmasına yönəldilmişdi.
Müharibənin ilk günlərindən Muxtar Respublika müəllimləri, şagirdləri, bütün təhsil kollektivləri
yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək vətənpərvərlik hərəkatında yaxından iştirak
etmişdilər. Muxtar Respublika məktəbliləri döyüşən orduya isti paltar və sovqat göndərilməsi,
müdafiə fonduna vəsait toplanması, döyüşən ordu üçün döyüş texnikasının alınması, cəbhəçi
ailələrinə, yaralı döyüşçülərə qayğı göstərilməsi və başqa işlərdə fəal iştirak edirdilər.
Məktəb kollektivləri vətənpərvərlik hərəkatının yeni forması olan müxtəlif növ metal
qırıntılarının, kağız tullantılarının toplanması işində də fəal iştirak edirdilər. Bu məqsədlə
iməciliklər keçirilir, şagird briqadaları min tonlarla qara və əlvan metal qırıntıları toplayıb təhvil
verirdilər. Daha çox metal və kağız toplanması uğrunda rayonlarda məktəblərarası yarışlar təşkil
olunurdu.
Müharibənin ilk günlərindən başlayaraq Muxtar Respublikanın sənaye müəssisələrindən,
kolxoz və sovxozlardan, mədəni-maarif ocaqlarından minlərlə işçi qüvvəsi, kadr cəbhəyə
səfərbərliyə alınmışdı. Ona görə də MR-da dövlət plan və tapşırıqların yerinə yetirilməsində əsas
ağırlıq yeniyetmələrin, qadınların və qocaların üzərinə düşmüşdü. İstehsalatdan cəbhəyə gedənlərin
yerinə əsasən yeniyetmələr və gənclər, qadınlar tuturdular. Öz atalarını, qardaşlarını cəbhəyə yola
salmış oğlan və qızlar sükan arxasında, dəzgah başında, tarlalarda onları layiqincə əvəz etməyə
başladılar.
Müharibənin başlanması 1941-ci ilin yayına təsadüf etdiyindən, məhsulu itkisiz yığıb təhvil
vermək üçün MR-nın bütün məktəbliləri səfərbər edilmişdi. Məhsul yığımında təkcə kəndlərdə
- 37 -
yaşayanlar deyil, şəhər məktəbliləri də yaxından iştirak edirdilər. 1941-ci ildə kənd təsərrüfatı
işlərinə Muxtar Respublikada 3.100 komsomolçu və 3.491 pioner cəlb olunmuşdu (8, 1941, 19
iyul) Kəndlərdə müxtəlif təsərrüfat işlərinin görülməsində məktəblilər kolxoz və sovxozlara
yaxından kömək göstərirdilər. (1, s.47-49). Kənd təsərrüfatı maşın və mexanizmlərini idarə etmək
üçün, 7-10-cu sinif şagirdləri müxtəlif kurslara və dərnəklərə cəlb olunmuşdular. Yuxarı sinif
şagirdlərinin əkin və məhsul yığımına daha geniş cəlb edilməsi üçün geniş iş aparılırdı. Məhsul
yığımı ilə əlaqədar dərs saatlarının miqdarı azaldılmış, 16 yaşdan yuxarı məktəblilər, müəllimlər
təsərrüfat işlərinə səfərbər edilmişdilər. Ordubad rayonunun müəllim və şagirdləri yay tətili zamanı
və istirahət günlərində kolxoz tarlalarında çalışaraq 1942-ci ildə 19.155 əmək günü qazanmışdılar.
Müharibə illərində Naxçıvan MSSRdə 153 şagird istehsalat briqadası təşkil edilmişdi ki, onlara 5
minə yaxın şagird cəlb olunmuşdu (3, s.47-48). Təkcə 1942-ci ilin məhsul toplanışı zamanı
tarlalarda 364 müəllimin rəhbərliyi altında 5219 məktəbli taxıl yığımına kömək etmişdi. Həmin il
Naxçıvan rayonunun 16 məktəbində 659 şagird hər gün kolxoz zəmilərində başaq toplayırdı(1,
s. 58).
Ordubad rayonunun müəllim və şagirdləri yay tətili zamanı və istirahət günlərində kolxoz
tarlalarında çalışırdılar. Onlar 1942-ci ildə 19.155 əməkgünü qazanmışdılar. Həmin rayonun Dəstə
kənd məktəbində 103 nəfər, Parağa məktəbində 87 nəfər, Dırnıs məktəbində 39 nəfər müəllim
və şagird birlikdə 3077 əməkgünü qazanmışdılar (1, s. 58).
Müharibə başlanandan bir az sonra Naxçıvan MSSR-in müəllim və şagirdləri Abxaziya
MSSR-in xalq maarifi müəssisələri ilə yaрыш müqaviləsi imzaladılar. Yarışın şərtlərinə görə hər
iki Muxtar Respublikanın xalq maarif kollektivləri müharibə şəraitində təlim-tərbiyə işlərini
yaxşılaşdırmağı, müəllim və şagirdləri kənd təsərrüfatı işlərinə cəlb etməyi öz öhdələrinə aldılar.
Müqavilənin şərtlərini yerinə yetirmək məqsədilə Noraşen rayonunun Baş Noraşen (indiki
Cəlilkənd) məktəbinin şagird kollektivi müəllim Yusif Həsənovun rəhbərliyi ilə 120 hektar
sahənin becərilməsinə və məhsulun yığılmasına fəal yardım göstərdi. Həmin məktəbin bu
fəaliyyətindən nümunə götürən Axura kənd məktəbinin şagirdləri 46 hektar sahənin becərilməsi
və biçilməsi işində iştirak etdilər. Onlar mövsüm ərzində 1310 əməkgünü qazandılar (1, s.
58). 1941-1942-ci illərdə Əbrəqunus rayonunun müəllim və şagird kollektivləri kolxozçulara
fəal yardım göstərirdilər. Müəllim H. Əsgərovun və Ə.Əliyevin başçılıq etdiyi şagirdlər kənd
təsərrüfatı bitkilərin alaq otlarıdan təmizlənməsi normasını 150-160 faiz yerinə yetirirdilər. Həmin
rayonun Ərəzin kənd məktəbinin şagirdlərindən Mədinə Əlsgərova Züleyxa Həbibulayeva Fatma
Qarayeva, Səfiyyə Məmmədova, Əliqulu Qəmbərov və b. hər biri 140-200 əməkgünü qazanmışdı.
Şahbuz rayonunun mərkəzindəki orta məktəbin müəllimi M.Quliyev, Ordubad rayonu Vənənd
kənd orta məktəbinin müəllimi Ə. Məmmədov, Culfa rayonu müəllimlərindən Ə. Əlizadə, Noraşen
rayonu Qarabağlar kənd orta məktəbin müəllimi H.Bağırov, Çərçiboğan kənd orta məktəbin
müəllimi S. Sadıqova şagird briqadalarına rəhbərlik edirlər (7, s. 20, iş.12,v. 32).
1941-1945-ci illər müharibəsi dövründə ölkənin hər yerində olduğu kimi, Naxçıvan MSSR-
də təşkil edilmiş şagird briqadaları kənd təsərrüfatı məhsulları istehsalının yüksədilməsi
sahısındə böyük iş görürdü .
Şagird briqadalarının üzvləri iş alətlərini də özləri düzəldirdilər. Belə ki, onlar təkcə
müharibənin birinci ilində 196 oraq, 67 dəryaz, 127 bel, 98 dırmıq və s. hazırlamışdılar. (7,
s.20, iş.285, v.19-20).
Ümumiyyətlə, Naxçıvan MSSR zəhmətkeşlərinin, xüsusən gənclərin yaxından iştirakı və
köməklikləri
nəticəsində
Böyük
Vətən
müharibəsi
illərində
alman-faşist
işğalçılarını
darmadağın etmək üçün müdafiə fonduna 180 milyon 89 min manat nəğd pul, 12 kq qızıl-
gümüş, mindən çox bağlama göndərilmişdir. (6,s.6, iş.20, v.41-45).
Naxçıvan məktəbliləri cəbhəyə yardım kampaniyalarında yaxından iştirak edirdilər. Bu
vətənpərvərlik hərəkatı müxtəlif formalarda həyata keçirilirdi (1, s.53-55).
Müharibə illərində Muxtar Respublikanın müəllim və şagirdləri arxa cəbhədə əsil
vətənpərvərlik nümunələri göstərərək faşizm üzərində qələbənin əldə olunmasına öz töhvələrini
vermişdilər. Müdafiə fonduna vəsait toplanmasında şagirdlər xüsusilə fərqlənmişdiər. Məsələn,
Noraşen rayonunun Siyaqut kəndindən olan Hüseynəliyev Əmir Abbas oğlu 5000 manat,
- 38 -
Qarabağlar kənd orta məktəbinin 8-ci sinif şagirdi Qaraş Mədətov 10.000 manat, Düdəngə kənd
orta məktəbinin şagirdi Həsən Şirəliyev 6000 manat, Dəmirçi kənd orta məktəbinin şagirdi
Həsənov Əli Əhməd oğlu 2400 manat, Sərxanlı kənd orta məktəbinin şagirdi Mustafayeva Xavər
İlyas qızı 25.000 manat, Naxçıvan rayonunun Qaraxanbəyli kənd orta məktəbinin şagirdi Cəfərov
Rza 20.000 manat pul vermişdilər (1, s.56).
Muxtar Respublika məktəbliləri «Azərbaycanın gənc pioneri» adına döyüş təyyarəsinin heyəti
üçün 120.114, «Azərbaycanın gənc pioneri» tank heyətinə isə 410.447 manat pul vermişdilər. Bu
vəsait gənclərin qazandıqları əməkhaqqı hesabına ödənilmişdi (1, s.56).
Məktəbli gənclər işğaldan olunmuş ərazilərə yardım kampaniyalarında döyüşçü ailələrinə
yardım yardım göstərilməsində, uşaq baxçalarına himayə edilməsində də fəallıq göstərirdilər.
Müharibənin qanunauyğunluqları Naxçıvan MR-da təhsilin, maarifin inkişafına öz təsirini
göstərsə də, partiya, sovet orqanlarının həyata keçirdiyi siyasi-inzibati, təşkilati tədbirlər təhsil
sisteminin, tədris müəssisələrinin fəaliyyətinin iflic vəziyyətinə düşməsinin qarşısını almış, Muxtar
Respublika əhalisinin savadlılıq səviyyəsində ciddi geriyədüşmələr baş verməmişdi. Əksinə,
müharibənin sonlarında hərbi vəziyyətin Sovet İttifaqının xeyrinə dəyişməsi Naxçıvan MR-da
təhsilin ehtiyaclarının ödənilməsi, kadr potensialının bərpa edilməsi, maddi-texniki bazanın
möhkəmləndirilməsi üçün əlavə addımlar atmağa imkan vermiş, nəticədə MR-da həm müəllimlərin
və şagirdlərin, həm də məktəblərin say artımında müsbət dəyişikliklər baş vermişdi.
Müharibə bütün Azərbaycan gəncliyinin, o cümlədən muxtar Respublika gənclərinin mənəvi
mətnliyini təsdiq edən ciddi sınaq oldu. Müharibə gənclərimizin mübarizliyini, vətənə sədaqətini,
Vətən və Xalq yolunda canlarını belə qurban verməyə hazır olduqlarını nümayiş etdirirdi.
1941-1945-ci illərdə Azərbaycan gəncliyinin döyüş və əmək rəşadəti müasir gənclərimiz üçün
örnək olmaqla bərabər, həm də o zamankı təhsil sisteminin, MR-nın məktəb kollektivlərinin
ləyaqətli nəsil yetişdirmək bacarığını və təcrübəsini bir daha sübut etmiş oldu
ƏDƏBİYYAT
1.
Cəfərov H. Azərbaycan gənclər hərəkatı yeni inkişaf mərhələsində, Bakı, Nurlan, 2007
2.
Cəfərov H. Naxçıvanda təhsil: inkişaf yolu və imkanları, Bakı, Elm və təhsil, 2011
3.
Cəfərov H., Hüseynov A., Hacıyev İ. Bilsin ana torpaq, Bakı, Bilik, 1991
4.
“Kommunist” qəzeti
5.
Məmmədov V. Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan, Əcəmi, 2004
6.
Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi (NMRDA), fond 2
7.
NMRDA, fond 13
8.
“Şərq qapısı” qəzeti
Dostları ilə paylaş: |